1502 dəfə oxunub

Nepal bələdçisi - Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.
 
Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.

Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.

68961891_2357378031246963_7481480601795559424_o

Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.

Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.

Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.

69219467_2357395607911872_7183085227760156672_o

Gəldik məbədlər hissəsinə...

Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir...

İbadət olunan reyhan

Katmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.

69265670_2357395227911910_7670915065008095232_o

Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.

Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.

55 Pəncərəli Saray

Məşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.

Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisiz

Vəəə... sizə danışım məşhur Baktapur Yoqurtundan... Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu... Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə

Uzun oldu deyə üzrlü sayın

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mahbuba Musayeva

DİGƏR BLOQLAR

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1178 dəfə oxunub

İtaliya-İspaniya-Portuqaliya səyahəti

İtaliya-İspaniya-Portuqaliya səyahətiWizzAir-in bizə bəxş etdiyi nemətlər sayəsində Avropanın ta o başına, su qiymətinə gedə bilirik. Allah canlarını sağ eləsin. Çoxdandır planlaşdırdığım bir üçlük var idi. Nəhayət o gün gəlib çatdı, oktyabr ayının sonları havaya görə narahat olsam da, mülayim hava şəraitində səyahətimi gerçəkləşdirə bildim.Bakı-Roma reysi ilə, tarixi dillər əzbəri olan Romaya yola düşdüm. Amma artıq İtaliyaya çatmamış, otel qiymətlərindən də hiss etmişdim ki, məni nələr gözləyir. Fiumicino hava limanından şəhər mərkəzinə (Termini stansiyasına) getmək üçün ən rahat yol ekspress qatarlardır, təktərəfli gediş qiyməti 16€-dur.Romanın hər küçəsi, hər addımı tarixdir. Kolizeydən tut, Vatican City-yə qədər sizi valeh edəcək bu şəhər.Şəhərdə ən əlverişli nəqliyyat vasitəsi metro və skuterdir. Həm vaxtınıza qənaət etmiş olacaqsınız, həm də pulunuza. Avtomobil icarəsi qiymətləri sizi aldatmasın, parkinq, şəhərə giriş və yanacağa ödəyəcəyiniz pul sizi qorxuda bilər.Skuterlər də ucuz deyil əslində, bir neçə nəfər skuter icarəyə götürsə taksi ilə eyni qiymətə başa gəlir.Roma, italyanların özlərinin də dediyi kimi, bərbad nəqliyyat sisteminə malik olan bir şəhərdir. Vay o gündən ki, gecə küçədə qalasınız. Taksilər son nəfəslərinə qədər vəziyyətdən istifadə etməyə çalışacaqlar. Uber var deyə də həvəalənməyin, sürücülərin hamısı imtina edir sifarişdən. Bu məsələyə axırda yenə qayıdacam. İtaliya həm də mətbəxinə görə dillər əzbəri olan ölkədir. Getmişkən pizza və əsl italyan qəhvəsinin, şərabının dadına baxmağı unutmayın. Pasta isə elə bizdəki pastadır. Xüsusi bir şey gözləməyə dəyməz.İtalyanlar çox tənbəl insanlardır, ki “siesta” adlı bir mədəniyyətləri var. Nahar fasiləsini 2-3 saatdan az etmirlər. Ancaq yesinlər, yatsınlar. Bizə oxşayırlar deyəndə də çox sevinməyin, həm də çox yaxşı yalan danışmağı bacarırlar. İtaliya böyük ölkədir və hər bölgənin insanı, mədəniyyəti fərqlidir təbii ki, İtaliyaya xüsusi bir plan hazırlayıb, hər bölgəsini gəzmək daha məsləhətli olar.İtaliyada ucuz olan yeganə şey süvenirlərdir, dostlarınıza bol-bol süvenir almağı unutmayın. Cəmi 1€, hər yerdə də eyni qiymətədir.Vatikanı mütləq ziyarət edin, hətta çalışın bazar günü 12:00-da orada olun ki, Roma Papasının xeyir-duasına da canlı şahid olasınız. Ən az 2-3 saat növbədə gözləməyə dəyər. St. Peter Basilica kilsəsi isə, sizi əmin edirəm, yer üzündə ən möhtəşəm kilsədir. Ümumiyyətlə, İtaliyanın arxitekturası, sənət əsərləri insanı ağzı açıq qoyur. Bircə Romanın dar küçələri mənə çox boğucu gəldi.Gələk taksi məsələsinə. Hava limanından şəhər mərkəzinə və əksinə taksi qiyməti fix 50€-dur. Qətiyyən artıq pul tələb etdiklərində ödəməyin. Mən də 50€-ya getsəm də, taksi sürücüsü qadın məndən başqa 2 nəfər də götürdü məni gözlədib. Hələ, İtaliyanın bank sistemində qəza olub, kartla ödəniş ala bilmirəm nağılları da danışdı. Bir də, aerporta yaxındır deyə aldanıb son gün üçün otel rezervasiya etməyin, 7 km məsafəyə də, taksi qiymət oxuyur, çalışın gediş-gəlişinizi elə saata salasınız ki, taksidən istifadə etmək məcburiyyətində qalmayasınız. Məsləhət görə biləcəyim otel isə Via Flaviadır, qiyməti daha münasib, otaqlar səliqəli və təmiz, səhər yeməyi də qiymətə daxildir.Portuqaliya və İspaniya haqqında yazana qədər, məni instagramda izləməyi unutmayın: renatmajidovPaylaşan: Renat Majidov

172 dəfə oxunub

İndoneziyanın Flores adaları

Bali adası haqqında postlar çoxdur amma mən sizə İndoneziyanın Flores adalarından ve oraya bağlı olan Komodo əjdarhalarının yaşadığı Komodo adasından söz açacağam. Balinin dini hinduizm , burası isə müsəlman nüfusun yaşadığı bir adadır. Balinin xaotikliyindən bezənlər, fərqli bir ortam huzur arayanların mütləq getməsi gərəkən bir yerdir. Və ən əsası, insan həyatında neçə dəfə əjdarha görəbilər ki? 2 həftəlik İndoneziya tətilinin çox hissəsini Balidə keçirdikdən sonra təyyarə ilə Labuan Bajo’ya uçduq. Yol 1 saat sürür. Buraya gəlmənin alternativ yolları var, ən məsləhətlisi havayoludur. Gəmi ilə Lombokdan da keçmək mümkün. Getmədən öncə Labuan Bajodan təknə turu almışdıq. Günübirlik turlarda vardı amma ki getmək istədəyimiz bəzi yerləri pas keçirdi. Ona görə də 1 gecə qonağlamalı təknə turu almalı olduq. Turun uğradığı yerləri maddə maddə yazacağam:1. Kelor adası: tərtəmiz suları ilə bəyaz qumlu plajı olan , köpək balığı balalarının sürüsü ilə üzə biləcəyiniz bir yerdi. Toxunmurlar hətta insanlardan qorxub qaçırdılar2. Kalong adası: günbatımında demək olar ki bütün təknələr buraya doğru yol alır. Səbəbi isə o saatda yarasa sürülərinin uçuşu. Günbatımıyla bu mənzərə birləşincə müthiş görüntülər ortaya çıxmışdı. Yaşadığımız ən gözəl anlardan birisiydi3. Padar adası: Gecəyi təknədə keçirdikdən sonra sabah saat 4də oyanıb Padar adasına doğru yola çıxdıq. Məqsəd gündoğumunu adanın təpəsində qarşılamaqdı. Yanlış xatırlamırsam 287 pillə qalxmaq lazım idi. Yolun çox hissəsi rahat idi amma yenədə yorurdu. Təpəyə çıxdığımız zaman isə gördüyümüz mənzərə nəyə desən dəyərdi. Gündoğumu ilə birləşincə mənzərinin dadından doyulmurdu. Göyüzü sarının tonlarına bürünmüşdü. Yürüyüş yolunda marallar desən var, nikah fotosesiyası üçün gələn desən o da var4. Pink beach: Çəhrayı rəngli qumlu plajı ilə məşhur olan yer. Bu rəngi qumlara qarışan mərcan resiflərindən alır. Şəklini paylaşacam. Günəş sahilə vurunca rəngi daha da bəlirginləşir. Üzmək üçün su tərtəmiz idi , gördüyüm ən təmiz plajlardan birisidir. Burayı görməyi çox istəyirdim5. Komodo adası: Səbəbi ziyarətimizin əsas nədəni. Turun sonunda buraya gətirirlər. Komodo National park olaraq keçir rəsmi adı. İçəridə yerli əhalinin yaşam alanı var. Maddi olaraq rəfah səviyələri ürəkaçan deyildi. Dünyada bir yerlərin bolluq içində üzüb, bir yerlərin səfalət çəkməsini sorğulayır insan. Komodo əjdarhalarını görmək üçün az biraz yol qət edirsiniz və nəhayət qarşısınızdadır. Yaxınına getməyə qəti şəkildə icazə verilmir, ac zamanında insanı belə udabilər. Yetərli miqdarda bəslənmişsə ayda 1 dəfə bəslənməsi bəs edir. Normalda yeməsi üçün qoyun, quzu çoxaldırlar. Bu əjdarhalar zəhərlidir, nadirdə olsa turistlərə saldırmış olduğları zamanlar olmuş amma kimsə böyük bir xəsarət almayıbMəncə Baliyə qədər getmişkən bir neçə gününüzü buralara ayırabilərsiniz . Balidən çox daha gözəldir buralar

222 dəfə oxunub

Stereotiplərə qarşı İran səyahəti

Belə görürəm, Avropadan postlar kifayət qədər çox olur. Mən də dedim marağınızı tam başqa yerə, sevimli qonşumuz İrana çəkim  1 il əvvəl demək olar ki, bir anda qərar verib, dostlarımı və çoxdan görmək istədiyim İranı görməyə getdim. Birbaşa durub getdim avtovağzala, güc-bəla ilə bir Astara avtobusu tapıb, yola düşdüm. Avtovağzaldan sərhədə çox qısa yoldur, piyada, və ya 1 manata taksiylə getmək olur. Sərhədi keçmək kifayət edir ki, İrana gedib-getməyəcəyinizi bir daha düşünəsiniz. Hər şeyi əllə dəftərə yazan, kobud danışan, heç nəyi izah etməyə əziyyət çəkmək istəməyən, bir az qəribə geyimli adam görən kimi incitməyə çalışan qəribə sərhəd işçiləri var. Sərhədi keçdim və İrandaydım. O an bir daşın üstünə oturdum, düşündüm, bəlkə geri qayıdım. Sərhədi keçən kimi taksistlər və pul dəyişmək istəyənlər adama elə bir hücum çəkir ki, dünyanın ən qorxulu filminin baş rolunda hiss edirsiniz özünüzü. Biri çantamı əlinə alıb getməyə başladı ki, maşınına qoysun, biri pulları gözümə soxur, hamı qışqırır, uşaqlar ağlayır, rəsmən real olduğuna inanmırdım. Qarışıqlıqdan güc-bəla ilə canımı qurtarıb bir az irəliyə getdim, təəssüf ki, çox səhv bir qərarla bir taksiyə mindim. Adamın mənə pul atmaq üçün elədiyi oyunları danışsam, dəli olarsınız. Deyir ki, istədiyim pulu verməsən, səni burda düşürdəcəm, qoy səni zorlasınlar. Məndə də az yoxdu, dirəndim, birtəhər gedib çıxdım Rəştə gedəcəyim avtovağzala. Qəribə bir taksiyə mindim, adam 3 saatlıq yolu 6 saata getdi, yolda yüklər çatdırırmış, bir-birimizi də heç cür anlaya bilmirik ki, izah edim ki, çox tələsirəm, məni dostlarım gözləyir. Hər dəq düşür çay içir, mənə də təklif eləyir, rominqim də işləməmək üçün dirənir, heç olmasa telefonla yardım istəyim. Hava da qaranlıq. Birtəhər çatdım Rəşt avtovağzalına. Artıq özümü hazırlamışdım ki, dostlarım məni 2 saatdan artıq gözləyən deyil, gəlməyəcəyimi düşünüb, çıxıb gediblər Tehrana. Onları görəndə necə sevindim, izah eləyə bilmərəm. İrana təzə düşəndə özünüzü necə aparacağınıza şübhə etməyə başlayırsınız. Məsələn, qərar verə bilmirəm ki, dostlarımı qucaqlaya bilərəm, yoxsa yox, iranlılarla əllə görüşüm, yoxsa yox  Stereotiplər o qədər çox olub ki illər boyu. Əslində isə hər şey o dərəcə dəhşətli deyil. Sadəcə bir az geyiminizə, hərəkətlərinizə diqqət etsəniz, hər şey yaxşı olacaq.Rəştdən yola düşdük Tehrana. Həyatımda Tehran qədər mənasız bir şəhər görməmişəm. Fars dilində yazılar görməsəniz, harada olduğunuzu anlamaq mümkün deyil. Şəhərin heç bir özünəməxsusluğu yoxdu, böyük bir xaosdan ibarətdi. İnsanlar vəhşi kimi maşın sürür, şəhərin mərkəzi haradı, kənar haradı, anlamaq olmur, kolorit yox, ruh yox, tərz yox. Taksi baha sayıla bilər, təxminən bizdən 2 dəfə artıq. İranlı tanışlar bizi daim bahalı kafelərə aparmağa çalışırlar, ən qlamur kafeləri bizim batmaq üzrə olan kafelərdən fərqlənmir. Pizzeriaya getdik, elə pizza növləri vardı ki, italyanlar ömür boyu eşitməyib. Ən geniş menyusu olan kafenin menyusu cəmi 2 səhifədən ibarət olur. Allahın unutduğu yer dedikləri bu olmalıydı. Təəssüf, metroya minə bilmədim, çünki iranda maşınsız olmaq beyinsiz olmağa bərabər kimidi, qızlı-oğlanlı bir az işi-gücü olan adam da maşın sürür. Dostlarımız maşınsız çörək almağa belə getmirdilər.Kabus sona yetdi və nəhayət, Şiraza getdik. İranın necə görünməyinə baxmayın, bizdən daha çox turistə alışıblar. Otellərin heç birində soruşmurlar ki, qızla oğlan bir otaqdamı qalır, qalırsa nigahı varmı və s. Çox rahatdılar. Şiraz balaca, gözəl şəhərdi. Tehrandan sonra dərman kimi gəldi. Çox gözəl məscidləri var, "pattern" cənnətinə düşmüş olursunuz. Çoxlu bağları var, insanlar istirahət üçün adətən bu bağlara gedir. Ən çox Eram bağını bəyəndim. Bağda saatlarla vaxt keçirirdik, çəmənlikdə yatırdıq, özümüzlə yemək aparıb yeyirdik. Bağlara və bəzi məscidlərə giriş pulludur, yerli və xaricilər üçün dəhşətli fərq var. Yerlilərə giriş bizim pulla 2-3 manat, xaricilərə 20-25 manat olur. İrana gedəndə çox böyük bir səhv elədim, bir azca dil öyrənmək işimi çox asanlaşdıra bilərdi, çünki heç kim xarici olduğumu hiss etmirdi. Çox rahat yerli biletlərlə gəzə bilərdim :) Məscidləri də çox gözəldir, məncə, hamısını gəzmək lazımdır, 10 gün vaxtım olduğu üçün çox rahat qarış-qarış gəzdim Şirazı, amma qısa vaxtda da çatdırmaq olar. Nəsir əl mülk məscidi aura olaraq ən unudulmazı oldu mənim üçün. Ora mütləq səhər 9-dan gec olmayaraq getmək lazımdır ki, rəngli şüşələrin əksini günəş içəriyə vursun. Biz bir az gecikmişdik, amma hər bir halda gözəl idi. Məscidlərdə uzun müddət oturub, dincələ bilərsiniz, insanlarla tanış olub, söhbət edə bilərsiniz. Məscidlərdə tanış olduğum iranlılar mənə çoxlu hədiyyələr verirdilər (adətən təsbeh ).Sentyabr ayı dəhşətli dərəcədə isti idi. Orqanizmim çox əziyyət çəkdi. Orada yarım litr su almaq anlayışı olmur. Marketdən birbaşa 2 litrlik su alıb gəzirsiniz, quruluqdan bədən tamamilə taqətini itirir. Günə 6-7 litr su içirdim, yenə də kifayət etmirdi. Yemək baxımından da çox əziyyət çəkdim, addımbaşı ancaq lülə kabab və düyü satırlar, başqa yeməklər tapmaq çox çətindir. 6 ya 7-ci günüm idi, bədənim yeməkdən tamamilə imtina etdi. 2 günə yaxın heç nə yeyə bilmədim, arada bir neçə meyvəni, çayı və suyu çıxmaq şərti ilə. Çay demişkən, İranda möhtəşəm çay səfası edəcəyimi düşünürdüm, çox yanıldım. Əksər kafelərdə paket çay verirlər. Amma möhtəşəm halvaları və nabatları olur. Kafelərdə çay çox ucuz olur, yemək isə təxminən porsiyası 10-12 manat arası. Amma porsiya həddən artıq böyükdür, bir porsiyada 2 şiş lülə kabab və az qala bir qazan düyü olur. Yeməyin yanında hamı pivə içir, əvvəlcə mən də sizin kimi çaşdım, sonra alkoqolsuz pivə olduğunu öyrəndim.Hər addımda isə sizə şiraz şərabı və araq təklif edirlər. Restoranların çoxunun xüsusi "2-ci mərtəbə"ləri olur. Ümumiyyətlə, şəhərdə hamı içir. Dükana girib nəsə alırdıq, görürdülər xariciyik, içki təklif edirdilər, arxaya keçirdik ki, yığışıb 5-6 nəfər araq içir. Amma içkilərin keyfiyyəti fəlakətdir. Bir dəfə şərabın dadına baxdım, üzüm sokuna tibbi spirt töksəniz, daha dadlı olardı.Əsas məsələni deməyi unutmayım, İranda plastik kartlarınız işləməyəcək  Mən hər səfərimdə olduğu kimi, işlətməyi planladığım cash pulu götürürəm, kartlarımda da çətin anlar üçün dollar və eurolar saxlayıram, İranda isə bu gülüş obyektinə çevrildi  Burada mastercard, visa və s. keçmir, öz kart sistemləri var. Ödəmə eləyəndə də kartı verib pin-kodu deyirsiniz, pin-kodu özün yığmaq söhbəti yoxdu Ümumiyyətlə, İranda turistlərə böyük hörmət var. Hamının hər addımda pul atmağa çalışmağına baxmasaq, əhali turistləri sevir. Bir az da qəribə baxırlar. Durduq yerə sizinlə şəkil çəkdirmək istəyirlər, sanki yad planetlisiniz  Bir də qorxurlar sanki. Geri dönüşümdə tək idim, sürücü, köməkçisi filan üstümdə əsirdilər. Hər dəqiqə halımı soruşurdular, razıyammı, xoşbəxtəmmi, çay, su təklif edirdilər. Astaraya geri dönəndə 17 saatlıq avtobus səfərim var idi. Mən Bakıdan Tiflisə hər gedəndə o 9 saat dəhşət gözümə dururdu, bu 17 saat necə keçdi hiss eləmədim. Avtobusları bir az baha, amma inanılmaz rahat olur. Mən bileti gec aldığım üçün 2-ci dərəcəli bir şirkətdən almalı oldum, ona görə qorxurdum. Amma o yarı-luks şirkətin belə avtobusu çox rahat idi. Geri qayıdanda yaxşıca yatırdım, ayaqlarımı toplayıb kresloya yığışmışdım. Birdən qışqıraraq oyandım. Sürücünün köməkçisi üstümə ağır bir parça atmışdı. Şalvarda olmağıma baxmayaraq, görüntü xoşuna gəlməmişdi. Mən də hirslənib parçanı yerə atdım. Bunu çıxmaq şərtilə çox rahat qayıtdım  Geri dönüşdə acmışdım, 4-5 kafesi olan bir yerdə saxladılar, hər yer kabab idi, iyrənirdim artıq. Birdən gözüm hot-doq yazısına ilişdi. İran səfərim boyu dirənib yemədim, çünki o sosislərə güvənə bilməzdim. Amma elə ac idim ki, kababdan başqa tək seçimim o oldu. Bu, həyatımda yediyim ən ləzzətli sosis idi. Hot-doqun tərkibiylə bir az oynamışdılar, o nə dad idi! Porsiya da ki giqant.İran yeganə ölkə oldu ki, öz sərhədlərimizə daxil olanda dəhşətli dərəcədə xoşbəxt idim. Astaraya çatanda özümü çox güvəndə hiss etməyə başladım. Halbuki, İran təhlükəlidir deyə bilmərəm. Vətən sözünü ilk dəfə ürəkdən dedim  Və saçımı, qollarımı örtən o ağırlıqlardan elə bir sevinclə qurtuldum ki, geyimin də azadlığın bir parçası olduğunu anladım və azadlığın ən gözəl sərvət olduğuna əmin oldum.Amma soruşsalar, bəli, Şiraza, İsfahana bir daha gedərdim və bəli, xoşbəxt bir səfər keçirdim Bu çox uzun yazı üçün bura qədər oxuya bilənlərdən üzr istəyirəm. Başqa suallarınız olarsa, yaza bilərsiniz. Bu yazı demək istədiklərimin dörddə biri belə deyil Sevgilər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayuk Utopik

1346 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!