Tokiyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Bütün Gəzəyənlərə salam. Biraz Tokyo, Yaponiya haqda bildiyim, gördüyüm şeyləri yazım sizə. Çox adam elə bilir ki, yaponların Azərbaycandan xəbəri yoxdu, bunlar ayrı dünyadadı, bizi tanımırlar zad. Ama elə deyil. Azərbaycanlı olduğumu deyəndə Azərbaycan haqda danışan, paytaxtını deyən, xəritədə yerini göstərən, Türkiyə ilə yaxın olduğumuzu deyən, Ermənistanla düşmən olduğumuzu deyən yaponlar olub. Yəni xeyli adam var Azərbaycan haqda bilən. Haralısan sualına Azərbaycan cavabın verəndə çoxusu şoka düşür. Çünki burda ən çox Çin, Koreya, Banqladeş, Nepal, Vyetnamdan gələnlərdi. Azərbaycan Avropa ölkəsidi, həm də Yaponiyadan uzaqdı deyə bizim ölkənin adını eşidəndə çoxusu sözün əsl mənasında şoka düşür. Hələ bir dəfə marketdə qadının biri haralı olduğumu soruşdu. Azərbaycan dedim. Dedi müsəlmansan? İslam dini falan söhbət elədik. Heç nə demədən getdi şirniyyat aldı verdi. Dedi hədiyyəm olsun sənə. Çox “retki” yapon təmənnasız, tanımadığı adama belə jest eləyir. Bu arada Azərbaycan dilindən söhbət düşmüşkən deyim ki, 2 dəfə olub ki, azərbaycanlılar öz aramızda söhbət eləyəndə qıraqdan başqa biri deyib ki, sizin dil fransız dilinə oxşayır.
Belə yapon xalqından danışsam biraz qəribə millətdi. Məsələn çox nəzakətli, mədəniyyətlidirlər. Amma arada elə bir hərəkət eləyirlər ki, şoka düşürsən. Məsələn elə olur ki, yol soruşanda deyirəm ki, bağışlayın bir söz soruşum. Düz çıxır gedir. Deyəndə ki, yolu soruşmaq istəyirdim. Qayıdıb gəlir. Elə olub ki, 1 nəfərdən yol soruşmuşam. Yoldan keçən 2 nəfər də yaxınlaşıb kömək eləyib. Amma elə vaxt olub ki, adamın üzünə baxmadan gedirlər.
Bizdə hansısa işin müdiri oturur öz otağında. İşçiləri işlədir. Ama burda müdirlər özü də işləyir. Məsələn mağazada işçi kassirdi. Elə olur ki, müdir gəlir malları kloka qoymağa kömək eləyir. Burda müdirlər iş yerində olan ayaqyolunu da arada özləri təmizləyir. İşçi ilə müdir eyni işi görürlər. Demək olar heç kim heç kimə yuxarıdan aşağı baxmır. Çünki marketdə kassir işləyən adam da, fəhlə işləyən adam da təxmini eyni maaşı alır. İş maaşları saatına təxmini 9-13 dollar arası dəyişir. Azərbaycanda işsizlik varsa burda işçisizlik var. Hər cürə iş var. Məsələn yolun qırağında təmir tikinti işi gedir. Adamın biri dayanıb hər gələn keçəndən üzr istəyir. Bizdəki müvəqqəti narahatçılığa görə üzr istəyən plakatın yerinə burda işçilər var.
Müştəri Yaponiyada allah kimidi. Hər hansı bir işdə müştəriyə qarşı nəsə bir səhv, saymamazlıq, kobud davranmaq bir qırağa lap sifət eləsəz işdən qovula bilərsiz. Nə olursa olsun müştəri razı qalmalıdı. İnternetdə bir video var idi işçi nəsə kobudluq eləyib müştəriyə. Müdir gəlib dizlərin yerə atıb üzr istəyirdi işçi adından.
Bəziləri deyir ki, pirə gedib pul atmaq boş şeydi. Biz belə şeylərlə məşğul olanda yaponlar gedib elm savad öyrənir deyə qabağa gediblər. Keçən dəfə yolun qırağında məbəd gördüm. Girdim içinə baxım görüm nə olan şeydi. Gördüm ki, buddist heykəlinin qabağındakı qutuya pul atıb dua eləyib gedirlər. Yəni bunlarda da elə adətlər, inanclar var. Ümumiyyətlə internetdəki Yaponiya haqda məlumatların yarısı yalandı. “Like” yığmaq üçün özlərindən bir şey çıxarıb Yaponiya adı ilə paylaşırlar. Məsələn Yaponiya metrosundan şəkil paylaşıblar hamının əlində kitab. Yazıblar ki, yaponlar ən çox kitab oxuyan xalqdı. Yaponlar ən çox kitab oxuyan xalqdısa o biri xalqlar heç kitab oxumur onda. Metroya girirsən camaatın yarısından çoxunda telefon. Telefonların 90 faizi iPhone.
Kitab əvəzinə içki içməkdə birinci ola bilərlər. Cürbəcür dadlarda su, çay, pivə, qazlı içkilər var. Hər 3 yapondan 2-si mağazadan içki alıb çıxır.
Şirkətlərdə belə bir qayda var ki, həftədə 1 ya 2 dəfə işdən sonra kollektiv hamısı qadınlı kişili içməyə gedirlər. Bu içki məclisinə “nomikai” deyirlər
Əlavə də hamının sual verdiyi 2 mövzu haqda danışım. Hər xaricdə yaşayan adama verilən sual. İndi orda saat neçədi? Azərbaycandan 5 saat qabaqdadı. Yəni ki, orda axşamdı. Ama burda gecə.
2-ci mövzu da metroda içəri itələyən işçilər. Əvvəlcə onu deyim ki, o işçilər metroda xüsusi içəri itələmək üçün dayanmır. Ümumi işçilərdi. Nəsə sual verəndə cavab verirlər, kömək eləyirlər. Amma “uje” onları demək olar görmək olmur. Yeni ildə, Halloween-də metrolarda ən sıx günlər idi. Ama yenə də itələyib içəri basmaq söhbəti olmadı. Azərbaycandakı metrodan sıx deyil bura. Çünki qatarlar adam sıxlığına görə işləyir. Elə vaxt ola bilər ki, qatar 5 dəqiqədən bir gəlsin. Amma axşam adam sıxlığına görə hər 45 saniyədən bir qatar gəlsin. Belə sistemlə aradan götürüblər sıxlığı.
Bir də metro demişkən bizdəki kimi avtobusda "düşərsən vermişəm" teması olmur. Çünki metroda öz kartınızı aparata 2 dəfə qoya bilməzsiz. Bir girəndə vurursuz. Bir də çıxanda. Ona uyğun yol pulunuz hesablanır ona görə də hərənin öz kartı olur ki, hərənin öz yolpulusu bilinsin.
Bir də meyvə qiymətləri. Azərbaycandan 1-2 nəfər soruşub ki, orda yemiş 20 manatdı. Deyirəm hə. Deyir nə bahadı. Azərbaycanda qış vaxtı alça 700 manata ola bilir, Yaponiyada yemiş qış vaxtı 20 manat ola bilmir? Hər yerdə olduğu kimi burda da sezonladı. Məsələn deyirlər ki, almanın dənəsi 1 dollardı. Dənəsi 1 dollara olan alma böyük əl boyda almadı. 1 dollara 3 dənəsin də tapmaq olar. Kartof da onun kimi. Ən ucuz meyvə banandı. 1 dollara 5 dənə də tapmaq olur. Bəlkə də başqa yerdə daha çox satılır. Ümumi götürəndə baha şəhərdi. Ama elə şeylər var ki, Azərbaycandan da ucuz qiymətədir.
P.S.: Çox şəkil çəkməmişəm deyə 1 dənə məbədin şəklin paylaşıram.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Azad Arzumanli