886 dəfə oxunub

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.
Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.
Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.

77175883_2737446236315032_7608351204120199168_nHava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.
Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.

78218784_2737446156315040_3607674259788267520_nMənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!

Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )

78499533_2737446162981706_1630114004942716928_n

Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rizvan Aliyev

DİGƏR BLOQLAR

Sicilianın ikinci ən böyük şəhəri - Kataniya bələdçisi

Sicilyanın ən böyük ikinci şəhəri, möhtəşəm çimərlikləri olan, dəfələrlə məhv olsa da yenidən qurulan, başı bəlalardan heş qurtulmayan Kataniyaya xoş gəldiniz. Şəhərin simvolu: Ümumiyyətlə Kataniya haqqında nəyəsə baxanda qarşınıza çıxan ilk şey Katedral meydanındakı fil fəvvarəsi olacaq…Fil deyib keçməyin bu heykəlin Kataniyalılar üçün çox ciddi önəmi var. Filin adı “Liotru”dur və Kataniyanın qoruyucusu hesab olunur və elə nə hikmətdirsə bu başı zülümlərdən açılmayan, vulkanlardan, zəlzələlərdən majal tapmıyan Kataniya 1737-ci ildə bu heykəl bura qoyulandan sonra təbii fəlakətlərdən demək olar ki, canını qurtarıb… Vulkan Şəhəri: Kataniya Etna dağının ətəyində yerləşir və bu aktiv vulkanın yaxınlığında yerləşən yeganə böyük şəhərdir. Etna Kataniyanı dəfələrlə tamamilə məhv etsə də “heç bir yerdə yaşaya bilməz Kataniya adamları “ deyib yenidən burada şəhər inşa ediblər. Ümumiyyətlə Etna Kataniyalılar üçün müqəddəsdir. Nə qədər bəla gətirsə də yenə də “bir dərdim var min dərmana dəyişməm” deyib Etnanı sevməyə davam edirlər. Etnaya gündəlik turlarla gedə bilərsiniz. Gördünüz ki, vulkan püskürür qorxub qaçmayın. Dərhal lavalarının içinə atlayın. Deyilənə görə vulkan lavası insan dərisinə xeyirdir… Möhtəşəm pizzalar: İtaliyanın neçə şəhərində pizza yesəm də burdakı qədər dadlı pizza bəlkə biraz Napolidə görmüşdüm. Özəlliklə arxa küçələrində çox ucuza (5-6 avro) çox dadlı pizzalar tapmağınız mümkündür. Narıncı şəhər: Şəhər portağal ağaclarının bolluğu ilə məşhurdur. Küçələrdə gəzərkən bir çox yerdə rast gələcəyiniz portağal ağacları Kataniyadakı geniş bağların sadəcə “cıqqılı” hissəsidir. İsti qumlar: Kataniya çimərlikləri qara vulkanik qumları ilə məşhurdur. Bu qumlar günəşdə çox isindiyindən ayağınız “cızza” olmasın deyə çimərlik ayaqqabısı götürsəniz çox işinizə yarayar. Barokko İrsi: Şəhərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm barokko memarlığında binaları var. Ümumiyyətlə şəhər başdan başa barokko tərzində inşa olunub. Düşünə bilərsiniz ki, Palermoda ərəbindən normanına, yunanından italyanına 100 dənə memarlıq üslubu var bu yetimlərdə niyə təkcə barokkodu? Çünki, Etna gözünə döndüyümün beyni çönəndə hamısın məhv eliyibdi. Bu da yetməzmiş kimi baş vermiş zəlzələlər də olan qalanı yoxa çıxarıb… Dəniz məhsulları ilə zəngindir: Kataniya mətbəxi təzə dəniz məhsulları və balıqları ilə məşhurdur. Balıq bazarları şəhərin rəngarəng və canlı yerləridir. Qatarla səyahət: Kataniyadan dəniz kənarı boyunca səyahət edərək Sicilyanın 3-cü böyük şəhəri olan Messinaya da gedə bilərsiniz. Səyahət boyunca dənizə doğru çox gözəl bir mənzərə yaranır. Siciliya Günəşi: Yay aylarında Sicilyadasınıza, hələki Kataniyadasınızsa o zaman işiniz işdir. Çünki, Kataniya yay aylarında çox amma çox isti olur. Norman qalası: Kataniya tarixi Norman qalası ilə məşhurdur. Düzdür bu qala “cıqqılıcana” Kataniyadan kənarda qalır amma “Aci castello” adlanan bu əraziyə gedib çox qəşəng mənzərələr görə bilərsiniz. Bu qala şəhərin mərkəzinə baxan bir təpədə yerləşir. Teatr və İncəsənət: Kataniyada çoxlu teatr və incəsənət tədbirləri var. Mədəniyyət həvəskarları üçün əla yerdir.“Bə nətər gedəh ay qa?” Çox sadə…Romadan təyyarə ilə...Romaya da Bakıdan birbaşa ucuz reyslər var…Amma deyirsinizsə ki, “əşşi nə qədər təyyar olar? Biraz da maraxlı nəsə eliyəh” o zaman… Romadan (Bakıdan Romaya birbaşa reys var) Kataniyaya ancaq qatarla da gəlməyiniz mümkündür. Belə olan halda Romadan (Roma Termini stansiyasından) Messinaya (Messina Centrale) qatarla gəlirsiniz. Sonra da Messinadan Kataniya qatarına oturub gəlirsiniz. Qatarı Sicilya adasına keçirmək üçün Villa San Giovanni stansiyasında gəmiyə mindirib Messinaya keçirillər. Kataniyaya gəlirsinizsə yəqin ki, Palermodan gəlirsiniz və ya Palermoya da gedəcəksiniz. Belə olan halda Kataniyadan Palermoya (və ya əksinə) gündəlik avtobuslar fəaliyyət göstərir.Hər birinizə xoş istirahətlərDaha ətraflı şəkildə instagram səhifəmdən tanış ola bilərsiniz:https://www.instagram.com/sadi.goo/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

1049 dəfə oxunub

Albaniya, Şimali Makedoniya, Kosovo üçlüsü

3 ölkəlik Balkan turundan təcrübəmi yazıram. Xüsusilə də Şengen ölkələrindən çoxgirişli vizası və ya oturum izni olanlara maraqlı ola bilər, çünki o halda vizasız hər 3 ölkəyə getmək mümkündür:1) Albaniya. Səfərə Budapeşt-Tirana WizzAir reysi ilə başladım, ölkəyə giriş Azərbaycan pasportu ilə vizasızdır. Aeroportdan mərkəzə birbaşa ekspres avtobus ucuz qiymətə (dəqiq xatırlamıram) gedir, Airbnb və ya booking.com ilə mərkəzdə gecəsi ortalama 10-15 avroya da mənzildə otaq və ya villada ayrı girişi olan mənzil tapmaq mümkündür, şərait normal olur. Hostellər daha ucuz (5-10 avro), otellər isə daha bahadır (20-30 avro). Tiranada görməli yerlər azdır, mərkəzdə Skenderbeq adlı meydan var, sonra yaxınlıqda qalanın kiçik hissəsi qalır və orada indi restoran-kafe zonasıdır. Keçmiş kommunist liderlərin yaşadığı massiv indi daha çox əyləncə yerləri ilə doludur. Ən yaxında (təxminən yarım saatlıq məsafədə) 2 maraqlı şəhər var: Durrës və Krujë (ikisi də Tiranadan gözəldirlər). Hər ikisinə eyni avtovağzaldan getmək olur və bu saytdan əsas məlumatlara və qrafikə baxmaq olur: https://gjirafa.com/autobus (bu sayta 100% güvənmək olmaz, çünki mən 2 dəfə güvəndim və məlum oldu ki, qrafiklər yenilənəndə sayt heç də dərhal yenilənmir). Durrës yayda daha gözəldir, dənizi təmizdir və üzmək istəyənlər üçün yaxşı yerdir. Bundan başqa qalası və roma-yunan dövründən qalmış amfiteatrı da var. Krujë də maraqlı yerdir, daha çox memarlığı ilə ziyarətçilər cəlb edir, amma ora getməyə vaxtım olmadı. Daha bir maraqlı şəhəri Beratdır, ora getdim və çox xoşuma gəldi, getməyə dəyər. Xüsusilə də şəhərin yuxarısındakı qalaya qalxmaq zövq verdi, şəhərin mərkəzi və gəzinti zolağı çox təmiz və geniş idi. Tirananın 4 avtovağzalı var, ölkənin hansı istiqamətinə getməyinizdən asılı olaraq düzgün avtovağzala getmək önəmlidir. Yeməklər bütün şəhərlərdə ucuzdur, 3-5 avroya çox doyumlu yemək + içki almaq mümkündür. Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli bankomat Sizdən pul tutacaq və bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır.2) Şimali Makedoniya. Albaniyadan Makedoniyaya keçmək üçün ictimai nəqliyyatdan istifadə çox yorucudur, bir neçə dəfə dəyişmək və sərhəddə piyada keçmək olmasın deyə avtobus şirkətlərindən hazır Ohridə və ya Skopyeyə gedən bilet almağa çalışdım. Belə biletləri onlayn almaq olmur, ona görə kassaya getmək lazımdır. Adətən belə avtobus şirkətlərinin kassaları ya mərkəzi meydanın ətrafı boyunca, ya da beynəlxalq avtovağzalda yerləşirlər. Ohridə 15 avroya gediş bileti aldım və cəmi 3 saata Tiranadan Ohridin mərkəzinə getdim. Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək yoxdur, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Ohrid dəhşət gözəl şəhərdir, gözləntilərimin üstündə oldu. Yeməkləri, təmiz gölü, hündürdə monastrlar, kilsələr və qalası ilə çox xoşuma gəldi. Elə də qlamur olmayan, amma kifayət qədər yaxşı restoranlarda mərkəzi yerlərdə 3-4 avroya yemək + içki ala biləcəksiniz (qlamur yerlərdə qlamur balıq yeməyi 9-10 avrodur). Bankomatlardan pul çıxarmaq məsləhət deyil, çünki yerli banklar adətən Sizdən pul tutur və bəzi hallarda bunu yalnız pul çıxandan sonra biləcəksiniz. Amma restoran-kafelərdə kartla ödəmək və ya exchange-də sərfəli kursa dəyişmək daha yaxşıdır. Ohriddən Skopyeyə ölkədaxili avtobuslar (Classic, Galeb və s.) təxminən 8 avroya gedirlər, mən də elə getdim və qrafikinə bu saytla baxdım: http://www.sas.com.mk/en/ (çoxlarının dediyinə görə güvənli saytdır, çünki avtovağzal qrafikləri yeniləyəndə saytı da dərhal yeniləyir). Skopye son illərdə xeyli gözəlləşib, amma ümumən kifayət qədər sosialist abu-havası var. Şəhərin albanlar yaşayan tərəfi makedoniyalıların yaşadığı tərəfdən kəskin fərqlənir, bu təzadı görmək yaxşı mənada maraqlıdır. Bir çox şeylər üçün qiymətlər Tiranadakı kimidir.3) Kosovo (Serbiya oranı öz ərazisi hesab edir). Şimali Makedoniyadan Kosovoya keçmək çox rahatdır. Bir çox özəl şirkətlər Skopyedən avtobusla Priştinaya aparırlar, gündə bir neçə dəfə avtobus çıxır (qrafiklər və qiyməti burada: http://www.sas.com.mk/en/). Sərhəddə pasport nəzarət məntəqəsindən keçmək çox asan oldu, avtobusdan düşməyə gərək olmadı, çantaları açıb baxmırlar və tez möhür vurub keçirdirlər. Priştinada görməli elə bir şey yoxdur, mənim Budapeştə geri dönüş uçuşum ordan səhər tezdən olduğu üçün Priştinaya gedib orada gecələdim. Vaxtı olanlar Prizren şəhərinə gedə bilərlər, deyilənə görə çox gözəldir və səhər gedib axşam qayıtmaq bəs edir. Priştina indiyə kimi gördüyüm ən ucuz Avropa paytaxtıdır, mərkəzdə yerləşən əla restoranlardan birindəki menyunu aşağıda yerləşdirirəm, qiymətlərlə tanış olun Priştinada mərkəzdən aeroporta 3 avroya avtobus işləyir, qrafiki dəqiqdir və etibarlıdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

2356 dəfə oxunub

Monteneqroda raftinq - Tara kanyonu

Tara kanyonu ətrafındakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Növbəti post-um #visitMontenegroMontenegroda #rafting ????‍♀️ haqqında:???? Montenegroda Rafting ancaq Tara çayında, Bosniya və Herseqovina ilə düz sərhədində keçirilir.????️ Tivat aeroportundan və ya Budvadan 3 saata (180 km) maşınla çatarsız. Yolda da hər 30 dəqiqədə maşın saxlayırdıq çünki yolda mənzərəli ????️ yerlər doludur.???? Biz dağ yolu ilə gedirdik, amma heç qorxulu deyil idi, çox səliqəli tez yoldur. Balaca maşın götürmək məsləhətlidir.???? Ölkələrin kolleksiyası yığanlar üçün: Rafting vaxtında Siz heç bir sərhəd keçmədən Bosniyada fasilə eləyib, quş qoya bilərsiniz :)))⏱️ Rafting özü səhər saat 10-11 arası başlanır, ona görə də tezdən oyanıb yola çıxmalısız. Biz isə əlavə adambaşı cəmi 15 avro ???? ödəyib, gecə də onların taxta evlərində qaldıq, üstəgəl şam yeməyi + səhər yeməyi verirlər bu qiymətə. Nəticədə səhər yorğun deyilsiz, raftingi ???? aktiv keçirirsiz.???? Yay vaxtı Tara çayı sakit olur, ona görə də təhlükəli anlar az olur, uşaqları da özünüzlə götürün, maraqlı olacaq onlara.???? Hydrokostym və ???? xüsusi ayaqqabı qiymətinə daxildir, razmerinizə uyğun verəcəklər. Çox rahatdır, nə soyuq nə isti olmur qayıqda. + Jilet və şlem veriləcək????‍♀️ Çox əlnən işləməli olacaqsınız, onu nəzərdə saxlayın. Tənbəl eləmək mümkün deyil, camp-a vaxtında çatmalısız???? Çayda üzə də bilərsiniz, amma buz kimi soyuqdur, çox suda qalmaq mümkün deyil⏳ Ümumiyyətlə vaxt tez keçir, təmiz Rafting 2,5-3 saat çəkir (iki fasilə ilə, birində maraqlı şəlalə var idi), Instruktor da çox təcrübəli idi bizdə, rusdilli cavan oğlan???? Telefon mütləq özünüzlə götürün, qayıqda xüsusi yer var. Bacım elə Rafting vaxtında dayanmadan şəkil çəkirdi.????️ Təbiəti çox gözəldir, dağlar, meşələr, gözləriniz dincələcək.???? Raftingin qiyməti 45 avro (nahar yeməyi daxil), biz isə 60 avro ödədik adambaşı və o məbləğə ???? şam yeməyi, ???? gecələməsi, ???? səhər yeməyi daxil idi, 15 avro üçün əla fürsətdir, yeməkləri çox dadlı idi Tara Tour-da.???? Şirkət olaraq www.tara-tour.com/en Tara Tour-u seçdik, oranın müdiri Montenegroda ən birinci Rafting Instruktor idi, çox peşəkar kişidir, rusdillidir, biz onunla dost olduq və o mənə bir banka bal bağışladı + otağımızı pulsuz upgrade elədi. Adı Danila-dır. Qiymətləri da orada çox sərfəlidir. Instagram-da @tara_tour gedir➕ Bonus: camp-a çatmamış Piva gölündə Plujine şəhərinin yanında çox uzun və maraqlı zipline var, mütləq onu sınayın❓Daha nə maraqlandırır Sizi? Montenegro bağlı, mövzu verin, yazacam :))))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Gasimova

1068 dəfə oxunub

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.Burdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramina Mammedova

885 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!