4531 dəfə oxunub

İngiltərə və ingilis həyat tərzi

"İngiltərəyə gəlirsinizsə bunları bilmək faydalıdır" tipli yazilardan növbəti yazı. Bu dəfəki yazıda İngilislərlə necə görüşmək, nədən danışmaq, necə sağollaşmaq və "qeybət" mədəniyyətindən yazacam.

İngilis mədəniyyəti ümumilikdə az toxunuş olan (low touch) mədəniyyətdir. Bizdə məsələn kişilər də görüşəndə bir-biri ilə əl sıxır, qohumlar, dostlar isə öpüşüb görüşürlər. Qadılar isə əksər vaxtlarda hər iki yanaqdan da öpüşürlər. Bu tək bizdə deyil təbii ki, əksər avropa ölkələrində də belədir. Əsas da Fransada və İtaliyada. İngiltərədə isə yox.

İngilitərədə kimsə sizinlə salamlaşarkən sadəcə "how do you do?" deyə bilər və ya bir az yaxınsızsa "you all right?". Hər iki suala cavab verməyə tələsməyin çünki bu iki sualın da cavabı yoxdur, daha doğrusu cavab sualın özünü olduğu kimi geri qaytarmaqdır.

Yalnız çox yaxın olan insanlar öz aralarında "How are you" işlədirlər, həmin halda "I'm fine, thank you" və ya daha ingilis tərzində "not too bad, thanks" cavabını verə bilərsiniz.

İngilislər ancaq rəsmi görüşlər zamanı əl sıxıb görüşürlər. Ya da birinci dəfə kiminləsə görüşəndə əgər kimsə özünü rəsmi təqdim etmək istəyirsə.

Qadınlar arasında öpüşərək görüşmək ənənəsi isə əsasən yüksək təbəqə arasındadır.

İngilislər heç vaxt ilk görüşdə sizə adlarını deyib özlərini təqdim eləmirlər. Eləyənlərə də qəribə baxırlar. Əsasən amerikalılar özlərini belə təqdim eləyirlər deyə gəlin məsələye bir amerikalı qadının gözündən baxaq: "You say your name and they sort of wrinkle their noses, like you've told them something a bit too personal and embarrassing. What the hell is so private about a person's name for god's sake?"

Əksər vaxtlarda elə ola bilər ki, bir ingilislə 5-6 saat bir ortamda olarsınız, danışıb-gülərsiniz filan, amma o ancaq görüşün sonunda sağollaşarken "Oh, by the way my name is filankəs" deyər.

İngilislərdə ad, peşə, iş yeri, yaşayış yeri, ailə vəziyyəti və s. detallar şəxsidir. Kimdənsə hansı işi gördüyünü birbaşa soruşmaq tərbiyəsizlikdir. Nə qədər qazandığını soruşmaq isə yolverilməzdir. Ümumiyyətlə ingilislər şəxsi həyat haqqında yad adamlarla danışmağı xoşlamırlar. Amma illah da ki, kiməsə şəxsi suallar vermək istəyirsinizsə bunun da öz qaydaları var.

Dediyim kimi ingilislər heç nəyi qısa konkret demirlər, dolanbacdan dolandırırlar söhbəti. Məsələn kiminsə harda işlədiyini bilmək istəyirsinizsə ondan soruşa bilmərsiniz ki, nə işə baxırsan? Niyə? Çünki mədəniyyətsizlikdir. Başqa yollar axtarmaq lazımdır. Məsələn ingilislər arasında bəlli bir qaydaları yazılmamış oyun var. Adı Guessing game'dir. Oyunun şərtləri belədir: siz hansısa sualın cavabını tapmaq üçün tamam başqa sual verirsiniz, guya ki, hansı sualın cavabını istədiyinizi bildirmirsiniz (Məsələn qarşıdakinin nə iş görməyi). Qarşı tərəf də sizin hansı sualın cavabını axtardığınızı bilir, amma birbaşa demir, ipucları atır sizə. Məsələn tamam dəxlisiz bir sual verirsiniz ki "Traffic is a nightmare these days - Do you drive to work?", qarşı tərəf də artıq söhbəti tutur və sizə ipucu atır "Yes, but I work at the hospital, so at least I don't have to get into the town centre" və s bu tip cavablar.

Adamın harda işlədiyini biləndən sonra peşə axtarmaq fəsli gəlir. Adam xəstəxanada təmizlikçi də işləyə bilər, tibb bacısı və qardaşı da, həkim də. İngilis mədəniyyətində belə qəbul olunub ki, siz ən yüksək mövqedə olanı deyirsiniz. Məsələn : Oh, you are a doctor then? Öz peşəsini demək isə artıq qarşı tərəfə qalır. Bu üsulla insanların harda yaşadığını, nə iş gördüyünü, evli olub-olmadıqlarını filan həmin sualı vermədən sual verə bilərsiniz.

İkinci bir üsul ise Reciprocal Disclosure Strategy adlanır. Bu oyunun şərtləri daha sadədir. Siz özünüz haqqında bir "sirr" deyirsiniz söz arasına salıb, qarşi tərəf də eyni çəkidə olan bir "sirr"lə cavab verir, siz stavkanı artırdqca o da artırır. Amma diqqətli olmalısınız, birdən birə çox şəxsi bir şey demək də tərbiyəsizlik sayıla bilər.

"Qeybət mədəniyyəti"

İngilislər qeybət eləməyi çox sevən millətdirlər. Son araşdırmalar göstərir ki, ingilislərin söhbətlərinin 3-də 2-si "kim harda kiminlə nə edir" tipli söhbətlərdən, yəni qeybətdən ibarətdir. Bizdə qeybət ancaq kiminsə həyatı haqqında mənfi müzakirələr sayılır, İngiltərədə isə qeybətlərin təxminən cəmi 5%-i mənfi söhbətlər üzərində qurulub. Qeybət dostlar, tanışlar haqqında da ola bilər, siyasetçilər və şoumenlər haqqında da. En populyar qeybət mövzusu isə kralliyyət ailəsinin həyatıdır. İlahi, bircə dəfə görsəniz keşkə, ailədən kimin nə geyindiyindən tutmuş, kiminlə görüşdüyünə qədər hər şey çox önəmlidir bu millət üçün.

Bu qədər qeybət eləyən millətdə qeybətə normal baxıldığını düşünürsünüz? Təbii ki, yox. Başqalarının şəxsi həyatını müzakirə eləmək və burnunu soxmaq hələ də tərbiyəsizlik sayılır. Hətta ingilis dilində belə adamları ifadə eləmək üçün yaxşı bir söz də var - Nosy Parker.

Məhşur yazar George Orwell bu ad haqqında belə yazır : "The most hateful of all names in an english ear is Nosy Parker" Sağollaşmaq fəsli isə tamam ayrı bir aləmdir. İngilislərlə sağollaşmaq ən az yarım saat çəkir. "Nice to meet you"lar "Well, goodbye then"ler, "See you then"ler, "Take care"ler havada uçuşur amma heç cür sağollaşmaq qurtarmaq bilmir ki bilmir. Tam sağollaşıb qurtarana yaxın qonaqlardan kimsə "You must come round to us next" tərzi bir cümlə ortaya atacaq və bütün bu söhbət bir kruq yenə gedəcək. Ona görə də səbrli olun :)

Paylaşdı: Ismayil Nur   

DİGƏR BLOQLAR

Vikinqlər diyarı - Skandinaviya ölkələri

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar! Dünyadan bixəbər, özü-özlüyündə ayrıca bir dünya olan Skandinaviya məmləkətinə səyahətimdən heç bir həftə belə keçməyib. Belə ki, Skandinaviya nağılları adlandıra biləcəyimiz Finlandiya, Norveç, İsveç və Danimarka səyahətimdən məni bəzən heyran edən, bəzən də təəccübləndirən təəssüratlarımı paylaşmaq qərarına gəldim:1. Çox kiçik fərq olmasına baxmayaraq, bütün ölkələrdə qiymətlər, necə deyərlər, od tutub yanır. Təsəvvür edin, Stockholmda metronun təkcə bir gedişi 44 krona (8.50 azn) bərabərdir. Amma onu da nəzərə alın ki, bu biletlə yalnız metroya deyil, həm də nəhəng bir "incəsənət muzeyi"nə daxil olursunuz.2. Kənardan baxanda belə bir paradoks sezmək olur ki, qiymətlərin bu dərəcədə yüksək olmasına baxmayaraq, dünyanın ən xoşbəxt insanları məhz bu ölkələrdədir. Bunun səbəbi həyat üçün vacib olan amillərin tamamilə pulsuz olması (təhsil, səhiyyə), vətəndaşlara dəyər verilməsi, gender bərabərliyinin yüksək səviyyədə olması, demokratik və azad cəmiyyətin olmasıdır.3. Əslində, sözügedən ölkələr elə də turistik sayıla bilməz, amma buradakı atmosferi və insanların həyat tərzini görməyə dəyər.4. Skandinav xalqı sadəliyi sevir. Dəbdəbəli evlərə, saraylara və ya kilsələrə nadir hallarda rast gələ bilərsiniz. Mənə görə, ən sadə şəhər Helsinki, nisbətən dəbdəbəli isə Stokholm idi.5. Skandinav ölkələrinin hamısında uşağından yaşlısına hər kəs ingilis dilini mükəmməl səviyyədə bilir. Hətta İsveçdə olarkən Skansendə 70 yaşlarında bir nənə elə ingiliscə danışdı ki, bizim orta məktəb müəllimimiz heç elə danışa bilmirdi.6. İsveçin Malmö şəhərində olarkən özümü bir anlıq Orta Şərq ölkələrindən birindəymiş kimi hiss etdim. Çoxlu sayda imiqrant var, hətta şəhər əhalisinin yarısından çoxu imiqrantlardır. Digər ölkələrdə sayları az da olsa, oralarda da məskunlaşıblar.7. Çox qəribə səslənsə də, asiyalı turistlər sözün əsl mənasında Skandinaviyanı işğal ediblər. Onlar əsasən Çin, Koreya və Yaponiyadan gələnlərdir.8. Bizim ölkədən fərqli olaraq, övladları ilə gəzməyə çıxan ataları tez-tez görəcəksiniz. Çünki bu ölkələrdə ailədə yeni bir övladın dünyaya gəlməsi ilə bağlı olaraq təkcə analar deyil, atalar da məzuniyyətə çıxır. Bu da gender bərabərliyinə necə önəm verilməsinin bariz nümunəsidir.9. Skandinaviya dedikdə hər kəsin ağlına soyuq və şaxta gəlir. Amma bəlkə də indiyə kimi görülmüş ən isti günlərini yaşayır bu ölkələr. Hərarət 28, bəzən isə 30 dərəcəyə çıxırdı. Hətta Osloda yerli biri ilə söhbət edərkən vurğuladı ki, əvvəllər May ayının sonları payız havası kimi keçirdi amma indi hamı Oslofiord'a "kəllə vuraraq" günəşin dadını çıxarır. Sözün düzü, soyuq Skandinaviyada "zaqar" ədəcəyim heç ağlıma belə gəlməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Isgandarov

3026 dəfə oxunub

Tokio və yapon həyat tərzi

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.YAXŞI MƏNADA BELƏ BİR TƏHƏR TOKİO...Tokioda gəzişib gəldim. Sizi də aparım? Onda, getdik! Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır. Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və s. saxlamağa qadağa qoyduqları üçün Tokioda xüsusi «pişik kafeləri»yaradılmışdır ki, burada kiçik məbləğ müqabilində pişiksevərlər bəyəndikləri pişikləri seçib elə kafedəcə onlarla vaxt keçirib qurdlarını öldürə bilərlər. Yeri gəlmişkən, 2012-ci ildən tətbiq olunan qanuna əsasən, axşam saat 8-dən sonra heyvanları ictimai yerlərdə nümayiş etdirmək olmaz. Zoomağaza filanlarda alver axşam və gecə saatlarında da mümkündür və qanun keşikçiləri də oradakı heyvanların saat 8-dən sonra insanların onları narahat etməmələri, heyvanların bu saatdan sonra dincəlmələri üçün buna imza atıblar. Tokionun Xaradzüku rayonunda ən vacib hadisələr cərəyan edir. Vaxtınızı səmərəli keçirə biləcəyiniz məkandır. Rayondakı fashion-gəzintiləri nəyə desən dəyər. Qotlar, lolitlər, panklar və daha kimlər və nələr… Milan və Parisin ən avanqard dəb nümayişlərindən geridə qalmayan bir yerdir. Dünyada ən bahalı restoranlar siyahısında öndə (bəzən deyirlər ki, ən öndə) gedən "ARAQAVA" restoranı da Tokiodadır. Məşhur Kobi ətini məhz burada hazırlayırlar. Bir porsiyanın da qiyməti minimum 350-cə ABŞ dolları. Tokio metropoliteni sərnişin axınına görə dünyada ən xod gedənlərindəndir: ondan il ərzində 3,2 milyard adam istifadə edir. Maraqlı fakt da odur ki, burada xüsusi pozisiya da mövcuddur, adı da osiya. Onların işi-gücü dolu vaqonlara sərnişinləri dürtüşdürməkdə yardım etməkdir Ueno zooparkı Yaponiyada ən qədimlərdəndir. Burada 2600-dək heyvan saxlanılır. İldə 1 dəfə zoopark 2 aylıq bağlanır ki, heyvanlar insanlardan dincəlsin. Demək olar ki, bütün günümüzü zooparka həsr etsək də, onu axıracan gəzib-dolaşmağa imkanımız olmadı. Hər il Tokioda müxtəlif güclü 150-dək zəlzələ baş verir. Ən söküb-dağıdanı 1923-cü ildə olub: Rixter şkalası ilə 8,3 bal gücündə. 142 min adam onun qurbanı olub.  Tokioda o qədər çox adam yaşayır ki, havanın hərarəti həmişə orta temperaturdan 10 dərəcə çox olur. Bəzi rayonlarında əhali sıxlığı 1 kv km-ə 60000 nəfər də düşür. Şəhərin yaşayış məntəqələrinin kompakt yığımı olan yerlərində, o cümlədən də şəhərətrafı zonalarda, 35,2 milyon əhali yaşayır ki, bu da Rusiyanın bütün Asiya hissəsində yaşayanlardan çoxdur.  İqtisadi baxımdan Tokio Yaponiyanın digər şəhərlərini əmməlicə geridə qoyur. Təsəvvür edin ki, əgər Tokio ayrıca dövlət olsaydı, öz ümumi daxili məhsulunun (ÜDM) həcminə görə dünya üzrə 15-ci yerdə olardı. Yəni Türkiyə və ya Avstraliya ÜDM-dən də yüksək. Ərazisi ölkə ərazisinin 0,6%-i olsa da, ölkə üzrə ÜDM-i 33%-dir! Özlüyündə də Tokio dünyada ən bahalı şəhərlərdən sayılır. Bizim səfərin sonuncu gününü Ukraynadan olan qrupmuzun imkanlı üzvləri (onu da deyim ki, qrupumuzun ən dilənçi üzvləri mən və dostum idik) alış-verişə həsr etməyi qərara aldılar. Biz də nə üçünsə sevincək qoşulduq onlara. Alış-veriş mərkəzinə ümid dolu addımlarla girdik. 1 saatdan sonra oranı ancaq 1 ədəd kiçik əl kremi (!) ilə tərk etdik. Onu da test üçün havayı vermişdilər…Yenə bu qəmli notda sağollaşaq. Sağ olun.www.TravelStory.az

1767 dəfə oxunub

Taylandda həyat

Tayland ????????Hər hansısa bir Avropa ölkəsinin müstəmləkəsi altına düşmədiyi üçün Tayland Cənub-Şərqi Asiyanın ən mustəqil ölkəsi sayılır. Taylılar özlərini "Kxontay " yəni - Azad İnsan adlandırlar. Yaza yaza fikirleşirəm ki necə edim yazım qısa olsun bu dəfə, görünür alınmayacaq. Taylandı tanıyandan sonra dünyanın ən çox turist qəbul edən ölkələr sırasında olduğunun təsadüf olmadığının fərqinə varırsan.( 10 cu yer səhv etmirəmsə)Taylandda əsas din Buddizmidir 94%.Buddizm Budda sözündən götürülmüş "aydınlanmış" kimi tərcümə olunur. Buddizm dininin əsası eramızdan əvvəl 543 ildə qoyulmuştur. Dinin qurucusu Sidharta Quatamadır. Çox maraqlı tarixçəsi var.Taylandda hal hazırda 2560-cı ildir (il teqvimi Sidharta Quatamanın doğulduğu ildən hesablanır) Həftəd 8 gün var. 3-cü gün iki hissəyə ayrılır, günortadan əvvəl və sonra. Buddizm dini ümumiyyətlə ayrı bir mövzudur və inanmıram ki hamınıza maraqlı olsun , ona görə ətraflı yazmıram . ( aaa bu arada elə bilərsiz birdən budistəm )) sadəcə maraqlıdır deyə oxumusam )Taylandın Azadlıq Rəmzi xoruzdur. Ölkənin çox yerlərində Xoruz heykəlləri görə bilərsiz. Çəkisi 50 kq çox və boyu 1,6m uzun insanlar sadəcə əsgərlik edə bilirlər. Əsgərlər 7000 bat - 10000bat maaş alırlar ( 230$-300$ ) Lakin əsgərlik üçün lazım olan göstəricilər çox az taylıda olduğu üçün könüllü olduqları halda əsgər gedə bilməyən çoxdur. Ölkədəki işsizlik və orta əmək haqqını nəzərə alsaq niyə əsgər getmək istədiklerini başa düşmək olar.Mətbəxlərini çox bəyəndim "Tom Yam " şorbası "Tom Kha Gai" şorbası "Som Tam" salatı ən məşhur yeməklərinden sayılır. Damaq dadları bizə görə çox çox fərqlidir toyuq və ya hər hansısa başqa ət yeməklərinin hazırlanmasında bəzən şəkərdən istifade olunur.Ama ana yeməkləri acılıdır.Ananas , alma ve başqa bir neçə meyvələr duz və acı bibər ilə yeyilir. Dünyada ən dadlı ananas Taylandda yetişir. ver yeyim, ört yatım Allahı :Dİnsanları çox sakin və gülərüzdür. Gülüş ölkəsi deyilir Taylanda. Həqiqətən hər kəs gülür. 13 cür gülmək tərzi var və hamısı bir-birindən fərqlidir (demək olarkı rəsmi qebul olunmuş bir haldır ) Əgər metroda biri ayaqınızı tapdalayıp gülürsə təəcüblənməyin bu üzr istəmək mənasına gəlir siz də qarşılığında ona "bağışladım" gülüşünü göstərə bilərsiz. Bağışlamamaq gülüşü də var. Nəysə ona artıq özünün qərar verərsiz )) Fərqli gülüş tərzlərinin olması dinləri ilə əlaqəlidir. Nə olursa olsun gülmək və sakinlikiyi qoruyub saxlaya bilmək dinin ən başlıca qanunlarındandır. Hətta tayca nəcəsən sözünün birbaşa tərcüməsi: "sabay di may" sən sakinsən?Taylılar hesab edir ki, insan başının tam ortasında "Kvan" adında ruh yaşayır.Kvan insanı uğursuzluqdan və xəstəlikdən qoruyan ən önəmli ruh hesab olunur. Ona toxunaraq onu incidə və yaxud ona zərər verə bilərsiz . Buna görə də taylıların başına əl vurmaq olmaz , özəlliklə də 9 yaşına çatmamış uşaqların.Tayland Krallığının əhalisi 69 milyondur, monarxiya quruluşu var . Paytaxt Banqkok şəhəridir “Mələklər şəhəri” kimi tərcümə olunur. Çox böyük ticarət mərkəzləri var. Banqkokda gediləsi və baxılası yerlər çoxdur. 5.5 ton ağırlığında saf qızıldan hazırlanmış "Qızıl Buda heykəli" 46 metr uzunluğunda olan "Yatan Buda heykəli", “Üzən Bazar", "Zumrud Buda", "Dream world" və s. Bankokda ziyadə Phuket və Pattayadag oldum . Əsas istirahət kurortları sayılır Taylandın. İlin 12 iyi istidir. Çimərlikləri və adaları çox gözəldir. Pattaya Phuketə nisbətən daha səsküylüdür. "Walking Street " gözəl barlar var və maraqlı gecə programları.Phuketdə isə ən çox yadımda qalan Patong çimərliyi oldu. Üzr istəyərək bir məsələyə daha toxunmaq istiyirəm . " Homoseksual " Taylandda həddindən çox olduğunu bilirik . Buna səbəb isə Budistlerin cinsi dəyişikliyi günah hesab etməməsidir. Hətta bəziləri "lady boy" olaraq üçüncü bir cins olduğunu iddia edir.Yenə Budizm'ə qayıdacam həftənin günlərinin öz rəngi və öz mənası var. Bəlkə eşitmisiz Buddizm falı, əgər istəsəz falınıza baxaram ) Hindistan yazımda Buddizm dinində olanların dünyaya yenidən gələcəklərinə inandığını demişdim. Məsələn əgər oğurluq etmisizsə dünyaya meymun olaraq, əyyaş olmusuzsa it olaraq, əgər böyük bir günah işləmisizsə daş olaraq dünyaya yenidən gəlirsiz.En böyük günah isə dini ve Tayland Kralını təhqir etmək sayılır. Daş olaraq dünyaya gəlmək isə, başqa heç bir həyatının olmayacağı anlamına gəlir.Paylaşdı: Cavid Bayramov

1091 dəfə oxunub

Hindistan haqqında 17 maraqlı fakt

7, 8, 13 çox qəribədir. ( Hindistan )Extra : dul qadınlar yataqda yata bilməz ancaq yerdə yata bilərlər.1) Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır.2) Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.3) Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.4) Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.5) Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.6) Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.7) Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.8) Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.9) Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.10) Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.11) Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.12) Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.13) Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.14) Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.15) Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.16) Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.17) Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

2872 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!