1367 dəfə oxunub

Soçi bələdçisi

Soçi haqqında paylaşım görmədiyim üçün, orda olduğum 1 həftə müddətində gördüklərim haqqında yazmaq qərarına gəldim.

Öncəliklə Soçi Rusiyanın kurort həm də olimpiya şəhəri sayılır. Bura getməmişdən qabaq, haqqında sadəcə FIFA 2018-in baş şəhəri olduğunu bilirdim, amma gəldikdən sonra həqiqətən Qara dəniz mirvarisi adlandırdıqları Soçiyə bir sözlə aşiq oldum, başdan ayağa Qara dəniz sahilində yerləşən bu şəhər çoxlu parklar, şəlalələr, çimərliklər və sanatoriyalar ile zəngindir.

Amma bunlarla yanaşı mənfi cəhətləri də var, getməmişdən qabaq otelləri dəqiq yoxlayın. Getdiyim otel 5 ulduzlu olmağına baxmayaraq, 3 ulduzlu otel səviyyəsində idi, üstəlik də heç kim ingiliscə danışa bilmirdi. Qiymətinin niyə baha oldugunu soruşanda dəniz kənarıdır, vəssalam.

Soçidə Adler adlanan kiçik bir qəsəbə var, bura olimpiya şəhərciyi de deyilir. Bir çox məşhur yerlər o cümlədən Fist stadionu, Soçi park Adlerdə yerləşir. Məndən məsləhət əgər getsəniz, Adlerdə ev tutmağınız daha yaxşı olar.

38709915_849210331944225_2104389827347611648_n

Gezintime Soçi parkla başladım, bura giriş adam başı 1700 Rubl təşkil edir, uşaqlara endirim var təbii ki. Parkda çoxlu atraksionlar o cümlədən dünyanın ən hündür atraksionu, delfinariya,gözəl fontanlar bir sözlə bütün günü gəzməklə bitməz, uşaqlı ailələr üçün daha məsləhətlidir. Parkın çıxışında olimpiya stadionuna gedən yolda "Колесо Времени" adlı çarx var, oradan bütün şəhəri görə bilərsiniz qiymət 450 rubl., ordan çıxdıqdan sonra olimpiya parkına gedə bilərsiniz. Burada ucuz qiymətə velosiped götürməklə, həm vaxtınıza həm də hər yeri görməyinizə səbəb olarsınız. Hər gün saat 9-un yarısından 10-un yarısına qədər Medal abidəsinin qarşısında möhtəşəm fontan şou olur, mütləq izləməyiniz məsləhətdir. İkinci gün məni heyran edən "Дендрарий" parka getdim, parka giriş 250 rubl idi, amma parkın daxilində kiçik bir zoopark da var. Bir sözlə çox zövq aldım.

38600214_849210535277538_595947126299557888_n

Üçüncü günümü Roza Xutor hesr etdim, dağlar qoynunda yerləşən bu qəsəbə məni heyran etdi, Adler və yaxud Soçi stansiyasından hardasa 90 dəqiqəlik yoldur, çox rahat kondisonerli, lastocka, gedi.-gəliş 700 rubl. Parka giriş pulsuzdur, amma kanata minib ən hündür zirvəyə çıxa bilərsiniz. Kanatın qiyməti 1500 rubl idi. Bahalı məkanlarla zəngin olsa da bir az axtarsaz nisbətən ucuz market tapa bilərsiniz.

38637450_849209818610943_8370045190001393664_n

Dördüncü günümü Sky Park adlanan yere həsr etdim, Soçi stansiyasının qabağından üstündə skypark yazılan avtobuslar gedir əgər taxi ilə getsəz 1000 rubldan çox edəcək. Park həyəcan dolu atraksionlarla zəngindir. Parka giriş 700 rubl., amma atraksionlar 1000 rubldan yuxarıdır. Orda ən məşhur jumping var, 100 metri 5000 rubl, 500 metr 15 000 rubl. Bir sözlə əsl adrenalin həvəskarlarının məkanıdır. Beşinci günümü Delfinariuma getdim, şəhərin mərkəzindən avtobuslar 22 rubla aparır. Məkana giriş 600 rubl təşkil edir, delfinlərlə 5 deq üzmək 2000 rubl, yarım saat 5000 rubl. Akvariumlarda Rusalkaların olmağı daha çox marağa səbəb olur (təbii bunlar balıq paltarı geymiş qızlardır). Sonrakı günlərimi yalnız dəniz kənarında keçirdim, Qara dənizin şəffaf suyunda üzməkdən insan doymurdu. Bir sözlə istirahət üçün gözəl məkandır. Ümid edirəm, kimsə faydalanar, səhvlərim oldusa üzrlü hesab edin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Naila Mammadova

DİGƏR BLOQLAR

Drakulanın iziylə - Transilvaniya turu, I gün - Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.CLUJ-NAPOCACluj-Napocadakı otellər və hostellərin siyahısıCluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.Cluj-Napocadakı görməli yerlər:Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.Güzgü küçəsi (Strada in oglinda) - Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir :DMuzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.Franciscan Kilsəsi - Muzey meydanında yerləşir, qotik tərzdə tikilib[caption id="attachment_317" align="aligncenter" width="550"] Corvinusun doğulduğu ev[/caption]Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.[caption id="attachment_318" align="aligncenter" width="550"] Milli teatr və Rumın Milli opera evi[/caption]Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

860 dəfə oxunub

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.Bakı-Tiflis(12 azn)Tiflis - Kutaisi(10lari-7 azn)Kutaisi-Wroclaw (Wizzair 9 eur)Wroclaw-Warsaw (Flixbus 3 eur)Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)Warsaw-Budapest (Wizzair 9 eur)Budapest-Bakı (Wizzair 29 eur)Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eurVarşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..Vroclav - Balaca heykəllər şəhəriQədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu‎ 

1078 dəfə oxunub

Şəhər bələdçisi - Malta

Həmişə ada həyatı mənə maraqlı olub. Bu ayın əvvəlində Maltaya gedə bilməyim üçün fürsət yarandı və mən də düşünmədən bu fürsətdən yararlanmağa qərar verdim. Üstəlik beynəlxalq bir proqram idi və bir neçə ölkədən qruplar olacaqdı deyə maraqlı bir “səkkiz günlük” olacaqdı. Öncə viza üçün müraciət etdik, təbii ki, İtaliya səfirliyinə.Dəvətnaməmiz olduğu üçün viza barəsində problemimiz olmadı. Uçuşumuzu da həll edib, yollandıq Maltaya. Onsuz da böyük olmayan bu ada, kifayət qədər yüksəklikdə təyyarədən baxanda demək olar ki, tamamilə görünür. Hava limanına enər-enməz, dənizin qoxusu insanın burnuna vurur. Bizim ilk məntəqəmiz Qawra şəhəri idi və hava limanından birbaşa avtobus gedirdi. Dayanacaqları tam dəqiq vaxt ilə işləsə də avtobuslar elə də sıx qrafiklə işləmir. Eyni nömrəli avtobusların intervalı bəzən bir saatdan artıq olur, amma yaxşı bir tərəfi də var ki, demək olar bütün ada boyunca yaşayış yerlərində pulsuz wifi şəbəkəsi tapa bilərsiniz. Bu da başınızı qatmaq üçün gözəl üsuldur. Avtobuslar üçün gediş haqqı 2 avrodur. Amma biletlər vaxtla verilir. Yəni bir gediş üçün 2 Avro verib bilet aldınızsa, 2 saat ərzində neçə dəfə avtobus dəyişsəniz də, ilk aldığınız bileti göstərməyiniz kifayətdir. Mən özüm bir biletdən 3 fərqli avtobusda yararlana bildim.Onu da qeyd edim ki, bura ayaq basan andan Maltanın uzun zaman Britaniyanın müstəmləkəsi olmasını hiss etməmək mümkün deyil, iki rəsmi dilindən biri İngilis dili olan bu balaca ölkənin əhalisinin 90 faizi ingiliscə sərbəst danışır, elektrik “razetkaları” Britaniyadakı kimi üç dişlidir, hərəkət istiqaməti yolun sol tərəfindəndir, əgər yolunuz buraya düşsə və niyyətiniz kirayə avtomobil götürüb, gəzmək olacaqsa bunu nəzərə alın.Əhalisi az olduğundan və eləcə də kiçik ərazi olduğu üçün, o qədər də mürəkkəb bir ölkə xəritəsi yoxdur. Ona görə də mobil app-larla istədiyiniz yeri rahatlıqla tapıb, gedə bilərsiniz. Hava limanından otelə qədər 40 dəqiqəlik bir yolumuz var idi. Otelə yerləşəndən sonra axşam saatları olsa da, çıxıb “yüngülvari kəşfiyyat” eləmək istədik.Əgər bir gün bu adaya getsəniz, unutmayın ki, dükanlar axşam saat 22:00-da bağlanır və Avropadır deyə burda belə şey olmaz demədən maqazinlərdən alacağınız bir çox şeyi sövdələşib, qiymətini endirə bilərsiniz. Qiymətlərə gəlincə, bahalıdır təbii ki, amma içki və ayaqüstü fast-food xaric. Yerli çaxırlar və pivələr 2-5 Avro arasında dəyişir, dadlıdır, sınayın mütləq. Amma tütün və digər gündəlik tələbat malları bahadır. Gedəsi olsanız, xüsusilə siqaret çəkənlər, mütləq özünüzlə bərabər ehtiyacınız qədər siqaret götürün.Şəhər restoranlarında da qiymət bahadır, əsasən dəniz yeməkləri daha çox təklif olunur, öz milli yeməkləri bir az İtaliya mətbəxinə bənzəyir. Mən dəniz yeməklərini elə də çox sevmədiyim üçün başqa yeməklərə üstünlük verirdim, doğrusunu desəm öz yeməklərimiz üçün darıxdım. Amma Maltada sevdiyim şeylərdən biri də o oldu ki, dəniz kənarlarında, çimərliklərdə şişirdilmiş qiymət yoxdur. Yəni bizdən fərqli olaraq, adanın hər yerində qiymət baha da olsa, demək olar ki, eynidir. Qawra kiçik şəhərdir, hündür binaları yoxdur. Kiçik olsa da, gözəl və “lakonik” şəhərdir, o mənada ki, bir şəhər üçün ehtiyacınız olan hər şey var burada, yəni bu şəhərdə bezmək çətindir. Təmiz çimərlikləri, sakit insanları, dünyanın hər tərəfindən gələn əcnəbiləri ilə maraqlı bir şəhərdir.İkinci səyahətimizi Maltanın paytaxtı, qədim Valletta şəhərinə etdik. Özünəməxsus arxitekturası, sarı daşlarla tikilmiş baxımlı binaları, hər küçəsindən tarix qoxan bu şəhərə ayaq basdığınız andan aşiq olacaqsınız. Şəhər başdan ayağa öz tarixini və kimliyini qoruyur-addımbaşı tarixi şəxsiyyətlərin heykəlləri, muzeylər, abidələr və sıx-sıx kilsələrlə qarşılaşdıq. Sahil boyunca uzanan Valletta digər şəhər olan Qawraya nəzərən daha böyükdür və bir az da paytaxt abu-havası səbəbi ilə istər-istəməz moderndir və daha çox gəzməli-görməli yerləri var. Barraka Gardens tarixi parkı Valletta şəhərinin ən yüksək qismində yerləşir, bir zamanlar şövalyelərin təlim mərkəzi kimi inşa olunan bu tikilinin altında toplar adanı müdafiyə etmək və önəmli qonaqları qarşılayarkən istifadə olunub və bu gun də önəmli günlər zamanı toplardan atəş açılır. Təsadüfdən biz orda olan zaman 7 iyun tarixi Malta üçün 1919-cu il dirçəliş günü idi və topdan atəş açılmasının canlı şahidi olduq. Ümumiyyətlə bu gözəl şəhər üçün bir neçə saat kifayət etmir, ən azı bir gün ayırmamaq insafsızlıq olar. Həm alış-veriş üçün, həm tarixə səyahət üçün Valletta gözəl seçimdir.Malta özü bir neçə xırda və böyük adalardan ibarətdir. Bu adaların hər birinə getməyə zamanınız olmasa da Gozoya mütləq baş çəkin. Adalar arasında körpüyə rast gəlmədim. Adadan adaya avtomobillər və insanlar ferry-gəmi bərə vasitəsilə keçid edirlər. Ferrylər komfortludur, içində bir neçə restoran və yolboyu başınızı qatacaq yerlər və vasitələr var. Gəmi ilə yol boyu Aralıq dənizinin gözəlliyini, adaları seyr edə bilərsiniz və onsuz da çox qısa olan bu dəniz yolçuluğu sizi qətiyyən yormaz.Nəhayət Gozoya çatdıq. Səyahət etmədən öncə Gozo haqqında minimal təsəvvürə malik idim. Amma canlı görəndən sonra hiss etdim ki, Gozo yazılanlardan daha gözəldir. Həm şəhər olaraq, həm də təbiət olaraq. Maltada ümumiyyətlə dağ və çay yoxdur, təpələr və dayaz vadilərə rast gələ bilərsiniz ki, bu təpələr də ən çox Gozo adasındadır. Gördüyüm ən gözəl çimərliklər və qumsallara Gozoda rastladım. Yolunuz Maltaya düşərsə Gozoya getmədən ölkəni tərk etməyin. Gozo şəhəri paytaxt Vallettaya nisbətən bir az daha tarixə kökənlidir. Şəhər mərkəzində və mərkəzə yaxın yerlərdə yeni binalara nadir hallarda rastlana bilərsiniz, dar küçələri, daş döşəmələri ilə mənə bir az İçəri Şəhəri xatırlatdı. Gozo şəhərində bir neçə kilsə var. Amma “The Catedral of the Assumption of the Blessed Virgin Mary” adlanan kilsənin gözəlliyi və böyüklüyü ən azı bu uzunluqda adı yadda saxlayacaq qədər unudulmazdır. XVII əsrdə inşa olunan bu Roma Katolik kilsəsi yüksək bir təpədə yerləşir. Kilsədən baxanda bütün kənar qəsəbələr, adalar sahillər görünür. Kilsənin ərazisi çox böyükdür və tikili olaraq da böyük bir qəsri xatırladır. Kilsə ərazisində addımladıqca sanki addım-addım tarixin, illərin, əsrlərin içinə yaxınlaşırsan.Ümumilikdə Malta səyahəti yaddaqalan və gözəl keçdi. Mənim fikrimcə iki cür gəzəyən var. Birinci növ ancaq şəhər, muzey, mədəniyyət və tarix sevir. İkinci növ gəzəyənlər isə təbiət, iqlim, fauna və flora sevir. Malta isə bu iki növ gəzəyənin hər birini sevir ???? . Ölkə haqqında sizə maraqlı olan suallarınız varsa, buyura bilərsiniz. Oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm sizi yormadım. )))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl   

802 dəfə oxunub

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:https://youtu.be/vw1OyluR_WkXoş seyirlər ????Həmişə səfərlərdə!Hörmətlə,#yoladami#Bled #Ljubljana #SloveniaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Mayıl Mammadli

947 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!