1087 dəfə oxunub

Avstriya bələdçisi - Vyana

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Avropanın musiqi, kofe , şnitzel , memarlığı və sarayları ilə məşhur paytaxtı Vyana..
Vyananı Vyana edən Mozart, Johann Strauss , Freud , Egon Schiele , Gustav Klimt kimi önəmli insanlar adamın şəhərə heyranlığını daha da artırır.

66711582_1295818377258868_5385614901551038464_n

Hava limanından şəhər mərkəzinə avtobuslar var - tək gediş 8€ , gediş dönüş 13€ .
Şəhər içi isə 24, 48, 72 saatlıq biletlər ala bilərsiz. Ya da velosiped və Skuter app’ları yükləməklə istədiyiniz yerə gedə bilərsininiz. Mən ilk gün 24 saatlıq bilet aldım ( 8€ ) , ikinci gün skuterlərdən istifadə etdim ( ilk 1 € çıxır, sonraki hər dəqiqə üçün 15cent ) .
Şəhər çox zəngin tarix amma bir o qədər də bahalı olduğu üçün muzeyləri gəzmədim, sadəcə Vyana milli kitabxanasına girdim (8€ , əgər tələbəsizsə 6€). Əvəzində bol bol gəzib parklarında çəmənlərə yayıldım ???? . Keçirdiyim 3 gün , 2 gecə yetərsiz idi Vyana üçün.

66721405_1295818697258836_5661099159092985856_n

Vyana deyəndə ağıla ilk gələn şeylərdən biri də Operadır. Opera, Balet və Konsertlərə getməmək günahdı əslində. Ən azından Vyana Dövlət Operasını (Wiener Staatsoper) gəzin. Muzeylər , Saraylar haqqında danışmaq istəmirəm, çünki internetdə yetəri qədər açıq aydın məlumatlar var.

66798094_1295818943925478_1760169608985182208_n

Mənə maraqlı olan məkanlardan biri “Sperl Kafe” idi. Səbəbi Before Sunrise filmindəki məşhur ‘ring ring’ səhnəsinin burda çəkilməsi idi. 19cu əsrin sonunda açılan kafe ilk vaxtda olduğu kimi bugünlərə gəlib çıxıb. 1907ci ildə İncəsənət Akademiyasına müraciət edən Adolf Hitler də bu kafeyə tez-tez gəlirmiş, çünki akademiya kafeyə yaxın idi. Burda Avstriyanın ən məşhur yeməyi Şnitzel yedik. Şnitzelin orjinalı donuz ətindən olur, amma dana və toyuq ətindən də hazırlanır. Vyanada çoxlu kafelər var və ən maraqlısı da budur ki, kafe və restoranlarda uzun növbə olur.

67060954_1295818493925523_4445984573829939200_n

Şnitzeli isə 100 ildən çoxdur ən yaxşı hazırlayan restoran Figlmueller’dir. Biz bura getmədik , rezervasiya etmək ya da saatlarla növbə gözləmək lazım idi, vaxtımız isə limitli idi.
Digər kafelərdən birində də Melange (Austrian style coffee) və apple strudel təcrübəsi yaşadıq, normal kofe və alma pirogu idi ????.

67264559_1295818727258833_4000964178859786240_n
Vyanada yemək ən ucuz street food’lardır, bunları da yoxlamağınızı məsləhət görərdim, ən azından həm də dadlıdılar.
Şokalad və məşhur wanner vaflilərini isə bəyənmədim. Avstriya çaxırları isə yaxşı idi.
Xərcləri yazmıram çünki bu individualdır. Amma maraqlıdırsa suallarınızı verə bilərsiz.
İnstagramdan da izlə bilərsiz ???? : @nazrinland

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nazrin Rahimova

DİGƏR BLOQLAR

Dumanlı Albion - London bələdçisi

Londondakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.#London- Adamların nəqliyyatda qidalanmaya qarşı aksiya keçirərək hər kəsə pulsuz yemək payladığı şəhər ????Bir müddət öncə Londonda haraları gəzmək barədə post paylaşmışdım. Çox sağ olsun dəyərli dostumuz qrup üzvü Ceyhun. Recommendationları mənə çox kömək oldu.Tarix: 10-14 OctHostel: Smart Russel SquarePlan: Camden Town-Trafalgar square- Piccadilly circus- St James Park-Buckingham Palace- Hyde park-National History Museum-Science Museum-Victoria and Albert Museum- Imperial War Museum-National Gallery-Imperial College-London Eye-Westminster Abbey-Harry Potter Platform-Covent Garden-Oxford street.Tanrı bu şəhəri xüsusi dəyərləndirib sanki. Hər divarından tarix yağır. Şəhərdə bütün tarixi binalar abidələr hamısı həddən artıq geniş, vahiməli və cəlbedicidir. Heç vaxt ölkə xaricində olmayan insan məsləhət deyil ki, ilk Londondan başlasın. Şəhərdə heç kim demək olar ac qalmır. Biraz bacarığı olan hər kəs nədənsə pul qazana bilər. Hətta plastik borudan belə səs çıxararaq gündəlik ərzaq təminatını qarşılaya biləcək pul qazana bilər. Şəhər o qədər böyükdür ki, məncə boşluğu doldurmaq xatirinə M&M-ə belə çox böyük bir mağaza açılıb ????Adamların hər zaman nəyəsə qarşı protesto edəcək mövzuları olur ???? Həmişə BBC-də baxdığım xəbərlərin baş verdiyi yerləri canlı görmək çox qəribə hissdir. Hətta mən orada olduğum vaxt bütün avropa ölkərəinin səfirləri Queen Elizabeth II Centre-ə yığışıb Brexiti müzakirə edirdilər. Bütün diplomatlar ordaydılar. ????Şəkillərdə qısa müddətlik London virtual tur edə bilərsiniz ümid edirəm ???? Şəhərdə dəhşətli dərəcədə əcnəbilər üstünlük təşkil edir. Hətta ərəblər ora da gedib çıxıb. Siz mən etdiyim səhvi qəti etməyin! Şəkil çəkdirmək istəsəniz nə badə Yaponlara verəsiniz ki, sizin şəklinizi çəksinlər. Çünki, özünüzü o şəkildə tapmayacaqsınız sizdən başqa bütün object-lər olacaq ???? Orada olduğum müddətdə heç bir public transportdan istifadə etmədim ki, daha çox yerləri görə bilim. Gün ərzində 13-14 saat çöldə gəzərək şəhərdən zövq almağa çalışırdım.London barədə çox danışmaq olar. Çatdıra bilmədiyimə görə hələ bəzi yerlərdə olmadım, amma, ümumi olaraq onu deyə bilərəm ki, avropalılar oranı bəyənməsə də, mən deyərdim ki, hər bir insan mütləq 1 dəfə də olsa orada olmalıdır.P.S. My Old Dutch bu yerdə crepes yemədən qayıtmayın. Classic crepes varlarıdır ki, dəhşət dadlı və böyükdür ən gözəli də burada yeyə bilərsiz. ????Hamınıza xoş istirahət və tətillər arzu edirəm.Forever solo traveler ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valikhanov Emin

1592 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1105 dəfə oxunub

İlahə Afinanın gözəl şəhəri

Afinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Afinaya, ümumiyyətlə Yunanıstana marağın artdığını nəzərə alaraq 2016-cı ilin avqust ayında həyata keçirdiyim tur barədə yazmaq qərarına gəldim.11-08-2016Gabala - İstanbul (Pegasus)Qiymət: 72 EUR (8 kq əl çantası və 20 kq baqaj daxil)11-08-2016 – 15-08-2016İstanbul – Athens - İstanbul (Pegasus)Qiymət: 90 EUR (round trip) (8 kq əl çantası və 15 kq baqaj daxil)11-08-2016 – 15-08-2016Eclectic Luxurious Apartments in Athens (Neo Heraklion metrosunun yaxınlığında) – 356 EURLink: Exlectic otelEv sadəcə möhtəşəm idi: bütün şəraiti, təmizliyi yerində, gözəl balkonu var idi (axşamlar içki içmək, söhbətləşmək üçün). Evin yaxınlığında marketlər, metro, Freddochino və digər içkilər içmək üçün kafelər/barlar və sairə istədiyinizi tapa bilərsiniz.Athens-də mütləq Acropolisə gedin (düzdü, bilet bahadır, səhv yadımda qalmayıbsa 24 EUR idi adult ticket), amma ordakı qədimi yerləri görmək və o möhtəşəm təəssüratlara görə dəyər bu pulu vermək.Həmçinin mütləq hansısa bir adaya gedin gəmi ilə. Biz Aegina adasına getmişdik. Təəssüratlar möhtəşəmdir, çünki mən dəniz (ümumiyyətlə, su) və adalar həvaskarı olaraq şəkillərdə gördüyümüz möhtəşəmliyi görməsəmdə, adadan razı şəkildə ayrıldım. Gəmilər Afina portundan (Piraeus Athens) ayrılır adalara, qiymətlər məsafədən asılı olaraq dəyişir. Aegina portundan isə dənizə getmək üçün ictimai nəqliyyatdan istifadə etməlisiniz. Yolüstü tarixi abidələri də görəcəksiniz. Aeginanın dənizkənarı 95% ödənişli klublardan ibarətdir (14 eur – bir zontik və iki lejanka üçün).Athens-dəki restoranlar kifayət qədər Avropa ölkələri ilə müqayisədə ucuzdular. Çox gözəl adətləri var: əgər siz yemək yeməyə və ya içki içməyə oturmusunuzsa, sizə mütləq soyuq su pulsuz təqdim ediləcək (hesabınızdan asılı olmayaraq). Pivə və sairə alkoqol içkiləri isə yüngül snacklar-la (bizim sevdiyimiz “dobrı” şəkildə) təqdim edirlər və bu snacklar pulsuzdur.15-08-2016 – 17-08-2016İstanbul İkram Apart (Osmanbey Şişli)Yenə də sadə və gəşəng təmirli ev, şəhərin mərkəzinə və getməyi planladığımız yerlərə çox yaxın. Əslində bron elədiyimiz ev başqa idi (Malliott Apartments), lakin texniki səbəblərdən dolayı bir gecə qabaq mənə email yazaraq həmin evin ümumiyyətlə artıq kirayə verilmədiyi bildirildi və həmin dəqiqə bunu (İkram Apart) tapdım booking-də.İstanbul – Antalya (Pegasus)Qiymət: 70 TRY (8 kq əl çantası və 15 kq baqaj daxil)Moonlight Residence (Antalya) (17-20 avqust 2016)Link: https://booki.ng/2tY1EbHRezidensiya dağın ətəyində yerləşirdi və sadəcə möhtəşəm idi. Sakit şəkildə dincəlməyi sevənlər üçün əla məkandır. Səhərlər hovuzda üzə bilərsiniz və ya idman zalında idman edə bilərsiniz, sonra yüngülvari səhər yeməyi yedikdən sonra çıxıb gəzə bilərsiniz şəhəri. Qayıdıb yenə hovuza kəllə vurub və ya dənizə gedərək (Rezidensiyadan dənizə pulsuz mikroavtobuslar işləyirdi) istirahətinizdən zövq ala bilərsiniz. Və beləliklə, hovuza və ya dənizə getməklə, balkondan dağa baxmaqla dincələ bilərsiniz.Yeri gəlmişkən, bu sakit istirahətinizdən mütləq bir gün ayırıb Duden Şəlaləsinə baş çəkin, uduzmazsınız Antalya – Ankara (Metro Bus) – 60 TRY20-22 avqust 2016Bu şəhərdən heç nə yazmayacam, çünki çox pis xatirələrim var... Yerə səpələnən “elanları” görəndə gözlərim kəlləmə çıxmışdı... Bir sözlə, Ankara özünü paytaxt kimi sadəcə qələmə verir, amma həmin statusdan şəhərdə heç nə yoxdu...Ankara – Naxçıvan (İğdırlı Turizm) – 110 TRY22 avqust 2016Heç vaxt bu turizm şirkətinin xidmətlərindən istifadə etməyin, çox “borzu” xidmətçiləri və sürücüləri var. Məni elə hirsləndirmişdilər ki, İğdırda düşəndə avtobusu dəyişib Naxçıvan avtobusuna minmək üçün gəldiyimizi avtobusun nömrəsini götürmək üçün qaraja getmişdim ki, şikayət yazacam. Amma hələ də vaxt edib o şikayəti düz əməlli yazıb bitirə bilməmişəm.Naxçıvan – Bakı (AZAL) – 50 AZN23 avqust 2016Bu reysə biletləri öncədən alın, minimum 7 gün öncə. Daima biletlər olmur reyslərə, bilmirəm nə məsələdir, amma Naxçıvana uçanlar və Naxçıvandan qayıdanlar çoxdur...Beləliklə, Ankaraya kimi hər şey əla olan, Ankaradan sonra zülm ilə keçən Athens – Türkiyə turunu bitirdik Faydalı olmaq diləyi ilə QEYD: Hal-hazırda Afinanı fəth etmək üçün daha ucuz və optimal marşrutlar var. #WizzAir köməyiniz olsun QEYD2: şəkillərə instagram səhifəmdə baxa bilərsiniz: @ilgarafandi#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr#gezeyenlerƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi 

846 dəfə oxunub

Balissimo????

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Balissimo????Vacation, bal ayı və ya sadəcə eqzotik yer kəşfi üçün Bali ən rahat və ilkin seçimlərdən olmalıdır. Çox möhtəşəm gözləntilərlə getməyin ki, ya gözləntiləriniz artıqlaması ilə doğrulsun, ya da sadəcə məyus olmayasanız.Xüsusən Bakının qışa sərt keçidindən qaçmaq üçün ən yaxşı mövsüm noyabrdır, Visa tələb olunmur, turla getmək rahatdır, amma düşünürəm ki, əlinizdə nağd pulunuz varsa, biletləri, oteli və transportu (aeroport-otel&otel-aeroport) özünüz həll edə bilərsiniz.Balinin çimərliyi, cəngəlliyi, meşəliyi və ibadətgahları möhtəşəmdir, adanın qalan hissəsini instagrama çəkib yerləşdirmək istəməzsiz)Gedərkən sizə mütləq bu tipsdən yararlanmağı məsləhət görürəm:- özünüzlə böyük pul qabı götürün, çünki pulları çoxdur)- authorized yazılan yerlərdə qətiyyən pul dəyişməyin, sizi aldada bilərlər, necəsə olur ki, onların yanında pul sayanda düz olur, qıraqda yenidən sayanda az çıxır. Pul dəyişmə məntəqələrində ad&soyad, otel ünvanı kimi detallı informasiya istəyirlərsə, yaxşıdır.- mütləq qalacağınız gün sayına görə tur planları edin, turlar üçün isə tripadvisor turları məsləhət görürəm, biz Alex adlı bələdçi ilə günə 40$-lardan turlar planlayırdıq, adam həm rus, həm eng dilini bilir. Kimsə istəsə kontaktını verə bilərəm (təbii ki qrup qaydalarına zidd deyilsə)- kuta çimərliyi surfing və ya ümumiyyətlə çimmək üçün mükəmməldi, tərtəmizdir, amma orada hər şey pulludur, hətta dəsmalları da ayrıca satırlar ona görə özünüzlə dəsmal aparın)- Bakıdan gedəndə böcək dişləməsi əleyhinə sprey aparın, Bali böcəklərinin ayaq fetişi var elə bil ???? ayaq şişir və göyərir, gecələr isə qaşınmalar güclənir, ona görə tədbirli olun.- bike sürə bilirsinizsə, əlaçı. Balidə bike kirayəsi çox ucuzdur, tək və ya cütlük şəklində getmisinizsə, lap sərf edəcək. əks halda yalnız tur rəhbərinin avtomobili və ya tura getmədiyiniz günlər taksi işlədəsi olacaqsız. Taksi xidmətindən söz düşmüşkən beynəlxalq standartlı taksometr Bluebird taxi xidmətində var, xeyli komfortlu və kondisionerli maşınlardır, amma onların bəzi ərazilərə girişi qadağandır, şəhər mərkəzinə gedəcəksizsə, hər yerdə var və rahatlıqla işlədin. Nəzərə alın ki, yerli taksi xidməti Bali taxi loqolarını və maşın rənglərini Bluebirdə bənzədib, axşam səhv sala bilərsiniz, diqqətli olun)- meşələrdə, cəngəlliklərdə, çimərliklərdə istifadə edəcəyiniz adrenalin əyləncələr zamanı ucuz qiymətə qaçmayın. Mütləq sığorta olub-olmadığını yoxlayın, bəzi yerlərdə var, qoy olsun 2 dəfə baha amma ürəyiniz də rahat olsun)- İbadətgahlara gedərkən çiyin və dizlərinizi örtəcək geyimlər geyinməyə çalışın, necə deyərlər, yerli adətlərə hörmət etməyə çalışaq ????- Günə 100$ xərcinizin çıxması qarantidir, qiymətlərin qeyri-sabitliyinə hazır olun, xüsusən yerli mətbəxə mədəniz alışmasa, italyan restoranlarında servis və tax vergisi gəlir çıxır 21faizə, ona görə qalacağınız günə görə ortalama 100$ (gün üçün) məbləğ götürməyə çalışın.- Heyvanları çoox şirin görsənə bilər, onları qıcıqlandıracaq hərəkət və ya göz zilləmələrinə qədər belə görsənərlər. Xüsusən sacred monkey forest-də meymunlara gözünüzü zilləyib baxmayın, onlar yoxmuş kimi davranın, uzaqdan sevin :d- plastik istifadəsinə çox yol verməyin, şopinq üçün özünüzlə böyük kağız çanta və ya parça çantalar aparın.- əslində yerli əhali noyabr ayını low season olaraq dəyərləndirir, amma bizim bəxtimizdən 10 günlük səfərimizdə cəmi 2 gün yağış yağdı, o da Bali yağışını da görməyə dəyərdi.)Balidən həzz almaq insana görə dəyişir, meditasiya üçün möhtəşəm ab-havaya sahibdir, yaxşıca restart elətdirir düşüncələrinə, bir də çox romantik məkandır ????Baliyə səyahət arzulayırsınızsa, indidən pul yığmağa başlayın????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulsen Hesenzade

606 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!