810 dəfə oxunub

Yamayka bələdçisi - Dəniz, günəş, Reggae

Jamaica - Bob Marley, Usain Bolt, Reggae music, Twerk dance, Cannabis vətəni ????

Visa - Aeroportda almaq olur. Mən Montego Bay (Sangster İnt. Airport) aeroportunda oldum. Viza 90 günlük verilir. Qiyməti USD 100. Nəğd aparmağınız məsləhətdi, çünki viza hazırlananda siz başqa bir otaqda gözləyirsiz. Kartınız kopyalanma ehtimalı azdı ama nəğd vermək daha məsləhətdi.

Azərbaycanı tanımadıqları üçün fərqli-fərqli suallar verirlər. Tanımırlar deyəndə heç vaxt adını belə eşitməmişdilər. Azərbaycan barədə bildikləri tək şey "Ganca" dı ????
Ölkədi? Harda yerləşir? Niyə gəlmisən bura, nə işlə məşğulsan və s. qəribə suallarla qarşılaşa bilərsiz. Bütün suallara normal gülərüz cavab vermək lazımdı. Ümumiyyətlə Jamaica-da kiməsə agressiv və ya əsəbi cavab verməməyiniz məsləhətdi. Otaqda təxmini 20-30 dəqiqə gözlədim, heç bir şey soruşmadan (otaq biraz creepy otaqdı). Arada gəlib sual verib gedirdilər. 20-30 dəq sonra gətirib vizanı verdilər çıxdım.

61513938_2531044383575050_4358659865703350272_o

Montego Bay maraqlı şəhərdi. Bob Marley ev muzeyi ordadır (düzəliş: Kingstondadı), Karib dənizinin sahillərindədi. Mən May ayının sonunda oldum. Pis cəhəti günortadan sonra yağışlı olur hava, yaxşı cəhəti Mochafest var Mayın sonunda ???? Youtube-da baxa bilərsiz Mochafest festivalı necədi lol.

Local pul - Jamaican dollaridi ama US Dollar da keçərlidi hər yerdə. 1,5,10 USD dollar aparmağınız məsləhətdi.
Local dil - 4x sürətləndirilmiş ingilis dili ama öyrəşirsən 1-2 gün sonra.

Montego Bay ən maraqlı yerləri dənizkənarı Negril və Ocho Rios bölgələridi, turistik yerlərdi. Ən çox afro-amerikan, amerikan və ingilis turistlərdi. Negril-də Seven Miles Beach, Cannabis plants, Blue Hole, Jungle və Bourbon discoları maraqlıdı. Hedonism island deyə maraqlı bir yer var (getmədən maraqlanmağınız məsləhətdi ???? ). Ən marağlı yerlər local insanların yaşadığı kəndlərdi ona görə turistik yerlərdə çox gəzməməyiniz məsləhətdi.

61618098_2531044686908353_2641956962136227840_o

Reggae music - Hər yerdə eşidəcəksiz, həvəskarlara maragli olar. Local barlara gedin mütləq maraqlıdı.

Carribean Rum (coconat, gold, cream, original) - Mütləq yoxlayin, fanatlar üçün maraqlı təcrübədi.

Ən məşhur yeməkləri - Jerk Chicken, bütün yeməylərini mən yeyə bilirdim ama banan qaynatmasını hamının yeyəcəyinə əmin deyiləm ????
Ağacdan mango və ya jelly coconat dərib jamaican style yemək maraqlıdı.

Cannabis - Ganja (local dildə) Jamaikada legal deyil illegaldi ama de-kriminallaşdırılıb 2015də. Cəriməsi əgər polis saxlasa USD 5 -di ???? Ölkədə rastlaşdığım hamı çəkirdi) Polis heç kimi cərimə eləmir buna görə ????Ölkədən çıxartmaq və ya çıxartmağa çalışmaq cinayət sayılır. p.s. səhiyə nazirliyi xəbərdarlıq edir)

61865198_2531044360241719_5968160153634078720_o

Rastafari - local təriqətdi, onlarla söhbət eləməy maraqlıdı. Rituallarından biri cannabis çəkməkdi lol. De-kriminallaşdırılmasının əsas səbəbi rastafarian təriqətidi.

Twerk barədə çox yazmayacam, yazmaqla təsvir eləmək mümkün deyil ???? . Özünüz görməyiniz məsləhətdi ama onu deyə bilərəmki *They are the best* ????

Çox səyahət təcrübəsi olmayanların tək səyahət etməməsi məsləhətdi. Hər yerdə turistə ayrı qiymət, local əhaliyə fərqli qiymətdi. Hamı sizə nəsə satmağa çalışacaq, bezdirirlər bəzən ama aggresiv və ya əsəbi cavab vermək olmaz. Gülərüzlə imtina eləmək lazımdı. Locallar ancağ sizə nəsə satmaqla zərər verə bilərlər, başqa heç bir zərər vurmazlar narahat olmayın. Hamı kayfdadı onsuz ???? .

61996164_2531044333575055_6032250604812763136_o

Suallar olsa kommentdə bacardıqca cavab verməyə çalışacam.

P.S. Jamaica təbiəti və dənizi üçün səhayət ediləsi ilk sıralarda olan bir yer deyil, getmədən öncə yaxşı araşdırmaq lazımdı ki, gözləntilərinizi qarşılasın və zövq ala bilesiz????

Uğurlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Bahruz Sadigov

DİGƏR BLOQLAR

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

936 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

601 dəfə oxunub

Seyşel adaları

Seyşel adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hind okeanın gizli xəzinəsi sayılan bu adalar tropik ada sevərlər üçün idaaldır. Məhşur “Seychelles”ə getmək əslində heç də çətin və əlçatmaz deyil. Hətta deyərdim istəsəniz bir Antalya səyahətindən daha ucuza başa gələ bilər. Seyşellər ümumilikdə 100-dən çox irili-kiçikli adalardan ibarətdir. Bu adalar möhtəşəm sahilləri, tropik meşələri, təbiəti ilə insanı özünə heyran qoyur. Azərbaycan vətəndaşları üçün bu adalara viza bu ölkənin girişində 30 gün müddəti üçün verilir. Viza xərci 70 USD məbləğindədir. Həmçinin sizdən geri dönüş bileti, qaldığınız yerlərin siyahısını və qalacağınız müddət üçün üzərinizdə pul olub-olmamasını göstərməyinizi tələb edə bilərlər. Viza proseduru sadədir 15-20 dəqiqə müddətində həll olur. 1 il işləyib gedib Antalyada 1 həftə all inclusive qalıb heç bir yadda qalan xatirə olmadan geri qayıtmaqdansa mavi okean suları, fantastik tropik meşələri, ağ və sarı qumlu dünyanın ən fotogenik sahilləri olan bu adalara getmək bir çoxları üçün məncə daha maraqlı və ömürlük unudulmaz bir tətil olar.Seyşel adalarına muxtəlif variantlarla getmək mümkündür. Air asia, fly dubai ilə low cost, Qatar airways və ya Türk hava yolları ilə isə normal uçuşla adalara səyahət edə bilərsiniz. Türk hava yollarının birbaşa adaya 8 saatlıq uçuşu vardır və tez-tez həmin istiqamətdə kompaniyalar edilir. Məsələn keçən ay İstanbul-Seyşel-İstanbul reysinə 450 dollara bilet tapmaq mümkün idi. Baku-İstanbul-Seyşel reysinə gediş-dönüş hazırda 650 dollar ödəməklə istənilən aya bilet tapa bilərsiniz. Türkiyədən uçuşun ən böyük üstünlüyü təyyarənin gecə saatlarında uçmasıdır, yəni boşuna gün itirmiş olmursuz. Təyyarə Türkiyə saatı ilə 02-də istanbuldan çıxır və səhər saat 10-da artıq Seyşel adalarında, Mae beynəlxalq aeroportunda olursunuz. Biletin bahalığı səbəbi ilə digər tropik adalarda olduğu kimi 10 gündən çox həmin adalarda qalmağınız məsləhətdir. Temperatur ilin bütün fəsillərində eynidir (25-35 dərəcə arası) və istənilən ayda isti okeanın dadını çıxara bilərsiniz.Seyşelin 3 məhşur adası vardır. Bunlar Mae, Praslin və La Digue adalarıdır. Adalar çox böyük deyillər və qaldığınız müddətdə bütünlükdə gəzə bilərsiniz. Mae adası ən böyük adadır və aeroport həmin adada yerləşir. Əgər hər üç adanı gəzmək istəsəniz uçuşdan sonra mini 20 nəfərlik kukuruznik təyyarələrlə digər 2 adaya uçub oraları gəzin və səyahətin sonunda Mae adasına gəlib 5-6 gün qalıb geri qayıdın. Mae adasından Praslinə mini təyyarələrlə uçuş təxminən 10-15 dəqiqə davam edir, qiymət 60-70 manat arası olacaq. Biletləri airseychelles.com saytından ala bilərsiniz. Praslindən La digue adasına 15 dəqiqəyə katerlə gedə bilərsiniz (15 euro) və sonda LA Diguedən Maeyə (50-60 euro) katerlər 1 saata qayıtmaq mümkündür. Kater qiymətləri kifayət qədər bahadır. Seyşel adalarında əhali ingilis və fransız dillərində danışır.Ölkənin valyutası Seyşel rupisidir. Euro ilə getməyiniz daha məsləhətlidir. 1 euro 14 rupidir. Adalar tam təhlükəsizdir. Exchangelərdə digər Asiya ölkələrindən fərqli olaraq heç kəs sizə atmağa çalışmır. Demək olar hər yerdə valyuta kursları eynidir. Seyşellər tək gəzən gəzginlər üçün ideal yer deyil. Burda əyləncə, səs-küy, gecə həyatı zəifdir. Adalarda daima sakitlik vardır və bu insana rahatlıq verir. Adalarda avtomobil azdır. Əsasən velosiped və motolar istifadə edilir. Velosipedlər günlük təxminən 10 manata kirayə götürmək mümkündür. Həmçinin suları göz yaşı kimi təmiz olduğundan Seyşellər şnorkel üçün ideal yer sayılır. Atla gəzmək və ağ qumlu sahillərdə oturub dincəlməyin özü insana rahatlıq verir. Avtomobillərdə sükan sağdadır, bu səbəbdən avtomobil icarəyə götürüb sürmək bizim vətəndaşlar üçün biraz çətinlik yarada bilər. Adalarda taksilər inanılmaz dərəcədə bahadır. 10-15 dəqiqəlik məsafəyə 50 euro pul istəyə bilərlər. Taksilərdən uzaq durun. Mae adasında rahatca avtobusdan istifadə edə bilərsiniz. Yalnız avtobusa çamadanla oturmaq olmaz. Bütüb ölkədə avtobus qiyməti eynidir, 5 rupi yəni təxminən 0.50-60 qəpik.Paytaxt şəhəri Mae adasında yerləşən Viktoriya şəhəridir. Bu şəhər Afrikanın ən kiçik paytaxt şəhəri sayılır. Paytaxtda yerləşən mərkəzi bazar ölkənin ən ucuz yerlərindən biri sayılır. Özünüzə gərəkli olan bütün ərzağı ucuz qiymətə buradan ala bilərsiniz. Balıq məhsulları, hindistan cövizi, tropik meyvələr burada digər ərazilərlə müqayisədə 3-4 dəfə ucuzdur. La Digue adasında təkcə velosiped istifadə etməyə icazə vardır. Buna görə ada həddən çox sakitdir. Bütün adalarda otel qiymətləri bahadır. 2 nəfər üçün təxminən 50-70 Euro ödəməklə normal vəziyyətdə olan 2-3 ulduzlu otellərdə qala bilərsiniz. Couch və airbnb ilə daha ucuz evlər tapıb qala bilərsiniz. İstəyən özü ilə çadır aparıb çadırda belə gecələyə bilər. Lap sahildə tropik ağacın altında belə yata bilərsiniz. Əsas məqsəd gəzmək və həmin gözəlliyi görməkdirsə xərcinizi aşağı salıb bu adalarda 10-15 unudulmaz gününüzü keçirə bilərsiniz.Hər kəsə uğurlu səyahətlər. Yolunuz açıq olsun!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

2816 dəfə oxunub

Fransa - Paris bələdçisi

Parisdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Paris, həyat üçün bayramdr. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən,harasa getmək istəsən belə, Paris həyatının hakimidr. E.Heminquey Paris haqda deyib.☺️Parisə sadəcə sevgi, romantika şəhəri demək azdr, mədəniyyət,tarix,incəsənət,moda şəhəridir bura.Yüz illərlə Paris müxtəlif sevgi dramlarına,sevgililərin gözəl hekayələrinə şahidlik edib. Onun divarları ən xoş sözləri ən gözəl xatirələri özündə saxlayıb. Romantizm şəhərin hər yerinə, hər küçəsinə yazılb.Sanki bütün şəhər əl-ələ verib sizə sevgi mahnısı oxuyur.Buna görə də sevgi,eşq bu şəhərə bu qədər yaraşır.????Paris deyəndə yada Eyfel düşür. Mən Eyfeli bəzəkli gəlinə oxşadıram. Gecə görüntüsü????Mütləq özünüzə onu görmək şansı verin????Məncə Paris hər qadına yaraşan paltardr. Parisə addım atan hər qadın burada öz gözəlliyini hiss edir.Bu sırf şəhərin abu-havası, romantikliyi ilə bağlıdr.Hər küçə 1xatirə danışır insana.????Heç nə etməsəz belə Paris küçələrində gəzmək çox romantik xatirədir. ????????Gəzərkən fransız musiqisi calan kafenin yanından keçib fransız filminin qəhrəmanı kimi hiss edərsiniz özünüzü.Məsələn, Parisdə aşiq olmaq, eşq sərxosu olmanız üçün qırmızı şərab içməyinizə gərək yoxdur. Şəhəri gəzmək sizi aşıq edər, hələ yanınızda sevdiyiniz varsa sərxoş da ola bilərsinz????Bu şəhərdə pis əhvalda gəzmək mümkün deyil, demək olar şəhərin hər yerindən Eyfeli görmək olur. Bu gözəlliyi görüb necə xoşbəxt olmamaq olar?????Amma Paris nə qədər romantik şəhər olur olsun sevdiyiniz insan yanınızda deyilsə nəyinsə çatışmadığın hiss edirsiniz. Bu mesajı sizə şəhərin abu-havası verir, insanların baxışı verir,küçələr verir, anidən səslənən fransız müsiqisi verir... və oradan qayıdanda ağlınızda 1cümlə ilə tərk edirsiniz şəhəri “bura 1gün mütləq sevdiyim insanla gələcəm”♥️Parisə gedəcək qədər böyük hekayəniz, Parisə aşiq olacaq qədər duyğunuz, Parisi duya biləcək qədər emosiyalarınız, hə bir də gedib çıxacaq qədər pulunuz yox, istəyiniz olsun deyirəm.???? Çünki bahalı şəhər adlansa da orta büdcə ilə gedib gəzmək olar. Əsas odur istəyəsiniz. 1şeyi istəmək çox önəmlidir. Mütləq istəyin, arzulamaqdan qorxmayn,ən gözəlini arzulayn????????Parisdə krep yemədən gəlməyimParis hər zaman dogru seçimdir????Instagram: @xumaragaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xumar Agayeva

1527 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!