693 dəfə oxunub

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part II)

Salam hər kəsə.
İki dəfə qrupda Liberya haqqında paylaşım etmişdim və onlarla oxuyucu daha da ətraflı yazı istəmişdilər.
Bu dəfə ümumi deyil, iki yer haqqında məlumat paylaşmaq istəyirəm.

Onlardan birincisi Ducor oteldir.
1960-cı ildə Monroviyanın ( Liberyanın paytaxtı) ən yüksək mövqeyində tikilmiş Dukor otel dövrünün ən lüks oteli olub və şəhərin ən hündür tikilisi ünvanını alıb. İllərlə fəaliyyət göstərib. O dövr elə də bəsit olmayan bir qurğu- liftə malik möhtəşəm tikili əgər istifadəyə yararlı olsaydı hal-hazırda da analoqsuz bina olardı...
Xalq arasında Qəddafinin oteli olaraq tanınır.
90-cı illərdə ölkədə baş verən daxili müharibə binanı istifadəsiz hala gətirib. Yenə yerlilər arasında Qəddafinin restobrasiya edəcəyi danışılsa da, onun ölümü bu planı həyata keçirməyə imkan verməyib.
Artıq dağılmaq üzrə olan bina məhdud turistlərin girişinə icazə verilən bir məkan olub.
İnanın çox fərqli aurası var.
Heç indi elə proyektlə bina inşa edə bilmirlər.
Ki, o binanı da britaniyalı mütəxəssislər, Rumıniya və İsrail proyektinə əsasən tikiblər.
Çəkiliş üçün icazə verilmirdi. Ona görə ancaq şəhərin görüntüsünü çəkdiyim foto, içəridən də bir foto paylaşdım. Bir də hal-hazırda belə ölkədə liftin barmaq sayı qədər olduğunu düşünsək tikilini Afrika üzərindən analiz edirəm...

İkinci məkan şəhərin ən reytinqli səmti olan Sinkorun ara məhəllələrindən biridir.
Mərkəzdə belə bir qəsəbənin varlığı bizə artıq təəcüblü gəlmir.
Düşünə bilərsiniz ki, Azərbaycanda da bənzər yerlər var. ( inanın o qədər olanı yoxdur) Ancaq müqayisə üçün deyim ki, Monroviyanın ən azı 60-70 faiz yerləri belədir... ( "Teneke" evlərin sayı isə 70%-dən də çoxdur)
Niyə məhz o qəsəbəni çəkmişəm?
Körpü tikmək üçün bizdən maddi yardım istəmişdilər.
Yox deməmişik. Körpü tikən məhəllə sakinlərinin yemək və tikinti vəsaitlərini qarşıladıq. Özləri təmənnasız işləyirlər. Əvvəlcə dövlətə müraciət ediblər, ancaq qarşılıq almayıblar...
Biz də inşaatın başladığı gün izləmək üçün getdik.
Bitdiyi halını da profilimdə paylaşaram yəqin.
Baxıb, halımıza şükür etməyimiz üçün paylaşmadım, sizə də belə bir şey yazmayacam...
Mənə maraqlı gələn onların yaşantılarına rəğmən əksər vaxt yüksək əhval-ruhiyyədə olmalarıdır.
Musiqiləri pozitivdir.
Geyimləri rəngarəngdir.
Bu gün dekor üçün qara parça almağa bizim "Sədərək ticarət mərkəzi" kimi bir bazara getmişdik.(əslində Sədərəyə bir az haqsızlıq oldu, konalizasiya sularının küçədən axdığı bir səmt ilə müqayisə)
O qədər parça mağazasının arasında bir ya iki mağazada qara parça vardı...
Liberiya həyatının hər iki üzünü instagramda tez- tez paylaşıram.
Profilimi hər kəsə açıq etmişəm. (Linki rəydə paylaşaram) Arzu edənlər izləyə bilər. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.

PS: Fotoları yükləyəndə qarşıma musiqi alətləri "sasa"nın fotoları çıxdı. Videoları təəsüf ki, silmişdim paylaşa bilmədim. İçi oyulub, qurudulmuş boranıdan hazırlanır...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gulnare Memmedova

DİGƏR BLOQLAR

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

876 dəfə oxunub

Atlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar. Çoxlarının “must see” siyahısında olan Kapadokyadan təəssüratlarımı yazmaq istəyirəm, sizlərə kömək olmaq ümidi ilə. İlk öncə qeyd edim ki, bu ərazi çox xoşuma gəldi və hər kəsə ən az bir dəfə gedib görməyi məsləhət görərdim. Kapadokya deyilən ərazi bir neçə kiçik şəhərlərdən ibarətdir; Nevşehir, Göreme, Ürgüp, Üçhisar və s. Nevşehir mərkəzdir və daha çox şəhər kimidir ona görə otelinizi digər şəhərlərdə tutmağınız məsləhət görülür.Kapadokyaya necə getmək olar?Nevşehirdəki aeroport hazırda təmirə görə bağlı olduğu üçün təxminən 100 km aralıda yerləşən Kayseri aeroportuna gələ bilərsiz. Alternativ variant avtobusdur. Biz İstanbuldan avtobusla otelimizin olduğu bölgə Görəməyə getdik (təxmini 12 saat). Bileti obilet.com və ya neredennereye.com saytlarında 80/90 TL (tək yön) ala bilərsiniz. “Metro” avtobus şirkətini məsləhət görə bilərəm, həddən artıq komfortlu avtobus idi. Avtobusda pulsuz içkilər, şirniyyat, şəxsi TV, telefonu doldurmaq üçün hər 2 oturacağa ayrıca “socket” var idi. Oturacaqlar çox geniş idi, sürücü isə çox yaxşı sürürdü. Geri dönərkən istifadə etdiyimiz “Öncü Səyahət” şirkətinin avtobusu da rahat idi amma sürücü “vəhşi” kimi sürürdü. İstanbula çathaçatda qəza etdi, azmış kimi avtobusdan bıçaq, uzun dəmir çıxarıb o biri sürücünü döyməyə başladı. Həyatımın ən pis avtobus səyahəti idi. Ümumiyyətlə Türkiyəyə gedirsinizsə təklükələrə hazır olun. Yollarda çox pis sürürlər.Nə zaman getməli?Ən uyğun zaman yaz aylarıdır mənə görə. Yayda çox isti olur, amma başqa vaxtınız yoxdursa yayda da gedə bilərsiniz mənim kimi.Harda qalmaq olar?Qaldığımız Görəmə bölgəsində Kayataş adlı butik ailə oteli   əvvəllər sahiblərinin özlərinin yaşadığı orta böyüklükdə “konak” olmuşdur. Yüksək ərazidə olduğundan otelin terrasından “pəri bacaları”na möhtəşəm görüntü açılırdı. Heç yerə getmeyib saatlarla o görüntünü izləmək olardı. Və hətta səhər tezdən yuxudan qalxsanız terrasdan səmada olan onlarla hava şarını da görə bilərsiniz. Otaqlar mağara stilində idi. 4 nəfər 2 ayrı otaqda  3 gecə qaldıq və cəmi səhər yeməyi daxil 266 AZN ödədik, yəni 1 nəfərə 1 gecəsi 23 AZN. Sahiblər çox mehriban idilər və fikrimcə qiymətə görə çox yaxşı idi.Nə yemək olar?İstər İstanbulda, istər də Kapadokyada yemək qiymətləri gözlədiyimizdən daha yüksək oldu. Ən ucuz yerdə balaca armudu stəkan çay 2 TL (çayları çox acı və dadsız gəldi), ən ucuz maraş dondurma 5 TL, ən ucuz yerdə toyuq yeməyi 25 TL, su 1-4 TL, Cola 3-5 TL, ayran 3-4 TL, mərci 6-8 TL, çörək arası dönər (adı dönər idi, içində sadəcə toyuq və göyərti var idi) 10 TLdən başlayır. Görəmədə BİM və A101 marketləri nisbətən ucuz idilər.Nə almaq olar?Görəmə mərkəzində küçə boyu çoxlu suvenir mağazaları var. Müxtəlif yörəsəl motivli çantalar (25 TL-dən başlayır keyfiyyətinə görə 500TL kimi gedir), çilçıraqlar, maqnit (2 TLdən başlayır), kiçik suvenirlər, bəzək əşyaları, kiçik yörəsəl stildə düzəldilmiş ev əşyaları (6 ədəd stəkan altlığı 10 TL; 4 əd kiçik kasa 10 TL) almaq olar. Təbii ki, qiyməti mütləq aşağı saldırmaq lazımdır. İstər İstanbulda, istər də Kapadokyada olsun azərbaycanlıyam və tələbəyəm desəniz xeyli qiymət saldıra bilərsiniz (bizdən fərqli olaraq Türkiyədə tələbələrə hörmət və sevgi var). Təbii böyük ehtimal qadın cinsi olmağınız da qiymətə təsir edəcək ????Nə etmək olar?Əvvəl qeyd edim ki, Kapadokya 3-4 gün qalmaq bəs edəcək. Bütün otellər istədiyiniz şəkildə sizə tur şirkətlərlə danışıb tur təşkil edə bilər. Həmçinin şəhərdə müxtəlif turlar təklif edən şirkətlərə özünüz yaxınlaşa bilərsiz. İstər otel, istərsə də tur şirkət olsun yenə də qiyməti aşağı saldırmaq lazımdır, azərbaycanlıyıq axı ????Balon turu – Hər bir insanın həyatında azı 1 dəfə etməli olduğu tur. Kapadokyadünyada azsaylı nöqtələrdəndir ki, eyni anda çox sayda balonu havada görə bilərsiniz. Qiymətlər 200 TL və sonsuzluq arasında artır. Bütün balon şirkətləri səhər 3:30 radələrində sizi avtobusla qaldığınız oteldən alır, balon uçan sahəyə gətirir, orada həm kiçik səhər yeməyi yeyirsiz həm də sahədə uçmağa hazırlanan yüzlərlə (onlarla) balonun uçuşa hazırlıq sisteminə baxırsınız. Hava idarəsi ok verdikdən sonra balonlara minib uçmaq olar. Uçuş bitdikdən sonra isə şampan partladıb, sertifikatlarınızı ala bilərsiniz. Daha sonra avtobus sizi saat 8 ərəfələrində otelə qaytaracaq. Bahalı balon şirkətləri ilə aradakı tək fərq uçuş saatının 1 saat olmasıdır, bir də bəzi bahalı şirkətlər endikdən sonra sertifikat yerinə medal kimi şeylər verirlər. Yəni ki, elə də böyük fərq yoxdur, çox pul xərcləməyə dəyməz. Bir də hava şəraitindən asılı olaraq balonlarlar 3-4 gün dalbadal uçmaya da bilər, balon uçmasa hər növbəti gün yenidən aparırlar, lakin artıq sizin qalmağa vaxtınız yoxdursa pulunuzun tamamını geri verirlər.ATV Turu – Balonla yarışa biləcək aktivite. Qiymətlər yenə də dəyişir. 1 saat 60 TL 2 saat 80 TL. Gündüz və Sunset deyilən 2 saatlıq turlar olur. SUNSET məsləhətlidir, həm gündüz həddən artıq isti olur, həm də sunsetdə təpənin başından gün batımını izləyə bilərsiniz. İki saatlıq sunset tur üçün 80 TL ödədik. 1 ATV-də iki nəfər otura bilər və yerinizi dəyişərək 40 TL ödəyə bilərsiniz. Mən  qorxduğumdan rəhbərin arxasında oturmuşdum və 50 TL ödədim, bir qədər getdikdən sonra rəhbər ilə yerlərimizi dəyişdik :) Öndə mütləq rəhbər gedir və arxada siz, maşın yoluna demək olar ki, çıxmırsınız daha çox dağlıq yollarla gedirsiniz. Rəhbərin gözü həmişə üstünüzdə olur. Əgər qorxmursunuzsa rəhbər yolda müxtəlif tryuklar da edir (təbii mən qorxduğumdan çox icazə vermədim)). ATV turunda kiçik qrupla getməyiniz daha məsləhətlidir, məsələn biz cəmi 2 ATV ilə getmişdik (rəhbərin sürdüyü daxil olmaqla). Say çox olanda rəhbər sizə istədiyiniz diqqəti ayıra bilməyəcək. Tur daxilində Görəmədə dağlıq ərazidə  yerləşən məşhur ərazilərə bir-bir getdik. Əlavə olaraq rəhbər maraqlı şəkillərinizi də çəkir. Rəhbərin adı ALİ idi kimsə getsə məsləhət görürəm.Rəngli Turlar – Kapadokya bölgəsində saysız hesabsız gəzilib görüləcək yer var.Ona görə də bu yerlər rənglər üzrə qruplaşdırılıb və turistlərə qırmız tur, mavi tur və sair kimi təklif edilir. Ən əsas turlar qırmızı və yaşıl turdur (hər biri 100 TL). Hər bir turda səhər saat 9-da sizi otelinizdən alıb axşam saat 5-6-ya kimi otelinizə geri qaytarırlar,həmçinin də  1 dəfə yemək və muzey biletləri ilə pulsuz təmin edirlər.Qırmızı turu atv turu ilə demək olar ki, gəzdiyimizdən yaşıl turu seçdik.Yaşıl tura Ihlara vadisi, Selimə manastrı, Güvercinler vadisi, Derinkuyu yeraltı şehri ve s yerlər daxil idi. Ən çox təsirləndiyim yeraltı şəhəri, pəri bacaları və monastr idi.Digər – İstəsəniz at turu (70 TL), motosikl turu, icarə velosiped  də götürə bilərsiniz.Unutmamışkən qeyd edim ki, ilk əvvəl yaxın yerləri piyada və ya avtobusla gəzməyi nəzərdə tutmuşduq amma getdikdən sonra bunun praktik olaraq mümükün olmadığını anladıq. Digər bir variant icarəyə maşın götürüb gəzməkdir. Muzey kimi yerlərə giriş biletləri təxmini 20-30 TL idi.Xoş istirahətlər ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nigar Eyvazova

1610 dəfə oxunub

Drakulanın iziylə - Transilvaniya turu, I gün - Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.CLUJ-NAPOCACluj-Napocadakı otellər və hostellərin siyahısıCluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.Cluj-Napocadakı görməli yerlər:Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.Güzgü küçəsi (Strada in oglinda) - Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir :DMuzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.Franciscan Kilsəsi - Muzey meydanında yerləşir, qotik tərzdə tikilib[caption id="attachment_317" align="aligncenter" width="550"] Corvinusun doğulduğu ev[/caption]Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.[caption id="attachment_318" align="aligncenter" width="550"] Milli teatr və Rumın Milli opera evi[/caption]Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

716 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

585 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!