1097 dəfə oxunub

İndoneziya bələdçisi – Bali

Dostlar salam, bu mənim qrupdaki ilk paylaşımımdı və ümid edirəm ki, hərkəs üçün yararlı olacaq. Gəzintim yerin cənnəti sayılan Bali və Nusa Penida adasına oldu. Balini bütünlükdə kəşf etmək üçün gəzintimi 4 yerə böldüm (Qeyd edim ki, Balini tamamilə rahat və istədiyiniz formada gəzməyiniz üçün skuter idarə etməyiniz çox arzuolunandır)

1. Munduk – Balinin Şimal hissəsində yerləşir və əsasən bol təbiəti, çayları, şəlalələri, gölləri, meşəlikləri ilə məşhurdur. Mundukda görülməli yerlər Sekumpul Waterfall (Balinin ən hündür şəlaləsi- 100 m), Banyumala Waterfall ( şəlalə fonunda üzmək üçün ideal məkan), Aling-Aling Waterfall (suya tullanmaq və təbii aquapark effekti), Twin Lake, Uluwatu Temple ( Məbəd), Handara Golf Resortun girişindəki qapılar. Qeyd olunanları rahatlıqla gəzmək üçün 3 gün kifayətdir.

79842755_10215888864714923_3381877095914274816_n

2. Ubud – Balinin mərkəzində yerləşir və çəltik sahələri, hüzurlu sakitçiliyi ilə turistlər arasında məşhurdur. Ubudda Monkey Forest, Cambuhan Ridge Walk, Tegallalang Rice Terrace, Pura Gunung Kawi, Tegenungan Waterfall ( uğursuzluqla bağlı gedə bilmədim), Ubud Palace. alış-veriş üçün Ubud Art Marketə (Jalan Monkey Forest küçəsində) gedə bilərsiniz, qiymətdə ciddi bazarlıq etmək şərti ilə ( 850 000 rupilik əşyanı 150 000 rupiyə qədər J ). 3-4 gün gəziləsi yerləri görmək üçün bəs edər.

79932934_10215888864114908_985009337262931968_n

3. Nusa Penida – Bali adasına 30 dəqiqəlik məsafədə çimərlikləri, əsasən də Kelingking Beach ilə məşhur olan ada. Balinin Sanur limanından 18-20 manatlıq biletlərlə Nusa Penida adasına keçmək olur. Ada şərq və qərb olmaqla iki yerə bölünür. Şərq tərəfdə olan Atuh Beach, Diamond Beach günəşin çıxmasına baxmaq üçün, qərb tərəfində Angel’s Billabong, Broken Beach, Kelingking Beach günəşin batmasını görmək üçün ideal hesab olunur. Adada 2 gün sizə qeyd olunan yerləri görmək üçün kifayət edəcək.

79886866_10215888863794900_3160918345843212288_n

4. Kuta (Seminyak) – Balidə əsasən əyləncə yerləri, surfinq və shopping üçün bura turistlər üz tutur. İstirahətin son gününün bura salınmasında üstünlük hava limanında 20-25 dəqiqəlik məsafədə olmasıdır. Kutada əsasən iri shopping və Kuta Beach, Legian Beach, Double Six Beach çimərikləri surfinq həvəskarları üçün məşhurdur. Alış veriş üçün ideal qiymətlər baxımından Legian Street olduqca uyğundur. Axşam saatlarına qədər çalışan Kuta Art Marketlərdən də alış veriş etmək mümkündür.

79676969_10215888865354939_1127703273415901184_n

Diqqət olunmalı mövzular: pulunuzu dəyişdirən zaman ehtiyatlı və diqqətli olun, yalnız sterilizə olunmuş sulardan istifadə edin, yerli əhaliyə şəkil çəkdirmək üçün rica etməyin, qiymət bazarlığına tam hazır olun, daima yanınızda yağışa qarşı üstlük saxlayın. Paylaşılan şəkillərdə adları ilə qeyd edəcəm. Ümid edirəm paylaşım faydalı olacaq.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tural Hasanli




DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salam gəzməkdən doymanlar ???? İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)Bu şəhərin Almaniyanın "Pivə Şəhəri" adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub 'ayn alt' deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi "Naaaayn"(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher'lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vuqar Ali

801 dəfə oxunub

Səfərnamə: İran- Hörmüz və Qəşm adaları

Ara-sıra yenə maraqlı fotopostları share edərəm səhifəmdən. Ən sevdiyiniz postu paylaşım hazırda ????Beləliklə, İranla bağlı hesabat postu:İlk öncə logistic tərəfləri yazıram:1. Bakıdan Tehrana çatmaq üçün 2 yol var. Ya Astara sərhəd məntəqəsinə gəlib buradan 80 manat ödəyib taksi ilə Tehrana çata bilərsiniz (yol təxmini 6 saat vaxt alır), ya da Bakı-Tehran uçuşundan istifadə edə bilərsiniz.2. Tehrandan Qəşm adasına uçmaq üçün yerli hava xəttindən istifadə etdik (Taban Air). Bilet 55 manat təşkil etdi.3. Digər uçuş Qəşm-Şiraz (45 manat) və Yəzd-Tehran (55 manat) idi. Burada seçim İranair oldu.4. Şiraz-Yəzd avtobusu – 7 manat5. Tehran-Astara avtobusu – 7 manatQeyd edim ki, vaxt az olduğundan hava nəqliyyatı ilə hərəkət etməyə üstünlük verdim. Amma digər ucuz variantlar da var:1. Qəşmdən Şiraza feribotla, Yəzddən də Tehrana gecə avtobusu ilə çıxa bilərsiniz. Qiymətlər bu halda 7-15 manat arasında dəyişəcək və avtovoğzal çox səliqəli və operativ işləyir. Gecə avtobuslarından istifadə etməklə isə həm otelə, həm də günə qənaət etmiş olarsınız. Ölkə daxilində taksi xidməti çox ucuzdur. Uzun məsafələri belə 1-2 manat arasında dəyişilməklə qət etmək olar.Otel durumu:Qəşm adasında "Dehliz homestay"də (yerli insanlarla birlikdə qaldıq, hazırda bu cür evlər daha xoş gəlir mənə) 1 gecələmə səhər yeməyi ilə birgə 7,5 avro, Şirazda "Taha hostel" gecələmə səhər yeməyi ilə birgə - 8,5 avro, Yəzddə "Qashqay hostel" – gecələmə, səhər yeməyi 8 dollar.Nahar, şam yeməklərinə gəldikdə isə çox baha olmadan 5-10 manat arasında dəyişən qiymətlərlə dadlı yeməklər yeyə bilərsiniz.İnstagramda https://www.instagram.com/irada_gadirova/?hl=ru otel və hava xətlərinin səhifələrini tag etməklə paylaşım etmişdim. Orada son hesabat postlarıma baxsanız, otellərin səhifələri ilə rastlaşa bilərsiniz.Marşrut və görə biləcəkləriniz:✔️Qəşm adası: 1. Statue valley, Stars valley, Namakdan cave, Qəşm şəhər mərkəzi, Mangrove garden, Chahkoy valley.2. Bir gün bilet almaqla Hengam island3. Bir gün bilet almaqla Hörmüz adası - Burada adaya düşdükdə rikşa ayarlayın, elə sahildə, hər rikşa sürücüsü də sizi lazımi görməli yerlərinə aparacaq. Bu bir route-dur artıq.✔️Şiraz və Yəzdə bacarsınız çox vaxt ayırın. Çünki bu şəhərlərdə gəzib görməli yerlər hədsiz çoxdur. Amma Şirazda mütləq mövsümə düşsəniz Maharloo gölü, Yəzddə isə yağış olmazsa səhra və Daxmaya gedin.????????Qeyd etdiyim kimi Qəşm 2006-cı ildə UNESCO tərəfindən İranda və Yaxın Şərqdə qeydə alınmış ilk geoloji parkdır. Ada başdan-başa vadilərlə, duz mağaraları ilə zəngindir. Maksimum 3 gün ayırmaqla adanı rahat, hər bir yerini görməklə gəzmək olar.Birinci günün əsasında Statue valley və Chahkooh valley dayanırdı.Statue Valley - bir çox qayaların heykəlləri xatırlatmasına görə bura bu ad verilib. İnsan özünü ayrı planetdə hiss edir...Hörmüz adası Qəşmə çox yaxın yerləşməklə gəmi ilə təxmini 1-1,5 saat vaxt alır. 1 gün ərzində Hörmüzü gəzib bitirmək olur. Zəngin tarixi keçmişi (dava-dalaşlı) olan Hörmüz adası bugün daha çox Portuqal qəsri, rəngli dərələri, duz mağaraları, rəngli çimərlikləri ilə yadda qalır.Burada ardıcıllıqla Salt Goddess, Rainbow valley təqdim edilmişdir. Sonuncunun daha rəngarəng vaxtları yağışlı mövsümə təsadüf edir.Suallarınız olsa, welcome ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

1278 dəfə oxunub

Əsl italyanların Milanı

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Milanda gəziləsi yer deyəndə birmənalı olaraq ağıla gələn yer “Duomo!”. Yox, bu haqqda heç danışmayacam da. (Amma bu oranın möhtəşəm olmağı reallığını dəyişmir.)Milana getməyi düşünəndə çox adam mənə o məşhur, heç bir arqumenti olmayan sualı verdi: “ nə var e orda?!”. Eyni zamanda bu qrupda da axtarışa verib nəticələrə baxdım, heç ürəkaçıcı deyildi. Fifiçka bacılarımız hamısı “üff sıxıcı yer idi(((“ deyə təəssüratlarını bölüşüb və ya oğlanlar “1 gün bəsdir, ondansa Venesiyaya gedin” tipli şərhlər bildirib. Nəyə görə? Kimə görə? Məsələ sadəcə sizin getdiyiniz yerdə nəyə baxmağınızda deyil, nə görməyinizdədir. Mənim gördüyüm Milan heç də “boz şəhər” deyildi. İnsanları da fərqlidir. Romadakı dəli italyanlardan sonra ilk dəfə Florensiyada indi isə burda mədəni, eleqant, hətta aksenti və danışıq tərzi təmiz olan "коренной" italyanlar gördüm.Səfəriniz avtobusla olacaqsa mənim kimi çatar-çatmaz Lampugneno stansiyasından bir başa San Siro metro stansiyasına və eyniadlı (ya da Cüzeppe Meatsa) stadiona baş çəkə bilərsiniz. Ondan əvvəl həmişə İtaliyanı Azərbaycanla müqayisə edənlər üçün deyim ki, 2,3,4-cü şəkillər avtobusların yolüstü dayanacağı, bizim Kürdəmirin “Bığ” restoranı kimi bir yerdir amma hər cür içki, yemək hətta kitablar da satılır içəridə. Nəqliyyat sisteminə yaxşı demək olar. Burda tramvaylar köhnədir deyə şikayətlər görmüşdüm, mən əksinə vintaj stildə olmalarını bəyəndim, təmizlik ya işləkliyi ilə bağlı problem yoxdur yəni. 48 saatlıq biletin qiyməti 8.25€ idi və qalacağınız müddətə uyğun belə kartlardan alsanız daha sərfəlidir. Təkcə yoxlanış olar qorxusuna görə yox, hər yerə metro ilə getmək ən uyğun vasitədir deyə. Ümimilikdə metro sistemi yaxşı qurulub və rəngləri sevən biri olaraq yaşıl, bənövşəyi, qırmızıya boyanmış stansiyalara heyran oldum.Növbəti getdiyim yer qəbiristanlıq oldu. “Sonda hamımızın gedəcəyi yerdsfgh” deyə düşünüb düzəldim yola. İlk baxışdan Cimitero Monumentale adlı bu yerin xarici görünüşü, daha sonra içəridəki abidələr insanın məzarlıq anlayışını dəyişir. Daha çox yayılmış formada yazı ilə olan başdaşları varlılarda büstlər və heykəllərlə (sadə duruş formasında) əvəz olunur (fəxri xiyabandakı kimi). Buradakı insanların həyatı boyu ən çox tanındığı formada (daha çox peşəsi ilə bağlı) və ya o öləndən sonra ətrafındakı insanların düşdüyü vəziyyəti təsvir edən heykəllər isə əsl sənət əsəri hesab oluna bilər. Elə həmin ərazidə səssizlikdən zövq almaq üçün kiçik park da var.Şəhərin marağı birdən-birə tam fərqli şeylər yaşada bilməsindədir. Porta Garibaldi adlı ərazidə eyniadlı metro stansiyası da var və burada italyanların uzun etirazlarına baxmayaraq açılan Starbucksı görə bilərsiniz. Heç 200 metr getməmiş bir də baxırsan ki, alov qüllələrimizə bənzəyən binalar. Ordan da düz gedib kimnən soruşsaz şaquli meşəni (Bosco Verticale) göstərəcəklər.Lunapark həvəskarı biri olaraq deyə bilərəm ki, Sempione parkı məni əməlli sevindirdi. Atraksiyonun qiyməti 5€, yaşatdığı hisslər dəyərsiz. Həmçinin rəngli insanların çalıb oxumağı ayrı aləm idi. Rəngli insan demişkən, Krişna tərəfdarlarının məni aparıb ibadətlərinə qoşmağını da qeyd edim ???? "Hare hare" deyib oynaya-oynaya qoluma girdilər bir də onda xəbər tutdum ki, oturmuşuq 30 nəfər uzun bir masada veqan yeməyi ilə su içirik. Bu məsələni bilməyənlər araşdırsın, qəşəng söhbətdir."Shopping" adamı deyiləm deyə bu barədə çox nəsə deməyəcəm amma Buenos Aires adlı küçə ən çox alış-veriş edilən yerlərdən biridir.Bütün yerlərdə ingiliscə bilən çox adama rast gələ bilərsiniz.Əlavə olaraq küçələrdə və ya kafelərdə hazırladıqları kreplərin və gelatonun dadına baxmağı, qalmağa yer olaraq “Queen Hostel”i seçməyinizi (gecəsi 25-26€, təmiz və əyləncəli və səhər yeməyi daxil), "Google maps"-dən çox istifadə etmədən gəzib yeni şeylər tapmağınızı məsləhət görürəm.Birinci şəkil isə L.O.V.E abidəsidir. Orta barmaq bütün bank işçilərinə və birja sisteminə qarşı qalxıb.Kiminsə nəsə deməsinə baxıb ruhdan düşməyin, gedəcəyiniz yerdə ora əvvəl gedənlərin görmədiyi, sizin kəşf edəcəyiniz çox yer var, əmin olun.With love! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samra Rzayeva

868 dəfə oxunub

Hindistan - Ahmedabad

Əhmədabaddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Әziz vә hörmәtli gәzәyәnlәr!Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların "Увидеть Париж и умереть" cümlәsindәki Paris mәnim üçün Hindistan idi ????"Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!" düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. "Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!" , "hәr tәrәf zәhәrli ilanlardı", "birdәn üstünә fil hücum çәksә?!" ???????? ,"bәlkә yaxın yerә gedәsәn?" , "öz ailәn olar,gedәrsәn!" kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә "Hindistan kimi ölkәlәr" adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları :D vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm :D Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- "Bu gün ilә yaşa. Karmaya inan!" Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, "Namaste" deyib salamlayırlar insanı. Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! "Ailә qurarsan, gedәrsәn", "pulun çox olar gedәrsәn" kimi tövsiyyәlәrә aldanmayın,bәzәn "utopik" olmaq sizin xeyirinizәdir ????Sevgiylә qalın!❤Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayshan Gurbanali 

750 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!