3138 dəfə oxunub

Survivor adası - Dominikan Respublikası

Sizə danışım yer üzündəki Cənnət Dominikan Respublikasından! Yoxdu belə təbiət, yoxdu belə dəniz, yoxdu belə ekzotik həzz, #yoxdubelesohbet 

Qardaşım ötən ilin qışını bu ölkədə işlədiyi üçün dostumla yeni ili onun yaninda gedib məhz Dominikanda keçirmək qərarını verdik. Öncədən deyim ki, mütləq turla getmək lazımdır, uçuş biletini və oteli ayrı almaq istəsəzəniz həm dəfələrlə baha qiymətə həm də uzun saatlarla bir neçə uçuşa başa gələcək. Ancaq turla Moskvadan birbaşa charter reyslə uçursuz Dominikə, uçuş maks 11 saat çəkir, 5 saat yatsaz 2 dənə filmə baxsaz biraz da kitab oxusaz, vuala, ordasız artıq) Qiymətləri paylaşımın sonunda qeyd edəcəm. Ölkə doğurdan da möhtəşəmdir, boş yerə Acun Survivoru burda çəkmirmiş. İl boyu yay, mükəmməl hava və esrarengiz təbiət . Yağış demək olar ki, çox az oldu və olduqca narın və xoş yağış idi. Hətta yağışda hovuza girib üzdük, başqa ləzzəti var) Hava dekabr ayı olmasına baxmayaraq 30 dərəcəyə çatırdı. Günəş səhər 7 radələrində çıxır axşam 6 da batırdı. Zakat xüsusilə çox gözəl olur.




Dominikan əsl turistik yer olduğu üçün otel seçimi kifayət qədər genişdir. Əsas La romana ve Punta Cana bölgələrindədir ən gözəl təbiəti olan 5 ulduz otellər. Otel daxilində hər cür şərait olur və əraziləri adətən çox geniş olur yəni otelden çıxmaq üçün heçbir səbəbiniz olmur. Restoranlar, voleybol futbol golf meydançaları, club, karaoke, hovuz, dəniz və s. hamısı otelin içində. Ancaq mütləq getməli olduğunuz turlar var.

1. La Hacienda Adventure Park: Burada sizi palciqli yollarla adrenalin dolu buggee riding, cengelliyin icinde 5 merheleli kilometrlerle uzanan zipline, horse riding, 10 nefer sakini olan kende gedi ve s. kimi activityler gozleyir.




2. Saona Island: One word to describe it- Paradise! Yaxtayla adaya gedirsiniz, denizin ortasinda dayaz bir yer var, orda dusub mohtesem sekiller cekdirirsiz, tebii ki sampan ve difer teamlardan dadaraq) 4 bir yaniniz mavi deniz. Daha sonra sozu geden adaya aparirlar sizi. Tebiet cox.gozel.qorunub. Denizin ( Karib denizi) dibi gorunur, ag yumsaq ozunemexsus qum, palma agaclari, mohtesem krevetka ve lasoslar, pina kolada ve s. Sekil cekdirmek ucun evezolunmaz yerdir ( see profil pic ????). Qayidisda yaxtada denizin ortasinda. diskotekaya ne deyirsiz?) Ela tecrubedir.




3. Coco Bongo Disco: This club and show blows them all away (CNN). Temamile raziyam bu feedbackle. Sizi texminen 3-4 saatliq mohtesem sou gozleyir. Pink Floyd, Queen, Guns n Roses, Michael Jackson ve diger efsane solist ve qruplarin, MadMax, GOT, Mask ve s filmlerin cover performanslari, clubun ozune mexsus sou proqram, reqsler ve s. It will definetely blow your mind ????

4. Diving and doplhin show: Hevesi olanlar ucun okeanda diving, delfinlerle uzmek sekil.cekdirmek ve s. teklif olunan turlar da var.

Santa Domingo: Paytaxtdir, sadece orda da oldum deye getmek olar, shopping mallda duzemelli hecne yoxdur, ve paytaxta gedis gelis yolu hedsiz tixac olur. Onun evezine etrafda olan diger turistik.bolgelere gedib ordaki restoranlarda yemek.yeye bilersiz, ve o bolgenin de gece heyatini tecrubeden kecire bilersiz.

Biz La romanada Grand Bahia Principe otelinde qaldiq. Oteli rahatliqla recommend edirem. Stuff her yerde cox mehriban, guleruz ve helpfuldur. Sadece otelde istediyimiz herseyin olmasi, 5 cur ferqli.restoranin, 7/24 yemek ve icki available olmasi, axsamlari.muxtelif.sou proqram.ve tedbirlerin teskil.edilmesi, ping pong, beach voleyball and football, pool handball etc. duz denizin sahilinde yerlesmesi ve s. bu oteli.secmeyimize sebeb oldu.




Qiymetler: Biz Anex turla (https://www.anextour.com/ ) getdik. Dunyanin en boyuk 2 turizm agentliyinden biridir. Saytlarina girib istediyiniz gunleri.secib qiymetlerle maraqlana bilersiz. Seyahetunizden bir nece ay evvel alsaz biletleri cox daha munasib olacaq. Ancaq biz biletleri ve oteli hem en pik vaxt ucun ( 26 Dekabr -3 Yanvar) hem de ucusdan teqriben 2ce hefte evvel bron edib aldiq. Yeni ile Dominikanda girmekden daha ekzotik ne ola biler axi?)

Yuxarida qeyd etdiyim Dominkandaki meslehetli turlarin adambasi qiymeti 100-300 dollar arasi deyisir, her turda teqdim.olunan xidmetlerin kemiyyet ve keyfiyyet meyarlarina esasen muxtelif paketler teqdim.edilir (standart, vip, exclusive ve s.).

Umumyetle cox bahali olkedir, her sey turistler ucun nezerde.tutuldugundan, ve minlerce kilometri saatlarca ucusdan sonra gelen adamlarin "day gelmisken bunu da gedek" deyerek pul.xercliyeceklerini bilerek qiymetleri kosmik qoyublar)) misal ucun 1 paket siqaret 8-10 dollaradir, gerisini ozunuz fikirlesin ???? Ancaq o boyda yolu getmisken, yuxarida qeyd etdiyim ilk 3 tura mutleq getmek ve tadini.cixarmaq lazimdir)

Dominikan rom ve siqarlari ile meshurdur, gelende mutleq alin ve orda da her ikisinin dadina baxin ????




Otelimizin kontingenti esasen Kanada, Abs, Fransa, Rusiya, Qazaxistan ve Ukraynadan gelen turistlerden ibaret idi.

Tip: bu ve diger otellerin daha bahali 18+ versiyalari da movcuddur ancaq meslehet deyil, cunki oranin kontingenti esasen pensioner yaslilardan ibaret olur, usaqli.ailelerden ve ses kuyden uzaq olmaq ucun o otelleri secirler. Umumyetle daha cavan kontingent ucun esasen 3 ve 4 ulduzli otelleri secmek lazimdir. Ancaq umumi rahatciliq, yuksek xidmet, nisbeten sanballi kontingent ucun ele bizim secdiyimiz otel mohtesem idi 

Sekil ve videolari da sizler ucun paylasiram.

Bu arada dominikana girmek ucun :Amerika, Kanada ve hetta multiple Shengen vizalari (bizim shengenle girdik) qebul edilir. Cox qonaqerverdirler  Hecbiri yoxdursa, Istanbul ve Moskvadan Dominikan ucun vizaya muraciwt ede bilersiniz. Viza demisken, usaqliq arzumdu Amerikaya (US)getmek, hele de arzu olaraq qalir, baxmayaraq ki bu defe cox yaxinlasmisdim, Miami cooox yaxin idi, denizle de getmek.olardi. heyif vizam yox idi, neyse US de qalsin basqa sefere 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Senan Kamilli

 

DİGƏR BLOQLAR

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

882 dəfə oxunub

Şəhər bələdçisi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.????????(avtobusla uyğun olmadığım üçün) ????2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro???????? idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.????Qarşılanma sıfır, ingliscə danışa bilməyən ????personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə ????????mebel, hamam və tualetin ????halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s...????Otel sahibinə ( həm də reseptionda ????oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço ????(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib ????vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.????Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.????Şəhər haqqında:4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s...????????????5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”????6. Şəhər cibgirlər ????və dilənçilər???? ilə, doludu.7. Keçən əsrin tramvayları hələ də, işləyir????( ara sıra xarab da olur)8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.????9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.❓10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) ????‍♂️-———Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və ????????????səmimidirlər.(Petruçço xaric????)2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada ????????????????????????bilərsiz.(qiymətlər münasibdi)3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.????????????4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik ????????????yüksək səviyyədədir.????‍♀️????‍♂️????????5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,????6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”????7. Dünyanın ən böyük teatr binası “La Skala”????????8. Leonardo do Vincinin «last dinner” freskası ????9. “Piazza Cavour,””Via Turati” və. 30'dan çox mərtəbəsi olan” Piazza della Repubblica”????10.”Pirelli” göydələni (36 mərtəbəli)????avour11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana ????satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır....????Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!????P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Адик Сумгаитский

818 dəfə oxunub

Amsterdam yaxınlığındakı qəsəbələr

Amsterdam yaxınlığındakı qəsəbələrBu qəsəbələr kanalları, yel dəyirmanları, qayıqları, kiçik, şirin evləri və dadlı balıqları ilə məşhurdurGələn dəfə sizə “Azadlığın şəhəri Amsterdam” - barədə yazaram. Ancaq bu gün yaxınlığındakı qəsəbələrdən danışmaq istəyirəm. Çünki Amsterdam daha çox yaxınlığındakı qəsəbələrlə yadımda qalıb.Səyahətimin ən gözəl yerini bu qəsəbələr tamamladı. Anladım ki, Niderland təkcə, Amsterdamdan ibarət deyilmiş. Volendam, Marken, Eden, Zaanse Schans – bəlkə də nağıllarda oxuduğumuz şəhərlərin təsviri elə bu qəsəbələrdən götürülüb. Hər biri gözəlliyi ilə adamı nağıllar aləminə aparır. Qəsəbələr avtobusla Amsterdama 30-35 dəqiqəlik məsafədədir. Həmin qəsəbələrə avtobus və qatarlar Amsterdamın mərkəzindəki tarixi qatar vağzalından gedir.Cəmi 10 avro ödəməkləVağzalda 10 avro ödəməklə bölgələrdə istifadə olunan günlük kart ala bilərsiniz. Həmin kartla gün ərzində saydığım bütün qəsəbələrə getmək olur. Biz gəzməyə Volendamla başladıq. Bura çox gözəl evlər, mağazalar və restoranların olduğu kiçik balıqçı qəsəbəsidir. Eyniölçülü kiçik evlər sanki turistlərin ağlın başından almaq üçün xüsusi bəzədilib. Gülərüzlü insanları bu gözəlliyi məhz səndən ötrü etdiklərini göstərmək üçün evlərinin şəkillərini çəkməyini və gedib öz ölkəndə göstərməyini istəyirlər. Məncə, çox şey istəmirlər. Bu evləri fotoaparatın yaddaşına yazmaq zövq verir. Qəsəbənin dənizə yaxın və çoxlu restoranlarının olduğu mərkəz hissəsində dadlı dəniz məhsullarının dadına baxa bilərsiz.Kiçik balıqçı qəsəbəsi – MarkenNövbəti getdiyimiz qəsəbə Marken oldu. Bu qəsəbə kiçik bir yarımadada yerləşir. Eyniboylu, yaşıl rəngli evlərdən ibarət kiçik qəsəbədir… Evlərin önündə alışdığımız çəpərlərə rast gəlmədik. Evlər bir-birindən ya güllər, ya da kanallarla ayrılır. Volendamdan Markenə gəmi ilə 30 dəqiqəyə çatmaq mümkündür.Kanallarla bəzənmiş EdenEden bir fərqli gözəllikdir. Evlərin önü böyük bir kanala açılır. Kanalın kənarına düzülən masalarda kimi şam edir, kimi kitab oxuyur, kimi də Şimal dənizinin seyrinə dalır. Küçələrdən gələn gözəl yemək qoxusu aclığımızı xatırladır. Qəsəbənin ortasındakı restoranda hollandların məşhur tərəvəzdə bişirilmiş ördək yeməyinin dadına baxırıq. Və sizlərə də məsləhət görürük.Köhnə yel dəyirmanlarının olduğu möhtəşəm qəsəbəZaanse Schans qəsəbəsi isə daha çox yel dəyirmanları ilə məşhurdur. Bu qəsəbənin hekayəsi Zaan çayından başlayır. Çayın kənarında yaşayan insanlar ta qədimdən ticarət və balıqçılıqla məşğul olublar. Bu üsulla varlanan qəsəbə sakinləri 1600-cü illərdə ilk yel dəyirmanını icad ediblər. Onlar küləkdən ilk başlarda çay daşqınlarının qarşısının alınması üçün, sonradan isə qəsəbəni sənaye bölgəsinə çevirməkdən ötrü istifadə ediblər. Ağıllı adamlardı, elə deyilmi? Həmin illərdəki 1000 yel dəyirmanından bu günə cəmi 13-ü qalıb. Bu dəyirmanları görməyə dünyanın hər yerindən turistlər gəlir. Dünyanın hər tərəfindən gələn uşaqlar isə yağlı boya ilə bu dəyirmanların şəklini çəkirlər.Niderlandı sadəcə gedib görmək lazımdır. Həm Amsterdam, Rotterdam, Haaqa şəhərləri, həm də Volendam, Marken, Eden, Zaanse Schans qəsəbələri ilə bu ölkə Van Qoqun əsərlərindən sıçrayıb çıxmış kimidir…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1464 dəfə oxunub

Yeni il bələdçisi - Varşava, Krakov, Vroslav, Qdansk, Kopenhagen, Malmö

Salamlar, Sizlərlə bu yaxınlardakı səyahətimizi və xərcərimizi paylaşmaq istədim.8 gün - 6 şəhər -3 ölkə. 217 euro=413AZN29.12.2019 Baku-Kutaisi airport - 25AZN30.12.2019 WIZZAIR:Kutaisi-Warsaw - 18AZN31.12.2019 ICC Train:Warsaw-Wroclaw - 21AZN03.01.2020 ICC Train :Wroclaw-Gdansk - 23AZN04.01.2020 RYANAIR:Gdank-Copenhag - 17AZN04.01.2020 Oresunds:Copenhag-Malmo - 23AZN06.01.2020 FLIXBUS:Malmo-Copenhairp - 10AZN06.01.2020 WIZZAIR:Copenhag-Kutaisi - 48AZN06.01.2020 Kutaisi airport-Baku. - 25AZN Transport =210AZNYerləşmə: Evlər30.12.2019-31.12.2019 1gecə Warsaw 74AZN31.12.2019-03.01.2020 3gecə Wroclaw 265AZN03.01.2020-04.01.2020 1gecə Gdasnk 92AZN04.01.2020-06.01.2020 2gecə. Malmo 207AZN Evlər = 638AZN/3nəfər = 213AZNƏlavə xərclər:1) Bir illik MULTI viza a) Rüsum 66 AZN + b) Şəkil 3 AZN + c) Hesab arayışı 10 AZN + d) Sığorta. 10 AZN =89AZN2) Kutaisi Airportunda avtomobil üçün dayanacaq ödənişi7GEL X 8gün =56 GEL = 33AZN/3 nəfər =11AZNÜmümilikdə 210+213+89+11=523AZN-lik (əslində 152AZN Airbnb kuponu istifadə etmişəm 523-152= #371AZN ) səfərimiz #Varşava dan başladı. İlk günün yorğunluğu ilə buranı 5-6 saat gəzə bilsəkdə Varşavanı görmək üçün əsas səbəb bizim dildə tam olaraq nə deyildini bilmədiyim Türkiyə Türkcəsində" #StalinKazığı" deyilən PALAC KULTURY İ NAUKİ -dir. Deyilənə görə müharibədən sonra Stalin Polşa xalqı arasında Böyük bir bina yoxsa Metro tikilməsi haqqında sorğu keçirir, Polşalıların əksəriyyəti Metronu seçsədə Stalin sorğunun tam əksini bu binanı Polşa xalqının savaş hədiyyəsi olaraq tikdirir.1952-1955ci illərdə tikilən bu bina 231m hündürlükdə 3288 otaqlı, Polşanın ən hündür 8-ci binasıdır. Stalindən sonra Polşalılar onlara zalımlıq edən birinin hədiyyəsini yıxmaq istəsə də binanın çox möhkəm olması səbəbindən sökə bilməyiblər, sonradan dövlət binanı Mədəniyyət və Elm sarayına çevirib. 31 Dekabr səhəri Varşavadan #Wroslaw-a yola düşdük .Yeni ili Wroclawin Old City si,onların dilində Rynek-ində Azərbaycanlı dostlarımızla qeyd etdik, Keçən il yeni ili Salzburgda qeyd etsəkdə deyərdimki İlk dəfə bu bayramın necə möhtəşəm konsertlə keçirilə biləcəyini bildim Wroclaw deyərdimki Polşanın ən aktiv şəhərdir.Hər küncündə dəmirdən cırtdan heykəlləri olan bu şəhər tarixinin qorunub saxlanması səbəbindən möhtəşəmdir.Növbəti gün Wroclawda yaşayan dostumuz Emin Quliyev öz avtomobili ilə bizi #Krakow-ı gəzdirdi.Krakowda bir neçə saat olduq və deyərdim ki Wroclawa çox bənzəyir. Wroclawi bizə sevdirdiyi, Krakowı bizi tanıtdığı və bütün hər şey üçün dostumuz Emin Quliyevə təşəkkür edərəm.3 Yanvar qatar ilə #Gdansk a gəib çatdıq, gəzdiyimiz bu 4cü və ən gözəl Polşa şəhəri oldu, Baltik dənizinin sahilində yerləşən Gdanskı, mərkəzindən keçən Motlawa çayına və möhtəşəm tarixi binalarına, küçə musiqiçilərinə görə sonradan getdiyimiz Kopenhagenə bənzətdik.Növbəti gün #Kopenhagen dəydik. 12saat dayanmadan əvvəldən navigatorda işarələdiyim şəhərin demək olar bütün nöqtələrini gəzdik. Kopenhagen həqiqətən mütləq gediləsi şəhərdir. Bu gözəl şəhər gördüyüm avropa şəhərlərinin içində ən fərqli olan Valetta və Praqa ilə ilk üçlüyümə daxil oldu.#Öresundkörpüsü Kopenhaegi Malmoya bağlayan bu körpü təxmini 500km yolu 16km-ə endirir. Körpünü ilk olaraq iş yoldaşımın məsləhət bildiyi Bron/Broen serialda gördükdən sonra haqqında maraqlandım. 2000-ci ildə tikilən ,aşağı mərtəbəsi dəmir yolu, üst mərtəbəsi isə avtomobil yolu olan ikimərtəbəli bu körpü 16km uzunluğundadır.İsveç tərəfdən 8km körpü, ayaqları İsveçə baglı olduğu üçün İsveçə aid olan 4km uzunluqlu süni adanın üzərində tikilmiş hissəsi və Danimarka tərəfdən 4km su altı tüneldən ibarətdir.Kopengahen airportu Öresünd boğazına yaxın olduğu və həmçinin boğazdan gəmilər keçdiyi üçün mühəndislər çətinliklə üzləşiblər.Belə ki Körpu hündur olsa gəmilər keçə biləcək amma Təyyarərin airporta düşməsinə mane olacaq, hündülüyü az olsa isə gəmilər keçə bilməyəcəkdi, bu səbəbdən #Öresund İsveç tərəfsən 60m hündürlükdə körpü, Danimarka tərəfdən 11m sualtı tünel kimi tikilib. Sevimli serialımda hər dəfə gördüyüm bu körpünü, Soundtrack-ı Hollow Talk dinləyərək yarım saata Malmöya çatmağın marağı tam ayrı idi.Körpünü keçib axsamı #Malmo da qalıb , Sabahı gün isə Malmonu gəzdik, Malmo haqqında deyə biləcəyim tək şey #Pilldammsparken Malmo parkinin tam ortasından keçən yolda yağışlı havada gecə gəzmək Malmönu sevməyə kifayət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Vusal Ekberov

1374 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!