1018 dəfə oxunub

Rahmi Koç Muzeyi - İstanbul

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Muzey həvəskarı biri olaraq sizə dünən getdiyim və hələki ən bəyəndiyim muzeydən bəhs eləmək istəyirəm. “Rahmi Koç Müzesi” adlanan və “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə mükafatı da olan muzey Türkiyənin məşhur Koç ailəsinə məxsusdur. Muzeydə elm və texnologiyayla bağlı eksponatlarla yanaşı Koç ailəsinin nümayəndələrinə məxsus kolleksiyalar da sərgilənir.

26994027_1610036485718219_7656043242136194179_n

İlk zalda 100-ə yaxın klassik avtomobil var. Nələr yoxdu ki, aralarında? Rolls Roycelar, Fordlar, Cadillaclar, Volkswagen Beetlelar, Jaguarlar. 1-ci dünya müharibəsində istifadə olunan tibb maşını belə var. Avtomobillərin bəziləri məşhur film və reklamlarda da istifadə edilib. Digər otaqda sənaye inqilabına səbəb olan buxar maşınlarına aid nümunələr var və bu maşınların işləmə prinsipləri filan izah edilir.

[caption id="attachment_1292" align="aligncenter" width="384"]solresim_marshall Marshall Səyyar Buxar Maşını[/caption]

Daha sonra sənaye 2.0, 3.0, 4.0-a aid bölmələrdə bu anlayışların necə yarandığı izah edilir və onlara aid sənaye nümunələri göstərilir. Burada ən diqqətimi çəkən paltaryuyan, televizor, soyuducu və digər məişət əşyalarının ilk nümunələrindən müasir örnəklərinə qədər sərgilənməsi və necə çalışdıqlarının izahı oldu. Burda hətta macintosh və digər komputerlərin ilk nümunələri də var. Bir anda zaman tunelinə girirsən elə bil.

Avtomobillərlə yanaşı velosiped və motosiklet kolleksiyası da var. 50-60 yaşlı motosikletlər xüsusilə harley-davidsonun ilk modelləri çox maraqlıydı. Velosipetlərdən ən maraqlısı Penny Farthing dedikləri qabaq təkəri çox böyük (oturacaq da onun üstündədi) arxa təkəri isə çox kiçik olanlar oldu mənim üçün. Adamın uşaq arabası kolleksiyası belə var idi! Uşaq arabası ilə yanaşı at arabası, fayton kolleksiyasında da, qəşəng nümunələr var. Formula 1 bolidini də unutmaq olmaz.

26804415_1610036712384863_1314708215436672284_n

Digər sərgi zalı isə dəmiryolu nəqliyyatına ayrılıb. Burda onlarla qatar modeli var. Zaldakı bir maket isə dünyanın ən yaxşı maketi seçilib. Modellərlə yanaşı real qatar və tramvaylar da sərgilənir. Sultan Əbdüləzizin İstanbuldan Parisə səyahət etdiyi vaqon və 30 il fəaliyyət göstərmiş Moda-Kadıköy tramvayı daha çox diqqətimi çəkdi.

Dəniz nəqliyyatını da unutmayaq. Onlarla qayıq və yaxtayla yanaşı kiçik gəmilər və hətta Vapur da eksponatlar arasındadır. Vapurun içərisində mini oyuncaq muzeyi də var. Amma bu bölmədə ən maraqlı olanı sualtı gəmidir. İkinci dünya müharibəsində ABŞ tərəfindən Yaponiyaya qarşı istifadə edilən, daha sonra Türkiyəyə satılan sualtı gəmi Türkiyə tərəfindən də Kipr müharibəsi zamanı istifadə edilib. Bura ayrıca bilet satılır və bələdçi müşayəti ilə ekskursiya təşkil edilir. Heyif ki, içərisində şəkil çəkməyə qoymurlar. Gəminin işləmə prinsipləri, gəmi heyətinin məişəti filan izah edilir.

Muzeydə aviasiya ilə bağlı da eksponatlar var. Mülki təyyarələrlə yanaşı qırıcı və vertolyot da sərgilənir. Pilot kabininə girmək istəyimi burda gerçəkləşdirə bildim))

26731624_1610035732384961_1323283906093846985_n

Başqa nisbətən kiçik sərgilərə gəldikdə isə, papaq kolleksiyasını göstərmək olar. Həmin papaqlar içərisində Türkiyə siyasətinin simvollarına çevrilən Süleyman Dəmirəlin panamasını və Ecevitin şapkasnı qeyd etmək lazımdı. Muzeyin digər bir hissəsində 50-60 il öncənin apteki, oyuncaq mağazası, zeytun yağı fabriki, ayaqqabı təmirçisi və s bu kimi otaqlar düzəldiblər və o dövrün əşyalarını, eləcə də bal mumu heykəllər yerləşdiriblər. Mətbəə avadanlıqları, elm, rabitə, musiqi alətləri və s. başqa çoxlu maraqlı şeylər də var.

solresim_dakik_saat

Azından 4-5 saat ayırıb gəzməyə dəyər. Muzeydə şagirdlər üçün astronomiya, riyaziyyat, fizika atelyeləri də fəaliyyət göstərir.Burda uşaqlara elmi proseslər sadə dildə izah edilir və onlarda elmə maraq yaradılır. Muzeyi hər il 100 min türkiyəli şagird ziyarət edirmiş. Böyük şirkətlər kəndlərdəki uşaqların ziyarətinə sponsorluq edirlər. Kaş bizim ölkəmizdə də bu tip muzeylər olardı. Uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün əvəzsiz vasitədir bunlar. Elə böyüklərin də))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Farid Mehralizade

DİGƏR BLOQLAR

Arazın o tayı- İran macəraları

İran haqqda eşitmisiz? Bağlı, çadralı, qara şəhər? Bu ölkə haqqda bildiklərinizi bir kənara buraxın və yaxın oturun! Bu yazım kefinizi açacaq ????İran yoxsa Azərbaycan? Səyahətimin ilk günü!Çox yorğun bayramdan qabaq iş həftəsindən sonra bu tətilə çıxıb çıxmayacağımda hələ də qərarsız qalmışdım. Naxçıvana bileti (50 AZN) almışdım, ancaq bilmirdim getməliyəm ya yox? Uçuşa bir neçə saat qalmış çantamı hazırladım. Çox həyəcanla oturub, uçuşu gözlədim. Naxçıvana gəlib çatdım. Atam buralı olsa da, heç vaxt getməmişdim. Çox səliqəli şəhərdir. Ancaq adamlar az idi küçələrdə. Elə hiss yaradır ki, sanki tərk edilmiş şəhərdir. Qəribə hiss edirdim. Ancaq gözəl idi. Möminə Xatun türbəsi çox möhtəşəmdir. Üzəri elə incə işlənib ki, toxunanda elə bilirsən ki, tarixə səyahət edirsən…Burada çox qalmadım. Taksi məni İran sərhədinə apardı. (hava limanı+ kiçik şəhər gəzintisi+ sərhəd= 25AZN)  Elə həyəcanlıydım ki, heç başqa ölkəyə yaşamağa köçəndə belə hiss etmirdim. Sərhədə gələn kimi ilk sualım bu oldu:Başımı burada bağlamalıyam? ????Orada bağlamaq lazım deyilmiş. Bir körpü var. Onu keçəndə, İrana girmiş sayılırsan. Həmin körpünün üzərində bağlamağınız kifayətdir. Ondan qabaq isə sərhəddə əməlli başlı sorğu-sual olundum: Niyə gedirsən? Hara gedirsən? Nə alacaqsan? Nə qədər qalacaqsan? Haradan qayıdacaqsan və s. Amma deyə bilərəm ki, çox gülərüz idilər. Orucluq bayramının ilk günü idi. Hamı təbrikləşirdi. Çox xoş ab-hava var idi. Gəldim həmin körpüyə, tez-bazar uzun bir palto geyindim və başımı da bərk-bərk bağladım. Orda da sərhəddə xeyli sorğu sualdan sonra, keçdim İran tərəfə. Heç kimin üzünə baxmıram, başımı sallayıb, qohumlarımı gözləyirəm. 2 AZN ödəyib, getdim İranın ikinci sərhəddinə. Məncə, onu ödəməsəydim də olardı. Taksi mənim çox da bilgili olmadığımı gördü və kazıklandım abilər -_-Sərhədi keçəndə qohumlarımla orada görüşdüm, artıq Poldəştdə idim. Məni görənlərin ilk reaksiyası:Sən niyə belə bağlanmısan? İran haqqda fikir dəyişikliyi 1: başına balaca yaylıq atmaq və azca uzun geyinmək kifayətdir. Çadrasız İran!Sevimli insanlar diyarı:Babamın xalası uşaqları orada yaşayırlar. Bir dəfə anam zəng etdi ki, İrandan qonaqlarımız var, gəl görüş. Mən də offlaya offlaya getdim görüşə. Fikirləşirdim ki, bu qaraqabaq insanları görmək nəyimə gərək? Amma yanılmışam… (p.s bir dərs çıxaraq: tanımadığımız insanlar haqqda fikir yürütmürük! )Gənc cütlük idi. Bizim qohum Zarrin siyasətçidir orada. Yoldaşı Ramin isə psixoloqdur. Birlikdə səyahət edirlər, işləyirlər. Zarrin uzun zamandır idmanla məşğuldur. Sözün düzü məni yaman təəccübləndirdi bunlar. Elə İrana getmək səbəbim də bu insanlar oldu. Elə bilirdim orada hamı qatı dindardır, qaraqabaqdır və ancaq qara geyirlər. Bu insanlar fikirlərimi dəyişdirdilər.Sonra ora səyahət edəndə isə daha da  çox yanıldığımı gördüm. İnsanlar əylənməyi, dostluğu bacarır. Bir birilərinə olan sözlərini elə üzlərinə də deyirlər. Yardım sevərdirlər.Kişilər qadınlara hər işdə kömək edirlər. Məsələn, qonaq getdiyim bir evdə süfrəni açmağa kişi kömək edirdi. Bu hamı tərəfindən normal qəbul edilən bir şey idi. Ancaq, əsas pul qazanan, ailəni dolandıran kişilərdi.İşləyən qadınlar da az deyil. Baxımlıdır hamısı. Xüsusi gözəllik sirrləri var. Məsələn Nanə cöhəri özləri hazırlayırlar və bunu bikini bölgəsinin təmizliyi üçün istifadə edirlər. Gül suyu da üz dərisinin ağ qalması üçün istifadə olunur. Maya maskası, qəhvə maskası da burada məşhurdur. Təbii məhsullardan çox istifadə edirlər əsasən. Makiyaja həvəslidirlər. Burun əməliyyatını yəqin ki, 10 adamın barmağı ilə sayılacaq qədər etməyən adam qalıb. Bu kişilər arasında da dəbdir.Zərli-zürlü şeyləri sevirlər və ev əşyalarında da bunları görmək mümkündür. Ən sevdiyim isə yerdən açılan yemək süfrələri oldu. Gənclər artıq masalardan istifadə etməyə başlayıblar. Ancaq yaşlı adamların evlərinə gedəndə səmimi süfrədən həzz ala bilirsən.Mən Zarrinin qonağı oldum və onların evi tamam başqa cür idi. Yoldaşı Raminin atası İranda məşhur rəssamdır (Əhməd Rza Rahimi). Bu qabiliyyət ona atasından keçib və əla rəsm əsərləri çəkir.Bundan da əlavə bir çox simli alətdə ifa edə bilir. Axşam evdən dincəlmək üçün bundan başqa nəyə ehtiyacın var ki?Orada olduğum müddətdə Raminlə söhbət də etdik. Əla psixoloqdur və o qədər cana yaxın insandır ki, insan rahatlıqla hər şeyi onunla bölüşə bilir. Mən ondan xahiş etdim ki, bizim insanları da qəbul etsin. Urmiyənin ən yaxşı psixoloqlarından biridir və hipnoz da edir. İstəyənlər əlaqə saxlaya bilərlər: +989149370764Zarrin və Ramin o qədər yaxşı insanlardı ki, istəyirəm onlarla hamı tanış olsun. Həyatınızda hər şey gözəl olsun, my babies!İranda, evlərdə daha nə qəribəliklər var?Evdə parniklər olur. Burada müxtəlif bitkilər və hətta ağaclar yetişdirilir. Qəribədir. Ancaq o qədər gözəl görünür ki, fikirləşirsən ki, mütləq və mütləq mən də öz evimdə bundan etməliyəm.Bu şəkildə arxamızda gördüyünüz həmin danışdığım yaşıllıqdır. İnsanlar evdə quş, balıq saxlayırlar. Bu şəkildəki ağa quş saxlamaqdan əlavə həm də quşlardan kuklalar düzəldir. Bəzi nümunələri şəkildə görə bilərsiz. İnsanların fərqli hobbylərinin olduğunu düşünməzdim İranda. Bu da məni təəccübləndirmişdi yaman!İranda öz dilimdə danışmaq…Çox insanlar türkcə bilirlər. Onların türkcəsi daha qədim sözlərdən ibarətdir. Ancaq məncə, çox şirin danışırlar. Həm də çox mehribandılar. Telefonda belə bir-biriləri ilə danışanda çox nəzakətli olurlar. Bu çox xoş olurdu. İnsanın bütün mənfi enerjisi alıb aparırdı. O qədər gözəl hiss edirdim ki, orda… İnsanın ürəyi sevgi ilə dolub daşır. Məhz, bu hisslərə görə İran mənim sevimli ölkələrimdən birinə çevrildi.Bəzən bir- birimizi anlamırdıq. Belə olanda İstanbul türkcəsində danışırdıq. Türkiyə filmləri və serialları orada da çox izlənir.Bəzən türkcə danışmayanlar da olurdu. Onlar çox vaxt farslardı. Türkcə danışmaqlarını deyirdim, amma bu onlara elə də xoş təsir bağışlamırdı sanki. Danışmasalar belə bilirdilər. Ermənilər belə bilirlər türkcəni. Kürdlər çox vaxt bilmirlər və dağlıq yerlərdə daha çox məskunlaşıblar.Yenə də çox gözəl enerjisi olan insanlar diyarıdır İran ????Əsas məsələ: Yemək!Yeməkləri ləzzətlidir. Təbii olması da çox xoşdur. O qədər rahat hiss edirsən ki, özünü. Ancaq yeməklərimiz eynidir demək olar. Çox dadlı aşları var və üzəri üçün fərqli qaralar edirlər.Səhər yeməkləri demək olar ki, bizim süfrə kimi olur. Əsasən, nahar daha bol olur. Axşam yeməyini isə daha yüngül yeyirlər.Bir axşam Zarrin bizə bananlı kokteyl hazırladı, üzərinə qurudulmuş qızılgül ləçəkləri tökmüşdü. Həyatımda içdiyim ən dadlı içki idi deyə bilərəm. Çox xoş idi dadı.İranın özünə aid fast foodları var. Məsələn yer alma dürməyi. Bu nədir? Yer alma kartofa deyirlər. Kartof və başqa tərəvəzlər, göy göyərti doldurulur qarğıdalı unundan hazırlanmış çörəyə. Bu çörək çox xeyirli sayılır, adı səngəkdir. Dadı əfsanə idi. Qiyməti də 1,50 AZN ????Başqa dadlı fast food da Şor məzə idi. Bu qızardılmış lavaşın içində, ədviyyatlı noxudlardır. Ancaq o qədər dadlı idi ki, fikirləşirəm kaş Bakıda da olardı. Qiyməti isə cəmi 50 qəpik ????Bəs balıq dönəri necə? Eşitmisiz? Bu da İrana xas bir fast food-dur. Türk restoranından aldıq. Amma başqa heç bir yerdə belə bir şey görməmişdim. 2AZNİranda şirniyyatlar da dadlıdır. Buradakı dostlarıma nabat alıb gətirmişdim. O qədər dadlı idi ki, onlardan çox özüm yeyirdim ????Bir də gülablı dondurma var!- Çox ləzzətli, çox fresh dadı var… İran özü istehsal edir. Elə bəyəndim kiiiiii.İnsanlar xüsusi su düzəldir, hansi ki, köp üçün çox xeyirlidir və susuzluğu yatırır. Adlarını unutduğum toxumlardı. Biri reyhan toxumudur, ancaq o biri dəqiq yadımda deyil. İlk baxanda qəribə gəlir, ancaq dadandan sonra həmişə içmək istəyirsən. Bakıya gələndə də hazırladım. Hamı bəyənərək, içdi. Dadlı yemiş kokteylləri də satılır. Bunlar daha çox bayırda səyyar satılır. Ancaq təmizlik qorunur və dadları da çox xoş olur. İnsanlar kukuruz, qarğıdalı, popcorn çox sevir. İran belə şeyləri də özü istehsal edir.Sizin necə? İran haqqda fikirləriniz dəyişdi? İran yazılarının ardı var! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar 

902 dəfə oxunub

Yapon mədəniyyəti haqqında

Tokiyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bütün Gəzəyənlərə salam. Biraz Tokyo, Yaponiya haqda bildiyim, gördüyüm şeyləri yazım sizə. Çox adam elə bilir ki, yaponların Azərbaycandan xəbəri yoxdu, bunlar ayrı dünyadadı, bizi tanımırlar zad. Ama elə deyil. Azərbaycanlı olduğumu deyəndə Azərbaycan haqda danışan, paytaxtını deyən, xəritədə yerini göstərən, Türkiyə ilə yaxın olduğumuzu deyən, Ermənistanla düşmən olduğumuzu deyən yaponlar olub. Yəni xeyli adam var Azərbaycan haqda bilən. Haralısan sualına Azərbaycan cavabın verəndə çoxusu şoka düşür. Çünki burda ən çox Çin, Koreya, Banqladeş, Nepal, Vyetnamdan gələnlərdi. Azərbaycan Avropa ölkəsidi, həm də Yaponiyadan uzaqdı deyə bizim ölkənin adını eşidəndə çoxusu sözün əsl mənasında şoka düşür. Hələ bir dəfə marketdə qadının biri haralı olduğumu soruşdu. Azərbaycan dedim. Dedi müsəlmansan? İslam dini falan söhbət elədik. Heç nə demədən getdi şirniyyat aldı verdi. Dedi hədiyyəm olsun sənə. Çox “retki” yapon təmənnasız, tanımadığı adama belə jest eləyir. Bu arada Azərbaycan dilindən söhbət düşmüşkən deyim ki, 2 dəfə olub ki, azərbaycanlılar öz aramızda söhbət eləyəndə qıraqdan başqa biri deyib ki, sizin dil fransız dilinə oxşayır.Belə yapon xalqından danışsam biraz qəribə millətdi. Məsələn çox nəzakətli, mədəniyyətlidirlər. Amma arada elə bir hərəkət eləyirlər ki, şoka düşürsən. Məsələn elə olur ki, yol soruşanda deyirəm ki, bağışlayın bir söz soruşum. Düz çıxır gedir. Deyəndə ki, yolu soruşmaq istəyirdim. Qayıdıb gəlir. Elə olub ki, 1 nəfərdən yol soruşmuşam. Yoldan keçən 2 nəfər də yaxınlaşıb kömək eləyib. Amma elə vaxt olub ki, adamın üzünə baxmadan gedirlər.Bizdə hansısa işin müdiri oturur öz otağında. İşçiləri işlədir. Ama burda müdirlər özü də işləyir. Məsələn mağazada işçi kassirdi. Elə olur ki, müdir gəlir malları kloka qoymağa kömək eləyir. Burda müdirlər iş yerində olan ayaqyolunu da arada özləri təmizləyir. İşçi ilə müdir eyni işi görürlər. Demək olar heç kim heç kimə yuxarıdan aşağı baxmır. Çünki marketdə kassir işləyən adam da, fəhlə işləyən adam da təxmini eyni maaşı alır. İş maaşları saatına təxmini 9-13 dollar arası dəyişir. Azərbaycanda işsizlik varsa burda işçisizlik var. Hər cürə iş var. Məsələn yolun qırağında təmir tikinti işi gedir. Adamın biri dayanıb hər gələn keçəndən üzr istəyir. Bizdəki müvəqqəti narahatçılığa görə üzr istəyən plakatın yerinə burda işçilər var.Müştəri Yaponiyada allah kimidi. Hər hansı bir işdə müştəriyə qarşı nəsə bir səhv, saymamazlıq, kobud davranmaq bir qırağa lap sifət eləsəz işdən qovula bilərsiz. Nə olursa olsun müştəri razı qalmalıdı. İnternetdə bir video var idi işçi nəsə kobudluq eləyib müştəriyə. Müdir gəlib dizlərin yerə atıb üzr istəyirdi işçi adından. Bəziləri deyir ki, pirə gedib pul atmaq boş şeydi. Biz belə şeylərlə məşğul olanda yaponlar gedib elm savad öyrənir deyə qabağa gediblər. Keçən dəfə yolun qırağında məbəd gördüm. Girdim içinə baxım görüm nə olan şeydi. Gördüm ki, buddist heykəlinin qabağındakı qutuya pul atıb dua eləyib gedirlər. Yəni bunlarda da elə adətlər, inanclar var. Ümumiyyətlə internetdəki Yaponiya haqda məlumatların yarısı yalandı. “Like” yığmaq üçün özlərindən bir şey çıxarıb Yaponiya adı ilə paylaşırlar. Məsələn Yaponiya metrosundan şəkil paylaşıblar hamının əlində kitab. Yazıblar ki, yaponlar ən çox kitab oxuyan xalqdı. Yaponlar ən çox kitab oxuyan xalqdısa o biri xalqlar heç kitab oxumur onda. Metroya girirsən camaatın yarısından çoxunda telefon. Telefonların 90 faizi iPhone.Kitab əvəzinə içki içməkdə birinci ola bilərlər. Cürbəcür dadlarda su, çay, pivə, qazlı içkilər var. Hər 3 yapondan 2-si mağazadan içki alıb çıxır.Şirkətlərdə belə bir qayda var ki, həftədə 1 ya 2 dəfə işdən sonra kollektiv hamısı qadınlı kişili içməyə gedirlər. Bu içki məclisinə “nomikai” deyirlərƏlavə də hamının sual verdiyi 2 mövzu haqda danışım. Hər xaricdə yaşayan adama verilən sual. İndi orda saat neçədi? Azərbaycandan 5 saat qabaqdadı. Yəni ki, orda axşamdı. Ama burda gecə.2-ci mövzu da metroda içəri itələyən işçilər. Əvvəlcə onu deyim ki, o işçilər metroda xüsusi içəri itələmək üçün dayanmır. Ümumi işçilərdi. Nəsə sual verəndə cavab verirlər, kömək eləyirlər. Amma “uje” onları demək olar görmək olmur. Yeni ildə, Halloween-də metrolarda ən sıx günlər idi. Ama yenə də itələyib içəri basmaq söhbəti olmadı. Azərbaycandakı metrodan sıx deyil bura. Çünki qatarlar adam sıxlığına görə işləyir. Elə vaxt ola bilər ki, qatar 5 dəqiqədən bir gəlsin. Amma axşam adam sıxlığına görə hər 45 saniyədən bir qatar gəlsin. Belə sistemlə aradan götürüblər sıxlığı.Bir də metro demişkən bizdəki kimi avtobusda "düşərsən vermişəm" teması olmur. Çünki metroda öz kartınızı aparata 2 dəfə qoya bilməzsiz. Bir girəndə vurursuz. Bir də çıxanda. Ona uyğun yol pulunuz hesablanır ona görə də hərənin öz kartı olur ki, hərənin öz yolpulusu bilinsin.Bir də meyvə qiymətləri. Azərbaycandan 1-2 nəfər soruşub ki, orda yemiş 20 manatdı. Deyirəm hə. Deyir nə bahadı. Azərbaycanda qış vaxtı alça 700 manata ola bilir, Yaponiyada yemiş qış vaxtı 20 manat ola bilmir? Hər yerdə olduğu kimi burda da sezonladı. Məsələn deyirlər ki, almanın dənəsi 1 dollardı. Dənəsi 1 dollara olan alma böyük əl boyda almadı. 1 dollara 3 dənəsin də tapmaq olar. Kartof da onun kimi. Ən ucuz meyvə banandı. 1 dollara 5 dənə də tapmaq olur. Bəlkə də başqa yerdə daha çox satılır. Ümumi götürəndə baha şəhərdi. Ama elə şeylər var ki, Azərbaycandan da ucuz qiymətədir.P.S.: Çox şəkil çəkməmişəm deyə 1 dənə məbədin şəklin paylaşıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azad Arzumanli

2635 dəfə oxunub

Moskvanın maraqlı hekayələri olan binaları

Sizə Moskvanın bəzi yerlərindən danışım.Aşağıdakı şəkildə gördüyünüz McDonald’s-ın binasıdır. Rusiyada açılan ilk Amerikan restoran brendidir, 1991-ci ildə SSRİ-nin dağılması zamanı bu çox böyük bir hadisə hesab olunurdu, 2 və 3-cü şəkillərdə açılış mərasiminə gələnləri, bir burger, kola almaq üçün sırada gözləyənləri görə bilərsiz. Ora getmək o qədər önəmli bir hadisə sayılırdı ki, qadınlar hündür daban ayaqqabılarda, qızıl-gümüşlərini taxaraq, ən dəbli paltarlarını geyinədək bura gəlib növbədə gözləyirdilər.Növbəti şəkildə gördüyünüz binanın üzərində əvvəl Stalinin ən bəyəndiyi balerin Olqa Lepeşinskayanın heykəli var idi, lakin “mentalitet söhbətlərinə görə” heykəli götürüblər. Və bina “under the skirt” adı ilə məşhurdur (üzrlü sayın, öz dilimizdə necə tərcümə edəcəyimi bilmədim, təklifi olan desin). Bina yaşayış binası kimi fəaliyyət göstərir. Hətta deyilənlərə görə Stalinlə balerin arasında eşq söhbətləri də olub))Bu şəkildə gördüyünüz Tverskaya küçəsini genişləndirmək üçün bir gecədə əhali yatdığı halda 50 metr arxaya çəkilən binadır. Sirli bina da deyilir, çünki yoldan keçərkən görmək mümkün deyil, giriş bağlı olduğuna görə yalnız belə çəkə bildim şəklini, yalnız binada yaşayanlar daxil ola bilər. Sonrakı şəkildə gördüyünüz məhşur “ÇUM” (“ЦУМ’’). Şotlandlar tərəfindən tikilib və Rusiyada ilk dəfə “fix price”, yəni, etiketli, endirim olmayan qiymətlər burada tətbiq olunub, o vaxta kimi insanlar mağazalarda “danışaraq razılaşıb qiyməti aşağı salırdılar”. Videoda (videoya buradan keçid edə bilərsiniz) gördüyünüz mağaza yemək mağazasıdır, uzaqdan çox adi görünür. Mağaza ilk dəfə Rus imperiyası dövründə Qriqori Yeliseyev tərəfindən açılıb və ilk dəfə banan, ananas kimi meyvələr onun tərəfindən Rusiyaya gətirilib. Əvvəllər həmin ərazidə kilsə var idi və əhali qatı dindar idi. Yeliseyev mağazada spirtli içkilər satmağa cəhd göstərsə də, kilsəyə yaxın olduğundan bu cəhdinin qarşısı alındı. Lakin o, bu istəyindən vaz keçmədi, mağazanı genişləndirərək, əlavə, kilsədən uzaq qapı açıb, spirtli içki satışına da start verdi. Yeri gəlmişkən, kilsə artıq orda yoxdur, 1935-36-cı illərdə bolşeviklər tərəfindən dağıdılmışdır. Yanından fikir vermədən, sadəcə ötərək keçdiyimiz binaların əslində çox maraqlı tarixləri var, elə Azərbaycanımızın özündə də Diqqətinizə görə təşəkkürlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ragsana Rzayeva

1519 dəfə oxunub

Tokio və yapon həyat tərzi

Tokiodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.YAXŞI MƏNADA BELƏ BİR TƏHƏR TOKİO...Tokioda gəzişib gəldim. Sizi də aparım? Onda, getdik! Əvvəllər kiçik balıqçı qəsəbəsi olub, adı da Edo. 1867-ci ildə imperatorun iqamətgahını bura köçürüblər, adqoydu nəticəsində də çevrilib olub Tokio. Tərcüməsi də «Şərq paytaxtı»dır. Yaponiyanın bir çox böyük şəhərlərindəki bina evlərinin sahibləri it, pişik və s. saxlamağa qadağa qoyduqları üçün Tokioda xüsusi «pişik kafeləri»yaradılmışdır ki, burada kiçik məbləğ müqabilində pişiksevərlər bəyəndikləri pişikləri seçib elə kafedəcə onlarla vaxt keçirib qurdlarını öldürə bilərlər. Yeri gəlmişkən, 2012-ci ildən tətbiq olunan qanuna əsasən, axşam saat 8-dən sonra heyvanları ictimai yerlərdə nümayiş etdirmək olmaz. Zoomağaza filanlarda alver axşam və gecə saatlarında da mümkündür və qanun keşikçiləri də oradakı heyvanların saat 8-dən sonra insanların onları narahat etməmələri, heyvanların bu saatdan sonra dincəlmələri üçün buna imza atıblar. Tokionun Xaradzüku rayonunda ən vacib hadisələr cərəyan edir. Vaxtınızı səmərəli keçirə biləcəyiniz məkandır. Rayondakı fashion-gəzintiləri nəyə desən dəyər. Qotlar, lolitlər, panklar və daha kimlər və nələr… Milan və Parisin ən avanqard dəb nümayişlərindən geridə qalmayan bir yerdir. Dünyada ən bahalı restoranlar siyahısında öndə (bəzən deyirlər ki, ən öndə) gedən "ARAQAVA" restoranı da Tokiodadır. Məşhur Kobi ətini məhz burada hazırlayırlar. Bir porsiyanın da qiyməti minimum 350-cə ABŞ dolları. Tokio metropoliteni sərnişin axınına görə dünyada ən xod gedənlərindəndir: ondan il ərzində 3,2 milyard adam istifadə edir. Maraqlı fakt da odur ki, burada xüsusi pozisiya da mövcuddur, adı da osiya. Onların işi-gücü dolu vaqonlara sərnişinləri dürtüşdürməkdə yardım etməkdir Ueno zooparkı Yaponiyada ən qədimlərdəndir. Burada 2600-dək heyvan saxlanılır. İldə 1 dəfə zoopark 2 aylıq bağlanır ki, heyvanlar insanlardan dincəlsin. Demək olar ki, bütün günümüzü zooparka həsr etsək də, onu axıracan gəzib-dolaşmağa imkanımız olmadı. Hər il Tokioda müxtəlif güclü 150-dək zəlzələ baş verir. Ən söküb-dağıdanı 1923-cü ildə olub: Rixter şkalası ilə 8,3 bal gücündə. 142 min adam onun qurbanı olub.  Tokioda o qədər çox adam yaşayır ki, havanın hərarəti həmişə orta temperaturdan 10 dərəcə çox olur. Bəzi rayonlarında əhali sıxlığı 1 kv km-ə 60000 nəfər də düşür. Şəhərin yaşayış məntəqələrinin kompakt yığımı olan yerlərində, o cümlədən də şəhərətrafı zonalarda, 35,2 milyon əhali yaşayır ki, bu da Rusiyanın bütün Asiya hissəsində yaşayanlardan çoxdur.  İqtisadi baxımdan Tokio Yaponiyanın digər şəhərlərini əmməlicə geridə qoyur. Təsəvvür edin ki, əgər Tokio ayrıca dövlət olsaydı, öz ümumi daxili məhsulunun (ÜDM) həcminə görə dünya üzrə 15-ci yerdə olardı. Yəni Türkiyə və ya Avstraliya ÜDM-dən də yüksək. Ərazisi ölkə ərazisinin 0,6%-i olsa da, ölkə üzrə ÜDM-i 33%-dir! Özlüyündə də Tokio dünyada ən bahalı şəhərlərdən sayılır. Bizim səfərin sonuncu gününü Ukraynadan olan qrupmuzun imkanlı üzvləri (onu da deyim ki, qrupumuzun ən dilənçi üzvləri mən və dostum idik) alış-verişə həsr etməyi qərara aldılar. Biz də nə üçünsə sevincək qoşulduq onlara. Alış-veriş mərkəzinə ümid dolu addımlarla girdik. 1 saatdan sonra oranı ancaq 1 ədəd kiçik əl kremi (!) ilə tərk etdik. Onu da test üçün havayı vermişdilər…Yenə bu qəmli notda sağollaşaq. Sağ olun.www.TravelStory.az

2151 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!