1655 dəfə oxunub

Şokolad qoxulu - Brüssel

Brusseldəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam Gəzəyənlər,

Bu dəfəki yazımda sizə Belçikanın paytaxtı olan Brüsseldən danışmaq istəyirəm. Bu qrupda da daha öncə soruşulmuş və məni də getmədən düşündürən bir neçə sualı cavablandırım ilk öncə.

1. Brussels Charleroi aeroportundan şəhər mərkəzinə necə getmək olar?
https://www.flibco.com/en#/booking - Flibco şirkətinə məxsus shuttle buslar hər yarım saatdan bir yola düşürlər. Aeroportda kassalardan da bilet əldə edə bilərsiniz və ya elə qeyd etdiyim öz rəsmi saytlarından da ala bilərsiniz. Return biletlərdə Qiymət fərqi sadəcə 3 eur olur.
Onu da qeyd edim ki, Flibco ilə aeroportdan həmçinin Brugge-yə, Luxemburqa və başqa şəhərlərə də shuttle buslar mövcuddur, saytdan yoxlaya bilərsiniz. Brüsseldə isə Brussel-Zuid qatar stansiyasında dayanır, bu qatar stansiyası da şəhər mərkəzindən 3km uzaqlıqdadır.
Şəhərin mərkəzi nöqtəsi “Grand Place” sayılır. Səyahətinizi planlayarkən, başlanğıc nöqtəsi olaraq buranı götürə bilərsiniz.

2. Brüsseldə harda gecələməliyəm?
Mən Brüsseldə 3 gecə qaldım. İlk 2 gecəni şəhərin mərkəzinə yaxın olan “Sleep Well” hostelində qaldım. Sonuncu gün isə uçuşum səhər olduğuna görə Brussel-Zuid qatar stansiyasına yaxın “Brxxl 5 City Centre Hostel” adlı hosteldə gecələdim. Hər ikisinin yerindən, otaqlarının rahatlığından və ən əsası təmizliyindən məmnun qaldım.

3. Brüsseldə haraları gəzib görməliyəm?
https://www.vivastour.com/en - Viva’s Tour Brüsseldə, Bruggedə və digər şəhərlərdə pulsuz turlar təşkil edən həvəskar gənclərdən ibarət bir qurumdur. Saytdan əlavə olaraq şəhərlərdə fəaliyyət göstərdiklərinə nəzər yetirə, orda olacağınız tarixlərdə keçiriləcək turların vaxtını öyrənə və qeydiyyatdan asanlıqla keçə bilərsiniz. Sonda “ürəyinizdən keçirsə” prinsipi ilə sadəcə onlara maddi dəstək olmağınızı xahiş edə bilərlər. Ancaq tur pulsuzdur, heç kim qeydiyyat üçün və ya başqa səbəblə sizdən pul tələb etməyəcək.
Əsas da mənim kimi tək gəzirsinizsə, yeni insanlarla dostlaşmaq və maraqlı vaxt keçirmək üçün yaxşı vasitədir. Tur müddəti 2 saatdır.
Yazımı qısa tutmaq üçün gəzməli görməli yerləri haqqında deyil də, bir neçə maraqlı məqamları bölüşmək istəyirəm.

31543742_1760370577389357_7344785223126614016_o
1. Şəhəri gəzərkən qətiyyən başı aşağı gəzməyin, binaların divarlarında çəkilmiş şəkilləri qaçırarsınız yoxsa. Onlardan biri haqqında məlumat vermək istəyərdim. Şəkillərə nəzər yetirərkən görəcəksiniz ki, birində iki gənc bir birini qucaqlayaraq addımlamaqdadırlar. Bu şəkildə birinci maraqlı məqam bu gənclərin kişi və ya qadın olduqlarını tam əminliklə vurğulamaq çətindir. Rəssam elə çəkib ki, hər kəs görmək istədiyi cinsdə görür hər ikisini. İkinci maraqlı məqam isə şəklin yuxarı küncünə fikir versəniz, görəcəksiniz ki, güzgü effekti ilə gənclər olmadan sadəcə mənzərənin əksi təkrar çəkilmişdir. Və bu şəkildə əks olunan küçə elə hal-hazırda şəklin yerləşdiyi küçədir. Şəkildə göstərilmiş Plattesteen restoranı hələ də orda fəaliyyət göstərməkdədir.

31960884_1760370207389394_2406772795049508864_n
2. Küçə adlarını göstərən iki tip yazıları görəcəksiniz. Arxa fonu göy olan isimlərdə həm Dutch dilində, həm də fransız dilində rəsmi küçə adları əks olunur. Google map bu adlarla işləyir. Ağ fonda qeyd olunan küçə adları isə daha çox yerli xalq tərəfindən istifadə olunur, belə desək, küçələrin ləqəbləridir.

31957970_1760369277389487_8017895710391271424_o
3. Manneken-Pis – Bu balaca oğlancığazın 900dən çox kostyumu var və hər gün o günün anlam və önəminə uyğun olaraq geyindirilir. Mənim səyahətim günü təmizlikçilərin günü idi və şəhərdə qeyd olunurdu.
4. La Caverne aux Cadeaux – şəkildə də əks olunan mağaza gəzdiyim mağazalar arasında ən ucuz hədiyyəlik əşya satılan mağaza idi.

31530368_1760369557389459_5318260485680791552_o
5. Delirium – 2400dən çox pivə növlərinin satıldığı küçə boyunca yerləşən publar silsiləsidir. Əgər siz də bu pivələri dadmadan getmək və eyni zamanda çox da alkol qəbul etmək istəmirsinizsə, mənim də yoxlayıb bəyəndiyim “Floris Strawberry”ni məsləhət görərdim.
6. Çox vaxt tək gəzdiyim və hər dəfəsindən insanları narahat etməmək üçün tripot istifadə edirəm. Çiynimdə tripotla məni görənlər blogger hesab edib öz şəkillərini çəkməyimi xahiş edirdilər. Onlar arasında 7 yaşında balaca qız uşağından tutmuş 60 yaşında yaşlı kişi də var idi  və getmədən soruşduğum suallardan biri də tripotla bağlı idi. Çox rahatlıqla çiynimdə keçirə bildim.

31945907_1760369707389444_4865691462349619200_o
7. Türkiyənin tanınmış üzü Nusretin Saltbea hərəkəti isə Belçikanın yerli camaatı tərəfindən də maraqlı şəkildə təqlid olunur. Bunu isə yerləşdirdiyim videoda görə bilərsiniz.(https://www.facebook.com/yasakhey/videos/pcb.524565087938712/1760369244056157/?type=3&theater&ifg=1 )

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Yasa Khey

DİGƏR BLOQLAR

Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir????. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm ????. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, "Vasmoy" boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım ???? Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km - yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. ????????????‍♀️Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var ????Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin ???? ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə????????‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə ????????‍♀️), digər fəsillərdə isə 1.5euro dur.Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.Maltanı bu qədər böyük və geniş (????) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı ????) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. ????Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri ????????) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:✅ Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.✅ Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim✅ Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var✅ Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var✅ Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)✅ Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.✅ Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.✅ Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi "pişiklər adası" belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Sani

1134 dəfə oxunub

8 Günlük Bali Səfərim

Salam əziz Gəzəyənlər. Qrupda Bali ilə bağlı postlar çox olduğu üçün daha öncə paylaşmaq istəməsəm də sonra düşündüm ki öz perspektivimdən fərqli nələrsə olar deyə sizə faydalı olar və paylaşmaq qərarına gəldim. 8 günlük solo Bali səfərinə Pekində olduğum üçün ordan gedib gəldim. Air Asia ilə Kuala Lumpur aktarmalı 300 dollar gediş dönüş. Vizanı kapıda pasport və 34 dollar ödəməklə aldım. Online internet paketləri ilə ulduzum barışmadığı üçün son bütün səfərlərimdə internet paketli nömrə almağı üstün tuturam. 20 GB üçün 16 dollar da təxminən ona ödədim. Grab taxi çağırıb Kutada qaldığım yerə gəldim çatdım ona da 140 dollar ödədim. Təmiz səliqəli idi otağım. 200 dollarım bitdi. Ölkəyə 400 dollarla giriş etmişdim növbəti günlərdə də 200 dollarla necə lazımdı yedim içdim gəzdim istirahət etdim. Ölkə çox ucuzdu. Masaj 5 dollara 10 dollara. Yemək oturduğum yerdən asılı olaraq 5 dollardan üzü yuxarı. Sonra alternativ taxi proqramı Gojek-i yüklədim. Tək olduğum üçün həm də maşınla saatlarla probkada qalmamaq üçün hər yerə motorkbike taxi ilə gedirdim. İlk günlər həyəcanlansam da sonra gördüm ki uçsalar da professional sürürlər rahat oldum. Həm də maşın taxidən 2 bəzən də 3 qat ucuzdu və tez çatırsan. Kuta, Seminyak, Canggu, Uluwatu, Ubud bölgəkərini gəzdim bu günlərdə. Ən məşhur gözəl dalğasız çimərlik Padang Padangın girişi 1 dollar idi. Çox gözəl idi. Nəsə sualınız olsa soruşa bilərsiniz.Paylaşan: Aydan Vusat Gizi

301 dəfə oxunub

Albaniyaya Səyahət

Albaniyadan salamlarBu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.GjirokasterSarandeKsamilGjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaqSarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.Ksamil-Vila BakaSarande-Enia's apartmentGjirokaster-yadımda deyil Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi. Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.Hamınıza xoş istirahətlərPaylaşan: Aghgul Feyziyeva

329 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!