549 dəfə oxunub

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part I)

İlk təəccübümü təyyarədən enəndə yaşamışdım... Əlləri ilə işarə edib bizi növbəsiz dəvət etdilər... Yaxınlaşdıq "check in" etməyə. Alışdığımızdan fərqli bir qarşılama vardı... Bir neçə nəfər əllərində şəxsi telefonları ilə bizim məlumatları daxil edirdilər...
Bir nəfərə ortalama 15 dəqiqə vaxt sərf ediləndə, təyyarə dolusu insanın məlumatları üçün nə qədər vaxt gedəcəyini hesablayın demirəm, başınızı ağrıtmayın...
Nəysə Monroviada aeroport macərəlarımız barədə rahat bir yazı çıxar, ona görə burda bu qismi saxlamaq istəyirəm.( Nəzərə alın ki, bir neçə saat orda olmuşuq)
Xülasə, günortadan sonra endiyimiz ölkəyə hava qaralanda giriş edə bilmişdik.
Bizi qarşılaşmağa gələnlərdən birinin maşını ilə yola çıxdıq. ( Digər maşınlara baqajlarımız yerləşdirildi)
Qaranlıqdan ətrafı müşahidə etmək olmurdu... Sürücümüz olan müəllim; "bəlkə də qaranlıq olması yaxşı oldu, ən azından yavaş- yavaş alışarsınız. İndi görməyin" dedi.
Saatlardır yol gəlirdik. O qədər yorğun idim, çatanda heç nəyi düşünmədim, ətrafıma baxmadım, ancaq ilk yadımda qalan ölkədə sanki isti, nəm, bürkü bir hava olduğu idi...
Bu hissi tanıyırdım. İstanbulda Floriya akvarium var. Onun içində ayrıca "yağmur ormanları" deyilən bir hissə... Akvariuma 3-4 dəfə getmişəm, çox gəzə bilmirdim o qismi...
1-2 saatlıq gəzintinin ən çoxu 20 dəqiqəsini dözə bilmədiyim, tez bitirmək istədiyim havanın altında indi yaşamalı idim... Üstəgəl çox istəyərək gəlmişdim. Roman mlm, dəfələrlə istəsən gəlmə deməsinə rəğmən, hər şeyi, hər kəsi geridə buraxıb gəlmişdim...
İsti desən, isti deyil, sərin desən sərin...
Akvariumu ziyarət edənlər, yaxud bənzər auranı yaşayanlar nə demək istədiyimi anladı...
Əslində bu yazını yazmağa tamam başqa məqsədlə başlamışdım, yarımçıq saxladım. Üzərindən 3 gün keçib, nə demək istədiyimi unutmuşam.
Ona görə yenidən şəkillənəcək bundan sonrakı qisim.
Məni ilk narahat edən hava və quyu suyunun dadı olmuşdu.
Və bir də qorxu yaranmışdı... Biz nə ettik...
Burda başımıza bir şey gəlsə necə olacaq...
Buraları da qısa keçirəm...
Amma inanın havaya, suyun dadına alışmaq da qorxunun itməsi də cəmi bir neçə günümü aldı.
Ki o günlərdə bizim Afrikada olduğumuzu ən yaxınlarımızdan başqa kimsə bilmirdi.
Mən paylaşımlara 2həftə sonra başladım.
İndi Bakıdan "istidən yanırıq" mesajları gələndə, "biz nə yaxşı sərindəyik" düşünürəm.
Hazır sular almıram, quyu suyunun dadına alışmışam. Hətta bəyənirəm. Çaydanı ərp etmədiyi üçün, rəğbətimi belə qazanıb...
Və 2 ayın sonunda mənə elə gəlir ki, elə həmişə burda yaşamışam...
İnsanoğlu nə qədər tez alışırmış...
Yaxud belə deyim, alışmaq nə gözəl nemət imiş...
Unutmaq da həmçinin...
Yoxsa necə yaşanılar...
Necə davam edilər bilmirəm...
Çox çətin olardı...

Sizlərə maraqlı nələr varsa, yazın digər sualların sırasına əlavə edib cavablayaram.
2 ay keçib.
İndi üçün nə yaxşı ki, deyirəm...
Ümumi tabloya baxanda...
Nə yaxşı ki...
Bakıda həyatımı təqib edə bilmirdim...
Sanki kənardan baxırdım, yaşadıqlarımı sonradan analiz edirdim...
Heç nəyə ( geniş mənada) vaxt çatdırmırdım. Yaxud öncəliklərim məni ilk tərk edən ( edəcək) şeylər idi...
Afrikada isə heç nə məndən qabağa qaçmır.
Amma həyat da cansıxıcı deyil..
Nə bilim bəlkə Tolstoyun təbiri ilə mən bir səfərə çıxdığım, indi olduğum şəhərə də yeni biri gəldiyi üçün möhtəşəm hekayələrin yaşanması, yazılması üçün vaxt, vədə yetişib...
Gələcək nə gətirəcək bilmirəm...
Ancaq bizim Liberyanı, Liberyanın da bizi sevməsini ümid edirəm...
Görüşərik nəsib olsa...

DİGƏR BLOQLAR

Moskvanın maraqlı hekayələri olan binaları

Sizə Moskvanın bəzi yerlərindən danışım.Aşağıdakı şəkildə gördüyünüz McDonald’s-ın binasıdır. Rusiyada açılan ilk Amerikan restoran brendidir, 1991-ci ildə SSRİ-nin dağılması zamanı bu çox böyük bir hadisə hesab olunurdu, 2 və 3-cü şəkillərdə açılış mərasiminə gələnləri, bir burger, kola almaq üçün sırada gözləyənləri görə bilərsiz. Ora getmək o qədər önəmli bir hadisə sayılırdı ki, qadınlar hündür daban ayaqqabılarda, qızıl-gümüşlərini taxaraq, ən dəbli paltarlarını geyinədək bura gəlib növbədə gözləyirdilər.Növbəti şəkildə gördüyünüz binanın üzərində əvvəl Stalinin ən bəyəndiyi balerin Olqa Lepeşinskayanın heykəli var idi, lakin “mentalitet söhbətlərinə görə” heykəli götürüblər. Və bina “under the skirt” adı ilə məşhurdur (üzrlü sayın, öz dilimizdə necə tərcümə edəcəyimi bilmədim, təklifi olan desin). Bina yaşayış binası kimi fəaliyyət göstərir. Hətta deyilənlərə görə Stalinlə balerin arasında eşq söhbətləri də olub))Bu şəkildə gördüyünüz Tverskaya küçəsini genişləndirmək üçün bir gecədə əhali yatdığı halda 50 metr arxaya çəkilən binadır. Sirli bina da deyilir, çünki yoldan keçərkən görmək mümkün deyil, giriş bağlı olduğuna görə yalnız belə çəkə bildim şəklini, yalnız binada yaşayanlar daxil ola bilər. Sonrakı şəkildə gördüyünüz məhşur “ÇUM” (“ЦУМ’’). Şotlandlar tərəfindən tikilib və Rusiyada ilk dəfə “fix price”, yəni, etiketli, endirim olmayan qiymətlər burada tətbiq olunub, o vaxta kimi insanlar mağazalarda “danışaraq razılaşıb qiyməti aşağı salırdılar”. Videoda (videoya buradan keçid edə bilərsiniz) gördüyünüz mağaza yemək mağazasıdır, uzaqdan çox adi görünür. Mağaza ilk dəfə Rus imperiyası dövründə Qriqori Yeliseyev tərəfindən açılıb və ilk dəfə banan, ananas kimi meyvələr onun tərəfindən Rusiyaya gətirilib. Əvvəllər həmin ərazidə kilsə var idi və əhali qatı dindar idi. Yeliseyev mağazada spirtli içkilər satmağa cəhd göstərsə də, kilsəyə yaxın olduğundan bu cəhdinin qarşısı alındı. Lakin o, bu istəyindən vaz keçmədi, mağazanı genişləndirərək, əlavə, kilsədən uzaq qapı açıb, spirtli içki satışına da start verdi. Yeri gəlmişkən, kilsə artıq orda yoxdur, 1935-36-cı illərdə bolşeviklər tərəfindən dağıdılmışdır. Yanından fikir vermədən, sadəcə ötərək keçdiyimiz binaların əslində çox maraqlı tarixləri var, elə Azərbaycanımızın özündə də Diqqətinizə görə təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ragsana Rzayeva

1101 dəfə oxunub

Rahmi Koç Muzeyi - İstanbul

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Muzey həvəskarı biri olaraq sizə dünən getdiyim və hələki ən bəyəndiyim muzeydən bəhs eləmək istəyirəm. “Rahmi Koç Müzesi” adlanan və “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə mükafatı da olan muzey Türkiyənin məşhur Koç ailəsinə məxsusdur. Muzeydə elm və texnologiyayla bağlı eksponatlarla yanaşı Koç ailəsinin nümayəndələrinə məxsus kolleksiyalar da sərgilənir.İlk zalda 100-ə yaxın klassik avtomobil var. Nələr yoxdu ki, aralarında? Rolls Roycelar, Fordlar, Cadillaclar, Volkswagen Beetlelar, Jaguarlar. 1-ci dünya müharibəsində istifadə olunan tibb maşını belə var. Avtomobillərin bəziləri məşhur film və reklamlarda da istifadə edilib. Digər otaqda sənaye inqilabına səbəb olan buxar maşınlarına aid nümunələr var və bu maşınların işləmə prinsipləri filan izah edilir.[caption id="attachment_1292" align="aligncenter" width="384"] Marshall Səyyar Buxar Maşını[/caption]Daha sonra sənaye 2.0, 3.0, 4.0-a aid bölmələrdə bu anlayışların necə yarandığı izah edilir və onlara aid sənaye nümunələri göstərilir. Burada ən diqqətimi çəkən paltaryuyan, televizor, soyuducu və digər məişət əşyalarının ilk nümunələrindən müasir örnəklərinə qədər sərgilənməsi və necə çalışdıqlarının izahı oldu. Burda hətta macintosh və digər komputerlərin ilk nümunələri də var. Bir anda zaman tunelinə girirsən elə bil.Avtomobillərlə yanaşı velosiped və motosiklet kolleksiyası da var. 50-60 yaşlı motosikletlər xüsusilə harley-davidsonun ilk modelləri çox maraqlıydı. Velosipetlərdən ən maraqlısı Penny Farthing dedikləri qabaq təkəri çox böyük (oturacaq da onun üstündədi) arxa təkəri isə çox kiçik olanlar oldu mənim üçün. Adamın uşaq arabası kolleksiyası belə var idi! Uşaq arabası ilə yanaşı at arabası, fayton kolleksiyasında da, qəşəng nümunələr var. Formula 1 bolidini də unutmaq olmaz.Digər sərgi zalı isə dəmiryolu nəqliyyatına ayrılıb. Burda onlarla qatar modeli var. Zaldakı bir maket isə dünyanın ən yaxşı maketi seçilib. Modellərlə yanaşı real qatar və tramvaylar da sərgilənir. Sultan Əbdüləzizin İstanbuldan Parisə səyahət etdiyi vaqon və 30 il fəaliyyət göstərmiş Moda-Kadıköy tramvayı daha çox diqqətimi çəkdi.Dəniz nəqliyyatını da unutmayaq. Onlarla qayıq və yaxtayla yanaşı kiçik gəmilər və hətta Vapur da eksponatlar arasındadır. Vapurun içərisində mini oyuncaq muzeyi də var. Amma bu bölmədə ən maraqlı olanı sualtı gəmidir. İkinci dünya müharibəsində ABŞ tərəfindən Yaponiyaya qarşı istifadə edilən, daha sonra Türkiyəyə satılan sualtı gəmi Türkiyə tərəfindən də Kipr müharibəsi zamanı istifadə edilib. Bura ayrıca bilet satılır və bələdçi müşayəti ilə ekskursiya təşkil edilir. Heyif ki, içərisində şəkil çəkməyə qoymurlar. Gəminin işləmə prinsipləri, gəmi heyətinin məişəti filan izah edilir.Muzeydə aviasiya ilə bağlı da eksponatlar var. Mülki təyyarələrlə yanaşı qırıcı və vertolyot da sərgilənir. Pilot kabininə girmək istəyimi burda gerçəkləşdirə bildim))Başqa nisbətən kiçik sərgilərə gəldikdə isə, papaq kolleksiyasını göstərmək olar. Həmin papaqlar içərisində Türkiyə siyasətinin simvollarına çevrilən Süleyman Dəmirəlin panamasını və Ecevitin şapkasnı qeyd etmək lazımdı. Muzeyin digər bir hissəsində 50-60 il öncənin apteki, oyuncaq mağazası, zeytun yağı fabriki, ayaqqabı təmirçisi və s bu kimi otaqlar düzəldiblər və o dövrün əşyalarını, eləcə də bal mumu heykəllər yerləşdiriblər. Mətbəə avadanlıqları, elm, rabitə, musiqi alətləri və s. başqa çoxlu maraqlı şeylər də var.Azından 4-5 saat ayırıb gəzməyə dəyər. Muzeydə şagirdlər üçün astronomiya, riyaziyyat, fizika atelyeləri də fəaliyyət göstərir.Burda uşaqlara elmi proseslər sadə dildə izah edilir və onlarda elmə maraq yaradılır. Muzeyi hər il 100 min türkiyəli şagird ziyarət edirmiş. Böyük şirkətlər kəndlərdəki uşaqların ziyarətinə sponsorluq edirlər. Kaş bizim ölkəmizdə də bu tip muzeylər olardı. Uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün əvəzsiz vasitədir bunlar. Elə böyüklərin də))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mehralizade

640 dəfə oxunub

Hindistan haqqında 17 maraqlı fakt

7, 8, 13 çox qəribədir. ( Hindistan )Extra : dul qadınlar yataqda yata bilməz ancaq yerdə yata bilərlər.1) Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır.2) Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.3) Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.4) Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.5) Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.6) Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.7) Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.8) Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.9) Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.10) Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.11) Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.12) Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.13) Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.14) Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.15) Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.16) Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.17) Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

2173 dəfə oxunub

Taylandda həyat

Tayland ????????Hər hansısa bir Avropa ölkəsinin müstəmləkəsi altına düşmədiyi üçün Tayland Cənub-Şərqi Asiyanın ən mustəqil ölkəsi sayılır. Taylılar özlərini "Kxontay " yəni - Azad İnsan adlandırlar. Yaza yaza fikirleşirəm ki necə edim yazım qısa olsun bu dəfə, görünür alınmayacaq. Taylandı tanıyandan sonra dünyanın ən çox turist qəbul edən ölkələr sırasında olduğunun təsadüf olmadığının fərqinə varırsan.( 10 cu yer səhv etmirəmsə)Taylandda əsas din Buddizmidir 94%.Buddizm Budda sözündən götürülmüş "aydınlanmış" kimi tərcümə olunur. Buddizm dininin əsası eramızdan əvvəl 543 ildə qoyulmuştur. Dinin qurucusu Sidharta Quatamadır. Çox maraqlı tarixçəsi var.Taylandda hal hazırda 2560-cı ildir (il teqvimi Sidharta Quatamanın doğulduğu ildən hesablanır) Həftəd 8 gün var. 3-cü gün iki hissəyə ayrılır, günortadan əvvəl və sonra. Buddizm dini ümumiyyətlə ayrı bir mövzudur və inanmıram ki hamınıza maraqlı olsun , ona görə ətraflı yazmıram . ( aaa bu arada elə bilərsiz birdən budistəm )) sadəcə maraqlıdır deyə oxumusam )Taylandın Azadlıq Rəmzi xoruzdur. Ölkənin çox yerlərində Xoruz heykəlləri görə bilərsiz. Çəkisi 50 kq çox və boyu 1,6m uzun insanlar sadəcə əsgərlik edə bilirlər. Əsgərlər 7000 bat - 10000bat maaş alırlar ( 230$-300$ ) Lakin əsgərlik üçün lazım olan göstəricilər çox az taylıda olduğu üçün könüllü olduqları halda əsgər gedə bilməyən çoxdur. Ölkədəki işsizlik və orta əmək haqqını nəzərə alsaq niyə əsgər getmək istədiklerini başa düşmək olar.Mətbəxlərini çox bəyəndim "Tom Yam " şorbası "Tom Kha Gai" şorbası "Som Tam" salatı ən məşhur yeməklərinden sayılır. Damaq dadları bizə görə çox çox fərqlidir toyuq və ya hər hansısa başqa ət yeməklərinin hazırlanmasında bəzən şəkərdən istifade olunur.Ama ana yeməkləri acılıdır.Ananas , alma ve başqa bir neçə meyvələr duz və acı bibər ilə yeyilir. Dünyada ən dadlı ananas Taylandda yetişir. ver yeyim, ört yatım Allahı :Dİnsanları çox sakin və gülərüzdür. Gülüş ölkəsi deyilir Taylanda. Həqiqətən hər kəs gülür. 13 cür gülmək tərzi var və hamısı bir-birindən fərqlidir (demək olarkı rəsmi qebul olunmuş bir haldır ) Əgər metroda biri ayaqınızı tapdalayıp gülürsə təəcüblənməyin bu üzr istəmək mənasına gəlir siz də qarşılığında ona "bağışladım" gülüşünü göstərə bilərsiz. Bağışlamamaq gülüşü də var. Nəysə ona artıq özünün qərar verərsiz )) Fərqli gülüş tərzlərinin olması dinləri ilə əlaqəlidir. Nə olursa olsun gülmək və sakinlikiyi qoruyub saxlaya bilmək dinin ən başlıca qanunlarındandır. Hətta tayca nəcəsən sözünün birbaşa tərcüməsi: "sabay di may" sən sakinsən?Taylılar hesab edir ki, insan başının tam ortasında "Kvan" adında ruh yaşayır.Kvan insanı uğursuzluqdan və xəstəlikdən qoruyan ən önəmli ruh hesab olunur. Ona toxunaraq onu incidə və yaxud ona zərər verə bilərsiz . Buna görə də taylıların başına əl vurmaq olmaz , özəlliklə də 9 yaşına çatmamış uşaqların.Tayland Krallığının əhalisi 69 milyondur, monarxiya quruluşu var . Paytaxt Banqkok şəhəridir “Mələklər şəhəri” kimi tərcümə olunur. Çox böyük ticarət mərkəzləri var. Banqkokda gediləsi və baxılası yerlər çoxdur. 5.5 ton ağırlığında saf qızıldan hazırlanmış "Qızıl Buda heykəli" 46 metr uzunluğunda olan "Yatan Buda heykəli", “Üzən Bazar", "Zumrud Buda", "Dream world" və s. Bankokda ziyadə Phuket və Pattayadag oldum . Əsas istirahət kurortları sayılır Taylandın. İlin 12 iyi istidir. Çimərlikləri və adaları çox gözəldir. Pattaya Phuketə nisbətən daha səsküylüdür. "Walking Street " gözəl barlar var və maraqlı gecə programları.Phuketdə isə ən çox yadımda qalan Patong çimərliyi oldu. Üzr istəyərək bir məsələyə daha toxunmaq istiyirəm . " Homoseksual " Taylandda həddindən çox olduğunu bilirik . Buna səbəb isə Budistlerin cinsi dəyişikliyi günah hesab etməməsidir. Hətta bəziləri "lady boy" olaraq üçüncü bir cins olduğunu iddia edir.Yenə Budizm'ə qayıdacam həftənin günlərinin öz rəngi və öz mənası var. Bəlkə eşitmisiz Buddizm falı, əgər istəsəz falınıza baxaram ) Hindistan yazımda Buddizm dinində olanların dünyaya yenidən gələcəklərinə inandığını demişdim. Məsələn əgər oğurluq etmisizsə dünyaya meymun olaraq, əyyaş olmusuzsa it olaraq, əgər böyük bir günah işləmisizsə daş olaraq dünyaya yenidən gəlirsiz.En böyük günah isə dini ve Tayland Kralını təhqir etmək sayılır. Daş olaraq dünyaya gəlmək isə, başqa heç bir həyatının olmayacağı anlamına gəlir.Paylaşdı: Cavid Bayramov

767 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!