1271 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Roma

Romadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

"#Italiya haqqında çox şey yazılıb amma mən də deyim". Belə başa düşürəm ki, bu cümləni mütləq hər İtaliya postuna əlavə etmək lazımdı deyə mən də geri qalmıyım dedim ???? Fikirləşirəm ki, hamı hər şeyi gözəl bilir #Roma haqqında. Qısa olaraq istifadəetdiyimiz #tips ləri qeyd edim bəlkə kiməsə lazım olar ????

İnformasiya dəstəyi üçün italy4.me ve blogoitaliano.com saytları ????????
Aeroportdan transfer ru.rome4.us - Sergio ???? super sistem qurublar, rus dilində danışırlar, necə lazımdı qarşılıyırlar + daha ucuza - 50€ - 7 nəfərə qədər minivan gəlmişdi dalımızca.

Qaldığımız yer - Relais Baroque - Duz piazza del Popolonin yanında, şəhərin istənilən yerinə gəzə-gəzə getmək şansı. Plus ev yiyəsi super idi. Çalışanlar arasında ukrainka bir də türk var idi sağ olsunlar necə lazımdı qarşıladılar ve kömək elədilər. Ucuz qiymətə, təmiz və gülərüz personalı olan yer axtarırsızsa вам сюда.

Yemək ???? - bizə ən çətin olan məsələ bu idi. Heç kim tam məsləhət verə bilmədi yer və bir neçə oturduğumuz restoran da orta səviyyədə idi. Taaa kiii Trastevereyə gedənə qədər ❤️ mərkəzi meydandan girən kimi sol tərəfdə Caramella deyə bir cafe var ???? yeni hələ belə dadlı pizza mən yeməmişdim. Və elə Trasteveredə də yenə canlı musiqi olan kafelər var ki, axşam orda da əylənmək olur. Bir sözlə #mustsee yerlər sırasına Trastevere əlavə olunmalıdı.

43736650_2418125678229965_2064449822655512576_n

Bir də əvvəlcədən oxuduğum forumlardakı bəzi #tips ləri də yazım:
#Vatican - a gedib də Müqəddəs Pyotr Kilsəsinin купол qalxmamaq olmaz. Və bütün gününüzü sırada dayanmamaq üçün səhər 7:45 də orda olmağınız məsləhətdi. Cəmisi 5 dəqiqə sırada dayanırsız amma ora çıxan ilk ziyarətçilərdən biri olursuz. Roma da bir çox şey məni wow eləməyə vadar etdi amma ordan açılan mənzərə #nocomment #onelove ❤️ 500 dən çox pilləkən qalxmaqdan və dar yerlərdən qorxmursuzsa mütləq mütləq mütləq gedin.

Plus Vatican Muzeylərini gəzmək üçün sırada dayanmadan əvvəlcədən bilet almağı məsləhət gördülər mənə və nə yaxşı ki, qulaq asdım. O ki millət 100-500 metrəlik sırada durub amma sən əlində biletinle zor-zor keçirsən yanlarında və sırada dayanmadan səni içəri buraxırlar eee. Bu başqa hissdi)
https://italy4.me/…/vati…/kupit-bilety-v-muzei-vatikana.html burda necə bileti almaq olar deyə məqalə var.

43952807_2418126208229912_3556482196694892544_n

Bir də Trevi fontanı və Spanish Steps hamı bilir möhtəşəm bir yerlərdi amma özünüzə bir balaca eziyyət verin və səhər 7-de Romanı gəzməyə çıxın. Turistlərlə dolu olan yerləri insanlarsız görmək çox super hissdi. Yəni şəhərin ruhunu ancaq onda hiss edə bilərsən məncə ????

43731201_2418125538229979_3713424789931556864_n

4 gün Roma üçün çox az oldu amma neyniyək davam eləməliyik gəzməyi)
Daha 4 gün #Florence gəzirik burda maraqlı nəsə tapsaq mütləq paylaşaram ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Suriya Alizade

DİGƏR BLOQLAR

"Bir üst dərəcə" - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya. 1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər. Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi. 2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi. 3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır. Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) : 1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim. 2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün. 3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir. 4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur. 5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız. 6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada. Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Mammadalizada

1912 dəfə oxunub

Uqandada həyat

UQANDADA GÖRDÜKLƏRİMDƏN, ÇƏKDİKLƏRİMDƏN...Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir.Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). "Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?" Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az.Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində.Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər.Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa - Uqandanı mütləq bəyənəcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1054 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

1886 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!