1275 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:)
- Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı.

- Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.
- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var.

- Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz.
- Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı.

- Lvivdə alınacaq şey - şokolad, kofe.
- Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim.
- “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi.
Sualı olan gəlsin:)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????Bosniya: Sarayevo-Konjic-MostarÖncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.9 iyun 2018.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Punhan Talibkhanli

771 dəfə oxunub

Ohrid gölünün incisi, “şairlər şəhəri” - Struga

Gəziləcək yerləri çox olmasa da, bu şəhərin möhtəşəm mənzərəsi, təbiəti, yaradıcı ruhu var.Balkanlardakı ən çox sevdiyim ölkə Albaniyanı gəzdikdən sonra Makedoniyaya da getdim axı . Ötən il Makedoniyaya getmək Azərbaycan vətəndaşları üçün vizasız idi. Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsi olduğunu deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yerləşən Struga şəhərindən danışacam.Albaniya sərhədini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır. Mavilik içində rəngarəng gözəllik olan Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, Struga mavilik içində rəngarəng bir gözəllikdir.Strugada haraları gəzək?Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərliklər, göl və çay mənzərəli restoranlar var. Bir də bazarı, rəngli küçələri, mağazaları...Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da.Sonradan bildim ki , sən demə bura həm də “şairlər şəhəri” deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şeir festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də şəhərin yaradıcı ruhunu sevmişəm. Kiçik şəhərdir. Hər yerinə piyada getmək mümkündür.Strugaya necə getdim?Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhədə ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhədə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksi şoferindən soruşdum, baha dedilər. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhədə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur. Təbii ki, pulsuz olduğunu desə də üstümüzdə qalan son alban pullarını toplayıb, həmin sürücüyə ödədik. Hardasa 10 avroya yaxın edirdi. Beləcə həm o, həm də biz xoşbəxt olduq. Üstəlik, Strugayadək apardı.Hər 3 nəfərdən 1-i türkçə danışır. Rəsmi dil Makedon dili olsa da ancaq hər 3 nəfərdən biri ya türkdür, ya da türkçə başa düşür. Bu şəhərdə Osmanlıdan qalma türklər çoxdur. Milliyyətcə türk, əslən makedoniyalı. Gələn qonaqlar arasında türkçə danışan, türk görəndə çox sevinirlər, söhbətə tutur, hal-əhval soruşurlar.Harada qaldım?Həmin gün dincələndən sonra bir-iki adamdan çayın kənarında qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim. Gecəsi 15 avroya. Deməli, bir otaqlı evin balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə "view from my balcony" yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi. Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə...Gördüyüm ən gözəl çay və ya gölkənarı şəhərGetdiyim günün axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim. Evə ancaq gecə saat 2-də qayıda bildim. Səhər də tezdən oyanıb gölün kənarında gezdim. Şəhərə aid suveniri türk ailədən aldım. Günortaya yaxın isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1365 dəfə oxunub

Alış-veriş cənnəti - Andorra

Andorradakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola Chicas y Chicos . Postumun əvvəlində onu bildirmək istəyirəm ki, çalışacam ki "Ağıllı" sözlər və cümlələrdən az istifadə edim ki səmimi bir yazı olsun. 24.11.2017 Andorraya gəldim. Barcelona (El Prat) hava limanına endikdən 3,5 saatlıq uzun bir yoldan sonra. Ad günümdən iki sonra ) Bir tərəfdən vətən həsrəti bir tərəfdən yerləşim, təzə iş ortamına uyğunlaşmaq həyəcanı və tədirginliyi və ən esası da uzun müddətli bir səfər olduğundan ilk günlər elə də xoş təəssürat bağışlamadı.Andorra ???????? əhalisi təxminən 80000 olan bu balaca ölkə (knyazlıq) İspaniya və Fransa'nın ortasında dağların arasında yerləşir . ( Şengen vizası olan hər kəs Andorranı ziyarət edə bilər.1. Andorra Avropanın ən münasib ( € ) dağ -xizək kurortu sayıla bilər başqa bir üstünlüyü Avropanın ən günəşli xizək kurortu olmasıdır. Sürüşmə yolları ( mavi , qırmızı ve qara ) yeni başlamaq istəyənlər üçün və təcrübəli xizək sürənlər üçün ayrıdır . Xizək üzrə 2018 Avropa çempionatı, 2019 isə Dünya Çempionatı məhz Andorrada keçiriləcək .2. Shopping - Çox vaxtı Andorranı kiçik "Duty free" adlandırlar. Ərazisinin və əhalisinin o qədər də böyük olmamağına baxmayaraq Andorrada demək olar ki yox yoxdur. Shopping barəsində mən hər şey çox ucuzdu deməzdim. Əsasən də geyim- keçim. ayyaqabı demək olar ki İspaniya və Avropanın digər ölkələri ilə qiymətdə elə də fərqlənmir . Əsasən ətir, kosmetika və spirtli içkilər çox ucuzdu. ( 1 litrlik jack Daniels və ya Red Label endirim vaxtı 10-12 € almaq mümkündür və əlbəttə ki məşhur İspan və Fransız çaxırları 2-3 €-dan başlayan qiymətlər ilə) Həmçinin ətir və kosmetika da hətta duty free ilə müqayisədə daha ucuzdu. Ticarət mərkəzlərinin çoxu Andorra La Vellada yerləşir ( paytaxt , Avropanın ən yüksəklikdə yerləşən paytaxtı ). Alış verişdən söhbət düşmüşkən ərzaq və restoran qiymətləri haqqında da yazım. Ərzaq qiymətləri baha sayılmaz. Restoranlarda günün menyusu 10-12 € arasıdır .3. Tarixi yerlər Andorrada demək olar olar ki yoxdur ( Qədim Ordino şəhəri var, orda da diqqət çəkən elə bir bişey görmədim ). 200 km uzaqlıqda Fransa'nın Karkason şəhəri yerləşir ( qalalar şəhəridir, Robin Hood filmi bu şəhərdə çəkilib) Centre Termolúdic Caldea ( Masallıdakı isti suyumuzun yerin verməz ama bele pis deyil ???? )4. Andorranın öz ordusu yoxdur, Avropa birliyinə daxil deyil . Bəzi qanunları ciddi bir şəkildə Avropanın digər ölkələrindən fərqlənir . İçkili maşın sürmək olar 0,50 qədər ( yeni yarım şüşə çaxır içib sükan arxasına otura bilərsiz . Çox oldu cəza kəsirlər ( 150€ Çox təəssüf ki özümnən bilirəm). 0.85 çox olsa həbsxanaya düşürsən , Həbsxanadan söhbət düşmüşkən hal-hazırda 25 nəfər var içərdə . Ölkədə ağır cinayət hadisəsi demək olar ki yox səviyyəsindədir. Oğurluq, narkotik vasitələrindən istifadə və s. səbəblərdən içərdədirlər. Həbsxana demək olar ki hansısa bir 3 ulduzlu oteldən fərqlənmir. İdman kompleksi , hovuz , televizor var . Telefon və internetdən istifadə edə bilmirsən. Yeməkləri bəyənmirsənsə çöldən özünə yemək sifariş edə bilirsən. Andorrada vətəndaşlıq almaq mümkünsüz kimi bir şeydi 20 il bu ölkədə yaşamalısan. İnsanları çox mehribandı , ana dil Katalan dilidir İspan və Fransız dillərində başa düşən və danışanda çoxdur. Və ən əsas Andorranın ən gözəl yerlərindən sayılan bir yer daha var ki onu yazmıyacam . Mart ayının sonuna qədər Andorraya yolu düşən olsa şəxsən özüm göstərərəm ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

726 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!