1503 dəfə oxunub

Fransa - Paris bələdçisi

Parisdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Paris, həyat üçün bayramdr. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən,harasa getmək istəsən belə, Paris həyatının hakimidr. E.Heminquey Paris haqda deyib.☺️

Parisə sadəcə sevgi, romantika şəhəri demək azdr, mədəniyyət,tarix,incəsənət,moda şəhəridir bura.Yüz illərlə Paris müxtəlif sevgi dramlarına,sevgililərin gözəl hekayələrinə şahidlik edib. Onun divarları ən xoş sözləri ən gözəl xatirələri özündə saxlayıb. Romantizm şəhərin hər yerinə, hər küçəsinə yazılb.Sanki bütün şəhər əl-ələ verib sizə sevgi mahnısı oxuyur.Buna görə də sevgi,eşq bu şəhərə bu qədər yaraşır.????

74363285_2357401204511635_6321952703048056832_n

Paris deyəndə yada Eyfel düşür. Mən Eyfeli bəzəkli gəlinə oxşadıram. Gecə görüntüsü????Mütləq özünüzə onu görmək şansı verin????

Məncə Paris hər qadına yaraşan paltardr. Parisə addım atan hər qadın burada öz gözəlliyini hiss edir.Bu sırf şəhərin abu-havası, romantikliyi ilə bağlıdr.Hər küçə 1xatirə danışır insana.????Heç nə etməsəz belə Paris küçələrində gəzmək çox romantik xatirədir. ????????Gəzərkən fransız musiqisi calan kafenin yanından keçib fransız filminin qəhrəmanı kimi hiss edərsiniz özünüzü.Məsələn, Parisdə aşiq olmaq, eşq sərxosu olmanız üçün qırmızı şərab içməyinizə gərək yoxdur. Şəhəri gəzmək sizi aşıq edər, hələ yanınızda sevdiyiniz varsa sərxoş da ola bilərsinz????

73446242_2357401237844965_6915800625426989056_n

Bu şəhərdə pis əhvalda gəzmək mümkün deyil, demək olar şəhərin hər yerindən Eyfeli görmək olur. Bu gözəlliyi görüb necə xoşbəxt olmamaq olar?????

Amma Paris nə qədər romantik şəhər olur olsun sevdiyiniz insan yanınızda deyilsə nəyinsə çatışmadığın hiss edirsiniz. Bu mesajı sizə şəhərin abu-havası verir, insanların baxışı verir,küçələr verir, anidən səslənən fransız müsiqisi verir... və oradan qayıdanda ağlınızda 1cümlə ilə tərk edirsiniz şəhəri “bura 1gün mütləq sevdiyim insanla gələcəm”♥️

73270559_2357401264511629_3277688550887260160_n

Parisə gedəcək qədər böyük hekayəniz, Parisə aşiq olacaq qədər duyğunuz, Parisi duya biləcək qədər emosiyalarınız, hə bir də gedib çıxacaq qədər pulunuz yox, istəyiniz olsun deyirəm.???? Çünki bahalı şəhər adlansa da orta büdcə ilə gedib gəzmək olar. Əsas odur istəyəsiniz. 1şeyi istəmək çox önəmlidir. Mütləq istəyin, arzulamaqdan qorxmayn,ən gözəlini arzulayn????????
Parisdə krep yemədən gəlməyim
Paris hər zaman dogru seçimdir????
Instagram: @xumaraga

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Xumar Agayeva

DİGƏR BLOQLAR

Meksika bələdçisi - Tulum

???????????????????????????????? deyəndə ağlımıza ilk gələn şey təhlükəli ölkə olduğu, narkotik, çöllük, kaktuslar, balacaboy bığlı daydaylar və.s Ama bir başqa düşüncə ilə yanaşsaq Meksikanın bir cənnət olduğunu görə bilərik. Mən bu dəfə yollandım Karib dənizi sahillərinə. Bura Meksikanın Quintana Roo ştatı sayılır. Bu ad “Kintana Ru” deyə oxunur. Mayalılar bu ştatdada məskən salmışlar. Ştatda yerləşən Karib dənizi – Qərb yarımkürəsində tropik dənizdir, Atlantik okeanınına daxildir. Ən dərin nöqtəsi isə 7,686 metrdir və Cənubi Amerikanın tərkibindədir.  ????Ştatda yerləşən çoxunuzun bildiyi yerlər isə Cancun, ????????????????????, ℙ???????????????? ???????????? ℂ????????????????????, ℍ????????????????????, ???????????????? ????????????????????????????, və ştatın biraz aralığında yerləşən möcüzəvi “ℂ???????????????????????? ????????????????” piramididir. Cancuna getmədim çünki daha çox turistlik bir yerdir ora getdin pul çox çıxır. Mən onnansa Playa Del Carmenə getməyi üstün tutdum həmdə daha çox yer gəzmiş oldum..  ✈️ Playa Del Carmenə gəlmək elədə ucuz başa gəlmir ama ömrünüzdə bir dəfə də olsun buranı mütləq gəlib görməlisiz. ???? Mən Merida şəhərindən Cancuna aftobus ilə gəldim. 4 saatlıq yoldu 35 manat ödədim. Aftobus sizi Cancun şəhərinə gətirəcək. ???? Daha sonra başqa bir aftobusa 8 manat ödəyib Cancun aeraportuna yollandım. Yarım saatlıq yoldu. Bakıdan gəlmək istəyənlər İstanbuldan Cancuna uçuşlar var və ya Avropa üzərindən münasib qiymətə biletlər əldə edə bilərsiz. Daha sonra playa del carmenə yollana bilərsiniz.  ???? Cancun aeraportunda dostlarımla görüşdüm və başladıq səyahətə. Biz 4 nəfər idik deyə maşın kirayalaq dedik həm şəhəri həmdə şəhər ətrafını gəzmək üçün əlverişlidir. America Rente cardan Cip götürdük 3 günlük. 4 nəfərə 330 manat ödədik. Maşına benzin vurmaq məsələsidə var. Buda 180 manat. Çünki dolu qaytarmaq lazımdı maşını ???? Qalmağa yeri Airbnbdən ev tutduq Playa del Carmendə. 5 mərtəbəli bina evidi şəhərin mərkəzində yerləşir. binanın üstündə gözəl bir hovuzu var. Evdə hərşey qaydasında idi. Evdən çıxan kimi restoranlar kafelər shopping mollar çox yaxındadı, elə küçə özü turistik bir yerdi. Bu evi 4 nəfərə tutduq, ümumi 3 günə görə 365 manat ödədik.???? https://www.airbnb.com/rooms/16911597?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445???? İlk günün planı Chichen İtzanı gedib görmək idi. Adı “Çiçen İtsa” kimi oxunur. Playa del Carmendən 185 km, hardasa 2 saatlıq məsafə aralıqda yerləşir. Magistral yola maşınla daxil olmaq üçün 20 manat ödəməlisiniz. Yol üstü Valladolid kəndinə baş çəkib gəzdik həmdə yemək yedik. Kənd çox rəngarəngdir. Daha sonra yola düşdük Chichen İtzaya.  ????Chichen İtza piramidi bir möcüzədir. Bu piramidin yerləşdiyi İtza bir maya kəndidir. 1841 ci-ildə Jhon L. Stephens tərəfindən kəşf olunub. Chichen İtzaya giriş bileti 43 manatdır. Maşın parking eləmək 7 manatdır. Birdən əlinizdə kamera görsələr 4 manat əlavə ödəməli olacaqsız. Saat 5 də bağlanır. Daha sonra Light Show başlayır bunu heç qaçırıb eləməyina. Mütləq daha öncədən bilet alın. Qiyməti isə 22 manatdır.  ????Tulum candır, cənnətdir, buranı səyahət etmək üçün ən gözəl vaxt dekabr – aprel aylarıdır. Tulumda görüləsi yerlər isə Casa del Cenote, Pyramid El Castillo. Archeological Zone of Tulumdur. Ora gedib də Ahau Tulum art önündə şəkil çəkməsəz lap günaha girmiş olarsız. ????Tulumda Mayalıların yaşadıqları yerə giriş bileti 6 manatdı əgər foto aparat görsələr əlavə pul vercəksiz ona görə öncədən gizlədin. Burda Mayalılardan qalmış yerləri görə bilərsiz həqiqətəndə möhtəşəmdir. ????Holbox adası bəh bəh hə buna deyərəm istirahət etmək. Elə neçə gündü qaça qaç ora get bura get yorğunçuluq. Bura isə istrahətin tam məkanıdı. Holbox adasına biz Playa del Carmendən maşın ilə hardasa 1 saat 40 dəqiqəyə getdik. Maşın parkinginə görə 5 manat ödədik. Daha sonra adaya getmək üçün qayıqdan istifadə etdik adam başı 14 manat edir. Böyük və ya kiçik qayıq fərq eləmir eyni qiymətdi. Yarım saata çatdıq adaya. Adada qiymətlər od tutub yanır dəhşət bahaçılıqdı. Axır bir restoran tapdıq adam başı yeməyə 15 manat ödədik. Dəniz üçün kirayə çətiridə qiymətin aşağı sala sala axır bir nəfər üçün 10 manata verdi.  ????Gran Senoteyə giriş bileti 16 manatdı. Bura daxil olduqda öncədən mütləq duş alıb başınızı yumalısınız. Su çox təmizdir içində isə balıq və tisbağalar var. Dərinliyi 2m-dən 25m-ə qədərdir.Yeyib içmək və Restoranlar ????????????Elə evdən bir iki addım uzaqlıqda yerləşən mənim favori restoranım El Sangha-Rito idi. Qulluğ super yeməklərədə söz ola bilməz. Qiymət isə 9 manat ödədim içki ilə birlikdə.????Valladolid kəndində qəşəng bir restoran var adı Las Campanas-dır yeməklərin dadı super qiymət isə cibə uyğun. Ortalama yemək içki ilə birlikdə 10-12 manat xərciniz çıxa bilər.☕️Chichen İtzada saat 5-ə kimi gəzib dolandıq daha sonra isə Light Show-nun başlamasını gözlədik elə bu arada da Oxtun kafedə oturub bir kof içdik. Bir kofe 5 manat.????Chichen İtzadan döndükdə elə axşam idi yolda dayanıb şam yeməyi yeyək dedik bu arada yolda Los Pepes restoranı görüb getdik ora. Əgər kofe içmək istəsəz arxa tərəfində ☕️İtalian Kofe var orda əyləşib bir kofe içə bilərsiniz.????Tuluma gedərkən El CAmello restoranında yemək yeyib daha sonrada☕️ Azul kafedə bir kofe içib Tulumun dadını çıxara bilərsiniz. Yeməyə 7 manat latteyə isə 6 manat verdim.Vaxtınızı ayırıb oxuduğunuz üçün hərkəsə təşəkkür edirəm.. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1074 dəfə oxunub

"King's landing" - Dubrovnik bələdçisi

Salam, ilk dəfə səyahətim haqqqında mən də bir şeylər yazmaq istədim. Ötən bir həftə Dubrovnik/Xorvatiya, Kotor/Monteneqro,Mostar/Bosniya&Hersoqovina da oldum.Xorvatiya barədə qısa məlumat:- Avropa Birlİyinə daxildirlər. Şengenə daxil deyillər. 2025-ci ilə kimi daxil olmağı planlaşdırırlar- Öz pul vahidlərini - kuna işlədirlər. Növbəti ilə avroya keçməyi planlaşdırırlar. Əhali arasında Yunanıstanın gününə düşəcəyik kimi narazıçılıqlar var.Dubrovnik: - Dubrovnik əsasən yay turizmi ilə məşhurdur. Digər aylarda da tarixi və ya “Game of Thrones” turları olur, amma çox kiçik həcmdə- Dubrovnik 14-19 cu əsrlərdə Osmanlıya vergi və hədiyyələr verməklə öz müstəqiliyyini qoruyub, saxlamışdır - “City Wall Tour“ etsəniz Dubrovnikin tarixi barədə, öz müstəqilliklərini necə qoruduqlarını və sonda Napoelona necə uduzduqları barədə hekayələr eşidəcəksiniz- Dubrovnik qala divarlarının uzunluğu təqribən 2km (1940 m) və təqribən 940 pilləkəndən ibarətdir (Ümumiyyətlə Dubrovnik köhnə şəhərdə 5000 pilləkan var). Instagram şəkilləri çəkmək üçün də Qala divarlarına getmək olar. Mənzərə yaxşıdır. Qala divarlarında həm də Daenerys-in əhdahalarla bir səhnəsi çəkilib. - Köhnə şəhərdə (old town) yaşayanların 50%-i evlərini turistlərə kirayə verir və özü başqa yerdə qalır. Orta aylıq maaş 800 avro civarındadır. Köhnə şəhərdə bir günlük kirayə 100 avro civarındadır. Bir yerli bu bizi tənbəl öyrədir deyə mənə şikayət belə etdi - Dubrovnikdə turizm uzun müddət olsa da şəhər “Game of Thrones” çəkilişlərindən sonra daha çox məşhurlaşdı və turist axını başladı- Əgər “Game of Thrones” azərkeşisizsə, “Game of Thrones” turu götürə bilərsiz. “Walk of Shame”, “Joffreyin toy mərasimi”, “Little finger ilə Cersei dialoqu” və s çəkiliş yerlərini yaxından görə bilərsiz. Əgər orijinal “Iron Throne”-u görmək istəyirsinizə, Lokrum adasına getmək lazımdır. Məndə buna vaxt çatmadı. - Amma Lokrum adasını yaxından görmək üçün “Kayak turu” etdim. Kayak turu ilə ilk öncə Dubrovnik divarlarını dəniz tərəfdən yaxından görürsüz, sonra Lokrum adasının ətrafına dövrə vurub, ordakı mağarada biraz istirahət edib/instagram şəkilləri çəkirsiz. Ada həm də “Nude qaya çimərliyi” ilə məşhurdur. Tur sonda Dubrovnik sahilində başqa mağaraya gəlir. Orda üzüb, eyni zamanda “snorkeling” edə bilərsiz. - Günəşin batmağını və şəhərin panoramik görüntüsü üçün Srd dağına getmək məsləhətdir. Orada ponarama restoranında romantik yemək də yeyə bilərsiz- Dağda biraz irəlidə “axırıncı qala” var. Ora yollar yaxşı olmadığına görə çox tur getmir. Ya yürüyüş etməklə, ya da “Buggy Safari“ turları ilə getmək olur. Qala son Balkan müharibəsində dağılıb və hələ də bərpa olunmayıb. Bərpa edək yoxsa müharibənin xatirəsi kimi saxlayaq şəklində debatlar gedir. - Dubrovnikdə bir neçə çimərlik var, çimərliklərin keyfiyyəti yaxşıdır. Bundan əlavə Dubrovnik adalarındakı çimərliklərə də turlar var.- Əgər əylənmək istəyirsizsə, ən məşhur klub, “Club Revelin”-dir. Covid-ə görə gecə 12-də bağlanır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Ismayilov

812 dəfə oxunub

Əsrarəngiz Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu səyahətə biz xüsusi hazırlaşmışdıq çünki ikimizin də Uzaq Şərqə ilk səyahəti idi. Çoxlu blog yazıları və İndoneziya (Bali) haqqında məqalələr oxumuşduq  Gəzəcəyimiz yerlərin uzun bir siyahısını hazırlayıb getdik Baliyə.Bali İndoneziyada yerləşən minlərlə adadan biridir. Biz 7 gün qaldıq. Əgər getməyi planlayırsınızsa siz də ən az 7 gün düşünün. Çünki ada o qədər zəngin və rəngarəngdi ki, o qədər uzaq məsafəni heyfslənərək qayıtmaq yaxşı olmaz Adada necə ki yerli əhalidən çox turist var, eləcə də maşından çox motosiklet görəcəksiz. Yollar çox ensiz olduğundan millimetr məsafəylə ötüşür maşınlar və ya motosikletlər bir-birinin yanından. Əgər motor istifadə etməyi bacarırsınızsa onu kirayə götürün, yox maşın düşünürsünüzsə yaxşı olar ki günlük sürücü (təxminən 10 saat sizi istədiyiniz yerə aparır) danışasınız. Sükan sağdadır və hərəkət soltərəfli olduğundan çaşdırıcı ola bilər. Sürücünün etibarlı olması da əsas məsələdir çünki bel çantası belə olsa hər yerə daşımaq istidə yorucu olur. Bizim sürücü Gusti o gəzintinin ən gözəl, şirin, unutmayacağımız parçası oldu Harda və necə qalmaq məsələsinə gəldikdə isə o sizin necə bir yer istəməyinizlə bağlıdı. Tamamən təbiətlə iç-içə mi, yoxsa bir az Avropa şəhərlərini andıran hərəkətli yerlər mi (Kuta, Hard Rock cafenin-inanılmaz zövq aldıq- yerləşdiyi bölgə. 1 günlük gedib gəzmək olar amma tətili orda keçirmək Baliye haqsızlıq olar  ) və ya okean və ya dənizə yaxın yer (daha çox sörfçülerin tərcih elədiyi yerdi. Ora da 2 gün ayırdıq, okeanın altına endik, paraşut və dəniz sahili) olması mı. Biz Ubudda qaldıq. Ubud mərkəzdə olan bir yerdi və gedəcəyimiz yerlərə daha rahat gedə bilərdik. Və dediyim o təbiətlə iç-içə olan yerdi. Bali ümumiyyətlə elə bir yerdir ki hər addımda yabanı təbiət sizi heyrətləndirir. Luks, göstərişli, insan əli ilə düzəlmiş məkanlara çox rast gəlməyəcəksiz. Eyni zamanda böyük otelde qalmağın da mənası yoxdu Balidə. Palma ağaclarının əhatəsində olan, özəl hovuzlu villa tipli qonaqlama yerləri əsl Bali abu-havasındadır.Meymun meşəsi, Düyü tarlaları (UNESCO'nun qoruması altındadır) və yüzlərlə ibadət yerləri. Bu ibadət yerlərinin (daxil olarkən hamı qursaqdan aşağı bağlanmalıdır) bəziləri min illərdir var. Bali adasının sakinlərinin əksəriyyəti hindu dininə sitayiş edir və dinlərinə çox sadiqdirlər. Hər bir evin girişində 2 qorxulu üzlü heykəl var. Bunlar qardiyanlardır və evi şər qüvvələrdən qoruyurlar. Bu arada, hansı evin varlı, kasıb olması da bu gardiyan heykəllərdən bilinir. Varlılar vulkan daşlarından düzəltdirir heykəllərini. Gündə bir neçə dəfə kiçik qablarda yeməklər qoyurlar hər küncə ki digər canlılarda da qidalansın və beləliklə tanrılarına təşəkkür edilər indoneziyalılar.Bizə ən çox təsir edən mənzərələrdən biri də Kimtamani ərazisində yerləşən Batur vulkanı oldu. Baliyə gedərkən təyyarə o vulkanın üstündən keçir. Olduqca vahiməli görüntüsü var))Və əsla etmədən dönməməli olduğunuz şey Bali masajıdı əlbəttə) "yenidən doğuldum" dedizdirir adama.Orda qaldığımız müddətdə azərbaycanlıyla heç rastlaşmadıq. Daha çox rusları gördük (orda balayına Baliye gəlmək çox meşhurmuş), 3-4 çift türkiyəli ilə rastlaşdıq. Turistlərin əksəriyyətini avstraliyalılar (daha çox sörf üçün gəlirlər) , amerikalılar və çinlilər təşkil edir. Bali yazmaqla bitməz) Faydalı olacağını düşünürəm postun. Hər kəsə mənalı, unudulmaz tətillər arzulayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibzade

896 dəfə oxunub

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

1697 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!