1348 dəfə oxunub

Tekila kimi sərxoş edən ölkə - Meksika

???? Tequiladan içərək sizə bir post yazım dedim. Tequilla bolluğuna düşmüşəm lap. Çünkü səyahət etdiyim yer məhs elə Tequilanın məskəni olan Meksikanın Jalisco “Xalisko” ştatıdır.
????????
Jalisco ştatında səfərim üç gün oldu.Tequila adlandırılan kənddə elə burda yerləşir. Bu üç gün içində çalışdım ki maraqlı yerləri gedim görüm məlumat toplayım ki, sizədə ətraflı məlumat verə bilim.75446455_1391883790987513_3602354221237665792_o

ℹ️Guadalajara “Quadalaxara” kimi oxunur və Meksikanın qərbində yerləşən bir şəhərdir. Şəhər, Jalisco ştatının İnzibati mərkəzidir. Bu ad İnpanyada bir qəsəbə adından alınmışdır. Adı “Dağlar arasında axan çay olara tərcümə edilir”. Guadalajara ümumiyyətlə qərb almazı və güllər şəhəri deyirlər. Şəhərin əhali sayı 1.646 milyon təşkil edir. Şəhər 1513 cü ildə İspanyalılar tərəfindən qurulub.

✈️ Meksikanın Cancun şəhərdindən Guadalajara şəhərinə Volaris hava yolları ilə gəldim tək gedişli bilet qiyməti isə 150 manat idi . Siz bura gəlmək istəsəniz İstanbuldan Cancun şəhərinə ordanda Guadalajara şəhərinə gələ bilərsiniz. Və yaxudda avropa üzərindən olan uçuşlarla Meksikanın paytaxtı və ya Cancuna gələrək daha sonra Guadalajaraya uça bilərsiniz.

???? Qalınacaq yer – Ev 4 nəfər üçün nəzərdə tutulmuşdu. Dostlarımla getdiyim üçün Airbnb’dən geniş bir ev kirayələdik. Ev iki martəbəli idi. Wifi əla vəziyyətdə işləyirdi. Mərkəzə çox yaxınlıqda yerləşir. Aşağıdakı linkdən evə baxa bilərsiniz. 3 günə görə evə 190 manat ödədik. Əgər yolunuz tək və ya cüt düşsə onda www.Airbnb.com saytından başqa münasib qiymətdə olan evlərə baxa bilərsiniz.
???????? Şəhər daxilində Uberdə istifadə edə bilərsiniz. Şəhər daxili təxmini uber qiymətləri isə 5-8-10 manat civarındadır. Aftobuslar şəhər daxilində normal işləmirlər ona görə sizə məsləhət görmürəm. Şəhər ətrafını görmək üçün isə aftobusdan istifadə edə bilərsiniz normal işləyirlər.

????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu Banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.

Guadalajara tamamən təhlükəsiz bir şəhərdir. Bura səyahət üçün ən yaxşı vaxt isə 15 Oktyabr’dan 15 Aperl’ə qədərdir.
???? Gəzib görüləcək yerlər
???? Guadalajara Centro ????San Juan de Dios ????Catedral de Guadalajara ????Plaza Guadalajara ????Plaza De Armas
????Tequila kəndinə yol şəhər mərkəzindən iki saatlıq yoldu. Aftovağzaldan bilet alıb aftovus ilə rahatlıqla gedə bilərsiz. biletin qiyməti gediş-gəliş 20 manatdı. Kəndə çatdıqda biraz ətrafı gəzib maraqlı şəkillər çəkib sonra hər tərəfdə Tequila turları var yaxınlaşın turun qiyməti 30 manatdı. Tur sizi Tequila hazırlanan zavoda aparıb necə hazırlandlğını göstərəcək. Və orda da əsl Tequilanın dadına baxa bilərsiniz.
????Guadalajaranın yeməkləri çox dadlıdı və cibinizə uyğun münasib restoranlar tapıb yaxşıca yeyib içə bilərsiz.

DİGƏR BLOQLAR

Barselona bələdçisi

Barselonadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola, Hola. #Barcelona..Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.Başlayaq.. Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.Növbəti günƏgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.Nəqliyyat:El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. :)Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.Yemək:Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. :)Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.Şirniyyat: Crema Catalana, Mato.Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək. :) #barcelona #spain #autumn2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibova

1454 dəfə oxunub

Tayland Bələdçisi

Taylanddan bütün gəzəyənlərə eşq olsun. Gəl sizə mən söhbət açım öz viza təcrübələrimdən. Bəlkədə bir çoxunuzunda başına gəlib. Deməli vizaya müraciət eliyəndə səfirlikdə ya vizasız ölkəyə gələndə sərhəddə passportumu görən hərkəs 2 sual soruşur. 1 Bu pasport hansı ölkənindi? 2 Hanı sənin geri dönüş biletin? A kişi, kamboca acından günorta durur yuxudan məndən geri dönüş bileti istəyir. What the funnn?Passport məsələsin birtəhər Türkiyə Rusiya neighbor deyib keçişdiriəm.Geri dönüş biletinin də ucuz varyantını internetdə biraz qurdalanıb birneçə etibarlı sayt tapmışam. Deməli bu saytlardan bilet alanda mənə PNR kod olan bilet verillər. Bu bileti soxuram sərhəddəki polisin gözünə deyir Xoş gəlmisən.Deməli bunu qısa bir list kimi hazırlamışam, qiymətiylə filan.Tiketvisa.com - 9$ oneway | 15$ round trip | avtomatik bookingOnwardticket.com - 16$ oneway | 23$ round trip | avtomatik bookingVerifiabletickets.com - 12$ oneway | 19$ round trip | manual booking (bilet gələnə qədər sinqapura qar yağır)Başqaları da var amma çoxu axırıncı kimi manual bilet rezervasiyası eləyir deyə yavaşdı ya da tamailə saxta bişeylər generate edirlər ona görə məsləhət görmürəm.Qısa bir qeyd: Evdə oturub 'Fotoşop' ilə saxta bilet filan düzəltməyə çalışmayın  çünki bir çox immigrasiya polisi PNR kodu havayollarının sistemindən yoxlayır. Tutsalar cərimə + ölkəyə giriş qadağası və daha çox problemlər...Nəysə gəzməyə davam! Hamıya 2025-də daha çox ölkə, xoşbaxlıx, can sağlığı — WatArun, Bangkok Thailand'da.

Kapadokya Bələdçisi

Kapadokya Əziz Gəzəyənlər, sizə 4 ildir yaşadığım, insanı nağıllar aləmində hiss etdirən bu gözəl bölgə üçün qısa məlumatlar verəcəm. Kapadokya, Türkiyənin 6 şəhərini əhatə edən bölgənin adıdır, mərkəzi və görülməli yerlər isə Nevşehir şəhərinə bağlı Göreme, Ürgüp, Avanos, Ortahisar, Uçhisar ilçeleridir. Necə gələ bilərsiniz? : Bakı - Ankara təyyarə ilə, Ankaradan Nevşehir’ə avtobusla və ya Bakı - İstanbul - Kayseri təyyarə ilə, Kayseridən avtobusla 1 saata bura gələbilərsiniz. Türkiyənin digər şəhərlərinə nisbətdə, burda hər şey çox bahalıdır bunu öncədən planlamağınızda fayda var. Türkiyədə artıq hər şey bahalıdır, o ayrı məsələ. Görülməli əsas yerlər:Göreme Açıq Hava Muzeyi: Qayaların içində oyulmuş qədim kilsələr və ibadət yerləri var. Uçhisar Qalası: Bölgənin ən yüksək nöqtəsidir. Qaladan bütün peribacalarını izləyə bilirsiniz.Ürgüp ilçesi: Çox aktiv və gözəl bir ilçedir. Kuruyemişçilər, maraqlı kafe və restoranlar var. Otellər burda Göreme və Uçhisara nisbətən daha münasibdir. Yerli şərablar da burda olduqca keyfiyyətlidir.Ihlara vadisi: Aksaray şəhərinə bağlı, yaşıllıqlar içərsində çox gözəl kanyondur, eyni zamanda tarixi kilsələr də çox maraqlıdır. Görülməsi gereken daha çox yer var, yazsam bitməz. Əsas məkanlar bunlardır. Gələk maraqlı aktivitelərə: Balon turu, ATV ( QUAD ) turları, At vəya dəvə turları, eyni zamanda bölgəni gəzmək üçün Green tour və Red tour deyə aktivitelər mövcuddur. Green vəya Red tour adam başı 50 avrodur, ATV turu 2 saatlıq günbatımı turları var, adam başı 1000 tl. ( 1 ATV 2 nəfər minə bilər ) Balona gəldikdə isə, qiymət hər gün hətta hər saat dəyişə bilir. Nə qədər çox tələbat varsa, bir o qədər bahalı olur. Hal hazırda təxmini adambaşı 200 avrodur. Qışda isə, 40 avroya minmək mümkündür. Turlar və ya balon üçün əvvəldən rezervasiya etmək yaxşı olar. Yayda çox isti olur, amma yaz və payız səyahət üçün daha idealdır. Kapadokya çox sakit, fərqli və vizual olaraq bənzərsiz bir bölgədir. Həm gəzib görmək, həm də bir az sakitləşmək üçün ideal seçimdir, mənə görə. #Kapadokya #TurkeyPaylaşan - Cəlil Alyaslı

189 dəfə oxunub

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş.Yaxın oturun, son səfərimdən 1-2 kəlmə yazım. Dəvət əsasında oktyabrın 8-11-i arasında tanınmamış (daha doğrusu yalnız Türkiyə tərəfindən tanınmış) Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər etdim. Həmişə təyyarəyə minib ekonom sinfə keçəndə biznes klassda oturanların mənə ürək ağrıdıcı baxışlarını görüb, mən də bir gün burda oturacam deyə özümə təsəlli verirdim. Nəhayət o gün gəlib çıxdı, AZAL Miles-da olan Elite statusumdan istifadə edib ekonom sinif biletimi pulsuz biznes klasa dəyişdim. Bu dəyişiklə hava limanı içərisində yerişim, biznes lançda oturuşum da dəyişdiSəfər haqqında yazmaq fikrim də dəyişməmiş keçək səfərə. Səfər proqramında Lefkoşa şəhərini gəzmək və 3 gecə Girne şəhərində gecələmək vardı. Onu deyim ki, Girne şəhəri Lefkoşaya nisbətən daha canlı, daha rəngarəngdir. Adada hərəkət sol istiqamətində olduğundan, bir neçə dəfə yol keçəndə qəzaya səbəb olacaqdım)). ŞKTC-ni maraqlı edən əsas xüsusiyyətlər, kazinoların leqal olması, demək olar ki, hər yerdə bitkoinlə ödəniş etmə imkanının olmasıdır. Lakin məni adada özünə çəkən adanın ruh şəhəri olan Varoşa (türk adalılar oranı Kapalı Maraş adlandırır) oldu-zamanın dayandığı şəhər. Bu şəhər 1974-cü ilə qədər adanın Beyrutu, Miamisi adlandırılıb. Şəhər özəl bir ərazi kimi idarə olunub. Şəhərdəki otellərin, şirkətlərin, dükanların və digər obyektlərin demək olar ki hamısı yunanlar tərəfindən idarə olunub. 1974-cü ilin məlum hadisələrindən sonra türk əsgəri adaya çıxdıqda yunanlar şəhəri boşaldaraq cənuba doğru gediblər. Türklərin bu şəhərə girməsi beynəlxalq siyasətdə müəyyən etirazlara səbəb olduğu üçün şəhər o vaxtdan mülki insanların girişinə bağlanıb. O vaxtdan bəri heç bir mülkə toxunulmayıb və bu vəziyyət 46 il davam edib. 2020-ci ildə şəhərin bəzi hissələri mülki insanların yalnız seyr etmək məqsədilə girişinə açılıb. Şəhərdəki bütün mülklər yunanlara məxsus olduğu üçün, şəhərdə hər hansı yaşayış, tikinti və s. əməliyyatlara icazə verilmir. Beləcə şəhər 50 ildən çoxdur ki, sakinsiz bir ruh şəhərdir, həm də ruh yaşı Çernobıldan (1986) böyükdür. Şəhərin insanlar üçün açılışının maraqlı tarixçəsi var, istəsəz maraqlana bilərsiz və ya şərhdə istəyinizi bildirsəz izah edərəm. Ümumiyyətlə adanın tarixi haqqında bir çox məqalə oxuduğum üçün, bəzi məqamlar mənə çox maraqlı gəldi. Məncə ömürdə bir dəfə də olsa gedib gəzməyə dəyən yerdir.Paylaşan: Ruslan Huseynov

166 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!