1386 dəfə oxunub

Hind okeanının incisi - Şri-Lanka

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər vaxtınız xeyir, Gəzəyənlər!
Srilanka, Kandy-dən yazim sizlərə. Biz Kandy-yə Negombodan ( airporta daha yaxındır) avtobus ilə gəldik. (Cəmi 1$, rahat gəldi 3 saat yarıma, çoxlu turistlər də var idi bizimlə bir yerdə).

53236111_2017163611732951_7544090586337247232_o

Negomboda yalnız bir gecə qaldıq, the worst experience in Sri Lanka deyə bilərəm Negombaya, amma gəlin gözəl xatirələrdən danışaq ona göre Kandy. Kandy-yə plansız, bələdçisiz, heç bir hazırlıq görmədən (yalnız bookingdə xoşumuza bir otel gəlmişdi, qərara gəldik ki, yerindəcə gedib yoxlayaq) gəldik. Elə avtobusdan düşər- düşməz artıq tuk-tuk sürücüləri turistləri çağırırlar, bizi bir tuk tuk sürücüsü otelə apardı elə yolda başa saldı ki, bizə city tour edə bilər cəmi 2500 lkr bu da eliyir hardasa 14$. Razılaşdıq sabah səhər gəlib oteldən bizi götürməyə. Elə həmin gün bir neçə yerə Kandy lake və ya City Point View- a otelimizə yaxın olduğu üçün baş çəkmək qərarına gəldik, mindiyimiz hər tuk-tuk sürücüsü city tour təklif edirdi. Demek olar hamisi eyni qiymət təklif edir (2500-3000 lkr) Əgər Kandy-də 2-3 gün qalmağı düşünürsünüzsə elə bir tuk-tuk sürücüsü ilə danışın hər dəfə onunla əlaqə saxlayın o eləcə sizi ucuz lazım olan yerlərə aparacaq hələ sizi də gözləyəcək.
Kandy-də must see yerlər:
-Kandy Royal Botanic Gardens Peradeniya ( yer üzündəki cənnət, çox fərqli bitkilər hər növ, əsrarəngiz təbiət və şirin meymunları görmək istəyirsinizsə mütləq mütləq mütləq baş çəkin) 2-3 saat gəzməyə bəs etmir, giriş xaricilərə 1500 lkr 8,5$
-Pinnawala Elephant Orphanage - filləri görüb, onlarla oynayıb, onları yedizdirib, cimizdirmək istəyirsinizsə bura mütləq baş çəkin, Elephant riding də var ( mən onu dəstəkləmədiyim üçün bundan yan keçməyi məsləhət görürəm, yalnız şəkil çəkdirmək üçün olar) fərqli paketlər təklif edirlər, biz 4000 lkr götürdük adam başına 23$ hardasa 45 dəq, üstəlik 2 paket banan da verdilər.

52901658_2017168228399156_6418852950566764544_o

-Tea factory and tea Plantation (Kandy-dən uzaq olduğu üçün bunu ikinci günə saxlamağı məsləhət görürəm, məşhur branded Ceylon çaylarının necə əkilib becərildiyini və hazırladığını görmək mümkündür) Nuwareliya yolunda yerləşir, əgər Nuwaeliyaya da gedəcəksinizsə yolda elə baş çəkib baxmağı məsləhət görürəm.
-Buddha temples (Big Buddha, Tooth Relic Temple) buddizm mədəniyyətini və monkları görmək istəyirsinizsə bura baş çəkin) big Buddha giriş 1,5$, Tooth Relic giriş 8,5$
-Spice&Herbal garden Ayurveda Kandy- ayurvedic yağların və dərmanların satışı ilə məşğuldur, yerli camaatın dediyinə görə local marketdə olan qiymətdən 2-3 qat daha baha satılır. Giriş pulsuzdur, çoooox gözəl məhsullar satılır amma.

-City Point View,Kandy lake bunlar isə Kandy-nin təbiətinə heyran olmaq üçün gedə biləcəyiniz yerlərdir. Giriş pulsuzdur.

Qeyd: dolları yerli pula dəyişməyiniz mütləqdir ki, dollarla çox uduzarsınız. Hər deyilən qiymətə razı olmayın həmişə qiyməti aşağı salmağa çalışın, çünki turistləri görüb daha çox qiymət deyirlər. Milli mətbəxləri acılı olur, düzü mən acılı sevirəm yalnız, Srilanka mətbəxini heç sevmədim. İnsanları gülərüzdür, yalnızca turistlərə yem kimi baxırlar, bacardıqları qədəri ilə almağa çalışırlar, mən məsələn Hindistanda belə bir şey görmədim. Burda çox təəccübləndim, düzü heç xoş bir şey deyil. Hər xırda köməyə dilənçi kimi pul istəyirlər ( məsələn yolu göstərməyə, hər hansı bir sualı soruşanda və s)
Overall, must see ölkələrdən biridir, qiymətlər daxildə çox ucuzdur, göz oxşayan təbiəti, fərqli fauna və florası var, fərqli dinlər (buddhist, müsəlman, xristian) və dinlərə uyğun fərqli mədəniyyətləri var.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Turana Aydin

DİGƏR BLOQLAR

Vyetnam səfəri

Vyetnam səfərim haqqında hesabat postVyetnam son 3 ildə gedib görmək istədiyim istiqamət idi. Doğrudur, bunu Laos və Kamboca qarışıq etmək istəsəm də, Vyetnam səfəri üfüqdə göründükdə təyyarə biletləri baha olduğundan bu üçlüyü həyata keçirə bilmədim. O da beynimin məhsuludur deyə başa düşürəm, çünki hər zaman bir səfərə 2-3 ölkə gəzməyin əleyhinə olmuşamNə düşünüb demişəmsə, onu da yaşadım. Bu, ayrı. Gələk VyetnamaSəfər @melaytravel -in logistik tərəfdaşlığı ilə həyata keçdi. Onlara hədsiz minnətdaram, çünki əks halda səfərin gerçəkləşməsi çətin görünərdi. Səfərin geri qalan hissəsi üzərimə düşdü ki, onun da təşkilatını Hasan Mammadova həvalə etdim. Tur səfərlərinin əleyhinəyəm, amma Həsən uzun zaman Vyetnamda yaşayan və ölkəni dərindən tanıyan biri olduğundan onun müəllif turunun tərkib hissəsi olmağı düşünmədən qəbul etdim və bu gün belə başa düşürəm bu, çox doğru qərar oldu. Həsənə bütün trip adına dərin təşəkkürümü bildirirəm, ələlxüsus o ölkə daxili ucqar kəndlər adına - bunu heç bir tur şirkət etməzdi. Vyetnamda hər şey var - dağ da, səhra da, çay da, kanyon da, körfəz də, gözəl təmiz turistik şəhərlər də, geniş dənizsahili də, çimərliklər də. Belə də ölkə olar?!Üstünə gəlin geniş inkişaf etməkdə olan turizm xidmətini, gülərüz insanları, rahat kartla ödəmələri, ucuz laundry xidmətləri (ilk dəfədir səfərdən sonra qalaq qalaq paltar yumadım), təmiz kafeləri,tarixi yerləri və s.-ni.Vyetnama @qatarairways ilə uçdum Bakı-Doha-Hanoy, Hoşimin-Doha-Bakı üzrə səfərlər həyata keçdi. Qatar airways -lə uçmaq üçün çox darıxmışdım və Melay travel sayəsində online check-inlər sayəsində uçuşlarım əlavə rahat keçdi.Vyetnam viza tələb edir bizdən, lakin bu viza online şəklində bir neçə gün ərzində alınır. Viza işlərimizi də Həsən həll etdi, sağ olsun. Həsən dekabr və yanvarda Vyetnam və Tayland üzrə qarışıq tur elan edib hazırda. Əgər fikrinizdə varsa, heç tərəddüd etmədən qoşulun gedin. Zəmanət verirəmVyetnam milli valyutası dongdur və 100 dollar 2500000 dong təşkil etdi. Səfər üçün 70% pulunuzu kartla rahat götürün, 30% dollarla olsun ki, orada taksi üçün xırda pul lazım ola bilər. Sual olsa buyurunTurun məbləğindən savayı ölkədə 20 gün ərzində 600 dollara yaxın pul xərclədim ki, bura qidalanma, Hoşimində apartamentdə qalma, əlavə götürdüyüm Mekong turu (90dollar), taksilər və alış-veriş daxil idi.#vietnam— Vietnam'da.Paylaşan: Irada Gadirova

207 dəfə oxunub

Sri-lanka seyahetim

Axsaminiz xeyirli olsun.yenice bitirdiyim Sri-lanka seyahetim barede paylasmaq istiyirem.Ilk gunum Colombo ve Anuradhapurani gezmekle kecdi.2ci gun Wilpattu milli parkina safari(yari gunluk safari seher 5den 11 12 arasi bitirdik. safari edeceksizse ne Yala nede Wilpattu-da edin.en yaxsisi Minneriya yada Udawalewe parklaridi.leopard gorne sansiniz 5 10% olar ya olmaz.yene Minneriya/Udawalawede fil bufalo kimi heyvanlar gormek daha zovqlu olar.cunki maral ceyran kimi heyvanlari demek olar her yerde gore bilersiz)Hemin gun Dambulla Cave-de ziyaret etdikden sonra geceni Sigiriyada qaldim3cu gunum seher saat 5de hosteldeki yoldaslarla Lion Rock-a qalxmaqla basladi.Lion Rock-u bitirib 200 300 lkr odeyib avtobusla yollandim Polonnaruwa-ya.dayanacaq duz muzeyin yaxinligindadi.Ancident city-ni bitirib Kandy-e yol aldim.geceni Kandy-de qaldim4cu gunum hemiseki qaydada saat 5de acildi Kandy-deki mebedleri gezib bitirib "meshur" qatarla Ellaya yola dusdum.bu qatar niye bu qeder populyardi anlamiram.o yolu avtobusla yari vaxta gelmek olardi.demek olar bir gunumu o qatar yedi geceni Ellada kecirdim.qatar qeyd edilen vaxtdan en azi 1saat gec catdi5ci gun Ella-daki 9 arch bridge ziyaret etdim(leysanda ) Ella-ni bitirib yol aldim Matara-ya Nilwala cayinda safari.safari bitdikden sonra cimerliye yollanib hind okeanin sularinda uzdum.gunu bitirib getdim Mirissa-ya6ci gun Mirissa-da seheri Balina/Delfin turuna getdim yene siddetli yagisda balina gormesekde cox sayda delfin izlemek cox heyecan verici idi.turu bitirib cimerliye gedim gunun qalanin cimerlikde kecirib.esyalarimi topluyub son dayanacagim olan Galleye gedib bir nece saati orada kecirdikden sonra havalimanina dogru hereket basladi.10cu olkem olan Sri-lanka ister tebieti ister tarixi/dini abideleri istersede yerli insanlari ile seyahet etdiyim en beyendiyim olke olduPaylaşan Isi M-ov

231 dəfə oxunub

İsveçrənin ən kosmopolit şəhəri - Zürix

Zürixdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bir gün metroda SNCFin (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən... erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.Zürich müşahidələrimMoney, money, moneyİsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.DilDörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.Dəqiqlikİsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.TransportƏn yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )QidalanmaZürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.AlışverişEtməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)Küçələrə su səpmişəmPlanımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir ;)Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər... Nağıllar.Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

3685 dəfə oxunub

Yunanıstanın Santorini Adasına olan Səfərim

Salam, dostlar! Sizə 5 gecə / 6 günlük, dünyanın ən gözəl adalarından biri olan Yunanıstanın Santorini adasına olan səfərimdən danışmaq istəyirəm. Ola bilsin, kiminəsə faydalı olar. Necə getmək olar?Ən sərfəli marşrutlardan biri Bakı – Budapeşt – Santorini istiqamətində WizzAir hava yollarıdır. QiymətlərSantorinidə qiymətlər digər Yunan adalarına nisbətən baha olsa da, Avropa ölkələri ilə müqayisədə münasibdir. Görməli yerlərƏn məşhur məkanlar Fira və Oiadır. Amma adanı başdan-başa gəzməklə çoxlu gizli gözəlliklər kəşf etmək mümkündür.Fira və Oia-nı gəzdikdən sonra ATV, motosiklet və ya avtomobil kirayə edərək adanın hər tərəfini rahatlıqla dolaşa bilərsiniz. Bu vasitə ilə Qara çimərlik (Perissa), Qırmızı çimərlik, Prophet Elias məbədi və başqa fərqli çimərliklərə getmək çox asandır. Nəqliyyatİctimai nəqliyyat saatda bir dəfə işləyir, bilet qiymətləri məsafədən asılı olaraq 2–2.5 avro arasındadır. Bütün əsas marşrutlar Firadan başlayır. Kirayə qiymətləri:ATV (2 nəfərlik) – gündəlik 30–60 avroMoped – gündəlik 20–30 avro (sürücülük vəsiqəsi tələb olunur) Otel və qalmaqƏhali çox istiqanlıdır və ingilis dilini yaxşı bilir. Otellər münasib qiymətə, çox vaxt hovuz və müxtəlif fəaliyyətlərlə (bilyard, oyunlar, kino) təchiz olunub.Perissa tərəfdə 25–50 avro aralığında yaxşı şəraitli otel və villalar tapmaq olar. Fira və Oia tərəfi bir qədər bahadır, amma yenə də münasib qiymətə qalmaq mümkündür. Gedib yerində danışmaqla yaxşı endirim almaq olar. Çimərliklər və əyləncəMykonos kimi gecə həyatı olmasa da, Santorinidə də xoş atmosferli klublar var. Girişlər 15 avrodan başlayır.Qara çimərlikdə ayaqyalın gəzməyin — qum çox istidir . Çimərliklər ümumiyyətlə pulsuzdur, amma restoranlarda yemək yesəniz, oturacaqlar da pulsuz olur. Digər fəaliyyətlərVulkan turlarıYaxın adalara ferry boat ilə səfərlərDadlı mətbəx — türk mətbəxinə çox bənzəyir, hətta dönəri türklərdən daha yaxşı hazırlayırlar deyə bilərəm Ümumiyyətlə, Santorini həm passiv istirahət, həm də aktiv səyahət üçün ideal yerdir. Səyahətə dəyər!Paylaşan: Zahid Memmedov

174 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!