1229 dəfə oxunub

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courcheveldəki bütün otel, apartament və hostelləri  bu linkdən book (bron) edə bilərsiz.

Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi ???? Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.

alplar1

Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.

Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.

Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim ????

alplar 3

İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.

Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl ???? Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.

Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.

Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! ????

https://youtu.be/9akAWlQOd8k?t=4

Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır ????

Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.

Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.

https://youtu.be/obL8XsGw4GA

 

Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.

Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Hüzurlu və xoşbəxt insanlar şəhəri - San Diego

San Diegodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri ????Bu gün sizin diqqətinizi Amerikanın???????? ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz ????Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim.....✈️✈️✈️Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil ????San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır.... Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur... Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika ???????? və Mexico ???????? mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır...San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi....Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq....????????????San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur.... Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz ;) Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə....Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu...Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz... Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar ???????????? Balinaların çox güclü quyruqları var imiş))))Gecə heyatından biraz məlumat verim ????Həftənin 5-ci və 6-cı günü San Diegonun ????downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik... Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi..... Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? LolQızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı...Və mən həqiqətən vuruldum San Diego gecə həyatına????????????San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz.... San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür....Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz - rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elman Hajiyev

1807 dəfə oxunub

Barselonadan Lissabona səyahət

Salam, Yoldaşlar!Bu gün sizlərə Milad zamanı etdiyim İspaniya-Portuqaliya səyahətindən danışacağam. Bəlkə kiməsə faydalı olar. Səyahət ümumilikdə 10 gün davam etdi, yolları çıxsaq, hər şəhərdə təxminən 2 gün qaldıq. Marşrutumuz belə idi: Barselona → Madrid → Porto → Lissabon.Alsa/Flixbusla Təxmini 20-30 avro arası(hər gediș).Porto-Lissabon-8 avro(Flixbus)BarselonaBarselona gözəl şəhərdir! İnanın, 2 gün bəs etmir, görməli yerlər bitmir ki bitmir. Daha çox vaxt ayırmaq lazımdır. Xüsusilə Camp Nou (Barselona stadionu) hazırda təmirdədir. Əgər buranı görmək istəyirsinizsə, mütləq təmir işləri bitəndən sonra səyahətinizi planlaşdırın. Əsas məşhur yerləri gəzmək üçün vaxtımız oldu və məşhur paella yeməyinin də dadına baxdıq. Arda Turan Skamyasına getməyi unutmayın.Iconic trenddir artıqBarselona səyahətə dəyər! MadridMadrid üçün 2 gün kifayət etdi, ən azından bizim üçün belə oldu. Bernabeu Stadionu və muzey turu 3-4 saat vaxtınızı alacaq, amma hər qəpiyinə dəyər (qiyməti: 35 avro). Həmçinin Kral Sarayı və The Bullring Arena da olduqca maraqlı yerlərdir və mütləq görülməlidir.Qalmağa gəldikdə, qarışıq (mixed) hostellərdə qalmaq istəyirsinizsə, mən Onefam hostellərini tövsiyə edirəm. Axşamlar özəl partiləri filan olur, qiymətlər də çox ucuzdur. Bizim qaldığımız hosteldə qarışıq olmasına baxmayaraq, otaqda tək qaldıq. İşçilər bacardıqları qədər qonaqları ayrı-ayrı otaqlara yerləşdirirlər. PortoPorto inanılmaz bir şəhərdir! Gecələr sadəcə sahildə oturub saatlarla mənzərədən zövq ala bilərsiniz. Burada mütləq Francesinha və Nata yeməklərinin dadına baxın. Qiymətlər də ümumilikdə Portoda çox ucuzdur. Okean sahili isə gün batımını izləmək üçün möhtəşəmdir. Şəhərin ən yüksək nöqtəsinə çıxıb bütün Portonu seyr etmək də unudulmaz təcrübədir. Əgər futbolla maraqlanırsınızsa, məşhur Dragão Stadionunu da ziyarət edin. LissabonLissabonun özünə 2 gün kifayət edir, amma ətraf bölgələri, məsələn, Sintra kimi yerləri gəzmək istəyirsinizsə, əlavə vaxt ayırmaq lazımdır. Biz də Sintraya getdik, amma Milad münasibətilə bəzi yerlər bağlı idi. Buna baxmayaraq, hiking etdik və şəhərin qalan gözəlliklərini seyr etdik. Lissabonda Torre de Belém abidəsini gün batımı zamanı görməyə getməyə dəyər. Həmçinin, 28 nömrəli tramvayla şəhərin turistik yerlərini gəzə bilərsiniz. Nəqliyyat KartlarıBarselona: 17.50 avro (2 günlük)Madrid: 17 avro (2 günlük)Porto: Gündəlik 6 avroLissabon: Qatar daxil olmaqla kartlar 10-11 avro, sadəcə metro və avtobus üçün isə 6-7 avro.Madeyra adasını isə ayrı bir səyahət kimi saxlamağı tövsiyə edirəm. Orası tamam başqa bir aləmdir! Özümdə oranı ayrı bir zaman saxlamıșam.Bu səyahətə mütləq dəyər! İspaniya və Portuqaliyaya səyahət etməyi planlaşdırırsınızsa, vaxtınızı və marşrutunuzu yaxşı planlayın. Sizlərə maraqlı və gözəl səyahətlər arzulayıram!Paylaşan: Zahid Memmedov

227 dəfə oxunub

Sardiniya bələdçisi

Keçən ilki Sardiniya səfərinin dadı damağımızda qaldığı üçün bu il də ora baş çəkəcəyimizə çoxdan qərar vermişdik. Siciliyadan(əvvəl Sisiliya yazırdım, sağolsun qrup üzvlərindən biri düz yazılışını qeyd etdi) Sardiniyanın Olbia şəhərinə Volotea aviaşirkətinin Boeing 717 təyyarəsilə səyahət etdik 35 dəqiqəlik uçuş və adam başı 100 avro pul (azdır ya çox özünüz mühakimə edin) və elə hava limanında yerləşən Europcar şirkətindən avtomobil icarəyə götürdük ( Seat Leon, günü 75 avro).Adada yerləşən 200 dən artıq çimərlik adanın dörd bir tərəfinə paylanıb, lakin İtalyanlar özləri də qeyd edirlər ki, içində ən yaxşıları məhz Oresei Körfəzində (Gulf of Oresei, Azərbaycan dilində dəqiq tərcüməsini bilən varsa bizimlə bölüşsə şad olardıq) yerləşən çimərliklərdir, xüsusən də Cala Mariolu, Cala Luna və Cala Goloritze. Bu çimərliklərə baş çəkməyin ən rahat yolu (alpinist deyilsinizə) dəniz vasitəsilədir. Bu halda bir neçə seçim mövcuddur, şimalda yerləşən La Caletta şəhərciyindən tur şirkətlər, Cala Gonone-dən tur şirkətlər və yaxud Cala Gonone-dən özünüz ayrıca qayıq icarəyə götürə bilərsiniz (120 avrodan başlayır).Biz La Caletta avtomobillə gəldik, lakin ARST avtobusları vasitəsilə 7.80 avroya gediş-dönüş bileti almaqla da rahatlıqla səyahət etmək mümkündür. Burdan isə Davide&Golia şirkətinin gəmisi ilə yola çıxdıq. La Caletta şəhərciyindən Oresei Körfəzi istiqamətində tur gəmiləri səhər 9-da yola düşür və axşam saat 7-də qayıdır vaxtınızı buna görə planlaşdırın, özünüzlə müxtəlif sendviçlər və su götürməyiniz məsləhətdir. Mağaralara marağınız varsa Grotta del Fico mağarasına əlavə olaraq adam başına 10 avroya bilet ala bilərsiniz, nəzərə alınkı bu zaman Cala Mariolu çimərliyində saat yarım az vaxt keçirəcəksiniz.Qiymətlər bir nəfər üçün qeyd olunub:Olbia – La Caletta – Olbia 7.80 avro (ARST bus)La Caletta – Gulf of Oresei – La Caletta 50 avro (Davide&Golia)Cala Mariolu çimərliyinə bilet 1 avroGrotto del Fico mağarasına bilet 10 avroAvtomobil icarəsi günə orta hesabla 75 avrowww.Davidegolia.it (Gulf of Oresei turu)www.arst.sardegna.it (avtobus)www.clickandboat.com (Cala Gonone-də qayıq icarəsi üçün)www.europcar.com (avtomobil icarəsi)Korsikaya yola düşməmişdən Sardiniyada son dayanacağımız adanın şimalında yerləşən Santa Teresa Gallura şəhəri oldu, möhtəşəm Rena Bianca çimərliyi və saysız-hesabsız restoranları ilə bu şəhərcik yay üçün super seçimdir. Olbiadan bura ARST avtobus ilə gəldik adam başına 4.30 avro.P.S. Sardiniyaya İtaliyanın böyük şəhərlərindən həm təyyarə həm də gəmi ilə səyahət edə bilərsiniz. Gəmi üçün məsləhət edə biləcəyim sayt www.directferries.comP.S.S.Səyahət zamanı A nöqtəsindən B nöqtəsinə necə getmək olar barəsində məlumatın isə google-dansa www.rome2rio.com saytında daha mötəbər olduğunu qeyd etmək istərdim.Hamiya xosh gezintiler, bildiklərimdən nə sual olsa cavablandirmaqa haziram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1560 dəfə oxunub

Kiyev səfəri

Kiyevdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. İstədim 6 günlük Kiyev səfərim haqqında bəzi təəssuratlarımı paylaşım. Orda heç olmayanlar üçün bəlkə faydalı ola bilər. Uzun alınsa öncədən əhvinizə sığınıram.  :) Norveçə viza imtinası aldıqdan sonra bir az məyus oldum amma sonra fikirləşdim ki, bayram günlərini boşuna verməyim. Bayrama 9 gün qalmış bilet sifariş etdim. Onu deyim ki, Buta-da 10 gün öncədən artıq bayram tarixlərinə yer yox idi. Skyscanner-lə scan elədim gördüm ki, Kiyevə Heydər Əliyev hava limanından ən ucuz bilet (gediş-gəliş) 735 AZN-dir. Tbilisi beynəlxalq hava limanından isə 354 AZN. Azal sağ olsun. Qərara gəldim burdan Qırmızı Körpüyə kimi gedim (12 AZN), ordan da balaca minibuslar olur, bir neçə sərnişin yığıb birbaşa hava limanına aparır. Elə oldu ki, 2 nəfər olduq, hərəmiz 25 lari verdik və sərhəddən birbaşa hava limanına getdik (15 AZN).Kiyevdə 2 aeroport var, bildiyiniz kimi. Biri Borispol (əsası- ancaq şəhərdən uzaq) və Juliana (şəhərə bir qədər yaxın). Hava limanına daxil olarkən ilk olaraq "yeriyən exchang"-lər səni qarşılayır və dəfələrlə ucuz qiymətə valyuta dəyişməyi təklif edirlər. Qətiyyən etməyin.  Məlumat mərkəzindən rəsmi exchange-lərin yerini öyrənib, orda bir qədər valyuta dəyişə bilərsiz. Şəhərə getmək üçün taksi götürə bilərsiz. Amma onlar 2-3 qat baha qiymətlər deyəcək. Hava limanından çıxan kimi Skybus deyilən avtobuslar var. 100 (6 AZN) griven verirsən səni aparır dəmiryol vağzalına. Sizə deyim ki, Kiyevdə gediş haqqı bizdən 2 dəfə çoxdur (metro və avtobus) 8 griven (50 qəpik). Təbii ki, benzinə görədir. Dəmir yol vağzalının yanında Vogzalnı adlı metro stansiyası var. Ordan mərkəzə gedə bilərsiz. Ukraynada hələ də yaşıl rəngli jetonlar qalıb. Təbii ki, kartlar da var. Yəni turist kimi jeton almaq daha əlverişlidir məncə.Biraz şəhər haqqında. Şəhəri Dnepr çayı iki yerə bölür. Sağ və sol sahil. Sağ sahil mərkəz və daha çox iş mərkəzidir. Sol sahil daha çox yaşayış kompleksləridir. Şəhərdə çoxlu Soborlar (dini məbədlər) var. Vladimir, Uspenski, Sofiya soborları əsaslarıdır. Əsas görüləsi yerlər də məhz onlardı. (Tarixilik nöqtəyi nəzərdən.) Kiyevə getmisinizsə mütləq Kiyev Lavrasına dəyin. Əgər təbii ki, sizə maraqlıdırsa. Dnepr çayının sahili də gözəldi. Müxtəlif tədbirlər keçirilir. Şəhərdə bu günlərdə müxtəlif sərgilər keçirilirdi. Köhnə arxitektur tikililər çoxdur. Əsas küçəsi, yəni oranın targovusu- Kreshatikdir. Müxtəlif klublar da var hardaki tematik party-lər keçirilir. Facebook-da öncədən event-ləri axtarıb tapmaq olar.Qalmaq məsələsinə gəldikdə həm otellər çoxdur, həm də hostellər. Amma mən mərkəzdə mənzilə üstünlük verdim. OLX saytından bir elan tapdım. Mənzilin sahibi təklif etdi ki, Airbnb üzərindən danışaq. Eyni mənzili airbnb-də bron etdim. Həm də orda feedback-ləri oxumaq imkanı yarandı. Əslində elə airbnb-dan bron etmək məqsədə uyğundur. Mərkəzi məhəllədə -Lesi Ukrainka bulvarı adlanan yerdə günü 650 qrivenə (40  AZN, 6 gün 40*6=240 AZN) bütün şəraiti ilə mənzil bron etdim. Mətbəxi xoşuma gəldi.Puzataya xata deyilən self service restoranlar şəbəkəsi var. Orda məsələn bir çox Ukrayna təamlarının dadına baxmaq olar. Qiymətlər normaldır yemək barəsində. Taksi xidmətləri çoxdur və ona görə də rəqabət mühitində qiymətlər yaxşıdır. Əsasları Uber və UKlon (şəhər içi sərfəlidir). Bunlar application əsaslı taksi xidmətləridir. Başqaları da var (qısa nömrəli). Sadəcə Uber gərək Ukrayna nömrəsinə bağlı ola. Mən Vodafon aldım. Bütün sərfəli tarifləri ilə mənə 13 grivenə (8 AZN) başa gəldi. Roaming də edə bilərsiz öncədən amma mən də çox pis işləyirdi xüsusəndə internet. İnsanları (təbii ki, hər kəs ayrıca bir fərddir) ümumilikdə xoş (friendly) təəssurat bağışlayır. Nəsə soruşanda deyirlər, kömək edirlər. Xidmət sahəsinin işçiləri də nəzakətlidirlər.Qimətlər haqqında yazdıqlarımdan savayı onu deyə bilərəm ki, ixrac olunan məhsullar ucuz deyil hətta bəzi məqamlarda bizdən bahadır. Məsələn Collins dükanında sadə futbolka 25 AZN-dir. Halbuki bizdə 15 AZN almaq olar. Xidmət sahələri və yerli məhsullar əksinə ucuzdur bizdən. İnsanlar sosial iqtisadi vəziyyətdən narazıdırlar. Və ayın 31-də olacaq seçkilərə hazırlaşırlar.Sonda bir-iki cümlə də məşhur Ukrayna xanımları haqqında deyim. Onu müşahidə etdim ki, mərkəzdə gözə dəyən xanımlar, xüsusən də gənc xanımlar bizdəki kimi "vahid gözəllik şablonları"na tərəf gedirlər. Ona görə də ümumi mənzərə inqubator effektini xatırladır. Bir qədər kənar şəhərlərdə vəziyyət başqadır. Ümumilikdə fərq sadəcə davranışlar sistemindədir bu da ki, normaldır, hər cəmiyyətin özünə məxsusluğu var. Sonda olduğum yerlərdən bir neçə şəkil yükləyəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shaig Samadov

1221 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!