1266 dəfə oxunub

Monteneqroda raftinq - Tara kanyonu

Tara kanyonu ətrafındakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Növbəti post-um #visitMontenegro

Montenegroda #rafting ????‍♀️ haqqında:
???? Montenegroda Rafting ancaq Tara çayında, Bosniya və Herseqovina ilə düz sərhədində keçirilir.

70362156_10214663749609878_7032764207078572032_n

????️ Tivat aeroportundan və ya Budvadan 3 saata (180 km) maşınla çatarsız. Yolda da hər 30 dəqiqədə maşın saxlayırdıq çünki yolda mənzərəli ????️ yerlər doludur.

???? Biz dağ yolu ilə gedirdik, amma heç qorxulu deyil idi, çox səliqəli tez yoldur. Balaca maşın götürmək məsləhətlidir.

???? Ölkələrin kolleksiyası yığanlar üçün: Rafting vaxtında Siz heç bir sərhəd keçmədən Bosniyada fasilə eləyib, quş qoya bilərsiniz :)))

⏱️ Rafting özü səhər saat 10-11 arası başlanır, ona görə də tezdən oyanıb yola çıxmalısız. Biz isə əlavə adambaşı cəmi 15 avro ???? ödəyib, gecə də onların taxta evlərində qaldıq, üstəgəl şam yeməyi + səhər yeməyi verirlər bu qiymətə. Nəticədə səhər yorğun deyilsiz, raftingi ???? aktiv keçirirsiz.

69242068_10214663750729906_6878651662282522624_n

???? Yay vaxtı Tara çayı sakit olur, ona görə də təhlükəli anlar az olur, uşaqları da özünüzlə götürün, maraqlı olacaq onlara.

???? Hydrokostym və ???? xüsusi ayaqqabı qiymətinə daxildir, razmerinizə uyğun verəcəklər. Çox rahatdır, nə soyuq nə isti olmur qayıqda. + Jilet və şlem veriləcək

????‍♀️ Çox əlnən işləməli olacaqsınız, onu nəzərdə saxlayın. Tənbəl eləmək mümkün deyil, camp-a vaxtında çatmalısız

???? Çayda üzə də bilərsiniz, amma buz kimi soyuqdur, çox suda qalmaq mümkün deyil

⏳ Ümumiyyətlə vaxt tez keçir, təmiz Rafting 2,5-3 saat çəkir (iki fasilə ilə, birində maraqlı şəlalə var idi), Instruktor da çox təcrübəli idi bizdə, rusdilli cavan oğlan

???? Telefon mütləq özünüzlə götürün, qayıqda xüsusi yer var. Bacım elə Rafting vaxtında dayanmadan şəkil çəkirdi.

????️ Təbiəti çox gözəldir, dağlar, meşələr, gözləriniz dincələcək.

???? Raftingin qiyməti 45 avro (nahar yeməyi daxil), biz isə 60 avro ödədik adambaşı və o məbləğə ???? şam yeməyi, ???? gecələməsi, ???? səhər yeməyi daxil idi, 15 avro üçün əla fürsətdir, yeməkləri çox dadlı idi Tara Tour-da.

???? Şirkət olaraq www.tara-tour.com/en Tara Tour-u seçdik, oranın müdiri Montenegroda ən birinci Rafting Instruktor idi, çox peşəkar kişidir, rusdillidir, biz onunla dost olduq və o mənə bir banka bal bağışladı + otağımızı pulsuz upgrade elədi. Adı Danila-dır. Qiymətləri da orada çox sərfəlidir. Instagram-da @tara_tour gedir

➕ Bonus: camp-a çatmamış Piva gölündə Plujine şəhərinin yanında çox uzun və maraqlı zipline var, mütləq onu sınayın

❓Daha nə maraqlandırır Sizi? Montenegro bağlı, mövzu verin, yazacam :))))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova

DİGƏR BLOQLAR

Vietnam Bələdçisi

Salam dostlar, Size Vietnam yolculugumdan danisim biraz, Ilk once biletler , biz Baki-Abu Dhabi - Delhi - Hanoi almisdiq etihad airlines ile ancaq bizi Abu dhabiden Hindistana buraxmadilar ki tranzit vizamiz yoxdu , biz dusunduk ki eyni airportdan gedirikse problem olmaz, her neyse netice olaraq yeni bilet aldiq Cinden ucduq (transit visa lazim deyil) buda risk idi cunki gov seyfelerde melumat yox idi, amma siz rahat alin bilet. Hanoi coxxx beyendim, ve umumi olaraq vietnam safe yerdi, men podruqam ile getdim bir qram narahat olmadiq. yemekler - biz random gedib hardasa oturub yeyirdik, Pho onlarda her yerde yaxsidir, sadece biraz pintilik hiss olunur olkede umumi hazir olun En beyendiyim yemek Bun cha oldu sekili de paylaştım, mohtesem idi.transport olaraq sleeping busla gedirdik olke icinde , oldugunuz her seherin tur agencyne yaxinlasib ala bilersiz , online risk elemirdik cunki yalanci doludu olke, exotic meyveler alanda bele local adamdan xahis edin komek elesin, qiymet ferqi unreal di. Nese alanda voopwe mutleq bazarliq edin. Ha Long bay adalarina mutleqqq gedin, biz yene random tur aldiq sehv etmiremse 40$ idi , ve cox gozel gun kecirtmish olduq. Ba na Hills en meshur Golden Bridge olan yer, Da nangda yerlesir , nezere alin ki boyuk eylence merkezidi , tek eller deyil yani gunun yarsi rahat gedecek ora, giriş 35$ idi. Amma deyer. Hoi an cox sirin bir yer idi, bu arada her seherin oz pivesi var, biz hanoi icirdikBamboo suyu zektun dadir meslehet gormurem,yumurtadan olan kofeni men beyenmedim podruqam beyendi. Ho chi min city hec beyenmedik, bilseydik cixis seheri de Hanoi gorsederdik visada, ho chi mine baxin diqqetle ki waste of time olmayasiz.Hanoide o qatar kecen yer gesengdir amma stresslidi, yer tapmaq cetindi, seher tezden meslehet gormurem cunki hami o vaxti gedir , biz 11den sonra getdik yer taptiq. Ta van Village gede bilmedik cunki tsunami olmusdu dagilmisdi oralar, ancaq cox isteyirdik. Podruqamla olan sekildeki yer Dang Thi Hoa , cooox dexilisiz yerdi, o yere gore butun bizim travel bloggerleri sildim ozumde Cunki yer men dusundum ki maraqli yerdi, cunki instagramda bizimkilerde ele gordum, ancaq bildiyiniz qaraj, icini doldurublar ki insanlar sekil ceksin. heyif bizim vaxtimiza , gunun yarsi yola getdi. Neyse instagramda geseng sekil isteyirsizse gedin. Ancaq orani isleden dayidan biraz melumat almaq istedik dedi tarixi falan yoxdu sekil ucun yerdiUmumi olaraq yemekleri gozeldi, insanlari sirin amma yalanci , orda uzun muddet qalan xaricilerle calisin tanis olun geseng meslehet verirler. Hotelleri ucuzdu, biz onceden book etmirdik hec bir yerde , gedib yerinde merkezde baxirdiq, ancaq siz ele etmek mecbur deyilsiz.Cox geseng experience idi ve minimum 2 hefte ayirin Vietnama:) cox detallara girmedim ancaq suallariniz olsa commentde cavablayaram.sevgiler

299 dəfə oxunub

İtaliya bələdçisi - Roma, Venesiya, Florensiya

Romadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Ciao! Mən də İtaliya səfərimdən 5 qəpiyimi əlavə edim. Tarix: İyun Şəhərlər: Roma, Venesiya, Florensiya Viza:Randevu fevralın 21-nə almışdım. Martın sonu verdilər. Rəfiqəmə aprelin 4-ü. Rəfiqəmin ilk vizası olsa da rahatlıqla verdilər. Əsas sənədlər qaydasında olsun və kartda məbləğ 2000 avrodan az olmasın.Sənədləri verərkən nəzərə alın ki, mygov-dan maaş haqqında arayışı ingilis dilinə notarial qaydada tərcümə etdirməyi tələb etdilər. Pulum başqa kartda olsa da, məhz maaş kartının son 3 ayının dövriyyəsini də istədilər.İlk olaraq 12 gün qeyd etmişdik. Otellər və şəhərlər arası biletlərlə bağlı başağrısı olmasın deyə 12 günü tək Roma şəhərində səyahət edəcəyimizi qeyd etdik. Vizanı alandan sonra marşrutu planlaşdırmağa başladıq.Vizanın müddəti 30 iyuladək idi. Bayram günlərindən istifadə edib bileti dəyişdik və səhayətimizi 1 həftə də uzatdıq.Şəhəriçi avtobus və metro - 1.5 avro.Şəhərlər arası qatara bilet nə qədər öncədən alsaz yaxşıdır.Çünki gedəcəyiniz tarixə yaxın qiymət qalxır. Omio saytında Romadan - Florensiyaya, Florensiyadan -Venesiyaya baxanda 15 avro idi. Fikirləşdim hələ vaxta var. 1 həftə qalmış ən ucuz bilet 26 avroya qalxmışdı. Həmin gün isə alsanız 45-50 avro olacaq. Həm də saatdan asılı olaraq qiymət dəyişir.Qatarlar:1. Trenitaliya 2. İtaloTrenitaliya - ucuzdur, lakin italyanların özləri kimi öz kefində işləyir. Roma-Florensiya yolu 2 saat qeyd olunsa da 4 saata gəldi. Öncədən aldığımız Venesiya səhərə olan reysimizi isə ümumiyyətlə ləgv etdilər. Məcbur olduq stansiyadaca ikiqat qiymətə sonrakı vaxta dəyşək.İtalo – nisbətən baha, lakin dəqiq və sürətli qatardır.RomaKolizey, Vatikana giriş biletləri sezonun cırha-cırında aylar öncə almaq lazım imiş. Biz bilmədik və məcburi cəmi 1 həfrtə öncə bələdçi daxil tur aldıq. Tur rus dilində idi və çox maraqlı keçdi.Sayt: tezeks.com / Qiymət: 104 avro - 2 nəfərlik.Fiumicino aeroportundan Termini stansiyasına avtobusla 1 nəfər üçün 8 avroya gəldik. Öncədən almaq gərək yoxdur. Amma nəzərə alın ki, ümumiyyətlə aeroporta taksidən başqa bütün nəqliyyat 04:50-dən 23:00-dək işləyir. Reysiniz gecədirsə ya taksi ilə gedə bilərsiniz, ya da oradaca gözləməkdir. Taksi (Aeroport-Şəhər) 80 avrodan başlayır.Vatikana gedərkən Müqəddəs Pyotr bazilikasının damına mütləq qalxın. Oradan Vatikana möhtəşəm mənzərə açılır. Bileti səhər 7:30-a alın. Adam az olur. Rahat gəzişmək və şəkillər çəkmək olur.Biletləri və ya bələdçi ilə turları bu saytlardan tapa bilərsiniz:1. http://coopculture.it/.../ticket-colosseum-forum-and.../2. colosseum-rome-tickets.com3. il-colosseo.it/en/informazioni-colosseo.php4. tiqets.com5. getyourguide.comFontan Trevidə də rahat şəkil çəkmək istəyirsinizsə səhər 6:00 gəlin. Biz səhər 8-də çatsaq da artıq ətrafı turistlərlə dolmuşdu.Ümumiyyətlə şəhəri səhər gəzin, günortaya o qədər turist dolur ki dəhşət sıxlıq olur.Trastevere- Romanın ən xarakterik və ucuz rayonudur. Orada instagramda gördüyünüz məşhur şəkillər çəkə, həm də ucuz yemək yeyə bilərsiniz.Mənim kimi “Eat Pray Love” filmini sevirsinzsə baş qəhrəmanın olduğu yerləri də gəzin.FlorensiyaMöhtəşəm şəhər, həzin, sakit atmosferi, təmiz, hər addımda tarixi axitektura olan bir yer. Ən çox həvəslə gəzdiyim şəhərləsdən biri idi.Maşını arendaya götürüb Toskananı gəzmək planlaşdırırdıq deyə qalacağımız yerdə parking olmalı idi. Ona görə Airbnb-dən ev götürdük və ən düzgün qərarımız oldu! Bu evdən sonra Avropaya gedərkən ancaq ev bron edəcəm. Evdə süd, kofedən tutmuş zeytun yağına qədər hər şey var idi. Hətta əvvəlki qonaqlardan çaxır da qalmışdı. Ev təmiz, evdəki əşyalar isə antikvar idi.Florensiyada olarkən Signorvino restaranına getmək məsləhət görərdim. Ponte Vekko körpüsünə gözəl mənzərəsi açılan verandasında yer bron edin. Yemək yeməyə tövsiyə etməzdim, amma çaxır və ya kokteyl sifariş edib günbatımına seyr edərək zövq ala bilərsiniz.VenesiyaMövsümlə bağlı qalası otellər baha idi deyə 1 gün gəzdik. Florensiyadan qatarla 2 saata çatdıq. Stansiyadan şəhərə su taksi ilə 8 avro (1 nəfər). Qondollar baha idi deyə, əvəzinə su taksini istifadə edib eləcə kanalların şəklini şəkdik. Küçələri gəzərkən Google map istifadə etməsəz aza da bilərsiniz.İtaliya məni heyran etdi və ürəyimi aldı.Yenidən dönüb cənub hissəsini həşf etmək arzusu ilə yaşayıram Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Валида Рамазанлы

2124 dəfə oxunub

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Vyetnam ????????Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

4296 dəfə oxunub

Helsinki bələdçisi

Helsinkidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var soyuqluqlarına. Əslində finlilər dost olaraq çox sadiq, bəzən çox yapışqan və asılıdırlar. ????Keçək əsl məsələyə. Finlandiya hüzurun ölkəsidir məncə. Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksinizGəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb və 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni də görməyə dəyər.Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tutardım. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimiz Kansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.Helsinkidə nə yeyilməlidir? İlk öncə şirniyyatlardan başlayaq.Korvapuusti (darçınlı hilli bulku)Mustikkapiirakka (qaragilə piroqu)Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!Maral ətinin dadına mütləq baxın.Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.Qızılbalıq şorbasıYay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.Qurudulmuş stavrida balığıSəhər yeməyində yeyilən cürbəcür sıyıqlarFinlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək və ryapuşka balığıdır.Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.Yuxarıda yazdığım Cafe Ursula və Cafe CaruselCafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)Cafe EsplanadiCafe Fazer (Səhər yeməyi və brunch verirlər)Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao CafeCafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)Restoran SavottaRestoran LappiRetsoran SunnRestoran Savoy (bahalıdır)Restoran Olo (bahalıdır)Restoran Sipuli (bahalıdır)Restoran Kiila (bahalıdır)Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.)Helsinki haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ylkär Aghayeva

1104 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!