1280 dəfə oxunub

Tarixə doğru səyahət - Aaxen bələdçisi

"Avropanın qəlbi". Aachen(Aaxen) şəhəri. Almaniyanın Şimali Ren Vestfaliya bölgəsində Belçika, Niderland cəbhəsində balaca bir şəhərdir. "Eee, deyə bilərsiniz bu balaca şəhərə hansı haqla Avropanın qəlbi deyirsən". Və ya "əəə bir dayan, iki şəhər gəzirsiz həmən Qulliverin səyahətləri kimi adlar verirsiz deyə" komment də yaza bilərsiniz. Və ya şəhərə girərkən bir türkə abi, bu zəhrimara qalmış old town haradır deyə soruşduğunuzda cavabında, kardeşim burada bir şey yok o yukarıda 1-2 tane kilise var işte bak dönersin, orası merkez işte" gibi yaklaşımlar da ola bilər.

66423043_1159179330941501_5120413890932375552_n

Aaxen. Fransızlar bu şəhərə Aix La Chapelle deyir.
Çox balaca bir şəhər olduğu üçün bir neçə saata bitirə bilərsiniz. Mən amma bir tam gün ayırdım. Şəhər mərkəzində əsas görməli yerlərdən biri Charlemagne (Great Magnus, Şarlman) tərəfindən tikdirilən Aachen Katolik Katedralıdır.

aachen-cathedral

Hamburgdakı St. Michael kilisəsindən sonra məni əsrarəngizliyiylə təəccübləndirən bir neçə tikilidəndir. Gerçi, St Michael barok şedevrdir, bu gotik şedevr. Həm o Luterandı, bu Katolik. Nəysə. Demək bu Katedral 796-ci ildə Şarlman tərəfindən tikilib, və Şimali Avropada bundan daha qədimi yoxdur. Ümumiyyətlə, balaca Pepinin oğlu Şarlmanın Avropa tarixində yerin çoxunuz bilirsiniz. Qotlar Roma imperiyasın viran etdikdən sonra, Avropada çöküş dönəmi başlır. Müsəlmanlar İspaniyanı ələ keçirir, İtaliya sınırına dayanırlar. Bu ərəfədə Şarlman ortaya çıxır. Roma papası onu Vatikandakı Aziz Petrusda Müqəddəs Roma İmparatoru elan edir. Osmanlı, islam tarixində Fatih Sultan neyse, Avropa tarixi, Avropa Birliyi üçün Şarlman odur. Hətta, Avropa Birliyində ən böyük madalya Şarlman madalyasıdır. Yəni, onur ödülü. Bu gün bir çox dildə olan Kral sözü, onun adından gəlir(Karl-Kral). Yəni elə bir tarixi şəxsiyyətdir ki, heykəlin tikmək istəsən beton yetməz ) Qəbri də elə həmin şapeldədir. Həm də Aaxen uzun dönəm Müqəddəs Roma İmperiyasına paytaxtlıq edib. 32 kral, 12 kraliça bu Katedralda tacın geyinib.

641_133903

Onun yanına 14. yüzillikdə inşa edilmiş Rathaus (bələdiyyə binası, Ratuşa) başqa bir gotik şahəsərdir. Qarşısındakı meydanda olan restoranlarından birində oturub pivənizi yudumlarkən, əzəmətini heyranlıqla izləyə bilərsiniz.

66061044_1159179494274818_1174116773075615744_n

Mütləq halda, bu şəhərə getdiyiniz halda yerli zəncəfilli börək olan Printen(pğinten) yemədən dönməyin.

Terminala tərəf enərkən 3-cü Frederik heykəli var. Bu Frederik 19-cu yüzillikdə çox liberal bir veliahd şəhzadə idi. Otto von Bismarck Kansler olan zamanlarda. Sedan müharibəsində ön cəbhədə vuruşub. Qocaman alman tarixinin ilk universitet təhsilli kralı idi. Şarlman məsələn həyatı boyunca, oxuma yazma öyrənə bilməmişdi. Amma təhsilə böyük diqqət yetirirdi. Elə bu təzadlar arasında dünyanın ən önəmli texniki univeristetlərindən biri də Aachendədir. Markt ve Pontstrabe diger gəziləcək yerləridir.

Şəhərə dünyaca ünlü, rəhmətlik tarixçi və araşdırmacı Henry Pirenne'nin CarleMagne and Mohammed kitabını oxuyanların xüsusi marağı olacağı dəqiqdir! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rasat Amirli

DİGƏR BLOQLAR

Azor adaları- Piku bələdçisi

Demək, bu dəfə Atlantik okeanın ortasında yerləşən, Şimali Amerika ilə Avropanın tam ortasında olan Azor adalarına olan səfərimdən yazacam. Azor adaları Portuqaliyaya məxsus olub, 9 adadan ibarət muxtar respublikadır. Özlərinə "Azorlu" deyirlər və portuqalcanın xüsusi bir dialektində danışırlar.Mənim səfərim iki adadan keçirdi, Sao Miguel və Pico adaları. Əsas məqsədim Portuqaliyanın ən hündür dağına çıxmaq olduğu üçün, səfərimin əsas hissəsini Pico adasına həsr etmişdim və bu postumda Pico adası haqqında danışacam.Pico adası, Sao Miguel adasından 300 km məsafədə olub, təyyarə ilə 40 dəqiqə müddət uzaqlıqdadır. Ərazisinin uzunluğu 47 km, eni 18 km olmağı, çox kiçik bir ada olduğundan xəbər verir. Adanın ortası dağlar və meşə örtüyündən ibarətdi. Bu adalar vulkanik bölgədə yerləşdiyi üçün, dağlar da vulkan dağları sayılır. Piko zirvəsi də vulkan dağlarından biri olub, Portuqaliyaya məxsusdur. 2351 metr yüksəkliyi olan bu dağın, zirvə nöqtəsində hələ də lava tavaları durmaqdadır və ora çıxdıqda həmin istiliyi hiss edə bilirsən. Piko adasının əhalisi, əsasən, balıqçılıqla, maldarlıqla məşğul olur. Piko adasına gedib, inək pendiri yeməyib, balıq dadmayıb, steykdən bir parça dişləməmisənsə, deməli, Pikoda olmamısan. Demək, Piko adasında ictimai nəqliyyat demək olar ki, fəaliyyət göstərmir. Gündə iki dəfə avtobus gedir bir qəsəbədən digərinə. O da biri səhər, biri də axşama yaxın. Əgər gəzməkdə çətinlik çəkirsizsə, maşın kirayə edib, rahatlıqla adanın hər yerini görə bilərsiz. Mən maşın kirayə etmədim, hava limanına enib avtobusa özümü çatdırdım. Hava limanından da iki dəfə avtobus gedir mərkəzə. Avtobus 90 sentdir Hava limanından mərkəzə. Qaldığım yer mərkəzdən uzaqda, dağların arasında idi. Ora isə 2 saat 30 dəqiqə məsafə idi piyada, mən də sadəcə gəzərək getdim. Adanın bir çox nöqtəsini gəzərək kəşf etdim. Piko adası haqqında danışanda, üzümçülüyü yaddan çıxartmaq olmaz. Piko adasının demək olar ki, 3-də 2 hissəsi üzümçükük bağları ilə örtülüb, amma heç kəs böyük hasarlar qoymayıb, yəni deyirlər gəlin, keçin, dərin, yeyin. Ümumiyyətlə, burada fikir verdiyim şeylərdən biri də o idi ki, çox evlərin çöl qapıları belə şüşədən idi. Yəni heç kəs oğurluqdan filan qorxmur. Tam təhlükəsiz yerdi. Heyvanat aləminə gəldikdə isə, ada kərtənkələ qaynayır. Mən həyatımda bu qədər kərtənkələ görməmişdim. İndiyədək nə qədər dağa getmişəm, nə qədər meşə gəzmişəm, amma bu qədər kərtənkələni bir arada görməmişəm. Adada bir dənə də olsun yırtıcı heyvan ya da ilan zad yoxdu. O cəhətdən bir az maraqsızdı.Mən 10 saat dağa çıxdım, düşdüm, kərtənkələdən savayı bir şey görmədim. İnsan belə Yuxarıda balıq yeməmiş qayıtmayın demişdim, bunun üçün şəkillərdə yerləşdirdiyim balıq restoranına getməyinizi məsləhət görürəm. Qiymətlər normaldı. Gördüyünüz o masaya 20-cə € xərcim çıxmışdı. Həyatınızda yediyiniz ən gözəl balıq ola bilər deyə düşünürəm, mütləq getsəniz, yoxlayın.Azor adalarına həm də, Atlantik okeanın Havay adaları deyirlər. Bu düz söhbətdi, çox qəşəng təbiəti və çimərlikləri var, amma hava barədə onu deyəmmərəm. Maksimum 23-24 dərəcədən o tərəfə getmir hava. Axşam da, ya çiyninə bir gödəkçə atmalısan, ya da bir 200 qram çaxır içməlisən. Azorlular ikinci variantı edir, sizə də məsləhət görürəm. Çox uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir onu deyim ki, sadəcə gedin və əsl toxulunmamış təbiətin nə olduğunu görün Paylaşdı: Samir Aziz

2797 dəfə oxunub

Şəhər bələdçisi - Lissabon

Lissabondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Lissabon - Dünyanın ən qocaman 2-ci paytaxt şəhəri, Avropada açıq-ara fərqlə ən sevdiyim şəhər- rəngarəng küçələri, təmiz və çox rahat olan ictimai nəqliyyatı, gözyaşardan Fado musiqili restoranları))), böyük parkları, ucuz qiymətləri, dadlı yeməkləri, fərqli dəniz məhsulları, binaların divarlarındakı seramik üzlükləri, möhtəşəm Pastel de Nata keksləri, gilas likörləri, sudun ucuz şərabları, gülərüzlü və əyləncəsevər insanları ilə bir başqa dünyadır Lissabon. Bu şəhərdə yarı Avropa, yarı Cənubi Amerika ruhu vardır. Avropanın bir çox ölkəsindən “Ryanair” Lissabona ucuz qiymətlərə uçur. Əvvəlcədən alsaz Kutais-Barcelona-Lisbon-Barcelona-Kutais biletlərini 150-200 avro ödəyərək əldə edə bilərsiz.- Lisbon aeroportu demək olar şəhərin mərkəzindədir. Taksilər şəhərə 7-8 avroya aparır. Aeroportdan hər yerə metro ilə də çata bilərsiz. Demək olar bütün metro xətlərində liftlər var və baqajınızı metroya endirməyə və qaldırmağa heç bir problem yoxdur. Bir günlük limitsiz metro və avtobus kartının qiyməti 6 avrodur.- Nə yeməli və içməli - Balıq məhsuları sevirsizsə hesab edə bilərsiz ki, Lisbon bu yeməklərin cənnətidir. Yeməklər dadlı və kifayət qədər ucuzdur. Məsləhət gördüyüm balıq restoranı - Ramirodur. Hər yerdə satılan Pastel de Natadan və Ginjunha- gilas likörlərinin dadına baxmadan qayıtmayın. Şərabları sudan ucuz, endirləri ucuz və dadlıdır. Sonra içinə pendir və balıq qoyulan qaynamış kartoflardan mütləq alıb yeyin- səhv etmirəmsə Bakalao adlanır, çox dadlıdır. Cabacas ət restotanına gedin - Ət daş üzərində bişirilir və çox dadlı olur.- Harda qalmalı - Lizbona gedənlər üçün məsləhət gördüyüm çox gözəl bir otel var – VİP Executive Picoas Hotel 4*- Büdcəniz çatırsa otelin günü 2 nəfərlik otaq üçün ortalama 60 avrodur. Otel yeni istifadəyə verilib və çox super vəziyyətdədir. Açığı bookingdə bu oteli tapanda cəmi 3-4 rəy olduğunu görüb şübhəyə düşmüşdüm. Otel barədə heç yerdə heç bir məlumat və video olmadığından bookingdəki şəkillərin real olmadığını fikirləşdim. Amma gedib gördüm ki, şəkillərdə olandan da əla vəziyyətdədir. Hələ 750 mb/s interneti görəndə ağzım açıq qaldı. Bütün Avropada çəkdiyimiz 50 giqabayta yaxın şəkil və videonu clouda yükləmək 5-10 dəqiqə aparmışdı. Otel 7-ci Eduard parkıının 5 dəqiqəliyində və Parque (Park) metrosunun 200 metrliyində yerləşir.- Mütləq görülməli yerlər - Lisbon ticarət meydanı, Belem qalası, Kaşiflər heykəli (Explorers monument), Jeronimas monastrı, Lisbon qalası, Santa Justa lifti, LX Factory bölgəsi.- Lifehack - Santa Justa liftinə qalxmaq üçün xeyli növbə olur və qiyməti 6 avrodur. Amma bunu etməyin. Liftin hansı binanın üzərinə getdiyinə diqqət yetirin. Həmin binanın arxasına gedib pilləkanla yuxarı qalxın binqo- pulsuz və növbəsiz liftin qalxdığı yerin üzərindəsiz. ????- Alfama bölgəsini gəzməyə ən az 1 gün ayırın. Lisbonun bu tarixi hissəsində bir çox sürprizlərlə qarşılaşacaqsız. Konkret yol axtarmayın elə küçələrə girib itmək daha maraqlı olur.- 28 nömrəli tramvaya minib 1 tam tur atın. Lisbonun bütün turistik nöqlətininin yanından keçəcəksiz. 1 gününüzü Sintra-Roka burnu və -Cascais qəsəbələrinə getmək üçün, Lissabona isə ən az 3-4 gün ayırın.- Fado restoranlarına gedin. Əgər canlı Fado oxuyana qulaq asırsınızsa mahnı oxunan zaman yemək hörmətsizlik sayılır. Daha çox turistləri yolmaq üçün nəzərdə tutulan mərkəzdəki Fado restoranlarından uzaq durun.- Əyləncə sevənsizsə PUB Crawl Lisbona mütləq qoşulub Lisbon gecələrinə axın.- Lissabon haqqında saatlarla yaza bilərəm, amma postu daha da uzatmaq istəmirəm. Suallarınız olsa rəydə soruşa bilərsiz. Qısası - yol açıq-yola çıx - Lissabonu bir gün mütləq görün, peşman olmayacaqsız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1180 dəfə oxunub

Yeni ildə istiqamət Vyanaya! - Vyana Bələdçisi

Mənə görə Yeni il üçün ən ürəkaçan və təm-təraqlı route #Vyana istiqamətidir. Yeni ili Avropa və Avropadan kənarda da bəzi ölkələrdə qeyd eləmişəm amma Vyananın yerini vermir ki, vermir. Şəhərdə o qədər dolğun və canlı hiss olunur yeni ilin gəlişi, geridə nələr qoyduğunu, yaşanılmışlıqları və var olan və ya olmayan yeni başlanğıcların sevincini dinləyə bilirsən. Vyanada 31 dekabr marafon yürüşü edənlər mənə çox xoş təsürat bağladı, yeni ili aktiv, dinamik, sağlam qarşılamaq. Rathaus, Stefan kilsəsi, Prater və şəhərin çoxsaylı yerlərində konsertlər, bər-bəzək, yolkalar. Vyanaya olan sevgi izdiham ilə kifayət qədər hiss olunurdu. Sevgi özünü başqa necə biruzə verə bilərki!? Mədəniyyət və incəsənətin paytaxtı kilsə zəngləri bir ili daha geridə qoyaraq, sevinclə, sevgilə yeni günə, yeni saata keçid etdi. Musiqinin ruhu Vyanada Wien Royal Orchestranın bir-birindən dəyərli və terapiya kimi parçaları ifa etməsi, Sacher otelinin dəbdəbəli interyeri, hərkəsin önündə poz verdiyi "Red Bow" - Popp & Kretschmer Ribbon, Figmullerin servis əməkdaşlarının pozitiv enerjisi və yumor qabiliyyəti, Mozart cafe-nin smokinlilərinin kraliyyət ailəsindəymiş kimi sevgi ilə qulluq göstərmələri, vazgeçilməz desertləri - salzburger nockerli, topfenstrudel, mozart və sacher tortu, bum-buz havada içilən glinvey və s. bütün bunların xatirəsi yüksək enerji və ruhla bizi növbəti ildə də pozitiv saxlayacağına inanıram. Qatar səyahəti isə bu səfərə ayrı bir zövq və dəyər qatır. Praqa-Vyana yolculuğundan — Viyana'da.Paylaşan: Royal Aliyev

218 dəfə oxunub

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Vyetnam ????????Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

4392 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!