4725 dəfə oxunub

Seyşel adaları

Seyşel adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hind okeanın gizli xəzinəsi sayılan bu adalar tropik ada sevərlər üçün idaaldır. Məhşur “Seychelles”ə getmək əslində heç də çətin və əlçatmaz deyil. Hətta deyərdim istəsəniz bir Antalya səyahətindən daha ucuza başa gələ bilər. Seyşellər ümumilikdə 100-dən çox irili-kiçikli adalardan ibarətdir. Bu adalar möhtəşəm sahilləri, tropik meşələri, təbiəti ilə insanı özünə heyran qoyur. Azərbaycan vətəndaşları üçün bu adalara viza bu ölkənin girişində 30 gün müddəti üçün verilir. Viza xərci 70 USD məbləğindədir. Həmçinin sizdən geri dönüş bileti, qaldığınız yerlərin siyahısını və qalacağınız müddət üçün üzərinizdə pul olub-olmamasını göstərməyinizi tələb edə bilərlər. Viza proseduru sadədir 15-20 dəqiqə müddətində həll olur. 1 il işləyib gedib Antalyada 1 həftə all inclusive qalıb heç bir yadda qalan xatirə olmadan geri qayıtmaqdansa mavi okean suları, fantastik tropik meşələri, ağ və sarı qumlu dünyanın ən fotogenik sahilləri olan bu adalara getmək bir çoxları üçün məncə daha maraqlı və ömürlük unudulmaz bir tətil olar.20882554_1748084595221163_4051573474433790611_n

Seyşel adalarına muxtəlif variantlarla getmək mümkündür. Air asia, fly dubai ilə low cost, Qatar airways və ya Türk hava yolları ilə isə normal uçuşla adalara səyahət edə bilərsiniz. Türk hava yollarının birbaşa adaya 8 saatlıq uçuşu vardır və tez-tez həmin istiqamətdə kompaniyalar edilir. Məsələn keçən ay İstanbul-Seyşel-İstanbul reysinə 450 dollara bilet tapmaq mümkün idi. Baku-İstanbul-Seyşel reysinə gediş-dönüş hazırda 650 dollar ödəməklə istənilən aya bilet tapa bilərsiniz. Türkiyədən uçuşun ən böyük üstünlüyü təyyarənin gecə saatlarında uçmasıdır, yəni boşuna gün itirmiş olmursuz. Təyyarə Türkiyə saatı ilə 02-də istanbuldan çıxır və səhər saat 10-da artıq Seyşel adalarında, Mae beynəlxalq aeroportunda olursunuz. Biletin bahalığı səbəbi ilə digər tropik adalarda olduğu kimi 10 gündən çox həmin adalarda qalmağınız məsləhətdir. Temperatur ilin bütün fəsillərində eynidir (25-35 dərəcə arası) və istənilən ayda isti okeanın dadını çıxara bilərsiniz.

Seyşelin 3 məhşur adası vardır. Bunlar Mae, Praslin və La Digue adalarıdır. Adalar çox böyük deyillər və qaldığınız müddətdə bütünlükdə gəzə bilərsiniz. Mae adası ən böyük adadır və aeroport həmin adada yerləşir. Əgər hər üç adanı gəzmək istəsəniz uçuşdan sonra mini 20 nəfərlik kukuruznik təyyarələrlə digər 2 adaya uçub oraları gəzin və səyahətin sonunda Mae adasına gəlib 5-6 gün qalıb geri qayıdın. Mae adasından Praslinə mini təyyarələrlə uçuş təxminən 10-15 dəqiqə davam edir, qiymət 60-70 manat arası olacaq. Biletləri airseychelles.com saytından ala bilərsiniz. Praslindən La digue adasına 15 dəqiqəyə katerlə gedə bilərsiniz (15 euro) və sonda LA Diguedən Maeyə (50-60 euro) katerlər 1 saata qayıtmaq mümkündür. Kater qiymətləri kifayət qədər bahadır. Seyşel adalarında əhali ingilis və fransız dillərində danışır.20914547_1748084531887836_92162842896479225_n

Ölkənin valyutası Seyşel rupisidir. Euro ilə getməyiniz daha məsləhətlidir. 1 euro 14 rupidir. Adalar tam təhlükəsizdir. Exchangelərdə digər Asiya ölkələrindən fərqli olaraq heç kəs sizə atmağa çalışmır. Demək olar hər yerdə valyuta kursları eynidir. Seyşellər tək gəzən gəzginlər üçün ideal yer deyil. Burda əyləncə, səs-küy, gecə həyatı zəifdir. Adalarda daima sakitlik vardır və bu insana rahatlıq verir. Adalarda avtomobil azdır. Əsasən velosiped və motolar istifadə edilir. Velosipedlər günlük təxminən 10 manata kirayə götürmək mümkündür. Həmçinin suları göz yaşı kimi təmiz olduğundan Seyşellər şnorkel üçün ideal yer sayılır. Atla gəzmək və ağ qumlu sahillərdə oturub dincəlməyin özü insana rahatlıq verir. Avtomobillərdə sükan sağdadır, bu səbəbdən avtomobil icarəyə götürüb sürmək bizim vətəndaşlar üçün biraz çətinlik yarada bilər. Adalarda taksilər inanılmaz dərəcədə bahadır. 10-15 dəqiqəlik məsafəyə 50 euro pul istəyə bilərlər. Taksilərdən uzaq durun. Mae adasında rahatca avtobusdan istifadə edə bilərsiniz. Yalnız avtobusa çamadanla oturmaq olmaz. Bütüb ölkədə avtobus qiyməti eynidir, 5 rupi yəni təxminən 0.50-60 qəpik.

Paytaxt şəhəri Mae adasında yerləşən Viktoriya şəhəridir. Bu şəhər Afrikanın ən kiçik paytaxt şəhəri sayılır. Paytaxtda yerləşən mərkəzi bazar ölkənin ən ucuz yerlərindən biri sayılır. Özünüzə gərəkli olan bütün ərzağı ucuz qiymətə buradan ala bilərsiniz. Balıq məhsulları, hindistan cövizi, tropik meyvələr burada digər ərazilərlə müqayisədə 3-4 dəfə ucuzdur. La Digue adasında təkcə velosiped istifadə etməyə icazə vardır. Buna görə ada həddən çox sakitdir. Bütün adalarda otel qiymətləri bahadır. 2 nəfər üçün təxminən 50-70 Euro ödəməklə normal vəziyyətdə olan 2-3 ulduzlu otellərdə qala bilərsiniz. Couch və airbnb ilə daha ucuz evlər tapıb qala bilərsiniz. İstəyən özü ilə çadır aparıb çadırda belə gecələyə bilər. Lap sahildə tropik ağacın altında belə yata bilərsiniz. Əsas məqsəd gəzmək və həmin gözəlliyi görməkdirsə xərcinizi aşağı salıb bu adalarda 10-15 unudulmaz gününüzü keçirə bilərsiniz.

Hər kəsə uğurlu səyahətlər. Yolunuz açıq olsun!!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Рашид Азе

DİGƏR BLOQLAR

Trabzon bələdçisi

Trabzondakı bütün otel və hostellər üçün bu linkə gedinSalam gəzəyən əhli, Trabzon haqqında paylaşdığım ilk post maraqlı olduğu üçün düşündüm 2-ci postuda paylaşım ki gələcək və ya gəlmək istəyən insanlar faydalansın. Gəzdiyim yerlərdən şəkillərin bir qismini yenə paylaşıram ki təsəvvür formalaşsın.Bu dəfə Sumela Monastrı, , Zigana dağı, Aya Sofya Muzeyi və Atatürk köşkü haqqında qısa məlumat verməyə çalışacam.1. Sumela Monastrı, Hamsi Köy və Zigana dağına ən rahat yol turla getməkdir və məndə elə etdim. Mənə yaxın dostum təşkil etdiyi üçün qiyməti əvvəlcədən bilmədim, daha sonra maraqlandım təxminən 50-60 lirə arasındadır. Yəni bir gününüzü bu yerləri görmək üçün sərf edə bilərsiniz. Axşam tərəfi 5-6 arası yekunlaşdırmış olacaqsınız. Məncə qiymətdə normaldır və əlaqə lazım olda kömək edə bilərəm.Sumela monastrı 2015-ci ildən bu tərəfə təmirə bağlandığı üçün giriş yoxdur ama ətrafdan görmək şansınız var, dağın ətəyində çox möhtəşəm bir yerdir, necə tikiblər, necə ediblər həqiqətən çox maraqlıdır. Yol üstü balaca şəlalə belə var.Hamsi Köyə heyran qalacaqsınız əminəm. Təbiətindən əlavə sütlaçı çox məşhurdur, ona görə mənzərədən zövq alarkən sütlaçın dadına mütləq baxın. Köyün adının hamsi ilə heç bir əlaqəsi yoxdur, hamsi beş deməkdir, hansi ki həmin köy beş köydən ibarət olduğu üçün adı elə qoyulub.Zigana dağı sadəcə dağlıq bir yerdir ama Hamsi köydən ora gedən yol çox möhtəşəmdir. Hansi ki yol boyu dağlıq, meşəlik, hər yer yaşıllıq olan bir yolun içərisindən keçəcəksiniz. Qış aylarında o yollar çox təhlükəli olduğu üçün dağın altından tunel yolu salınır və bu il yekunlaşacağı gözlənilir. Həmin yol sırf qışda daha təhlükəsiz olması üçün alternativ olaraq düşünülüb.2. Aya Sofya Muzeyi tarixi bir yerdir və dəniz sahilinin yanındadır. Giriş tərəfdə kafe var oturub çay içə və ya nəsə yeyə bilərsiniz. Məsələn mən ən sevdiyim səhər yeməyi menemeni yeyib çay içdim və internetdən faydalandım. Dolmuşlar vasitəsilə meydan tərəfdən çox rahat gedə bilərsiniz. Dolmuşlar hara getsəniz sadəcə 2 lirədir.3. Atatürk Köşkü çox gözəl yerdə yerləşir. Dolmuşlar ora 3.5 lirəyə aparır, köşkə giriş isə 7.5 lirə idi. Köşk ətrafında şəkil çəkdirib, içərisini gəzə bilərsiniz. Daha sonra arxa tərəfdə gözəl mənzərəli, güllü çiçəkli həyətində oturub nəsə içərək mühitdən və mənzərədən zövq ala bilərsiniz.Trabzon insanları həqiqətən çox mehriban və özlərinə məxsus mədəniyyətləri var. Fanatik yerlilərdir. Əksər wifi kodlarında belə 61 rəqəmi görə bilərsiniz. İstanbul və ya digər yerlər kimi deyil. Dolmuşlar vasitəsi ilə şəhər ətrafı hər yerə gedə bilərsiniz. Alış-veriş üçün şəhər mərkəzinə yaxın forum var və ya şəhər mərkəzində belə yerlər tapa bilərsiniz. Uyğun qiymətə kitab mağazası belə tövsiyyə edə bilərəm hansi ki əksər kitabları rahat əldə edə bilərsiniz. Və mütləq şəhər mərkəzində Dolunay Hamburgerə baş çəkib, dadına baxın. Və məndən salam söyləyin. Trabzon səfərimin hekayəsi əslində keçən il ora ilə tanışlığımla başlamışdı. Ümid edirəm paylaşdığım məlumatlar və şəkillər faydalı olar.(bahtijace - instagram)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bakhtiyar Ismayilov

1321 dəfə oxunub

Paytaxt Sofiyada qarşılaşdığım 10 maraqlı məqam

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İlk öncə onu qeyd edim ki, Sofiya səfəri son 3 ayda Buta Airways ilə 3-cü səfərim idi. Mart ayında Tehrana, Aprel ayında isə İstanbula səfər etmişdim. İlk Buta təcrübəm  barədə bloq yazısı paylaşmışdım.  3-cü səfərimdən sonra da təəssüratım yazıda olduğu kimidir, yəni müsbət.Bolqarıstan 110 min kv. km əraziyə, 7,1 milyon əhaliyə sahib ölkədir. Onu qeyd edim ki, bu ölkə əhalisi azalmaqda olan ölkələr sırasındadır və proqnozlara görə 2030-cü ilə ölkə əhalisinin sayı 6,5 milyona, 2050-ci ildə isə 5,5 milyona enəcək.Ölkənin pul vahidi lev dəyərinə görə manatla demək olar, eynidir (1 lev – 1.03 manatdır). Danışıq dili rus dilinə çox yaxındır, aktiv istifadə olunan bir çox sözlər sanki, rus və türk dilinin qarışığı sözlərdir. Həmçinin ölkənin milli mətbəxi də rus və türk mətbəxinə çox yaxındır.Paytaxt Sofiya 1,5 milyon (bəzi mənbələrə görə 2 milyon) əhalisi olan, ölkənin ən böyük və strateji şəhəridir. Sofiyada bir həftə oldum, iki beynəlxalq tədbirdə iştirak etdim, bununla yanaşı şəhərlə yaxından tanış olmaq imkanı qazandım. Bu müddətdə rastıma çıxan maraqlı məqamları sizlərlə bölüşmək istəyirəm. İnanıram ki, bu yazı Sofiyaya səfər edəcək olan şəxslər üçün də faydalı olacaq.P.s. Bu yerdə İstanbul səfərinə başım qarışdığı üçün viza müraciətini gecikdirməyim və bununla da Bolqarstan vizası almaqda problem yarandığı zaman mənə kömək olub, vizanı almğıma səbəb olan Vizam.az kollektivinə operativ fəaliyyəti üçün təşəkkür etmək istəyirəm.1. NəqliyyatMetronun sonuncu stansiyalarından biri Sofiya aeroportudur. Bun görə də aeroportdan şəhərin əsas nöqtələrinə metro ilə gedə bilirsiniz. Sofiyada nəqliyyatın qiyməti Bakı ilə müqayisədə çox bahadır: 1 gediş – 1.6 lev. Amma burada “Daily Card” var ki, bu kartla bütün ictimai nəqliyyat sistemindən (metro, avtobus, trolleybus, tramvay) gün ərzində limitsiz istifadə edə bilərsiniz. Kartın qiyməti 4 lev’dir. Buna görə də Sofiyaya səfər edənlər üçün bu kart əladır.Ümumiyyətlə Sofiyada ictimai nəqliyyatın fəaliyyəti əladır. İlk dəfə idi ki, olduğum xarici bir şəhərdə taksidən istifadə etmədim. Yuxarıda qeyd etdiyim kimi, avtobus və metrodan başqa tramvay və trolleybus da fəaliyyətdədir və bir turistə lazım olan əsas nöqtələrə ictimai nəqliyyatla sürətli şəkildə gedə bilirsiniz.Eway.bg adlı əla bir sayt var, bunun vasitəsilə bütün növ ictimai nəqliyyatın marşrut xətti, dayanacaqları və s. haqda məlumat almaq olur.Metro iki xətdən ibarərdir, ona görə də stansiyaları tapmaq çətin olmur. Serdika stansiyası iki xətti birləşdirir. Elə şəhərin mərkəzi də Serdika stansiyası olan ərazilərdir. “Vitoşa Bulvarı” adlandırılan, Sofiyanın “Tarqovı”sı da məhz Serdika stansiyasının yaxınlığında başlayır.2. Serdika metro stansiyasıSerdika stansiyasının maraqlı quruluşu var. Stansiyaya ilk dəfə daxil olanda diqqətimi çəkdi. Stansiya şəhərin düz mərkəzində yerləşir. Buradan bir çox məşhur turistik nöqtələrə ayaqla gedə bilirsiniz.3. Daş örtülü yollarÇəkdiyim şəkillərə diqqət etsəniz görəcəksiniz ki, şəhərin əksər yolları asfalt deyil, daş örtülü yollardır. Hiss olunur ki, yollara düzülən daşların onillərlə yaşı var. Amma yolların vəziyyəti əladır.4. Başdan-başa yaşıllıqBakıdan gələn turist üçün Sofiyada həsrətlə baxacağı ilk şeylərdən biri şəhərin yaşıllığıdır. Nəhəng və yaşı çox olan ağacları şəhərin demək olar, bütün küçələrində görmək olur. Şəhərdə xeyli sayda park var ki, o parklar da başdan başa yaşıllıq içərisindədir. Bir sözlə, Sofiyada ciyərləriniz bayram edir.5. QiymətlərExpatistan.com saytından indiyədək istifadə etməmisinizsə baxın mütləq. Müxtəlif şəhərlərdəki ortalama qiyməti müqayisə edib, hansı şəhərin baha, hansının ucuz olduğunu göstərir. O saytda Sofiyanın Bakıdan 31% baha şəhər olduğu göstərilir, amma məncə fərq o qədər deyildi. Bir çox qiymətlər Bakı ilə aşağı-yuxarı eyni, bəziləri 10%-30% baha idi. Amma bəzi qiymətlərdə kifayət qədər fərq var idi (benzin – 2-2.5 lev, çörək 1-3 lev və s.)(Foto: Pizzeria Ugo, Vitosha Bul.)6. Aleksandr Nevski kilsəsi.Sofiyanın əsas simvollarından sayılan bu məbəd dünyada ən böyük ortodoks kilsələrindən biridir. Eyni anda 10 min insanı qəbul edə bilir.Şəhərin əksər turistik məkanlarından fərqli olaraq, bu kilsənin daxilində foto-video çəkmək istəsəniz 10 lev ödəməli olacaqsınız.7. ParklarSofiyada çoxlu parklar var. Nəhəng ağaclarla əhatələnən, bir sıra tarixi və turistik obyektlər yerləşən bu parklarda insanlar sözün əsl mənasında istirahət edirlər. Baxırsan ki, 3-4 nəfər musiqinin səsini yüksəldib, oynamağa başlayırlar. Yoldan keçənlər də çantasını kənara qoyub, gəlir qoşulur oynayanlara, birlikdə oynayırlar.8. Sofiyanın “Tarqovı”sı – Vitoşa BulvarıVitoşa küçəsi müxtəlif restoranların və brend geyim mağazalarının yerləşdiyi küçədir. Müşahidə etdiyim maraqlı bir məqam o oldu ki, bu küçədə demək olar hər gün mitinq olurdu. 4-5 polis mitinq iştirakçılarının önündə, 4-5’i isə arxalarında hərəkət edirdi. Yüzlərlə insan isə şüar səsləndirib, qazan, dəmir parçalarının bir-birinə vurub, səs-küy salırdılar. Maraqlıdır ki, bu, heç kimdə narahatlıq yaratmırdı.9. Mall of Sofia“Mall of Sofia” şəhərin ən böyük alış-veriş mərkəzlərindən biridir. Burada siz elə Bakıda da gördüyümüz bir çox məşhur qlobal brendlərin mağazalarını görə bilərsiniz. Restoran mərtəbəsində isə bəyəndiyim iki yer oldu: 1) “Аби” türk şirniyyat məkanı, 2) “Pizza Lab”. Burada pizzanın hazırlanması maraqlı idi, qarşında olan bütün ət və tərəvəz məhsullarından, cürbəcür souslardan seçib, pizzaya əlavə etdirirsən, cəmi 2 dəqiqəyə hazır olub, sənə təqdim edilir. Pizzaları da dadlı idi.10. TolerantlıqBələdçinin dediyinə görə, Sofiya dünyada ən tolerant şəhərlərdən biri sayılır. Siz Serdika stansiyasında düşüb, şəhərə çıxsanız, bir nöqtədə durmaqla həm kilsə, həm məscid, həm də sinaqoq görə bilərsiniz.Bir sözlə, bəzilərinin “Şərqi Avropanın Parisi” adlandırdıqları Sofiya sadə, amma gözəl havası və rahatlığı ilə görməli şəhərdir.Növbəti yazılarda “Veliko Tarnovo” və “Plovdiv” haqda oxuya biləcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Orxan Rzayev

1919 dəfə oxunub

Tokyo, Kyoto, Osaka və Nara

Sizə bu yaxınlarda Tokyodan başlayıb, Kyoto, Osaka və sonunda marallar şəhəri sayılan Narada yekunlaşan səyahətimdən danışımİlk öncə onu qeyd edim ki, Yaponiya elə bir ölkədir ki, oradan qayıdanda sanki başqa planetdən gəlmiş kimi hiss edirsən özünüƏn çox ziyarət edilən 4 şəhər var: Tokyo, Kyoto, Osaka və Nara. Mən hər birinə təxminən 4-5 gün ayırmışdım (Nara isə qatarla cəmi 1 günlük səfər üçün idealdır). Sizə də məsləhətim: Yaponiyaya gedəcəksinizsə, minimum 2 həftə vaxt ayırın.Ən vacib məqamlar:1. VizaAzərbaycan vətəndaşları üçün Yaponiya vizası ödənişsiz və çox sadədir. İndiyə qədər aldığım ən rahat viza oldu. Sadəcə rəsmi saytda yerləşdirilən bir neçə standart sənəd və iki viza sorğusu doldurmaq kifayətdir. Hətda aylıq gəliriniz 2000 manatdan yuxarıdırsa, yalnız iş yerindən arayış təqdim etmək kifayətdir – bank çıxarışına belə ehtiyac qalmır.2. Təyyarə biletləriOrtalama olaraq bir nəfər üçün gediş-gəliş biletləri 1000-1500 manat arası dəyişir. Mən Azalın Bakı–Pekin, oradan isə ANA hava yolu ilə Pekin–Tokyo marşrutu seçdim və ümumilikdə 950 manata başa gəldi.3. QidalanmaYapon mətbəxi çox zəngin və müxtəlifdir. Gözləntilərimin əksinə olaraq, yeməklər bizim ağız dadımıza çox yaxındır. Restoranlarda 2 nəfər üçün orta hesab 30–50 manat arası olurdu4. NəqliyyatMetro — şəhərdaxili hərəkət üçün ən ideal vasitədir. Dəqiqliyi saniyə ilə ölçülür. Apple istifadəçiləri üçün isə əlavə rahatlıq var: Wallet-ə “Suica” adlı metro kartını əlavə edib, sadəcə telefonla ödəniş edə bilirsiniz. Yəni əlavə metro kartı almaqa ehtiyac olmur. Bir gediş 2 manatdan başlayır5. Səfər tarixiYaponiyada ən məşhur mövsüm Sakura dövrüdür, amma mən sentyabr ayını daha çox bəyəndim. Bu dövrdə təbiət qızılı tonlara bürünür. Yay ayları isə yağışlı və rütubətli olur6. BüdcəOrta hesabla 1 nəfər üçün (təyyarə, viza, qidalanma, otel və fəaliyyətlər daxil olmaqla) 2000–2500 ₼ kifayət edir. Təbii ki, bu rəqəm komfort və seçimlərə görə dəyişə bilərBir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıramhttps://www.instagram.com/asad_zeynalov...Paylaşan: Zeynalov Asad 

278 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!