5838 dəfə oxunub

Özbəkistan - Səmərqənd

Səmərqənddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam, əziz gəzəyənlər!

Çoxdandır istəyirəm paylaşım nəsə, amma tənbəllik edirəm. Amma Özbəkistan səfərindən elə xoş abu-hava ilə qayıdacağam ki, paylaşmasam ürəyim partlayar????

1) Elə də çox hava yolu şirkəti uçmur bura. Mənim səyahət günlərimə yalnız THY uyğun idi. Sağ əllə sol qulağı qaşıyan kimi, Xəzərin bu tərəfinə İstanbuldan gəlmişəm. Çox yorucudur, eyni səhvi eləməyin. Bakıdan həftədə bir dəfə birbaşa reys var.

2) 5 ulduzlu hoteldə belə internet normal işləmir, restoranlarda da internet çox vaxt olmur. İzolyasiya olunmağa hazır olun.

3) Mənim əsas səfərim Taşkentə idi. Amma burada o qədər də görməli bir şey yoxdur. Hamı deyirdi ki, görmək üçün mütləq Səmərqənd, Buxara və Nukusa getmək lazımdır. Mən iş üçün səfərdəyəm və artıq qalmağım mümkün deyil deyə böyük mübarizə nəticəsində digər kolleqalarımı təşkilatdaxili iclasımızı Səmərqənddə eləməyə razı saldım. Yaxşı ki, razı salmışam. Əfsanədir!

47574721_1453985564733028_4313959057267359744_n
Deməli, səhər Taşkentdən Səmərqəndə təyyarə ilə getdik. Bilet 10 avrodur təxminən. Uçuş müddəti isə 45 dəqiqə. Axşam qayıdanda isə qatarla 4 saata qayıtdıq. Bilet 5 avrodur təxminən. Amma bir də Özbəkistanın Afrosiyab adlı sürət qatarı var, daha yaxşıdır. Lakin bilet tapmaq mümkün deyil. Gedəsi olsanız azı bir həftə əvvəldən alın. Həm Özbəkistan hava yolları, həm də dəmiryolları çox peşəkar təşkil olunub. Çox rahatdır. Küçələri təmiz olduğu kimi, airport, vağzal, qatar, hər yer tərtəmiz idi.
3) Səmərqənddə hər şey 14-15-ci əsrdə tikilib. Bildiyiniz kimi, Əmir Teymur dünyada nə qədər yaxşı memar, elm adamı, aşbaz var imişsə yığıb gətirirmiş Səmərqəndə. Bu gələn ağıllı başlar da nələr nələr tikib düzəldiblər. Xüsusilə Əmir Teymurun mavzoleyinə və Registan adlanan,şəhərin mərkəzindəki qədim əraziyə, Bibi Xanım Məscidinə, Şaxizinda kompleksinə, Registanda Əmir Teymurun nəvəsi Ulug bəyin tikdirdiyi məhşur mədrəsəyə getməyi tövsiyyə edərdim.

gezeyenler

4) Mən yemək mövzusunda çox seçiciyəm. Çox vaxt harasa gedəndə ya bir italyan kafesində tapıram özümü, ya da ac qalıram. Bura Albaniyadan sonra yeməkləri ən dadlı olan ölkə oldu. Özbək plovuna söz yox. ???????? Taşkentdə Plov Mərkəzinə və ya Navat restoranına getmək olar. Amma plovu yalnız günorta bişirirlər.

5) insanlar öz dillərindən çox rusca danışırlar. İngilis dili ilə navigate eləmək çətindir. Lakin, o qədər qonaqpərvərdilər ki, anlatamam???? Səmərqəndə səhər 7də çatmışdıq, özbək həmkarımız bizi valideynlərinin evinə dəvət etdi

Əvvəldən planlamamışdıq deyə şəxsən getməmək üçün çox təkid elədim. Amma sağ olsun həmkarım, 9 nəfər hərəsi bir ölkədən olan adamı səhər açılmamış sürüyə-sürüyə apardı. İclası onların evində eləyəsi olduq. 4-5 saatlıq müzakirəmiz ərzində dayanmadan isti çay və kofe gətirirdilər, bəlkə 100 litr içmişik. O qədər soyuq idi ki hava!???? hələ bu qədər əziyyət çəkdikləri azmış kimi, günorta bizi plova da qonaq edib, elə yola saldılar.????

g2222

6) Həm Taşkentdə, həm də Səmərqənddə ictimai nəqliyyat yaxşıdır. Amma taksi də çox ucuzdur. Maksimum 1-1.5 avro.

7) Yerli pul Som'dur. 1 avro təxminən 9000 som edir. Hər yerdə mübadilə kursu eynidir. Dövlət tərəfindən tənzimlənir. Amma çalışın səfərin sonunda sizdə som qalmasın. Geri çevirmək olmur.

8 ) Bizim qiymətlərlə müqayisədə bura ucuzdur. Əsas məsələ.  bir də at ətindən hazırlanan dadlı kolbasaları var, yoxlayın 

9) Mən bazara getməyi də məsləhət görərdim. Amma nəsə alanda qiymətlə oynayın. Aldatmasınlar  20 mindən 10 minə düşmüşdü bir nəfər məsələn 

Ümid edirəm, oxuyanda yorulmadınız. Hələlik????‍♀️
#lamiisinUzbekistan

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lamiya Rzayeva

 

DİGƏR BLOQLAR

Belçika(Brüssel) və Niderland(Amsterdam)

Salamlar. Bu dəfə ki, postum Belçika(Brüssel) və Niderland(Amsterdam) barədə olacaq. Faydalı olması diləyi ilə.Səyahət bileti: Mən Budaşetdən Brüsselə WizzAir ilə 38 avroya gedib gəldim. Brüsseldən Amsterdama isə Flixbusla 25 avro ödəməklə bilet aldım. Müddət isə uyğun olaraq 1.55 və 2.45 saatdır. Burda ilk oxuyanda Brüsselin çox darıxdırıcı şəhər olduğunu anladım. Lakin gedib gördüm ki, bu fikir kökündən yanlışdır Brüssell sizə həm bol gəzinti, maraqlı binalar və təamlar vəd edir. Brüsseldə mütləq etməli olduqlarımız:Grand Palace və onun ətrafını gəzməkWaffle , Qızardılmış kartof və pivələrinin dadına baxın. Dadanda anlayırsan ki, Belçika niyə bunlara görə məşhurdur. Belçika sevə-sevə izlədiyimiz Şirinlər, Tin-tin kimi animasiyaların vətənidir. Buna görə də Comic Art museuma mütləq baş çəkin. Menniken Pis. Əslində bir çoxlarına maraqlı gəlsə də bunun maraqlı rəvayəti var. Həmin uşaq şəhərə düşmüş bombanı elə onu tanıtdıran hərəkəti ilə söndürdüyü üçün partlayışın qarşısını alıb. Atomium . Şəhər mərkəzindən 30-40 dəqlik metro ilə məsafə var. Çox böyük bir tikilidir. İçəri isə olduqca maraqlıdır. Tələbə olduğum üçün bilet 9 avro oldu.Mini Avropa . Giriş 17 avro idi. Qəpiyinə kimi dəydi. Heç darıxmayacaqsız. Yaşından asılı olmayaraq hamı əyləni bilir.Amsterdam hissəsiBir an öncə özünüzü şəhər mərkəzinə, kanallar olan hissəyə çatdırmaq istəyirizsə o zaman metro ilə Nieuwmarkt stansiyası ən uğurlu seçimdir. Şəhərdə tək bəyənmədiyim məqam Narkotik məmulatların aşırı istifadəsi və satışı oldu. Hətta bəzi küçələrə girəndə iydən maska taxmağa məcbur qalırsız. Düşünürəm bu barədə çox şişirdiblər. Van Gog muzeyinə isə getmək planınız varsa öncədən online bilet alın. Məsələn mən getdiyim gün artıq bütün biletlər satılmışdı təəssüfki. Mütləq Holland pendiri və tülpan soğanaqları alın. Xüsusən də pendir çeşid və dadları olduqca fərqlidir.Brüsseldə Hostel Bruegel(gecəsi 24 avro) Amsterdamda isə St.Christopher Inn hostelində qaldım. Düz şəhərin mərkəzində yerləşir hər ikisi.Ümumi hər şey daxil 3 gecə 4 gün üçün olan xərcim 360 Avro oldu.Hər birinizə xoş istirahətlər . Əlavə suallarınızı buyurub rəydə yaza bilərsiz.Paylaşan: Xasay Mirzəli

232 dəfə oxunub

Amsterdamın məşhur kanalları

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evlərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir (şəkildə var). Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə  (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

1026 dəfə oxunub

Barselonaya gələnlər 10 əsas maddə

Barselonaya gələnlər10 əsas maddə:1) Çantanızla çoox ehtiyatlı olun.(xüsusilə metro və mağazalarda) Şəhər təhlükəsiz olsa belə bunun oğurluqla əlaqəsi yoxdur. 2) Şəhərə gəlmək: ▪︎|Azalın yeni reysi ilə gəlirsinizsə Terminal 2-ə eniş edirsiniz və bu o deməkdir ki, 20 dəqiqəyə R adlı yer üstü qatarla şəhərin mərkəzinə gedə bilərsiniz. ( Aeropuerto- Estación Sants) Santsda isə Metro var. və ya Paseo de Graciada enə bilərsiniz. (şəhərin mərkəzidir) Sayt:https://www.aeropuertobarcelona-elprat.com/.../accesos...Ən uyğun və rahat Bu seçim adi nəqliyyat qiymətinədir. 10 gediş 11,35 olan T- casual kartını almaqla istifadə edə bilərsiniz. ▪︎|Hər iki terminaldan Plaza de Cataluñaya gedən avtobusa da minə bilərsiniz. ( 7 avro) ▪︎|Qeyd: T1-T2 arası avtobus ödənişsizdir. ▪︎|Ən sıxıcı yol isə hər iki Terminaldan şəhərə tərəf gedən yeraltı metrodur. qiyməti 5 avro olmalıdır.3) Gecələmə: Şəhərin hansı hissəsində gecələməniz çox fərq etmir əsas Barselona şəhərinin içində olsun. Nəqliyyat vasitələri əla çalışır. İstənilən yerdən şəhərə 30 dəqiqəyə gələ bilərsiniz. Tam mərkəzdə qalsanız da gəzməli yerlərə 30,40 dəqiqə piyada çata bilirsiniz. 10 gediş 11,35 avro. Məs: Bookingdə ən az 700 şərh üzərindən 8,5 bal alan istənilən bir yer.4)Qidalanma:▪︎| Məşhur yerli kafe zəncirlər : 365 , El Fornet,Buenasmigas, Santagloria. El Fornet və Santagloria daha yaxşıdır. ▪︎|Turistik daha baha, amma gözəl dadlı Brunc kafelər: Billy Brunch, Equilibrium café ( vegeterian) , Kilele, Camelia art cafe▪︎|Maraqlı tarixi Kafe: Granja Petitpo▪︎|Bir şeylər içmək üçün mütləq: El Bosc de los Fades.▪︎|Restoranlar: Honest green ( sağlam qidalanma),Konig Barcelona (əsl ispan - katalan)▪︎|Maraqlı restoran: El Nacional daxilində: La tabería. ▪︎|Paella və milli yemək üçün: Restaurante Arrocería las Arenas, L Arroseria Xativa.▪︎|Axşam musiqili bir yerlər deyirsinizsə: La Taverna de Barcelona. 5) Gəzməli yerlər: 2 gündə gəzə biləcəyiniz xəritə: https://maps.app.goo.gl/zraSYvbi7uknHARB9Əlavə seçimlər: Montjuic; Parqguell; Tibidabo6)Məsləhət gördüyüm xüsusi yerlər:▪︎|Unlimited Barcelona: https://www.unlimitedbarcelona.com/▪︎|Montjuic ərazisində gəzinmək. ▪︎|Tibidaboya Peu de Funiculardan getmək: S2,S1 + Funikulyor + 111 avtobus ( sadəcə 1 gedişə Tibidabodasınız)7) Çimərlik ( Şəhərin mərkəzindən kənar olanlar) Başqa şəhərlərə getmək istəyənlər:▪︎| Renfe uzaq qatarları( rəsmi sayt) https://www.renfe.com/es/es -Bütün şəhərlər▪︎|Rodalies yaxın qatarlar https://rodalies.gencat.cat/es/horaris/index.html( Sants stansiyada satış) Sitges; Tarragona; Girona və s.▪︎|Alsa avtobus( rəsmi sayt)https://www.alsa.es/▪︎|Bla Bla car ( proqram)9) Barselonanın əhalisi 1 milyon amma illik turist qəbulu 8 milyondur. Odur ki, küçədə ispan görməniz ehtimaı çox azdır. Yerli əhali katalandır.10) Yayda gəlirsinizsə istin nəzərə alaraq günortanı qapalı yerdə keçirin. Mümkünsə yayda gəlməyin) Başqa fəsillər idealdır.))

173 dəfə oxunub

14 günlük kiçik Asiya turu

14 günlük kiçik Asiya turu Hissə 1 : ÇİN Deməli noyabrın ortası ani qərarla çoxdan arzusunda olduğum bir neçə ölkəyə səfər etməyi qərara aldım. Uçuşa iki gün qalmış bütün biletlərimi aldım və qalacağım yerləri bron etdim. Çinə getməzdən öncə Powerbankınızın (3 CCC) olduğundan əmin olun. Həmçinin ölkədə rahat ödənişlər üçün Alipay tətbiqini yükləyin . Youtubedə kratı tətbiqdə necə qeydiyyatdan keçirmək lazım izah edən videolar var. Alipay tətbiqi daxilindəki DİDİ taxi vasitəsi ilə ucuz taksi sifariş etmək olar. Çində bir çox tətbiq ( Wp , Facebook , İnsta , Tiktok , X , Google , Youtube) işləmir. Əgər isti-isti paylaşımlar etmək istəyirsinizsə gəzdiyiniz yerlərdən gərək esim alaaız getmədən . Seçimlər müxtəlifdir. Mən neçə ildir Mobimatter işlədirəm. Çox da razıyam. Wi-fi olan məkanlarda isə ( LetsVPN ) adlı tətbiqi işlədə bilərsiz. Ən normal işləyən vpn o idi. + adapter başlığı bizimkindən deyil , fərqlidir nəzərinizdə olsun Keçək uçuşa və yola : Bakı - Pekin reysi 6 saat yarım - 7 saat çəkir . İki dəfə yemək və qəşəng kinolara baxaraq çatırsınız mənzil başına. Çatanda online skan esirsiz pasportu , daha sonra arrival cart doldurursuz kağız verirlər. Daha sonra pasport yoxlanışından keçirsiz. Və budur , xoş gəldiniz pandaların və əjdahaların ölkəsinə .( Azaldan bileti iki gün qalmış 450 manata almışam , 23 kilo baqaj hər bir biletdə olur )Pekin Beynəlxalq hava limanından qalacağım hostelə 40 km yol idi. DİDİ ilə taksi sifariş etdim. 30 azn ödədim. Pekində 4 gün qaldığım hostelə 120 azn ödədim. Otaq 1 nəfərlik idi. Metroya yaxın idi. Jaeomen West staniyası yanında. Dəhşət super deyildi amma işçiləri çox mehriban idi. Hər nə lazım kömək etdilər. Pekində ilk gün Yasaq şəhər və ətrafını gəzdim. Bütün əraziyə giriş cəmi 4-5 manat idi. Bileti öncədən alsanız məsləhətdir. Bunun üçün Wechat tətbiqi var . Ümumən bütün muzey biletlərini bu tətbiqlə ala bilərsiz. Növbəti gün Çin səddi turuna qatıldım. 25 dollar ödədim . Getyourguide’dən almışdım turu. Tur ümumi 8-9 saat çəkir. Ona görə özünüzlə atışdırmalıq və içməyə nəsə götürməyiniz məsləhətdir. + Səddə qalxanda piyada yox kanatla qalxsanız bir tərəf 20-30 azndır. Səddi gəzəndə bir azərbaycanlı cütlük də görüb çox sevindim. Yerlilərimizi harda görsəm xaricdə səbəbsiz xoşbəxt oluram. Vacib qeyd : Çində əhalinin əksər hissəsi ingiliscə bilmir. Hətta turistik yerlərdə tərcümə aparatı ilə işləyirlər. Hazırlıqlı olun Google lens yükləyin. Səfərin növbəti gümlərində Pekində Zoo parkı , Cənnət məbədi və parkını , Milli Qalereyanı , Tianamen meydanını gəzdim. Zoo park nəhəngdir və kenquru , qütb ayısı , fil , kərgədan və ən əsası Çinin fəxri olan PANDALAR var ! Nəhəng akvariuma da girə bilərsiz . Xüsusən meduzalar adamı valeh edir. Zoo parka giriş 4 manat , akvariuma ayrıca 40 manatdır. Tələbələrə qeyd : Tələbə biletinizi özünüzlə götürün . Muzey və Zoo park kimi yerlərdə endirim edirlər. Nə başınızı ağrıdım 4 gün Pekində yaxşıca gəzəndən sonra Pekin Daxing hava limanından uçdum Xi’an şəhərinə. (100 manata almışdım bileti Trip.com’dan ) Bura 1 gün bəs edir məncə . Əsas görüləsi yer Terrakotta əsgərləri olan yerdir. Ümumi taksi ilə həmin muzeyə 25 manata getdim Xi’an mərkəzdən. Qayıdanda 12 manata avtobuslarla yenə mərkəzə qayıtdım. Terrakotta əsgərlər olan əraziyə giriş 25 manat idi səhv etmirəmsə. Mən bələdçi götürdüm əlavə . Çox peşman oldum. 50 mamat ödədim və çox quru danışırdı. 2 saat danışmalı idi , 1 saat çəkmədi heç. Daha sonra Xi’an mərkəzindəki göz qamaşdıran Zəng qülləsini ziyarət etdim. Bilet 7 azn. Dəyərmi ? Bilmirəm amma çox xoşuma gəldi mənim.Daha sonra Vəhşi qazlar paqodasına üz tutdum. Əraziyə giriş 3 manat , paqodaya qalxmaq isə 20 manat. Əraziyə girdim amma qalxmadım paqodaya Vacib qeyd : Xi’ana bileti həsər çatan vaxta alın. Gecə çatanda nə metro nə , avtobus , taksi belə tapılmır. Yemək məsələsi : Çin mətbəxi olduqca fərqlidir. Yerli yeməklər ağız dadınıza uyğun deyilsə və ya halal qidaya çox önəm verirsinizsə sizə çətin gələ bilər bu məsələ. Ancaq fastfood restoranları hər yerdədir. Mən şəxsən çox az yerli yemək yedim. Ancaq fastfoodla yola verdim yemək məsləsini. Oxuduğunuz üçün təşəkkürlər Növbəti paylaşımlar Malayziya və Sinqapur haqqında olacaq.

154 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!