1660 dəfə oxunub

Tallin - Pozitivə köklənin!

Piyada Səfər

Tanımadığım Eston Ailədə Qonaq |250 avronun ardı

Bəlkə də biz xoşbəxt ola bilərdik
Bəlkə də xoşbəxtik xəbərimiz yox

..Rigadan Tallinə gedərkən bildiyiniz kimi təyyarə tam dolu oldu, 1 nəfər mənə yer çatmadı.
Könüllü olaraq növbəti təyyarəni seçdiyimdən 250 avro kompensasiya aldım, amma, yeni biletdə (Riga - Tallin) yer seçməli idim.

“Zəhmət olmasa, ən son yer”

- 20, 22 ?

“Ən Son, belə daha təhlükəsiz”

“O, Təbəssümdən sonra”

- Neqativə fokuslanmısız

“Ən yaxşıya ümidli olub, ən pisə hazır olmaq neqativə fokuslanmaq deyil. Hazırda olan araşdırmalara görə ən son yerlər daha təhlükəsiz, bəli, öləndə öləcəyik, amma, niyə cəhdimi, üzərimə düşəni etməyim?!”

*Hadisələr məhz buradan başladı

Təyyarədəyəm, ən arxada. Məndən solda cavan xanım və bəy. Ekoloji layihəm və bir çox mövzularda fikir mübadiləmiz oldu. Hava limanında birgə şəkil çəkdirməmizi istədilər, etdik və vidalaşdıq.

1 gün sonra Tallini gəzərkən qeyri iradi qaranlıq, yalnız şam işıqları yanan məkana daxil oldum.

-Salam, nə gözəl! Gəl bura, səndən danışırdıq...

Bəli, təyyarədən tanıdığım Alice və Kauner, daha geniş tərkibdə. Kiminsə *doğum gününü qeyd etdiklərindən həmin gün mənəvi görünən məkana cəm olmuşdular.

Səhəri Mr Kauner mənə Təxminən Tallindən 45 km uzaqda yaşayan dostunun məlumatlarını verdi, orada qala biləcəyimi bildirdi mən bir gün sonra dünən gecə Haiba da Şam ağacının yanında Mr Yan ilə görüşdüm, oradan da xeyli yol getdik.

Gələndə özü ilə isti su gətirmişdi içməyim üçün, əlcəklərini də təklif etdi, sonra xeyli yol getdik, arabamı da daşıdı...

Kuliminasiya

Nağıllarda olan evə çatdıq, anası məni məhz səmimi təbəssümlə qarşıladı, əksər bizness mühütünə məxsus dodaq və diş hərkətləri deyildi.

Evdə Kamin, Sauna və s. Bir az sonra Yanın nənəsi bizə yemək verdi, bayırda isə çox sakir qar yağırdı.

Əksər Estonlar kimi nənəsi də rus dilində bilirdi, xeyli danışdıq, kompot verdi.

Və Yan mənə bu gün də qalıb dincəlməmi təklif etdi, həmin halda özünün rahat olacağını bildirdi.

Yuxudan oyanmışam, meşələr və qar. Bu an saat burada 08:35, olduqca qısa yazdım.

Hələlik

#estonia #aghamehdi #aghamehdieco

78076066_510304936227424_7871249657001672704_n

74433767_510304989560752_3669739844340285440_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Agha Mehdi

DİGƏR BLOQLAR

A-dan Z-yə Tanzaniya (Part 1)

Tanzaniya-A to Z Mart ayındakı yarım aylıq tətili dəyərləndirmək üçün xeyli araşdırma apardıqdan sonra Zənzibar adası, Klimancaro zirvəsi, Serengeti, Manyara, Nqoronqoro milli parkları, Viktoriya, Tanqanika, Nyasa gölləri, masailərin svahililərin, bantuların vətəni Tanzaniyanı seçdik. Səyahət gözlədiyimizdən dəfələrlə maraqlı keçdi, bu statusda sadəcə səfərin qısa məzmunu göstərilib. VizaTanzaniya Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza alınmasını tələb edir. Viza elektron qaydada alınır, rüsumu 50 ABŞ dollarıdır və minimum 1 aylıq verilir. Tanzaniyaya səyahət edən bütün sərnişinlər xüsusi “Giriş Anketini” doldurmalıdırlar və qeydiyyat zamanı təqdim etməlidirlər. Aviabilet.Bakıdan Tanzaniyaya hazırda üç aviaşirkətlə səyahət mümkündür. flydubai, Turkish Airlines və Qatar Airways. Bir nəfərin ikitərəfli bileti təxminən 900-1000 ABŞ dolları civarındadır. Biz daha rahat olması üçün Qatar Airways-i seçdik.Bakı-Doha üç saat, Doha-Zənzibar altı saat. Hotel-Hostel. Tanzaniyada mütləq şəkildə 3,4 və ya 5* hotelləri seçin. Hostel və evdə qalmağı ağlınızdan keçirməyin. Bura Avropa deyil.Booking.com həqiqətən ən etibarlı tərəfdaşdır. Heç bir problem yaşanmadı. Mobil nömrə.Ən yaxşısı rominq etməkdir. Burada xaricilər üçün nömrə almaq çox qəlizdir və vaxt aparan prosesdir. Ən az iki gün vaxt lazımdır. Özümüzlə mütləq götürməliyik.1. Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.2. Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq. Nəzərə alın ki, səyahətin əsas hissəsi təbiətin qoynunda keçəcək.3. ABŞ dolları. Mümkündürsə ancaq 100 dollarlar aparın. Banklar 50, 20, 10 dolları dəyişmirlər. Eyni zamanda yaşı 10-dan az olan valyuta aparın. Köhnə dollarlar ölkədə tanınmır.4. Baş örtüsü və eynək. Çox köməyi olur, öyrəşmədiyimiz iqlim şəraiti adamı yormaması üçün vacibdir.Yemək. Yemək və içki çeşidləri olduqca boldur. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi.Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Bizdə olmayan müxtəlif, çox dadlı tərəvəzlər var. Dəniz məhsulları isə o qədər dadlı olur ki, sözlə ifadə etmək çətindir. Toyuq və qırmızı əti isə bişirə bilmirlər. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bizə yad olan bol ədviyyatlı edirlər. Əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, ədviyyat vurmasınlar. Şirniyyat anlayışları isə yox səviyyəsindədir. Valyuta.Ölkədə Tanzaniya şillinqi (TZS) istifadə edilir, ancaq ABŞ dolları hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı şillinqlə qaytaracaqlar, ancaq özlərinə sərf edən şəkildə, 1 ABŞdolları 2340 şillinqə bərabərdir. Turistlər.Ölkədə turistlərin 90 faizi avropalılardır. Az sayda türklər və asiyalılara da rast gəlinir. Danşıq dili, əhali.Ölkədə ingilis dilini demək olar ki, hamı bilir. Nursery school svahili dilindədir. Secondary və primary school-a davam etmək istəyənlər isə ingilis dilində təhsil alırlar. Zənzibarda əhalinin böyük əksəriyyəti müsəlmandır, az sayda Hinduizmə inananlar da var. Materik hissədə yəni Tanqanikada isə müsəlmanlar azdır, xristianlar və yerli dinlərə inananlar çoxluq təşkil edir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Tanzaniya qəhvəsi, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, masailərə aid maskalar, qiymətli daşlar-xüsusilə tanzanoid daşı (gömrükdə tanış yoxdursa almayın), tropik meyvələr. Fil dişi, gərgədan buynuzu gətirməyə çalışmayın, qadağandır. Təmizlik, xidmət, keyfiyyət.Qalacağınız hotellərdə təmizlik, keyfiyyət və xidmət heç yerdə görmədiyiniz qədər üst səviyyədə olacaq. Özünüzü kral kimi hiss edəcəksiniz. Təəssüf ki, ağ insana qulluq etmək instikti artıq şərqi afrikalıların genlərində yerləşib. Maska, pandemiya, virus.Tanzaniyada koronavirusa inanmırlar, qadağalar ümumiyyətlə yoxdur. Səyahətimizə Zənzibar adasının ən gözəl çimərlikləri olan hissəsindən Nunqvi və Kendvadan başladıq. Daha sonra Air Tanzania Company Limited ilə Aruşaya uçduq. Serengeti National Park Tanzania, Lake Manyara National Park Tanzania, Tarangire National Park, Ngorongoro Conservation Area Authority və s. gəzdik. Aruşadan sonra Moşi şəhərinə, #Klimancaro milli parkına və cəngəlliklərin içində yerləşən, unikal qəbilələrin yaşadığı Materuni kəndinə yollandıq. Başımıza bir ömür boyu danışılacaq qədər maraqlı hadisələr gəldi. Çoxlu dostlar qazandıq. Növbəti statuslarda hamısını yazmağa çalışacam.#uçmaqüçündoğulanlar #borntotravel #visitafrica #visittanzania #qatarairways #airtanzania #tanzania #zanzibar #nungwi #kendwa #paje #jambiani #kizimkazi #arushatanzania #manyara #serengetinationalpark #ngorongoro #tarangirenationalpark #kilimanjaro #mountmeru #safari

2469 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edir. Sarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınızParlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh  

3640 dəfə oxunub

Türkiyənin rənglərlə zəngin kəndi - Alaçatı bələdçisi

Türkiyənin İzmir şəhəri yaxınlığında Çeşmə yarımadasında, Egey dənizinin sahilində yerləşən bu kənd son illərdə turistlərin ən çox diqqətini çəkən yerlərdəndir. Xüsusilə də Aralıq dənizinin istisini sevməyən insanların ən çox bəyəndiyi adreslərdəndir. Ən əsası da Yunan adalarını gəzib kəşf etməyin xəyalını qurub lakin həm bahalı təyyarə biletlərinə görə həm də Şengen vizasını almağın dərdindən bu fikirdən daşınan səyyahlar üçün ən ideal seçimdir.Mən bu şəhərin yaxınlığında balaca kəndə səyahət eləməmiş də İzmir şəhərini Türkiyənin Avropası adlandırdıqlarını dəfələrlə eşitmişdim. Lakin burda olduqdan sonra Egey insanlarının İstanbuldakı türklərlə müqayisədə daha nəzakətli, mehriban, muasir, alicənab olduğunun özüm şahidi oldum. Tarix boyu bu ərazidə məskunlaşan türklər yunanlar ilə qaynayıb qarışmış, onların da adət-ənənələrini və fikirlərini götürmüşlər. Ancaq qonaqpərvərliyə gələndə məncə elə əsl türk millətidir.Alaçatı ucuzdur yoxsa bahalı sualının cavabı isə əlbəttə ki çox bahalıdır. Hətta qeyd etməkdə fayda var ki, buranın yerli sakinlərinə görə yaxşi ki bahalıdır. Çünki bahalı olmasaydı hər kəs gələrdi və burada yaşayanlar bu ovuc içi boyda yerdə yaşamaqda daha çox əziyyət çəkərdilər. Alaçatı tətili üçün neçə gün bəs edər? Bu daş evləri,butik otelləri, lavanda çiçəyinin qoxusu gələn küçələri gəzməyə 4-5 saat kifayət edir. Düzdü yay tətilinə gəlmisinizsə kristal sulu Egey dənizinin kənarında salınmış qızmar qumlu çimərlikləri üçün 3-4 gün qalmaq olar. Ancaq çalışın bayram ərəfəsində getməyin. Çünki əcnəbi turistlərlə yanaşı türklər də bura bir neçə günlük tətili fürsət bilib axın edir və bu hal dar küçələrdə gəzməyi biraz daha da çətinləşdirir. Biz 2018ci ilin iyun ayında Ramazan bayramında 3 günlük getmişdik. Ramazanın türklər üçün nə qədər önəmli bayram olduğunu bilənlər ordakı sıxlığın mənzərəsini artıq təsəvvür eləmiş olar məncə.Alaçatıya hava limanından necə getmək olar? İzmirin kəndi olduğu üçün buranın hava limanına çox da yaxın olduğu düşüncəsinə qapılmayın. Alaçatıya İzmirin Adnan Menderes Hava Limanından gedib çıxmaq üçün əgər sizi hava limanından qarşılayan otelin birbaşa transferi yoxdursa bir neçə dəfə nəqliyyat dəyişməli olacaqsınız. İzmir hava limanından Alaçatıya məsafə 85 km-dir. Hava limanından çıxdıqdan sonra HAVAŞ avtobuslarından istifadə edərək Çeşməyə birbaşa gedən avtobusdan düşdükdən sonra oradan minibuslarla Alaçatıya gedirsiniz. Aprel-Noyabr aylarında həyata keçirilən Havalimanı- Alaçatı səfərləri havalimanından 00:30, 03:30, 08:30, 10:30, 12:30, 14:30, 16:30, 18:30, 20:30, Çeşmədən isə 02:30, 04:20, 06:30, 08:30, 10:30, 12:30, 14:30, 16:30, 18:30, 20:30 saatlarında yola çıxır. Təqribən 1 saat yarım davam edən yolun gediş haqqı isə 30 TL- 7,45 AZN təşkil edir.Alaçatıda harda qalmaq olar? Alaçatı butik otelləri, daş evləri ilə ad salan kənd olduğu üçün bura gedib ən azı 1 gecəlik belə olsa hovuzlu, bostanında organik, təravətli meyvə tərəvəzi özləri becərdikləri məhsullardan hazırlanan səhər yeməyini yemədən buradan ayrılmaq olmaz. Biz Ev Bharat adlı butik oteldə 3 gecə gecələdik. Bayram vaxtı olduğundan qiymətlər hər zamankından 2 qat daha baha idi və bu oteli mən 2ay əvvəl bron eləmişdim. Ancaq yenə də ən pik vaxtlarda getsəz 1gecəsi 170AZN olacaq. Digər tövsiyyə edəcəyim otellər Alaroof Butik Otel, Vivento Otel Alaçatı, Alaçatı Eski Ev Otelidir. Balayı üçün bura üz tutmusunuzsa İğdeli Han Suite möhtəşəm seçim ola bilər.Alaçatıda gəziləcək yerlər Əslində həm hər yer biri-birinə çox yaxın olduğu üçün həm də çox balaca kənd olduğundan gəziləcək yerləri özünüz dar küçələrilə piyada gəzərkən kəşf edəcəksiniz. Ancaq hər yerdə olduğu kimi buranın da mütləq görülmədən evə qayıdılmayacaq yerləri var.1) Alaçatı Yel Değirməni Köhnə və yeni Alaçatı ərazisində bir çox külək fəndləri var ki, bu da demək olar ki, bütün il boyu küləklər yaradır. Alaçatının mərkəzindəki bir təpədə yerləşən qədim yel dəyirmanları buranın yorğunluğunu atmaq və ən əsası da gün batımını seyr etmək və sözün əsl mənasında yaşadığımızı hiss eləməyimiz üçün ən möhtəşəm yeridir bu gözəl kəndin.2) Alaçatı evləri Bu evlər hər küçədə, hər döngədə görəcəyiniz yunanlar tərəfindən tikilən daş evlərdir.3) Alaçatı Port Port Marinada gecələr təşkil olunan əyləncələr, gecə klubları gecə həyatı həvəskarları üçün ideal yerdir.4) Kemelpaşa Caddəsi Ən çox alış veriş etmək istəyənlərin gəldiyi bu meydan kafe və restoranlari ilə məşhur yerdir.5) Dutlu Qəhvə Adını kölgəsində məskən saldığı tut ağacından götürən bu restoran dadlı yeməkləri ilə bura gələnlərin ilk baş çəkdiyi məkanlardandır. Bu arada bura qədər gəlmişkən İzmirin ləzzətli kumrusunu yemədən qayıtmayın.6) Alaçatı Meydanı 7) Aya Yorgi Körfəzi8) İmren Pastanesi- Sizə tovsiyyəm buradan evə mütləq saqqızlı lokum alıb aparmağınızdır. Mən 2 il əvvəl aldığım lokumu hələ də saxlayıram.9) Egey Dənizi Çimərlikləri Bura gələnlərin bu qədər diqqətinin ən əsas səbəni də Egey dənizin sahilində məskən salmasıdır. Günəşlənib doyunca üzüb otelinizə qayıdarkan bir də son tövsiyyəm Da Franco-dan dadı damağınızda qalacaq ləzzətli dondurmalarından almağımızdır. Ümid edirəm siz də bu səyahətdən mənim kimi bol xatirə ilə qayıdacaqsınız. Xoş istirahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

4352 dəfə oxunub

Helsinki bələdçisi

Helsinkidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.16 il bundan qabaq atamın işi ilə bağlı Helsinkiyə köçdüyümüzdə buranın soyuq, boz və itici şəhər olduğunu düşünmüşdüm. Təbii ki, daha 9 yaşında olan balaca qızın dilini, dinini və mədəniyyətini bilmədiyi bir yerə köçməsi və oraya alışması çətin idi. Lakin üç ay ərzində Fin dilini öyrənərək və aylar-illər ötdükcə Finlandiyanın, ələxsus Helsinkinin necə gözəl bi ölkə və şəhər olduğunu anladım.16 il yaşamağıma baxmayaraq hər il hansısa bir yenilik ilə qarşılaşıram. Bozluq və soyuqluq eyni qalsa da, insanlarının əslində elədə soyuq olmadığını öyrənmişəm. Finlilər ilk baxışdan soyuq və hissiyatsız görünsələr də, burada 9 ay davam edən qaranlığın onları da bəzən dərin depressiyaya saldığını anlamışam. Əlbəttə ki, 750 il İsveçin və qalan 150 ilin Rusyanın əsarəti altında keçməsinin də təsiri var soyuqluqlarına. Əslində finlilər dost olaraq çox sadiq, bəzən çox yapışqan və asılıdırlar. ????Keçək əsl məsələyə. Finlandiya hüzurun ölkəsidir məncə. Əgər yayda yamyaşıl bir təbiət, heç batmayan günəş və çox da isti olmayan bir hava, payızda rəngarəngliyi ilə heyran edən təbiət və evlərdən gələn hilli bulkilərin qoxusu, qışda bəmbəyaz təbiət, qış idmanları və heyran edici sakitlik və yazda tumurcuqları ilə və quşlarının səsi ilə, oyanan təbiəti ilə məst edən bir ölkə görmək istəyirsinizsə, o zaman Finlandiyaya mütləq baş çəkin.Əgər biz tərəflərə qonaq gəlməyi düşünsəniz, Helsinkini gəzmək üçün sizə 3 gün bəsdir. Helsinkidə nəqliyyat böyüklər üçün 3€, uşaqlar üçün isə 2€-dur. Nəqliyyat biletini metroya enmədən öncə, avtobusa minərkən ya da tramvaya minmədən öncə ala bilərsiniz. Biletin üstündə saat neçəyə kimi keçərli olduğu yazılır, çox vaxtı 80 dəqiqə keçərli olur və bu vaxt ərzində istədiyiniz qədər metrodan, avtobusdan və tramvaydan istifadə edə bilərsiniz. Əlbəttə ki, bileti göstərmək şərti ilə. Yəni bileti alıb atmayın çünki yoxlanış olsa və biletiniz olmasa 80€ cərimələnəcəksinizGəzilməli yerlərdən isə ilk şəhərin mərkəzindən başlayın. Çoxlarınızın ilk eşidəcəyi geyim mağazası Stockmannın küçəsindən katolik kilisəsi olan ağ Tuomiokirkkoya kilsəsini gəzməyiniz məsləhətdir. Tuomiokirkkonun yerləşdiyi yerə Senaatintori deyilir. Bu kilsə əvvəllər Nikolayın kilsəsi və Böyük kilsə olaraq adlandırılıb və 1852-ci ildə St. Peterburqda yerləşən Kazan Katedralına bənzədilərək tikilib. Memarı isə Carl Ludvig Engel və Johan Albrekt olub. Yay vaxtı kilsənin pillələrində oturanlar çox olur. Əksər mitinqlərin ya başladığı ya da qurtardığı nöqtəs məhz elə buradır.Tuomiokirkkodan ara küçə ilə Kauppatoriyə enin. Oradan mütləq Suomenlinna deyilən Finlandiya qalası anlamına gələn adaya baş çəkin. Bu adaya getmək üçün Kauppatori limanından Suomenlinnaya tərəf gedən bərəyə minməlisiniz. Bərəyə minmək adam başı 3€-dur və əgər 80 dəqiqə içərisində qayıtsanız, qayıtmaq üçün bərəyə ayrıca pul ödəməyəcəksiniz.Kauppatori tərəfində, bərəyə minilən yerdə əksər finlilərin qırmızı kilsə adlandırdığı, əslində isə adı Uspenski Katedralı olan, rusların 1868-cü illində Moskvanın Kolomonskoye kilsəsinə bənzədərək tikdiyi möhtəşəm kilsə var. Memarı Aleksei M. Gornostayevdir və kilsə ortodoksların kilsəsidir. Hər nə qədər xristiyan olmasanızda, mütləq bu möhtəşəm katedralın içinə girib o gözəlliyə şahid olmalısınız. Katedralın ətrafında Helsinkinin mərkəzinə açılan mənzərəni də görməyə dəyər.Uspenski katedralından endikdən sonra qırmızı gəmi görəcəksiniz. Gəminin adı Relandersgrunddur və Finlandiyanın prezidentinin evi ilə üzbəüzdür. Bu gəmidə kofe içib, Finlandiyanın şirniyyatlarını və şansınız varsa, isti havasının dadını çıxara bilərsiniz. Relandersgrunddan Uspenski Katedralını və Fin körfəzini izləmək ən sevdiyim stres atmaq yöntəmlərindən biridir.Bizimdə, Londonda olduğu kimi Helsinki Eye-mız var. Helsinki Eye-a minmək adam başı 18€-dur. Mən özüm şəxsən daha çox Helsinki Eye-ın yanında yerləşən Allas Sea Pool-da üzməyi və saunaya girməyi daha üstün tutardım. Təbii ki, şəhərin mərkəzində çimərlik geyimində gəzməkdən utanmırsınızsa.Yuxarıda yazdıqlarımdan başqa Helsinki mərkəzindən Töölö adlanan tərəfə 4 və 10 nömrəli tramvay ilə gedəbilərsiniz və ya piyada gəzə-gəzə. İlk görəcəyiniz parlament binası olacaq, ikinci musiqi binası, üçüncü isə tünd qırmızı rəngdə olan bina Milli muzeyimiz Kansallismuseonu gəzib, Finlandia binasını və Opera binasını görüb Töölö göl kənarına enə bilərsiniz. Buradan rahatlıqla Sibelius parkına Sibelius monumentinə baş çəkməyə və Cafe Regattada kofe içməyə gedə bilərsiniz. Qayıdanda isə 4 və ya 10 nömrəli tramvayla yada hər hansı mərkəzə tərəf gedən avtobusla qayıda bilərsiniz.Helsinkidə nə yeyilməlidir? İlk öncə şirniyyatlardan başlayaq.Korvapuusti (darçınlı hilli bulku)Mustikkapiirakka (qaragilə piroqu)Runebergintorttu (fevral ayında satılır. Xalq şairi və professor J. L. Runebergin xanımın öz resepti olduğu üçün, Runebergin ölüm ildönümündə satılır.)Joulutorttu (Noyabr-Dekabr ayında satılır. Christmas şirniyyatıdır)Piparkakku (ingilizcə adı gingerbread-dır və Christmas vaxtı satılır)Laskiaispulla (Fevral-Mart ayında satılır. Katolik paxasının orucu başlamamışdan 40 gün əvvəl)Tippaleipä (Aprel-May aylarında satılır və 1 May şənliklərinin şirniyyatıdır)Rabənd piroqu (Midsummer bayramına özəl İyun ayında tapılır)Mämmi (qara rəngdə olduğundan və çox şirin olduğundan xaricilər tərəfindən çox sevilməyən ama südlə yeyilən paşa şirniyyatı)Karjalanpiirakka (şirin olmasa da dadlı piroqdur. Üstü düyülü, kartoflu yada köklü olur)“Şirniyyatla doldurmayacayıq ki qarnımızı!” Əlbəttə ki!Maral ətinin dadına mütləq baxın.Qızılbalıq istər soyuq, istər hisə verilmiş, istərsə də çiy. Bu balığın hər növü hazırlanır və çox dadlıdır.Qızılbalıq şorbasıYay şorbası (bir neçə kök tərəvəzindən bişirilən şorba)Yaşıl noxud (qarox) şorbası. Bunu yeyərkən diqqətli olun çünki bir çox yerdə içinə donuz əti vurulur. Xaiş etsəniz sizə ətsiz hazırlanmışından verəcəklər.Karjalanpaisti yəni güvəcdə bişirilmiş ət yeməyi. Yenədə donuz əti ilə diqqətli olun.Kalakukko yəni çörək içində bişirilmiş balıq və ət. Adətən donuz əti istifadə olunur ama mal ətindən hazırlananı da var.Qurudulmuş stavrida balığıSəhər yeməyində yeyilən cürbəcür sıyıqlarFinlandiyaya məxsus tərzdə hazırlanmış pendirlər. Mənim ən sevdiyim leipäjuusto deyilən və sadəcə Finlandiyada yetişən sarı gilə meyvə(lakka) mürəbbəsi ilə yeyilən pendirdir.Cürbəcür balıq yeməkləri. Ən çox sevilən balıqlar arasında stavrida, qızılbalıq, siyənək və ryapuşka balığıdır.Finlandiyada restoranlar bahalıdır, ona görədə yuxarıda yazdıqlarımı restoranlarda yeyə bilərsiniz. Kafelər ve restoranlar. İlk kafelərdən başlayıram.Yuxarıda yazdığım Cafe Ursula və Cafe CaruselCafe Ekberg (Ən köhnə kafelərdən biridir. Səhər yeməyi və brunch verirlər)Cafe EsplanadiCafe Fazer (Səhər yeməyi və brunch verirlər)Ağ kilsə ilə qarşı-qarşıya olan Cafe Engel və ya İtalyan kafesi olan Ciao CafeCafe Regatta (Sibelius Monumentinin yanında yerləşir)Restoran SavottaRestoran LappiRetsoran SunnRestoran Savoy (bahalıdır)Restoran Olo (bahalıdır)Restoran Sipuli (bahalıdır)Restoran Kiila (bahalıdır)Antiokia Atabar (Türk restoranıdır. Kərim usta sahibidir və çox gözəl insandır. Azərbaycanlı olduğunuzu desəniz endirim edəcək. İstəsəniz Ülker hanım tavsiye etti deyin, mütləq endirim edəcək.)Restoran Anı (Türk restoranıdır. Türk kabablarını bişirilər. Cahit ustaya Azərbaycanlı olduğunuzu deyin, endirim edəcək.)Helsinki haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ylkär Aghayeva

1148 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!