714 dəfə oxunub

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.

Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)bali

Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.

Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).

Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.meyvələr

Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.

Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.

Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .

P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Narmin Ismailova

DİGƏR BLOQLAR

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

1111 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Roma

Romadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz."#Italiya haqqında çox şey yazılıb amma mən də deyim". Belə başa düşürəm ki, bu cümləni mütləq hər İtaliya postuna əlavə etmək lazımdı deyə mən də geri qalmıyım dedim ???? Fikirləşirəm ki, hamı hər şeyi gözəl bilir #Roma haqqında. Qısa olaraq istifadəetdiyimiz #tips ləri qeyd edim bəlkə kiməsə lazım olar ????İnformasiya dəstəyi üçün italy4.me ve blogoitaliano.com saytları ????????Aeroportdan transfer ru.rome4.us - Sergio ???? super sistem qurublar, rus dilində danışırlar, necə lazımdı qarşılıyırlar + daha ucuza - 50€ - 7 nəfərə qədər minivan gəlmişdi dalımızca.Qaldığımız yer - Relais Baroque - Duz piazza del Popolonin yanında, şəhərin istənilən yerinə gəzə-gəzə getmək şansı. Plus ev yiyəsi super idi. Çalışanlar arasında ukrainka bir də türk var idi sağ olsunlar necə lazımdı qarşıladılar ve kömək elədilər. Ucuz qiymətə, təmiz və gülərüz personalı olan yer axtarırsızsa вам сюда.Yemək ???? - bizə ən çətin olan məsələ bu idi. Heç kim tam məsləhət verə bilmədi yer və bir neçə oturduğumuz restoran da orta səviyyədə idi. Taaa kiii Trastevereyə gedənə qədər ❤️ mərkəzi meydandan girən kimi sol tərəfdə Caramella deyə bir cafe var ???? yeni hələ belə dadlı pizza mən yeməmişdim. Və elə Trasteveredə də yenə canlı musiqi olan kafelər var ki, axşam orda da əylənmək olur. Bir sözlə #mustsee yerlər sırasına Trastevere əlavə olunmalıdı.Bir də əvvəlcədən oxuduğum forumlardakı bəzi #tips ləri də yazım:#Vatican - a gedib də Müqəddəs Pyotr Kilsəsinin купол qalxmamaq olmaz. Və bütün gününüzü sırada dayanmamaq üçün səhər 7:45 də orda olmağınız məsləhətdi. Cəmisi 5 dəqiqə sırada dayanırsız amma ora çıxan ilk ziyarətçilərdən biri olursuz. Roma da bir çox şey məni wow eləməyə vadar etdi amma ordan açılan mənzərə #nocomment #onelove ❤️ 500 dən çox pilləkən qalxmaqdan və dar yerlərdən qorxmursuzsa mütləq mütləq mütləq gedin.Plus Vatican Muzeylərini gəzmək üçün sırada dayanmadan əvvəlcədən bilet almağı məsləhət gördülər mənə və nə yaxşı ki, qulaq asdım. O ki millət 100-500 metrəlik sırada durub amma sən əlində biletinle zor-zor keçirsən yanlarında və sırada dayanmadan səni içəri buraxırlar eee. Bu başqa hissdi)https://italy4.me/…/vati…/kupit-bilety-v-muzei-vatikana.html burda necə bileti almaq olar deyə məqalə var.Bir də Trevi fontanı və Spanish Steps hamı bilir möhtəşəm bir yerlərdi amma özünüzə bir balaca eziyyət verin və səhər 7-de Romanı gəzməyə çıxın. Turistlərlə dolu olan yerləri insanlarsız görmək çox super hissdi. Yəni şəhərin ruhunu ancaq onda hiss edə bilərsən məncə ????4 gün Roma üçün çox az oldu amma neyniyək davam eləməliyik gəzməyi)Daha 4 gün #Florence gəzirik burda maraqlı nəsə tapsaq mütləq paylaşaram ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

756 dəfə oxunub

İspaniya - Malyorka adası

Tərtəmiz ağ və sarı qumlu sahillər, yandırıcı günəş və mavi dəniz. Bu möhtəşəm üçlük yayın bu istilərində çoxunun ağlından çıxmır ki, çıxmır. Bunun üstünə limitsiz içki, dünyaca məşhur djlərin konserti, köpük party-lər daxil olub.Qiyməti də cibimizə uyğun olsa lap əntiqə olar elə deyilmi? İşdə oturmaqdan dərinizin rəngi bulud kimi ağarıbsa, Afrikalılara həsrətlə baxırsızsa və sürətlə zaqar almaq istəyirsinizsə yaxın oturun))  -Bütün bunları eyni anda yaşaya biləcəyiniz yerlərdən biri Mallorca adasının Magaluf sahilləridir.Mallorca adasına necə getmək olar bunu səhər paylaşdığım postda yazmışdım.* Deməli aeroportdan çıxdıqdan sonra tam qarşıda A11 nömrəli avtobuslara yaxınlaşırsız və cəmi 5 avro ödəyib avtobusla 40 dəqiqəyə Magalufa gedə bilərsiz. (Palmada qalmaq məsləhət deyil, arada gəlib, gəzib, qayıtsaz yetərlidir). Mən Magalufa gedəndə elə ilk sürprizi aeroportda yaşadım. Avtobusu gözləyərkən birdən bizim dilimizdə sözləri eşidib döndükdə 3 ailənin yaxınladığını gördüm. Beləliklə avtobusda olanların 60-70 faizini özümüz təşkil etdik və getdik Magaluf şəhərinə))). İlk dəfə avtobusdan düşdükdə Magalufun deyib gülən ingilis və alman gəncliyi sizi qarşılayacaq. Xüsusən ingilislər elə bil bütün günü içib qışqırmaq üçün adaya gəliblər. Otellər may ayının sonlarında çox sərfəli qiymətə idi. İyun-avqust arası bahalaşırlar, amma airbnb ilə idarə etmək olar və ya Magalufla qonşuluqda yerləşən Palmanova otellərində qalıb piyada Magalufa gəlmək olar.  -Mən tam mərkəzdə 4 ulduz otelə 2 nəfərlik otaq günlük 45 avro ödədim amma indi pik sezon olduğu üçün bahadır, ucuza airbnb və 2 ulduzlu otellərdə pik sezonda qalmaq olar.- Magalufda yerləşən “BCM planet dance”-da məhşurlarla tez-tez qarşılaşa bilərsiz. Yay boyunca Martin Garrix, Skrillex, Calvin Harris, Afrojack (24 iyunda konserti var), The Chainsmokers, Alex Gaudino, DJ Sammy-nin konsertləri olur. Məsələnn Afrojacin 24 iyundakı konsertinə giriş 48 avrodur. Bu pula gecə boyunca limitsiz spirtli və spirtsiz içki və hədiyyə t-shirt daxildir. Məhşur dj olmayanda 35 avro.- Magalufda “BH hotel adults only” otelinin ərazisində dünyada ilk olan 18+ (səhv başa düşməyin, aşağı yaşlılar istifadə edə bilməz yəni) su parkı, gözəl sahilləri vardır. Həmçinin BH hotel sahillərində həftədə iki dəfə sahil kənarında məhşur djlərin iştirakı ilə konsertləri keçirilir və köpük partylər olur. Dj Tiesto tez-tez buraya gəlir. Bu partylərə ayrıca bilet alıb qatılmaq olar. Otelin özündə 3 nəfərlik böyük suite otaqın günü 300 manatdır təxmini. Qrup halında gedənlər üçün otel+su parkı+partylər qiymətə daxil olduğu üçün sərfəli ola bilər. (Nəzərə alın ki, həftəsonu 3 nəfər cəmi 2-3 saatlıq Bakıda Dalğa beachə tək girişi 150 manatdır) Bir də otellərdə taxılan qolbaqlardan hər yerdə satılır. Otaq böyük olduğu üçün 3 nəfər yerinə 5 nəfərdə qalmaq olar))-Şəhərdə həyat hava qaralmağa başladıqdan sonra başlayır və səhər işıqlarına kimi hamı küçələrdə olur, buna görə bahalı otel axtarmayın-Aeroportda 10-15 avroya maşın kirayə götürmək olur amma nəzərə alın tıxacları çox olur.-Restoranlarda yemək və içki qiymətləri Bakıdan ucuzdur.-Ümumiyyətlə Mallorca adası, Palma, Magaluf və bir çox digər şəhərlər ilə çox fərqli və ekzotikdir. Mallorca adasının gəzməli yerləri haqqında gələcəkdə ətraflı post paylaşaram.  *Mallorca-7 gün, Barselona-2 gün.-17.07.2019-Kutaisi-Barselona –vızzzair(16:20-19:20)-53 avro-104 manat-17.07.2019-Barcelona-Palma De Mallorca-Ryanair (22:10-23:05)-23 avro-44 manat-24.07.2019-Palma De Mallorca-Barcelona-Ryanair (14:25-15:20)-11 avro-20 manat-26.07.2019-Barcelona-Kutaisi-Wizzair-(19:55-02:45)-144 euro-278 manat-Toplam-231 avro-446 manat Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1141 dəfə oxunub

Şokolad qoxulu - Brüssel

Brusseldəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam Gəzəyənlər,Bu dəfəki yazımda sizə Belçikanın paytaxtı olan Brüsseldən danışmaq istəyirəm. Bu qrupda da daha öncə soruşulmuş və məni də getmədən düşündürən bir neçə sualı cavablandırım ilk öncə.1. Brussels Charleroi aeroportundan şəhər mərkəzinə necə getmək olar?https://www.flibco.com/en#/booking - Flibco şirkətinə məxsus shuttle buslar hər yarım saatdan bir yola düşürlər. Aeroportda kassalardan da bilet əldə edə bilərsiniz və ya elə qeyd etdiyim öz rəsmi saytlarından da ala bilərsiniz. Return biletlərdə Qiymət fərqi sadəcə 3 eur olur.Onu da qeyd edim ki, Flibco ilə aeroportdan həmçinin Brugge-yə, Luxemburqa və başqa şəhərlərə də shuttle buslar mövcuddur, saytdan yoxlaya bilərsiniz. Brüsseldə isə Brussel-Zuid qatar stansiyasında dayanır, bu qatar stansiyası da şəhər mərkəzindən 3km uzaqlıqdadır.Şəhərin mərkəzi nöqtəsi “Grand Place” sayılır. Səyahətinizi planlayarkən, başlanğıc nöqtəsi olaraq buranı götürə bilərsiniz.2. Brüsseldə harda gecələməliyəm?Mən Brüsseldə 3 gecə qaldım. İlk 2 gecəni şəhərin mərkəzinə yaxın olan “Sleep Well” hostelində qaldım. Sonuncu gün isə uçuşum səhər olduğuna görə Brussel-Zuid qatar stansiyasına yaxın “Brxxl 5 City Centre Hostel” adlı hosteldə gecələdim. Hər ikisinin yerindən, otaqlarının rahatlığından və ən əsası təmizliyindən məmnun qaldım.3. Brüsseldə haraları gəzib görməliyəm?https://www.vivastour.com/en - Viva’s Tour Brüsseldə, Bruggedə və digər şəhərlərdə pulsuz turlar təşkil edən həvəskar gənclərdən ibarət bir qurumdur. Saytdan əlavə olaraq şəhərlərdə fəaliyyət göstərdiklərinə nəzər yetirə, orda olacağınız tarixlərdə keçiriləcək turların vaxtını öyrənə və qeydiyyatdan asanlıqla keçə bilərsiniz. Sonda “ürəyinizdən keçirsə” prinsipi ilə sadəcə onlara maddi dəstək olmağınızı xahiş edə bilərlər. Ancaq tur pulsuzdur, heç kim qeydiyyat üçün və ya başqa səbəblə sizdən pul tələb etməyəcək.Əsas da mənim kimi tək gəzirsinizsə, yeni insanlarla dostlaşmaq və maraqlı vaxt keçirmək üçün yaxşı vasitədir. Tur müddəti 2 saatdır.Yazımı qısa tutmaq üçün gəzməli görməli yerləri haqqında deyil də, bir neçə maraqlı məqamları bölüşmək istəyirəm.1. Şəhəri gəzərkən qətiyyən başı aşağı gəzməyin, binaların divarlarında çəkilmiş şəkilləri qaçırarsınız yoxsa. Onlardan biri haqqında məlumat vermək istəyərdim. Şəkillərə nəzər yetirərkən görəcəksiniz ki, birində iki gənc bir birini qucaqlayaraq addımlamaqdadırlar. Bu şəkildə birinci maraqlı məqam bu gənclərin kişi və ya qadın olduqlarını tam əminliklə vurğulamaq çətindir. Rəssam elə çəkib ki, hər kəs görmək istədiyi cinsdə görür hər ikisini. İkinci maraqlı məqam isə şəklin yuxarı küncünə fikir versəniz, görəcəksiniz ki, güzgü effekti ilə gənclər olmadan sadəcə mənzərənin əksi təkrar çəkilmişdir. Və bu şəkildə əks olunan küçə elə hal-hazırda şəklin yerləşdiyi küçədir. Şəkildə göstərilmiş Plattesteen restoranı hələ də orda fəaliyyət göstərməkdədir.2. Küçə adlarını göstərən iki tip yazıları görəcəksiniz. Arxa fonu göy olan isimlərdə həm Dutch dilində, həm də fransız dilində rəsmi küçə adları əks olunur. Google map bu adlarla işləyir. Ağ fonda qeyd olunan küçə adları isə daha çox yerli xalq tərəfindən istifadə olunur, belə desək, küçələrin ləqəbləridir.3. Manneken-Pis – Bu balaca oğlancığazın 900dən çox kostyumu var və hər gün o günün anlam və önəminə uyğun olaraq geyindirilir. Mənim səyahətim günü təmizlikçilərin günü idi və şəhərdə qeyd olunurdu.4. La Caverne aux Cadeaux – şəkildə də əks olunan mağaza gəzdiyim mağazalar arasında ən ucuz hədiyyəlik əşya satılan mağaza idi.5. Delirium – 2400dən çox pivə növlərinin satıldığı küçə boyunca yerləşən publar silsiləsidir. Əgər siz də bu pivələri dadmadan getmək və eyni zamanda çox da alkol qəbul etmək istəmirsinizsə, mənim də yoxlayıb bəyəndiyim “Floris Strawberry”ni məsləhət görərdim.6. Çox vaxt tək gəzdiyim və hər dəfəsindən insanları narahat etməmək üçün tripot istifadə edirəm. Çiynimdə tripotla məni görənlər blogger hesab edib öz şəkillərini çəkməyimi xahiş edirdilər. Onlar arasında 7 yaşında balaca qız uşağından tutmuş 60 yaşında yaşlı kişi də var idi  və getmədən soruşduğum suallardan biri də tripotla bağlı idi. Çox rahatlıqla çiynimdə keçirə bildim.7. Türkiyənin tanınmış üzü Nusretin Saltbea hərəkəti isə Belçikanın yerli camaatı tərəfindən də maraqlı şəkildə təqlid olunur. Bunu isə yerləşdirdiyim videoda görə bilərsiniz.(https://www.facebook.com/yasakhey/videos/pcb.524565087938712/1760369244056157/?type=3&theater&ifg=1 )Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Yasa Khey

1091 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!