792 dəfə oxunub

Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət

Wroclawdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Wroclawda Yeni il və Ölüm düşərgəsinə səyahət
Xərclər barədə:
Bakı- Tbilisi(15azn) – Kutaisi(12 azn)  Kutaisi – Tbilisi – Bakı = avtobusla gedsəz bu təxminən 55 manata başa gələcək.
Təyyarə bileti : 65 euro (130 manat)WizzAir (Kutaisi – Wroclaw – Kutaisi)
Otel: 2 gun Wroclaw ( Trio Hostel) + 2 gun Krakow ( Aparhotel Pergamin) = 1 nəfərçün = 56 + 50 azn = 106 azn
Wroclaw – Krakow = Flixbus = gediş-gəliş = 37 azn
Visa rüsumu = 35 euro ( 70 azn)
Airportdan gecə olduğu üçün şəhərə Uber Taxi = 5 euro ( 10 azn)
Krakow- Auschwitz – Krakow = 30 zloty = (14 azn)

Ümumi:
Wroclawda Şəhərin görməli yerlərinin əksəriyyəti bir-birinə yaxın olduğu üçün transportdan istifadəyə ehtiyac yoxdu. Wroclaw - Polşanın tələbə şəhəri kimi tanınır. 2016-cı ildə Avropanın Mədəniyyət Paytaxtı elan edilib.

Wroclaw town square

Görüləsi 1-2 yer barədə:
Ostrav Tumski – və ya Kathedrallar adası kimi də tanınır. Tumski Bridge vasitəsilə adada olan kilsələrə baş çəkə bilərsiz. Maraqlı bir şey yoxdu zatən.(mənimçün),
Elizabeth kilsəsi – şəhəri bütünlüklə görə biləcəyiniz nöqtə. Giriş üçün qapıda elə 7 zloty ( təxm 3 man) ödəməyiniz gərək. balaca pilləkanlarla qalxmaq məcburiətində olsaz belə ordan görünən mənzərəyə görə dəyər məncə.
Rynek ( Bazar) və ya Market Square – şəhərin mərkəzi meydanı.

əsas məsələ Krakowa – açığı Auschwitz-ə görə şəhəri o qədər də gəzməyə vaxt olmadı.
Ümumiyyətlə kamp Krakowdan 60 km aralıda yerləşdir. Krakow bus station ( Krakow MDA adlanır) 15 zloty ödəməklə (bir tərəfli) kampa rahatlıqla bələdçisiz gedə bilərsiz.
2ci dünya müharibəsi başlamamışdan qabaq köhnə adıyla Oświęcim şəhəri əhalisinin yarısının yəhudi olduğu 14 minlik bir şəhər olub. Kampa gəlincə isə düşərgələr 2 xüsusi yerə bölünüb ki bunlar da bir-birindən o qədər də aralıda deyil. Avtobuslar var ki, pulsuz rahatlıqla gedə bilərsiz. Auschwitz I – ilk vaxtlarda burada əsirlər tək-tək qətlə yetirilsədə sonralar qaz kameraları quraşdırılıb.Burada həmçinin insanlar üzərində tibbi tədqiqatlar da aparılıb. Digər kamp Birkenau kampı kimi tanınır-ən böyük hissə hesab olunur. Nasistlərin saxladığı ən böyük əsir kampı olan Auschwitzdə təxminən 1.1 milyondan
( 90%ni yəhudilərin təşkil etdiyi) artıq insan öldürülüb. Böyük əksəriyyəti gəldikləri ilk günlərdə qaz kameralarına doldurulaq məhv edilib, sonra isə cəsədləri yandırılb. Deyilənlər görə qaz kameraları xüsusi hamam formasında tikilirdi ki, insanlarda panika yaratmasın.(hətta duş falan da yerləşdirilmişdi). Ümumiyyətlə daha geniş informasiyam olmasa da bu haqda çəkilən filmlərə baxıb bu barədə info əldə edə bilərsiz. Bura qədər həvəslə oxuduğunuz üçün təşəkkürlər!

krac1

Wroclawdakı şəkilləri yerləşdirə bilmədim) Onu da ayrı postda)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Azer Isali

DİGƏR BLOQLAR

Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hokuma Abbasova

679 dəfə oxunub

İzmir səyahəti (Part 2)

İzmir səyahəti / 3-10 sentyabrİzmir / 1 günLagora Old Town & Bazaar – erkən check-in istəyim puç oldu, booking.com Genius Level 2 olduğum üçün otağımı pulsuz upgrade etmişdi Standard Room-dan Deluxe Room-a və cəmi 3 Deluxe var imiş, hər 3-ü də məşğul imiş... beləliklə sındı qol qanadım yanıma düşdü, yatmaq planlarım da alt üst oldu... baqajı qoydum oteldə, dedim 2-də gələcəm (amma gəlmədim), düşdüm şəhərin canına... Otel çarşıda (mərkəzdə, bazarda) yerləşirdi deyə (Çankaya və Konak m/st yaxınlığında / arasında) bir anlıq vosmoyun bazarına və ya sədərəyə gəlmiş kimi hiss elədim özümü. Şəhəri biraz gəzib gördüm ki, yox, nə isə o deyil eee, üzümü tutdum Optimum alış-veriş mərkəzinə. MADO-da gəşəng isti səhər yeməyini yeyib alış-veriş edirdim ki, dostum yazdı ki, bəs çatmışam, gəleyrəm Optimuma, 2-3 vacib alınası şeylər var, ordan kak raz gedərik birgə otelə, mənim çantamı qoyarıq və şəhəri gəzərik. Mən də onun qol qanadını sındırıb demək istəyirdim ki, bəs otel düz vosmoy bazarına baxır, amma heç zad demədim ki, gəlib göz şahidi olsun, qulaq şahidi deyil Gəziləsi/görüləsi yerlər: Çarşı (Kəməraltı), Saat qülləsi, Liman, dənizkənarı park/bulvar, Optimum və Forum Bornova alış-veriş mərkəzləri, Konak Pier AVM, Smyrna Antik Kent, Alsancak Sevgi Yolu, Kadifekale, Tarihi Asansör Binası.Şəhər sənayə mərkəzi təəssüratı bağışladı, qətiyyən sevmədik və onsuzda gözləntimiz aşağı idi.Qayıdaq otelə: qiymətə səhər yeməyi daxil idi, otelin yerləşməsi qaneedici olmasa da, özü çox authentic bir yer idi. Yüngülvari bizim Şəki Karvansarayına oxşayırdı, axşamlar musiqi gecələri olur, veranda da oturub jazz-a flan qulaq asırsan, lap belə romantişnı, hüzur içində olursan... Amma gəl ki oteldən burnunu kənara çıxaran kimi: “vosmoyun bazarına xoş gəlmisiniz”... Rezki abu-havanın dəyişməyi adamı konkret ruhdan salırdı... Səhər yəməyi standart idi, özləri servis edirlər açıq havada olan restoranda, çay pulsuz və limitsiz olsa da qəhvə ödənişli idi.Nəqliyyat: İzmir kartı almağınız və HES kodunu oxutdurmağınız məsləhətdir. Metro ilə rahat istədiyiniz bir çox yerə gedə bilərsiniz, əlavə olaraq İZBAN (qatar) ilə də havalimanına və ya digər yerlərə getmək mümkündür. Əsas məsələ: İZBAN istifadə edəndə İzmir kartı ilə check-out etməyi (xüsusi sarı aparatlarda, çıxışda olur) unutmayın.Sumqayıta (oxu: İzmirə) sağ ol deyib, yollandıq daha əyləncəli hesab etdiyimiz Çeşmə-yə... Çeşmə / 2 gün İzmirdən Çeşməyə avtobus ilə 2 yerdən getmək mümkündür: İzmir Beynəlxalq Avtobus Terminalı (İzmir Otogar) və Fahrattin Altay Aktarma Merkezi (FAAM) (zona olaraq Üçkuyular). İkinci yer metro ilə əlçatan olduğu üçün, biz hələ onu seçdik. FAAM-dən Ceşməyə “cesmeseyahat” transfer avtobusları işləyir. Biletləri https://www.cesmeseyahat.com/ veb-səhifəsindən online və ya FAAM-də yerində bilet satışını həyata keçirən nümayəndədən almaq olar. Biletin qiyməti 1 nəfər üçün 26 TL-dir. Avtobusda maska taxmaq mütləq idi. Avtobus qalacağımız otelin yanından keçdiyi üçün, xahiş etdik, yaxınlıqda olan dayanacaqda saxladı və ordan otelə 3 dəq piyada yolu keçib gedəsi olduq. Calis Hotel - Twin Room – yerləşməsi yaxşı idi, piyada mərkəzə 10-15 dəq yolumuz var idi, Cesme Otagara da 15 dəq piyada yol idi, şəhərdən otelə qayıdanda amma pilləkənları qalxmaq yorğun adamlar üçün zülm ola bilər (məsələn, mənim dostum üçün). Otel iki 3 mərtəbəli binadan ibarətdir, binaların arasında kiçik hovuz var. Şəkillərdə çox gəşəng görsənir, amma əslində normdur, vau deyiləsi yer deyil. Bizim otağın 2 balkonu var idi, 1nin qapısının tutacağı qırıq idi, digəri amma işləyirdi. Otaq çox kiçik idi, xüsusi ilə hamam-tualet (cəmi 2 kv.m.). Diş sürtmək üçün yüngülvari əyilmək belə mümkün deyildi, hər şey iç-içə idi... Otelin səhər yeməyi normal idi, işçilər özləri xidmət göstərirdi, nə istədiyini, nə qədər istədiyini deyirdin, boşqaba çəkib özləri verirdilər. Limitsiz çay və kofe də öz yerində. Gəziləsi/görüləsi yerlər: Çeşmə Sahil, Çeşmə Qalası, Tekke Plaj, İlica Halk Plajı Restoranlar: Casa De Costa (hər şey yaxşı idi, gəşəng interyeri və mənzərəsi var, qiymətlər normal idi, menu da zəngin idi, bir sözlə məsləhətdir) Çeşme Sahilini gəzəndə gözümüzə gəmi (tekne) turları sataşdı, tripadvisor-da flan yoxladıq və seçimi Lady Bente üzərində saxladıq: orta səsli musiqi, animasiya / disko flan yoxdur, 4 dayanacaq (hava küləkli olduğu üçün bizim halda 3 dayanacaq oldu), 8 saat (10:30 – 16:30) ərzində koy-larda dəniz keyfi, bir sözlə əsl keyfiyyətli və sakitçilik / hüzur dolu zaman keçirmək üçün əla seçimdir. https://www.cesmeladybente.com/program/ - saytda ətraflı maraqlana bilərsiniz proqram ilə. Qiymət yemək daxil 150 TL idi adam başı, lejankalar var idi (hər iki mərtəbədə), say olaraq isə cəmi 60-70 nəfər var idi (kovidə görə). Yeməkləri birinci koy-da biz çimdiyimiz halda personal ocaqda hazırlayırdı, iki seçim var: közdə balıq və közdə toyuq, birincini seçmişdim və çox dadlı idi. Çeşməni çox bəyəndik, xüsüsən də tekne turuna görə! Növbəti gün bura ilə sağollaşıb yollandıq Kuşadasına. Bunun üçün təəssüf ki birbaşa transfer tapa bilmədik, ona görə “cesmeseyahat” ilə geriyə İzmirə gəlib, yenə də Optimum AVM-də alış-veriş edib (baqajları Optimum-un içində baqaj saxlama kamerasına qoymuşduq – 12 saat cəmi 20 TL) yollandıq hava limanına və Havas Avtobus Xidmətini istifadə edərək getdik Kuşadasına (biletin qiyməti 43 TL idi). Ətraflı avtobusların istiqamətləri və servis saatları barədə: http://www.havas.net/.../OtobusServisNok.../Pages/Izmir.aspx Kuşadası / 3 gün Havas Avtobus-larının Kuşadasında dayanacağı Kuşadası Avtobus Terminalıdır (Otogar). Qalacağımız oteldən avtobus terminalına 15 dəqiqəlik piyada yol var idi. Eliada Hotel – twin room - yerləşməsi əla idi, piyada mərkəzə 5 dəq yolumuz var idi. Hovuzu, çox gəşəng (pişiklər ilə bol) terrası var idi və bu terrasda hər gün səhər yeməyi təqdim edilirdi. Bu otel bu səyahət boyu qaldığımız otellərin ən yaxşısı idi (hər cəhətdən). Səhər yeməyi: açıq bufe türk kahvaltası – özümüz götürürdük hər şeyi, çay və kofe limitsiz, amma bundan sonra qərar vermişəm ki, Turkiyə otellərinə gedəndə səhər yeməyi daxil otaqlar götürməyəcəm... Eyni şeydən bezdiyimiz üçün arada MADO-ya flan baş çəkirdik brunch üçün (MADO-nun isti kalvaltası üçün sino gedirəm). Gəziləsi / görüləsi yerlər: Kuşadası Sahil, Kuşadası Karvansaray, Ladies Beach, Guvercinada qalası, Efes Antik kenti, Şirince köyü, Meryem ana evi, Adaland Aquapark və sairə Restoranlar: Komşu Cafe & Restaurant (bu məkana valeh olmuşduq, yeməkləri möhtəşəm, xidmət üst səviyyədə, möhtəşəm mənzərə, qiymətləri də çox münasib). Lifehack: restorana daxil olmadan kart ilə ödənişin olub olmamasına dair məlumat alın. Bir günümüzü sırf Efes Antik Kenti və Şirince üçün ayırdıq. Əlbəttə ki, mən o mən deyiləm ora ictimai nəqliyyat ilə getməyin yolunu tapmasam Ümumiyyətlə, Türkiyədə turist axını olan yerlərdə dolmuşların (kiçik avtobusların) işləməsi çox yaxşı haldır, hər yeri əlçatan edir. Qiymətlər də çox münasibdir (10 lira-yadək). Efes Antik Kenti-nə giriş üçün minimum 120 TL-dən başlayan qiymətlər ilə təqdim edilən biletlərdən yararlana bilərsiniz. Audio guide, yamac evləri və sairə yerlər əlavə ödəniş tələb edir, lakin bir neçə seçimli (hər yer daxil) biletlər də mövcüddur. Tələbələr üçün giriş pulsuzdur. Şirince köyünə isə Selcukdan dolmuş ilə getmək olur (4 TL). Qəsəbə sizə Lahıcı xatırladacaq, yolboyu möhtəşəm mənzərələr ilə qarşılaşacaqsınız. Qəsəbədə zeytun sabunu, zeytun tərkibli kremlər, geyim, suvenir və sairə xırda-para almaq mümkündür. Lakin Şirince ən çox öz meyvəli şərabları ilə məşhurdur. Burdakı şərab mağazalarını gəzərək doyunca şərablardan dada bilərsiniz və bəyəndiyiniz meyvə şərablarından əldə edə bilərsiniz. Şərabların qiymətləri 50-200 TL arasında dəyişir. Digər günümüzü isə sırf passiv istirahətə həsr edərək Adaland Aquaparkına getdik. Giriş TR vətəndaşları üçün 170 TL, xarici vətandaşlar üçün isə 24 EUR təşkil edir. Lifehack: türkcə danışaraq TR vətəndaşları üçün nəzərdə tutulmuş qiymət ilə içəri daxil ola bilərsiniz Bura da Kuşadasından dolmuş ilə gəlmək mümkündür. Attraksionlar boldur, istənilən səviyyədə dəlilik və əyləncə dolu anları yaşaya bilərsiniz. Aquapark daxilində ödənişi yalnız xüsusi kart ilə etmək mümkündür (depozit yatıraraq kassada). Yeganə mənfi cəhəti: aquapark daxilində satılan fast food-lar heç yaxşı deyildi. Ümumi olaraq, Kuşadasına Avropalılar çox gəldiyi üçün digər turistik şəhərlər ilə müqayisədə bura nisbətən baha idi, amma TL-nin mövcud vəziyyətini nəzərə alaraq narahatçılığa heç bir səbəb yox idi Mənfi cəhət: sizi aldatmağa çalışanlar olacaq (restoranda hesab ödəyəndə kart ilə ödəniş üçün əlavə faiz yazanlardan tutmuş köşkdən içki / aptekdə dərman flan alan zaman kart ilə ödənişə razı olamayanlaradək / kart ilə ödəniş zamanı TL əvəzində USD seçənlərədək). Həmçinin USD-ni TL-yə dəyişmək fikriniz varsa, mütləq İzmirdə edin, çünki burdakı məzənnə dəhşət aşağıdır. Kuşadasından İzmir hava limanına transfer sifariş etdik. Şəhərdə gəzərkən bir turizm agentliyinin qapısında elanı görərək, daxil olub adama 40 TL ödəyərək transferimizi 10 dəq içində aldıq. Transfer Kuşadası Otogarından İzmir Hava limanının həm daxili, həm də beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminallarına sizi 2,5 saata rahat çatdıracaq. Sentyabr gəzintim barədə mənlik bu qədər! Şəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #izmir #kusadasi #kuşadası #efes #adaland #şirince P.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz

810 dəfə oxunub

İtaliya - Florensiya bələdçisi

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Florensiya haqda postlar olsa da, birini də mən yazım Toskaniyanın mərkəzindən, Renesansın vətənindən. Florensiyanın əsası Y. Sezar tərəfindən qoyulub, veteran əsgərlər yerləşdirmək üçün yaradılıbmış. Florensiyanı “orta əsrlərin Afinası” adlandırırlar. Deyilənlərə görə hətta ilk dondurmanın, italyan gelatosunun vətənidir. Mediçilər öz saraylarında XVI əsrdə dondurulmuş desertlərdən istifadə edirmişlər və sonradan bu desertlər satışa çıxarılır. Florensiya həm də operanın və pianonu vətənidir. Florensiya ilə bağlı Stendal sindromu və ya Florensiya sindromu deyilən xəstəlik var. XIX əsrdə Stendal bu şəhərə gəlir, gəzdiyi yerlər onda güclü ürəkdöyüntüsü, həyəcan yaradır və psixoloqlar bu halları digər turistlərdə də müşahidə etdiklərindən xəstəliyi təsdiq edirlər. Florensiyaya gəlmə səbəbim həm də Dan Brownun Inferno (Cəhənnəm) əsəri idi. Bir neçə il əvvəl oxumuşdum kitabı, Florensiyaya gəlməmişdən əvvəl yenidən oxudum adı çəkilən yerləri qeyd etdim. Əsərdə hadisələr Florensiya, Venesiya və İstanbulda baş verir.Keçək şəhərin gəziləsi yerlərinə:1. Santa Maria de Fiori və ya Duomo. Florensiyanın şah əsəridir. 1293-cü ildən tikilməyə başlayıb. 140 il çəkib tikinti. Böyüklüyünə görə dünyanın üçüncü kilsəsidir. Kilsə uzun müddət kupolsuz-gümbəzsiz qalıb. 1436-cı ildə Bruneleschi tamamlayır. Qarşısında Brunellescinin heykəli var. Diqqətlə baxsaz görərsiniz ki, üzü yuxarı yəni, gümbəzə baxır. Kilsəyə giriş pulsuzdur. Amma uzun növbələr var. Amma gümbəzə qalxmaq üçün bilet almalısınız. 463 pillədir. Lift yoxdu, nəzərə alın.2. Cənnət qapıları. Santa Maria de Fiorenin qarşısında yerləşən qapıdır. Qapını maraqlı edən odur ki, qızıldandandır və müxtəlif səhnələr təsvir olunub. Qarşısında turist növbələri olur. İkinci dünya müharibəsi vaxtı qapını zədələnməsin deyə çıxarıb gizlədiblər. 1948-ci ildə yenidən öz yerinə gətirilib.3. Piazza della Signoria (Sinyoriya meydanı). Roma imperiyası zamanı teatr olub yerində. Vechio sarayı burda yerləşir. Meydanda Neptun fontanı, Meduzanın, Herkulesin heykəlləri var. Vekko sarayının qarşısında həm də Davidin heykəli var. Originalı Uffuzi qaleriyasındadır.4. Vekko sarayı. Florensiyanın dövlət binası kimi tikilsə də sonradan bir müddətlik Mediçilərin sarayına çevrilib XVI əsrdə. Sarayda maraqlı eksponatlar var. Əsasən də xəritələr zalı. Təəssüf ki, həmin zalda XVI əsrə aid Armenia adlı xəritə də var. Dantenin ölüm maskası da bu saraydadır. Növbədə dayanmamaq üçün saraya bileti online almışdım 13.50 avro. Əgər zəng qülləsinə qalxsanız bilet 19.50.5. Ponte Vekko yəni Vekko körpüsü. 1345-ci ilə aiddir tarixi. Orta əsrlərdə ət bazarları olub, indi isə zərgər mağazaları.6. Uffizi qalereyası. Renesans dövrünün kolleksiyalarını özündə cəmləyib. Buranı Mediçi ailəsi dövlət adamları üçün ofis kimi açıblarmış. Mikelancelonun Davidi burda nümayiş olunur. 20 avro giriş.7. Boboli bağları və Pitti sarayi. Bağ 16 - 18-ci əsr heykəllərilə zəngindir. Açıq muzey demək olar. Bu bağda ən çox ziyarət edilən yer Grotta Grande adlı mağaradı. Hər zaman açıq olmur, Hər saatın tamamında buraxırlar qrup şəklində. Tək bağa giriş 10 avro, əgər Pitti sarayına və o ərazidə olan muzeylərə girsəniz 38.Hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Heyderli

1850 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

2137 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!