719 dəfə oxunub

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,
Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim
????????
İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu
????
Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır
????
Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur
????

????
Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm
????

Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər
????
Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz

Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:
Xoş seyirlər ????

Həmişə səfərlərdə!
Hörmətlə,
#Bled #Ljubljana #Slovenia

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Mayıl Mammadli

DİGƏR BLOQLAR

Drakulanın iziylə - Transilvaniya turu, I gün - Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.CLUJ-NAPOCACluj-Napocadakı otellər və hostellərin siyahısıCluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.Cluj-Napocadakı görməli yerlər:Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.Güzgü küçəsi (Strada in oglinda) - Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir :DMuzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.Franciscan Kilsəsi - Muzey meydanında yerləşir, qotik tərzdə tikilib[caption id="attachment_317" align="aligncenter" width="550"] Corvinusun doğulduğu ev[/caption]Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.[caption id="attachment_318" align="aligncenter" width="550"] Milli teatr və Rumın Milli opera evi[/caption]Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

716 dəfə oxunub

Budapeşt gəzintisi

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə yenidən. O Vyanada metroda 115 euro cərimələnən qızam???? dedim mən də öz səyahətimdən maraqlı rəngli momentləri sizinlə paylaşım????Deməli səyahəti 10 günlük planlaşdırdım sentyabr ayında, məlum məsələ kasıb malı #wizzairle uçdum. Wizzair də sağ olsun oturacaqları adamı səyahətə başlamamış yorur uje???? ucuzluğuna görə amma əla variantdı hər zaman. Ümumilikdə 3 gün #Budapeshtde, 4 gün Praqada, 3 gün Vyanada oldum.İlk Budapeştdən başlayım ki, şəhəri belə çox sevəcəyimi və qısa zamanda doğma gələcəyini düşünməmişdim. Səyahətə getməzdən öncə gəziləsi yerlərin hətta kafelərin belə listini tutmuşdum. Budapeştin Buda tərəfi əsasən tarixiliyi ilə Peşta tərəfi isə aktiv həyatı ilə seçilir. Tarixi yerləri özünüz də tapa bilərsiz onsuz, ən maraqlılardan danışım. Şəhərin içində yerləşən "Marqarita adası" məsələn, hansı ki mərkəz hissədən 2 nömrəli tramvayla asanlıqla gedə bilərsiz. Bura sanki cənnətdən bir parçadır, hər yer yaşıllıq, gül-çiçək, sakitlik, insanların istirahəti üçün nəzərdə tutulmuş bir ərazidir, içində bir neçə kafe və baseyn də var. Yaz -yay aylarında getsəz Budapeştə mütləq gedin bura.Daha sonra Budapeşt ruin barlaru ilə meşhurdur, ( yeni köhnə atılmış obyektlərdən kafe düzəldiblər ve maraqlı məkanlar ortaya çıxıb) Orel i Reshka"dan gördüyüm bu tip bir kafe "For sale pub"a getdim. Kafedə uzun növbə olur, güclə yer tapırsan. İçəridə hər stolun üstündə bir vedrə fıstıq olur, hansı ki pulsuzdu bu fıstıq və ən maraqlı məqam fıstıqları yeyib qabıqlarını yerə tökə bilərsən, ( imenno bu ləzzət elədi????) şəkildə gürünən əndrəbadi yemək həmin kafedəndir, qiymətlər baha lakin porsiya gigantdır, demək olar ki hər kəsin qabından yeməyin yarısı qayıdırdı).Budapeştin ən məşhur kafesi "new york" kafedir. Reserve etmədən getsəz çətin yer tapasız, amma biz tapdıq???? Kafe bütün klassik stildə dizayn olunub, saat 5-ə kimi klassik orkeste ifa edir, daha sonra isə fortepiano davam edir. Qiymətlər əl yandırır, bizim pulla 17 manata birtəhər bir multivitamin fresh sok tapıb içdik???????? bura bir növ simvolik bir yerdi, Budapeştə gəlmisənsə bura da girməlisən kimi) Amma içəridə oturmayıb sadəcə şəkil və video da çəkə bilərsiz, tamamilə icazə verirlər.Budapeştin insanları mehribandır, gecə 12-də otelə qayıdırsan dəyib-dolaşan yoxdur. Hə bir də insanlar əsasən qızları mənə görə kifayət qədər kökdülər və 0 kompekslə qat-qat sellulitle qısa şortiklər geyinirlər rahat ( heyf deyilik biz, o nə deyər bu nə deyər fikri ilə həyatımızın içinə eləyirik????) Belə görürəm 3 şəhəri də bir posta sığdıra bilməyəcəm. Ona görə o biri şəhərləri də ayrıca yazaram) Hələlik bu qədər????P.S. Səyahətimin əsas orqanizatoru, gözəl və diqqətcil insan Abas Sayilov -a da buradan təşəkkür edirəm. (bu qrupdan Əfsanə adlı xanım sağ olsun calaşdırdı bizi) Hələ belə xırdalıqlara qədər fikir verən, müştərinin hər istəyini nəzərə alan insan görməmişəm. İşində peşəkar insanlarla işləmək başqa şeydi həqiqətən. Reklam deyil bu inanın, sadəcə razı qaldığım bir şeyi sizinlə də bölüşmək istədim.????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Laman Faraczade‎

825 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

1236 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

981 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!