1105 dəfə oxunub

Litvanın gənclik mərkəzi - Kaunas

Kaunasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər kəsə salam. Əziz Gəzəyənlər. Bu postda sizə Kaunas,Lithuania haqqında danışacam (Uzun olacaq ????). Bütün lazımlı məlumatları bu postda görə bilərsiniz. Şəkillərlə isə daha real vəziyyətlə tanış olacaqsız. Mən özüm bu şəhərə Oktyabr ayından gəlmişəm hazırda da burdayam. Öncə onu deyim ki, küləksiz və soyuqdur.

49126952_1071509183030385_7313404199197212672_o

Əhali haqqında - Əhalisi 288,466 nəfər təşkil edir. Rəsmi dillər Litvancadır, hansı ki, ən qədim və çətin dillərdən hesab olunur. Yaşlı nəsil rusca danışır başa düşür amma özlərini sənə işi düşmədikcə rusca istifadə etmir. Məsəl üçün sən ondan yol soruşsan sənə öz dilində cavab verəcək amma hər hansı məhsulu satırsa sən rusca soruşursansa o saat rusca danışırlar. Çox qatı şovunist millətdir. Çox tənbəl millətdir hətta övladlarına ad fikirləşməyə belə tənbəllik edib təkrar adlardan istifadə edirlər. Qadın adları əsasən *Birute,Kamile,Migle və Agne* və kişi adları isə *Andirius,Jonas* kimi adlar təşkil edir. Bir binada yaşayan insanların ən azı 15-20 nəfər eyni adları daşıyır. Amma ki, əcnəbi tələbələrə qarşı qonaqpərvərdilər. Şəhərin əsas gəliri xarici tələbələrdən və əsasən də İndian tələbələrdən gəlir. Hətta bir azərbaycanlı tələbə və bir indus tələbə ilə müqayisə olunsaz əgər əmin olun ki, uduzarsınız. Çünki gəlir mənbəyi təhsildəndir bu şəhərin. Digər gəlir isə Bakıda mağazalarda gördüyünüz Kaunas smetanları və ağartı məhsullarındandır.????

49649120_1071508463030457_3368415775055413248_o

Nəqliyyat- Şəhəriçi əsasən trolleybus, avtobus, mikroavtobuslardan təmin edilib. Şəhərlər arası isə Ecolines, Eurolines və qatarlar təşkil edir. Tələbələrə ölkədaxili daşımalarda 50% endirim var.

Alış-veriş – Ölkədə ən öndə gedən ərzaq və qismən geyim mağazalar şəbəkəsi Maxima, İKİ və Lidl-dır. Kaunasın özündə shopping mallar az olsa da çox genişdir. Mega Mall və Akropolis daha sonra isə kiçik Molas mall var. Mağazada aldığınız hər plastic içkilərin üzərinə 10 cent deposit ödəməlisiniz. Daha sonra isə onu recycle etdikdən sonra həmin pulu geri götürüb yenidən mağazada istifadə edə bilirsiniz. Və Urmas adlı bir yer var eyni bizim Binə Sədərək.

49135443_1071508873030416_1332079360915537920_o

Migration - Əgər siz bu ölkəyə vətəndaşlıq üçün müraciət etmək istəyirsinizsə bir çox options olacaq qarşınızda (Təbii ki, ən rahatın evlilik düşünməsəniz????). Yaxud sizin keçmişdə hər hansı bir yaxın qohumunuzun bu ölkədə vətəndaşlığı olubsa, bu ölkə üçün hər hansı xeyirli bir iş görübsə sizə üstünlük veriləcəkdir. Bu şərtlər yoxdursa o zaman ən azı 5 il bu ölkədə qalmalısınız və daha sonra vətəndaşlıq üçün müraciət edib rəsmi dillərində biliyinizi yoxladıqdan sonra sənədlər də qaydasındadırsa daimi oturum izni veriləcəkdir (Permanent Residence Permit). Müvəqqəti oturum izni (Temporary Residence Permit) müraciət etmək istəsəniz vizanızın bitməsinə ən azı 4 ay qalmış müraciət edə bilərsiniz.

49051919_1071508749697095_4730598162316656640_o

Gəzməli yerlər - Şəhər o qədər də turistik bir yer deyil hətta camping istəsəniz çətin tapa bilərsiniz. Keçmiş qalalar, rus ordusu tərəfindən əsir götürülmüş əsgərlərin saxlanıldığı türmə, kilsələr və abidələri görə bilərsiniz (Kaunas Castle, Kaunas Town Hill, Ninth Fort etc.). Daha ətraflı isə aşağıdakı şəkillərə nəzər yetirin. Sona qədər oxudunuzsa təşəkkür edirəm.????48402852_1071509299697040_770454031242887168_o

P.S. Bu əhaliyə kimsə bizlərdən bir tələbə dolmanın toyuq ətindən hazırlandığını inandırıb (çox güman ki, pul qutaran vaxta düşüb) indi inandıra bilmirəm ki, qardaş yarpaq dolması toyuq ətindən olmur ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Valikhanov Emin

DİGƏR BLOQLAR

Azor adaları - Sao Miguel və Flores

Atlantik okeanında olan bir vulkanik ada təsəvvür edin, qara qumlu sahilləri, ecazkar təbiəti, termal suları, möhtəşəm gölləri, şəlalələri, insanı rahatladan sakitliyi olsun. Çoxlarının ağlına ilk gələn ada İslandiya olacaqdır. Amma bura İslandiya deyil, İslandiyadan fərqli olaraq burada sıx meşələr, isti qumlu çimərliklər vardır, qiymətlər çox ucuzdur. Söhbət yerli sakinlərin Atlantisin son hissələri olaraq adlandırdığı Portuqaliyaya məxsus Azor adalar qrupuna daxil olan Sao Miguel və Flores adalarından gedir.Azor adalar qrupu 9 adadan ibarət olmaqla Amerika ilə Avropa arasında Atlantik okeanının ortasında yerləşir. Qrupda daha əvvəl Sao Miguel haqqında 1 post olub, Floresə isə bizim ölkədən gedən olub mu bilmirəm. Amma yaxın vaxtlarda paylaşacağım bir neçə post sonrası əminəm ki, bir çoxları yolunu bu adalara salacaqdır. Mən Sao Miguel adasında 6 gün, Floresdə 1 gün keçirməyimə baxmayaraq Sao Migueli tam gəzib qurtara bilmədim. Adada turist sayı və yerli əhali olduqca azdır. Daima sakitlikdir, təbiətin səsi hər yerdə insanı valeh edir. Sao Miguel adasında banan, ananas kimi meyvələr yetişdirilir. 1800-cü illərdən qalma çay plantasiyaları var. Hər tərəfdən nəhəng inəklər otlayır. Buna görə süd, pendir və sair heyvandarlıq məhsulları ölkəmizdən belə ucuzdur. Hər tərəfdə yerdən termal sular qaynayıb çıxır.Termal su axan şəlalə, təbii jakuzilər və hovuzlar vardır, hətta adanın bir hissəsində termal su Atlantik okeanının tam kənarında çıxır. Katerlə okeana çıxıb balina və delfinləri müşahidə etmək mümkündür. Restoranlarda balıq məhsullarının qiyməti çox sərfəlidir. Hətta ilin bəzi vaxtlarında balina ovlamağa icazə vardır və restoranlarda bu əti yeyə bilərsiniz. Məhşur yeməkləri cozidodur. Ət, kartof və əllərinə nə keçsə yığırlar bir qazana və Furnas bölgəsində olan Termal suların qaynadığı quyu kimi yerə basdırıb üstünü torpaqla bağlayırlar. Təxminən 10 saat sonra qazanları torpağın altından çıxarırlar və yemək hazırdır.Adada ictimai nəqliyyat vardır amma saytları portuqal dilindədir. Gün ərzində paytaxt Ponta Delgadadan kəndlərə bir neçə dəfə avtobuslar gedir. Amma bu möhtəşəmliyi görmək üçün ən ideal variant aeroportda avtomobil kirayə götürməkdir. Taksilər çox baha olduğu üçün avtomobil kirayə götürməsəz ada səyahəti boyunca əziyyət çəkə bilərsiz. Mən Sixt firmasından Renault Clio kirayə götürdüm. 5 gün üçün full insurance daxil təxminən 120 avro ödədik. Təxminən 500 km avtomobil sürdük, cəmi 30 avroluq gas istifadə edildi. Buna görə istədiyimiz hər yeri rahatca görə bildik. Yol boyunca otostop çəkən bir çox insanla dostlaşdıq. Ümumi ilkin olaraq bunları yazıb şəkillərlə baş başa buraxıram. Adanın möhtəşəmliyi barədə gələcək postlarda məlumat verəcəm. Kimin nə sualı olsa verə bilər.P.S. -Frankfurt, Lissabon ve Portodan adaya Ryanair uçur birbaşa reysle.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

990 dəfə oxunub

Cənubi Amerika səfəri - Argentina, Peru, Boliviya, Çili

ÜRƏYİ ZƏİF OLANLAR OXUMASIN. ????Bu dəfə həyatımın planlaşdırılmamış ən maraqlı səyahətini yaşadım. 6 ildən sonra rəngarəng Cənubi Amerikaya qayıdıb, materikin 5 möhtəşəm nöqtəsinə dəydim. 35 günlük dəli səfəri Buenos Airesdə başlayıb, elə orada da bitirdik. BA-də Recoleta qəbiristanlığı, La Boca ərazisi və yatmayan gecə həyatının olduğu Palermoda olduq. Daha sonra Mendoza şəhərinə və dağlara üz tutduq. Argentinaya gəlməkdə əsas məqsədimiz qitənin ən hündür nöqtəsi olan Akonkaquanın (6961m) zirvəsində dayanmaq idi. Normalda 12-14 gün çəkən proqramı 9 günə tamamlayıb, qardaşımla Azərbaycan Milli Geyimlərində zirvədə dayandıq. Hələ qayıdanda bonus kimi Rusiyalı əfsanəvi alpinist Viktor Boboku da gördük.Sivilizasiyaya qayıtdıq. Mendozanın tanınmış Merlot Çaxırının və yerli brend steyk və qrillərinin dadına baxdıq. Pasportumuza Akonkaqua ştampı vurdurduq.Oradan Çiliyə yollandım. Santyaqo, Vine del Mar, Vakparaisio şəhərlərini gəzib, Lonely Planetin məsləhət gördüyü 3 kafe/restorana baş çəkdik. Yerli Ceviche-nin və Meksikadan bəri dadı ağzımda qalan Miçeladanın dadına təkrar baxdım.Növbəti stansiya Peru idi. Limanı gəzib, İnkaların tarixi mərkəzi olan Cuscoya yollandıq. Bu şəhərdə yəqinki rahat, sıxılmadan 2 həftə qala bilərəm. Sakit, tarixi, rəngarəng, ruhlu 1 şəhərdir. 3 gün burada qaldıq. Günlərin birini şəhərə, birini ATVlərlə ətrafdakı maraqlı abidələrə səfərə, birini isə Dünyanın 7 Möcüzəsindən biri - Maçu Pikçuya ayırdıq. O dövrün insanlarının primitiv texnikalarla belə hündürlükdə yaratdıqları yaşayış məskəninə valeh olmamaq mümkün deyil. Maçu Pikçu dağlar arasında, dağlar başında 1 şəkildir, otur saatlarla bax.Növbəti dayanacağımız dünyanın ən hündür (3810m) gölü olan Titikakanın Peru sahilindəki Puno şəhəri oldu. Buradan qayıq götürüb, gölün ortalarında yer alan, üzən Uros adalarına yollandıq. Bu insanlar əsrlərlə bu adalarda yaşayıb, yaşayır. Bu adaların saxlanılması ciddi əziyyət tələb edir. Belə ki, bu üzən adaların bazisini saxlamaq üçün sakinlər hər 15 gündən 1 altdakı (dərinə gedib, suya batırlar) qamış qatlarını təzələyirlər. Düşünün bu insanlar bu işi əsrlərlə 15 gündən 1 təkrarlayıblar. Amma yerlilərlə söhbətdən bu nəticəyə gəlinir ki, artıq gənclər burada yaşamaq istəmir və sahillərə, torpağa üz tuturlar. Odur ki, 15-20 il sonra bu adalar ümumiyyətlə tarixə qovuşa bilər. Buralara səyahət planlayırsınızsa, tələsin!  Peruda ən çox sevdiyim tərəflərdən biri də tropik meyvələr idi. Hərgün Marakuya yeməkdən bomba nə ola bilər?! ????Punodan Boliviya sərhəddində tez bazar viza alıb, (100 dollar, heşzat) keçdik Titikakanın digər sahilindəki Kopakabana şəhərinə. Bura da kiçik, maraqlı və ucuz bir şəhərdir. Ümumiyyətlə Boliviya ucuzdur. Bu günlərdə mənim üçün yadda qalan hadisə Titikaka gölündə buz kimi suda qardaşımla çimməyimiz oldu. Dedik, bir də nə vaxt Titikaka görəcik. ????Oradan ölkənin paytaxtı və dünyanın ən hündür paytaxtı olan La Paza (3600m) gəldik. Şəhərin çox maraqlı quruluşu var. Mərkəz çökəkdə yerləşir. Hər tərəfi isə üstləri favellalarla örtülü dağlar əhatə edir. Bu şəhərdə həm də dünyanın ən hündür Cable yolu yerləşir. Minəndə istər-istəməz hündürlükdə insanı vahimə basır. ????La Pazdan cənuba - Uyuniyə gəldik. Cənubi Amerikanın ən "must see" yerlərindən biri - Uyuni Gölü burada yerləşir. Günün birini bu göldə keçirib, gün batımında şaqqaşaq dəli şəkillər çəkdirdik. Unudulmaz bir gün oldu. Uyunidən cənub sərhəddə gəlib, Villazondan Argentinaya keçdik. Oradan Argentinanın digər maraqlı, tarixi şəhəri olan Saltaya gəldik. Şəhəri yüngülvari gəzib, növbəti həyəcanlı nöqtəyə - İquazu şəlaləsinə tərəf uçduq. Bu gözəllik dünyada görülməli 5-6 şəlalədən biridir. Hava limanında maşın kirayələyib, Milli Parka daxil olduq. Yaxşı bir Speed Boat turu ilə şəlalənin altına girib, yaxşıca çimdik (burada hansısa şampun brendinin reklamı ola bilərdi). İquazu Milli Parkının fərqli Flora və Faunası var. Qarşınıza timsah çıxsa təəccüblənməyin. Sadəcə qoyun belinə! ????Buralara gəlməyi planlasanız, elə minimum 1 gün bu Milli Parkı tam gəzməyə ayırın.Buradan isə Buenos Airesə uçduq. Səfərin son günü Boca Juniorsun tarixi "La Bombonera" stadionuna gedib, bu klubun və ölkənin tarixi futbolçuları olan Batistuta və Veronun adlarını klubun original formalarına yazdırıb, aldıq. ✌Ümumi müddət: 35 günGəzilən ölkə sayı: 4Ümumi xərclər: Heşzat. Nə siz soruşun. Nə mən deyim. İpucu o ola bilər ki, gedəndə evi satmışdım. ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

1243 dəfə oxunub

Rəngarəng evlər şəhəri - Kopenhagen

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Danimarkanın ürəyi gözü hərşeyi - Kopenhagen. İstər tarixi tikililəri, istərsə də müasir dizaynlı binaları ilə göz oxşayan gözəl şəhər yaradıcı insanların məskəni kimi də xatırlanır. Skandinaviyanın ən bahalı opera binası burada yerləşir getməmişdən əvvəl öyrənmişdim.İlk öncə başlayım Flixbus biletimiz Elvin sağolsun endirimlərlə yenə köməyini əsirgəmədi. Flixbus 1saat yol qət edib səhər 6da çatır Rostock şəhərinin portuna. Gəmiyə minir və insanlar düşür avtobusdan çıxırsınız yuxarı gəminin ən gözəl yerinə. Bura deyə bilərəm ki, gəzən Malldır. İlk dəfə idi təcrübəmdə gəmi ilə səyahət etdim və həm də Flixbus orda saxlayır gedirsiniz çıxırsınız yuxarı gəzirsiz gəminin içini pulsuz WiFi, market, cofeeshoplar hətta Starbucks belə var və bunlar hamısı cəmi 19avroya. Çıxırsınız çölə dənizin ortasında həryer su və Titanik kinosundakı məşhur kadra uyğun şəkil çəkdirmək avtomatik olaraq ağlınıza gəlir. Ab-hava möhtəşəm və bir neçə saat getdikdən sonra avtobus çatır və siz 1saatlıq yol Kopenhagenə tərəf gedirsiniz.Yolda gedərək Danimarkanın necə gözəl bir təbiəti və insanları olduğunu mütləq rahat şəkildə görə bilirsiniz. Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir bütün insanlar kiçik yaşlı hərkəs velosiped istifadə edir. Hətta insanlar o qədər sərbəstdirlər ki, çox insan velosipedini heç küçədə bağlamadan rahat qoyur gedir və hətta Almaniyada velosiped bağlasan belə oğurlayırlar.Kopenhagendə demək olar ki, hər şey bahadır ona görə biz üz tutduq Ankara restoranına 7avro verib səhərəcən açıq büfetdən yeyə bilərsiniz. Yeməklər də bizimm ağız dadında həm də azərbaycanlı olduğumuzu bilib bizə bəzi endirimlər də etdilər.Arxitekturaya gəldikdə isə şəhər müasir binalar parklar və tarixi binaların vəhdətidir. Küləyini də unutmamaq lazımdır. Bakının küləyini hiss etdik. Günəş çıxsa da üzünüzə yalandan gülür günəş batankimi əllər göyərənə qədər şimal soyuğunu hiss edəcəksiniz. Şəhər o qədər də böyük deyil. Əmmaa, əmması var, hər yerdə ucsuz bucaqsız mənzərələr görürsünüz. Şəhərdə hərkəs sakit səbrlə hərəkət edir. Hectic həyatı bu şəhərdə görə bilməzsiniz. Suvenir dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox özlərinə məxsus zövqə malikdirlər. Məni yeganə yoran şey ölkədəki insanların ciddiyəti bir az mənim kimi istiqanlı adama qəribə gəlir deyəcəkdim ki, yadıma düşdü Almaniyada yaşadığım. Leqonun vətəni olan bu torpaqlarda gəzmək həzz verir. Bu arada Google Tripsə görə Kopenhagendə 25 yer qeyd etdim və başladıq gəzməyə. Bir başa getsəniz Flixbusun dayanacağından şəhərin ən sonuncu gəzməli nöqtəsinə 45 dəqiqə piyada gəzmək bəs edir. Amma dolana dolana getsəniz şəhər əsl 1 günlük gəzintidir. Səyahətə çıxarkən yolda yeni tanışlıqlara həmişə açıq olmuşam. Geri dönüşümüzdə şəhərimizə qayıdan müxtəlif millətlərlə danışıb əyləndik yoxsa Flixbus problemləri insanı yaşatmaz. Hamınıza gözəl gün arzu edirəm! Sloganımız yadımızdan çıxmasın səyyah olma gəzəyən ol! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

842 dəfə oxunub

Lissabon yaxınlığındakı qəsəbələr

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????Avropanın ən uc nöqtəsindən baxarkən...Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️Zənginlərin, mühacir yazar və sənətçilərin məkanıCascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.Zənginliyin gətirdiyi qumarxana və limanCascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.“Cəhənnəm Ağzı” - The Boca do InfernoElə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.“Ev deyil, şato, şato, canım”Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa MartaEvin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.Cascais Qalası - Cidadela de CascaisBundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.Avropanın ən uc nöqtəsindəCascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.Bu yerlərə necə gedə bilərik?Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.Nə yeyək-içək?Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Guler Mehdizade

1590 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!