133 dəfə oxunub

Səfərnamə: İran- Hörmüz və Qəşm adaları

Ara-sıra yenə maraqlı fotopostları share edərəm səhifəmdən. Ən sevdiyiniz postu paylaşım hazırda ????
Beləliklə,

İranla bağlı hesabat postu:
İlk öncə logistic tərəfləri yazıram:
1. Bakıdan Tehrana çatmaq üçün 2 yol var. Ya Astara sərhəd məntəqəsinə gəlib buradan 80 manat ödəyib taksi ilə Tehrana çata bilərsiniz (yol təxmini 6 saat vaxt alır), ya da Bakı-Tehran uçuşundan istifadə edə bilərsiniz.
2. Tehrandan Qəşm adasına uçmaq üçün yerli hava xəttindən istifadə etdik (Taban Air). Bilet 55 manat təşkil etdi.
3. Digər uçuş Qəşm-Şiraz (45 manat) və Yəzd-Tehran (55 manat) idi. Burada seçim İranair oldu.
4. Şiraz-Yəzd avtobusu – 7 manat
5. Tehran-Astara avtobusu – 7 manat
Qeyd edim ki, vaxt az olduğundan hava nəqliyyatı ilə hərəkət etməyə üstünlük verdim. Amma digər ucuz variantlar da var:
1. Qəşmdən Şiraza feribotla, Yəzddən də Tehrana gecə avtobusu ilə çıxa bilərsiniz. Qiymətlər bu halda 7-15 manat arasında dəyişəcək və avtovoğzal çox səliqəli və operativ işləyir. Gecə avtobuslarından istifadə etməklə isə həm otelə, həm də günə qənaət etmiş olarsınız.
Ölkə daxilində taksi xidməti çox ucuzdur. Uzun məsafələri belə 1-2 manat arasında dəyişilməklə qət etmək olar.


Otel durumu:
Qəşm adasında "Dehliz homestay"də (yerli insanlarla birlikdə qaldıq, hazırda bu cür evlər daha xoş gəlir mənə) 1 gecələmə səhər yeməyi ilə birgə 7,5 avro, Şirazda "Taha hostel" gecələmə səhər yeməyi ilə birgə - 8,5 avro, Yəzddə "Qashqay hostel" – gecələmə, səhər yeməyi 8 dollar.
Nahar, şam yeməklərinə gəldikdə isə çox baha olmadan 5-10 manat arasında dəyişən qiymətlərlə dadlı yeməklər yeyə bilərsiniz.

İnstagramda https://www.instagram.com/irada_gadirova/?hl=ru otel və hava xətlərinin səhifələrini tag etməklə paylaşım etmişdim. Orada son hesabat postlarıma baxsanız, otellərin səhifələri ilə rastlaşa bilərsiniz.