1080 dəfə oxunub

Uqandada həyat

UQANDADA GÖRDÜKLƏRİMDƏN, ÇƏKDİKLƏRİMDƏN...

Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.

22008437_10213510690789210_8604710834337857928_n

Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.
Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.

Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.

Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir.
Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.

İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".
Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.

Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.

Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.

21765335_10213510670028691_7627031655317621236_n

Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). "Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?" Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.

Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.
Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az.

Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.

Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində.

Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər.

Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa - Uqandanı mütləq bəyənəcəksiz.

21766848_10213510689029166_5122903828132273218_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ali Akbar

DİGƏR BLOQLAR

Ziddiyyətlər ölkəsi – Liberiya bələdçisi (Part II)

Salam hər kəsə.İki dəfə qrupda Liberya haqqında paylaşım etmişdim və onlarla oxuyucu daha da ətraflı yazı istəmişdilər.Bu dəfə ümumi deyil, iki yer haqqında məlumat paylaşmaq istəyirəm.Onlardan birincisi Ducor oteldir.1960-cı ildə Monroviyanın ( Liberyanın paytaxtı) ən yüksək mövqeyində tikilmiş Dukor otel dövrünün ən lüks oteli olub və şəhərin ən hündür tikilisi ünvanını alıb. İllərlə fəaliyyət göstərib. O dövr elə də bəsit olmayan bir qurğu- liftə malik möhtəşəm tikili əgər istifadəyə yararlı olsaydı hal-hazırda da analoqsuz bina olardı...Xalq arasında Qəddafinin oteli olaraq tanınır.90-cı illərdə ölkədə baş verən daxili müharibə binanı istifadəsiz hala gətirib. Yenə yerlilər arasında Qəddafinin restobrasiya edəcəyi danışılsa da, onun ölümü bu planı həyata keçirməyə imkan verməyib.Artıq dağılmaq üzrə olan bina məhdud turistlərin girişinə icazə verilən bir məkan olub.İnanın çox fərqli aurası var.Heç indi elə proyektlə bina inşa edə bilmirlər.Ki, o binanı da britaniyalı mütəxəssislər, Rumıniya və İsrail proyektinə əsasən tikiblər.Çəkiliş üçün icazə verilmirdi. Ona görə ancaq şəhərin görüntüsünü çəkdiyim foto, içəridən də bir foto paylaşdım. Bir də hal-hazırda belə ölkədə liftin barmaq sayı qədər olduğunu düşünsək tikilini Afrika üzərindən analiz edirəm... İkinci məkan şəhərin ən reytinqli səmti olan Sinkorun ara məhəllələrindən biridir.Mərkəzdə belə bir qəsəbənin varlığı bizə artıq təəcüblü gəlmir.Düşünə bilərsiniz ki, Azərbaycanda da bənzər yerlər var. ( inanın o qədər olanı yoxdur) Ancaq müqayisə üçün deyim ki, Monroviyanın ən azı 60-70 faiz yerləri belədir... ( "Teneke" evlərin sayı isə 70%-dən də çoxdur)Niyə məhz o qəsəbəni çəkmişəm? Körpü tikmək üçün bizdən maddi yardım istəmişdilər. Yox deməmişik. Körpü tikən məhəllə sakinlərinin yemək və tikinti vəsaitlərini qarşıladıq. Özləri təmənnasız işləyirlər. Əvvəlcə dövlətə müraciət ediblər, ancaq qarşılıq almayıblar...Biz də inşaatın başladığı gün izləmək üçün getdik.Bitdiyi halını da profilimdə paylaşaram yəqin.Baxıb, halımıza şükür etməyimiz üçün paylaşmadım, sizə də belə bir şey yazmayacam...Mənə maraqlı gələn onların yaşantılarına rəğmən əksər vaxt yüksək əhval-ruhiyyədə olmalarıdır.Musiqiləri pozitivdir.Geyimləri rəngarəngdir.Bu gün dekor üçün qara parça almağa bizim "Sədərək ticarət mərkəzi" kimi bir bazara getmişdik.(əslində Sədərəyə bir az haqsızlıq oldu, konalizasiya sularının küçədən axdığı bir səmt ilə müqayisə) O qədər parça mağazasının arasında bir ya iki mağazada qara parça vardı...Liberiya həyatının hər iki üzünü instagramda tez- tez paylaşıram.Profilimi hər kəsə açıq etmişəm. (Linki rəydə paylaşaram) Arzu edənlər izləyə bilər. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.PS: Fotoları yükləyəndə qarşıma musiqi alətləri "sasa"nın fotoları çıxdı. Videoları təəsüf ki, silmişdim paylaşa bilmədim. İçi oyulub, qurudulmuş boranıdan hazırlanır...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnare Memmedova

1900 dəfə oxunub

Yeni ildə Vyana Səfəri

Mənə görə Yeni il üçün ən ürəkaçan və təm-təraqlı route #Vyana istiqamətidir. Yeni ili Avropa və Avropadan kənarda da bəzi ölkələrdə qeyd eləmişəm amma Vyananın yerini vermir ki, vermir.Şəhərdə o qədər dolğun və canlı hiss olunur yeni ilin gəlişi, geridə nələr qoyduğunu, yaşanılmışlıqları və var olan və ya olmayan yeni başlanğıcların sevincini dinləyə bilirsən. Vyanada 31 dekabr marafon yürüşü edənlər mənə çox xoş təsürat bağladı, yeni ili aktiv, dinamik, sağlam qarşılamaq. Rathaus, Stefan kilsəsi, Prater və şəhərin çoxsaylı yerlərində konsertlər, bər-bəzək, yolkalar. Vyanaya olan sevgi izdiham ilə kifayət qədər hiss olunurdu. Sevgi özünü başqa necə biruzə verə bilərki!? Mədəniyyət və incəsənətin paytaxtı kilsə zəngləri bir ili daha geridə qoyaraq, sevinclə, sevgilə yeni günə, yeni saata keçid etdi. Musiqinin ruhu Vyanada Wien Royal Orchestranın bir-birindən dəyərli və terapiya kimi parçaları ifa etməsi, Sacher otelinin dəbdəbəli interyeri, hərkəsin önündə poz verdiyi "Red Bow" - Popp & Kretschmer Ribbon, Figmullerin servis əməkdaşlarının pozitiv enerjisi və yumor qabiliyyəti, Mozart cafe-nin smokinlilərinin kraliyyət ailəsindəymiş kimi sevgi ilə qulluq göstərmələri, vazgeçilməz desertləri - salzburger nockerli, topfenstrudel, mozart və sacher tortu, bum-buz havada içilən glinvey və s. bütün bunların xatirəsi yüksək enerji və ruhla bizi növbəti ildə də pozitiv saxlayacağına inanıram. Qatar səyahəti isə bu səfərə ayrı bir zövq və dəyər qatır. Paylaşan: Royal Aliyev

183 dəfə oxunub

Misir Bələdçisi

Salam, gəzəyənlər. Misirdə faydalı ola biləcək bir neçə məlumatı sizinlə bölüşmək istəyirəm. We mobil operatoru götürmüşdük. Hava limanında 6$ 22 gb internet təklif etdi lakin 2 günə bitdi. Başqa mobil operatoru tövsiyyə edərdim ( orange və ya vodafone kimi). Qahirəyə getmək üçün vizanı hava limanında həll edə bilirsiz 25$ və əlavə 5 $ blankı doldurmaq üçün ( blankı özünüz də doldura bilərsiz ). Bələdçiniz əlavə möhür istəyə bilər 15$ amma inanmayın pul tələsidir. O möhür Qazaxıstan vətəndaşları üçün keçərlidir. Sizə hava limanında verilən vizayla problemsiz gedə bilirsiz. Bələdçinizdən tur almayın. Çox baha tur təklif edirlər. Suntour24.com bu saytda istədiyiniz Şarm Əl Şeyx turu tapa bilərsiz. Turu whatsapp vasitəsiylə rezerv edib ödənişi sizi götürdükləri gün verə bilərsiz. Bələdçinin təklif elədiyi turdan 2 qat ucuz. Qahirədə piramidalarda diqqətli olun. Yalnız turun təklif elədiyi əyləncələrdən faydalanın. Məsələn dəvəyə minmək. Əgər turun təklif eləmədiyi sadəcə sizə yaxınlaşaraq təklif edilən dəvəyə minsəz, minmək üçün 10$ istəsələr də düşmək üçün 30 və ya 50 $ isətəyə bilərlər. Əks halda dəvədən düşürmürlər . Yalnız turun təklif elədiyi dəvə 10$ gəzdirir hətta rahatlıqla telefonu verib şəkil də çəkdirə bilərsiniz. Əlavə tips verə bilərsiniz. Free free deyə deyə arafat və ya qolbaq kimi şeylər təklif edirlər inanmayın sonra arxanızca düşüb 5-10$ ala bilərlər. Free heçnə yoxdur. Bir də Qahirədən qayıdanda yeni qaydaya görə digər tur avtobuslarıyla bir yerdə qayıtmalı olursunuz. Onları gözləmək çox vaxtınızı alacaq öncədən deyim. Bütün tur avtobusları yığılır və polis müşayiət edir. Soruşduq turistlərin təhlükəsizliyi üçündür dedilər. Bu qədər gəzəyənlər, ümidvaram faydalı məlumat verə bildim, sizə xoş istirahətlər .Paylaşan: Fuad Abasov

İSPANİYA SƏYAHƏTİ

Salam əziz Gəzəyənlər! Bu dəfə sizə İSPANİYA (Barselona-Madrid) gəzintisindən bəhs etmək istəyirəm.İspaniya özünəməxsus mədəniyyəti, musiqisi, mətbəxi, rəqsləri, insanları və bir çox gəzib-görməli yerləri ilə tanınan və çox sevilən ölkədir.BARSELONA’dan başlayaq. Barselona Avropanın ən öndə gedən turistik mərkəzlərindən biridir. Şəhər İspaniyanın “Catalunya” ərazisində yerləşir. Yerli əhalisi Katalonlardır və dilləri İspan(Castellano) dilindən biraz fərqlənir, yazılışı daha çox fransız dilinə bənzəyir. Buna baxmayaraq yerli əhali, demək olar ki hamsı İspan dilində danışa bilir. Şəhərdəki tablolarda hər bir şey 3 dildə: katalan, ispan və ingilis dilində yazılıb.Əminliklə deyə bilərəm ki, şəhər indiyə kimi gəzdiyim digər bütün şəhərlərdən tamamilə fərqlənir. Bir sözlə şəhər qaynayır. Kənarda dağlar, digər tərəfdə isə palmaların dəniz ilə sintezi bir-birini tamamlayır. Küçədə çalınan mahnılar isə insanın zövqünü oxşayır. İnsanlar hərə öz keyfində: kimisi çimir, kimisi futbol oynayır, kimisi mahnı oxuyur, kimisi dostları ilə içib, deyib-gülüb əylənir.Havası isə may-iyun aylarında səyahət etmək üçün idealdır. Barselona həmçinin öz gecə həyatı; klubları və pub’ları ilə də çox məşhurdur.Şəhərin yol infrastrukturu çox gözəl qurulub. Metro və avtobus ilə istədiyiniz yerə çox rahatlıqla gedə bilərsiniz. Yox açıq hava istəyirsinizsə, onda asanlıqla velosiped də kiralaya bilərsiniz.Bir çox yazıda şəhərin təhlükəli olduğunu oxumuşduq. Zənnimcə heç də elə deyil. Ehtiyatlı olsanız rahatlıqla gəzə bilərsiniz. Yox olmasanız, onsuz da bütün şəhərlər təhlükəli sayılar. Bir sözlə, hər şey sizdən aslıdır.Tarixi abidələr o qədər çox olmasa da, gəzməyə bir çox yer var:La Sagrada Familia kilsəsi, Barsenola Katedralı, Bazar, Park Güell, Montjuïc dağı, Barceloneta çimərliyi, Port of Barcelona, La Rambla küçəsi, Nou Camp stadionu və s.Onsuz da bir tərəfdən başlasanız, şəhər özü sizi gəzdirəcək.Keçək MADRİD’ə.Şəhər İspaniyanın mərkəzində yerləşir. Fikrimcə Madrid “underrated” şəhərdir. Deyilənlərin əksinə Madrid darıxdırıcı deyil, əksinə, çox gözəl və eleqant, getməyə dəyər bir şəhərdir. Nə də olsa Krallığın paytaxtıdır.Madridi mən daha çox Vienna’ya bənzətdim. İri, əzəmətli saraylar və binalar. Yol infrastrukturu eynilə Barselonadakı kimi çox ideal qurulub. Bundan əlavə şəhərdə elektron samakatlardan da istifadə edə bilərsiniz.Madrid’in havası Barselona’ya nisbətən daha isti idi (söhbət May ayından gedir). Günorta vaxtı şəhərdə az adam olur - “siesta” vaxtıdır.6’dan sonra isə şəhər qaynamğa başlayır. Amma yenə də istənilən vaxt şəhərdə turist görmək mümkündür.Barselonaya nisbətən Madriddə yerli əhali ilə daha çox qaynayıb-qarışmaq olur. Madrid Barselonaya nisbətən daha təhlükəsizdir deyə bilərəm.Madriddə görüləsi bir çox yer var:Palacio Real de Madrid, Plaza de Cibeles, Puerta del Sol, Plaza Mayor, Parque de El Retiro, Museo Prado, Santiago Bernabeu stadionu və s.Ümumilikdə hər iki şəhər: həm BARSELONA, həm də MADRİD çox təmizdir. Təmizliyə xüsusilə diqqət yetirirlər. Yol infrastrukturu üst səviyyədədir.Gələk insanlarına. Hər iki şəhərdə yerli əhali çox mehriban və gülərüzdürlər. Eləbil hamının üzündən xoşbəxtlik yağır. Nə sual soruşsan kömək etməyə çalışırlar. Burada insan İspan istiliyini hiss edir. Və onu da qeyd edim ki, əksəriyyət, gözləntilərimizin əksinə ingilis dilində danışa bilirdi. Avtobus sürücüsündən tutmuş polisə kimi (Müqayisə edəsi olsaq, gördüklərimə görə deyə bilərəm ki, İspaniya bu cəhətdən İtaliya və Fransadan öndədir).Barselonada miqrantların sayı çoxdur. Əksəriyyəti eyni dili danışdıqları üçün(İspan dili) Latın Amerikasından gələnlərdir və demək olar ki hərəsi bir işlə məşğuldur - sevindirici haldır.İspan mətbəxinə gəldikdə isə - çox zəngin və ləzizdir. Yeməklərdən “Paella”nın, içkilərdən isə “Sangria”nın dadına mütləq baxın. Qalanları isə zövqünüzdən aslıdır.Bir sözlə hər iki şəhər gedib görməyə dəyər!Hərəsinə neçə gün bəs edər deyə soruşsanız, Madrid üçün rahatlıqla 3, Barselona üçün isə 4 deyərəm. Lakin, Barselonada 1 həftə qalsanız belə, darıxmazsınız (Qeyd: Şəkillər özümə məxsusdur: instagram.com/nihvds)

344 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!