2971 dəfə oxunub

Hindistan haqqında 17 maraqlı fakt

7, 8, 13 çox qəribədir. ( Hindistan )

60326625_2272388412848118_8366623651549675520_n
Extra : dul qadınlar yataqda yata bilməz ancaq yerdə yata bilərlər.
1) Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır.
2) Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.
3) Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.
4) Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.
5) Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.
6) Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.
7) Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.
8) Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.
9) Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.
10) Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.
11) Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.
12) Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.
13) Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.
14) Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.
15) Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.
16) Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.
17) Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.

59868016_2272388506181442_1215111458526855168_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nicat Agayev

DİGƏR BLOQLAR

Vikinqlər diyarı - Skandinaviya ölkələri

Stokholmdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar! Dünyadan bixəbər, özü-özlüyündə ayrıca bir dünya olan Skandinaviya məmləkətinə səyahətimdən heç bir həftə belə keçməyib. Belə ki, Skandinaviya nağılları adlandıra biləcəyimiz Finlandiya, Norveç, İsveç və Danimarka səyahətimdən məni bəzən heyran edən, bəzən də təəccübləndirən təəssüratlarımı paylaşmaq qərarına gəldim:1. Çox kiçik fərq olmasına baxmayaraq, bütün ölkələrdə qiymətlər, necə deyərlər, od tutub yanır. Təsəvvür edin, Stockholmda metronun təkcə bir gedişi 44 krona (8.50 azn) bərabərdir. Amma onu da nəzərə alın ki, bu biletlə yalnız metroya deyil, həm də nəhəng bir "incəsənət muzeyi"nə daxil olursunuz.2. Kənardan baxanda belə bir paradoks sezmək olur ki, qiymətlərin bu dərəcədə yüksək olmasına baxmayaraq, dünyanın ən xoşbəxt insanları məhz bu ölkələrdədir. Bunun səbəbi həyat üçün vacib olan amillərin tamamilə pulsuz olması (təhsil, səhiyyə), vətəndaşlara dəyər verilməsi, gender bərabərliyinin yüksək səviyyədə olması, demokratik və azad cəmiyyətin olmasıdır.3. Əslində, sözügedən ölkələr elə də turistik sayıla bilməz, amma buradakı atmosferi və insanların həyat tərzini görməyə dəyər.4. Skandinav xalqı sadəliyi sevir. Dəbdəbəli evlərə, saraylara və ya kilsələrə nadir hallarda rast gələ bilərsiniz. Mənə görə, ən sadə şəhər Helsinki, nisbətən dəbdəbəli isə Stokholm idi.5. Skandinav ölkələrinin hamısında uşağından yaşlısına hər kəs ingilis dilini mükəmməl səviyyədə bilir. Hətta İsveçdə olarkən Skansendə 70 yaşlarında bir nənə elə ingiliscə danışdı ki, bizim orta məktəb müəllimimiz heç elə danışa bilmirdi.6. İsveçin Malmö şəhərində olarkən özümü bir anlıq Orta Şərq ölkələrindən birindəymiş kimi hiss etdim. Çoxlu sayda imiqrant var, hətta şəhər əhalisinin yarısından çoxu imiqrantlardır. Digər ölkələrdə sayları az da olsa, oralarda da məskunlaşıblar.7. Çox qəribə səslənsə də, asiyalı turistlər sözün əsl mənasında Skandinaviyanı işğal ediblər. Onlar əsasən Çin, Koreya və Yaponiyadan gələnlərdir.8. Bizim ölkədən fərqli olaraq, övladları ilə gəzməyə çıxan ataları tez-tez görəcəksiniz. Çünki bu ölkələrdə ailədə yeni bir övladın dünyaya gəlməsi ilə bağlı olaraq təkcə analar deyil, atalar da məzuniyyətə çıxır. Bu da gender bərabərliyinə necə önəm verilməsinin bariz nümunəsidir.9. Skandinaviya dedikdə hər kəsin ağlına soyuq və şaxta gəlir. Amma bəlkə də indiyə kimi görülmüş ən isti günlərini yaşayır bu ölkələr. Hərarət 28, bəzən isə 30 dərəcəyə çıxırdı. Hətta Osloda yerli biri ilə söhbət edərkən vurğuladı ki, əvvəllər May ayının sonları payız havası kimi keçirdi amma indi hamı Oslofiord'a "kəllə vuraraq" günəşin dadını çıxarır. Sözün düzü, soyuq Skandinaviyada "zaqar" ədəcəyim heç ağlıma belə gəlməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Isgandarov

3169 dəfə oxunub

Moskvanın maraqlı hekayələri olan binaları

Sizə Moskvanın bəzi yerlərindən danışım.Aşağıdakı şəkildə gördüyünüz McDonald’s-ın binasıdır. Rusiyada açılan ilk Amerikan restoran brendidir, 1991-ci ildə SSRİ-nin dağılması zamanı bu çox böyük bir hadisə hesab olunurdu, 2 və 3-cü şəkillərdə açılış mərasiminə gələnləri, bir burger, kola almaq üçün sırada gözləyənləri görə bilərsiz. Ora getmək o qədər önəmli bir hadisə sayılırdı ki, qadınlar hündür daban ayaqqabılarda, qızıl-gümüşlərini taxaraq, ən dəbli paltarlarını geyinədək bura gəlib növbədə gözləyirdilər.Növbəti şəkildə gördüyünüz binanın üzərində əvvəl Stalinin ən bəyəndiyi balerin Olqa Lepeşinskayanın heykəli var idi, lakin “mentalitet söhbətlərinə görə” heykəli götürüblər. Və bina “under the skirt” adı ilə məşhurdur (üzrlü sayın, öz dilimizdə necə tərcümə edəcəyimi bilmədim, təklifi olan desin). Bina yaşayış binası kimi fəaliyyət göstərir. Hətta deyilənlərə görə Stalinlə balerin arasında eşq söhbətləri də olub))Bu şəkildə gördüyünüz Tverskaya küçəsini genişləndirmək üçün bir gecədə əhali yatdığı halda 50 metr arxaya çəkilən binadır. Sirli bina da deyilir, çünki yoldan keçərkən görmək mümkün deyil, giriş bağlı olduğuna görə yalnız belə çəkə bildim şəklini, yalnız binada yaşayanlar daxil ola bilər. Sonrakı şəkildə gördüyünüz məhşur “ÇUM” (“ЦУМ’’). Şotlandlar tərəfindən tikilib və Rusiyada ilk dəfə “fix price”, yəni, etiketli, endirim olmayan qiymətlər burada tətbiq olunub, o vaxta kimi insanlar mağazalarda “danışaraq razılaşıb qiyməti aşağı salırdılar”. Videoda (videoya buradan keçid edə bilərsiniz) gördüyünüz mağaza yemək mağazasıdır, uzaqdan çox adi görünür. Mağaza ilk dəfə Rus imperiyası dövründə Qriqori Yeliseyev tərəfindən açılıb və ilk dəfə banan, ananas kimi meyvələr onun tərəfindən Rusiyaya gətirilib. Əvvəllər həmin ərazidə kilsə var idi və əhali qatı dindar idi. Yeliseyev mağazada spirtli içkilər satmağa cəhd göstərsə də, kilsəyə yaxın olduğundan bu cəhdinin qarşısı alındı. Lakin o, bu istəyindən vaz keçmədi, mağazanı genişləndirərək, əlavə, kilsədən uzaq qapı açıb, spirtli içki satışına da start verdi. Yeri gəlmişkən, kilsə artıq orda yoxdur, 1935-36-cı illərdə bolşeviklər tərəfindən dağıdılmışdır. Yanından fikir vermədən, sadəcə ötərək keçdiyimiz binaların əslində çox maraqlı tarixləri var, elə Azərbaycanımızın özündə də Diqqətinizə görə təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ragsana Rzayeva

1398 dəfə oxunub

Arazın o tayı- İran macəraları

İran haqqda eşitmisiz? Bağlı, çadralı, qara şəhər? Bu ölkə haqqda bildiklərinizi bir kənara buraxın və yaxın oturun! Bu yazım kefinizi açacaq ????İran yoxsa Azərbaycan? Səyahətimin ilk günü!Çox yorğun bayramdan qabaq iş həftəsindən sonra bu tətilə çıxıb çıxmayacağımda hələ də qərarsız qalmışdım. Naxçıvana bileti (50 AZN) almışdım, ancaq bilmirdim getməliyəm ya yox? Uçuşa bir neçə saat qalmış çantamı hazırladım. Çox həyəcanla oturub, uçuşu gözlədim. Naxçıvana gəlib çatdım. Atam buralı olsa da, heç vaxt getməmişdim. Çox səliqəli şəhərdir. Ancaq adamlar az idi küçələrdə. Elə hiss yaradır ki, sanki tərk edilmiş şəhərdir. Qəribə hiss edirdim. Ancaq gözəl idi. Möminə Xatun türbəsi çox möhtəşəmdir. Üzəri elə incə işlənib ki, toxunanda elə bilirsən ki, tarixə səyahət edirsən…Burada çox qalmadım. Taksi məni İran sərhədinə apardı. (hava limanı+ kiçik şəhər gəzintisi+ sərhəd= 25AZN)  Elə həyəcanlıydım ki, heç başqa ölkəyə yaşamağa köçəndə belə hiss etmirdim. Sərhədə gələn kimi ilk sualım bu oldu:Başımı burada bağlamalıyam? ????Orada bağlamaq lazım deyilmiş. Bir körpü var. Onu keçəndə, İrana girmiş sayılırsan. Həmin körpünün üzərində bağlamağınız kifayətdir. Ondan qabaq isə sərhəddə əməlli başlı sorğu-sual olundum: Niyə gedirsən? Hara gedirsən? Nə alacaqsan? Nə qədər qalacaqsan? Haradan qayıdacaqsan və s. Amma deyə bilərəm ki, çox gülərüz idilər. Orucluq bayramının ilk günü idi. Hamı təbrikləşirdi. Çox xoş ab-hava var idi. Gəldim həmin körpüyə, tez-bazar uzun bir palto geyindim və başımı da bərk-bərk bağladım. Orda da sərhəddə xeyli sorğu sualdan sonra, keçdim İran tərəfə. Heç kimin üzünə baxmıram, başımı sallayıb, qohumlarımı gözləyirəm. 2 AZN ödəyib, getdim İranın ikinci sərhəddinə. Məncə, onu ödəməsəydim də olardı. Taksi mənim çox da bilgili olmadığımı gördü və kazıklandım abilər -_-Sərhədi keçəndə qohumlarımla orada görüşdüm, artıq Poldəştdə idim. Məni görənlərin ilk reaksiyası:Sən niyə belə bağlanmısan? İran haqqda fikir dəyişikliyi 1: başına balaca yaylıq atmaq və azca uzun geyinmək kifayətdir. Çadrasız İran!Sevimli insanlar diyarı:Babamın xalası uşaqları orada yaşayırlar. Bir dəfə anam zəng etdi ki, İrandan qonaqlarımız var, gəl görüş. Mən də offlaya offlaya getdim görüşə. Fikirləşirdim ki, bu qaraqabaq insanları görmək nəyimə gərək? Amma yanılmışam… (p.s bir dərs çıxaraq: tanımadığımız insanlar haqqda fikir yürütmürük! )Gənc cütlük idi. Bizim qohum Zarrin siyasətçidir orada. Yoldaşı Ramin isə psixoloqdur. Birlikdə səyahət edirlər, işləyirlər. Zarrin uzun zamandır idmanla məşğuldur. Sözün düzü məni yaman təəccübləndirdi bunlar. Elə İrana getmək səbəbim də bu insanlar oldu. Elə bilirdim orada hamı qatı dindardır, qaraqabaqdır və ancaq qara geyirlər. Bu insanlar fikirlərimi dəyişdirdilər.Sonra ora səyahət edəndə isə daha da  çox yanıldığımı gördüm. İnsanlar əylənməyi, dostluğu bacarır. Bir birilərinə olan sözlərini elə üzlərinə də deyirlər. Yardım sevərdirlər.Kişilər qadınlara hər işdə kömək edirlər. Məsələn, qonaq getdiyim bir evdə süfrəni açmağa kişi kömək edirdi. Bu hamı tərəfindən normal qəbul edilən bir şey idi. Ancaq, əsas pul qazanan, ailəni dolandıran kişilərdi.İşləyən qadınlar da az deyil. Baxımlıdır hamısı. Xüsusi gözəllik sirrləri var. Məsələn Nanə cöhəri özləri hazırlayırlar və bunu bikini bölgəsinin təmizliyi üçün istifadə edirlər. Gül suyu da üz dərisinin ağ qalması üçün istifadə olunur. Maya maskası, qəhvə maskası da burada məşhurdur. Təbii məhsullardan çox istifadə edirlər əsasən. Makiyaja həvəslidirlər. Burun əməliyyatını yəqin ki, 10 adamın barmağı ilə sayılacaq qədər etməyən adam qalıb. Bu kişilər arasında da dəbdir.Zərli-zürlü şeyləri sevirlər və ev əşyalarında da bunları görmək mümkündür. Ən sevdiyim isə yerdən açılan yemək süfrələri oldu. Gənclər artıq masalardan istifadə etməyə başlayıblar. Ancaq yaşlı adamların evlərinə gedəndə səmimi süfrədən həzz ala bilirsən.Mən Zarrinin qonağı oldum və onların evi tamam başqa cür idi. Yoldaşı Raminin atası İranda məşhur rəssamdır (Əhməd Rza Rahimi). Bu qabiliyyət ona atasından keçib və əla rəsm əsərləri çəkir.Bundan da əlavə bir çox simli alətdə ifa edə bilir. Axşam evdən dincəlmək üçün bundan başqa nəyə ehtiyacın var ki?Orada olduğum müddətdə Raminlə söhbət də etdik. Əla psixoloqdur və o qədər cana yaxın insandır ki, insan rahatlıqla hər şeyi onunla bölüşə bilir. Mən ondan xahiş etdim ki, bizim insanları da qəbul etsin. Urmiyənin ən yaxşı psixoloqlarından biridir və hipnoz da edir. İstəyənlər əlaqə saxlaya bilərlər: +989149370764Zarrin və Ramin o qədər yaxşı insanlardı ki, istəyirəm onlarla hamı tanış olsun. Həyatınızda hər şey gözəl olsun, my babies!İranda, evlərdə daha nə qəribəliklər var?Evdə parniklər olur. Burada müxtəlif bitkilər və hətta ağaclar yetişdirilir. Qəribədir. Ancaq o qədər gözəl görünür ki, fikirləşirsən ki, mütləq və mütləq mən də öz evimdə bundan etməliyəm.Bu şəkildə arxamızda gördüyünüz həmin danışdığım yaşıllıqdır. İnsanlar evdə quş, balıq saxlayırlar. Bu şəkildəki ağa quş saxlamaqdan əlavə həm də quşlardan kuklalar düzəldir. Bəzi nümunələri şəkildə görə bilərsiz. İnsanların fərqli hobbylərinin olduğunu düşünməzdim İranda. Bu da məni təəccübləndirmişdi yaman!İranda öz dilimdə danışmaq…Çox insanlar türkcə bilirlər. Onların türkcəsi daha qədim sözlərdən ibarətdir. Ancaq məncə, çox şirin danışırlar. Həm də çox mehribandılar. Telefonda belə bir-biriləri ilə danışanda çox nəzakətli olurlar. Bu çox xoş olurdu. İnsanın bütün mənfi enerjisi alıb aparırdı. O qədər gözəl hiss edirdim ki, orda… İnsanın ürəyi sevgi ilə dolub daşır. Məhz, bu hisslərə görə İran mənim sevimli ölkələrimdən birinə çevrildi.Bəzən bir- birimizi anlamırdıq. Belə olanda İstanbul türkcəsində danışırdıq. Türkiyə filmləri və serialları orada da çox izlənir.Bəzən türkcə danışmayanlar da olurdu. Onlar çox vaxt farslardı. Türkcə danışmaqlarını deyirdim, amma bu onlara elə də xoş təsir bağışlamırdı sanki. Danışmasalar belə bilirdilər. Ermənilər belə bilirlər türkcəni. Kürdlər çox vaxt bilmirlər və dağlıq yerlərdə daha çox məskunlaşıblar.Yenə də çox gözəl enerjisi olan insanlar diyarıdır İran ????Əsas məsələ: Yemək!Yeməkləri ləzzətlidir. Təbii olması da çox xoşdur. O qədər rahat hiss edirsən ki, özünü. Ancaq yeməklərimiz eynidir demək olar. Çox dadlı aşları var və üzəri üçün fərqli qaralar edirlər.Səhər yeməkləri demək olar ki, bizim süfrə kimi olur. Əsasən, nahar daha bol olur. Axşam yeməyini isə daha yüngül yeyirlər.Bir axşam Zarrin bizə bananlı kokteyl hazırladı, üzərinə qurudulmuş qızılgül ləçəkləri tökmüşdü. Həyatımda içdiyim ən dadlı içki idi deyə bilərəm. Çox xoş idi dadı.İranın özünə aid fast foodları var. Məsələn yer alma dürməyi. Bu nədir? Yer alma kartofa deyirlər. Kartof və başqa tərəvəzlər, göy göyərti doldurulur qarğıdalı unundan hazırlanmış çörəyə. Bu çörək çox xeyirli sayılır, adı səngəkdir. Dadı əfsanə idi. Qiyməti də 1,50 AZN ????Başqa dadlı fast food da Şor məzə idi. Bu qızardılmış lavaşın içində, ədviyyatlı noxudlardır. Ancaq o qədər dadlı idi ki, fikirləşirəm kaş Bakıda da olardı. Qiyməti isə cəmi 50 qəpik ????Bəs balıq dönəri necə? Eşitmisiz? Bu da İrana xas bir fast food-dur. Türk restoranından aldıq. Amma başqa heç bir yerdə belə bir şey görməmişdim. 2AZNİranda şirniyyatlar da dadlıdır. Buradakı dostlarıma nabat alıb gətirmişdim. O qədər dadlı idi ki, onlardan çox özüm yeyirdim ????Bir də gülablı dondurma var!- Çox ləzzətli, çox fresh dadı var… İran özü istehsal edir. Elə bəyəndim kiiiiii.İnsanlar xüsusi su düzəldir, hansi ki, köp üçün çox xeyirlidir və susuzluğu yatırır. Adlarını unutduğum toxumlardı. Biri reyhan toxumudur, ancaq o biri dəqiq yadımda deyil. İlk baxanda qəribə gəlir, ancaq dadandan sonra həmişə içmək istəyirsən. Bakıya gələndə də hazırladım. Hamı bəyənərək, içdi. Dadlı yemiş kokteylləri də satılır. Bunlar daha çox bayırda səyyar satılır. Ancaq təmizlik qorunur və dadları da çox xoş olur. İnsanlar kukuruz, qarğıdalı, popcorn çox sevir. İran belə şeyləri də özü istehsal edir.Sizin necə? İran haqqda fikirləriniz dəyişdi? İran yazılarının ardı var! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar 

798 dəfə oxunub

Tokio və yapon həyat tərzi

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.YAXŞI MƏNADA BELƏ BİR TƏHƏR TOKİO...Tokioda gəzişib gəldim. Sizi də aparım? Onda, getdik! Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır. Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və s. saxlamağa qadağa qoyduqları üçün Tokioda xüsusi «pişik kafeləri»yaradılmışdır ki, burada kiçik məbləğ müqabilində pişiksevərlər bəyəndikləri pişikləri seçib elə kafedəcə onlarla vaxt keçirib qurdlarını öldürə bilərlər. Yeri gəlmişkən, 2012-ci ildən tətbiq olunan qanuna əsasən, axşam saat 8-dən sonra heyvanları ictimai yerlərdə nümayiş etdirmək olmaz. Zoomağaza filanlarda alver axşam və gecə saatlarında da mümkündür və qanun keşikçiləri də oradakı heyvanların saat 8-dən sonra insanların onları narahat etməmələri, heyvanların bu saatdan sonra dincəlmələri üçün buna imza atıblar. Tokionun Xaradzüku rayonunda ən vacib hadisələr cərəyan edir. Vaxtınızı səmərəli keçirə biləcəyiniz məkandır. Rayondakı fashion-gəzintiləri nəyə desən dəyər. Qotlar, lolitlər, panklar və daha kimlər və nələr… Milan və Parisin ən avanqard dəb nümayişlərindən geridə qalmayan bir yerdir. Dünyada ən bahalı restoranlar siyahısında öndə (bəzən deyirlər ki, ən öndə) gedən "ARAQAVA" restoranı da Tokiodadır. Məşhur Kobi ətini məhz burada hazırlayırlar. Bir porsiyanın da qiyməti minimum 350-cə ABŞ dolları. Tokio metropoliteni sərnişin axınına görə dünyada ən xod gedənlərindəndir: ondan il ərzində 3,2 milyard adam istifadə edir. Maraqlı fakt da odur ki, burada xüsusi pozisiya da mövcuddur, adı da osiya. Onların işi-gücü dolu vaqonlara sərnişinləri dürtüşdürməkdə yardım etməkdir Ueno zooparkı Yaponiyada ən qədimlərdəndir. Burada 2600-dək heyvan saxlanılır. İldə 1 dəfə zoopark 2 aylıq bağlanır ki, heyvanlar insanlardan dincəlsin. Demək olar ki, bütün günümüzü zooparka həsr etsək də, onu axıracan gəzib-dolaşmağa imkanımız olmadı. Hər il Tokioda müxtəlif güclü 150-dək zəlzələ baş verir. Ən söküb-dağıdanı 1923-cü ildə olub: Rixter şkalası ilə 8,3 bal gücündə. 142 min adam onun qurbanı olub.  Tokioda o qədər çox adam yaşayır ki, havanın hərarəti həmişə orta temperaturdan 10 dərəcə çox olur. Bəzi rayonlarında əhali sıxlığı 1 kv km-ə 60000 nəfər də düşür. Şəhərin yaşayış məntəqələrinin kompakt yığımı olan yerlərində, o cümlədən də şəhərətrafı zonalarda, 35,2 milyon əhali yaşayır ki, bu da Rusiyanın bütün Asiya hissəsində yaşayanlardan çoxdur.  İqtisadi baxımdan Tokio Yaponiyanın digər şəhərlərini əmməlicə geridə qoyur. Təsəvvür edin ki, əgər Tokio ayrıca dövlət olsaydı, öz ümumi daxili məhsulunun (ÜDM) həcminə görə dünya üzrə 15-ci yerdə olardı. Yəni Türkiyə və ya Avstraliya ÜDM-dən də yüksək. Ərazisi ölkə ərazisinin 0,6%-i olsa da, ölkə üzrə ÜDM-i 33%-dir! Özlüyündə də Tokio dünyada ən bahalı şəhərlərdən sayılır. Bizim səfərin sonuncu gününü Ukraynadan olan qrupmuzun imkanlı üzvləri (onu da deyim ki, qrupumuzun ən dilənçi üzvləri mən və dostum idik) alış-verişə həsr etməyi qərara aldılar. Biz də nə üçünsə sevincək qoşulduq onlara. Alış-veriş mərkəzinə ümid dolu addımlarla girdik. 1 saatdan sonra oranı ancaq 1 ədəd kiçik əl kremi (!) ilə tərk etdik. Onu da test üçün havayı vermişdilər…Yenə bu qəmli notda sağollaşaq. Sağ olun.www.TravelStory.az

1885 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!