1419 dəfə oxunub

Dubay səyahəti üçün qeydlər

Dubaydakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Dubay haqda gördüklərim və bildiklərim 1:

* Burada kredit almaq olduqca asandır. Belə ki, əgər ID kartınız varsa istənilən bankdan heç bir sənəd və qohum nömrəsi tələb edilmədən kredit ala və yaxud kart aktiv edə bilərsiniz

* Dubay şeyxinin avtomobil nömrəsi sadəcə "1"dir. Ümumiyyətlə burada, vahid nömrə formatı yoxdur. Yəni əgər cibində pulun varsa 10 dan 99999 a dək nömrə ala bilərsən

* Varlı təbəqə tərəfindən idarə olunan ən çox gündəlik avtomobil modeli Nissan Patroldur

* Ərəb qadınlarının Azərbaycanda etdiyi ən bahalı brendləri burada əyinlərində görmək mümkündür. Yəni əba geyinməklə deyil)

* Bütün public çimərliklər tam odenişsizdir və əmin olun ki, ən yüksək səviyyədə hər kəsə bərabər şəkildə xidmət göstərilir.

* Sərnişin nəqliyyat vasitəsi 5 cürdur: Metro, Avtobus, Tramvay, Su taksiləri və kiçik waterbuslar, taksi

* Şəhər mərkəzlərində yerləşən bütün avtobus dayanacaqlarında kondisionerlər quraşdırılıb.

* 5 metro stansiya istisna olmaqla Dubay Metro stansiyalar arasındakı məsafə 1 dəqiqədir

* Dubayda yeraltı metro stansiya xətti yoxdur

* Dubayda ən çox işçi qüvvəsi olaraq, Hindistan və Filippinliler yer alır

* Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlıq vermir. Səbəb kimi, BƏƏ passportunun dünyada nömrə bir hesab edilməsidir ki, bu da bu pasportla dünyanın bütün ölkələrinə ( istisna var)* səyahət etməyə imkan verir.

* Əgər burada iş tapmisinizsa, oturum izni və UAE ID kartını ən qısa müddətdə əldə bilirsiniz

Dubay haqda bildiklərim və gördüklərim 2

* Metro qatarları maşinistsiz, avtomatlaşdırılmış sistemə idarə olunur

* Ümumi nəqliyyat vasitələrinde, əsas da metroda Hindistan və Pakistan millətindən gələn spesifik qoxunu hiss edə bilərsiniz. Maraqlıdır ki, bu qoxunu hələ də qarşını ala bilmirlər

* Bütün taksilərdə sayğac sistemi quraşdırılıb.
Taksi sürücüləri ilə qiymət müzakirəsi etməyə lüzum yoxdur. Sürücülərin 90% ni Hindistan və Pakistanlilar tutur.

* Dubay nəqliyyat vasitələrində olan ödəniş sistemi bizdən fərqlidir. Belə ki, biz 30 qəpik metroya ödəyib bütün stansiyalara gedə bilərik. Lakin burda, stansiyalar arasındakı olan məsafəyə görə qiymət də dəyişir. Bu digər vasitələrə də aiddir. Yəni vahid qiymət yoxdur.

Taksilər isə gecə saatlarında daha baha qiymətə hesablanır.
* Dubay Polisini hər yerdə, hər an görə bilməzsiniz. Buna baxmayaraq şəhər çox sakit və təhlükəsizdir. Yeri gəlmişkən bu il Dubay polisinin 50 illiyidir.

* Burada olan yaşayış binalarının hansının xüsusi adı var. Bütün binalar ... Residence deyə adlandırır. Məsələn mən Nilona Residence da qalıram. Ərəblərin Azərbaycana gəlib lüks axtarmasıni başa düşmək olar, çünki burdakı adi residence lar ( yaşayış binaları) hovuz, gym və s var. Otellərdən danışmıram hələ

* Dünyanın ən hündür oteli Gevora elə məhz Dubaydadir.

* Hazırda dünyanın ən böyük binası Burj Khalifadir. Amma yaxın zamanda onu qat qat ötən yeni bir bina istifadəyə veriləcək. ( haqqında məlumat page' im da)

* Dubayda yaşayış şəhərcikləri ilə yerləşib. Belə ki, tikinti şirkətləri hektarlarla boş ərazini alıb, nəhəng şəhərciklər salıb adlandırılir.

* Helikopter səyahəti etmək çox normal və əlçatan qiymətədir. Bunun üçün Dubay Polis Akademiyasına getməyiniz kifayətdir. Uçuşa oradan nəzarət və icazə verilir.

* Dubay şəhəri 2021 də dünyanın 1 nömrəli tibb şəhəri olmağa söz verib. Belə ki, bu işlə işlər aparılır və tibb şəhərcikləri inşa edilir. Xüsusən də neyroloji və onkoloji.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Movsum Mirzazadeh

DİGƏR BLOQLAR

Azadlığın şəhəri - Amsterdam

Keçən dəfə sizə Amsterdam yaxınlığındakı qəsəbələrdən danışmışdım. Dedim, ayıb olar, Amsterdamın üstündən keçməyim ????Azadlığın şəhəri Amsterdam…Üçbucaq damlı, qırmızı kərpicli evlər, ağ pəncərələr, evlərin arası ilə gedən tramvay yolları, yol kənarlarındakı kanallar, körpülər… Bir sözlə, gözəllikBaxırsan ki, şəhərdə həm çoxlu insan var, həm də dəhşət sakitlikdir. Tələsən insanlar küçədə bir-birlərinə dəyib, üzr istəyirlər. Yəni, o qədər basabasdı. Həm kalabalık, həm sakitlik… İkisi birlikdə mümkün deyil əslində. Bax, belə qeyri-adi şəhərdir Amsterdam.Dünyanın ən çox turist cəlb edən şəhərlərindəndir. Başdan-ayağa yaşıllıqdır. Kanallarla əhatələnib. Elə kanallar şəhəri də deyirlər arada. 1500-dən çox körpüsü var. Bəzi səyyahların qeydlərində “ikinci Venesiya” kimi keçir adı…Hərənin bir ad qoyduğu şəhərBütün gözəllikləri yaraşdırıblar Amsterdama. Ancaq adı həm də narkotik satışının, eynicinslilərin evliliyinin, fahişəliyin leqal olduğu bir ölkənin paytaxtı kimi çıxıb.Bəzən ürəkli “mən Amsterdama gedəcəm”, – deyə bilmirsən. Düzdür, səni topa tutmurlar. Ancaq dodaqlarının altında gülüş peyda olur. Ardından “ehtiyatlı ol, adı üstündə, Amsterdam. Özündən muğayat ol” – kimi yersiz məsləhətlər verirlər. Qayıdanda da həmin məsləhətləri “küçələrdə oğlanlar öpüşürdü”, “narkotikin dadına baxdın”, “yəqin çoxlu lezbiyan gördün”, “bəs, Qırmızı Fənərlər Küçəsində oldun?” – kimi suallar əvəz edir.Qırmızı Fənərlər Küçəsi – həyatın digər üzü…Bəli, Qırmızı Fənərlər Küçəsində (Red Light District) oldum. Başqa küçələrindən fərqlənmir heç. Eyni gözəllikdədir. İş yerlərinin, ləziz restoranların, yaşayış evlərinin olduğu küçə axşamlar çoxlu sayda insanın gəzib-dolaşdığı Qırmızı Fənərlər Küçəsinə çevrilir.Qırmızı Fənərlər Küçəsindəki kiçik otaqlarda müştərilərinə xidmət göstərən qadınlar haqqında bu yaxınlarda bir kitabda da oxudum. Müəllif onları ”darıxan pişik”lərə bənzədirdi. Necə də yerində bənzətmədir. Bu ifadə niyə mənim ağlıma gəlməyib?Ən maraqlısı da küçələrdə insanların ailəsi, övladları ilə dolaşmasıdır. Yəni, heç də insanların yolu düşsə belə yolunu dəyişib, uzaq durduğu bir məkan deyil. Əksinə, hollandiyalılar ailələri ilə rahat dolaşa bildikləri bu küçənin həyatın digər üzü olduğunu deyirlər. Gələn turistlər kiçik şüşəli qapıların arxasındakı qadınları seyr edir, kimi suvenir mağazalarından hədiyyələr alır, eyni zamanda, ikinci mərtəbədə bir uşaq ağlayır. Anası onu sakitləşdirmək üçün su uzadır. Başqa bir evin pəncərəsinə televizorun mavi işığı düşür… “Qırmızı Fənərlər küçəsi”ndə həyat davam edir…Niyə azadlığın şəhəri?Tarixdən balıqçı şəhəri kimi qurulduğu deyilir. Əsrlər boyu bir xeyli olaylara səhnə olub. Amsterdama dünya müharibələrinin təsiri böyük olub. Deyilənlərə görə sonralar müxtəlif ölkələrdən gələn insanların hesabına yenidən toparlanıb. Bu gün dünyanın ən yaşanılacaq şəhərlərindən biridir.Adına azadlığın şəhəri də deyilir. Bunun da səbəbi var:“Qırmızı Fənərlər Küçəsi” ətrafındakı əyləncəli gecə həyatı;“Coffeeshop” adı verilən yerlərdə yüngül narkotik maddələrin istifadəsinin sərbəst olmasıŞəhər mərkəzindəki Dam Meydanı, Qırmızı Fənərlər Küçəsi (Red Light District), gül bazarı (hər cür gül toxumu və məşhur holland laləsinin soğanları satılır), Van Qoq Muzeyi, Kanal gəzintisi… Hamısı şəhanə idi.Bir sözlə, həyəcan, çılğın gülüş səsləri, eyni zamanda sakitlik və hüzur. Belə yadımda qaldı Amsterdam.Necə gedək?Amsterdama müxtəlif yollarla getmək olur. Bakıdan birbaşa da getmək olar. Tbilisiyə gedib, ordan İstanbula, İstanbuldan da Amsterdama uça bilərsən. Mən belə etmişdim. Burdan 15 manat verib avtobusla Tbilisiyə, oradan Pegasusla 50 avroya İstanbula, İstanbuldan (Türk Hava Yolları ilə. Bileti 42 avroya almışdım) Amsterdama. Uzun görünə bilər. Səyahətçiyə zövqdür. Əsas məsələ ucuz başa gəlməyidir.Yola təxminən 104 avro xərcləmişdim. Əslində daha ucuzunu da tapmaq olar.Harada qalaq?Əgər bir həftəlik gedirsənsə, azı 600 avronu gözdən çıxar. Amsterdam heç də ucuz şəhər deyil. Orta statistik azərbaycanlıya baha gələ bilər. Ən çox pul mehmanxanaya çıxır. Əgər daha ucuz alternativlər seçsən, 1 həftəyə 500 avro da xərcləyə bilərsən. Məsələn, hostellərdə və ya şəhər mərkəzindən kənardakı otellərdə qalmaqla. Onsuz da nəqliyyat sistemi o qədər gözəl qurulub ki, kənardan mərkəzə gəlməkdə çətinlik çəkməyəcəksən.Holland pendiri və HeinekenO ki qaldı, nə yeyib-içməyə. Hollandiyanın məşhur pivəsi Heinekenin dadına baxa bilərsən. Heineken demişkən, pivə sevənsənsə, Pivə Muzeyinə getməyi də unutma. Səhv xatırlamıramsa giriş 12 avrodur. Biletə həm də bir dənə pivə düşür. Məşhur holland pendirindən mütləq ye. Şərt deyil pul verib alasan. Pendir mağazalarında pulsuz dadına baxa bilərsən.Bu zaman əmin olacaqsan ki, Bakıda holland pendiri adı ilə satılan nəsə başqa daddır. Ancaq 100 faiz holland pendiri deyil ? Məşhur milli yeməklərinə rast gəlmədim. Amma şəhərdə dadlı ət bişirən “Steakhouse”-lar və qəşəng italyan, türk restoranları var. Ən yaxşısı və ucuzu isə marketdən alış-veriş etməkdir.Necə deyərlər, səyahətini ucuz və ya bahalı etmək öz əlindədir. Seçim sənin…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1755 dəfə oxunub

Yunanıstan - Afina bələdçisi

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Aviabilet.Yunanıstana, xüsusilə də Afinaya getmək lap balacalıqdan arzum idi. Ölkənin antik tarixi, adaları, dənizləri, təbiəti hər zaman maraq dairəmdə idi. Ancaq Yunanıstana gedib çıxmaq o qədər də ucuz deyildi. Düzdür Kutaisidən 20-30 avroya gedib çıxmaq olar. Ancaq Gürcüstanla quru sərhədimizdə barbar davranış, vaxt itkisi, yorğunçuluq kimi səbəblərə görə Kutaisinin üstündən birdəfəlik xətt çəkmişəm.Biraz araşdırma aparandan sonra ucuz biletlər tapdım. Bakı-Sofiya (Buta airways) 29 avro, Sofiya-Afina (Ryanair) 15 avro. Tarixlər də üst-üstə düşürdü. Üstəgəl həm Bolqarıstanı, həm də Yunanıstanı tura daxil etmək olur.Viza.Deyilənlərin tam əksinə gülərüzlü konsulla görüş. Heç bir sual soruşmadı, cəmi 2-3 dəqiqə vaxtımız getdi, o da şəkil çəkdirməklə, barmaq izlərinin götürülməsi üçün.İki gündən sonra zəng etdilər ki, hər üçünüz viza almısınız.Əsas sürpriz də oldu ki, viza 1 illik multi oldu.Afina havalimanı "Eleftherios Venizelos" səliqəli, müasir, geniş bir sözlə rahatdır. Pasport kontroldan (personal çox professionaldır) cəmi bir neçə saniyəyə keçdik. Burdan şəhərin mərkəzinə həm metro (10 avro), həm də avtobuslar (95 nömrəli, 6 avro) var. Taksi ilə getmək 40 avroya başa gəlir.Otel, ev.Afinada qalmaq üçün ən uyğun yerlər Omonia, Plaka, Syntagma və Monastirakidir. Bu yerlər Afinanın mərkəzi Akropolisin ətrafıdır və hər yerə yaxındır. Qiymətlər də normaldır. Təxminən 30 avroya iki-üç nəfərin qalacağı, hər şəraiti olan ev və ya otel tapmaq olar.Yemək.Afinada qiymətlər qərbi avropa ilə müqayisədə ucuzdur. Həm marketlər, həm də restoranlarda ucuzluqdur. Ən yadda qalan yeməkləri Kalmar qızartması oldu. Akropolisə çıxan yolda (ancaq piyada mümkündür) adı yadımda qalmayan restoran var. Zeytun ağaclarının altında zevs məbədinə baxa-baxa yunan musiqisi və dadı yaddan çıxmayan Kalmar qızartması. Xidmətə söz ola bilməz. Qiymət də ucuz.Afinanın mərkəzi də bir çox avropa şəhərləri kimi miqrant istilasına uğrayıb. O dərəcəyə çatıb ki, şəhərin mərkəzində ərəb, hindu dillərində yazılan reklamlar da görünür. Küçə ticarəti də onların əlindədir. Marixuana isə günorta vaxtı da xeyli insan tərəfindən istifadə olunur.Ancaq Akropolisə yaxınlaşdıqca hər şey dəyişir. Elə təəssürat yaranır ki, eradan əvvəlki illərdəsən. 2400 il əvvəl tikilən Parthenon lap təpənin üstündədir. Demək olar ki, Afinanın hər yerindən görünür. Ancaq piyada çıxmaq mümükündür. Aşağıda mütləq təbii portağal şirəsi içib sonra çıxmaq lazımdır, yoxsa adam çox yorular. Girişdə satılır. Bilet 20 avro. Bu qiymətə Parthenon, Erecthenion, Hephasteus kimi tikililəri və ümumilikdə kompleksi (Akropolis) gəzmək olar.Muzey sevənlər üçün National Archaeological Museum giriş 10 avro. Burda istədiyiniz qədər tarixi əsərlər görəcəksiniz. Şəhərdə çox sayda muzey var. Hamısını gəzmək üçün xeyli vaxt lazımdır.Monastiraki bizim 8-ci kilometr (vasmoy) bazarı kimi bir yerdir. Burada 10, 15 avroya Burberry, Gucci, Ralph Lauren və s. brendlərin məhsullarını almaq olar.Ermou küçəsinə isə Afinanın Neftçilər prospekti ya da Port Bakusu demək olar.Kifissia. Bura Afinanın milyonerlər məhəlləsidi. Bahaçılıq, villalar, sakitçilik.Pirey. Bura Afinanın Kubinkası ya da sovetskisi demək olar.Syntagma meydanı yaxınlığında isə uşaqlar üçün çox maraqlı ola biləcək National Garden var. Bura 1836-cı ildə kraliça Amaliya tərəfindən inşa etdirilib, şəhərin ən yaşıl hissəsidir. İçəridə kiçik də olsa zoopark da var.Glyfada. Afinada ən gözəl çimərlikləri burdadır. Mərkəzdən 10 km aralıdadır. Tramvay və metro (Elliniko stansiyası) ilə rahat gəlmək olar.Plaka. Bura şəhərin ən turistik yeridir. Antik tikililər, Bizans dövründən qalan məbədlər, muzeylər, instaqram şəkilləri üçün ideal yer. Bir də dəniz məhsulları sevənlər üçün ən dadlı, gül-çiçəkli butik kafelər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov 

2298 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələrBu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdurGələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.Cəmi 10 avro ödəməkləVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.Kiçik balıqçı qəsəbəsi – MarkenNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.Kanallarla bəzənmiş EdenEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbəZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1593 dəfə oxunub

Az büdcə ilə çox gəzmək - Qax bələdçisi (Part 1)

Az büdcə ilə çox gəzmək---Bu dəfə sizə Qax macəralarım, ilk dəfə tək çadırda qalmağım, Hamamdərə, şəlalələr və maraqlı yol yoldaşları ilə qarşılaşmağımdan yazacam.1-ci hissə.Ənənəyə sadiq qalaraq yenə yola avtostopla çıxdım və bəxtim yenə gətirmişdi, yol yoldaşlarım özləri də Qaxdan, Sarıbaşdan idilər. Qaxın demək olar ki, girişində Kürmük alban məbədi/kilsəsinə çatan kimi səyahətim başladı. Bir qədər yoxuşlu yol ilə qalxdıqdan sonra kilsəyə çatırsınız. Mənzərəsi də, kilsənin özü də çox qəşəngdir. Qaxdan keçirsinizsə yolüstü mütləq buraya qalxın, görün.Daha sonrakı planım İlisuya getmək idi. Yol uzun olduğu üçün yenə avtostop etdim. Yolüstü isə Müqəddəs Georgi kilsəsinə getməsəm olmazdı. Çox gözəl həyəti var idi, içi də çox yaxşı və baxımlıdır. Yeri gəlmişkən, Qaxın bu ərazisində çox sayda ingiloylar yaşadığından bu kilsənin yaxınlığında qəşəng dadlı gürcü təndir çörəyi və xaçapuri satılır. Dadmamış yola davam etməyin.Xaçapurimi yeyə-yeyə gəldim çatdım Sumuq qalaya. Səhv xatırlamıramsa giriş ödənişli idi. İçərisini mütləq ziyarət edin. Qalanın ən yuxarı hissəinə çatana qədər hər mərtəbədə maraqlı və tarixi eksponatlar, əşyalar sərgilənir. Taxtadan pilləkənlərlə qalxırsınız. Ən yüksəkdən, qalanın pəncərəsindən İlisuya doğru açılan mənzərəni görməyə dəyər.Yaxınlıqda Şamil qala yerləşir. Qalaya gedərkən isə yolüstü Ulu məscidi görə bilərsiniz. Mən gedəndə (keçən il) bağlı idi deyə içərisinə daxil ola bilməmişdim, bəlkə hələ də bağlıdır. Yenə də diqqət edin. Qalanın yolu da yenə yoxuşdur, amma heç çətin deyil. Cığır sizi birbaşa qalanın yanına aparır. Mən qalaya yollanmamış yaxınlıqdakı mağazanın yanında yerlilərlə söhbət edərkən mənə təklif etdilər ki, çantamı özümlə daşımayım ora qədər, mağazada qoyub qalxdım mən. O an verdiyim ən yaxşı qərar o oldu. Gün ən təpədə ikən və yorğun halda o yoxuş çıxılmazdı yoxsa. Qaladan Sarıbaşa doğru çox qəşəng bir mənzərə var.Qaladan qayıdarkən isə Ramramay və ya İlisu şəlaləsinə yollana bilərsiniz. Mən də elə etdim. Şəlalənin çox rahat yolu var. Amma yenə də "yox mən ayaqla getmək istəmirəm" deyirsinizsə, aşağıdan şəlalənin düz yanına qədər aparan 40-50 AZN arası UAZ-lar olur.Ən sonda isə yorğun və xoşbəxt Zəhra gecələmək və çadırını qurmaq üçün üz tutdu İlisu Pansionatına. Mənim tək çadırda qalmaq təcrübəm ilk olduğu üçün çox riskə getmədən pansionatın ərazisini seçdim. İlk dəfə üçün yaxşı seçim oldu. Hər nə qədər axşam itlər məni tək buraxmasa da, səhərə qədər sağolsunlar çadırımın başında keşik çəksələr də yaxşı təcrübə idi.Pansionatdakı gözətçi İlham dayı isə sağolsun su, çay, hətta yeməksiz də qoymadı məni. Səhər də biləndə ki, Qum kəndinə getmək istəyirəm, o tərəfə yollanan bir avtobus sürücüsü tanışı ilə yola saldı məni. Qum kəndi necə gözəl idi! Kənddə Qum məbədi/Qum bazilikasının qalıqları var. Çox təssüf baxımsız vəziyyətdə olsa da, tamamilə yox olmamış, gedib görün. Bu arada belə bir rəvayət də var ki, Nizami Gəncəvi də Qum kəndində doğulubmuş. Hətta bunula bağlı bəzi faktların olduğu da deyilir.Kəndin başında isə axular deyə bir yer var. Buranın mənzərəsi əsl çadır qurub qalmaqlıqdır. Mən tək olduğumdan yerli əhali mənə məsləhət bilmədi orada çadır qurmağı. Belə anlarda gərək yerliləri dinləyəsən. Onun əvəzinə mənzərədən zövq almaq üçün məni qəşəng isti çaya və mürəbbəyə qonaq etdilər.Ardı...Hələ çox danışılası hissələr olduğundan Qax səyahətinə 2-ci hissədə davam edəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahra Imanova

1834 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!