1492 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.

Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.beach

Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.

Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.

Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.

Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...
İnsanları da çox qonaqpərvərdi.

Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...Vulkan

???? Yaxşı mənada təəccübləndirən məqamlar:

???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.

???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.

???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.

???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.

???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.
Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )

???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.

????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?

Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)

P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ali Akbar

DİGƏR BLOQLAR

Ekzotika turu: Meksika Bələdçisi

Ekzotika turu - Meksika gündəliyi Bir zamanlar cinayətkarlığın ən pik həddə olduğu, lakin indi turizmin beşiyi, 100 milyonlarla insanın rəğbətini qazanmış düyanın top turistik yerlərindən biri. Meksikanın sahilyanı 3 şəhərini gəzdik. Qısa izah verməli olsam: Cancun - lüks otellər və klub həyatı (night life) Tulum - əsl sevgini dadında yaşayacağınız - sadəlik, təbilik və zərafətin birləşdiyi yer Playa de Carmen - istiqanlı və maraqlı izdihamıyla sizi darıxdırmayacaq bir şəhərÜmumilikdə, Meksikanı çox sevdim, sözün əsl mənasında. İsti sevməyən adam burda istini sevdi. O dərəcə. Həyat çox sadə, rahat (flexible), azad ruhlu, öz aləmindədir. Xanımların gecə rahat şəkildə velo sürməyi, moped istifadəsi, bir sözlə rahat şəkildə hərəkət etməyi mənə görə üstün nüansdır. Etiraf etməliyəm ki, yerli əhalidən çox olmasa da, qonşu və digər ölkələrdən gələn xanımlar o qədər gözəldirlər ki, sanki yığma komandadır Sanki hərkəs hərşeyini atıb gəlib burada özü üçün yaşamağa. Xoşbəxtdirlər.Çox da ekonomik yer sayılmaz. Nə çox baha, nə çox ekonom. Orta və ortanın üstü. Pulları ölkənin özünə məxsus peso pul vahididir, 100 peso = 8.50 azn. Pesonun işarəsi $-dır. Yəni bildiyiniz dollar, amma bu sizi çaşdırmasın. Ya qiyməti soruşun, ya da telefonda valyuta olsun. Heçdə dürüst deyillər. Mütləq pulu pesoya çevirin. Dollar versəz, aşağı kursla dəyişəcəklər, ki, bu yaxşı deyil. İçki - mağazada 2-3 usd (pivə), kokteyl (8-15 usd), hansısa restoran və ya barda bu qiymətlərdən 1-5 usd arasl əlavə olacaq ya yox. Yemək - əsasən meksika mətbəxinə üstünlük verirdik: burrato, fayitas, tacos, dəniz məhsulları. 2 nəfərə ortalama 40-50 azn (ortabab restoran), biraz turistik, populyar yerdə 140-200 azn. Yol kənarında manqo satılır mütəmadi, 1 ədədi normalda 60 peso (5 azn) Qonaqlama - bunun üçün istənilən qiymətə demək olar ki, yer tapmaq mümkündür. Dəniz kənarı babat komplekslər var - Maya tulum kimi.Şəhər mərkəzində bizim qaldığımız çooox möhtəşəm üstü bir hostel (Tulum) var: Mayam Monkey Tulum hostel (bu hostelə görə Azer Hasanovə çoxlu manqo düşür )Gecəsinə 1 nəfər üçün 40 azn ödədik (səhər yeməyi daxil). Hosteldən çölə çıxma, elə oradaca dincəl vəssalam, ciddiyəm .(Hosteldən fotolar əlavə etmişəm) Nəqliyyat - ölkədə 2 təkərlilər prioritetdir, daha hörmətlidir bizim nəqliyyat sistemindən fərqli olaraq. Mobedin günlük kirayəsi 500-800 pesodur (45-70 azn), velosiped isə 200-300 peso. Amma sizə tövsiyyəm neçə gün qalacaqsızsa, həmin gün sayı qədər götürməlisiz ki, qiyməti günə 300-400 pesodan düşsün. Çünki siz gündəlik götürəndə o adama maraqlı deyil siz neçədə gəldiniz təhvil verməyə, 24 saat kimi hesablayır kişinin oğlu eləbil yatmayacaq bu adam gecə gündüz sürəcək qiymət şişirdir yəni. Belə danışıb pul qırmaq olur. Məsələn, biz dirəşdik və dedik ki, axşam saat 9-a qədər təhvil verərik, gördük ki, yola gəlirlər. Sizə ilk deyilən qiymətə aldanmayın.Cancundakı gecə həyatını bəyəndim, çılğın və aktiv. Şəhər yatmır, dinamikdir. Lakin bu sırf otel zonasındadır. Diskolara giriş 10-20 usd-dən başlayır. İçkilər elədə baha deyil. Normaldır (4-15 usd)Tulumda üstün zərafətlə və sevgi ilə dizayn edilmiş qadın geyimlərinin, restoranların və digər biznes obyektlərinin ağac işləmələrlə dizaynı - təbiətlə iç-içə bir vəhdət yaratmağı məni məndən təmamilə aldı.Tulum başqa aləmdir, gərək orda olub, onu yaşayasan. Piyada gəzərkən isə, ən bəyəndiyim şey yolüstü acı souslu manqo alıb dadmaq oldu, kiçik eşq-məhəbbət Karib dənizində üzmək, hündürlüyü dayaz yerdə təxminən 6 metr olan dalğalarla rəqs etmək tamam başqa zövq idi. Bunu yaşamalısız mütləq Meksika ilə bugün sağollaşırıq, növbəti stansiyamız - Costa Rika Paylaşan: Royal Aliyev

239 dəfə oxunub

Yerlisindən Amsterdam bələdçisi - İsa Yusibovun gözüylə

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Amsterdamda "uçmağın" başqa versiyası barədə qısaca yazmaq istəyərdim Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın :)))20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da :DEnjoy your stay in Amsterdam!Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov[youtube https://www.youtube.com/watch?v=H-NZEP4lknU&w=560&h=315]MUZEYLƏRBu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət "Museumkaart" sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.NƏQLİYYATBura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb :D )Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.GECƏLƏMƏ - OTEL/HOSTELBu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, "armudun yaxşısını meşədə ayı qapır"Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə "Gedib orda yer taparam" fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn :)))Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan "turistlər"lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz :DKanallarQrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram :DTuristlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə :) (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: İsa Yusibov

1633 dəfə oxunub

Italiya Bələdçisi

Salamlar dəyərli qrup üzvləri,Bu postda Sizə İtaliya istiqamətində növbəti rəsmi səfərimizdə seçdiyimiz otel, Frascatidə yerləşən “Villa Tuscolana”nın tarixi və möhtəşəmliyindən danışmaq istəyirəm. Əgər sakit, passiv istirahət etmək, sözün əsl mənasında dincəlmək, təmiz hava, gözəl mənzərədən zövq almaq, aileniz, dostlarınız və kolleqalarınızla gözəl vaxt keçirmək, eyni zamanda rahat işləmək və tədbirlərinizi təşkil etmək istəyirsinizsə, o zaman Villa Tuscolana gözəl seçimdir.Tuscolanaya Qatarla Roma Terminidən Frascatiyə ( 3 stansiya, 2,1€) gəlib oradan piyada 20-25 dəq getmək olar ( ve ya Frascatidən taxi ilə). Bu tarixi Villa Tuskolo dağının yamaclarında yerləşir. Bu, Tuskolandakı on villadan biridir və Frascati şəhərinə baxan təpədə dominant mövqe tutur. 1578-ci ildə Markus Tullius Cicero'nun qədim Roma iqamətgahının xarabalıqları üzərində yerli adı "La Rufinella" Alessandro Rufininin vəsiyyətinə əsasən inşa edilmişdir. Əsrlər boyu danılmaz əzəməti sayəsində Villa Tuskolana Roma aristokratiyasının ən mühüm ailələrinin bir çoxuna mənsub idi. Napoleonun qardaşı Şahzadə Luçano Bonapart, Burbon kraliçası Mariya Kristina və Kral II Viktor Emanuel kimi Avropanın hər yerindən gələn məşhur şəxsiyyətlər illər ərzində möhtəşəm otaqları canlandırıblar.1872-ci ildə villanın ətrafında aparılan arxeoloji qazıntılar zamanı burada tarixi izlər tapıldı və tədricən Parisdəki muzeylərə hədiyyə edildi. Sonrakı sahibi Elisabetta Aldobrandi Lancellotti, daha sonra həyati layihəsini həyata keçirdi: Villa Tuskolanı digər iki villası, Villa Aldobrandi və Villa Lancellotti ilə yeraltı tunellər vasitəsilə birləşdirdi.1834-cü ildə villada qonaq olan italyan şairi Cüzeppe Gioachino Belli bu ab-havadan elə heyran olmuşdu ki, ona bir sonet həsr etmişdir: “La Rufinella”. İkinci Dünya Müharibəsi zamanı Villa Tuscolana düşmən bombardmanı nəticəsində zədələnmiş, lakin dərhal sonra o, Salesian Ordeni tərəfindən bərpa edildi və bu gün heyran ola biləcəyimiz inanılmaz bir otelə çevrildi. Otelin qiymətləri gündəlik 70-100 € civarındadır. Xidmət və yeməkləri çox möhtəşəmdir. Bookingdən və ya Villanın resmi saytından bron edə bilərsiz.Paylaşan: Sevinj Osmanli

219 dəfə oxunub

Barselona bələdçisi

Barselonadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola, Hola. #Barcelona..Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.Başlayaq.. Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.Növbəti günƏgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.Nəqliyyat:El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. :)Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.Yemək:Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. :)Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.Şirniyyat: Crema Catalana, Mato.Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək. :) #barcelona #spain #autumn2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibova

1486 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!