719 dəfə oxunub

Berlin - Zaksenhauzen düşərgəsi

Zaksenhauzen düşərgəsi, Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərində yaradılmış, 1936 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi idi. Zaksenhauzen düşərgəsi Üçüncü Reyx tərəfindən yaradılan həbs düşərgələrinin idarə mərkəzi olmuşdur. SS birləşmələrinin də əsas təlim bazalarınan olan Zaksenhauzen həbs düşərgəsi digərlərinə nisbətən daim daha çox önəmə sahib olmuşdur. 1936-ci ildə yaradılan düşərgədə, müxətlif növ kabinalar və işgəncə otaqları vardı burada İndustie Zentrum adlanan və yalnız xüsusi həkimlərin bıraxıldığı əməliyyat mərkəzləri vardı. Burada məhbuslar üzərində müəyyən təcrübələr aparılır, onların işgəncələrə hansı şəkildə dözümlü olmaları yoxlanılırdı. Zaksenhauzendə qaz kameraları vasitəsilə minlərlə insan öldürülmüşdür. Məhkumlar əsasən düzgün qidalanmama, vərəm və dondurucu şaxtalar səbəbindən vəfat edirdilər. Yuxarıda göstərilən səbəblərdən başqa bir çox insan İndustie Zentrum otaqlarında tibbi təcrüblələr əsnasında öldürülmüşdür.

1-ci şəkildə düşərgənin əsas girişi.
2-ci şəkildə giriş qapısındakı məşhur “Arbeit macht frei (İşləmək azadlıq gətirir)” ifadəsi.
3-cü şəkildə barakın əsirlərin yeməklərini yediyi hissə.
4-cü şəkildə əsirıərin yatdığı hissə. Baraklarda minimum 158 əsir saxlanılırdı. Hər barakda 1 gün ərzində minimum 3 nəfər həyatını itirirdi.
5 və 6-cı şəkillərdə əsirlərin hamam və tualeti. Hər səhər 158 əsirin hamam və tualetdən istifadə üçün cəmi 5 dəqiqəsi var idi.
7-ci şəkil əsirlərin işlədildiyi mətbəx. Əsirlər divarlara marsqlı şəkillər işləyiblər, hansı ki, o şəkillər şüşə arxasında qorunur.
8-ci şəkildə 13 yaşlı əsir Pierre Gartiserin qorunub saxlanan əsir paltarı. Düşərgədə bütün əsirlər elə geyinirdi.
9-cu şəkildə əsir Franz Cyranekin şahmat taxtası.
10-cu şəkildə düşərgədə fəaliyyət göstərən həbsxananın tək kameralı otağı.
11-ci şəkil düşərgənin ümumi görüntüsü. Daş ilə içarələnən ərazilərdə də baraklar fəaliyyət göstərib. Amma sonrada söküldüyünə görə, hazırda muzey üçün bir neçə barak fəaliyyət göstərir. Düşərgənin ilkin vəziyyəti çox acınacaqlı olub, insanlar dəhşətə gəlirmiş, ona görə də muzey halına salındıqdan sonra hələ çoxlu ixtisarlar olub.
12-ci şəkildə abidənin olduğu yerdə əsirlər güllələnirdi. İndi həmin abidənin üstündə öldürülən bütün millətlərin adı yazılıb.
13-cü şəkildəki ərazidə əsirlər güllələndikdən sonra orada yandırılırdı, bəli yandırılırdı. İndi isə orda görünən bu heykəl qoyulub.
14 və 15-ci şəkillərdə Morqun əsas və zirzəmisinin şəkilləridir. Yuxarıda sadalanan tibbi təcrübələr əsasən bu zirzəmilərdə həyata keçirilib.
16-cı şəkildə isə qaz kamerasında əsirlərin son anda divara cızdıqları yazılar və məşhur “HELP” yazısı.
17 və 18-ci şəkillərdə isə müasir memorialda əsirlər haqqında məlumatlar, onların siyahısı, şəxsi əşyaları eləcə də onlara tətbiq olunan silah - sursatlar, texnika, məişət əşyaları və s. saxlanılır.

Oranienburg, Berlin, Almaniya ????????

#sachsenhausenconcentrationcamp#oranienburg #berlin #germany

[gallery ids="1955,1957,1953,1959,1966,1956,1951,1964,1963,1967,1968,1962,1958,1952,1954,1961,1965,1960" type="rectangular"]

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Abdulla Hasanli

DİGƏR BLOQLAR

Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir????. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm ????. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, "Vasmoy" boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım ???? Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km - yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. ????????????‍♀️Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var ????Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin ???? ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə????????‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə ????????‍♀️), digər fəsillərdə isə 1.5euro dur.Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.Maltanı bu qədər böyük və geniş (????) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı ????) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. ????Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri ????????) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:✅ Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.✅ Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim✅ Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var✅ Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var✅ Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)✅ Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.✅ Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.✅ Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi "pişiklər adası" belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Sani

687 dəfə oxunub

Monteneqro bələdçisi

Salam dostlar! Qrupumuzda indiyə kimi Monteneqro ilə bağlı çox paylaşımlar olub. Mən də oradan yeni gəlmiş "gəzəyən" kimi sizinlə təəsssüratlarımı bölüşmək istəyirəm. Düşünürəm ki, yazadıqlarım növbəti aylarda və ya illərdə getmək istəyənlərə faydalı ola bilər. Öz dillərində Crna Gora, türklərdə Karadağ, ruslarda Çernoqoriya, Avropada isə Montenegro adlandırılan ölkənin 50 faizə yaxın ərazisi meşə, qalan hissəsi isə kserofit kol və ağaclarla örtülüdür. Dağ və dənizin kəsişməsində olan yolları olduqca rahatdır və 90 faiz hissəsində sürət həddi 50-60 dır))) qaydalara çox riayət olunur. Bazar və bayram günləri nəinki marketlər, heç kiosklar da işləmir..Səfərimizdən çox razı qaldım və Monteneqronu çox sevdim. Mən bu ölkəyə səyahəti iki hissəyə bölərdim.1. Passiv istirahəti sevənlər (dəniz-restoran-hotel) üçün iyul-avqust ayları (bəzi günlər hava çox isti idi, 35-37 dərəcə olsa da, rütubətə görə 42-43 dərəcə kimi hiss olunurdu).2. Aktiv istirahəti sevənlər üçün (ölkənin 4 tərəfini də gəzmək şərti ilə) may-iyun və sentyabr ayları.Ərazisi Azərbaycandan təxminən 5 dəfə, əhalisi isə 15 dəfə kiçik bir ölkə. Əvvəlki postlarda bəzi dostlarımız Monteneqroluları qaş-qabaqlı və zəif xidmət göstərən kimi təsvir etmişdilər. Lakin mən bu fikirlərlə razı deyiləm. 6 şəhərində və bir neçə bölgəsində olduq. Türk olduğumuzu həmən anlayırdılar (kəlimələrin əksəriyyətini anlayırlar) və gülərüzlə danışırdılar. Xidmətləri normal, qiymətləri deyərdim ki, baha deyildi, bizimlə hardasa eyni qiymətə olan yeməklərinin porsiyası, bizdən az qala iki dəfə böyük idi. Təbii ki, çimərliklərdəki restoran və kafe qiymətləri nisbətən bahadır (bizim bəzi məşhur hovuz koplekslərindən yenə də ucuzdur).Əsas məsləhət görəcəyim nüans "Rent a car"dır. Aktiv gəzməyi sevənlərə maşın kirayə götürməyi şiddətlə tövsiyyə edirəm. Kiçik avtomobillər 40-50 avro, 7 yerlik avtomobillər 80-85 avro idi. Təbii ki, bu qiymətlər avtomat qutusu və ili yeni olanlara aiddir. Gəzdiyimiz şəhərlər:1. Kotor (tarixi qalası olan və kruiz gəmilərin yan aldığı körfəz şəhəri),2. Perast (Kotora yaxın kiçik, lakin məşhur adaları olan maraqli şəhər)3. Tivat (kiçik və çimərlikləri zəif şəhər),4. Budva (Monteneqronun turistik mərkəzi, səsli-küylü, əhali sıxlığı çox olan şəhər),5. Prjno (Budvaya birləşik qəsəbə, Svetoy Stefani adasının və məşhur çimərliklərin, xüsusilə də Korelevskiy çimərliyinin olduğu bölgə. Ən baha çimərliklər burada yerləşir),6. Petrovats (tarixi binaları, qala divarları, təmiz sahili, bulvarı və çimərliyi olan şəhər),7. Bar (Osmanlı dövründən qalma qala divarlarının, qədim şəhərin və məscidlərin olduğu liman şəhəri. Türklərin dəsti xəttini burada daha çox hiss edə bilərsiniz. Türk kafeləri, küçələrin quruluşu və hədiyyəlik əşyaların belə çoxu adama Türkiyəni xatırladır).Getdiyimiz turlar:1. Raftinq turu- Monteneqronun ən uzun və ən bolsulu çayı olan Tarada (144 km), Bosniya Hersoqovina sərhəddindən başlayan 20 km.lik tur. Biz həzz aldıq bu turdan. Öncəki illərdə Antalya Manavqatda və Rizə Ayderdə raftiq turunda olmuşam. Məncə ən gözəli bu dəfəki idi (qiyməti 70 avro-bura 2 dəfə yemək, kondisionerli avtobusda yolculuq da daxildir).2. Fish turu- bizi əvvəl oteldən götürdülər, Budvada gəmiyə mindirib bir neçə sahili gəzdirdilər. Sonra ayrıca, bizdən başqa heç kimin olmadığı çimərliyə gətirdilər. Çətir və "lejankalar", içki və salat-meyvə-spagetti-balıqdan ibarət menyu da bu tura daxil idi (55 avro).Kartla ödəmədə problem yaşamadıq. Qaldığımız oteli də tövsiyyə edə bilərəm (HEC residence-Prjno). Saytda 4 ulduz kimi qalsa da, hovuzu fəaliyyət göstərmədiyinə görə 3 ulduzdur. Lakin təmizliyinə, xidmətinə, göstərilən münasibətə və səhər yeməyinə söz ola bilməzdi. Hər birinizə xoş istirahət və gözəl səyahətlər arzu edirəm!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afaq Haciyeva

818 dəfə oxunub

Budapeşt gəzintisi

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə yenidən. O Vyanada metroda 115 euro cərimələnən qızam???? dedim mən də öz səyahətimdən maraqlı rəngli momentləri sizinlə paylaşım????Deməli səyahəti 10 günlük planlaşdırdım sentyabr ayında, məlum məsələ kasıb malı #wizzairle uçdum. Wizzair də sağ olsun oturacaqları adamı səyahətə başlamamış yorur uje???? ucuzluğuna görə amma əla variantdı hər zaman. Ümumilikdə 3 gün #Budapeshtde, 4 gün Praqada, 3 gün Vyanada oldum.İlk Budapeştdən başlayım ki, şəhəri belə çox sevəcəyimi və qısa zamanda doğma gələcəyini düşünməmişdim. Səyahətə getməzdən öncə gəziləsi yerlərin hətta kafelərin belə listini tutmuşdum. Budapeştin Buda tərəfi əsasən tarixiliyi ilə Peşta tərəfi isə aktiv həyatı ilə seçilir. Tarixi yerləri özünüz də tapa bilərsiz onsuz, ən maraqlılardan danışım. Şəhərin içində yerləşən "Marqarita adası" məsələn, hansı ki mərkəz hissədən 2 nömrəli tramvayla asanlıqla gedə bilərsiz. Bura sanki cənnətdən bir parçadır, hər yer yaşıllıq, gül-çiçək, sakitlik, insanların istirahəti üçün nəzərdə tutulmuş bir ərazidir, içində bir neçə kafe və baseyn də var. Yaz -yay aylarında getsəz Budapeştə mütləq gedin bura.Daha sonra Budapeşt ruin barlaru ilə meşhurdur, ( yeni köhnə atılmış obyektlərdən kafe düzəldiblər ve maraqlı məkanlar ortaya çıxıb) Orel i Reshka"dan gördüyüm bu tip bir kafe "For sale pub"a getdim. Kafedə uzun növbə olur, güclə yer tapırsan. İçəridə hər stolun üstündə bir vedrə fıstıq olur, hansı ki pulsuzdu bu fıstıq və ən maraqlı məqam fıstıqları yeyib qabıqlarını yerə tökə bilərsən, ( imenno bu ləzzət elədi????) şəkildə gürünən əndrəbadi yemək həmin kafedəndir, qiymətlər baha lakin porsiya gigantdır, demək olar ki hər kəsin qabından yeməyin yarısı qayıdırdı).Budapeştin ən məşhur kafesi "new york" kafedir. Reserve etmədən getsəz çətin yer tapasız, amma biz tapdıq???? Kafe bütün klassik stildə dizayn olunub, saat 5-ə kimi klassik orkeste ifa edir, daha sonra isə fortepiano davam edir. Qiymətlər əl yandırır, bizim pulla 17 manata birtəhər bir multivitamin fresh sok tapıb içdik???????? bura bir növ simvolik bir yerdi, Budapeştə gəlmisənsə bura da girməlisən kimi) Amma içəridə oturmayıb sadəcə şəkil və video da çəkə bilərsiz, tamamilə icazə verirlər.Budapeştin insanları mehribandır, gecə 12-də otelə qayıdırsan dəyib-dolaşan yoxdur. Hə bir də insanlar əsasən qızları mənə görə kifayət qədər kökdülər və 0 kompekslə qat-qat sellulitle qısa şortiklər geyinirlər rahat ( heyf deyilik biz, o nə deyər bu nə deyər fikri ilə həyatımızın içinə eləyirik????) Belə görürəm 3 şəhəri də bir posta sığdıra bilməyəcəm. Ona görə o biri şəhərləri də ayrıca yazaram) Hələlik bu qədər????P.S. Səyahətimin əsas orqanizatoru, gözəl və diqqətcil insan Abas Sayilov -a da buradan təşəkkür edirəm. (bu qrupdan Əfsanə adlı xanım sağ olsun calaşdırdı bizi) Hələ belə xırdalıqlara qədər fikir verən, müştərinin hər istəyini nəzərə alan insan görməmişəm. İşində peşəkar insanlarla işləmək başqa şeydi həqiqətən. Reklam deyil bu inanın, sadəcə razı qaldığım bir şeyi sizinlə də bölüşmək istədim.????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Laman Faraczade‎

1053 dəfə oxunub

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

4390 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!