870 dəfə oxunub

Miçoakan bələdçisi

Ölülər gününü qəbristanlıqda keçirdim…
☺️Unudulmaz səyahət təcrübəsi oldu mənim üçün. Bəlkə çoxlarınız Coco cizgi filminə baxmısınız. Bax elə o cizgi filmini canlı canlı görmək və yaşamaq. Həqiqətən çox möhtəşəm idi. Sizə səyahətidən ətraflı danışım. Əgər vaxtiniz və maraqınız olarsa daha ətraflı mənim Blog yazdığım səhifəyə daxil olub oxuya bilərsiniz. http://evdenuzaqlarda.com/michoacan/

80366574_1424033674439191_1480487029501329408_o

ℹ️ Michoacán, Miçoakan kimi oxunur və əyalətdir, Meksikanın qərb mərkəzindədir. Cənub-qərbdən Sakit Okean və qərbdən Colima və Jalisco, şimaldan Guanajuato, şimal-şərqdən Keretaro, şərqdən Meksika və cənubdan Guerrero ilə həmsərhəddir. Paytaxtı isə Morelia şəhəridir.

????Michoacan da Jorullo vulkanı 1759-cu ildə püskürmə zamanı yarandı və 1943-cü ildə Paricutín Uruapan şəhərinin şimal-qərbindəki bir sahədə qəflətən inkişaf etməyə başladı; püskürmələri 1952-ci ilə qədər davam etdi. Kənd sakinləri hərkəs kəndi vaxtında tərk etdi və daha sonra San Juan kəndi yerlə bir oldu.

????Morelia, Michoacan’ın paytaxtı və əyalətdəki ən böyük şəhərdir, şəhərdə 600.000 nəfərdən çox əhali var. 1991-ci ildə YUNESKO-nun Dünya İrsi saytı listəsində yer alıb. Şəhər tamamı ilə möhtəşəmdir. Hələ siz bura noyabr ayının 1 və 2 si gəlsəz çox maraqlı şeylər görə bilərsiz. Çünki bu günlərdə ölülər günü qeyd edilir və inanılmaz dərəcədə maraqlıdır.

79911191_1424034234439135_4719642624162529280_o

????Michoacanda görə biləcəyiniz çox möhtəşəm olan Monarch kəpənəkləridir. ABŞ-ın şimal-şərqindən və Kanadadan 4820 km uzaqlıqdan gəlirlər. Günlərinin geri qalanını Meksika’da yaşayırlar. Uşaqları bütün həyatını Meksika’da yaşayır və yazda, Şimali Amerikanın şimal-şərqinə köç edən nəvələri olur. Sonrakı qış bu kəpənəklərin nəvələri dədə babalarının etdiyi kimi qışda Michoacana geri dönürlər. Həqiqətəndə bir möcüzədire. Ziyarət etmək istəsəz Michoacanda monarx kəpənəklərini görmək üçün ən yaxşı vaxt yanvar-mart aylarıdır. Səhər saat 9, 10 arası getməyinizi məsləhət görürəm. Santuario de la Mariposa Monarca Giriş 50 Peso – 4.50 Azn

✈️Michoacan vaxtı ilə Meksikanın təhlükəli bir əyaləti olub. Lakin hal hazırda təhlükəsiz və daha çox turistin olduğu bir əyalətdir. Michoacana gəlmək fikriniz olsa Meksikanın paytaxtına uçub daha sonra bura uça bilərsiniz. Qiymətlər hardasa 75-100 manat arası olur adətən.

79963994_1424033877772504_5948195968821231616_o

????????“Ölülər günü” Latın Amerikasında, əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaqla bağlı olan bayramdır. İspanca “Día de Muertos” adlanır. Adətə görə bu bayramın keçirildiyi günlərində rəngarəng karnaval təşkil edilir. Müasir dövrdə bu bayram hər il noyabrın 1 və 2-də qeyd olunur. Bu bayramın tarixi Latın Amerikasının ispanlara qədərki tarixinə kimi gedib çıxır. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bu bayramda baş fiqur “Miktlantekuli” adlı “Cənab Ölü” hesab olunurdu. Həmin dövrlərdə bu bayram adətən iyul-avqust aylarında keçirilərdi. Lakin ispanların bu ərazilərdə məskunlaşmasından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.

Hellouindən fərqli olaraq,
☠️“Ölülər günü” qorxutmaq məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz, ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. İnsanlar ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedənlər bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur. Qeyd edim ki, bu ənənəvi bayram 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə “Reprezentativ siyahısı”na daxil edilmişdir.
Maraq göstərib oxuduğunuz üçün təşəkkür edirəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

DİGƏR BLOQLAR

Korsika - Bonifasio bələdçisi

Səyahətə baxışınızı dəyişəcək yer, Korsika adası və çoxlarına görə adanın ən gözəl şəhəri olan ecazkar Bonifasio (Bonifacio). 3500 nəfərə yaxın əhalisi olan bu balaca şəhərciyin əsası rəsmi mənbələrə görə 830-cu ildə qoyulub. Olduğumuz digər iki aralıq dənizi adaları Sardiniya və Siciliya kimi Korsikalılar da özlərini kontinental avropadan ayırırlar və Fransız deyil, məhz Korsikalı olduqlarını ürəklə vurğulayırlar.Müxtəlif illərdə müxtəlif krallıqlar və imperiyalar tərəfindən işğal olunan Korsika son olaraq 1769-cu ildə Fransa tərəfindən işğal olunub və o zamandan Fransanın tərkibindədir. Bayraqlarında və gerblərində bandanalı və qara dərili insan başı əks olunub, bir rəvayətə görə həmin dövrlərdə aralıq dənizindəki adalara tez-tez hücumlar edən berber və ərəblərin (avropalı olmayan və qaradərililəri “Moor” (Mavr) adlandırırdılar) gözünü qorxutmaq üçün Korsikalılar (Sardiniya bayrağı da buna bayrağın üzərinə gözü bağlı və kəlləsi vurulmuş Mavr başı çəkiblər. Digər rəvayətə görə isə Aragon krallığının Mavrlar üzərindəki qələbəsini təcəssüm etdirir. Sonradan gözdəki bağ başa qaldırılır.Sardiniyanın Santa Teresa Gallura şəhərindən Bonifasioya gəmi vasitəsilə getmək olar. Bu marşrutda iki şirkət fəaliyyət göstərir Moby və Blu Navy. Bilet adam başına 24-28 avro arası dəyişir və yol hardasa 50 dəqiqə vaxt alır. Mövsümdə Bonifasioda otellərdə yer tapmaq demək olarkı qeyri-mümkündür, yer olsa da qiymətlər kosmik olacaq, ona görə də turistlərin əksəriyyəti burda gecələmirlər.Ümumiyyətlə Korsikada ictimai nəqliyyat məsələsi problemdir, məsələn biz Bonifasio şəhərindən şimalda yerləşən Bastia şəhərinə getmək üçün ilk öncə Porto Vecchio şəhərinə taksi ilə (70 avro) ordan isə adam başına 25 avro ödəməklə avtobusla səyahət etdik, halbuki səyahət etməmişdən öncə internetdə bu iki şəhər arasında müntəzəm avtobus xəttinin fəaliyyət göstərdiyini yazmışdılar. Bu marşrutla hərəkət etməyi planlaşdırırsınızsa qeyd etdiyim məsələ barədə diqqətli olun.Səyahət üçün lazım ola biləcək saytları aşağıda qeyd edirəm:www.mobylines.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 28 avrowww.blunavytraghetti.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 24 avrowww.corsica-ferries.co.ukGəmi: Bastia (Korsika) – Tulon (Fransa) 4 nəfərə 4 nəfərlik otaqla 200 avro.www.rapides-bleus.comAvtobus: Porto Vecchio(Korsika) – Bastia(Korsika) adama 25 avro, əlavə baqaja 1 avrowww.gettransfer.comTaksi: Bonifasio(Korsika) – Porto Vecchio(Korsika) 70 avro (Viano)Gettransfer çox maraqlı saytdır (həm də app var) siz gedəcəyiniz yeri yazırsınız və sürücülərdən sizə qiymətlər gəlir (quotations) və gələn qiymətə özünüz əks təklif göndərə də bilərsiniz.Bonifasio kiçik şəhərcik olduğuna görə bir günə tam gəzib görə bilərsiniz, amma vaxtınız azdırsa mütləq Aragon pilləkənlərinə (demək olarki 45 dərəcə bucaq altında qayada çapılmış 187 pilləkən) və Marin(e) qəbirstanlığına mütləq baş çəkin.P.S. Şəkillər hamısı Bonifaciodandır.P.S.S. Sualı olan olsa çəkinməsin  hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

977 dəfə oxunub

Misirə qaynar turla

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Novruz bayramını sevgilimlə Misirdə keçirdik. Trend olan Şarm Əl Şeyx turundan və bütün Misirdən təəssüratları və bütün faydalı məlumatları paylaşıram, əminəm lazımınız olacaq ????????NECƏ YERDI? GETMƏYƏ DƏYƏRMİ?Hazırda Şarm ən ucuz kurort zonalarından biri kimi dəbdədir. Azərbaycandan birbaşa uçuş olmasa da Tbilisi aeroportundan çox ucuz getmək olar. Biz bayram sezonunda getdiyimizdən biraz baha çıxdı amma qaynar turları 220-250 USD yə, Aİ(hər şey daxil) 4-5* otellə əldə etmək mümkündür. Büdcəsi aşağı turistlər üçün çox sərfəli variantdır, çünki ölkə də ucuzluqdu. Benzin litri 0.25USD dir. Pulu manatdan düz 10dəfə kiçikdir (1AZN-10egypt Pounds)İNSANLARI NECƏDİ?Misirin əhalisi əsasən ərəblər olduğundan almaq istədiyin hər şeyə, bütün ödənişlərə bazarlıq etməlisən. Milli mənsubiyyətimiz bizə çox komfortlu və su qiymətinə hər şeyi almağa köməkçi oldu. Taksi 30 dollardan 3 dollara kimi düşürdü, istənilən yerə maksimum 3 dollar ödəyib gedə bilərsiz. Avtobuslar 5 pound-50 qəpikdi. Amma pulun "zdaca"sını vermirlər nəzərə alın.İlk addımdan sizi fırlatmağa, pul qoparmağa çalışacaqlar. Aeroporta qələm götürün, immiqrasiya talonu doldurmalısız, onlar 5 dollara doldururlar amma özünüz rahat edə bilərsiz. Biraz yapışqan və bicdilər, ona görə "uyanık" olun. HAMI, dilənçiyə kimi rus dilində bilir və özünü elə Bakıdakı kimi hiss edirsən.NECƏ İSTİRAHƏT ETMƏK OLAR?Şarm Misirin Asiya tərəfidir və onun daxil olduğu Sinay adasına viza lazım deyil. Amma Afrika tərəfinə, Qahirəyə filan planlayırsızsa elə aeroportda 25 dollar verib ki "nakleyka" alırsız və pasporta özünüz yapışdırırsız. 7 gün rahat hər yeri gəzə bilərsiz. Turunuz 7 gündən çoxdursa gidə pasportu verin polisdə qeydiyyata alsın, pulsuzdu. Sizə otelə gələndən sonra tur gid gəlib turlar təklif edəcək, amma onlar bir qayda olaraq çox bahadı. Şəhərdən 2 qat ucuz tapıb bazarlıq edib daha yarı qiymətinə ala bilərsiz.Əsas gözəllik Qırmızı dənizdə, suyun altındadı. Tiran adası və Ras Muhammad, Mavi Deşik (dünyanın ikinci ən gözəl diving mərkəzi) diving üçün əla yerlərdi. Diving turu maksimum 20 dollardı. Yolda sizə mütləq paltarın, jiletin, eynəklərin və s. lazım olduğunu deyəcəklər, aldanmayın, boş şeydi fırladırlar ????.Dəvədə gəzə, kanyonlara səfər edə, kvadrasiklda səhranı fırlana, bədəvilərlə çay içə bilərsiz. Amma heç kimə heç bir kömək eləmələrini istəməyin. Sizə şəklinizi çəkməyi, dəvəyə mindirməyi, çantanızı maşına qoymağı və s. təklif edəcəklər, bu diqqət və mədəniyyət yox, pul tələsidir və sonra pul istəyəcəklər sizdən, fırladırlar ????QAHİRƏMisirdə benzin çox ucuz olduğundan cəmi 10-15 manata avtobusla Misirin paytaxtına gedə bilərsiz. Şəhərin əhalisi 20 milyondu. Biraz çirklidi, qaradı, amma ucuzluqdu. Mütləq tarix muzeyinə gedin, Faraon tarixinin incilərini, hətta 4 min yaşı olan mumiyanı və qızıl heykəlləri görə biləcəksiz. Muzeyə giriş zamanı fotokameraya pul istəyirlər amma telefonla çəkmək pulsuzdu. GİZAGİZA qədim şəhərdir, məhşur dünyanın 7 möcüzəsindən salamat qalan yeganə Piramidalar bu şəhərdədi. Amma şəhərin arxitekturası əksinə çox pisdi. Tam tikilmiş binalara ölkədə vergi var, ona görə binaların hamısı yarı yarımçıq tikilib.  Piramidaları görmək üçün getmək lazımdı açıq hava muzeyinə, həm Xeops piramidası, həm, digər piramidalar, həm də Sfinks elə eyni ərazidədi. Ərazi çox böyükdü. Məsləhətdi ki, orda icarəyə dəvə ya da at götürəsiz. Nə qiymət desələr yarı qiymətə razılaşırlar. Təqribən 5-10 dollar arası tez gəzib ən yaxşı yerdə şəkillər çəkə bilərsiz. Amma sürən adam şəklinizi çəksə axırda pul istəyəcək, verməyin, çünki fırladırlar ???? Orda qalası olsaz, mütləq otel gəmiləri götürün, çox romantik və rahatdı, çox maraqlıdı.  Əsl papirusu və xüsusi yağlar və ətirləri də bu şəhərdə alın, ucuz və orijinal olacaq. Dedikləri qiymətləri mütləq müzakirə edin, fırladırlar ???? daha ucuz almaq mümkün olacaq.ALEKSANDRİYAAralıq dənizi sahilində yerləşən, Misirin ən gözəl şəhəridir. Misirlilər özləri burada istirahət edir. İndi 6 milyon idi əhalisi, yayda 18 milyon olur. Daha bir 7 möcüzədən biri, Aleksandriya mayakının qalıqlarından tikilən fortla tanış ola bilərsiz. Ora Avropaya daha yaxındır və çox müasir əhalisi var. Əsl dondurma dada bilərsiz. Amma korallar və ya balıqqulaqları almaq lazım deyil, sərhəddən onları buraxmırlar.BÜDCƏ2 nəfər Tbilisidən uçuş və 1 həftəlik 4* otel - 800USD2 nəfərlik Şarm-Qahirə-Aleksandriya turu(1 gecə Qahirədə qalmaqla) - 230 USDDiving - 45USDHədiyyələr, suvenirlər, shopping - 250USDBakı - Tbilisi - Bakı - 105AZNTbilisi yemək və shopping - 200USDSuallarınız olarsa cavablamağa və məsləhət verməyə şad olaram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Gadirov

1327 dəfə oxunub

Almaniya-Belçika-Hollandiya bələdçisi

Xanımlar və cənablar, 10 günlük Avropa səfərindən sonra, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Səfər ekonom olmadığı üçün, tips and tricks-lərə girmirəm. Marşrut; Bakı-İstanbul (Buta)-Frankfurt (PGS)-Loreley-Koblenz-Mainz-Gent-Roermond-Eindhoven-Rotterdam-Amsterdam-Lingen (Nordhorn)-Giethorn (Hollandiya)-Düsseldorf-Köln-İstanbul (PGS)-Bakı (Buta).Deməli, Frankfurtdan Düsseldorfa qədər maşınla gəzmişik. Məqsəd ürəyimiz istəyən yerdə qala bilmək və istədiyimiz yerləri görmək idi.Nəzərə çatdırılmalı olan məqamlar:!!! Frankfurtda təyyaradən düşən kimi, elə ayaqüstü pasportu alırlar və sorğu sual eləyirlər. Hara gedirsən, niyə gedirsən, harda qalajsan, hanı otel bornların, hanı dönüş biletin və s. Nəbadə yalan deyəsiz. Qətiyyən. İnandırmaq çətin olur. İkinci mərhələdə, miqrasiya işçiləri yenə sorğu sual eliyir və geri dönüş biletini istəyir. Bizdə biletlər var idi, telefonda açdım göstərdim. Amma otellər yox idi, çünki maşınla gəzməyi planlayırdıq, harada ürəyimiz istədi orada da qalacaqdıq. Olduğu kimi dedim hər şeyi, problem olmadı. 1. PGS üçün bilet alanda yeməkləri də online almışdım. Təyyarədə əlavə şeylər almaq üçün kartla ödəmə etmək istədik, yalandan yoxsa həqiqətən, bilmirəm, amma 3 fərqli bankın kartını götürmədi terminalları. Gah dedilər göydə terminal işləmir, ya dedilər sizdə debetdi (halbuki, kartlardan biri Albalı, biri də Birkat idi). Maaş kartların da götürmədi. Biabırçılıq. Yəni, cibinizdə nağd olmasa, susuz qalsaz, çatana kimi suyunuz quruyar. 2. PGS oturacaqları balacadı. Hətta elə təyyarələri var ki, belini geri vermək olmur, elə dümdüz oturmalısan )) Çox narahatdı. Şəxsən PGS-la uçmağı nəzərdən keçirmərəm bundan sonra. 3. Nəzərə alın ki, Almaniyada restoranların mətbəxi axşam saat 9 və ya 10-dan bağlanır. Yəni, oturub pivə içə bilərsiniz, amma yemək vermək istəmirlər o saatlardan sonra. Ofisiantları bir çox yerlərdə "borzu"du, ürəyi istəmirsə, deyir "kuxna" bağlıdı )) 4. Almaniyada maşın sürəcəksinizsə, çox ehtiyatlı olmalısız. Yol nişanları bizə görə həddindən artıq çoxdu və zolaqlar da bir-birinə qeyri-adi keçir ) 5. Həm Almaniya, həm Hollandiyada velosipedlər üstünlük təşkil edir. Siz maşınla olarkən, onlara arxadan 1-2 metrdən çox yaxınlaşmaq olmaz. Sürətlə ötüb keçməyə çalışmayın. 6. Kirayəyə maşın götürəcəksinizsə, ingilis dilində naviqatoru olsun. Çox köməyi dəyəcək. 7. Bir çox şəhərlərdə, hündür binaların son mərtəbəsində panoramlı restoranlar olur. Oradan bütün şəhəri görə bilərsiniz. Belə yerlərdə pivə 2-3 evro olur. 8. Frankfurtdan 90 km məsafədə, Reynin qırağında Lorelei deyilən yer var. Çox gözəl yerdi. Yolunuz düşərsə, yan keçməyin. 9. Lorelei-dən çox da uzaq olmayan Koblenz şəhərciyi var. Bura tarixi yerdir. Koblenz qalası Birinci Dünya Müharibəsinin şahididir. Çoxlu eksponatlar və oraya ilk dəfə gələn Amerikan qoşunlarının ordu komandanı haqqında məlumatlar var. Kanatla mərkəzə enib, Mozel ve Reynin birləşdiyi yeri gəzə bilərsiniz. 10. Belçika. Brüssel haqqında xoşagələn şeylər eşitmədiyim üçün, oradan yan keçdik. Gent şəhərinə getdik. Maraqlı, tarixi yerləri bol olan yerdir. Məşhur belçika kartoşkasının dadına baxdıq. Pis deyil, bir dəfə yemək olar ) 11. Hollandiyada Roermond deyilən bir outlet var. Yalnız brendlərdir. Ucuz sayılmaz amma, həvəskarları üçün əla yerdir. 12. Eindhoven şirin şəhərdi ) Almanlardan fərqli olaraq, çox gülərüz və mehribandı hollandlar. The Student Hotel Eindhovendə qaldıq. Çox maraqlı yerdi, yolunuz düşərsə mütləq qalın ) Düz mərkəzdədi. Philips muzeyini və Van Qoq yolunu gəzə bilərsiniz. 13. Rotterdam da Frankfurt kimi iri və qaynayan şəhərdir. Hava pis olduğu üçün, çox qalmadıq. Ən xoşuma gələn isə Seoul Sista restoranı oldu. Mütləq gedin yolunuz düşərsə ) Səhər yeməyi üçün isə, türklərin Köşk restoranı var. Çay qırağında, mənzərəli yerdə. 4 nəfərlik "sərpmə kahvaaltı" 38 EUR tutdu. Bundan başqa Markthal deyilən bir yer var, spesifik Holland məhsulları satılır. Çox maraqlı yerdir, mütləq gedib Holland pendiri, kolbasası və s. almaq lazımdır. 14. Amsterdam. Nə yalan deyim, heç xoşum gəlmədi. Şəhərə girən kimi "kəklikotu" iyi adamı birtəhər eliyir. Çox pis iyi var. Çox qarışıq, səsli küylü şəhərdi. Küçədə turist əlindən gəzmək olmur. Çox baha şəhərdi. Hardasa 3-4 saat parkovkaya 25 EUR verdik ) Qalan məsələlərə toxunmuram, çünki qrupda böyük şəhərlər haqqında ətraflı məlumat çoxdur. 15. Lingen, Hollandiya sərhəddində şirin bir Alman şəhəridir. Çox səliqəli, sakit və yaşıl bir yerdir. Lingendə, Almaniyanın damar cərrahiyyəsi üzrə sayılan klinikalarından biri, Bonifatius yerləşir. Orada bizim azərbaycanlı həkimlər də işləyir. Elə biri bizim xalaoglu Islam Guliyev  16. Giethorn. Hollandiyaya gedib Giethornu görmədinsə, mayan batdı deməkdir ) Bu barədə çox yazmaq istəmirəm, google da eliyib baxa bilərsiniz. Şəkillər də var aşağıda (çəkəni deyiləm, amma işə yarayar) 17. Köln də təxminən Amsterdam kimidir, səsli küylü, qarışıq, hər tip adam var. Türklər lap çoxdur. Özlərinin də ayrıca məhləsi var. Restoranları da eyni İstanbulda olduğu kimi keyfiyyətlidir. Kölndə ən maraqlı yerlərdən biri də, başqa bir oxşarı Milanda yerləşən Duomodur. Yanında muzeyi də var. Girişi də pulsuz olmalıdır. 18. Ümumiyyətlə Avropa marketlərində həddən çox çeşidli və maraqlı məhsullar var. Müqayisədə bizdən də ucuzdur. Hə, bir də ki, benzin 1.5-1.6 EUR ətrafında. Magistrallarda isə daha da baha olur. Ona görə də çalışın magistraldan kənarda "full bak" eliyin, sonra uzaq yola çıxın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valid Memmedli

992 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1104 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!