1810 dəfə oxunub

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər 

Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:
Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.
Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat 
Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.
1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.
Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.

Bakı-Tiflis(12 azn)
Tiflis - Kutaisi(10lari-7 azn)
Kutaisi-Wroclaw (Wizzair 9 eur)
Wroclaw-Warsaw (Flixbus 3 eur)
Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)
Warsaw-Budapest (Wizzair 9 eur)
Budapest-Bakı (Wizzair 29 eur)

Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eur

Varşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.
Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..

30708960_1941488252541522_7517091966648057856_o

Vroclav - Balaca heykəllər şəhəri
Qədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..

30729354_1941483192542028_547380817232396288_o

Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah 

krakow-1140x684

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rəvan İlhamoğlu

 

DİGƏR BLOQLAR

Malyorka adası - İspaniya

Malyorka adasındakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Salam Gəzəyənlər, ənənəyə qoşularaq İspaniyanin "gem" sayılacaq Mallorca adasına səyahət haqqında fikirlərimi bölüşmək istədim. Adaya kifayət qədər müxtəlif ölkələrdən uçuşlar var, bu il üçün maksimum sentyabrın ortalarına qədər getməyi məsləhət görürəm, sonra havalar soyuyur adada.- ✈️ Tətilimiz 1 həftə oldu, əminliklə deyə bilərəm ki, 3 həftə lazımdır ki, adanın kifayət qədər dadını çıxarasınız. 1 həftəyə total 1000 euro xərcləndi hər şey daxil.-???? Ən vacib məsələ, maşın kiralamaqdır. Ada böyükdür, public transport yalnız adanın mərkəzi şəhəri sayılan Palma'da var. Maşınla bir ucundan digər ucuna ən az 2-3 saatlıq yoldur. Rent a car şirkətləri çoxdur. Ancaq tax adı ilə çoxusu baha başa gəlir. Biz "RecordGo" şirkətindən heç bir problemsiz, full siğorta ilə götürdük. 7 gecesi - 370 euro (2019 Mercedes A class). Hər növ seçim var, əgər bizim kimi son ana saxlamasanız -???? Ada böyük olduğu üçün, tətili 2 hissəyə böldük, 1ci hissəsində məşhur "beach"-lər olan tərəfdə hotel tutduq. İkinci hissəsində isə Palma şəhərində. Hər ikisinin də keyfini ayrıca çıxartmağı məsləhət görərdim, çünki məşhur çimərliklər adanın şərq tərəfindədir əsasən, Palma şəhəri isə qərbində yerləşir nisbətən.-????️ Mütləq gedilməsi gərəkən beach'lər : Cala D'or, Cala Agulla, Cala Llamp, Santanyi, Cala Figuera, Portals Vells... Ada olduğu üçün dörd bir yanı çimərlikdir buranın. Saydıqlarım ən çox tərcih edilənlərdir, yenə də bilməkdə fayda var ki ən az 30 çimərlik var görünənə görə. Bu çimərliklərin çoxuna da yalnız maşınla gedib çıxa bilərsiniz. Ona görə, mütləq maşın kiralamağı gözə alın.- Turistlərin çoxu almanlar və ingilislərdir.- ????Qiymətlər isə gözlədiyimiz qədər baha deyildi. Yeməklər demək olar ki 10-12 euro civarında idi. Otelləri 1-2 ay əvvəlcədən bron etsəniz daha ucuza başa gələr. Biz getməzdən 2 həftə əvvəl qərar verdiyimiz üçün 1000 euro xərc çıxmışı, bunu təbii ki 800-ə qədər salmaq olardı daha tez hərəkətə keçərək.-????Gələk əsas məsələyə, Palma şəhərinin yanında olan Magaluf adında bir ərazi mi desəm, küçələr mi desəm bilə bilmədim. Sadəcə google'da Magaluf yazaraq necə bir atmosferasının olduğunu görə bilərsiniz. Party, nightlife sevən genclər, biz səhv etdik 2 gün gedə bildik Magalufa, sizə məsləhət ən az 3-5 gün ziyarət edin o müqəddəs məkanı, ruhunuza restart verəcəyindən əmin olun. Axşam 10-dan sonra Magalufdakı bütün küçələr gənclər tərəfindən dolur və enerji partlayışı olur, qısacası dəlixana. Bu tendensiya səhər radələrinə qədər davam edir - Daha ətraflı suallarınız varsa rəy bölməsinə yazın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aydin Ahmadli

1500 dəfə oxunub

Kutaisi bələdçisi: Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı

Kutayisidəki bütün otel və hostelləri sizin üçün bu linkə topladırSalam. Bu yazımı Gürcüstanda Kutaisi şəhərinin ətrafında yerləşən çox maraqlı turistik yerlər (Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı və s.) barəsində yazacam. Və əsas məqsədim təcrübəsi az olan, həvəsi olub da səyahət etməyəmaddi baxımdan imkanı çatmayan, “Biləcəridən kənara çıxmamışam” deyənlər, turlarsız, sərbəst gəzmək istəyənlər üçün təcrübə yığmaq istəyənlərə az da olsa kömək etməkdir. Əgər qrup olacaqsınızsa çalışın heçolmasa bir nəfər rus dilini bilən, bir nəfər də xəritə ilə işləyə bilən biri olsun. Əlavə yemək hazırlayan biri də olsa əla olar) Dediklərimi nəzərə alsanız, 100-200 manat arası xərcə gedib gəzib gələ bilərsiniz.İlk öncə bəzi tədbirləri görməyi unutmayın.1) Mobil nömrə mütləqdir. Misalçün 5 lariyə Geocell nömrəsi alırsınız (balansda 100 mb və 100 sm olur), balansı ödəmə terminallarında artıb (plastik kartla ode.az saytı ilə də olar) *135# yığmaqla müvafiq olaraq 3 lari – 500mb, 5 lari-1.2gb, 7 lari-2gb, 10 lari-4gb və s. Götürə bilərsiniz.2) Getmədən Maps.me və Google map proqramlarını yükləyib Gürcüstanın xəritəsini offline işlətmək üçün yükləyin və aşağıda verəcəyim koordinatlarla məkanları qeyd edin. Daha sonra internetiniz olmasa da GPS lə harda olduğunuzu müəyyən edə bilərsiniz (hələlik Bakının xəritəsini yükləyib məşq edə bilərsiz).3) Mütləq özünüzlə powerbank götürün.4) Booking.com saytında yer rezerv etməyi öyrənin. Bilmirsinizsə maps.me və booking haqqında da material hazırlayaram.5) Yola çıxdıqda çantanıza biraz yemək və su qoyun, həddən artıq pal paltar yığmayın. Özünüzlə çəkələk (şəpit nə bilim, nə deyirsizsə artıq) götürüb qatara, avtobusa mindikdə geyinin.6) Hostel, Otel, Qonaq evi bron edərkən qiymətə aldanıb reytinqsiz və ya reytinqi aşağı olan yerlər bron etməyin.7) Bron etdiyiniz yerin nömrəsinə mütləq əvvəldən zəng edib ünvanı dəqiqləşdirin hətta ora hansı marşurut getdiyini də soruşa bilərsiniz.Gələk yola. Bildiyiniz kimi Bakı-Tiflis avtobusları 12 manata avtovağzaldan axşam 9 dan sonra yola düşürlər və səhər saatlarında Tiflisin Ortaçala adlanan mərkəzi avtovağzalına çatırlar. Amma mən məslət görərdim siz avtovağzaldan Qırmızı Körpüyə qədər bilet alasınız (təxminən 10 manata). Əgər boş avtobus tapmasanız avtovağzalın 3 cü mərtəbəsindən Mercedes Sprinterlər yola düşür. Ən rahat yol isə qatarla getməkdir (PL – 23 manat). Qatar axşam saat 10 da yola düşür, təxminən səhər 11 in yarsına Tiflisə çatır). Online almaq üçün https://goo.gl/BvixsuQırmızı Körpü sərhəd məntəqəsində biraz pul dəyişin (şəhərlə elə 100 manatda 1-2 lari fərq edir). Gürcüstan tərəfdə Tiflis dəmiryolu vağzalına gedən qazelə minə bilərsiniz (4 lari).Əgər Tiflisdə qalmağı planlaşdırmırsınızsa yolumuza davam edək.Tiflisdən Kutaisiyə və birdəfəlik Martviliyə avtobuslar gedir (Birdəfəlik Martviliyə getməyi məsləhət görmürəm çünki uzun yoldan sonra yol yorğunu olassınız). Dəmiryolu vağzalının arxasında Kutaisiyə mikoavtobuslar yola düşür ( 10 lariyə - təxminən 4 saat). Orda tapa biməsəniz və ya hələ gec çıxdığını düşünürsəniz qarşıdakı avtobus dayanacağından 117 və ya 150 nömrəli marşuruta 0.80 lari verib Didube avtobağzalına (Locationhttps://goo.gl/MGjS2P ) gedə bilərsiniz. Ordan Kutaisiyə bir saatdan bir mikroavtobuslar gedir. Batumiyə gedən mikroavtobusa da minə bilərsiz. Gediş haqqı yenə 10 lari. Orda sim nömrə də ala bilərsiz . Mikroavtobuslar sizi Kutaisi Avtovağzalına aparacaq (Location https://goo.gl/pQ5Wos ) . Məslətim isə qatarla getməyinizdir. Qatar sizi 5 saata aparacaq amma çox rahat gedəcəksiniz və yorğunluğunuz çıxacaq. Qatara bilet 9 laridir. Səhər 9 da dəmiryolu vağzalından yola düşür, 14:30 da Kutaisi I dəmiryolu vağzalına çatır (Location https://goo.gl/ydjs4B ). Online almaq üçün sayt - https://goo.gl/MSwL3A , application - https://goo.gl/LRyHFx . Bilet nömrəsini desəniz bəs edəcək.Kutaisiyə çatdığınız gün Martviliyə və ya Okatseyə getməyi məsləhət görmürəm. Yaxşı olar ki, qalmaq üçün yer bron edib duş alıb, yemək yeyib dincələsiniz. Daha sonra isə şəhəri gəzmək olar. Kutaisi balaca şəhər olsa da çalışın mərkəzə yaxın yerdən yer bron edin. Və mətbəxindən istifadə mümkün olsun. Misalçün biz günü 20 lariyə ayrıca otaqda qaldığımız qonaq evi https://goo.gl/kvCe3Z . Qatar stansiyasından 23 nömrəli marşurutla gələ bilərsiniz. Yaxınlıqda yarmarka və mağaza var. İlk gün Kutaisidə Bagrati Cathedralına gedə bilərsiniz (Logatinon https://goo.gl/dQHfa6 ). Gəncə qapılarının saxlandığı Gelati monastrına (Location https://goo.gl/94L98L ) getmək üçün Meskhishvili teatrının arxasından (Logation https://goo.gl/behspV ) 2 lariyə səhər saat 8 dən axşam 18-00 a qədər mikroavtobus yola düşür. Mütləq gedin. Qapı IV Davidin məzarının yanındadır. Yadda saxlayın ki, Kutaisdə 1 nömrəli mikroavtobus qatar stansiyası və avtovağzala gedir (gediş haqqı 0.50 lari).Marviliyə getmək üçün sizə Kutaisi avtovağzalına getmək lazımdır. Avtovağzalın arxasından 1 saatlıq interval ilə işləyən marşurut sizi 1 saat 20 dəqiqəyə Martviliyə kimi aparacaq (4 lari səhv etmirəmsə).Evdən çıxmazdan qabaq çantanıza su, buterbrod hazırlayıb qoymağı unutmayın. Powebank öz yerində. Əgər kanyona qədər getməsə ordan piyada, avtostop və ya taxi ilə gedə bilərsiniz. Adətən kanyona yaxın gedirlər ( Location https://goo.gl/krWEC6 ). Kanyonda gəzindi 15 lari, lotqa ilə üzmək isə 13 lari təşkil edir. Biraz bahadı amma mənzərəyə görə pul verməyə dəyər. Həvəsiniz olsa kanyondan sonra 8 km şimalda Salkinoda Dadiani knyazlarının sarayını görməyə gedə bilərsiniz (Location https://goo.gl/f2VfCN). Ancaq ya avtostop ya da taxi yə pul verməli olassınız. Bəxtiniz gətirsə marşurut vaxtına düşə bilərsiniz. Eyni qayda ilə geri qayıda bilərsiniz. Və ya Martvilidə yer bron edib gecələyə bilərsiniz. Martvilidən dərhal sonra Okatse kanyonunu görmək istəsəniz Martvilidən Khoni avtovağzalına gəlib ordan ordan Okatse marşurutunu gözləyə bilərsiniz. Ancaq alternativ olaraq vaxta qənaət etmək üçün Khoniyə getmədən Martvili ilə Okatse yolunun kəsişdiyi yerdə (Location https://goo.gl/QDweS8 ) düşüb, uzu Okatseyə tərəf marşurut, avtostop, və ya çoxsunuzsa birləşib 10-15 lariyə taxi danışa bilərsiniz. İlk deyilən qiymətlə razılaşmayın, biraz alışveriş edin.Okatsedə (Location https://goo.gl/1o1tTD) giriş 15 laridir. Girişdən kanyonun özünə qədər 2.5 km məsafə var. Orda Offroad taxilər sizi aparmaq üçün 40 laridən 20 lariyə kimi təkliflər edəcəklər. Biz taxi ilə yox, piyadalar üçün olan çığır ilə gedib gəldik. Kanyonun özü çox gözəldir, mütləq gedib baş çəkin. Çantanızı 2 lariyə Girişdə saxlama kamerasına verə bilərsiniz, amma mütləq içərisində su olan kiçik çanta götürün özünüzlə. Kanyonun girişindən 6 km şimalda Kinchkha şəlaləsi (Location https://goo.gl/2EPnZH ) var. Hazırda orda körpü təmiri gedir deyə yaxına buraxmırlar. Mən yazını 20.06.2018 də yazıram ola bilsin bir neçə ay sonra təmir bitdi. Əvvəlcədən orda maraqlanın. Əgər getsəniz şəkildəki donuz balasına məndən salam deyərsiz :-) əgər həmin vaxda sağ qalsa. İmkanlı şəxslər biraz şimala gedib paraqildinq uçuşu da edə bilərlər. Geri qayıtmaq üçün tapsanız marşurut, tapmasanız avtostop və ya taxi ilə gələ bilərsiniz. Biz avtostopla Khoniyə, ordan 2 lariyə marşurutla Kutaisiyə gəldik.Vaxt məhdudiyyətinə və mənim yol yoldaşımın təmbəlliyinə görə :-D biz Prometheus mağarasına (https://goo.gl/edfu3o ) gedə bilmədik. Amma sizə kömək edəcək məlumatları deyim. Giriş 20 laridir. Kutaisi avtovağzalından 1-2 lariyə Çxaltubaya (Location https://goo.gl/bzmJyu) ordan isə 1.5 lariyə mağara gedə bilərsiniz. Mağaraya avtobus gün ərzində yalnız 3-4 dəfə getməlidir səhv etmirəmsə. Mütləq əvvəldən vaxdı dəqiqləşdirin. Yeri gəlmişkən Çxaltubada “bütün xəstəlikləri sağaldan su” adlanan radon suyu var. əsasən onurğa, sinir, qan-damar xəstəliklərinə xeyir edir. Hətta Iosif Stalinin tez tez gəlib burada müalicə olunduğu, özünün ayrıca otağı olduğu deyilir. İsdəsəniz maraqlanarsınız.Kutaisiyə qayıtdıqdan sonra isə avtovağzaldan Tiflisə mikroavtobusla qayıda bilərsiniz. Amma mən yenə də sizə qatara bilet alıb qatarla qayıtmağıı məsləhət görürəm. Həm arada o qədər vaxt fərqi yoxdur, Həm qatarda adam az olur və özünüzə ayrıca kabinet götürə bilərsiz. Əvvəldən deyim ki, sonra qulaqlarım cingildəməsin :-D hava isti olsa kabinet də isti olacaq. Amma o tərəflər biraz dağlıqdı. Bizim halda sərin keçdi. Kutaisdən qatar 12:15 də Kutaisi I dəmiryolu vağzalından yola düşür. Və saat 17:15 də Tiflis dəmiryolu vağzalna çatır. Vağzaldan çıxan kimi təxmini 50 metr sol tərəfdə qırmızı körpüyə yola düşən qazel olur. Sadəcə o vaxda qalmağı biraz şans məsələsi. Ona görə qatardan düşdükdən sonra başınız vağzaldakı LC Waikiki və Terranova mağazasına qarışmasın :-). Əgər orda marşurut tapa bilməsəz ya taxi ilə Qırmızı Körpüyə gəlin, ya da pulunuz az çıxsın istiyirsizsə Rustaviyə kimi marşurutla gəlib, Rustavidən taxi ilə sərhəddə gəlin. Sərhəddən keçdikdən sonra heç narahat olmayın istəməsəniz belə bizim sürücülər sizi minimum 10-12 manata Bakıya gətirib çıxaracaq)) Əgər əlavə pulunuz varsa qatarla da gələ bilərsinizş Qatar tiflisdən elə həmin dəmiryolu vağzalından axşam 20:30 da yola düşür, səhər 9 da Bakıdadır. Amma bileti gərək mimimum 2-3 gün əvvəldən alasız. Qiymət isə PL 23- 25 manat arası olacaq. Kutaisi - Tiflis qatarından fərqli olaraq bu bileti kassadan almaq lazımdır. Elə Kutaisi vağzalından da Tiflis-Bakı qatarına bilet ala bilərsiniz. Getməzdən əvvəl 1331 nömrəsinə zəng edib yerin olub olmadığını soruşun.Bu qədər... Burda az büdcə ilə səyahət etmək istəyən üçün məlumatlar vermişəm. Kimsə daha çox avtostop və ya daha çox taxi istifadə etmək istəyərsə bu artıq individual birşeydi. Hərf səhvi filan etmişəmsə çox da şey eləmiyin ))) İş vaxtı 2 saatdır bitib, ancaq mən bunu bitirmədən getmək istəmədim. Qarşıda Bakıdan-Sumqayıta 1 saatlıq tıxaclı yol məni gözləyir :-)Ümid edirəm səbri çatıb bura qədər oxuyan oldu və yazdıqlarım azda olsa sizə kömək olacaq. Çalışın bacardıqca səyahət edin. Çünki insan yaş artdıqca yox yeni kəşvlər etdilcə, yeni bilgilər topladıqca inkişaf edir, böyüyür. Əgər səyahətin hansısa hissəsində planınız pozulsa kefinizi pozub təəssüflənməyin, pozitiv düşününün, mütləq bir çıxış yolu, alternativ axtarıb tapassınız, həta belə səyahətiniz daha maraqlı və yaddaqalan olacaq :-)Yenə də nə sualınız olsa çalışacam bacardıqca cavablayım. UĞURLAREdit. Həftənin birinci günləri Martvili, Okatse kanyonları və Prometheus mağarası fəaliyyət göstərmir. İş vaxtı isə səhər 9 dan axşam 18:00 a qədər (mağara 10:00 da açılır səhv etmirəmsə).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Azer Hasanov

1226 dəfə oxunub

İrlandiya - Dublin bələdçisi

Dublindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Belfasta gəlib (daha ətfaflı bu linkdən oxuya bilərsiniz) gəlib İrlandiyaya getməmək Bakıya gəlib Tarqovıya getməmək kimi bir şey olardı. İrlandiya Respublikası Avropa Birliyinə daxildir, pul vahidi də avrodur, ancaq Şengen ərazisi sayılmır. Yəni B.Britaniya və Şengen vizaları burda işə yaramır.Ancaq nəzərə almaq lazımdır ki, İrlandiya viza rüsumu 213 manat və üstəgəl VFS GLOBAL xidmət haqqı 64 manat, 139 azn daşınma haqqı, surətin çıxarılması, foto xidməti, kuryer xidməti, sms xidməti, tərcümə xidməti təxminən 32 manat və s. Bütün bunların cəmi 450 manata qədər gedib çıxır.Bu vəziyyət isə məni alternativ yollar axtarmağa məcbur etdi və alındı. Xeyli araşdırma aparandan sonra baxdım ki, Belfastdan Dublinə avtobus ilə vizasız qaçaq yolla (qanunsuz) gedib gəlmək olur. Mən də bu yolu seçdim. Dublin həm də Ryanair-in mərkəzi olduğuna görə mənim üçün özəl yeri var.Belfastın mərkəzindən Dublin Coach adlı dayanacaqdan birbaşa Dublinin mərkəzinə 7-8 pounda (funt-sterlinq sözü mənə çatmır) çox rahat avtobuslar gedir. Yol 168 km-dir, təxminən 2 saat çəkir. Sərhəd yoxdur, yolda heç bir yoxlama məntəqəsi, post, polis yoxdur. Ancaq Dorgedaya (Dorgheda) çatana yaxın sürücü pəncərədən uzanaraq kartı aparata taxır və yol yenə də dayanmadan davam edir. Elə bil Qazaxdan Tovuza avtobusla gedirsiniz.Yolun gözəlliyi isə adamı darıxmağa qoymur. İrland dənizi bəzən görünür sonra itir.. alçaq, yamyaşıl təpəciklər... Meşələrin ortasında qalan tarlalarda ağ-qara irland sortu inək naxırları... Yolboyu kəndləri görəndə adam az qalır düşsün kəndə biraz gəzsin. Bu şəkildə gəlib çıxdıq Dublinə.Dublin, Belfast və Derridən fərqli olaraq turistlərin (xüsusilə də çinlilər) istilasına məruz qalıb. Dublində həm də bütün İrlandiyada irland dilini bilən əhalinin 3 faizə qədəridir. Nəzərə alsaq ki, ölkənin əhalisi 4.700.000-dir, deməli cəmi 100.000-dən biraz çox adam irland dilini bilir. Hamı ingiliscə danışır. İrlandiyanın ən yadda qalan tərəfi gülərüzlü, xoşbəxt, yardımsevər insanlar oldu. Eynilə Şimali İrlandiya kimi burada da insanlar olduqca pozitivdir. İkisi arasında fərq birinin avro o birinin pound ilə işləməsidir.Şəhər Liffey çayının hər iki tərəfində qurulub. Deyilənə görə şəhəri Vikinglər tikiblər. Şəhərdə gəzməli-görməli yerlər olduqca çoxdur.Başlayaq St.Patricks Cathedral-dan. Patrik, İrlandiyaya xristianlığı gətirən adamdır. Hətta onun adına festivallar da keçirilir. Burada həm də Qulliverin səyahəti romanının yazarı Conatan Sviftin məzarı da var.Şəhərin əsas maraqlı, əyləncəli hissəsi Temple Bar ərazisidir. Hər tərəfdən canlı irland musiqisi (Traditional Irish music) səsləri gəlir. Burada mütləq Fish and Chips yemək lazımdır. Qiyməti təxminən 5-10 avro arasıdır. Temple Bar-da ayıq adam tapmaq demək olar ki, mümkün deyil. Hamının əlində qara rəngli pivə (Guinnes) və su yerinə içirlər. Küçədə gecə-gündüz adam əlindən tərpənmək olmur.Hədiyyə almaq üçün ən yaxşı yer şəhərin hər yerində olan Carrolls dükanlarıdır. Burada paltar, suvenir, maqnet, şokalad və,s çox şey tapa bilərsiniz, həm də normal qiymətə. Yox əgər əməlli-başlı alışveriş etmək istəyirsinizsə Grafton Street-ə baş çəkməlisiniz. Küçənin sonunda isə çox gözəl bir park (Phoenix Park) var.Phoenix Park, Dublinin təbiətlə iç-içə olduğu yeridir, həm də avropanın ən böyük parkıdır. Park 1662-ci ildə salınıb, ərazisi 707 hektardır. Parkda həm də çox gözəl zoopark (əslində zooparkdan çox kiçik milli park demək daha doğrudur) da var.Dublin qalası (Dublin Castle) XIII əsrdə şəhərin ən yüksək yerində tikilib, mərkəzdə Dame Street-də yerləşir. Buradan şəhərə gözəl mənzərə açılır.Dublin haqqında deyiləsi çox şey var, ancaq hələlik onu deyə bilərəm ki, bura gələn adam buradan geriyə baxa-baxa ayrılır. Sonda onu da deyim ki, Dublindən 8 avroya avtobusla Derriyə (Böyük Britaniya) getdim, yenə də heç bir yoxlama olmadı.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Elshan Ismayilov

2406 dəfə oxunub

Amerika səyahəti

We will make America great again ????Demək iyulda Çində səfərdə olarkən bir e-mail gəldi ki, bəs təbrik edirik müraciət etdiyiniz SABIT programına qəbul olmusunuz və 17-31 Avqust sizi Amerikada gözləyirik. Dedim heç yeridi sən canı?! Onsuzda 2 həftədi Çindəyəm işlər tökülüb qalıb. Təzədən qayıdan kimi yenə sənəd, viza, çanta hazırla dur get Amerikaya. Özü də 2 həftəlik. Təbii ki, çox ciddi şəkildə etiraz etdim, yuxarılara yazdım xeyri olmadı, da əlacsız gedəsi oldum. ????Bu günə kimi ən sürətli vizanı Amerika səfirliyindən aldım. Sənədlərimi verib səfirlikdən çıxandan, vizanın hazır olub Aramexə göndərilməsi haqqında e-mail almağım arasında heç 20 saat keçməmişdi. SABIT dövlət proqramı olduğu üçün səfirlik tərəfindən çox yaxşı münasibət göstərirlər. Səfirlikdə mənə növbə çatanda cəmi 5 dəq çəkmədi söhbətimiz, o 5 dəq çoxunu da səfirlik işçisi SABITi tərifləyib məni təbrik etməklə keçdi. Hələ belə viza alma prosesi görməmişdim.Sağ olsun təşkilatçılar mümkün ola biləcək ən uzun və ən baha bilet alıb göndərdilər. Gediş İstanbul-Frankfurt-Washington DC, qayıdış Chicago-London-İstanbul. Qiymət $3260. Dövlət proqramı olduğu üçün Amerkanlar xeyirləri özlərinə verdi və American Airlines ilə biletləri aldı.Birinci Washington DC-də nazirlik və şirkətlərlə görüşlərə başladıq. Washington çox yaşıl və rahat şəhərdi, Whitestote DC-ni (Ağdaş) xatırlatdı mənə. Özümü evdə hiss edirdim. ????Bir az havası fərqlidir, nəmişliyi çoxdur. Bir də yolları bərbaddır. Xırdalan yoluna oxşayır.4 gün Washingtonda qalandan sonra Omahaya getdik. İstifadə etdiyimiz Southwest low cost hava yoludur, uçan avtobusdur elə bil. Heç kimin yeri yoxdur, kim tez minsə birinci o oturur ????‍♂️ avtobusdan fərqi odur ki, ayaq ustə getmirsən və havada gedir. Ryanair və Wizzair bunun yanında şükürlüdü.Omaha köhnə kinolardakı Amerikanı xatırlatdı mənə. Balaca və çox sakit şəhərdi. Amerikanın ən yaxşı steaki burallarda olur güya. Omahada kimi danışdırsan steaklərindən danışırdı. Nəysə tırkaya gedib yoxladıq, o qədər də tərifli bir şey deyildi, amma yoxlamağa dəyərdi. Burda da k/t şirkətləri ilə görüşüb yenə “uçan avtobusla” getdik Springfieldə.Springfield Abraham Lincolnun vətəni və Illionis ştatının paytaxtıdır. Gedib Lincoln müəllimin yaşadığı evi gəzdik.Springfildi də fəth etdikdən sonra normal yerlə gedən avtobusla 3 saata Chicagoya getdik. Chicago çox möhtəşəm şəhərdi, tam xəyal etdiyim Amerikanı görə bildim orda. Filimlərdəki Amerika idi Chicagoda gördüklərim. Binalar, yollar, insanlar. Bəlkə NY və Californiada da eyni hissi keçirdərdim. Amma, gördüyüm Washington DC, Omaha, St. Louis, Springfield, Decatur şəhərlərindən çox Chicagonu sevdim. Düzdür, çox vaxtım olmadı orda, amma ən əsas yerlərinə getməyə çalışdım.Beləliklə beynəlxalq traininglər sayəsində fəth etdiyim növbəti ölkə Amerika oldu. Bundan əvvəl Tayvan, Almaniya və İsraildə təlimlərdə iştirak etmişəm. Təhsil və biznes xarakterli səyahətlər daha maraqlı olur. Siz də yoxlayın ????Qalanını şəkillər anlatsın ????SABIT proqramı barədə məlumat burdan ala bilərsiz: https://www.trade.gov/sabit/Əlavə sualınız olsa buyurun ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər….Paylaşdı: Ramil Azmammadov

1263 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!