2789 dəfə oxunub

Birləşmiş Ərəb Əmirlikləri - Dubay

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Birləşmiş Ərəb Əmirlikləri - Dubay

Salam ) çoxlarınız Dubayda olub, mən ilk dəfə idi ???????? Uçuşa 2 gün qalmiş artıq peşman olmuşdum)) qorxudan???? birdən itərəm) İstanbul o qədər qarışıq şəhər gelmişdi ki, qorxmuşdum)) ????
Amma hərşey planlı idi ))
✈️ Azal tapılmadı artıq 3 ay əvvəldən ... məcbur 1 ay qalmış uçuşa Flydubai ilə hər iki istiqamət aldıq. Heç də peşman olmadıq , sadəcə hindistanlı-pakistanlı çox olur . Azərbaycanlı 1-2 olar ya yox . Yemək verilmir. ( Əlavə ödənişlə) 2.30 dəq uçuşdu. Kabin 7kq, baqaj o biri 20 di ( bizim işçilər o barədə hörmət edirlər keçirirlər kabinə 1-2 kq söhbəti etmirlər (orda isə onsuz çəki daha çox idi baqaja aldılar).
İlk dəfədirsə mütləq transferdə götürün (mən transfer şirkətindən çox razı qaldım 34 group, 88 dollar fərdi olsa da elə bizi fərdi aparıb gətirdilər qrup adına almışdım ama) getməyə 1 gün qalmış da oteldə nömrəyə məktub qoyurlar ki sabah neçədə burda olacayıq.

34200495_956793914492229_3624671597157154816_n
Demək olar bütün əsas yerlərin gördüm)
Burj Xalifa əvvəl də bronla 2 nəfərə 70 dollar (dostum etmişdi)
Safari turu (mütləq məsləhətdir) 80 dollar 2 nəfərə (dostum idi deyə tur rəhbəri ucuz başa gəldi) amma çox-çox xoşuma gəldi )) sonra ərəb geyimləri xına )) çox maraqlı gəldi mənə
Burj-al-Arab , birdə Marina beach getmişəm (su öyrəşdiyimizdən daha duzlu amma təmiz) ???? su və qum gətirmişəm Bakıya ????????????

34278707_956793977825556_1906449181405347840_n
Otel - Marinada seçmişdim, yerləşməsi, mənzərəsi, yeməkləri möhtəşəm idi. Özünün bir neçə mola, metroya və beachlara pulsuz transferləri işi olduqca asanlaşdırır. Hər smendə 1 rus dili bilən reception işçisi olur . Ama mənə ingiliscə rahat idi, yaxinlıqda hərşey var market, restoranlar .. plyaja özləri dəsmallar və zontik verirlər pulsuz, geri qaytarırsız təbii ki..
Butterfly ve Miracle Garden (55 -45 dirhəm idilər uyğun olaraq) Butterfly 18-30 da tam bağlanır deyə birinci ora gedin yan-yanadırlar onsuz, Miracle gec bağlanır həm də sərin düşəndə biraz gəzmək rahatdı, istidə olmur gəzmək.
Saat ferqimiz yoxdur (çox rahatdı bu).
Bizə gələn ərəblər ərəb deyil dəqiqdi çox başqadı orda hərşey, ən mədəni, ən sevimli, can yandıran insanlardır ???? kömək etməyi çox sevirlər və çox mədənidirlər)
Dubai, Marina, Emirates mallda oldum ın xoşuma gələn Emirates mall oldu) Məncə ordan daha çox şey almaq olurki nəinki Dubay mallda)
4-5 kanfetə 300 dirhəm vermişik Dubai mallda )

34321836_956794117825542_7522214999343759360_n
Dubai mallun içindən girib, arxasından çıxışda musiqili fontan və Burj xalifa gecə görüntüsü isə ayrı gözəldir ????
Yeməkləri mənə çox normal gəldi, fərqlilik yoxdu, iy falan gəlir deyirdilər xoşuma gəldi amma elə birşey hiss etmədim. Meyvələri isə xüsusən dadlıdı , şaftalı qarpız yemiş ..
Taksilər - hamsı eynidir və malların belə ayrı taksi girişləri var, ingilis dili bilirlər əsasən hind pakistan bangladeş vətəndaşları olur şoferlər. Taksimetrə üstündə oturanda elə gündüz 5 dirhəm olur, axşama doğru artır 8-9-12 dirhəm də olur (axşam təlabat artır deyə hərhalda)
Bizi aldadan olmadı bir yerə 3 dəfə getdim eyni qiymətə, mənə çox mehriban və səmimi geldilər))

34193754_956794064492214_4110820173752041472_n
Duty freesi mənə ucuz gəldi)) Normal qiymətlərdə hərşey tapa bilərsiz.
İlk dəfe gedəcək olanlar üçün ümid edirəm faydalı olar ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Alide Qasimova

DİGƏR BLOQLAR

Barselona bələdçisi

Barselonadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola, Hola. #Barcelona..Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.Başlayaq.. Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.Növbəti günƏgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.Nəqliyyat:El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. :)Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.Yemək:Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. :)Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.Şirniyyat: Crema Catalana, Mato.Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək. :) #barcelona #spain #autumn2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibova

1486 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

2564 dəfə oxunub

Almaniya, Rhine-Ruhr səyahəti. 4 gün – 4 şəhər

Almaniyaya keçən ilin aprel ayında səfər etmişdim. Dedim Almaniya tam dağılmamış bir baş çəkim görüm oraları da, sonra bəlkə qismət olmadı ???? Bir dostum Rhine-Ruhr bölgəsində olan kiçik şəhərlərdən birində yaşadığından kiçik bir məsləhətləşmədən sonra qərara gəlmişdik ki, bu bölgədə 4 gün keçirim və 3 böyük şəhəri qısa zamanda ziyarət edim. Bunlar Köln, Dortmund və modanın mərkəzi Düsseldorf şəhərləri idi. Və dostumun yaşadığı cəmi 100 000 əhalisi olan kiçik Witten şəhərini də nəzərə alanda gəzəcəyim şəhərlərin sayı 4 olacaqdı. 4 günə 4 şəhər – deməli hər şeyi öncədən dəqiqliklə planlamalı idim ki, hər bir şəhərin heç olmasa əsas görməli yerlərinə baş çəkib görə bilim.Ənənəvi olaraq WizzAirin “baş sponsorluğu” ilə Budapeşt hava limanından Dortmunda yola düşdüm. Dortmundan Wittenə 2 dəfə gedib qayıtmamaq və nəqliyyat xərclərinə qənaət etmək üçün qərara almışdım ki, hava limanından düşən kimi birbaşa gedim Dortmundu gəzim və axşama kimi Dortmund səyahətimi bitirim. Dortmund elə də turistik şəhər deyil, yəni gəzilib görüləcək yerləri çox deyil amma yenə də getmisinizsə bir neçə saatınızı ayırıb bu şəhərə baş çəkməyə dəyər.Dortmunda ilk öncə baş çəkməli olduğunuz məkan əlbəttə ki, Westfalenparkdır. Adında da göründüyü kimi bura parkdır. Parkda müxtəlif ağaclar, güllər, çiçəklər, müxtəlif su quşları və dələləri görmək olar. Bizim mərmərli parklarımızdan fərqli olaraq Westfalenparka giriş ödənişlidir, cəmi 1.5 avro (qiymət indi fərqli ola bilər) ödəyərək parkın gözəlliyindən həzz ala bilərsiniz. Qeyd edim ki, parkın rəngarəngliyi ödədiyiniz məbləği sizə unutdurur ???? Park həftənin I və II günləri qapalı olur, qalan digər günlərdə isə ictimaiyyətə açıqdır. Parkda həm uşaqlar həm də böyüklər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Ərazi çox böyük olduğundan bütün hər yerini gəzmək üçün bir neçə saata ehtiyacınız var, yox əgər mənim o qədər vaxtım yoxdur tez zamanda gəzib sonra gedib 1-2 alman pivəsi içmək istəyirəm deyirsinizsə parkın ərazisində xüsusi olaraq “tənbəllər” üçün qatar var və bu qatara minərək bütün parkın ərazisini qısa zamanda görə bilərsiniz. Xülasə şəhərin hay küyündən, stressindən uzaqlaşmaq istəyirsinizsə bu məkan yardımınıza çatacaqdır, xüsusilə də ilin isti vaxtlarında.Dortmundakı digər görülməli yer isə parkın içərisində yerləşən Florian adlı televiziya qülləsidir. Qüllənin hündürlüyü 220 metrdir və buradan bütün Westfalenpark və Dortmund ayaqlarınızın altında görsənir. Bizim teleqüllədə olduğu kimi Florian qülləsində də restoran var və restoran 209 metr hündürlükdə yerləşir. Buradan bütün Ruhr ərazisinə əla bir panorama açılır. Qülləyə giriş qiyməti 2.5 avro idi, ola bilər ki, indi fərqli qiymətə olsun.Əgər futbol azarkeşisinizsə Dortmunda gəlib də əfsanəvi Dortmund Borusiyasının ev oyunlarını keçirdiyi stadiona baş çəkmədən getmək olmaz. Borusiya Dortmundun ev oyunlarını keçirdiyi Signal İduna Park stadionu Westfalenparkdan bir neçə yüz metr məsafədə yerləşir, rahat gəzə-gəzə stadiona gələ bilərsiniz. Mən orda olanda bazar günü olmasına baxmayaraq stadionda oyun yox idi, stadionun çöl tərəfindəki kiçik meydançada isə kiçik oyuncaq təyyarə və vertolyotların yarışı keçirilirdi. Havada lap şahin kimi süzən kiçik təyyarələr və vertolyotların şousu adamı valeh edirdi.Dortmundda digər görməli yer isə şəhər meydanıdır. Borusiya Dortmundun oyunları bir çox hallarda meydanda olan böyük monitorlardan canlı yayımlanır. Meydanın sağ tərəfində isə maraqlı memarlıq üslubunda tikilmiş İçəri şəhər Divarı dayanır. Meydan Dortmund Dəmir yol vağzalından 1 km məsafədə yerləşir, Dortmunddan keçirisnizsə və bir neçə dəqiqəlik vaxtınız varsa bu meydana baş çəkin məncə.Dortmundda görməli yerləri gəzib günortadan sonra ukraynalı dostum Alyona ilə görüşdük və gecəni keçirəcəyim Witten şəhərinə getdik. Witten Almaniyanın ilk özəl universiteti olan Herdecke universitetinin yerləşdiyi 100 000 əhalisi olan kiçik bir şəhərdir və şəhərdə olan səliqə səhman adamı heyran qoyur. Hər tərəfdə kiçik, rəngarəng evlər. Heç bir evin hasarı yoxdur, bütün evlərin həyəti rəngbərən gül-çiçəklə bəzədilib və demək olar ki, hər evin həyətində kiçik rəngli heykəllər var. Dəmir yolu vağzalından evə kimi hardasa 20 dəqiqə piyada getdik və mən bu şəhərə heyran oldum. Düşündüm ki, bəlkə də ömrümün sonuna kimi burada yaşaya bilərəm.Növbəti gün, Kölnə yola düşməkdən ötrü səhər saat 8də yola çıxdım. Kölnə getmək üçün avtobusa Herdecke universitetinin yanından minməli idi və dayanacağa yol talanın ortasından keçirdi. Səhər saat 8də talada ancaq yaban dovşanlarını görmək olardı, sayları həddindən artıq çox idi. Nəysə avtobusla Essen dəmir yol vağzalına getdim, oradan isə qatarla Kölnə.Köln 2000 illik tarixə malik qədim Alman şəhərlərindən biridir. Reyn çayının sahilində yerləşir. Şəhərin qədimi tikililəri, xüsusən də çay kənarında tikilmiş evlər Kölnü Amsterdama oxşadır. Şəhər kifayət qədər beynəlmiləl olduğundan xeyli sayda türklə qarşılaşa, hətta Kölndə olarkən özünüzü Türkiyədəki kimi hiss edə bilərsiniz. Köln dəmir yolu vağzalından çıxanda sizi iri və heyrətamiz Cologne Dom adlandırılan Köln katedralı qarşılayır. Qotik üslubda tikilmiş katedralı Kölnün simvoludur və bir növ Brnoda görüdüyüm katedrala bənzəyir. Katedralın cənub qülləsinə giriş 3 avrodur. Əgər ayaqlarınıza güvənirsinizsə 509 pillədən ibarət olan 98 metrlik qüllənin təpəsinə qalxa bilərsiniz. Pilləkənlər Qız Qalasında olduğu kimi dairəvi formadadır və yol çox ensizdir, arada durub dincəlmək imkanı yoxdur çunki, dayansanız arxadan insanlar gəldiyindən məcbur siz də tam sürətlə yuxarı çıxmalısınız. Ona görə də qülləyə çıxmamışdan öncə yüz ölçüb bir biçin ???? Amma qülləyə çıxdıqdan sonra Kölnə açılan mənzərə 98 metr pilləkənləri boşuna çıxamadığınızı deyir. Qüllənin təpəsindən Kölnə və Reyn çayına möhtəşəm mənzərə açılır.Kölndə muzeysevərlər üçün çoxlu sayda muzeylər var. Mən şokolad muzeyinə maraq saldığımdan almanlardan əl-qol hərəkətləri ilə şokolad muzeyinin yerini soruşub tapdım, elə muzeyə bir neçə yüz metr qalmış yenidən küçədə duran gənclərdən muzeyin yerini soruşanda məlum oldu ki, bu gün bazar ertəsi günüdür və bütün normal muzeylər kimi şokolad muzeyi də qapalıdır. Kor-peşman şəhər mərkəzinə qayıtdım amma muzeyin yaxınlığına kimi getməyimə dəydi. Kölnün muasir arxitektura münunəsi olan Crane Houses (Kran Evlər) kompleksini yaxından gördüm.Kölnün digər maraqlı turistik yeri isə Tarixi Qədim Şəhər olan hissəsidir. Qədim şəhərin bir hissəsi Reyn çayının sahillərində yerləşir. Sahil boyu damı şiş və rəssam fırçasıyla rənglənibmiş kimi görünən evlər Tarixi Qədim Şəhərin ən maraqlı hissələrində  biridir. Evlərin bir çoxusu hal-hazırda otel kimi fəaliyyət göstərir və çayla evlərin arasında yaşıllıq ərazi var. İlin isti vaxtlarından burada piknik edən almanları görə bilərsiniz. Rəngli binaların arxa tərəfində isə yenə rəngli binalar var bu dəfə isə çay əvəzinə böyük bir meydana çıxırsınız. Meydanın hər tərəfi kafe-restoranlarla əhatə olunub. Məşhur alman pivəsinin dadına baxmaq istəyirsinizsə burda olan restoranlardan birinə oturub bir kölş sifariş edə bilərsiniz. Almaniyanın hər bir şəhərinin, hər bir bölgəsinin özünəxas pivəsi var, Kölndə isə yerli pivə Kölş adlanır. Əslində kölş elə bildiyiniz pivədir amma kölnlü dostunuzun yanında kölşə pivə desəniz sizdən inciyə bilər ???? ona görə kölş deməkdə fayda vardır. Getdiyiniz kafe-publar “ein kolsch bitte” deyə bir kölş sifariş etsəniz ofisiantlarla xoş söhbətə başlamaq üçün yaxşı fürsət ola bilər sizin üçün.Kölnün Tarixi Qədim Şəhər məhəlləsində mütləq görülməli olan yer isə Great St. Martin kilsəsidir. Köln Katedralı kimi əzəmətli olmasa da, bu kilsə də kifayət qədər maraqlı üslubda tikilib və rəngli binaların arasından Ağca və yeddi cırtdan cizgi filmi səhnəsi kimi görsənir.Köln romantikləri də unutmayıb. Belə ki, şəhər mərkəzinə yaxın olan Hohenzollern körpüsü sevgililər üçün nəzərdə tutulub. Körpünün üzəri ilə gəzərkən, körpüdən asılmış minlərlə üzərinə X+Y yazılmış və ya ürək çəkilmiş, tarix həkk edilmiş qıfılları görə bilərsiniz. Hətta nəinki qıfılları seyr edə eləcə də sevgilinizlə getmisinizsə öz adınıza olan qıfılı da körpüdən asa bilərsiniz.Beləcə Köln turumuzu başa vurub axşam Düseldorfa yola düşdük. Amma siz siz olun Kölnlülərə Düseldorfa getdiyinizi deməyin. Çünki Rhine-Ruhr metropolitanının paytaxtının Köln yoxsa Düseldorf olması haqqında uzun illər mübahisə gedib və sonunda Düseldrof metropolitanın paytaxtı statusunu alıb, o gün bu gün, kölnlülərlə düseldorflular bir-birlərinə düşmən-rəqib kimi baxırlar. Kölnlülər düseldorflulara qız vermirlər, düseldorflular da kölnlülərə ərə getmirlər ????Axşam qatarla gəlib çıxdım Düseldorfa. Düseldorflular deyəsən Kölndən gəldiyimi eşitmişdilər, məni heç də xoş qarşılamadılar ???? Elə dəmir yol vağzalından çıxan kimi, hər tərəfin polislər tərəfindən bağlandığını gördüm. Vağzalın qabağındakı meydanda mitinq var idi. Mən də məcbur alternativ yollardan istifadə edib, qalacağım evə yola düşdüm.Alyonanın rəfiqəsi Marigildə qalacaqdım. Dayanacaqdan məni qarşıladılar evə getdik, çantamı filan yerləşdirəndən sonra qərara gəldim ki, Düseldorf Rhine-Ruhr bölgəsinin paytaxtı seçilibsə özü də Avropanın dəb mərkəzlərindən biridirsə, mən mütləq şəhəri gecə də görməliyəm. Xəritəylə hara necə getmək lazım olduğunu öyrəndikdən sonra yola çıxdım şəhər mərkəzinə doğru. Həftənin çərşənbə axşamı günü olmasına baxmayaraq şəhər kifayət qədər aktiv idi. Şəhər mərkəzində olan pubların, kafelərin hamısının önü əylənən insanlarla dolu idi. Bir neçə saat şəhər mərkəzini və Reyn çayının sahilini gəzəndən sonra qayıtdım qaldığım evə, çünki səhər Düsldorfu işıqlı vaxtda kəşf etməli idim. Maridən Düseldorfda street-artla zəngin bir məkanın olduğunu öyrənib səhər birbaşa yollandım ora.Street art bolluğundan əziyyət çəkən bu məkanın adı Kiefernstrasse icmasıdır. Elə Kiefernstrassedə yəni Kiefern küçəsində yerləşir. Məkan şəhər mərkəzindən bir az kənarda olduğundan bir az çətinliklə tapdım məkanı, çünki çox adam belə bir yerin mövcudluğundan xəbərdar deyildi. Nəyahət uzun axtarışlardan sonra gəlib məkanı tapdım. Bura Almaniyanın gəzdiyim bütün yerlərindən fərqli bir əhval ruhiyyəyə sahib idi. Binalar başdan-başa küçə sənəti nümunələri ilə bəzədilmişdi. Nümunələrin gözəlliyi məni o qədər heyran etmişdi ki, vaxtın necə keçdiyindən heç xəbərim də olmamışdı. Şəkilləri çox sözlə təsvir etmək istəmirəm bütün street art nümunələrinin şəkillərini blogda paylaşıram.Sehrli məkanı tərk edib yenidən gəldim Düseldorfun mərkəzinə. Mərkəzdə Burgplatzadlı meydandakı bina görülməli yerlərdən biridir. Çox maraqlı üslubda tikilib. Vaxtınız olarsa Düseldorfdakı tematik parkları gəzə, Reyn çayı bounca sahilə düzülmüş kafe-publarda pivə içə-içə Reyn çayını seyr edə bilərsiniz. Amma yaddan çıxartmayın ki, düseldorflular kölnlüləri sevmirlər ona görə də çaşıb kölş istəməyin ???? Təbii ki, dəb məkanına gəlib alış-veriş etmədən geri qayıtmaq olmazdı. Ona görə də hardasa bir saat mağazalara baş çəkib 1-2 t-shirt aldıqdan sonra üz tutdum Wittenə. Yolum uzun idi, həm də yorulduğumu hiss edirdim.Beləcə Rhine-Ruhr və ilk Almaniya turumu tamamlamış oldum. Gəzdiyim şəhərlər arasında əlbəttə ki, kiçik olsa da Witten xüsusi gözəlliyi, səliqə-səhmanı ilə diqqətimi cəlb etdi amma kiçik şəhər olduğundan düşünürəm ki, bu regionun ən görməli şəhəri məhz elə Köln idi. Kölnlülər Düseldorfu paytaxt seçənlərdən inciməsi normaldır ????Bununla da, daha bir yazımızın sonuna gəldik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3727 dəfə oxunub

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.Planımıza Rəvan 6, mən 7 ölkə saldım.Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)Səhəri üz tutduq Vyanaya.Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)Şəhərdə isə bomujlar yox səviyyəsindədir.Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :Dİki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov   

1087 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!