1817 dəfə oxunub

Taylandda həyat

Tayland ????????

Hər hansısa bir Avropa ölkəsinin müstəmləkəsi altına düşmədiyi üçün Tayland Cənub-Şərqi Asiyanın ən mustəqil ölkəsi sayılır. Taylılar özlərini "Kxontay " yəni - Azad İnsan adlandırlar. Yaza yaza fikirleşirəm ki necə edim yazım qısa olsun bu dəfə, görünür alınmayacaq. Taylandı tanıyandan sonra dünyanın ən çox turist qəbul edən ölkələr sırasında olduğunun təsadüf olmadığının fərqinə varırsan.( 10 cu yer səhv etmirəmsə)
Taylandda əsas din Buddizmidir 94%.Buddizm Budda sözündən götürülmüş "aydınlanmış" kimi tərcümə olunur. Buddizm dininin əsası eramızdan əvvəl 543 ildə qoyulmuştur. Dinin qurucusu Sidharta Quatamadır. Çox maraqlı tarixçəsi var.
Taylandda hal hazırda 2560-cı ildir (il teqvimi Sidharta Quatamanın doğulduğu ildən hesablanır) Həftəd 8 gün var. 3-cü gün iki hissəyə ayrılır, günortadan əvvəl və sonra. Buddizm dini ümumiyyətlə ayrı bir mövzudur və inanmıram ki hamınıza maraqlı olsun , ona görə ətraflı yazmıram . ( aaa bu arada elə bilərsiz birdən budistəm )) sadəcə maraqlıdır deyə oxumusam )
Taylandın Azadlıq Rəmzi xoruzdur. Ölkənin çox yerlərində Xoruz heykəlləri görə bilərsiz. Çəkisi 50 kq çox və boyu 1,6m uzun insanlar sadəcə əsgərlik edə bilirlər. Əsgərlər 7000 bat - 10000bat maaş alırlar ( 230$-300$ ) Lakin əsgərlik üçün lazım olan göstəricilər çox az taylıda olduğu üçün könüllü olduqları halda əsgər gedə bilməyən çoxdur. Ölkədəki işsizlik və orta əmək haqqını nəzərə alsaq niyə əsgər getmək istədiklerini başa düşmək olar.
Mətbəxlərini çox bəyəndim "Tom Yam " şorbası "Tom Kha Gai" şorbası "Som Tam" salatı ən məşhur yeməklərinden sayılır. Damaq dadları bizə görə çox çox fərqlidir toyuq və ya hər hansısa başqa ət yeməklərinin hazırlanmasında bəzən şəkərdən istifade olunur.Ama ana yeməkləri acılıdır.Ananas , alma ve başqa bir neçə meyvələr duz və acı bibər ilə yeyilir. Dünyada ən dadlı ananas Taylandda yetişir.

28379088_1581042345342600_355373282043477010_n ver yeyim, ört yatım Allahı :D

İnsanları çox sakin və gülərüzdür. Gülüş ölkəsi deyilir Taylanda. Həqiqətən hər kəs gülür. 13 cür gülmək tərzi var və hamısı bir-birindən fərqlidir (demək olarkı rəsmi qebul olunmuş bir haldır ) Əgər metroda biri ayaqınızı tapdalayıp gülürsə təəcüblənməyin bu üzr istəmək mənasına gəlir siz də qarşılığında ona "bağışladım" gülüşünü göstərə bilərsiz. Bağışlamamaq gülüşü də var. Nəysə ona artıq özünün qərar verərsiz )) Fərqli gülüş tərzlərinin olması dinləri ilə əlaqəlidir. Nə olursa olsun gülmək və sakinlikiyi qoruyub saxlaya bilmək dinin ən başlıca qanunlarındandır. Hətta tayca nəcəsən sözünün birbaşa tərcüməsi: "sabay di may" sən sakinsən?
Taylılar hesab edir ki, insan başının tam ortasında "Kvan" adında ruh yaşayır.Kvan insanı uğursuzluqdan və xəstəlikdən qoruyan ən önəmli ruh hesab olunur. Ona toxunaraq onu incidə və yaxud ona zərər verə bilərsiz . Buna görə də taylıların başına əl vurmaq olmaz , özəlliklə də 9 yaşına çatmamış uşaqların.
Tayland Krallığının əhalisi 69 milyondur, monarxiya quruluşu var . Paytaxt Banqkok şəhəridir “Mələklər şəhəri” kimi tərcümə olunur. Çox böyük ticarət mərkəzləri var. Banqkokda gediləsi və baxılası yerlər çoxdur. 5.5 ton ağırlığında saf qızıldan hazırlanmış "Qızıl Buda heykəli" 46 metr uzunluğunda olan "Yatan Buda heykəli", “Üzən Bazar", "Zumrud Buda", "Dream world" və s. Bankokda ziyadə Phuket və Pattayadag oldum . Əsas istirahət kurortları sayılır Taylandın. İlin 12 iyi istidir. Çimərlikləri və adaları çox gözəldir. Pattaya Phuketə nisbətən daha səsküylüdür. "Walking Street " gözəl barlar var və maraqlı gecə programları.Phuketdə isə ən çox yadımda qalan Patong çimərliyi oldu. Üzr istəyərək bir məsələyə daha toxunmaq istiyirəm . " Homoseksual " Taylandda həddindən çox olduğunu bilirik . Buna səbəb isə Budistlerin cinsi dəyişikliyi günah hesab etməməsidir. Hətta bəziləri "lady boy" olaraq üçüncü bir cins olduğunu iddia edir.Yenə Budizm'ə qayıdacam həftənin günlərinin öz rəngi və öz mənası var. Bəlkə eşitmisiz Buddizm falı, əgər istəsəz falınıza baxaram ) Hindistan yazımda Buddizm dinində olanların dünyaya yenidən gələcəklərinə inandığını demişdim. Məsələn əgər oğurluq etmisizsə dünyaya meymun olaraq, əyyaş olmusuzsa it olaraq, əgər böyük bir günah işləmisizsə daş olaraq dünyaya yenidən gəlirsiz.En böyük günah isə dini ve Tayland Kralını təhqir etmək sayılır. Daş olaraq dünyaya gəlmək isə, başqa heç bir həyatının olmayacağı anlamına gəlir.

Paylaşdı: Cavid Bayramov

DİGƏR BLOQLAR

Arazın o tayı- İran macəraları

İran haqqda eşitmisiz? Bağlı, çadralı, qara şəhər? Bu ölkə haqqda bildiklərinizi bir kənara buraxın və yaxın oturun! Bu yazım kefinizi açacaq ????İran yoxsa Azərbaycan? Səyahətimin ilk günü!Çox yorğun bayramdan qabaq iş həftəsindən sonra bu tətilə çıxıb çıxmayacağımda hələ də qərarsız qalmışdım. Naxçıvana bileti (50 AZN) almışdım, ancaq bilmirdim getməliyəm ya yox? Uçuşa bir neçə saat qalmış çantamı hazırladım. Çox həyəcanla oturub, uçuşu gözlədim. Naxçıvana gəlib çatdım. Atam buralı olsa da, heç vaxt getməmişdim. Çox səliqəli şəhərdir. Ancaq adamlar az idi küçələrdə. Elə hiss yaradır ki, sanki tərk edilmiş şəhərdir. Qəribə hiss edirdim. Ancaq gözəl idi. Möminə Xatun türbəsi çox möhtəşəmdir. Üzəri elə incə işlənib ki, toxunanda elə bilirsən ki, tarixə səyahət edirsən…Burada çox qalmadım. Taksi məni İran sərhədinə apardı. (hava limanı+ kiçik şəhər gəzintisi+ sərhəd= 25AZN)  Elə həyəcanlıydım ki, heç başqa ölkəyə yaşamağa köçəndə belə hiss etmirdim. Sərhədə gələn kimi ilk sualım bu oldu:Başımı burada bağlamalıyam? ????Orada bağlamaq lazım deyilmiş. Bir körpü var. Onu keçəndə, İrana girmiş sayılırsan. Həmin körpünün üzərində bağlamağınız kifayətdir. Ondan qabaq isə sərhəddə əməlli başlı sorğu-sual olundum: Niyə gedirsən? Hara gedirsən? Nə alacaqsan? Nə qədər qalacaqsan? Haradan qayıdacaqsan və s. Amma deyə bilərəm ki, çox gülərüz idilər. Orucluq bayramının ilk günü idi. Hamı təbrikləşirdi. Çox xoş ab-hava var idi. Gəldim həmin körpüyə, tez-bazar uzun bir palto geyindim və başımı da bərk-bərk bağladım. Orda da sərhəddə xeyli sorğu sualdan sonra, keçdim İran tərəfə. Heç kimin üzünə baxmıram, başımı sallayıb, qohumlarımı gözləyirəm. 2 AZN ödəyib, getdim İranın ikinci sərhəddinə. Məncə, onu ödəməsəydim də olardı. Taksi mənim çox da bilgili olmadığımı gördü və kazıklandım abilər -_-Sərhədi keçəndə qohumlarımla orada görüşdüm, artıq Poldəştdə idim. Məni görənlərin ilk reaksiyası:Sən niyə belə bağlanmısan? İran haqqda fikir dəyişikliyi 1: başına balaca yaylıq atmaq və azca uzun geyinmək kifayətdir. Çadrasız İran!Sevimli insanlar diyarı:Babamın xalası uşaqları orada yaşayırlar. Bir dəfə anam zəng etdi ki, İrandan qonaqlarımız var, gəl görüş. Mən də offlaya offlaya getdim görüşə. Fikirləşirdim ki, bu qaraqabaq insanları görmək nəyimə gərək? Amma yanılmışam… (p.s bir dərs çıxaraq: tanımadığımız insanlar haqqda fikir yürütmürük! )Gənc cütlük idi. Bizim qohum Zarrin siyasətçidir orada. Yoldaşı Ramin isə psixoloqdur. Birlikdə səyahət edirlər, işləyirlər. Zarrin uzun zamandır idmanla məşğuldur. Sözün düzü məni yaman təəccübləndirdi bunlar. Elə İrana getmək səbəbim də bu insanlar oldu. Elə bilirdim orada hamı qatı dindardır, qaraqabaqdır və ancaq qara geyirlər. Bu insanlar fikirlərimi dəyişdirdilər.Sonra ora səyahət edəndə isə daha da  çox yanıldığımı gördüm. İnsanlar əylənməyi, dostluğu bacarır. Bir birilərinə olan sözlərini elə üzlərinə də deyirlər. Yardım sevərdirlər.Kişilər qadınlara hər işdə kömək edirlər. Məsələn, qonaq getdiyim bir evdə süfrəni açmağa kişi kömək edirdi. Bu hamı tərəfindən normal qəbul edilən bir şey idi. Ancaq, əsas pul qazanan, ailəni dolandıran kişilərdi.İşləyən qadınlar da az deyil. Baxımlıdır hamısı. Xüsusi gözəllik sirrləri var. Məsələn Nanə cöhəri özləri hazırlayırlar və bunu bikini bölgəsinin təmizliyi üçün istifadə edirlər. Gül suyu da üz dərisinin ağ qalması üçün istifadə olunur. Maya maskası, qəhvə maskası da burada məşhurdur. Təbii məhsullardan çox istifadə edirlər əsasən. Makiyaja həvəslidirlər. Burun əməliyyatını yəqin ki, 10 adamın barmağı ilə sayılacaq qədər etməyən adam qalıb. Bu kişilər arasında da dəbdir.Zərli-zürlü şeyləri sevirlər və ev əşyalarında da bunları görmək mümkündür. Ən sevdiyim isə yerdən açılan yemək süfrələri oldu. Gənclər artıq masalardan istifadə etməyə başlayıblar. Ancaq yaşlı adamların evlərinə gedəndə səmimi süfrədən həzz ala bilirsən.Mən Zarrinin qonağı oldum və onların evi tamam başqa cür idi. Yoldaşı Raminin atası İranda məşhur rəssamdır (Əhməd Rza Rahimi). Bu qabiliyyət ona atasından keçib və əla rəsm əsərləri çəkir.Bundan da əlavə bir çox simli alətdə ifa edə bilir. Axşam evdən dincəlmək üçün bundan başqa nəyə ehtiyacın var ki?Orada olduğum müddətdə Raminlə söhbət də etdik. Əla psixoloqdur və o qədər cana yaxın insandır ki, insan rahatlıqla hər şeyi onunla bölüşə bilir. Mən ondan xahiş etdim ki, bizim insanları da qəbul etsin. Urmiyənin ən yaxşı psixoloqlarından biridir və hipnoz da edir. İstəyənlər əlaqə saxlaya bilərlər: +989149370764Zarrin və Ramin o qədər yaxşı insanlardı ki, istəyirəm onlarla hamı tanış olsun. Həyatınızda hər şey gözəl olsun, my babies!İranda, evlərdə daha nə qəribəliklər var?Evdə parniklər olur. Burada müxtəlif bitkilər və hətta ağaclar yetişdirilir. Qəribədir. Ancaq o qədər gözəl görünür ki, fikirləşirsən ki, mütləq və mütləq mən də öz evimdə bundan etməliyəm.Bu şəkildə arxamızda gördüyünüz həmin danışdığım yaşıllıqdır. İnsanlar evdə quş, balıq saxlayırlar. Bu şəkildəki ağa quş saxlamaqdan əlavə həm də quşlardan kuklalar düzəldir. Bəzi nümunələri şəkildə görə bilərsiz. İnsanların fərqli hobbylərinin olduğunu düşünməzdim İranda. Bu da məni təəccübləndirmişdi yaman!İranda öz dilimdə danışmaq…Çox insanlar türkcə bilirlər. Onların türkcəsi daha qədim sözlərdən ibarətdir. Ancaq məncə, çox şirin danışırlar. Həm də çox mehribandılar. Telefonda belə bir-biriləri ilə danışanda çox nəzakətli olurlar. Bu çox xoş olurdu. İnsanın bütün mənfi enerjisi alıb aparırdı. O qədər gözəl hiss edirdim ki, orda… İnsanın ürəyi sevgi ilə dolub daşır. Məhz, bu hisslərə görə İran mənim sevimli ölkələrimdən birinə çevrildi.Bəzən bir- birimizi anlamırdıq. Belə olanda İstanbul türkcəsində danışırdıq. Türkiyə filmləri və serialları orada da çox izlənir.Bəzən türkcə danışmayanlar da olurdu. Onlar çox vaxt farslardı. Türkcə danışmaqlarını deyirdim, amma bu onlara elə də xoş təsir bağışlamırdı sanki. Danışmasalar belə bilirdilər. Ermənilər belə bilirlər türkcəni. Kürdlər çox vaxt bilmirlər və dağlıq yerlərdə daha çox məskunlaşıblar.Yenə də çox gözəl enerjisi olan insanlar diyarıdır İran ????Əsas məsələ: Yemək!Yeməkləri ləzzətlidir. Təbii olması da çox xoşdur. O qədər rahat hiss edirsən ki, özünü. Ancaq yeməklərimiz eynidir demək olar. Çox dadlı aşları var və üzəri üçün fərqli qaralar edirlər.Səhər yeməkləri demək olar ki, bizim süfrə kimi olur. Əsasən, nahar daha bol olur. Axşam yeməyini isə daha yüngül yeyirlər.Bir axşam Zarrin bizə bananlı kokteyl hazırladı, üzərinə qurudulmuş qızılgül ləçəkləri tökmüşdü. Həyatımda içdiyim ən dadlı içki idi deyə bilərəm. Çox xoş idi dadı.İranın özünə aid fast foodları var. Məsələn yer alma dürməyi. Bu nədir? Yer alma kartofa deyirlər. Kartof və başqa tərəvəzlər, göy göyərti doldurulur qarğıdalı unundan hazırlanmış çörəyə. Bu çörək çox xeyirli sayılır, adı səngəkdir. Dadı əfsanə idi. Qiyməti də 1,50 AZN ????Başqa dadlı fast food da Şor məzə idi. Bu qızardılmış lavaşın içində, ədviyyatlı noxudlardır. Ancaq o qədər dadlı idi ki, fikirləşirəm kaş Bakıda da olardı. Qiyməti isə cəmi 50 qəpik ????Bəs balıq dönəri necə? Eşitmisiz? Bu da İrana xas bir fast food-dur. Türk restoranından aldıq. Amma başqa heç bir yerdə belə bir şey görməmişdim. 2AZNİranda şirniyyatlar da dadlıdır. Buradakı dostlarıma nabat alıb gətirmişdim. O qədər dadlı idi ki, onlardan çox özüm yeyirdim ????Bir də gülablı dondurma var!- Çox ləzzətli, çox fresh dadı var… İran özü istehsal edir. Elə bəyəndim kiiiiii.İnsanlar xüsusi su düzəldir, hansi ki, köp üçün çox xeyirlidir və susuzluğu yatırır. Adlarını unutduğum toxumlardı. Biri reyhan toxumudur, ancaq o biri dəqiq yadımda deyil. İlk baxanda qəribə gəlir, ancaq dadandan sonra həmişə içmək istəyirsən. Bakıya gələndə də hazırladım. Hamı bəyənərək, içdi. Dadlı yemiş kokteylləri də satılır. Bunlar daha çox bayırda səyyar satılır. Ancaq təmizlik qorunur və dadları da çox xoş olur. İnsanlar kukuruz, qarğıdalı, popcorn çox sevir. İran belə şeyləri də özü istehsal edir.Sizin necə? İran haqqda fikirləriniz dəyişdi? İran yazılarının ardı var! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar 

1165 dəfə oxunub

Tokio və yapon həyat tərzi

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.YAXŞI MƏNADA BELƏ BİR TƏHƏR TOKİO...Tokioda gəzişib gəldim. Sizi də aparım? Onda, getdik! Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır. Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və s. saxlamağa qadağa qoyduqları üçün Tokioda xüsusi «pişik kafeləri»yaradılmışdır ki, burada kiçik məbləğ müqabilində pişiksevərlər bəyəndikləri pişikləri seçib elə kafedəcə onlarla vaxt keçirib qurdlarını öldürə bilərlər. Yeri gəlmişkən, 2012-ci ildən tətbiq olunan qanuna əsasən, axşam saat 8-dən sonra heyvanları ictimai yerlərdə nümayiş etdirmək olmaz. Zoomağaza filanlarda alver axşam və gecə saatlarında da mümkündür və qanun keşikçiləri də oradakı heyvanların saat 8-dən sonra insanların onları narahat etməmələri, heyvanların bu saatdan sonra dincəlmələri üçün buna imza atıblar. Tokionun Xaradzüku rayonunda ən vacib hadisələr cərəyan edir. Vaxtınızı səmərəli keçirə biləcəyiniz məkandır. Rayondakı fashion-gəzintiləri nəyə desən dəyər. Qotlar, lolitlər, panklar və daha kimlər və nələr… Milan və Parisin ən avanqard dəb nümayişlərindən geridə qalmayan bir yerdir. Dünyada ən bahalı restoranlar siyahısında öndə (bəzən deyirlər ki, ən öndə) gedən "ARAQAVA" restoranı da Tokiodadır. Məşhur Kobi ətini məhz burada hazırlayırlar. Bir porsiyanın da qiyməti minimum 350-cə ABŞ dolları. Tokio metropoliteni sərnişin axınına görə dünyada ən xod gedənlərindəndir: ondan il ərzində 3,2 milyard adam istifadə edir. Maraqlı fakt da odur ki, burada xüsusi pozisiya da mövcuddur, adı da osiya. Onların işi-gücü dolu vaqonlara sərnişinləri dürtüşdürməkdə yardım etməkdir Ueno zooparkı Yaponiyada ən qədimlərdəndir. Burada 2600-dək heyvan saxlanılır. İldə 1 dəfə zoopark 2 aylıq bağlanır ki, heyvanlar insanlardan dincəlsin. Demək olar ki, bütün günümüzü zooparka həsr etsək də, onu axıracan gəzib-dolaşmağa imkanımız olmadı. Hər il Tokioda müxtəlif güclü 150-dək zəlzələ baş verir. Ən söküb-dağıdanı 1923-cü ildə olub: Rixter şkalası ilə 8,3 bal gücündə. 142 min adam onun qurbanı olub.  Tokioda o qədər çox adam yaşayır ki, havanın hərarəti həmişə orta temperaturdan 10 dərəcə çox olur. Bəzi rayonlarında əhali sıxlığı 1 kv km-ə 60000 nəfər də düşür. Şəhərin yaşayış məntəqələrinin kompakt yığımı olan yerlərində, o cümlədən də şəhərətrafı zonalarda, 35,2 milyon əhali yaşayır ki, bu da Rusiyanın bütün Asiya hissəsində yaşayanlardan çoxdur.  İqtisadi baxımdan Tokio Yaponiyanın digər şəhərlərini əmməlicə geridə qoyur. Təsəvvür edin ki, əgər Tokio ayrıca dövlət olsaydı, öz ümumi daxili məhsulunun (ÜDM) həcminə görə dünya üzrə 15-ci yerdə olardı. Yəni Türkiyə və ya Avstraliya ÜDM-dən də yüksək. Ərazisi ölkə ərazisinin 0,6%-i olsa da, ölkə üzrə ÜDM-i 33%-dir! Özlüyündə də Tokio dünyada ən bahalı şəhərlərdən sayılır. Bizim səfərin sonuncu gününü Ukraynadan olan qrupmuzun imkanlı üzvləri (onu da deyim ki, qrupumuzun ən dilənçi üzvləri mən və dostum idik) alış-verişə həsr etməyi qərara aldılar. Biz də nə üçünsə sevincək qoşulduq onlara. Alış-veriş mərkəzinə ümid dolu addımlarla girdik. 1 saatdan sonra oranı ancaq 1 ədəd kiçik əl kremi (!) ilə tərk etdik. Onu da test üçün havayı vermişdilər…Yenə bu qəmli notda sağollaşaq. Sağ olun.www.TravelStory.az

2674 dəfə oxunub

Hindistan haqqında 17 maraqlı fakt

7, 8, 13 çox qəribədir. ( Hindistan )Extra : dul qadınlar yataqda yata bilməz ancaq yerdə yata bilərlər.1) Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır.2) Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.3) Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.4) Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.5) Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.6) Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.7) Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.8) Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.9) Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.10) Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.11) Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.12) Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.13) Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.14) Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.15) Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.16) Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.17) Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

3874 dəfə oxunub

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part I)

İlk təəccübümü təyyarədən enəndə yaşamışdım... Əlləri ilə işarə edib bizi növbəsiz dəvət etdilər... Yaxınlaşdıq "check in" etməyə. Alışdığımızdan fərqli bir qarşılama vardı... Bir neçə nəfər əllərində şəxsi telefonları ilə bizim məlumatları daxil edirdilər... Bir nəfərə ortalama 15 dəqiqə vaxt sərf ediləndə, təyyarə dolusu insanın məlumatları üçün nə qədər vaxt gedəcəyini hesablayın demirəm, başınızı ağrıtmayın...Nəysə Monroviada aeroport macərəlarımız barədə rahat bir yazı çıxar, ona görə burda bu qismi saxlamaq istəyirəm.( Nəzərə alın ki, bir neçə saat orda olmuşuq) Xülasə, günortadan sonra endiyimiz ölkəyə hava qaralanda giriş edə bilmişdik.Bizi qarşılaşmağa gələnlərdən birinin maşını ilə yola çıxdıq. ( Digər maşınlara baqajlarımız yerləşdirildi)Qaranlıqdan ətrafı müşahidə etmək olmurdu... Sürücümüz olan müəllim; "bəlkə də qaranlıq olması yaxşı oldu, ən azından yavaş- yavaş alışarsınız. İndi görməyin" dedi.Saatlardır yol gəlirdik. O qədər yorğun idim, çatanda heç nəyi düşünmədim, ətrafıma baxmadım, ancaq ilk yadımda qalan ölkədə sanki isti, nəm, bürkü bir hava olduğu idi...Bu hissi tanıyırdım. İstanbulda Floriya akvarium var. Onun içində ayrıca "yağmur ormanları" deyilən bir hissə... Akvariuma 3-4 dəfə getmişəm, çox gəzə bilmirdim o qismi...1-2 saatlıq gəzintinin ən çoxu 20 dəqiqəsini dözə bilmədiyim, tez bitirmək istədiyim havanın altında indi yaşamalı idim... Üstəgəl çox istəyərək gəlmişdim. Roman mlm, dəfələrlə istəsən gəlmə deməsinə rəğmən, hər şeyi, hər kəsi geridə buraxıb gəlmişdim...İsti desən, isti deyil, sərin desən sərin...Akvariumu ziyarət edənlər, yaxud bənzər auranı yaşayanlar nə demək istədiyimi anladı...Əslində bu yazını yazmağa tamam başqa məqsədlə başlamışdım, yarımçıq saxladım. Üzərindən 3 gün keçib, nə demək istədiyimi unutmuşam.Ona görə yenidən şəkillənəcək bundan sonrakı qisim.Məni ilk narahat edən hava və quyu suyunun dadı olmuşdu.Və bir də qorxu yaranmışdı... Biz nə ettik...Burda başımıza bir şey gəlsə necə olacaq...Buraları da qısa keçirəm...Amma inanın havaya, suyun dadına alışmaq da qorxunun itməsi də cəmi bir neçə günümü aldı.Ki o günlərdə bizim Afrikada olduğumuzu ən yaxınlarımızdan başqa kimsə bilmirdi.Mən paylaşımlara 2həftə sonra başladım.İndi Bakıdan "istidən yanırıq" mesajları gələndə, "biz nə yaxşı sərindəyik" düşünürəm.Hazır sular almıram, quyu suyunun dadına alışmışam. Hətta bəyənirəm. Çaydanı ərp etmədiyi üçün, rəğbətimi belə qazanıb...Və 2 ayın sonunda mənə elə gəlir ki, elə həmişə burda yaşamışam...İnsanoğlu nə qədər tez alışırmış...Yaxud belə deyim, alışmaq nə gözəl nemət imiş...Unutmaq da həmçinin...Yoxsa necə yaşanılar...Necə davam edilər bilmirəm...Çox çətin olardı...Sizlərə maraqlı nələr varsa, yazın digər sualların sırasına əlavə edib cavablayaram.2 ay keçib.İndi üçün nə yaxşı ki, deyirəm...Ümumi tabloya baxanda...Nə yaxşı ki...Bakıda həyatımı təqib edə bilmirdim...Sanki kənardan baxırdım, yaşadıqlarımı sonradan analiz edirdim... Heç nəyə ( geniş mənada) vaxt çatdırmırdım. Yaxud öncəliklərim məni ilk tərk edən ( edəcək) şeylər idi...Afrikada isə heç nə məndən qabağa qaçmır.Amma həyat da cansıxıcı deyil.. Nə bilim bəlkə Tolstoyun təbiri ilə mən bir səfərə çıxdığım, indi olduğum şəhərə də yeni biri gəldiyi üçün möhtəşəm hekayələrin yaşanması, yazılması üçün vaxt, vədə yetişib...Gələcək nə gətirəcək bilmirəm...Ancaq bizim Liberyanı, Liberyanın da bizi sevməsini ümid edirəm...Görüşərik nəsib olsa...

1299 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!