Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

Belfast havalimanından (George Best 🇬🇧 🇮🇪 ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.

67473462_10216637437823222_8390923485588750336_o
Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.
Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.
Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.
Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.

67594441_10216637440183281_5262660587845844992_o

Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.
Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.

68381433_10216637431143055_1930282221218824192_o

Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.
Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.
Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.
Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.

67501529_10216637423902874_1049535933780590592_o
Əsas görməli yerləri aşağıdakılardır.

1. St. Columb’s Park
2. The Clock Tower
3. St Columba’s Church, Long Tower
4. Foyle Valley Railway Museum
5. Riverwatch Aquarium and Visitor Centre
6. Derry City Cemetery
7. Victoria Road
8. Peace Bridge
9. Old Town

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Elshan Ismayilov

2 thoughts on “Şimali İrlandiya bələdçisi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s