1914 dəfə oxunub

Leqonun vətəni - Danimarka

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:

1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.
Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri - yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)

21013972_1406775019439608_6353390414718981940_o

2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.

3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.

21056128_1406766649440445_5447094107916683735_o

4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.

5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.

21015832_1406766799440430_6923813297929709612_o

6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.

7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyidakbar Asgarov

DİGƏR BLOQLAR

Mərakeşdə 5 Günlük Səfər

Yaxın oturun, sizə Mərakeşdə keçirdiyim 5 günlük səfərimdən danışım.Mərakeş səfərim Ryanair ilə Barcelonadan Rabata uçmaqla başladı. Vaxt məhdud olduğu üçün daha cənuba, Marrakesh, Casablanca, ve Saharaya getməyi növbəti səfərə saxladım. Bu dəfə əsas diqqətimi Rabat, Fes və Chefchaouen şəhərlərinə yönəltdim.Rabat hava limanından şəhərə ALSA avtobusu işləyir — qiymət 25 dirham, və kartla ödəniş mümkündür. Rahat və səliqəli idi.Valyuta məzənnəsi: 1 avro ≈ 10 dirham. Vacib qeyd: Mərakeşdə kart sistemi geniş yayılmayıb. Mütləq nağd pul aparın.Mərakeşin paytaxtı Rabat məni xoş təəccübləndirdi. İnsanlar mehriban və rahat, şəhər isə səliqəli və sakit.Kasbah des Oudaias-da mavi və ağ rənglərin harmoniyası, okean mənzərəsi və Andalusiya bağı — hamısı bir araya gəlib ruhu dincəldir.Medina (köhnə şəhər) – sadə, azad, turist təzyiqindən uzaq. Mərakeşdə həyat medinalarda döyünür. Medina sadəcə bazar deyil — keçmişlə bu günün iç-içə keçdiyi bir həyat fəlsəfəsidir.Hər medinanın öz “temperamenti” var:Rabat – səliqəli və rahatFes – dolğun və xaotikChefchaouen – sakit və estetikRabatdan Fesə qatarla gedə bilərsiniz. Təxminən 3 saat çəkir səfər. 1st class bilet 170 dirhamdir, kondisinerli, bağlı kabində gedirsiniz. Bileti onlayn və ya vağzaldan ala bilərsiniz.Fes Mərakeşin ən qədim və ən mistik şəhərlərindən biridir. Burada yerləşən Al-Qarawiyyin Universiteti — 859-cu ildə qurulub və dünyanın ən qədim fəaliyyət göstərən universitetidir. Qadın alim Fatima al-Fihri tərəfindən təsis edilib.Fesdə nələri görmək lazımdır?Fes el-Bali medinası – 10,000-dən çox dar küçə, scooter belə girə bilmir. GPS işləmir, azmaq normaldır. Yaxşı olar ki gidlə gəzəsiniz bu bazarı, gidi tapmağa ehtiyac qalmır, özləri tapır. Qiyməti mütləq əvvəldən danışın, ya da GetYourGuide appindən də book eləyə bilərsiniz. Mən 3 saat üçün 150 dirhama razılaşdım, axırda 200 istəyirdi, bir az narazılıqdan sonra daışdığımız qiymətdə razılaşdıq. Ümumiyyətlə Mərakeşdə özünüze turist kimi aparmayın, bir az “bazar adamı” mooduna girin, içinizdəki azərbaycanlını sərbəst buraxın.Chouara dəridüzləmə sexi – göy, sarı və qırmızı rənglərdə dəri boyama prosesi. Çox təsir edicidir, amma baxmaq üçün dəridən əşya satan dükanlara girib tip vermək və ya nəsə almaq lazım olur. Burdakı qoxuya özünüzü mənəvi olaraq hazırlayın. Dərini təmizləmək üçün ekoloji göyərçin poxundan istifadə edirlər deyə hər yer pox iylənir, siz də məni bağışlayın. Turistlərə girişdə nanə verirlər iyləmək üçün.Feslə bağlı vacib qeydlər:-Hər yardım təklifi səmimi olmaya bilər.-Bəziləri sizi bilərəkdən azdırıb sonra “kömək” üçün pul istəyir. 10-20 dirham təklif etsəniz, “uşaq pulu” deyib inciyirlər — Ümumiyyətlə, insan faktoru baxımından Fesi o qədər də bəyənmədim. Buna baxmayaraq, Fesin qədimliyi və dərin ruhu insana təsir edir.Fesdən Chefchaouenə və başqa qatar getməyən yerlərə isə CTM avtobusları ilə gedə bilərsiniz. Biletləri onlayn ya vağzaldan ala bilərsiniz. Əgər baqajınız varsa hər baqaj üçün əlavə 5 dirham alırlar. Avtobuslar komfortlu və kondisionerlidir. Şəhərlərdə taxi istifadə edə bilərsiniz. Taksilər münasibdir, amma minmədən əvvəl qiyməti mütləq soruşun ki, sonra “atmasınlar”.Mərakeş mətbəxinin dadına mütləq baxın, çox dadlı olur yeməklər. Mərakeşdə yemək yalnız qida deyil — bir ritualdır, bir hissdir, bir səyahətdir. Hər loxma səni bu torpağın tarixinə, iqliminə və ruhuna bağlayır.Tagine – həm yeməyin adı, həm də onun hazırlandığı konus formalı keramika qabdır. Bu qabın özəlliyi ondadır ki, yemək buxarla öz suyu ilə bişir, və nəticədə heyrətamiz yumşaqlıq və dərin dadlar ortaya çıxır.Mərakeşdə tagine-in saysız versiyası var:•Limonlu və zeytunlu toyuq tagine – turş, duzlu və ədviyyəli.•Balıq tagine – sahil şəhərlərində xüsusilə dəniz ləzzəti ilə dolu olur.•Ətli, ərik və badamlı tagine – şirin və duzlu dadların harmoniyası.Yemək adətən isti çörək (khobz) ilə servis olunur – barmaqla batırıb, yavaşca tagine sousuna batırmaq…Sahil şəhərlərində, xüsusilə Rabat və Tangier kimi yerlərdə, dəniz məhsulları inanılmaz dərəcədə təzə və münasib qiymətlidir.•Təzə oysterlər – dənizdən yeni çıxarılıb, buz üzərində təqdim olunur. Limon suyu, bəlkə də azacıq acı sous – və voilá!•Qızardılmış kalmar, karides və ahtapot – kənarı xırt-xırt, içi yumşaq.•Grilled seabass və sardina – sadə, amma ləzzətin zirvəsində.• Nanəli yaşıl çay (atay) – Mərakeşin rəsmi içkisidir. Səmimi qarşılanmanın bir hissəsidir və bol şəkərlə içilir.•Şirniyyatlar – badamlı briwat, kətan toxumlu ghriba, ya da bal içində üzən pastilla… Hər biri əhvalını qaldıracaq.Son olaraq, Mərakeş – rənglərin, qoxuların və emosiyaların ölkəsidir. Rabat səni dincəldəcək, Fes düşündürəcək, Chefchaouen isə qəlbini sakitləşdirəcək.Amma əsl Mərakeş — medinanın dar küçələrində, əllə bişmiş çörəkdə və bir az tanımadığın, bir az da çox tanış olan xırda adətlərdir.Paylaşan: Ismayil Huseynov

115 dəfə oxunub

Dünyanın yeni 7 möcüzəsindən biri Petra

Dünyanın yeni 7 möcüzəsindən biri Petraya gedirikÜmumi bu səyahətə 6 gün 5 gecə ayırmışdım. 7-si Bakı-Abu Dhabi uçuşum oldu və Abu Dhabi Amman uçuşu eyni saatlarda olduğu üçün 1 gün Abu Dhabidə keçirib, biraz günəşlənib 8-zi səhər saatlarında Ammana uçdum (Wizzair hava yolları ilə). Vəə budur mən xəyalın qurduğum Petraya çoox yaxınlaşdım 8-9-10-11 iyun tarixlərin İordaniyada keçirdim və minimum 3 gecə qalacağım üçün #jordanpass almışdım( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet). Geri dönüşüm isə Amman-İstanbul və 1 gün İstanbulda olduqdan sonra İstanbul-Bakı şəklində olduDüşünürəmki İordaniyanı gəzmək üçün 5 gün az imiş. Hərkəs İordaniya dedikdə ancaq Petranı düşünür , məndə belə düşünürdüm amma Ammanı, Aqabanı gəzib ölkənin abu-havasını hiss etdikdən sonra anlayırsanki bu ölkədə kəşf etməli çoox yer varDeməli:Toplam biletlər - 550 azn ( daha tez alsaydım daha ucuz düşəcəkdir) Toplam- 200 azn ( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet) Jordanpass- 170azn ( viza xərci və muzeylərə pulsuz giriş verir minimum 3gecə qalmalısan amma) Hava limanından xüsusi avtobus var şəhərdə 2dayanacaqda dayanır ancaq( 7th circle və Abdali) təxminən 5-10 azn arası.və Petraya və ya başqa istiqamətə getmək üçün Jett ( şəhərlərarası rəsmi avtobuslarıdı) - təxminən 50-55azn iki istiqamət. Careem app üzərindən sifariş edirdim taksini. Uberdə işləyir və güvənlidir bu ikisi. Bu xərc gedəcəyiniz yerə , hotel yerləşməsinə görə dəyişə bilir. Nəzərə alınki Amman təpələr üzərində yerləşən şəhərdi və bəzən o yüksəkliyə piyada qalxmaq çətin olur. Bu taksilər yalnız Ammanda işləyir. Aqabada yaşıl rəngli yerli taksilər var idi. Bu da adama görə dəyişən xərcdir. Nəzərə alınki 1jod - 2.24azn-dir Ölkə olaraq bahalı ölkədir bunuda nəzərə alınMən internet üçün esim Airalo almışdım( Beynəlxalq)Mənim digər ölkələrdə də vaxt keçirdiyimi nəzərə alsaq ümumi 1200-1500 azn xərc hesablamaq olar.Dəyərmiydi? DəyərdiAmmanın mehriban insanları, axşam qaynayan şəhərə qarışıb onlarla xoş ünsiyyəti yaşamaq və tarixi yerlərin görməyə, Vadi musada milli mətbəxi dadmaq, gecə işıqları seyr etməyə, Petranı sözlərlə ifadə edə bilmərəm sadəcə illərdir arzum idi o anı yaşamaq və yaşadım Vəə Aqaba dənizi, Yunanıstanı xatırladan Aylasını görməyə bəli dəyərdiTəkrar gedərəmmi? gedərəmSəyahətlə bağlı detallı paylaşımlar gələcək yenədə

163 dəfə oxunub

Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi

Salam, hörmətli gəzəyənlərBugün Ukraynaya olan səfərimiz haqqında yazacam. Qısa və daha aydın. İlk dəfə Ukraynaya gedənlərin nəzərinə! Çoxları bu haqda yazmadıqlarına görə mən yazacam.Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində şəhər çox gözəldir və şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.Hava limanı Hava limanı Borispol Kiyevdən 30-35 km aralıdır.Valyuta Özünüzlə götürəcəyiniz valyuta USD və ya Euro. Kurs 100$=2650 qriven. Hava limanında təqribən 7 yaxın valyuta dəyişmə məntəqəsi var. İlk gördüyünüz yox, sonrakı valyuta məntəqəsində daha sərfəli kurs tapa bilərsiniz. (100$=2690 qriven) Lakin çalışın pulunuzu mərkəzdə dəyişin. Xreşatik boyunca olan valyuta dəyişmədə dolların kursu daha sərfəli olur.Mobil NömrəArdınca 40-100 qrivenə nömrə ala bilərsiniz. Operatorlar kiyevstar, life, vodafon və s. Mən aldığım life oldu, həm ucuz həm də internet paketləri sərfəlidir. 60 qriven (4 azn -2.28 usd) 10 gündə qurtarmaq bilmədi. Nömrələr marketdə də satılır. Marketdən alarkən pasporta ehtiyac yoxdur.TaksiBurada istifadə edəcəyiniz taksilər. Proqramla Uber və ya Yandex Taxi. 310 zənglə ən sərfəli olanıdır. Gecə taksi sifariş verəndə qiymət aşağı olduğundan taksi gəlməyə bilər. Kiyevdə loru dildə desək, auksiyon kimi edib qiyməti qaldıra və taksi şoferlərinə bəxşiş də verə bilərsiz. Borispol hava limanından 200-300 qrivenə taksilər gedir.(11 $ - 20 azn)Kiyev metrosuGedişat 5 qriven.(32 qəpik - 20 cent) Metro 3 ayrı istiqamətdə olan 52 stansiyadan ibarətdir. Vaxtınıza və pulunuza qənaət etmək üçün gözəl vasitədir. Bu arada gedişat jetonladı.EvlərGündəlik və aylıq evlər cürbəcürdür. Əvvəlcədən evləri axtara bilərsiz, lakin bron etməyiniz məsləhət görülmür. Çünki loru dildə desək "atanşik" çoxdur. Otelləri bookingdə sifariş edə bilərsiz. Mən qaldığım yer Pecerskiy rayonu idi. (750 qriven- 47 azn - 28 usd)İnsanlarFərqlidilər. Nasistləri də var amma bizə (azərbaycanlılara) qarşı xoş münasibətdə olduqlarını gördüm. Əsasən soyuq millət kimi görünsələr də ünsiyyət quranda çox mehriban olurlar.Kiyevin rayonları( bölgələr ).PecerskiyQoloseyevskiyObolonSolomonskiyShevcenkivskiyPodolskiy və s.Şəhər Dnepr çayı ilə iki yerə bölünür : sağ və sol sahil. Sizlərə lazım olan Pecerskiy rayonu olacaq. Bura onların dili ilə desək "centr" sayılır)Marketlər və qidalanmaBir sözlə desək dadlı, keyfiyyətli, həm də sərfəlidir. Xüsusən də süd və ət məhsulları.Şəhərin özüKiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Kiyevdə olanlar şəhərin görməli yerlərinin şəkillərini paylaşa bilərlər. Mən havaların soyuq olması ilə əlaqədar şəhəri gəzə bilmədim... -25 dərəcədə nə gəzmək ????Nəyisə səhv qeyd etdimsə əvvəlcədən üzrlü sayın.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orkhan Os

2570 dəfə oxunub

Avropanın romantik şəhəri - Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə 'Oriente station'ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz 'miradouro'ları (viewpoint) ilə.Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop onoffları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası 'sea food' suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını 'Fəlsəfə daşı'nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və 'Fəlsəfə daş'ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi 'Cafe Majistic'də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

2032 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!