4320 dəfə oxunub

Təbiət möcüzəsi - Filippin adaları

Filippinlər – 8 minə yaxın adadan ibarət olan bir ölkədi. İlk öncə onu qeyd edim ki bu ölkəyə getmək üçün Viza prosesi sadə olsa da yani Vizani problemsiz versələr də prosesin özü uzun çəkir. Bunun da əsas səbəbi Bakıda Filippin səfirliyinin olmamasıdı. Viza Türkiyədə vurulub göndərilir. Viza almaq üçün təxminən 1 ay əvvəldən müraciət etmək lazımdı.

Filippində 9 gün qaldım. Qaldığım müddətdə gəzdiyim yerlər haqqında qısa məlumat verəcəm.

43628301_10156619374310833_7066231910803963904_o
Başlayaq paytaxt Maniladan – Manilada 1 gün belə keçirməyə dəyməz. Şəhərdə demək olar görüləcək heç birşey yoxdu. Çox sıx və tıxaclarla dolu bir şəhərdi. Konfransım olduğu üçün mən də yalnız 1 gün yarım qaldım (o belə çox gəldi mənə).
Filippinlərin ən gözəl turizm bölgələri adalarıdı. Bu adalar və digər görülməsi dəyər yerlər haqqında:
1) Coron, Palawan adası – Bura gələn turistlərin demək olar 90%-i məhz bu adaya gəlir. Havasının, suyunun, sualtı aləminin və təbiətinin gözəlliyini sözlə ifadə eləmək olmur.

43405792_10156619374275833_8868089567580782592_o
2) Kayangan lake – Coron, Palawanda yerləşir. Dağlar arasında dənizdən ayırılmış kiçik bir göldü. Yalnız bi ada-dağda insanlar məskunlaşıb və bura gələn turistləri qarşılayan turizmlə məşğul olan təxmini 100-ə yaxın yerli əhalidi.
3) Twin Lagoon - Coron, Palawanda yerləşən və iki dağ arasında olan bu yer turkuaz rəngli suyu ilə məşhurdu. Dərinliyi 3-4 metrə qədər çatsa da suyun dibi və balıqlar aydın görünür.
4) Seven commando beach - Saysız hesabsız çimərikləri olsa da ən məşhur və gözəl çimərlik
5) Puerto princessa underground river – Palawan adasında yerləşən dağların altından axan kiçik çayla boat turu. Sakitlik, dağ və qayaların gözəlliyi və bir daha heyranedici təmizlikdə olan su.

44776236_10156619374365833_6579453996946161664_n
6) El nido – bu ada Coron, Palawannan gəmi ilə təxminən 3 saatlıq yoldu. Ən azı 1 gün keçirə biləcəyiniz meşəsi və çimərlikləri ilə tanınan kiçik bir ada şəhərciyi.
7) Calauit safari park – şəxsən mənə görə bu səyahət boyu ən yadda qalan yer oldu bura. Zebra və zürafələrdən ən çoxu 1 metr məsafədə gəzmək,  zürafələri yemləmək və onlara toxunmaq inanılmaz tecrübə oldu mənim üçün.
8) Chocolote Hills – Maniladan 650 km uzaqlıqda olan Bahol adasında yerləşən 50 kvadrat km sahədə yerlələşən yüzlərlə şokolada bənzər təpələr. Necə əmələ gəlmələri haqqında bir neçə versiya olsa da hələ də dəqiq yaranma tarixçəsi heçkimə məlum deyil. Ama həddinnən artıq gözəl yerdi.

43696234_10156619374225833_8751617527756357632_n
9) Banaue rice terraces – Bu yer haqqında ayrıca paylaşım etdiyim üçün çox şey yazmayacam. Sadəcə Filippinə gedib Maniladan uzaq da olsa burda azı 2 gün keçirsəniz peşman olmarsız. Ciyərləriniz təmiz hava və oksigenlə dolacaq.

Sonda onu deyim ki Filippinin pul vahidi peso-du. Bir zamanlar İspaniyanın koloniyasi olduğu üçün dillərində də İspan sözləri çoxluq təşkil edir və pul vahidi də İspaniyanın avrodan öncəki pul vahididi.
Bir də ən əsas məqamı söyləyim. Filippinə yay və payız ayları gedəsi olsaz özünüzlə mütləq çətir götürün. Burda gündə ən azı 2 dəfə yağış yağır. Yağış dediyim bizdə olan yağışdan deyil. Burdakı yağış 30 dəqiqə Bakıya yağsa Bakı batar.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Vugar Guliyev

DİGƏR BLOQLAR

Mozambik Səfərim

Hər kəsə salam,Cənubi Afrika Respublikası(CAR) və Mozambik arasında yerləşən, kiçik ölkələrdən biri olan Eswatini’yə (əvvəlki adı Swaziland) etdiyim qısa səfərdən şəkilləri paylaşıram. Təyyarə ilə CAR-nın Johannesburg şəhərindən King Mswati III International Airportuna 45 dəqiqəlik uçuşla və ya maşınla da gedə bilərsiniz. Təyyarə ilə gedirsinizsə maşın kirayələyib gəzmək daha yaxşı olar. 2-3 günə ölkənin əsas yerlərini görmək olar. Əsas görməli yerlər - Hlane Royal National Park, Mantenga Cultural Village, Mlilwane Game Sanctuary və s. Bundan başqa hiking və zip lining edə biləcəyiniz yerlər də var. Əhali mehribandır, çox təhlükəli yer deyil. Yollar, xüsusilə də magistral yolların vəziyyəti yaxşıdır. Başqa ölkələrdə safariləri gördüyüm üçün Eswatinidə təbiət parklarına getmədim. Şəkillərdən birində, arxa planda execution rock (Edam qayası) adlanan hündürlüyü 1110 metr olan bir dağ görünür. Yerli qəbilələrin dediklərinə görə cadugərlik və bu sənət vasitəsilə insanları öldürmək kimi müxtəlif cinayətlər törətməkdə günahlandırılan insanlar bu qayanın zirvəsinə aparılıb və daha sonra üzü üstə qayadan aşağı itələnirmişlər, amma bu şəkildə cəzalandırma artıq müasir həbsxanalarla əvəzlənib. Maraqlananlar üçün, bu ölkədə kişilər istədikləri sayda qadınla evlənə bilərlər, yetər ki hamısına eyni qaydada şəraiti olan ev ala bilsinlər( şəkillərdə gördüyünüz ot və ağac budaqlarından düzəlmiş evlərdən də olar) Hə bir də təxminən 10-15 inək, və ya onun pul qarşılığı məbləğini verməlisiniz. Hal-hazırdakı kralın 15 həyat yoldaşı və 45 uşağı var.Paylaşan: Anar Gojayev

89 dəfə oxunub

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

2628 dəfə oxunub

Amsterdam Bələdçiniz

Əziz Gəzəyənlər, Amsterdam- deyəndə yəqin ki, bir çoxunuzun ağlına ilk olaraq gülərüz personalı olan coffeeshop’lar, “Red light district” filan gəlir. Düzdü şəhər əsasən o tərəflərinə görə tanınır dünyada, amma bu gün sizə Amsterdamın digər yanları haqda bir qədər yazmaq istərdim İlk öncə onu qeyd edim ki, Amsterdam muzeylər şəhəridi, Anna Frank, Van Gogh’dan tutmuş Madame Tussaud muzeyinə kimi şəhərdə 70-dən çox muzey var. Əgər muzey sevən şəxssizsə ayrıca bir günü onlara ayırmanızı və günlük kart almanızı məsləhət görərdim, günlük limitsiz muzey kartının qiyməti 50-60€ arasında dəyişir. Əgər ictimai nəqliyyatdan da çox istifadə edəcəksizsə “I amsterdam” günlük kartını ala bilərsiniz: nəqliyyat + bütün muzeylər - günlük 65€. Daha sonra Amsterdam velosipedləriylə də dünyaca məşhurdu, adambaşına 2-dən çox velosiped düşür və bu göstərici üzrə Avropada tək Brüsseldən geri qalır. Velosiped yolları hətta maşın yollarından belə daha enli olan şəhərdə 2 təkərli kirayə götürmək istəsəz günlük ortalama 15€-nuzdan keçməli olacaqsız. Amsterdamdasızsa buranın pendirini və qızardılmış kartofunu dadmadan qayıtmayın deyərdim. Biz pendiri “Old Amsterdam” dükanında daddıq, kartof free’ni isə “Vleminckx” adlı lokal bir yerdən aldıq, qiyməti və dadı turistik yerlərdən çox daha yaxşı idi Bildiyiniz kimi Hollandiya həm də “Tülpanlar ölkəsi” olaraq tanınır. Burda şəhər boyunca çox sayda gül dükanları var. Təbii güllər baha olur, ondansa soğanaqlarını alıb, qayıdanda həyətinizdə əkə bilərsiniz. 1 bağlamasının qiyməti 3-5 € arasında dəyişir. Bir də ən sonda şəhərin kanallarında və Amstel çayında qayıq gəzintisi etmədən şəhəri qəti tərk etməyin. Tur 1 saat çəkir, şəhəri başdan-ayağa dolaşırsız, bələdçi də daxil turun qiyməti 19€ avro gəldi. Çoxsaylı şirkətlər var, biz ən münasib Flagship’i tapdıq.Şəhərdə haqda ilk vloqum artıq Youtube’dadır, link rəydə. Van Gogh muzeyinə səfərim də daxil 2-ci hissə isə bu həftəsonu Yol Adamı kanalında paylaşılacaq, kanala indidəb abunə olmağı unutmayın Həmişə gəzməkdə #yoladami#Amsterdam #Netherlands— Amsterdam, Kuzey Hollanda, Hollanda'da.

122 dəfə oxunub

Monteneqro Turum

Təkrar salamlar,size söz verdiyim kimi Monteneqro turumun ikinci hissəsini sizinlə paylaşmaq istəyirəm.Elə isə gəlin ən çox verilən suallardan başlayaq.Dostlar men getməyə bir həftə qalmış uçuş bileti aldigim üçün bir başa tivat uçuşumu tək gediş 600-700 manat arasi almışdım. Deqiq yadımda deyil. Bakıya başqa ölkədən qayıtmışdım. Podgorico ve Tivata bir başa uçuşlar var. Ucuz bilet almaq üçün aylar öncəsindən alın bileti.En esası podgoricaya getməyə dəyməz. Düzdür paytaxt şəhərdir ancaq vaxt itkisidir. Biz ora getmədik. Ola bilsin Podgoricaya bilet ucuz olacaq o zaman ora uçun ama ordanda maşınla tivata ve ya diger şəhərlərə gedin. Monteneqroda 2hefte qaldiq. Maşin kirayəsi,6 uçuş ve digər xərclər daxil iki nəfərə teqribi ?000 euro xercimiz çixdi. Ancaq hər şey sizin xerclərinizdən aslıdır. Sizde ise 2-3000 euro ilə də həll etmək olar maşın ve uçuslar daxil 2 hefte Maşını hardan kirayələmək sərfəlidir? Dostlar biz tivat səhərinə eniş etdik. Hava limani içərisində bir çox rent a car şirkətləri var ancaq ən məsləhətlisi hava lımanı tərəfdə yerləşən şirkətlərdir. Səbəb odur ki onlarda depozit tələbi yoxdur. Biz günlük 60$-a audi markalı avtomobil kirayələdik.Harda qalmaq məsləhətlidir?En məsləhətlisi eger rahatlıq istəyirsinizsə airbnb və hoteldir. Günlük minimum 50$-a evlər var. Biz qaldigimiz evlər avqust ayı oldugu üçün 60-100$ aralığında idi. Lakin ekonomik tur istəsəniz hostellərdədə günü 10-30$ qala bilərsiz. Biz 4 gün hotel( Tivat,Perast),qalan günləri isə apartmant kirayelədik)Getməyi məsləhət gördüyüm şəhərlərBiz tivat(liman şəhəri) şəhərine endiyimiz üçün orda 4gün qaldiq. Elə ordanda kruz turu götüre bilərsiz. Bir nəfər 10$ olmalidir.Daha sonra kotor,perast(en sevdiyim), budva(gözəl çimərlikləri var),herseg-novi,sveti stefan,zablıjak,durmitor ve.s şəhərlərinə gedə bılərsiz. Biz çox şəhərlərində olduq hansi ki turistlik deyil( maşin bizi apardı deyək)Yeməklər haqqında əvvəlki postumda yazmışam. Keçid edib baxa bilərsiz. Məsləhət görürem ki dəniz məhsullarına üstünlük verəsiniz.Hansı taksi xidmətindən istifadə edək?Monteneqroda bolt və uber taksi xidmətləri yoxdur. Bunun əvəzinə özlərinə aid taxi sirkətləri var. Ve ya googldan taksi nomrələri götürüb WhatsApp Vasitəsi ilə də taksi çağıra bilərsiz.Gecə həyatımız ancaq deniz kenarindaki publar oldu. Çünki getməyə normal klub tapa bilmədik. Normallarıda gece 12 dən sonra açılır . Qarşımıza ən çox açıq havada olan kulublar çıxdı. Onlarında pubdan bir fərqi yox idi mənə görə.( əslində gecə həyatı mənlik deyil,mənimki ancaq təbiət,dağ,dənizdi,sakit ortamlardı).Belə.. ümüd edirəm ki, suallarınızı etraflı cavablandırdım. Semimi suallarınızı cavablandıracam. Səyahətlərim haqqında ətraflı məlumatlanmaq istəyirsinizsə instagram səhifəmə nəzər yetirə bilərsiz.Sizə xoş istirahətlər. Hər zaman gəzməkdə. İnstagram: https://instagram.com/mysticseva_?igshid=YmMyMTA2M2Y= @mysticseva_Paylaşan: Seva I-va

121 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!