3001 dəfə oxunub

İngiltərə bələdçisi - London, Kembric, Oksford, Nyukasl, Liverpul

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Nağıl kimi post yazmışam uçuşu gözlərkən. Bizim vaxtımızda belə postlar yox idi, oxuyun :) Sizə 6 günlük UK trip’dən danışmaq istəyirəm. London London yaşamaq üçün yox, səyahət üçün çox ideal yerdir. Qışda da, yazda da olmuşam amma ən çox yayda qəşəngdir məncə. Uşaqlığdan inglis dili kitabında gördüyümüz şəkilləri real görmək. Big Ben, Tower of London (giriş 35£), London Bridge, London Eye (giriş 33£) etc. Londonda inglis, yerli camaat görmək mümkünsüzdür turistik yerlərdə. Ancaq hindli, hindli, hindli sonra yene hindli. Yerli əhalinin çox olduğu yerlər mərkəzdən uzaqdır. Amma sakit və səliqəlidir. London görməli yerlərindəki insanlar, bizim Targovudakı Pizza İnn qabağı kimi vibe verir. Hər cür növ, tip insan var )))

Transport çox bahadır. 2.50£dan başlaır bus/metrolar və məsafəyə görə dəyişir. London metrosunu çözmək üçün xüsusi riyazi biliklərə sahib olmalısınız məncə )) 3-4 gün sonra biraz öyrəşir adam. Amma “Maps” appı ilə çooox rahatdır, nədən sonra nəyə min hamısını göstərir detallı.

Restoranlar çox bahadır. Ümumiyyətlə “London’da nəfəs almaq da pulludur”sözü çox doğrudur. Normal Italian (UK mətbəxi zəif olduğu üçün ən çox Asia və İtalian restoranları var) restorana gedib, Pizza + su içmək 22£’dur. Mütləq ki daha ucuz option’lar var bu seçiminizə bağlıdır. Mağazalardan 6-7£ hazır nəsə 3-4£’a da içki ala bilərsiz. English breakfast’lar 12£’dan başlayır. 1 qədəh şərab isə 8-9£. Məhşur Prada cafe’yə getdik reserve istədilər. Tiffany cafe’yə getmək istədik, hər adama 68£ istədilər. Və orada ən çox ərəblər idi ilahi, bu milletin gözü niyə doymur görəsən. Bütün mağazalar ərəblərlə dolu idi. Çox qəribə, ağır havası var idi oraların, Lux geyimli insanlar və onların dünyası. Siz niye getmişdiniz desəniz, deməyin. Qalmağa gəldikdə, 5 gecə üçün 200£ ödədik 2 xanım Hostelle Female Hostel’ə. Xanımlara şiddətlə tövsiyyə edirəm. Maqnitlər 3-ü 12£ falan. Günlük xərci 50-60£ arası düşünün (minimum, hədiyyəsiz) Cambridge - omg omg omg

Elə qəşəngdirkiiii, 1 günlük London’dan gedib gəldik. Return ticket 15£ idi. Detallara girmək istəmirəm amma çoooox çox qəşəng, mütləq görüməli yerdir. Oxford

Return ticket 30£ Ən az Cambridge qədər möhtəşəm. Bu iki şəhər bütün kitab qoxurdu sanki. Ancaq tələbələr, əllərində kitablar, gözlərində gözlüklər. Çox qəribə enerjisi var idi bu şəhərlərin. Muzeylər falan qeyd etmirəm hərə öz zövgünə göre seçib gedə bilər. Harry qəhrəmanları üçün bu yerlər mütləq gedilməli yerlərdi. Çooxlu Harry shop’lar da var idi. Ümumilikdə Londondan azca ucuz şəhərlərdi. Çox yox. Newcastle

Adi, sadə və sıradan UK şəhəri. Getməsəniz heçnə itirməzsiniz. Məndə bilet 12€ idi deyə getdim. İlk dəfə idi bu qədər yaşlı, içkili və evsiz görürdüm. Şəhərdə orta yaş və gənc yox səviyyəsində idi. Baxmayaraq ki, tələbə şəhəridir. Bir də biraz toy “sezon”u idi deyəsən Bütün küçələr bəy, gəlin idi. Dediyim kimi 12€’ya gedib, çay içib qayıtmaq olar. Liverpool

Nə bilim. Tam 1 gün oldu gəzməyə amma şəhəri anlaya bilmədim. Yaxşıdır pisdir. Manchester’ olmuşam qışda və əmin şəkildə yaxşıdır deyə bilirəm amma Liverpool üçün yox. Bəlkə də 3-4 gün qalsaydım sevərdim.

Təhlükəsizliyə gəldikdə isə London birazca təhlükəli ola bilər deyə düşünürəm normal olaraq. Amma mən UK’də 1 il ərzində saysız sayda gecələr gec saatlara kimi gəzmişəm, heç vaxt bir nəfər yaxınlaşıb nəsə etməyib. Hətta çox heyfislənirəmki bizim ölkəmizdə gecə 3’də şəhərdə xanım olsa mərkəzdə nələr olar. (Heç kim etiraz etməsin. 7 il saat 9dan sonra 20 Yanvardan Sumqayıta getmə macəralarımı danışaram) Hədsiz, çox hədsiz içirlər. Görürsən kostyumda bəylər, qəşəng geyimlərdə xanımlar içib, küçədə yatırlar (çox pis görüntü olur). Amma sizə dəyib dolaşmırlar. Çox qəribədirki bizdə toylarda çox içəndə dava salanlar olur, və elə bilirdim bura köçəndə də içib dalaşırlar burdakılar. Çox rahat, çox professional hamısı. İçirlər, küçələrdə yatırlar, lap gec saatlarına qalsaz arzuolunmaz mənzələr də görə bilərsiniz.

Belə, düşünürəm hər şeyi detallı yazdım. Əlavə suallar olsa yazın. Xmas vaxtı da olmuşam Londonda və bütün bu yazdığım qiymətlər 2x. Əgər getmək fikriniz varsa, indidən evlərə baxın. Mən 2-3 gecə üçün ən bərbad hostelə 400£ ödədiyimi xatırlayıram. Və bir də yaxşı dostlar olsun əyləncəyə. Mən tək idim deyə çox enjoy etməmişdim. Elə buradan da yola çıxıb bir söz deyim. Hamımızın haralarısa gəzmək, yaşamaq xəyalı var. Bu çox yaxşıdır. Amma olduğumuz yerin yaxşılığı ən çox daxili xoşbəxtliyimizdən asılıdır UK’də unhappy Xmas keçirməkdənsə, sevdikləriniz ilə Azərbaycan daha yaxşıdır.

PS. Bütün bu yazdıqlarım, MƏN’im düşüncələrimdir. Sizin təcrübə və düşüncələriniz fərqli ola bilər. İndidən yazımki, sonra “Yox Gülnar, 1 gon çox ozdo Lovorpolo” yazmasın bəzi dostlarım.)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gulnar Karimova

DİGƏR BLOQLAR

Əndəlüsün qədim şəhəri - Malaqa

Malaqadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Sizə yeni gəldiyim İspaniyanın Malaga şəhəri haqqında yazmaq istəyirəm. Bəlkə də uzun olacaq və oxumaq istəməyəcəksiniz.Təyyarədə gələndə yuxarıdan aşağı baxanda dedim ki, ilahi bura lap Salyanın şoran yerlərinə oxşayır ki, bura haradı belə. Ancaq təyyarə eniş edəndən sonra Malaganın aeroportundan düz mərkəzə cəmi 12 dəqiqəyə 1.80 eur dəyərində qatar bileti alıb gəldim. Səssiz və inanılmaz rahatlıqda. Ona görə ki, biz ölkəmizdə belə xidmətlərə möhtacıq. Şəhərdə tıxac adlı bir şeydən söhbət getmir.Şəhərin binaları bahalı, daş qaşlı, mərmərlərdən örtülməyib. Rəngarəngliklə bəzədilib. İnanılmaz ahəng yaradıb. Rahat şəkildə deyə bilərəm ki, Malaga dizaynerlərin şəhərciyidi. Şəhərdə hər yerdə dizaynerlərin əl işləri öz əksini tapır. Zövq anlayışı insanların qanına oturub. Hər yerdə mədəniyyət, gülərüz personal, möhtəşəm idarəetməni görürsən. Bizim restoranlara girəndə administrator min hoqqadan çıxıb ofisiantı əzir insanın gözü qabağında. Burda elə şeylər qətiyyən görmərsən, ən adi ofisiantı belə inanılmaz pozitivdir. Çox gözəl aura var şəhərdə. Həm şərq üslübü həm də müasir üslublar hər yerdə öz əksini tapır. Yol mədəniyyəti, tarixi muzeylər, ən əsası Pikassonun muzeyi (şəkil çəkilməsi icazə verilmir) və daha iri həcmli tarixi muzeylər. Bir sözlə şəhərin qədimliyini addım başı gördüyünüz muzeylər hər yerdə xatırladacaq.Şəhərin ən məşhur içkilərindən biri Sangria adlı çox dadlı bir içkidir. Heç bir sözlə əvəz edib izah edə bilmirəm, amma inanılmaz dadı var. Eliksir kimi ????Şəhər ümumən hədsiz ucuzluqdu, günü 20-30 eur ilə ürəyin istəyən nahar, səhər və axşam yeməyini yeyirsən, yanında içkisi ilə birlikdə. Ancaq marketlər Bakı qiyməti ilə, hətta deyərdim daha ucuzluqdu. Tövsiyyəm odur ki, gedib Barcelonanı və digər yerləri görməkdənsə belə yerlərin aurası adama daha xoş təsir bağışlayır. Özlərinə xas bir çox xüsusi dadda yeməkləri var və çox ləzzətlidi, soğan, pomidoru bizim kimi yaman çox sevəndilər. Amma dadlı yeməkləri var. Mən iş səyahəti üçün gəlmişəm, növbəti səfərlərim Granada və Sevilyadır. Hər birinizə xoş istirahətlər ????*Ps. Mən Freepik şirkətinin rəsmi ölkə üzrə təyin edilmiş səfiriyəm. Sonuncu şəkildəkilər isə Freepikin təsisçiləri Alejandro və Pablo Blanes qardaşlarıdır. Freepik dizayner və fotoqraflar üçün əvəzedilməz bir veb saytdır. Belə ümid edirəm yormadım sizləri.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Balash Mirzabey

1615 dəfə oxunub

Şəhər bələdçisi - Dubay şəhərində maraqlı nə var?

Dubaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Ən böyük. Ən yüksək. Ən bahalı, ən müasir və s.Dubayda hər şey həddindən artıqdır. Tarixinə və ənənəsinə son dərəcə diqqətli ərazi müasirlik ilə seçilir. Səs-küylü həyatı, dəbdəbəli alış-veriş və son dərəcə məharətlə hazırlanan yeməklərlə müşayiət olunan möhtəşəm göydələnlər, palma ağacı şəkilli adalar və ağ-qızılı qumlu çimərliklər şəhəri gəzməli-görməli yerə çevirir.1. Burj KhalifaDubayın ən möhtəşəm binası. Üst mərtəbəyə qalxıb səhra və göydələnləri seyr etmək fərqli bir təcrübə olacaq. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.Əvvəlcədən rezervasiya etsəniz və hətta biletinizi onlayn alsanız, daha uyğun məbləğ ödəyəcəksiniz.124-cü mərtəbəyə 1 dəqiqəyə necə çatmaq olar, o hündürlükdə mənzərə necədir? Eyni anda bir çox duyğu yaşayacaqsınız.Gedin, baxın, zövq alın.Yaxınlıqdakı böyük hovuzda hər gün saat 18:00-da başlayan və yarım saatdan bir davam edən su, işıq və musiqidən ibarət şou həqiqətən gözəldir. Yaxınlığında olsanız, qaçırılmamalısınız.2. The Dubai Mall Mindən çox mağazaya ev sahibliyi edən bir yer. Dünyanın ən böyük ticarət mərkəzlərindən biri, ən tanınmış brendlər. Bütün ticarət mərkəzini ziyarət etmək üçün 3-4 gün lazımdır.3. Dubai Miracle Garden Çiçək bağçasıdır, 2013 -cü ildə “Sevgililər Günü”ndə istifadəyə verilib. Bura 72.000 kvadrat metrdən çox ərazini tutaraq 50 milyondan çox çiçəyi və 250 milyon bitkisi olan dünyanın ən böyük təbii çiçək bağıdır. Səhranın ortasında nəhəng gül bağı salıb onu yaşatmaq heyranedicidir! Ətirli qoxuların müşayiəti ilə hər guşəni gəzməyə doymayacaqsınız. Əgər şəkil çəkdirməyi sevirsinizsə, səhər getməyiniz daha yaxşıdır, günortadan sonra sıxlıq olur.Emirates Mall-dan bura birbaşa avtobus var.4. Global VillageDubayın Qlobal kəndi, Şeyx Məhəmməd Bin Zayed yolunda (E 311 yolu Dubay) yerləşir. Dünyanın 90 ölkəsinin mədəniyyətlərini bir yerdə birləşdirir. Dünyanın ən böyük turizm, istirahət, alış -veriş və əyləncə layihəsilərindən biridir. Bura fərqli ölkələrin yerli məhsullarını bazara çıxardığı və hər bir ölkənin axşam saatlarında müntəzəm olaraq canlı şouların və musiqinin sərgi.Sərgi meydanı, hər ölkənin xarakterik simvolu nəzərə alınaraq hazırlanmışdır. Həmin ölkənin ərzaq və ya məhsulları satışa çıxarılır. Uşaqlarla gedəcəklər üçün içəridə Lunapark da var.5. Dubai FrameDubayın Zabeel Parkında yerləşən memarlıq abidəsidir. Dünyadakı ən böyük çərçivə rekorduna sahibdir. İki paralel qülləni birləşdirən 93 metr uzunluğunda şəffaf şüşə körpü ilə şəkil çərçivəsi şəklini alan “Dubai Frame”. Lift asma mərtəbəyə qalxdıqda xüsusi səs və vizual effektlərlə dolur, 150 metr hündürlükdən şimala baxanda köhnə Dubay, cənuba baxanda yeni Dubay görünür. Şəhərin möhtəşəm mənzərələrini görmək üçün Dubai Frame-i nəzərdən keçirin. Gözəl bağlarla əhatə olunmuş gözəl binadır. Bu attraksionun xüsusiyyətlərindən biri də 150 metr aşağını görmək üçün piyada gedə biləcəyiniz şüşə döşəməsinin olmasıdır.6. Aquaventure WaterparkPalm Jumeirah-da yerləşən 17 hektarlıq nəhəng Aquaventure su parkını Dubayda ən yaxşı ailə əyləncəsi yeri kimi təsvir etmək olar.Dubayda keçirmək üçün bir az vaxtınız varsa və hərəkəti sevirsinizsə, mütləq buranı ziyarət etməli və heyrətamiz adrenalinlə dolu su atraksionlarından istifadə etməlisiniz, inanın ki, peşman olmayacaqsınız, əksinə, yenidən bunu istəyəcəksiniz. Burada delfinlərlə üzə biləcəksiniz. Şəkilinizi hər yerdə çəkirlər və günün sonunda əldə edə bilirsiniz.7.  La Mer DubaiDubayın ən məşhur çimərlik ərazisidir. La Mer, palma ağacları ilə kölgələnmiş bulvarı, bir mərtəbəli binaları, yüksək səviyyəli ticarət imkanları, unikal butikləri ilə bəzədilmiş körfəz mənzərələrini təqdim edir.Bura Dubayın Las-Veqası da deyirlər. Bir çimərlik ancaq bu qədər yaxşı dizayn edilmiş və əyləncəli ola bilər. Sahildə çimərkən bir az geridə ticarət mərkəzi və gözəl keyfiyyətli kafeləri ilə hər kəsi cəlb edən maraqlı küçə.8. Burj Al Arab1994-cü ildə inşasına başlanan otel 1999-cu il dekabrın 1-də qapılarını müştərilərinin üzünə açıb. Hotel əvvəllər iri qaya bloklarının dənizə endirilməsi ilə yaradılmış dəniz sahilindəki adada tikilib. Hotel dünyanın ilk 7 ulduzlu oteli olması ilə məşhurdur. Hotelə gündəlik ekskursiyalar da təşkil edilir. Burj Al Arab ərəb qalası mənasını versə də, memarlıq baxımından dənizdə üzən yelkənə bənzədiyi üçün Yelken oteli də adlandırılır.Həm çəkisini azaltmaq, həm də isti havanın sirkulyasiyasını təmin etmək məqsədilə otelin xarici səthi iri parça parçalardan hazırlanır. Bu baxımdan gecə proyektorlar tərəfindən işıqlandırılan xarici səthdə müxtəlif rəngli fiqurlar əmələ gəlir.Kateqoriya və qiymət baxımından rəqiblərindən xeyli yuxarı mövqeyə malikdir, standart otaqlarının da dupleks olması və otaqların şəraiti heyrətamizdir. Hotel Hermes brendi ilə əməkdaşlıq edir. Bütün otaqların möhtəşəm mənzərəsi var. Oteldəki satış məntəqələri, hovuzu və çimərliyi də çox uğurludur.9. Ski Dubai22.500 kvadrat metr sahəsi olan qapalı bir xizək kurortudur. Temperatur il boyu -4 dərəcə ilə 2 dərəcə arasında olur. Dünyanın ən böyük ticarət mərkəzlərindən biri olan Mall of the Emirates-in bir hissəsidir.İçəridə bir neçə pinqvin var, siz onları da görə biləcəksiniz.10. Dubai Creek HarbourŞəhərin köhnə yaşayış massivində Yaxın Şərq memarlığını nümayiş etdirən tarixi yerlərdən biridir. Bərpa edilmiş köhnə binalarda restoranlar, açıq havada yeməkyemək üçün yerlər, köhnə bazar və ədviyyat bazarı da maraqlıdır. Sabha və Abra stansiyasından köhnə ərəb qayıqlarına minərək gün batımını seyr etmək, işıqların parıltısı arasında qayıqda nahar etmək olduqca maraqlıdır.11. Dubai DolphinariumDubayın ən sevimli turistik yerlərindən biridir. Burada Delfin və suiti şoularını izləyə biləcəksiniz. Ən maraqlısı isə delfinlərlə üzə biləcəksiniz. Uşaqlı ailələrin mütləq getməli olduğu yerlərdəndir.12. The Lost Chambers AquariumBurada 65.000 dəniz canlısı yaşayır. Köpəkbalığı, ilanbalığı, dəniz atları və piranalarla qarşılaşacaq, Atlantis sivilizasiyasının sualtı labirintlərini və tunellərini görəcəksiniz. Uşaqlar üçün daha maraqlıdır.13. Dubai Safari Park119 hektar ərazini əhatə edir. Burada dünyanın hər yerindən 2500-dən çox heyvan yaşayır.Dubay Safari Parkı vəhşi təbiətin mühafizəsi ilə bağlı maarifləndirməyə böyük diqqət yetirən interaktiv heyvanlar qoruğudur. Bir sıra interaktiv təcrübələr vasitəsilə park uşaqları təbiətə yaxınlaşdırmağa və onlara vəhşi təbiət haqqında daha çox öyrətməyə çalışır. Hətta park yerli məktəblər üçün bir sıra proqramlar hazırlayıb. Dubay Safari Parkı vəhşi təbiət parkı, heyvan qoruğu və təhsil mərkəzidir, hamısı bir yerdədir. Dünyanın flora və faunası haqqında daha çox öyrənmək istəyən hər kəs üçün mütləq ziyarət edilməli olan Dubay Safari Parkı həm də çoxlu sayda ekzotik heyvanlarla yaxından tanış olmağa imkan verən bir çox interaktiv proqramlara malikdir.Park müxtəlif zonalara bölünür, hər zonada öz bölgələrində yaşayan heyvanlar var.Burada Afrikanın savannalarında, Asiyanın tropik meşələrində yaşayan heyvanları görmək mümkündür. Marallar, şirlər, fillərayılar, pələnglər, çitalar, şimpanzelər, zürafələr, kaftarlar, qorillalar və bir çox başqa heyvanları görəcəksiniz, həm də onların yaşayış yerləri və ekosistemləri haqqında daha çox məlumat əldə edəcəksiniz.14. Səhrada safari turlarıDubay səhrasında safaridən həzz alın,4x4 Land Cruiser-də qumların arasında adrenalini hiss edin, Sandboarding edərək qum təpələrindən aşağı sürüşün, Əl Xayma səhra düşərgəsini ziyarət edin.Dəvəyə minin və bədəvi mədəniyyətinin nə olduğunu öyrənin. Otelinizden 4x4 Land Cruiser ilə alındıqdan sonra yerli bələdçinizlə Dubaydan cəmi 45 dəqiqəlik məsafədə səhraya yola düşəcəksiniz.Ləhbab səhrasına çatdıqdan sonra dincəlmək üçün təxminən 20 dəqiqə vaxtınız olacaq. Avtomobiliniz hazır olduqdan sonra siz səhrada təxminən 30-45 dəqiqə adrenalin yaşayacaqsınız.Növbəti dayanacaq sizi ənənəvi ərəb qəhvəsi, şirniyyat və xurma ilə qarşılanacağınız Əl Xayma düşərgəsidir.Sonra dəvə fermasına gedəcəksiniz. Qısa bir dəvə gəzintisindən zövq aldıqdan sonra sizi Dubaydakı otelinizə geri qaytaracaqlar.Hamilə qadınlar, 3 yaşa qədər uşaqlar, ürək problemi olan insanlar, əlil arabası istifadəçiləri tura qoşula bilməz.Özünüzlə rahat ayaqqabı,günəş eynəyi, günəş kremi və baş örtüsü aparmağı unutmayın.Azərbaycan Turizm Blogerləri Assosiasiyası #uçmaqüçündoğulanlar #travelblogger #visitabudhabi #dubailife #dubaiexpo2020 #dubaimall #dubaibeauty #dubaishopping #burjkhalifa #burjalarab #jumeirah #deira #emiratesƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

3196 dəfə oxunub

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :DHər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun."Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var."Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın PS: şəkilləri də əlavə edirəmPSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Alıyev

1920 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

2107 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!