1838 dəfə oxunub

Fironlar diyarı - Misir bələdçisi (I hissə)

Yeni ildə hər kəs soyuq havası və qarı olan ölkələri tərcih etdiyi halda mən qərara aldım ki Misirə gedim 

Qeyd edim ki, bu postda uzun olmasın deyə ancaq səyahət etdiyim yerlər haqqında yazacam. (dedi və uzun alındı????)

Sonra isə yemək və digər məsələlərdən danışacam.

Niyə bəs Misir desəniz cavabım bu olacaq ki, hər zaman sənədli flimlərdə gördüyüm o tarix mənə maraqlı gəlirdi. Gözlərimlə görmək istəyirdim ki, görəsən dedikləri kimi varmı?


Demək Qahirəyə uçuşumu Tbilisidən etdim. Tbilisi - Afina - Qahirə 143 euro (Bileti tez alsaydım daha da ucuz bilet tapardım.)

Qahirəyə səhər saatlarında çatdım yorğun olduğum üçün otelə çatıb birbaşa yatmaq qərarına gəldim.

Otelim şəhər mərkəzində olduğu üçün axşama doğru şəhəri gəzməyə başladım. İlk qarşılaşma – küçədə rəsmən xaus var. Şəhər mərkəzində çox az sayda dediyimiz piyada keçidi var. Ona isə məhəl qoyan yoxdur. Qırmızı işıq, yaşıl işıq və yaxud digər işıqlar anlayışı nisbi xarakter daşıyır. İşıqdan fərqli olmayaraq maşınlar və piyadalar eyni vaxtda hərəkət edirlər.

İkinci gün isə Gizaya və Sakaraya səyahəti planlamışdım. Bunun üçün taksi danışdım, iki nəfər 25 dollar səhər saat 8-dən saat 5-ə kimi bizimlə oldu. Gizaya ordan Sakaraya apardı gözlədi və geri gətirdi.

İndi isə gəlim ilk və son “loxlanmağıma”

Pramidalar olan əraziyə dəvə ilə səyahət etmək istədik. Allahın dəvəsi bizə 100 dollara başa gəldi )) hələ 150 deyirdi guya mən özlüyümdə endirim etdim. Amma siz aldanmayın. Çünki turist görən kimi, qiymətlət 10 dəfəyə qədər qalxa bilir. Ona görə maksimum endirim edin. 50 dollara qədər qiyməti endirməyə çalışın)

Hardasa 2 saatdan bir az çox çəkdi pramidaları gəzmək, əlbəttə ki, şəkil çəkdirmək Böyül Sfinks heykəlini görməyimiz və geri qayıtmağımız. Onu da deyim ki, 100 dollara əraziyə giriş biletləri də daxil idi. Nəysə, Giza və Sakara bizə 175 dollara başa geldi ))

Burdan sonra isə Saqaraya getdik. Burdakı muzeyə baş çəkdik. Yenə pul ödədik içəri girmək üçün. Amma məsləhət görərdim ki, Saqaraya getməsəz də olar. Çünki Qahirə muzeyində orda gördüklərinizdən ən azı 20 dəfə çox şey görə bilərsiniz.

Amma Gizaya özünüz də gedə bilərsiniz. Qahirədən metro xətti gedir Gizaya adam başı heç bir dollarda etmir. Ordan isə ayaqla və taksi tutub 2-3 dollara Pramidalar olan əraziyə gedə bilərsiniz.

Sonraki gündə isə planda Qahirədə yerləşən Qahirə Muzeyi idi. Mütləq bura baş çəkin. Möhtəşəm tarixlə üz-üzə olacaqsınız. Adambaşı isə giriş 120 Misir poundudur. Dollarla hesablamaq istəsəniz 16-ya bölün. Bu girişdə bir pulsuz mumiya görə bilərsiniz.


Əgər daha çox mumya görmək eşqiniz varsa mumiyalar olan otağına girməlisiniz və buna görə 150 pound da ödəməlisiniz.

Daha sonra isə səfərimiz Misirin ən böyük şəhərlərindən biri olan və Aralıq dənizinin masmavi dənizi kənarında yerləşən Alexandria şəhərinə idi.

Travel ganetliyi bizə təklif elədi ki, 100 dollar verin sizi aparaq gözləyək sonra isə gətirək. Təbii ki, ikinci dəfə loğlanmaq istəməzdim)) Buna görə 2-ci klass qatarına bilet aldım. Qatar 2 saat yarıma gedir və 4 saat qayıdır. Adam başı isə gediş - dönüş cəmi 140 Misir poundu. (8 dollar 75 sent) Yəni isə 100-150 desələr də siz onun 17 dollara edə bilərsiniz 

Alexandriada mütləq getməli yerlərin siyahısını yazıram.

- 1477 ildə tikilmiş Citadel of Qaitbay qalasına gedin. Giriş adam başı səhv etmirəmsə 70 pound idi.

- Bundan sonra isə Bibliotheca Alexandrina baş çəkin. Bu kitabxanada 8 milyon kitab saxlanılır. Adam başı giriş isə 70 Misir poundudur. Bir də dəniz kənarı bulvarında gəzə, qayıq turları edə bilərsiniz.

İndi isə gələk böyük qardaş Tutankhamon, Ramzes ailəsinin və digərlərinin basdırıldığı Luxor səfərinə.


Bu şəhər Qahirədən 680 km cənubda yerləşir. Tur götürsəniz sizə adam başı 450 dollar civarında başa gələ bilər. Biz yenə qatara bilet aldıq. 2-ci class.(1-ci klass qatar isə gediş gəliş 800 poundur) Əlavə edim ki, qatar 9 saat yarıma gedir bu yolu. Gediş dönüş bileti 460 pound etdi. 29 dollar. Axşam qatara mindik və səhər saat 8-ə işləmiş Luxorda idik. Çay içib getdik Valley of Kings-ə. Əraziyə giriş biletimizin pulu, çay, hədiyyə almaq, şəhərdə fayton gəzintisi yemək-içmək bizə başa gəldi 100 dollar.

Maraqlı olsa yeməklər, insanlar və digər maraqlı şeylərdən gələn postda yazacam :)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Asim Celilov

DİGƏR BLOQLAR

Nağıllar aləmi - Hallstatt

Hallştatdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hədəfimiz Avstriyanın Salzkammerqut adlı dağlıq bölgəsindəki, Hallştat (!) gölünün sahilində yerləşən eyniadlı qəsəbə idi (kənd deməyə adamın dili dönmür).Amma mən getdiyimiz marşrutu sizlərlə bölüşmək istəyirəm. Biz yola Praqadan çıxdıq və üz tutduq, praktiki olaraq Avstriya ilə sərhəddə yerləşən Ceşski Krumlyova. Yola hardasa 2,5 saat yaxın vaxt sərf etdik. Mənim kimi qotik memarlıq abidələrini sevirsinizsə, mütləq görmənizi tövsiyyə edərdim. Sizə kiçik ipucları verim:- Ordakı 1200-cü illərə aid qala qəsrə, 250 krona bilet alıb, zirvəsindən bütün şəhərin panoramasını seyr edə bilərsiniz. Kiçik olmasına baxmayaraq çox gözəl şəhərdir.- Restoran olaraq Eggenbergi məsləhət görürəm. Yeməkləri dadlı, porsiyalar böyük. Həmin restoranın özünün pivovarnisı var və ordakı pivə, Çexiyada dadına baxdığım ən dadlısı idi. Qiymətlər Avropa standartlarına görə çox uyğundur.- Şəhərdə gecələmək üçün hər cibə uyğun otel və hostellər var.- Biz yol üstü Xlll əsrə aid Qluboka qəsr qalasınada baş çəkdik.Orada giriş 260 kron idi. Düzü çox bəyənmədim, ümumiyyətlə muzey və s. içərisini gəzməyi sevmirəm,daha çox binaların xarici arxitektur görünüşündən zövq alıram.Krumlyovda gecələyib, səhəri Hallştata yola çıxdıq. 3 saata yaxın müddət yola sərf etdik. Gördüyümüz mənzərə möhtəşəm idi!Alp dağlarının əhatəsində, büllur kimi suyu olan gölün sahilində kiçicik bir kənd xəyal edin. Gölün suyu göz yaşı kimi dumdurudur. Burdakı evlər sanki qaranquş yuvaları kimi qayalara pərcimlənib. Təbiətlə evlərin arxitekturası o qədər mükəmməl vəhdət təşkil edir ki, heyran olmamaq mümkün deyil. Özünü nağıllar aləmində hiss edirsən.Qiymətlərə gəlincə hər şey bahadır, bütün Avstriyada olduğu kimi. Məsələn funikulyorla dağın zirvəsinə qalxmaq adam başına 30 evro idi.Ordan duz mədənlərinə şaxtayla enmək olurmuş. Amma biz ora getmədik, o cür gözəlliyi qoyub, qaranlıq soyuq şaxtaya enmək cəzbedici gəlmədi. Bəlkə bir dəfə də yay fəslində gəlmək qismət olursa, o zaman düşünərəm. Ora ayırdığımız pulu, Avstriyaya gəlib şnisel yemədən qayıdasan fikriylə, restoranda xərclədik. Emalatxana dükanlar var hardanki 5-20 evro arası kiçik, şirin suvenirlər ala bilərsiniz. Bir sözlə qrupdakı hər kəsə,bir gün oranı gedib görmək diləyirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mila Garayeva 

1159 dəfə oxunub

Helsinki bələdçisi

Helsinkidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var soyuqluqlarına. Əslində finlilər dost olaraq çox sadiq, bəzən çox yapışqan və asılıdırlar. ????Keçək əsl məsələyə. Finlandiya hüzurun ölkəsidir məncə. Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksinizGəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb və 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni də görməyə dəyər.Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tutardım. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimiz Kansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.Helsinkidə nə yeyilməlidir? İlk öncə şirniyyatlardan başlayaq.Korvapuusti (darçınlı hilli bulku)Mustikkapiirakka (qaragilə piroqu)Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!Maral ətinin dadına mütləq baxın.Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.Qızılbalıq şorbasıYay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.Qurudulmuş stavrida balığıSəhər yeməyində yeyilən cürbəcür sıyıqlarFinlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək və ryapuşka balığıdır.Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.Yuxarıda yazdığım Cafe Ursula və Cafe CaruselCafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)Cafe EsplanadiCafe Fazer (Səhər yeməyi və brunch verirlər)Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao CafeCafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)Restoran SavottaRestoran LappiRetsoran SunnRestoran Savoy (bahalıdır)Restoran Olo (bahalıdır)Restoran Sipuli (bahalıdır)Restoran Kiila (bahalıdır)Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.)Helsinki haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ylkär Aghayeva

667 dəfə oxunub

Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hokuma Abbasova

724 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

924 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!