1442 dəfə oxunub

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu.

Budapeştdə mərkəzə yazın 5 nəfərlik ucuz bir ev üçün bu linkə keçin

İl yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə də Budapeşt haqqında yazı 2 ola bilsin ki, 3 hissədən ibarət oldu.

Budapeşt Mərkəzi Avropanın deyərdim ki, ən az qiymətləndirilmiş şəhərlərindən birincisidir. Dostlar, tanışlar Budapeştə ilk dəfə gələn zaman dedikləri ilk söz “woooow Budapeşti belə gözəl təsəvvür etmirdim” olur. Yəqin çoxlarınız bilirsiniz, Budapeşti Dunay çayı iki hissəyə bölür Buda və Peştə. Yazının daha sonrakı hissələrində və bölümlərində bu haqda daha ətraflı məlumat verəcəm. İndi isə gələk Budapeştə necə getməli sualına?

Budapeştə getmək üçün bu dəqiqə ən sərfəli üsullardan biri qatarla, avtobusla Kutayisiyə gedib oradan WizzAirlə Budapeştə getməkdir amma və lakin bu ilin mart ayının sonundan WizzAirin Bakı – Budapeşt birbaşa reysi açılır və tək tərəf üçün kiçik bel çantası ilə biletin qiyməti 50 avrodan başlayır. Bundan başqa əgər Avropadasınızsa Budapeşt Avropanın demək olar ki, tam mərkəzində olduğundan digər yaxın ölkələrdən avtobus, qatarla bir az şimalda və cənubdakı ölkələrdən isə ucuz – low coster hava yollarının təyyarələri ilə Budapeştə gəlib çata bilərsiniz. Unutmayın ki, Macarıstan Şengen ərazisi olduğundan Budapeştə getmək üçün mütləq Şengen vizası almalısınız. Şengen vizası üçün ödəniş haqqı 35 avrodur. Viza üçün qeydiyyat formunu bu linkdən dolduraraq viza əldə edə bilərsiniz.View-Of-Budapest-Day-Slider-Big-Bus-Tours

 

Budapeşt hava limanından şəhərə necə getmək olar? Qeyd edim ki, Budapeştin şəhər içi nəqliyyat sistemi Avropada ən yaxşılardan hesab olunur və 24 saat nəqliyyat var şəhərdə. Hava Limanından şəhərə getmək üçün səhər saat 4-dən gecə yarısına kimi 200E nömrəli avtobusdan istifadə edə bilərsiniz, gecə yarısından səhər 4ə kimi isə 900 nömrəli gecə avtobusundan. Ümumiyyətlə 900lə başlayan avtobuslar (yəni 931, 909, 956 və s.) hamısı gecə avtobuslarıdır. 200E Hava limanından başlayır və sonuncu dayanacağı 3cü və ya göy metro xəttinin başlanğıcında Kőbánya-Kispest metro stansiyasında bitir. Buradan göy xətt metroyla gedib digər xəttlərə dəyişə bilərsiniz. Nəqliyyat biletləri 350 macar forintdir təxminən, 1.15 avro. Bundan başqa 72 saatlıq və 7 günlük nəqliyyat biletləri də var. Biletləri avtobus sürücülərindən (200E reysinə aiddir) və ya dayanacaqlardakı bilet maşınlarından ala bilərsiniz.

Budapeştdə istənilən məkandan istənilən yerə Google Mapsın köməkliyi ilə çox rahat gedə bilərsiniz. Sadəcə gedəcəyiniz məkanı qeyd edərək ora necə və hansı nəqliyyat vasitələri ilə gedə biləcəyinizi öyrənə bilərsiniz. Bu üsul sınanılıb, yoxlanılmışdır, ilyarımdır Budapeştdə gedəcəyim yerləri ancaq elə tapıram ????

İndi isə gələk Budapeştin gəzməli və görməli yerlərinə.Yuxarıda da qeyd etdiyim kimi şəhər Buda və Peşt adlı iki hissəyə bölünür. Dunay çayının qərb hissəsi Buda hissəsidir və təpəliklərdə yerləşir. Peştə nisbətən Budada yaşıllıq ərazi daha çoxdur və küçələr dar və ensizdir. Bu dar və ensiz küçələr Budaya Paris Montrmartesinə özəl gözəllik verir.

Peşt tərəfdə isə küçələr daha enlidir və şəhərin ürəyi dmeək olar ki, burada döyünür. Budada çox az sayda klublar, barlar və restoranlar var. Budayla müqayisədə Peştdə olan restoran, klub və əyləncə məkanlarının sayı-hesabı yoxdur.

Görməli yerlərin çoxu Peştdə olduğundan ilk öncə Budanın görməli yerlərindən bəhs edəcəm. Budada diqqəti ilk cəlb edən təpəliyin üzərində yerləşən Buda qəsridir (Buda castle). Qəsrin 800 ilə yaxın yaşı var. Qəsr Budanın ən qədim hissəsində yerləşir və ətrafda kiçik 2-3 mərtəbəli qədimi və rəngarəng evləri görə bilərsiniz. Qəsrin tam yanında Macarıstan Milli Qalareyasıyerləşir, rəsm azarkeşləri üçün ideal bir məkandır. Qəsr təpənin üzərində yerləşdiyindən qəsrin yanına getmək üçün təpəyə qalxmalısınız. Əgər mən şəh tənbəli turistəm deyirsinizsə, Dunay çayının sahilindən funiklyorla düz Buda Qəsrinin yanına gedə bilərsiniz. Funiklyora minmədən öncə isə funiklyor dayanacağının önündəki “0 km” abidəsi ilə selfi etməkdə olar. Bu abidənin yanında yerdə Macarıstanın digər şəhərlərindən Budapeştə olan məsafə göstərilib.IMG_1184

Qəsrdən bir neçə yüz metr məsafədə Matiyas kilsəsi (Matthias church) yerləşir. Kilsənin tam olaraq 1001 yaşı var və 1015-ci ildə tikilib. Sonradan 14 və 19cu əsrdə bərpa olunub. Bərpa olunan zaman kilsə qotik üslübdə bərpa olunub. Kilsənin içərisi çox maraqlı və rəngli ornamentlərlə bəzədilib. Evlənən cütlüklərin ən çox seçdiyi məkanların başında Matiyas  kilsəsi gəlir. Kilsənin tam yanına Balıqçılar bürcü (Fisherman’s bastion) yerləşir. Bura Budapeştli gənclər üçün ən məşhur yerlərdən biridir. Deyilənə görə buradan Peştə və Dunaya açılan möhtəşəm mənzərə qarşısında romantikaya dalan gənclər, ilk öpüşlərini məhz elə burda həyata keçirirlər ???? Budanın digər görməli yeri isə Gellert təpəsi və abidəsidir, buradan demək olar ki, bütün Budapeşt ayaqlarınızın altında görsənir.

Gellert təpəsindən Dunayın sahilinə düşəndə burada Mağara Kilsə (Cave Chruch) deyilən bir kilsə var. Kilsə tamamilə mağarada, qayalıqların içərisində yerləşir. İçəri girərkən adamı tamamilə fərqli bir atmosfer qarşılayır.

Budanın ən maraqlı yerlərindən biri də Gül Baba Türbəsidir. Gül Baba Osmanlı dönəmində Türkiyədən Avropaya misionerlik fəaliyyəti üçün göndərilmiş, çox hörmətli bektaşi liderlərindən olub. Uzun müddət Budapeştdə yaşayıb və bu türbədə dəfn olunub. Macarlar buranı Gulu Babba kimi tələffüz edirlər, adama elə gəlir ki, Afrikalı filandır ???? Yeri gəlmişkən Budapeştə açılan ən gözəl mənzərələrdən biri də buradandır.

Türbədən çıxıb Margaret körpüsü ilə piyada Margaret adasınagedə bilərsiniz. Margaret adası Dunay çayında yerləşən 3 təbii adadan biridir, digərləri isə Obuda və Csepel (Çepel) adalarıdır. Adaların hər 3ü Budanın ərazisinə düşür və mərkəzə ən yaxın olanı Margaret adasıdır. Ada 2 təfədən də körpü ilə giriş-çıxışla təmin olunub hətta adanın mərkəzindən avtobus xətti keçir. Ada başdan-başa yaşıllığa bürünüb, hər tərəf, ağaclıq, gül-çiçəklik və çəmənlikdir. Xüsusilə yaz-yay aylarında şəhərin qaynar həyatından başıvı götürüb qaçmaq üçün ideal bir məkandır. Adanın içində, kiçik bir neçə kafe, boyük üstü-açıq hovuz, Palatinus aquaparkı, velosiped kirayələmək üçün yerlər var. Bundan başqa adada Yapon bağları adlı kiçik ərazidə balıqlar üçün hovuzu görmək olar və Margaret körpüsüylə adaya girdikdə elə girişdəcə musiqili fontan var, ilin isti fəsillərində fontanın yanındakı oturacaqlarda demək olar ki, boş oturacaq tapmaq olmur.margaret-island1

İndi isə gəldik, mərkəzdən azacıq uzaq olsa da mənim sevimli adam olan Obudaya. Obuda adasını sevimli edən şey hər ilin avqust ayında adada Avropanın ən böyük musiqi festivallarından biri olan Sziget Festivalın keçirilməsidir. Keçən il bu festivalda 500 000 adam iştirak etmişdir. Bu il 10-17 avqust tarixlərində keçiriləcək festivalın keçən ilki 100dən çox qonağı arasında Martin Garrix, Robbie Williams, Ellie Goulding, Avicii, Major Lazer və 10larla məşhur ifaçı və qrupları görmək, onları canlı-canlı dinləmək olardı. Festival zamanı gündüzlər əyləncəli oyunlar, yarışlar keçirilir, axşamlar isə səhərə qədər 10a yaxın səhnədə fərqli-fərqli ifalar. İstəsəniz Dunay çayının sahilində yaradılmış kiçik çimərlikdə dincələ də bilərsiniz. Adam 1 həftə tamamən musiqi cənnətinə düşür sanki. Rəsmi videodan festivalın necə əyləncəli keçdiyini görə bilərsiniz.

Buda ilə Peşti Dunay çayı üzərindən 8 ədəd körpü birləşdirir. Bu körpülərdən ən tarixi və arxitektur əhəmiyyətlisi Zəncirli və ya Şirli Körpü adı ilə tanınan Chain Bridgedir. Körpünün hər iki tərəfində dayanan 4 aslan sanki körpünün keşiyini çəkir. Körpünün çox maraqlı tarixi var. Belə ki, rəvayətə görə körpünü tikən memar deyir ki, bu körpüdə kimsə bir qüsur tapsa mən özümü öldürəcəm, elə bu vaxt orada olan uşaqlardan biri deyir ki, aslanların ağzında dili yoxdur. Aslanların ağzında doğrudan da dili olmadığını görən memar özünü Dunay çayına atır. Bu körpü ilə o başa-bu başa keçib, Budadan Peştə, Peştdən Budaya səyahət edə bilərsiniz.

Buda haqqında bu qədər, növbəti yazı bir neçə gündən sonra olacaq bu dəfə isə Peştdən yazacağıq. Peştdə görməli yerlər daha çoxdur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Everest Baza Kampına səyahət

Everest regionundakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#arzularinizindalincagedin Everest baza kampına səyahətimi artıq bir il idi ki, gözləyirdim, planlayırdım, psixoloji və hardasa fiziki də özümü bu səyahətə hazırlayırdım. Aylar keçdi, məqam yetişdi, mən də yola düşdüm. Bu tərəflərə ilk səyahətimdir.Bu trekkinqin hazırkı və məşhur yolu ilə bir dəfəlik təyyarə ilə 2860m yükəkliyə qalxmağı deyil, aşağılardan kəndləri görə-görə yuxarı qalxmaq qərarına gəldim. Bu həm də fiziki cəhətdən bədənimi daha yuxarılara yaxşı öyrəşdircəkdi. Belə də oldu. Ancaq tekkinqimin ilk günündə bel çantamdan və təbii ki, aşağı-yuxarı çıxıb-düşmələrdən bir təhər olmuşdum. Ancaq 2-3 gündən sonra hər şey keçib getdi. Bu tekkinqlə növbəti dəfə özümü, fiziki və psixoloji gücümü yoxlamaq istəyirdim - hara qədər gedə bilərəm, hara qədər dözə bilərəm deyə...Gözlədiyimdən də çox uzun getdim. Namche Bazaar-a gedən yolda (3440m) bir şəxslə tanış oldum. Vladimir Starov, Krasnoyarskdan dostları ilə gəlib, sən demə idman ustası imiş, belə trekkinqləri bir nəfəsə su kimi içir. Mənə trekkinq planlarını göstərdilər, mən də böyük bir səhv edib, razılaşdım. Niyə səhv? Çünki onların The Three Passes (üç pereval) keçib daha sonra Kala Pattar və Everest baza kampına gedib trekkinqi bitirmək istəyirdilər. Bu 3 pereval isə çox çətin gediləsi yoldur. Ən azı mənim üçün, çünki mən buna fiziki hazır deyildim. Özü də qarlı-boranlı bir havada, gidsiz və portersiz (yəni çantamı özüm daşıyırdım) və ayaq barmağımda problem ola-ola...Uzun sözün qısası ilk pereval Renjo La Pass 5360, ikinci Cho La Pass pereval 5420 m, bu ikisinin arasında Gokyo Ri 5357m və Everest baza kampına 5360m gedib çıxdım. Üçüncü perevala yalnız Vladimir özü getdi, qurpda isə mənimlə birgə 6 nəfər idik. Kala Pattara isə qalxmadım, qar yağdığından Everesti və digər pikləri görməyəcəkdim, ona görə ora boşuna qalxmağın mənası yox idi mənimçün və təbii ki, çox yorğun idim.19-20 gün çəkən trekkinqdə 7-8 gün 4000m-dən yuxarıda gecələdik. Amma heç bir yüksəklik və ya dağ xəstəliyi yaşamadım :) Məhz elə buna görə trekkinqin klassik üsulunu seçmişdim. Ancaq bütün yol boyu deyim ki, heç bir lodge-da istilik sistemi yox idi. Bütün gecelər də ən azı 0-a yaxın olur. Sümüklərimə qədər buzladım. Zato aşağı enəndə istinin, duşun qədir-qiyməti daha yaxşı bilinir))Bol-bol səyahət edin, qəşəng şeylər öyrənin özünüz haqda Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

583 dəfə oxunub

Şəhər bələdçisi - Moskva, St. Petersburg, Minsk, Brest, Lvov, Odessa, Kiyev

Hər kəsə salamlar.Bu yay: Bakı---Moskva---St. Petersburg---Minsk---Brest---Lvov---Odessa---Kişinyov---Kiyev---back to Bakı bu marşrut üzrə aşağı büdcə ilə tək başıma səyahət etdim. Cəmi 481$. Bu postda mən sizə bu şəhələrdəki görməli yerlərdən çox necə getmək olar, nələrə diqqət etməli, sərhəd keçərkən nə soruşdular, onlardan yazmaq istəyirəm.İlk öncə BBAK-dan 100 manata bilet alaraq Bakıdan Moskvaya yola düşdüm. 23 İyulda Bakıdan çıxıb 2 gün sonra Moskvaya çatdım. Moskva---3 gün qaldım. Qısası çox bahalı şəhərdi.Bir yerə getməyin ən yaxşı yolu metrodu. Məhşur yerlərin hamısı demək olar ki, metro Teatralnayada yerləşir. Ostan-Kino isə metro VDNX. 28 İyul 1200 rubla kupeyə (online) aldığım biletlə St. Petersburga yola düşdüm (Leningradski vagzal). Həmin gün axşam üstü ora çatdım. Bura da bahalıqda Moskvadan geri qalmır. Burda da həmçinin ən yaxşı nəqliyyat metrodu. Sizə lazım olan isə Nevski prospekt stansiyasıdı. Ordan başlayaraq şəhəri piyada kəşf edə bilərsiniz.3 Avqustda isə Qatarla Minskə yola düşdüm. Bilməniz gərəkən vacib məlumat isə St. Petersburgdan Avtobusla və ya Blablacarla getmək olmur. Yalnız Rusiya və Belarusiya vətəndaşları. Mən bileti 3030 rubla (online) almışdım (rzgd.ru). Qatar Vİtebski vağzaldan yola düşür. Minskdə o qədər də görməli yer çox deyil. Demək olarki əsas görməli yerlər dəmiryolu vağzalına çox yaxındı. Bir də Minskə 40 km məsəfədə Xatun adlı kənd var 2-ci dünya müharibəsindən qalma maraqlı yerdi.6 Avqust axşam qatarla Brestə yola düşdüm (Hostel Gravedskoe predmit 2 gecə 25 rubl). Qatar seçimi çox idi, mənsə ora tezdən çatmaq üçün ən gec çatan reysi aldım. Bileti həmin gün tezdən vağzaldan almışdım - 17 belarus rubl. Brestdə ən görməli yer Brest Qalası (5№ marşrut) və Sovetskya küçəsidi (xüsusən axşamlar). Brestdə vağzala düşən kimi srazu bir polis 1000 nəfərin içindən birdənə məndən passport istədi. Mən də bütün biletlərimi falan göstərdim ki, burda sadəcə turistəm.Sonra Avtovağzala gedib (dəmiryolu vağzalına 200 metr məsəfədə) 2 gün sonra Lvova bilet avtobus bileti (25 rubl) aldım. Hə bir də, dostlar, Belarusiyada yalnız 5 gün qeydiyyatsız qalmaq olar. Ona görə də, qaldığınız hosteldən qeydiyyat kağızı almağı unutmayın.8 Avqust tezdən Ukranya şirkətinə məxsus sınıq-salxaq bir avtobusla Lvova yola düşdüm. Sərhədi keçəndə Rusiyanın verdiyi migrasiyon kartı Belarusiya alıb peçat vurdu, dedi- yaxşı yol. Ukranyaya keçəndə isə başladılar məni əməlli-başlı sual-cavab etməyə. Nə isə, bunlara da bütün avtobus qatar biletlərimi, hətta fotolarımı göstərib inandırdım ki, sadəcə turistəm. Sonra əlimi sıxıb dedilər ki, gülə-gülə. Yolda hansısa bir şəhərdə Lvova gedənləri düşürdüb daha köhnə bir avtobusla yola saldılar. Nəhayət axşam üstü Lvova çatdım. Mərkəzə isə 15№ avtobusla getdim.Lvovda mərkəzdən Booking.comdan tapdığım Hostel 7-dən (2 gecə 270 qrivin) hər yerə demək olarki piyada gedə bilirdim.10 Avqust axşam üçün Lvovun avtovağzalından Odessaya 600 qrivinə avtobusa bilet aldım. Avtovağzal və dəmiryolu vağzalı yan-yanadı. Mərkəzdən 1№ tramvayla gedə bilərsiniz (5 qrivin). Lvovun avtovağzalı çox pisdi bileti necə gəldi satırlar. Ona görə diqqətli olun əgər kartınız varsa Busfor.ua saytından online alın. Yenə də köhnə bir ekarusla 795 km yol qət edərək 16 saat sonra Odessaya çatdım. Yolda nə bir servis, nə wifi, nə monitor. Heç bir şey, yəni ağlınız türk şirkətlərinə getməsin????. Ukranyada bir Ecolines şirkəti standartlara cavab verir.11 Avqust tezdən Odessaya çatan kimi piyada Hostelimə getdim????(Hostel Hobbit 2 gecə 200 qrivin). Bir az dincəlib pul dəyişdikdən sonra təzədən avtovağzala qayıdıb, 2 gün sonraya 250 qrivnə Kişinyova bilet aldım. Odessada görməli yerlər - Opera House, Derebasovskya küçəsi və plajlar. Amma plajlar bir o qədər təmiz deyildi.13 Avqust tezdən sprinter mersedeslə Kişiniyova yola düşdüm. Sərhədi keçərkən yenə bir xanım başladı məni sorğu-suala, Moldovaya hara? Kimə? Niyə? gedirsən. Öz -özümə güldüm ki, Moldovaya bax iqdisadiyyatı bizdən bəlkə 100 dəfə kiçikdi məni bunlar miqrant hesab edir. Nə isə köhnə üsulla burdan keçib bərbad yollarla 2 saat sonra Kişinyov Gara de Nord avtovağzalına çatdım. Burdan da 3 ley verib marşurtla Couchsurfing hostmun evinə getdim. Orda hostumdan öyrəndim ki, Moldova Avropaya vizasız səyahət edir ????. İ am shock. Sonra şəhərə çıxanda Birliyin bayrağını hər yerdə gördüm və sərhəddə nəyə görə sorğu-sual olduğumu başa düşdüm. Kişinyov müasir, təmiz, normal bir sovet şəhərdi, amma marketlərdə qiymətlər bizdən 2 dəfə baha, maaşlar isə bizdən 4 dəfə azdı. Şəhərdə ən yaxşı nəqliyyat trolleybusdu-2 ley. Kart sistemi yoxdu, konduktor sizə bilet verir. Ümumiyətlə Moldovanın avtobus sistemi daha yaxşı idi. Ruminiya və Polşaya lüks avtobuslar var idi.14 Avqust axşam saat 11-də yenə köhnə bir ukrayna ekarusu ilə tək sərnişin mən idim???? yola düşüb tezdən Kiyevə çatdım (Hostel Boston 5 gecə 550 qrivin).Kiyev - əsas görməli yerlərin demək olar ki, 80% metro Zolotoy Vorotada yerləşir. Maidan Nezalejnosti eyni adlı metroda Çernobıl muzeyi metro Kontarktova Rodina Mat abidəsi isə Drujbi Narod metrosunda. 5 gündə burda qalıb Avqust 21-i əvvəlcədən tapdığım azərbaycanlı sürücü ilə 100$ verərək çerez Rusiya-Gürcüstan Gəncəyə çatdım. Ümumilikdə 30 günə 8300 km məsafə qət etdim. Əsas vacib məqamlar, dostlar, əgər bu yolla səyahət etsəniz aldığınız bütün biletləri saxlayın, deməyin ki, vizasız ölkələrdi problem olmayacaq. Uzun oldu, ümid edirəm faydalı olar. Sualınız olsa məmuniyyətlə cavablandıraram. Getdiyim yerlərdə özümçün videolar çəkmişəm, alınsa youtuba yükləyib linki sizinlə paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mesud Qaradagli      

972 dəfə oxunub

Xəyallar adası - Mavriki

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.  Ölkə haqqında qısa məlumat:Beynəlxalq aləmdə ölkənin adı "Mauritius" kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau'nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə "Mauritius" adını almışdır.Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar. Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.Viza:AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər. Harda qalmalı ?Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var. Bunları etmədən geri dönməyin tövsiyyələri:????‍♀️Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.????‍♀️Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.????Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)????????Gecələr çimərlikdə yandırılan atəşin ətrafında "Sega" rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)????Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).☕️Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda ⬇️)Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki'dən kopya çəkilib” Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir. Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – FrankfurtTarix : 27 Nov – 16 Dec, HY : Condor2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

2199 dəfə oxunub

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı ???? Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar Köln, Dortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur ???? Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin ???? Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər ???? ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər ????Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar ???? Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin ???? Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır ????Bununla da, daha bir yazımızın sonuna gəldik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2109 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!