1875 dəfə oxunub

İspaniya - Malyorka adası

Tərtəmiz ağ və sarı qumlu sahillər, yandırıcı günəş və mavi dəniz. Bu möhtəşəm üçlük yayın bu istilərində çoxunun ağlından çıxmır ki, çıxmır. Bunun üstünə limitsiz içki, dünyaca məşhur djlərin konserti, köpük party-lər daxil olub.

Qiyməti də cibimizə uyğun olsa lap əntiqə olar elə deyilmi? İşdə oturmaqdan dərinizin rəngi bulud kimi ağarıbsa, Afrikalılara həsrətlə baxırsızsa və sürətlə zaqar almaq istəyirsinizsə yaxın oturun))

 
65965872_460867598033050_5699623276276350976_o
 
-Bütün bunları eyni anda yaşaya biləcəyiniz yerlərdən biri Mallorca adasının Magaluf sahilləridir.
Mallorca adasına necə getmək olar bunu səhər paylaşdığım postda yazmışdım.* Deməli aeroportdan çıxdıqdan sonra tam qarşıda A11 nömrəli avtobuslara yaxınlaşırsız və cəmi 5 avro ödəyib avtobusla 40 dəqiqəyə Magalufa gedə bilərsiz. (Palmada qalmaq məsləhət deyil, arada gəlib, gəzib, qayıtsaz yetərlidir).
 
Mən Magalufa gedəndə elə ilk sürprizi aeroportda yaşadım. Avtobusu gözləyərkən birdən bizim dilimizdə sözləri eşidib döndükdə 3 ailənin yaxınladığını gördüm. Beləliklə avtobusda olanların 60-70 faizini özümüz təşkil etdik və getdik Magaluf şəhərinə))). İlk dəfə avtobusdan düşdükdə Magalufun deyib gülən ingilis və alman gəncliyi sizi qarşılayacaq. Xüsusən ingilislər elə bil bütün günü içib qışqırmaq üçün adaya gəliblər. Otellər may ayının sonlarında çox sərfəli qiymətə idi. İyun-avqust arası bahalaşırlar, amma airbnb ilə idarə etmək olar və ya Magalufla qonşuluqda yerləşən Palmanova otellərində qalıb piyada Magalufa gəlmək olar.
 
65188187_460867834699693_7791341455452143616_o
 
-Mən tam mərkəzdə 4 ulduz otelə 2 nəfərlik otaq günlük 45 avro ödədim amma indi pik sezon olduğu üçün bahadır, ucuza airbnb və 2 ulduzlu otellərdə pik sezonda qalmaq olar.
- Magalufda yerləşən “BCM planet dance”-da məhşurlarla tez-tez qarşılaşa bilərsiz. Yay boyunca Martin Garrix, Skrillex, Calvin Harris, Afrojack (24 iyunda konserti var), The Chainsmokers, Alex Gaudino, DJ Sammy-nin konsertləri olur. Məsələnn Afrojacin 24 iyundakı konsertinə giriş 48 avrodur. Bu pula gecə boyunca limitsiz spirtli və spirtsiz içki və hədiyyə t-shirt daxildir. Məhşur dj olmayanda 35 avro.
- Magalufda “BH hotel adults only” otelinin ərazisində dünyada ilk olan 18+ (səhv başa düşməyin, aşağı yaşlılar istifadə edə bilməz yəni) su parkı, gözəl sahilləri vardır. Həmçinin BH hotel sahillərində həftədə iki dəfə sahil kənarında məhşur djlərin iştirakı ilə konsertləri keçirilir və köpük partylər olur. Dj Tiesto tez-tez buraya gəlir. Bu partylərə ayrıca bilet alıb qatılmaq olar. Otelin özündə 3 nəfərlik böyük suite otaqın günü 300 manatdır təxmini. Qrup halında gedənlər üçün otel+su parkı+partylər qiymətə daxil olduğu üçün sərfəli ola bilər. (Nəzərə alın ki, həftəsonu 3 nəfər cəmi 2-3 saatlıq Bakıda Dalğa beachə tək girişi 150 manatdır) Bir də otellərdə taxılan qolbaqlardan hər yerdə satılır. Otaq böyük olduğu üçün 3 nəfər yerinə 5 nəfərdə qalmaq olar))
-Şəhərdə həyat hava qaralmağa başladıqdan sonra başlayır və səhər işıqlarına kimi hamı küçələrdə olur, buna görə bahalı otel axtarmayın
-Aeroportda 10-15 avroya maşın kirayə götürmək olur amma nəzərə alın tıxacları çox olur.
-Restoranlarda yemək və içki qiymətləri Bakıdan ucuzdur.
-Ümumiyyətlə Mallorca adası, Palma, Magaluf və bir çox digər şəhərlər ilə çox fərqli və ekzotikdir. Mallorca adasının gəzməli yerləri haqqında gələcəkdə ətraflı post paylaşaram.
 
65653784_460867684699708_5423181515905302528_o
 

*Mallorca-7 gün, Barselona-2 gün.

-17.07.2019-Kutaisi-Barselona –vızzzair(16:20-19:20)-53 avro-104 manat
-17.07.2019-Barcelona-Palma De Mallorca-Ryanair (22:10-23:05)-23 avro-44 manat
-24.07.2019-Palma De Mallorca-Barcelona-Ryanair (14:25-15:20)-11 avro-20 manat
-26.07.2019-Barcelona-Kutaisi-Wizzair-(19:55-02:45)-144 euro-278 manat
-Toplam-231 avro-446 manat
 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Nepal bələdçisi - Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz. Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.Gəldik məbədlər hissəsinə...Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir...İbadət olunan reyhanKatmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.55 Pəncərəli SarayMəşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisizVəəə... sizə danışım məşhur Baktapur Yoqurtundan... Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu... Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə Uzun oldu deyə üzrlü sayın Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

1503 dəfə oxunub

Ikinci Dünya Müharibəsi Görmüş Berlin

Berlin, Germany - ikinci dünya müharibəsi görmüş, avropada işıqforun ilk dəfə istifadə olunduğu, avropanın ən hündür teleqülləsinin, dünyanın ən böyük açıq hava muzeyinin və ən uzun birbaşa velosiped yolu şəbəkəsinin mövcud olduğu şəhər. Əgər hava limanından bilet alırsınızsa ABC kateqoriyası, amma şəhər daxilində bilet alırsınızsa AB kateqoriyasını seçmək kifayət edir. Aldığınız biletləri kiçik avtomatlarda check - in etməyi unutmayın ki, cərimə təhlükəsi yaşamayasınız. Brandenburg Hava Limanından - şəhər mərkəzinə ictimai nəqliyyatla getmək üçün müxtəlif seçimlər mövcuddur. Mən qatarla "Hauptbahnhof" stansiyasına qədər gedib ordan piyada davam etdim. Şəhərin əsas simvolları həmin stansiyadan təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Qayıdarkən isə şəhərin istənilən nöqtəsində metro stansiyası olduğu üçün metro ilə "Rudow" stansiyasına qədər gəlib ordan X7 nömrəli avtobusla hava limanına çata bilərsiniz. Əgər Reichstag daxilində gəzmək istəyirsinizsə bir gün öncədən parlamentin rəsmi saytında online qeydiyyatdan keçmək lazımdır. Binaya giriş pulsuzdur. İçəridə gəzinti üçün 3 növ kateqoriya var, mən sadəcə günbəz turunu seçdim amma istəsəniz və sessiya vaxtları üst - üstə düşərsə hətta parlamentin iclasında dinləyici kimi iştirak edə bilərsiniz. Əsas gəzməli turistik nöqtələr: 1. Reichstag 2. Brandenburg Gate 3. The Holocaust Memorial 4. Checkpoint Charlie 5. Topographie des Terrors 6. East Side Gallery 7. Berliner Dom 8. Museum İsland - burada çoxlu muzey var, amma ən məşhuru Pergammon muzeyidir. 9. Alexanderplatz 10. Berliner Fernsehturm 11. Tiergarten parkı 12. Kreuzberg.Ən populyar küçə ləzzəti isə currywurst hesab olunur.Paylaşan:Vasif Valizada

128 dəfə oxunub

Tanrıların adası - Bali

Bali, Ubuddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Dünyanın ən gözəl yerlərindən biri olan Bali adası İndonezyanın 16min adasından biridir. Hər nə qədər ölkəmizdən uzaqda yerləşsə də adanı bir dəfə gördükdən sonra növbəti dəfə getməyə insan can atır. Bakı-Doha-Bali(Denpasar) reysi ilə adaya təxminən 13-14 saatda çatmaq mümkdündür. (Bakıdan Dohaya 3 saat, təxminən 1-2 saat aeroportda gözləmə və Dohadan Baliyə 8 saat). Ən böyük üstünlüyü Azərbaycan vətəndaşları üçün viza yoxdur və rahatca adaya getmək mümkündür. Bali ekvatorda yerləşdiyindən ilin bütün fəsillərində 30 dərəcədən çox isti olur. Bəzi aylarda musson yağışları olur amma bu heç kimin gözünü qorxutmasın, çünki yağışlar adətən gecə saatlarında yağmaqla səhər yağışdan əsər-əlamət qalmır. Mən dekabr ayında ora getməmişdən əvvəl internetdə dekabr ayının ən şiddətli musson yağışları dövrü olduğunu oxuyub düzü narahat olsam da orada qaldığım 15 gün ərzində 1 dəfə gündüz saatlarında yağış yağdığını gördüm. Yəni istənilən fəsildə rahatca gedilə biləcək bir yerdir. Təyyarədə gedərkən yanımda oturan İngiltərə vətəndaşı 16 ildir ilin 1 ayının Baliyə gəldiyini, hər dəfəsində eyni həyəcan və zövqü aldığını deyib ağızdolusu buranı təriflədikdə düzü adaya tez çatmağa dahada can atırdım. Balidə istifadə edilən pul vahidi indoneziya rupisidir. (IDR 100$-1 350 000). Deməli aeroportda qapıdan içəri girdiyimiz andan etibarən Balidən ayrılarana qədər insanlar bizimlə ancaq gülər üzlə rəftar edirdilər. 15 gün ərzində mən burada narahat vəziyyətdə olan insan üzü demək olar görmədim)). Gedəcəklər üçün Balidə Bluebird firmasına məxsus taksiləri və ya Uberdən istifadə etməyinizi məsləhət görürəm. Taksiyə oturduğunuz andan taksimetri açmasını deyin yoxsa 2-3 qat baha başa gəlir. Bluebird taksilərini istənilən yerdə rahatca tapmaq mümkündür. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Adaya gedən şəxslərə 15 gündən az getməməyi məsləhət görürəm. Yolun uzaqlığı və gəziləcək yerlərin çoxluğunu nəzərə alaraq 1 həftə getmək mənasızdır. Hə maddi cəhətə gəldikdə Bali dünyanın ən ucuz yerlərindən biridir. İctimai nəqliyyat olmadığı üçün burada baha olan tək taksilərdir. Qalan bütün hər şey- yemək, əyləncə, masaj, gəzinti və s. minimum büdcə ilə etmək mümkündür. Nəqliyyat problemini həll etmək üçün scooter kirayəyə götürmək olar. Günü 5-10 dollara başa gəlir. Benzin ucuzdur. Bizim sürücülük vəsiqələri orada tanınmır. Ama skooter sürən o qədər çoxdur ki, heç yoxlayan da yoxdur. Yada ən gözəli otostop edin. İnsanlar heç bir problem olmadan maşınla sizi istədiyiniz yerlərə aparır. Deməli adada Nusa Dua ancaq otellerin və imkanlı təbəqələrin yaşadığı ərazi sayılır. (Otellər kifayət qədər ucuzdur. 4 ulduzlu okean kənarında yerləşən oteldə 2 nəfərlik otağı günlük 50 manata tutmaq mümkündür). Kuta və Seminyakı Balinin mərkəzi hesab etmək olar. Tonlarda oteller var və rahatca 1-2 gün qabaqcadan ucuz 3-4 ulduzlu otel tapmaq mümkündür. Ubud bölgəsi isə Balinin dağlıq və meşəlik hissəsində yerləşir. Meymun meşəsi, Düyü terrasları, kofe plantasiyaları, vulkanik dağlar və göllər və sayısız şəlalələr. Adanın Ubud adlanan hissəsində okean olmasada təbiətdə axtara biləcəyiniz hər şeyi burada tapa bilərsiniz. Həmçinin Ubud bölgəsində günlük 25-50 dollar aralığında pul ödəyərək 2-3 otaqlı, şəxsi hovuzu olan villalar kirayəyə götürə bilərsiniz. Ada başdan ayağa turist qaynayır. Əsasən avstraliya, çin, koreya, rusiyadan olan turistlər çoxluq təşkil edir. Adada hər addımda masaj salonları var. Mənim fikrimcə dünyada ən ucuz və keyfiyyətli masaj Balidədir. Müqaisə etsək Antalyada hər hansı oteldə 1 saatlıq masaj minimum 50 dollardan başlayır. Lakin Balidə 50000-100000 İDR (təxminən 10 manat) ödəyib 1 saat masaj etdirmək mümkündür. Ən məsləhətlisi adada 5 gün Nusa Dua, 7-8 gün Kuta və Seminyak, 2-3 gün isə Ubud hissəsində qalmaqdır.Hə birdə BAlinin təxminən 1 saatlığında yerləşən Gili-Air island isə başqa hekaydir. Adada yalnızca scooter, velosiped və faytonla gəzmək mümkündür. Avtomobil yoxdur. Oteller çox ucuzdur. Kuta bölgəsindən 20 manat verərək katerlə həmin adaya gedə bilərsiniz. Bali Discount adlı facebukda da yerləşən firma vasitəsilə bütün adanı günlük 50 manat ödəməklə gəzə bilərsiniz. Özləri rus, inqilis dili bilən sürücü və avtomobil göndərirlər. 1 gün dayanmadan bütün adanı gəzdirir və izah edir. Həmçinin adanın Kuta bölməsində dünyanın ən böyük 2-ci, Asiyanın isə ən böyük aquaparkı yerləşir. Aquparka giriş qiyməti 35 manatdır və içəridə sonsuz adrenalin yaşamaq mümkündür)). Sonda deyim ki, bir gün şans olarsa buraya mütləq gedin, bu adaya çatdıqdan sonra heç pul olmadan belə 1 ay keçirmək olar. Couchsurfing vasitəsilə muxtəlif evlərdə qalmaq, helpex vasitəsilə isə işləyib pul qazanmaq mümkündür. Otellərin bir çoxu gündə 1 2 saatlıq işləməyin qarşılığında pulsuz otaq və yeməklə təmin edirlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rəşid Bayramov

1664 dəfə oxunub

Ukrayna, paytaxt şəhər - Kiyev bələdçisi

Salam, hörmətli gəzəyənlərBugün Ukraynaya olan səfərimiz haqqında yazacam. Qısa və daha aydın. İlk dəfə Ukraynaya gedənlərin nəzərinə! Çoxları bu haqda yazmadıqlarına görə mən yazacam.Ukraynanın paytaxtı Kiyev – ən maraqlı şəhərlərdən biri və ölkənin mədəni və mənəvi paytaxtı hesab edilir. Təpəli ərazisi sayəsində şəhər çox gözəldir və şəhəri gəzmək üçün ən azı 2 gün vaxtınızı ayırmalı olacaqsınız.Hava limanı Hava limanı Borispol Kiyevdən 30-35 km aralıdır.Valyuta Özünüzlə götürəcəyiniz valyuta USD və ya Euro. Kurs 100$=2650 qriven. Hava limanında təqribən 7 yaxın valyuta dəyişmə məntəqəsi var. İlk gördüyünüz yox, sonrakı valyuta məntəqəsində daha sərfəli kurs tapa bilərsiniz. (100$=2690 qriven) Lakin çalışın pulunuzu mərkəzdə dəyişin. Xreşatik boyunca olan valyuta dəyişmədə dolların kursu daha sərfəli olur.Mobil NömrəArdınca 40-100 qrivenə nömrə ala bilərsiniz. Operatorlar kiyevstar, life, vodafon və s. Mən aldığım life oldu, həm ucuz həm də internet paketləri sərfəlidir. 60 qriven (4 azn -2.28 usd) 10 gündə qurtarmaq bilmədi. Nömrələr marketdə də satılır. Marketdən alarkən pasporta ehtiyac yoxdur.TaksiBurada istifadə edəcəyiniz taksilər. Proqramla Uber və ya Yandex Taxi. 310 zənglə ən sərfəli olanıdır. Gecə taksi sifariş verəndə qiymət aşağı olduğundan taksi gəlməyə bilər. Kiyevdə loru dildə desək, auksiyon kimi edib qiyməti qaldıra və taksi şoferlərinə bəxşiş də verə bilərsiz. Borispol hava limanından 200-300 qrivenə taksilər gedir.(11 $ - 20 azn)Kiyev metrosuGedişat 5 qriven.(32 qəpik - 20 cent) Metro 3 ayrı istiqamətdə olan 52 stansiyadan ibarətdir. Vaxtınıza və pulunuza qənaət etmək üçün gözəl vasitədir. Bu arada gedişat jetonladı.EvlərGündəlik və aylıq evlər cürbəcürdür. Əvvəlcədən evləri axtara bilərsiz, lakin bron etməyiniz məsləhət görülmür. Çünki loru dildə desək "atanşik" çoxdur. Otelləri bookingdə sifariş edə bilərsiz. Mən qaldığım yer Pecerskiy rayonu idi. (750 qriven- 47 azn - 28 usd)İnsanlarFərqlidilər. Nasistləri də var amma bizə (azərbaycanlılara) qarşı xoş münasibətdə olduqlarını gördüm. Əsasən soyuq millət kimi görünsələr də ünsiyyət quranda çox mehriban olurlar.Kiyevin rayonları( bölgələr ).PecerskiyQoloseyevskiyObolonSolomonskiyShevcenkivskiyPodolskiy və s.Şəhər Dnepr çayı ilə iki yerə bölünür : sağ və sol sahil. Sizlərə lazım olan Pecerskiy rayonu olacaq. Bura onların dili ilə desək "centr" sayılır)Marketlər və qidalanmaBir sözlə desək dadlı, keyfiyyətli, həm də sərfəlidir. Xüsusən də süd və ət məhsulları.Şəhərin özüKiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Kiyevdə olanlar şəhərin görməli yerlərinin şəkillərini paylaşa bilərlər. Mən havaların soyuq olması ilə əlaqədar şəhəri gəzə bilmədim... -25 dərəcədə nə gəzmək ????Nəyisə səhv qeyd etdimsə əvvəlcədən üzrlü sayın.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orkhan Os

2614 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!