828 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 1)

Viktoriyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.

PART 1. General Info.

Seyşellər , 115 adası olan, sadəcə 90.000 nəfərin yaşadığı, qışın ortasında qızmar yayı görəcəyiniz, geri dönərkən çox üzüləcəyiniz, evə çatarkən içinizdə boz bir boşluğun olduğunu hiss edəcəyiniz, granitdən olan daşların bəmbəyaz qumlarda poz verircəsinə yaratdığı mənzərələr, xalqının hər zaman güldüyü, gülümsədiyi, musiqiyə çox həssas olduğu əsrarəngiz, fövqəladə ölkə.
 
71031085_2533709463359657_8300132897768079360_o
 
Seyşellər.... hər nə qədər müxtəlif və fərqli mədəniyyətlərin hökm sürdüyü yerlərdə olsanız da, sanki ilk dəfə xaricə gedirsinizmiş kimi həyəcanlanacağınız, insanların pozitivliyinə təəccüblənəcəyiniz, natural vanilla yağının elə təyyarədən enən kimi aeroportdan duymağa başlayacağınız əfsanəvi coğrafiya.
Maraqlananlar üçün Seyşel adaları harada yerləşir, necə gedilə bilinir, Seyşel adalarına tur yoxsa özünüz getməlisiniz, viza prosedurları haqqında 3 postda suallarınıza cavab verəcəyəm.
 
Keyfin, huzurun ve sakitliyin hökm sürdüyü bir coğrafyaya gedərkən, əslində çox plana ehtiyac yoxdur, amma adəti üzrə 6 ay öncədən yuxumu qaçırtdığı bu coğrafiyanın hər bir küncünə virtual olaraq bələd olmuşdum.(Allah xasiyyətimi kəssin  ) Böyük şəhərlərin izdihamından qaçıb, sükunəti dadmaq üçün çıxdığım bu səyahətdə də Google-da mövcüd olan bütün bloqları (hamısını olmasa da, çoxusunu oxuduğum) oxuyub yola çıxmışdım.
 
70476484_2533700623360541_3885889364911194112_o
 
Amma bəri-başdan bildirim : "Backpacker kimi bel çantamı alıb Seyşellərə gedirəm, ekonomik gəzinti olacaq" düşüncəsindəsiniz, yanılırsınız. Çünki Seyşellər olduqca bahalı ölkədir. Amma mən əlimdən gəldiyincə sizlərə ekonomik önərilərimi izah edəcəm.
Seyşellər, bizdən viza istəməyən ölkələr arasında yer alır. Hələ təyyarədə olarkən sizə sadece miqrasiya və sağlamlıqla bağlı 2 sənəd verəcəklər onları doldurub, harada qalacağınızı, özümüz haqqında məlumat və.s bildirirsiniz. Aeroportda miqrasiya işçilərinə qalacağınız evin/otelin bronunun və geri dönüş biletinizin surətlərini göstərmək yetərlidir.
 
Seyşellər Pul Vahidi : Seyşel Rupisi. 1 Euro= 16 Rupi. 1 dollar= 14 Rupi
Seyşellər, Hind okeanın tam ürəyində, ekvator xəttinin cənubunda yerləşir. Ətrafında 1 dənə də olsun qonşusu yoxdur. Niyə? Çünki ada ölkəsidir.
Seyşellərə təyyarə və kruz gəmi ilə gedilə bilinir. Beynəlxalq hava limanları hər iki böyük adalarda var (Mahe və Praslin), əsas uçuşlar ən böyük ada - Mahedə yerləşir. THY ile direkt olaraq 8,5 saata adaya varılır. Əminliklə 2 stopla ilə Qatar Airways’i önərirəm. THY’yə göre, ən az 40 % daha ekonomik olacaq.
 
69961385_2533700566693880_7395995737399492608_o
 
Seyşellerdə gəzərkən isə, mütləq avtomabil kiralayıb gəzmənizi şiddətli tövsiyə edirəm. Günlük avtomobil kira qiymətləri 40-50 Euro arasında dəyişir. Ana adaları olan Mahedə avtomobil kiralarsanız, digər adalarda velosiped ilə idarə edə bilərsiniz. Hər iki böyük adalarda avtobuslar ilə 7 Rupiyə istənilən məsafəyə gedə bilərsiniz. Sadəcə dəqiq vaxt cədvəlini internetdən endirməlisiniz. Note : böyük çanta ilə avtobusa minə bilməzsiniz.
 
Ada ölkəsində yaşayan xalqı gözünüzün önündə canlandırın..... Düşünün, çoxu işləmir, keyf içində yaşayırlar. Qətiyyən heç nəyə tələsmirlər. Heç nədən narahat deyirlər, istər sünami gəlsin. (mübaliğə????????) Xalqın çoxusu hibriddirlər. (Müxtəlif irqlərin, millətlərin qarışımı.)
Bu xalqa isə Creole(kreol) deyirlər. Kreollar, bəzən avropalı, bəzən afrikalı kimidirlər. Xarici görünüşlərindən, Seyşel xalqının necə olduğunu anlamaq mümkün deyil.
 
Adalarda lyüks otellər, qumarxanalar, barlar, publar, restoranlar nə axtarsanız var. Axşamüstü hərkəs, işi gücü buraxıb sahillərdə gün batımını izləyir. Xalqın böyük bir hissəsi katolikdir, lakin provoslavlar, müsəlmanlar və hindular da aralarında vardır. Şənbə və bazar günləri, hərkəs dincəlir, heç bir market, bazar, əyləncə mərkəzləri işləmir. Yalnız bəzi kiçik hind dükanları açıq olur. Getsəniz mütləq nəzərə alın.
 
1976-cı ilə qədər İngiltərənin müstəmləkəsində olan bu adalar ölkəsi, daha sonra Seyşeller Demokratik Respublikası kimi dünya xəritəsində yer almışdır.
Seyşellər, hər il, ən azı yarım milyon turist qarşılayıb-yola salırlar.
Seyşellərdə adam başına gəlir illik 36.000 dollar təşkil edir. (2015 statistikası)
Seyşellərdə 2 mövsüm var : Yağışlı və quraq mövsüm.
Seyşellər dünyanın ən kiçik ölkələrindən biridir.
Bütün avtomobillərin nömrə plakası S ile başlayır.
Ardı var....
 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aksana Kaiser

DİGƏR BLOQLAR

TARİXİ SARAYLARI VƏ SEHİRLİ MÜHİTİ İLƏ İRAN

 İran səfəri haqqında çox uzun bir yazı.Bu yazı bir az uzun olacaq. Ona görə də indidən çay-kofe-qarpız nələrsə əlinizin altına qoyun. Əvvəlcədən yazımda olan səhvlərə görə üzr istəyirəm. Maraqlı gəlsə və həvəsiniz olsa bunu redaktə edib mənə göndərərsiniz, göndərərəm hansısa sayta.Deməli başlayaq. Hər şeyin əvvəlində nə gəlir? Əlbəttə ki, səbəb. “İrana gedirəm” dediyim anda insanlar çoxu təəccüblə, qarşısında “ağlını itimiş” bir insan gördüklərini hiss etdirirdilər və səbəbi soruşurdular. “Həkimə gedirsən?” - Yox, “Məşədə gedirsən?” - Yox. Bəs nə işin var orda? Səbəb isə çox sadə idi - uşaqlıqdan Təbrizə marağım olub və bu dəfə istəyimi reallaşdırmaq qərarına gəldim.Necə getdik? Adil və Zeynalla qərara gəldik ki, Tehrana təyyarə ilə gedək və oradan üzü yuxarı yavaş-yavaş davam edək. İlk dəfə idi ki, getdiyim yerə heç bir çanta, çemodan götürməmişdim. Düşündük ki, orada nə lazım olsa alarıq. Buta sağ olsun! Əl çantasına belə icazə vermir, ona görə də balaca A4 ölçüsündə bir çanta götürmüşdüm.Dostlarıma çox yansıtmasam belə içimdə bir həyəcan var idi, çünki deyirdilər ki, bəs Amerikada olmuş adamlar İran sərhədində problem yaşaya bilərlər . Xülasə, təyyarədən düşdük və passport yoxlanışa yaxınlaşdıq. Gömrük işçisi yuxulu-yuxulu bizə baxdı və passporta möhür vurmadan bizi yola saldı. Onu qeyd edim ki, qayıdanda belə gömrük işçisi passportumda möhürün olmadığını gördü və möhür vurmadı. Bizimkilərdən soruşanda dedilər ki, bəs bunu Avropaya gedəndə problem yaranmasın deyə edirlər.Dil: İlk gördüyümüz adamla ingiliscə danışmağa çalışdıq, o da biləndə ki, biz Azərbaycandan gəlmişik dedi ki, “ə bəs türkçə danışın da” (bundan sonra da “türkcə” və “türk” sözləri istifadə olunub. burada elə bizim dil və xalq nəzərdə tutulur).Biz də elə danışdıq. Çıxdıq bayıra və bir taksi tapdıq. Öz dili ilə desək Ərdəbil uşağı Əkbər bizi gecə Tehranında gəzdirdi və ölkə barədə ilk məlumatları verdi: ”Tehranda ən pis halda hər 3 nəfərdən birisi türkdür. Yeməkxanalar, bazarlar və s. xidmət obyektlərinə elə türklər baxır. Rahat türkçə danışa bilərsiniz”. Bax bu mənim üçün yeni məlumat oldu ona görə də kimə yaxınlaşırdıqsa ingilis dilində yox, elə türkcə danışırdıq. Tehrandan üzü yuxarı şimal tərəflərdə əsas türklər yaşayır. Təbrizdə isə demək olar ki, hamı bizimkilər idi. Türk dilini sadəcə türklər yox, elə farslar və kürdlər də bilirlər. Dilləri çox şirindir. Misal üçün “ay can” əvəzinə “caaaanım” deyirlər. İlk dəfələrdə başa düşməkdə bir az çətinlik çəkə bilərsiniz, lakin 2-3 günə tam başa düşəcəksiniz. Ona görə hər yerdə ilk olaraq türkcə söhbətə başlayırdıq, başa düşməyəndə ya ingiliscə, ya da avtomatik türkcə anlayan birini tapırdılar.Qaldığımız məkan: “Hi Tehran” adlı hostel idi. Bu hostel çox şirin bir məkan idi - əsas da İnterneti yerində və xudmani səhər yeməyi var idi. Təbrizdə isə Saeb (səhv xatırlamıramsa adı belə idi)adlı bir oteldə qaldıq. 2 yataq otağı + qonaq otağı, günlük təxmini 50 azn idi. Möhtəşəm!Pul vahidi: Çıxdıq şəhərə. İlk getdiyimiz yer sərraf idi - bizim dillə desək pul dəyişmə məntəqəsi. Ümumiyyətlə, İranda məni ən çox çaşdıran elə bu pul söhbəti olmuşdu. Niyə? Rəsmi adı rialdır, lakin hər kəs tümən adından istifadə edir. Məzənnə elədir ki 1 manat 71.000 rial (7.100 tümən) idi və elə ilk pul dəyişmədən sonra biz olduq millioner. Məsələ odur ki, hər dəfə bizə qiymət deyiləndə biz dəqiqləşdirirdik ki, söhbət tüməndən gedir ya rialdan. Axırdan axıra başa düşdük ki, söhbət tüməndən gedirmiş.Qiymətlər: Təbrizdə Eynəlidə (aşağıda oxuyacaqsınız) bir işçi ilə danışırdıq. Xanım dildən saz idi. Hardan gəldiyimizi biləndən sonra dedi ki “nə var e sizə? gəlirsiniz müftə gəzirsiniz burada” və nə yalan deyim - elə idi. Təsəvvür edin ki, gedirdik yemək yeməyə, 3 adama nəyi var yeyirdik və hesab 30 Azn-i heç vaxt keçmirdi. Ona görə çox yerə gedəndə heç qiyməti soruşmurduq. Taksi də çox ucuz idi - şəhərin bir başından o başına maksimum 3-4 Azn-ə gedirdik.Yol hərəkəti: Tehran deyəndə ilk ağlıma gələn oranın yol qaydaları idi. Yəni anormallığı. Bunu sözlə ifadə etmək çətindir, gərək görəsən. Sadəcə təsəvvür edin ki, orada heç kim (!) piyada zolağında saxlamır və piyadalar sadəcə maşınlar və motosikletlər arasında oynayaraq yolu keçirlər. Məsələ onunla çətinləşir ki, qanun qaydaya fikir verən yoxdur və kim necə gəldi sürür. Sözün əsl mənasında. Əlavə olaraq hara gəldi, necə gəldi sürən yüzlərlə motosiklet və moped var. Oranı görəndən sonra Bakı maşın sürmək üçün ən möhtəşəm yerdir. Təsəvvür edin!Təbrizdə hər şey daha yaxşı idi. Ən azından piyadaya yol verilirdi, lakin orda da qayda-qanunla insanların arası heç yaxşı deyildi. Təsəvvür edin ki, taksi sürücüsünün birisinə sual verdik ki, bəs siz də “dairədə” yol kimindir? Cavab - kim birinci girdi :)Yeməklər: səhər yeməyi təcrübəm çox güclü olmayıb deyə sizə sadəcə nahar və şam yeməyindən danışa bilərəm. Tehranda günorta Tehran bazarında yerləşən bir yeməkxanaya getdik. “Daldeh” yerdə yerləşməsinə baxmayaraq növbədə bəlkə 40 nəfər gözləyirdi. Çox maraqlı arxitekturası var idi. Porsiyalar isə çox böyük idi. İranda düyünü yağla verirlər (üstündə qoyurlar).O biri günTəbrizdə Zeytun restoranında oturduq (rəngli şüşəli şəklim var) Növbəti məkan isə bir kababxana idi (şəkli var). Lülə kababı verirdilər, 40 sm-lik hardasa. Lülənin yanında laym (İranda çox məhşurdur), reyhan (!) və soğanla bir yerdə. Çox dadlı idi, çox!Kəllə-paça, piti və sairə kimi yeməklərə vaxtımız çatmadı. Ümumən yeməklərdən razı qaldım. Çayı isə cəmi 1 yerdə dada bildim (Eynəlidə). Digər yerlərdə sallama çay verirdilər :(Meyvə şirələri tam ayrı bir mövzudur. Ən çox bəyəndiyim yemiş və çiyələk idi. Sözlərlə ifadə edilmir, əntiqə idi!Görməli yerlər:Bu mövzuda uzun-uzadı yazmaq olar, amma vaxtınıza qənaət edəcəm (əlavə məlumat üçün google edə bilərsiniz). Aşağıdakı yerləri 10 ballıq şkaladan qiymətləndirəcəm. Qeyd edim ki, mən çox da bina-incəsənət adamı deyiləm deyə qiymətləndirməmdə əlbəttə ki, önyarqı var.Tehran-Gülüstan sarayı - İransayağı Dolmabahçe. Topkapıya heç yaxın durmur. Bir dəfə görmək lazımdır. 5/10-Tehran Bazarı - çox gəzə bilmədim, amma maraqlı yerə oxşayır. 6/10-Azadi Tower - şəkil çəkdirmək üçün yaxşı yerdir. Avtovağzaldan da uzaq deyil. Son olaraq ora gedə bilərsiniz. 6/10-Miladi Tower - dünyanın ən hündür 6-cı teleqülləsidir. Bütün Tehran əlinin içindəki tək görsənir. Axşam gün batmamışdan əvvəl getmək şərtdir (biz bilmirdik). 7.5/10Təbriz-Təbriz Böyük Bazarı - dünyanın ən böyük qapalı bazarıdı. Alış -veriş üçün mükəmməl bir yerdir. Orada minimum 1 gün keçirmək lazımdır. 9/10- Azərbaycan Muzeyi - sadəcə adına görə içəri girdik. Ən maraqlı hissəsi bu günə kimi İran ərazisində olan dövlətlərin hökümdarlarının buraxdığı qəpik kolleksiyası idi. 6/10-Göy Məscid - çox təəssüf ki, pis gündədir və indi əsaslı təmir olunur. Lakin ora gedib 2 rükət məscidə salam namazı qılmaq lazımdır. Gözəl aurası var. 6/10-Kəndovan - Kapadokya tipli, qayalardan yarılmış evlərdən ibarət bir türk kəndidir. Bir dəfə gedib görmək olar. 6.5/10-Eynəli - Bəlkədə gördüyüm ən maraqlı yer idi. Qəbələdə olan kanat yoludur. Biz dağın başına piyada qalxdıq və ordan bütün Təbriz görünürdü. Yolun ortasında bir çadır var idi, orada nəhayət ki, normal bir çay içdik. Bu yerə də axşam gün batanda gedin. Biz yenə də bilmirdik. 8.5/10-Saat Meydanı - tam dəqiq bilmirəm, amma Saat meydanından üzü Böyük bazara tərəf gedən nəqliyyat üçün bağlı olan tərəfi İstanbul, digər tərəfi Gəncənin Sabir küçəsinə oxşayan bir yerdir. Çox söydüm oranı, cənublular demiş - 10/10Təbriz ya Tehran - şübhəsiz Təbriz. Bir az yöndəmsiz Tehrandan Təbrizə gələndə içimdə bir qorxu var idi. Bəzən olur ki, hansısa qızla tanış olursan online və bir gün qərar verirsən ki görüşək. Qorxursan ki qızı görəndən sonra başa düşəcəksən ki, şəkillərinə lazımından artıq filtr qoyub)) Bax mən də Təbrizi ilk görəndə o qorxunu keçirirdim, amma dəyməzdi. Təbriz öz alicənablığı ilə sadəliyi ilə məni valeh etdi.Şəhərlərarası avtobuslar: 2 gecəni avtobusda keçirən adam olaraq deyə bilərəm ki, bunların avtobusları əntiqə idi! Bizim avtobuslar kimi 4 yox, 3 sıradan ibarət idi və geriyə getmə bucağı daha yüksək olduğundan daha rahat uzanmaq olurdu. Tehrandan Təbrizə və Təbrizdən Bakıya oxşar avtobuslarla gəldik və çox razı qaldım.Abu-hava: Yuxarıda qeyd olunan tıxac xaosuna baxmayaraq 4 gün ərzində 1 dəfə də olsa mən bu ölkədə stress görmədim. İnsanlar bir-birinə qarşı çox hörmətlə davranır və çox nəzakətli idilər. Xüsusən bunu Təbrizdə hiss etmək olardı. Bizim sürücülərin yolun ortasında "xarakiri" edəcəyi məqamlarda bunlar heç siqnal belə vermirdi. Çox təəcüblü idi vallah!Sağollaşmalar: Ən çox yadda qalan məqamlardan birisi məhz bu idi. İranlılar bizim kimi “sağ ol”-la kifayətlənmir və çox kreativ sözlər istifadə edirlər. Yadımızda qalan bəziləri bunlar idi - “nökərinəm, yaşa! (ən çox bu istifadə olunurdu) , əllərin dərd görməsin, cibin milyon görsün” və s.İnsanlar: Məni ən çox təsirləndirən məhz onlar idi. Türk olsun, fars olsun hər biri suallımiz olanda kömək etməyə çalışırdı. Nə yalan deyim, 4 gün ərzində 1 dəfə də olsun kobudluq və ya sərt reaksiya görmədim.Türklər bizi görəndə lap çox sevinirdilər. Bizə sual verirdilər ki, bəs niyə gəlmisiniz bura. Cavabimiz o idi ki “sizi görməyə" , "Sizi tanımağa”. Bu insanlar elə bil bir az daha safdırlar (bilirəm, ümumiləşdirirəm). Biz hər zaman Anadolu türklərinə qardaş kimi baxmışıq, amma başa düşdüm ki, cənublular lap “canımızın içidir”. Onlar bizim televiziya kanallarına baxırlar. Qarabağ məsələsi ilə maraqlanırlar, bizim musiqimizdən agahdırlar. Təsəvvür edin, Eynəlidən Saat meydanına qayıdırıq, bir cavan oğlan bizi aparırdı. Dedi ki, bu dəqiqə sizə bir mahnı qoyacam və budur- Rəşid Behbudovdan bir şey gözlədiyim andan gur səslə Üzeyir Mehdizadə stilində bir mahnı qoydu. Demək ki, həm yaxşı, həm də pisdə bizi örnək götürürlər.Gördüyüm hər 5 nəfərdən biri deyirdi ki, bəs ya Şimalda qohumları var, ya da böyük babam ordan gəlib. Birinə dözmədim dedim ki, “ağa niyə gəlib bura bəs?”, o da gülərək dedi ki, “bəs nə bilim e səhvdir də edib”.Səhv demişkən. Siz də bu səhvi etməyin və imkan olanda gedin qardaşlarınızı görün. Uzaq deyillər. Arazın o tayındadılar. Düzdü, fərqlidirlər, rusdilli deyillər, çox da qlamur da deyillər, amma onlar da bizdən birisidir, biz də onlardan. Neçə gündür gəlmişəm və danışdığım mövzu elə budur. İranı çox söydüm (sevdim - cənub ləhcəsində). Gedin, siz də söyün :)P.S. Bu səfərdə mənə dözən, əsl qardaşlıq göstərən, tam bir YESMAN-lar olan Adil və Zeynala təşəkkürümü bildirirəm!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toghrul Alakbar 

776 dəfə oxunub

İndoneziya bələdçisi – Bali

Dostlar salam, bu mənim qrupdaki ilk paylaşımımdı və ümid edirəm ki, hərkəs üçün yararlı olacaq. Gəzintim yerin cənnəti sayılan Bali və Nusa Penida adasına oldu. Balini bütünlükdə kəşf etmək üçün gəzintimi 4 yerə böldüm (Qeyd edim ki, Balini tamamilə rahat və istədiyiniz formada gəzməyiniz üçün skuter idarə etməyiniz çox arzuolunandır)1. Munduk – Balinin Şimal hissəsində yerləşir və əsasən bol təbiəti, çayları, şəlalələri, gölləri, meşəlikləri ilə məşhurdur. Mundukda görülməli yerlər Sekumpul Waterfall (Balinin ən hündür şəlaləsi- 100 m), Banyumala Waterfall ( şəlalə fonunda üzmək üçün ideal məkan), Aling-Aling Waterfall (suya tullanmaq və təbii aquapark effekti), Twin Lake, Uluwatu Temple ( Məbəd), Handara Golf Resortun girişindəki qapılar. Qeyd olunanları rahatlıqla gəzmək üçün 3 gün kifayətdir.2. Ubud – Balinin mərkəzində yerləşir və çəltik sahələri, hüzurlu sakitçiliyi ilə turistlər arasında məşhurdur. Ubudda Monkey Forest, Cambuhan Ridge Walk, Tegallalang Rice Terrace, Pura Gunung Kawi, Tegenungan Waterfall ( uğursuzluqla bağlı gedə bilmədim), Ubud Palace. alış-veriş üçün Ubud Art Marketə (Jalan Monkey Forest küçəsində) gedə bilərsiniz, qiymətdə ciddi bazarlıq etmək şərti ilə ( 850 000 rupilik əşyanı 150 000 rupiyə qədər J ). 3-4 gün gəziləsi yerləri görmək üçün bəs edər.3. Nusa Penida – Bali adasına 30 dəqiqəlik məsafədə çimərlikləri, əsasən də Kelingking Beach ilə məşhur olan ada. Balinin Sanur limanından 18-20 manatlıq biletlərlə Nusa Penida adasına keçmək olur. Ada şərq və qərb olmaqla iki yerə bölünür. Şərq tərəfdə olan Atuh Beach, Diamond Beach günəşin çıxmasına baxmaq üçün, qərb tərəfində Angel’s Billabong, Broken Beach, Kelingking Beach günəşin batmasını görmək üçün ideal hesab olunur. Adada 2 gün sizə qeyd olunan yerləri görmək üçün kifayət edəcək.4. Kuta (Seminyak) – Balidə əsasən əyləncə yerləri, surfinq və shopping üçün bura turistlər üz tutur. İstirahətin son gününün bura salınmasında üstünlük hava limanında 20-25 dəqiqəlik məsafədə olmasıdır. Kutada əsasən iri shopping və Kuta Beach, Legian Beach, Double Six Beach çimərikləri surfinq həvəskarları üçün məşhurdur. Alış veriş üçün ideal qiymətlər baxımından Legian Street olduqca uyğundur. Axşam saatlarına qədər çalışan Kuta Art Marketlərdən də alış veriş etmək mümkündür.Diqqət olunmalı mövzular: pulunuzu dəyişdirən zaman ehtiyatlı və diqqətli olun, yalnız sterilizə olunmuş sulardan istifadə edin, yerli əhaliyə şəkil çəkdirmək üçün rica etməyin, qiymət bazarlığına tam hazır olun, daima yanınızda yağışa qarşı üstlük saxlayın. Paylaşılan şəkillərdə adları ilə qeyd edəcəm. Ümid edirəm paylaşım faydalı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

1101 dəfə oxunub

İndoneziya - Bali bələdçisi

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bali adası İndoneziyada yerləşən adalardan biridi. Vizasız rejimdi, istədiyiniz vaxt səfərinizi planlaya bilərsiniz. Yeganə xərc götürən məsələ təyyarə biletidi. Sezon vaxtı baha olur. Mən əvvəlcədən Türk hava yollarından almağıma baxmayaraq, İyul ayında Qatar biletlərdə birdən endirim etdi. Ona görə də yerli tur şirkətləri maraqlı və uyğun paketlər təqdim edirdi. Amma noyabr ayına idi. Noyabr ayı yağışların çox olduğu ay hesab olunur. Ümumiyyətlə isə Balidə sezon may ayından oktyabrın sonuna kimi hesab olunur. Öz səfərim vaxtı getdiyim yerləri, marşrutları qeyd etməyə çalışmışam. İnternetdə yetəri qədər məlumat var idi, özümə uyğun turları, marşrutu əvvəlcədən seçdiyimə görə bir az rahat oldu. https://gidnabali.ru/ - Bu saytda bütün turların marşrutu var. Onlardan istifadə edib turlara gedə bilərsiniz. Ancaq orada göstərilən qiymət çox bahadı. Daha ucuzunu dəniz kənarında, şəhərin müxtəlif hissələrində tapmaq olar.Balidə Safari Park turuna getməklə həm gözəl təbiəti görə bilərsiniz, həm də Agung teatrında yerli ənənələri əks etdirən tamaşa izləyə bilərsiniz. Teatrın girişində Hinduizmin əsas tanrılarından olan Ganesha-nın böyük heykəli qoyulub. Hündürlüyü 9 metrdir. Ganesha ağıl, müdriklik tanrısıdı, Balines mədəniyyətinin bir parçasıdı. Bundan başqa Bali Safari parkda digər şoular var. Onları da izləmək olar. Həmçinin əyləncə üçün digər yerlər var.Balidə əsas gəziləsi yerlər qədim məbədlər sayılır. Məbədləri gəzərkən yol üstündə maraqlı marşrut da var. Tanah Lot, Ulun Danu məbədi, Bratan gölü, meyvə bazarı, çiyələk sahələri. Həm məbədləri görmək, həm də yerli meyvələri almaq imkanınız var. Çiyələk sahəsində səhər vaxtı olsanız, özünüz üçün toplaya bilərsiniz. Tanah Lot məbədinin özünü görmək üçün mütləqUbud əsas marşrut sayılır. Bu istiqamətdə getsəniz Tirta Empul məbədini, kofe sahələrini, düyü terraslarını görmək imkanınız olacaq.Həmçinin vuıkanik mənşəli olan Batur gölünü də görə bilərsiniz. Xüsusi qeyd, dumanlı vaxtı ora getməyin, heç nə görə bilməyəcəksiniz. Bundan əlavə Hiking sevənlər üçün Agung vulkanına turlar olur. Mən olan vaxtı bağlı idi, vulkanın aktivləşməsinə görə. Bundan əlavə taxta, gümüş, parçadan əl işləri hazırlayan ustaları görə bilərsiniz. Xüsusilə parça toxuma yerində həmin toxunan parçaları, onlardan hazırlanan paltarların satışı həyata keçirilir.Bütün İndoneziyanı gəzmək imkanı olmayan şəxslər üçün Taman Nusa parkı çox gözəl yerdi. Bütün ölkəni bir parka toplaya biliblər, bütün adalarda yerləşən kəndləri adbaad və müvafiq evlərin maketini qurublar. İndoneziyanın qədim dövründən müasir dövrünə kimi. Ümumilikdə 15 ha ərazini əhatə edir. Giriş bileti adama 350.000 rupidi (42manat).Bali adasının şərq tərəfi çox maraqlıdı. Həm tarixi baxımdan, həm də təbiəti baxımdan. Burada Qoa Lavah məbədi yerləşir, bundan əlavə yol üstündə 2 su sarayında ola bilərsiniz - Taman Ucung və Titra Ganga su sarayında. Vaxtınızı planlaya bilsəniz White sand beach çimərliyində ola bilərsiniz. Əksər çimərliklər Hind okeanı sahilində yerləşir. Şərqdə olan bu çimərlik isə Sakit okeanın sahilində. Bununla siz hər iki okeanı görmək şansınız olur.Çimərliklər - Padang-padang, Suluban və Cimbaran çimərlikləri var. Cimbaran əsasən axşam yeməyi üçündü, dəniz sahilində yaxşı restoranlar var. Digər iki çimərlikdə üzmək imkanınız var, xüsusilə Padang-padangda. Hər ikisində ağ qumlu sahili var. Surfing imkanı daha çox Sulubandadı. Hind okeanın sahilində yerləşir. Çimərliklərə giriş pulludur, amma baha deyil - 10-15min rupi (1.2 - 1.8 manat).Yarım günlük tur götürüb yuxarıda qeyd olunan çimərlikdə üzüb, axşam möhtəşəm gün batışını izləmək üçün Uluvatu məbədinə gedə bilərsiniz. Burada hər gün axşam Keçak/Alov rəqsi təşkil olunur. Xüsusi dini mərasim sayılır. Günün qürubu fonunda rəqs edilir, dini hekayə anlatılır. Giriş bileti 100 min rupidi (12manat)Əlavə ekstrim həvəskarları Rafting, Snorkeling kimi turlara qatıla bilər. Həmçinin dəniz turları da var.Qeyd: Bütün məbədlərə giriş biletlərini turist özü alır, amma elə də baha deyil. 20-50min rupi (2.5-6 manat) arasında dəyişir.Qeyd2: 2 nəfər üçün təyyarə biletinə 1900$ ödəniş etmişdim. 330$ booking-dən 15 günlük otel xərci. Digər xərclər isə istəyə görə turlar, yemək xərcləməsi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Quluzadə ‎

1569 dəfə oxunub

Ənənələr ölkəsi -Yaponiya

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qadınların şot buraxdığı, kişilərin əlini cibinə atmadığı, sən nəsə başa salanda başa düşdüyünü göstərmək üçün sooodane, sooo, ooo, aaa, e kimi qəribə səslər çıxarıb, ama əslində heç nə başa düşməyən insanların olduğu, yolların tərsinə olduğu, sol yox sağ tərəfin keçid üçün boş saxlanıldığı, içkili olduğuna görə qadının kişini yox, kişinin qadını daşıdığı, görəsən bu gün kimdən üzr istəyim fikri ilə hər səhər yuxudan oyanan yaponların yaşadığı Tokyodan hər kəsə salam))Çalışdığım qədər Wikipediadan, Googledan uzaq bir yazı paylaşıb Yaponiya haqda maraqlananlara sərf eləyən bir şey yazaram yəqin ki.1 il əvvəl qrupda yazdığım yazını keçən dəfə saytda gördüm. Ama yazıda bir səhv var idi. "Azərbaycanı tanıyanlar az deyil, Azərbaycan deyən kimi şoka düşənlər var demişdim" . Deməz olaydım). Sən demə tanımırlarmış. Ən başda yazdığım kimi yaponlar başa düşməsə də, bilməsə də hörmət əlaməti olaraq wooow Azərbaycan deyirlər. Əvvəl deyirdim ki, nə yaxşı, hamı tanıyırmış ki. Bir dəfə qayıdıb Azərbaycanı eşitmisiz? Azərbaycan haqqında nə bilirsiz sualını verdim və onda hər şey aydın oldu. Sən demə bu vaxta qədər bu boyda gündoğan ölkə məni yola verirmiş). Deyə bilərsiz ki, bu vaxta qədər heç mi bilən olmayıb Azərbaycan haqda? Olub. Azərbaycan deyən kimi Baku, Baku 2015, Formula 1, sovet, müharibə, neft, rich country deyənlər olub. Yaponlardan çox burda qaralar Azərbaycan haqda daha çox bilir. Nə qara qura işlər varsa bu Nigeriyalılardan çıxır. Ama adamların dünyagörüşü var. Turist kimi arada Kanadalılar görürəm. Onlar da Azərbaycan haqda bilir. Ən çox bilməyənlər Amerika, Yapon, Avstraliyalılardı.Keçən dəfə biri soruşdu haralısız? Dedik Azərbaycan( bu arada Yaponiyada Azerubaicyan deyilir). Adam qayıtdı dedi mənim kuzenim yapon səfiridi Azərbaycanda . Adın da dedi kuzeninin. İnternetdə baxdıq səfirə. Dediyi ada dəxlisi yox imiş. Adam yola verdi getdi. Ama keçən dəfə Azərbaycan haqda məlumatı olan bir yapon çıxdı qabağımıza. Dedi haralısız. Dedik Azərbaycan. Bakı bir qırağa, adam qayıdıb bolşoy klub Neftçi dedi. Beynimdə o qədər sual yarandı ki, adama heç nə deyə bilmədim. Baxa qaldım sadəcə. Ama dedi ki, Avropaya səyahət eləyəndə Türkiyəyə də getmişdim. Orda Azərbaycan haqqında da eşitdim. Ama gedə bilmədim ora. Sadəcə internetdə maraqlandım. Ama ümumi götürəndə çox retki adam bilər. Bəziləri televizorda görüb. Arada Azərbaycan haqda bir şeylər TVdə verirlər.İnsanlar bir biri ilə nə qədər yaxın olsalar da ərki çatmazlıq var aralarında. Məsələn 2 dost yapon biri o birinə nəsə alırsa bayaqdan deyib gülən çox yaxın olan yapon qayıdıb dalbadal çox sağol çox sağol çox təşəkkür eləyirəm baş əyməklər falan. Ama Azərbaycanda elə deyil. 2 nəfər yaxındısa davay bunun pulun ödə, nəyə gətirmişəm səni bura kimi zarafatla bir şeylər demək normal bir şeydi. Hər şeydə olduğu kimi, bunda istisna var. Kassa qabağında pulu kimin ödəyəcəyini seçmək üçün "qayçı kağız daş" oynayanlar da olub 1 2 dəfə.Yaponları görəndə elə bir təsəvvür yaranır ki, süni dostluq var. Birdən birə baş əyib çox sağol deyəndə içlərindəki əsl yaponluq üzə çıxır. Pis mənada demədim bunu. Yaxşı mənada da demədim.Bir dəfə marketdə işləyirəm. Müdir nəsə iş başa salır. Normal şəkildə dedim ki bilirəm lazım deyil başa salmaq. Qayıdıb dedi ki, doğurdan da siz Avropalılarla biz Asiyalılar çox fərqlənirik. Normalda Asiyalı hörmət əlaməti olsun deyə bilsə də qulaq asar. Axırda başa düşdüm deyər. Ama Avropalılar elə deyil. Bu söhbətdən sonra daha da əmin oldum ki, yaponlarda var 2 üzlülük. Elə bil özlərinə qayda qoyublar ki, sistemdən kənara çıxmaq lazım deyil. Əvvəldən necə olubsa indi də elə olmalıdı. Fərqi yoxdu məntiqlidi yoxsa yox. Adamların həyatı Black Mirrordu.Hər cürə adam var. Azərbaycanda bir insanın dəli olduğunu sırazı tutmaq olar hərəkətlərindən. Ümumiyyətlə dəli tapmaq olmur. Azərbaycanda camaat uzağı əsəbləri korlanır. Ama burda elə deyil. İnsanlar elə bil ki, standart yaşamdan qırağa çıxan kimi sırazı beyin yanır. Hərə bir cürdü. Hər cürə adam var. Hava soyuq vaxtı qadın çimərlik paltarında şəhərin ortasında gəzən birin təsəvvür eləyin. Nə məcburdu onu geyinmək. Qəribəsi soyuqda kupalnik geyinməsi deyil. Geyinən adamın kişi olmasıdı).Azərbaycanda hər kəs hər cürə problemə görə deyinə bilər. Ama burda camaat problem tapa bilməyib soyuq olduğuna görə deyinə bilir. Bu gün çox soyuqduyeee deyə deyə gəzənlər var. Həqiqətən şəhərdə problem yoxdu. Dövlətin əhaliyə diqqəti maksimum dərəcədədi. Adi bir mənasız şikayətə görə də gəlib izahat alırlar, üstünə düşürlər ki, şikayət eləyən adamın işi həll olsun. Kimsə kiminsə qatığın dağıtsa 4 5 dənə polis gəlib qatığı əl izi incələməsi üçün ekapertizaya aparar. Ciddi deyirəm. Bir nəfər marketdən elə belə yogurt götürüb yeyib. Polisə zəng eləyiblər. Polis 2 gün bu işin üstündə araşdırma aparıb. Yogurt qabını əl izi qalmasın deyə əlcəklə götürüb paketə qoyub apardı araşdırmağa. Belə baxanda polislər də haqlıdı. O qədər az qayda pozuntusu var ki, bikar qalmasınlar deyə 1 işin üstündə günlərlə araşdırma aparırlar.Bayaq dediyim kimi dövlətin insanlara qayğısı, diqqəti maksimum dərəcədədi. Metroya arabada əlil biri minirsə liftlə aşağı düşür. Sonra işçi platforma ilə qatar arasına lövhə kimi bir şey qoyur, əlil adamı mindirir qatara, getdiyi stansiyanı soruşur, həmin stansiyaya məlumat verilir ki, filan qatarın filan qapısında əlil adam var və çatdığı stansiyada başqa bir işçi əlində lövhə gözləyir ki, əlil adamı qatardan düşürsün.Bu arada metro demişkən Azərbaycan metrosunun bir şeyi yaxşıdı ki, təzə qatarı metroda görürsən, axşam da xəbərlərdə deyirlər ki, təzə qatarlar gəlib. Burda 1 il əvvəldən xəbər eləyirlər, şəkillərin vururlar ki, təzə qatar gətirəcik ay camaat. Bir də ki, burda metro xətləri özəlləşdirilib. Hərəsi bir iş adamına məxsusdu. Belə bir şey eşitmişəm. Hərəsinə aid bir rəng var. Hansısa xətdə olan qatarlar köhnə ola bilər, başqa xətdə təzə ola bilər, hansısa xəttin qatarlarında internet ola bilər, bəzi metrolarda platforma ilə qatar yolu arasında sədd olur, bəzilərində açıq olur. Yəqin ki, bu fərqlər də sahiblərinin fərqli insanlar olmasından irəli gəlir. Belə düşünürəm.Şəhərin özündən danışsaq təmizdi şəhər. Həm insanlar özü zibilləmir. Həm də bələdiyyə də bu işə nəzarət eləyir. Ama elə yerlər var ki, məsələn Şincyuku, Şibuya kimi camaatın içib əyləndiyi yerdə gecə zibillər çox olur. Ona görə də siçanlar çox olur. Ama günorta oralar da təmizlənir. Ümumiyyətlə Tokyo da qarğa və siçan ən çox görünən heyvanlardı. Yayda da həşəratlar falan olur. Bir də ki, heyvan demişkən, bəziləri hələ də fikirləşir ki, yaponlar it pişik yeyir. Burda camaat it pişiyi evində saxlayır. Mağazada da cins it pişiyin 1500 dollardan başlayır 2000 3000 4000 gedir. Pişik var qiyməti 50 000 dollardı. Bildiyin vaşaqa oxşayır. Yəni bu qədər pul verib, böyüməyini gözləyib, axırda da kəsib yemək məntiqsiz olar.Əgər Tokyoya gəlmək fikriniz varsa əvvəlcədən nəzərə alın ki, nəyə görə gəlirsiniz. Məsələn Yeni il vaxtı, Halloween vaxtı şəhərin qaynayan vaxtıdı. Millət şəhərdə olur. Ama yazda gəlsəniz sakura ağacları falan görə bilərsiz.1 2 dəfə kommentlərdə görmüşəm ki, aeroportdan şəhərə ən ucuzu metrodu deyiblər. Ən ucuzu bu deyil. Ən ucuzu Narita aeroportundan Şincyuku, Tokyo stansiyalarına 1000 yenə ( hardasa 10 dollar) avtobuslar gedir birbaşa. Ən sərfəlisi onlardı. Avtostopu ağlınızdan keçirməyin. Yoxsa aeroportdan qırağa çıxa bilməzsiz. Əsas da oğlanlara çox çətindi. Mümkünsüzdü də demək olar. Bəxtiniz çox retki halda gətirə bilər.Gələndə ola bilər ki, maraqlanasız ki, hava necə olacaq. İlin hansı vaxtı olur olsun nəzərə alın ki yağış yağa bilər. Ona uyğun planınızı qurun. Ama baqajınıza çətir qoymağa da ehtiyac yoxdu. Çətirdən çox çətir var burda. Bu arada eşitmişdim ki, yer altında depolar olur. Sular o depolara yığılır. Belə fikirləşəndə məntiqli bir şeydi. Çünki burdakı yağışa, leysana kanalizasiya sistemi dözməz. Günlərlə fasiləsiz yağışdan sonra ayrı gölməçə görmək olmur.Əgər harama, halala fikir verənsinizsə burda bacarmaq çox çətindi. Adamların çörəyi də haramdı, çayları da haramdı. Yox əgər elə də fərq eləmirsə, nə oldu yeyirsinizsə, məndən fərqli olaraq suşi sevirsinizsə, yapon mətbəxini sevirsizsə sizə çox rahat olacaq.Əgər exchangedə pulu dəyişəndə əlinizə 2000 yenlik pul düşsə onu saxlayın, xərcləməyin. Çünki yaponlar özü də retki tapır pulu. Keçən dəfə bir videoda gördüm dünyanın ən bahalı qəpiyi yapon 500 yenidi. Onu da saxlaya bilərsiz. Bir də ki, Yaponiyadan qayıdanda 3x4 şəklinizi çəkib hazır aparın Azərbaycana. Çünki burda aparatda özünüz çəkirsiniz. Qəribə vəziyyətdə düşmək ehtimalınız yoxdu. Şəkildə bütün düzəlişləri özünüz eləyirsiniz.İşdi birdən velosiped sürməli olsanız hər yerdə saxlamayın. Apararlar cərimə meydançasına. 50 dollar da ona ödəməli olarsız. Mənim başıma gəlib belə bir şey. Dostumun velosipedini göndərtmişəm cəriməyə. Özü də oxuyacaq yəqin bunu) qomen də Nicat)Bura gəlməmişdən qabaq xəstəxanalıq nə işiniz varsa hamısını eləyib gəlin. Çünki burda vəziyyət tamam fərqlidi və çox bahadı. Ola bilər ki, probleminizi həll olunmasın, ama əməlli başlı pul ödəməli olasınız. Atış gəlmirlər. Sadəcə vəziyyət başqa cürdüSonda ən vacib məlumatı da deyim. Yaponiya Çin deyil, Çin də Yaponiya deyil. Başqa başqa aləmlərdi))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azad Arzumanli

873 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!