888 dəfə oxunub

Səyahət əhvalatları - Kosovo sərhədi

Priştinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli dünən Priştinaya gedirdim avtobusla. Kosovo və Serbiya sərhədində xeyli gözlədik. Serbiya tərəf pasportları yığdı yoxladı geri verdi. Gəldik Kosovo sərhədinə. Polis avtobusda hərkəsdən sənədləri alıb mənə çatanda pasportuma diqqətlə baxıb qaşlarını qaldırdı...
Avtobusda gözləyirəm bir də görürəm sürücü deyir ki, gəl səni çağırırlar. Mənə yaınlaşıb qeyri adi emosiyalar ilə sənin vizan yoxdur sərhədi keçə bilməzsən! Mən də İtaliya Şengen vizamı göstərib multiple (çoxtərəfli) olduğunu qeyd elədim, üstəlik Bolqarıstan və Serbiyaya İtaliya vizamla gəldiyimi bildirdim. Mənim pasportumda Almaniya vizamın birinde Shengen Statten yazılmışdı.. Onu mənə göstərir ki, sənin vizan Şengen deyil.. Şengen olsaydı İtaliya qarşısında da Şengen yazılardı..

Emr elədi ki, avtobusdan sumkanı götür düş. Girişinə icazə vermirik!... Məni bölməyə apardılar.. Pasportumu komputerdə yazıb nəsə araşdırırlar.
Avtobus getmişdi... Mənsə sərhəddə gözləyib heç bilmirəm hara gedəcəyəm...

Bir anlıq bunların nə dərəcədə savadsız olduqlarını düşündüm, ardınca isə öz ölkələridir istəməsələr girişimi rədd edə bilərlər... Bəlkə Azərbaycan vətəndaşıyam və ölkəmiz Kosovonun müstəqilliyini qəbul etmir deyə vətəndaşından acıq çıxmaq istəyirlər?! Beynimdə fikirlər fırlanırdı ki, polis mənə dedi ID cart-ını göstər. Permesso di Soggiorno-nu (İtaliyada yaşam izni) göstərdim.. Və qeyd elədim ki Şengen vizasız mənə necə veriblər bəs bu permessonu?!
Heyyyy heç bir qanuna söykənməyən bəhanə gətirdi.. Və bir dənə sənəd hazırladı verdi ki al bunu. "Girişin qadağandır!"
Altda İngilis dilində yazılmışdı.. bu sənəd o kəsə tərtib olunur ki, Kosovo Respublikasının hərhansısa qaydasını pozduğu üçün ölkəyə girişi rədd edilir.

Təəccüblə oxuyub deyirəm ki, bunlar həqiqətənmi bilmirlər İtaliya ŞENGEN ölkəsidir?! ?! ?!

İsrar etməyə davam etdim.. İnanmırsınızsa internet verin Avropa Birliyinin artiklını sizə göstərim İtaliyanın şengen ölkə olması ilə bağlı. Mənə qulaq asmaq nədənsə bunlara sərf etmirdi..

Səyahət səhifələriindən birində Amerika ölkələrindən birində bir Azərbaycanlının sərhəddə 3 günlük həbsə atdıqları yadıma düşdü və düşünürdüm ki, məni aparacaqlar dəmir barmaqlıqlarına indi..
Yox, ola bilməz, qayda qanun var!!!
- İtaliyanın şengen olmasını qəbul etməyən birinin qayda qanundan nə xəbəri?!

Qısası, sonda bir nəfər gəldi.. Görünürdü böyük bir insan idi. Aralarında Albanca nə isə danışırdılar.. Mənsə sadəcə " - İtaliya? Şengen!" sözlərini başa düşdüm! Ardınca Azərbaycan vətəndaşı olduğumu qeyd etdi rəisə.. Və bundan sonra emosiyalar yenidən dəyişdi.. Ardınca vizama baxıb dedi ki, "hmm bura şengen yazılmayıb".. Permessomu buna göstərdim və dedim Alban dostlarımı görməyə gedirəm. 2015 Avropa oyunlarında sizin ölkə ilə işləmişəm falan.. Üzündə təbəssüm yaranıb apardı pasportumu yenidən pasport kontrola. Pasport, permesso əlli dəfə şəklini çəkib, yüz dənə aparatdan keçirəndən sonra mənə verib dediler ki, avtobusun gedib gözlə növbəti avtobusla Priştinaya yola salacağıq səni..
Hazırda Kosovodayam, çox güman ki, Kosovoya gelmiş ilk Azərbaycanlı... Və ümid edirəm ki, ölkədən çıxanda yenidən heç bir problem yaranmayacaq..

Uyğun zamanda Kosovonun Xarici İşlər nazirliyinə "qəşəng" email göndərəcəyəm, bunların tutduqları işlə bağlı.. 

Kosovonun müstəqil ölkə olmasını BMT tanımır deyə ciddi bir şey olduğunu düşünmürdüm.. Amma ki, yeni bir təcrübə qazandım...

Səbrlə oxuduğunuz üçün təşəkkürlər! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Safarov

DİGƏR BLOQLAR

Səyahət əhvalatları -Turin

Turindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli, Gəzəyənlər Harda əndrəbadi iş var məni tapmalıdır axı Deməli getmişik Nitsaya, ordan Monako, Kann, Menton, Milan, Turin, Florensiya bir sözlə, boş vaxt nə qədər desən, avro da hələ qalxmıyıb, "birin birə"dir, kef boydan Gəldik Turinə, dedim acqarına Yuventusun maqazinindən suvenir almağa getsək, yaxamızdan tutub atacaqlar çölə ki, tfu sizə pis fakirlər  Bir şey atışdıraq, sonra gedək  Elə düz otelimiz yerləşən binanın birinci mərtəbəsində bir pizzeriya var ki, gəl görəsən, heç "avtoş dönər"in qabağında o qədər adam olmur Nəisəəə millət əlində pizza yarıoturaq, yarıayaqüstə, ona buna dəyə dəyə pizzasını yeyir, dedim ala yox eee, bomj zad deyilik ki, o boyda yol gəlmişik, Monako kazinosunun behindən də bir az qalığımız qalıb (nuuuu bu zarafatdı başa düşdüz), gəl keçək içəridə qəşəng oturmalı yerlər var, oturaq pizzamızı yeyək  Keçdik içəri ki, akazımıçka bidənə də zal var ki, konkret pizza yemək üçün nəzərdə tutulmuş "şaxmatnı pakrıval" kimi süfrələr, qədimovski adi taxta stollar, amma içəridəki İtalyan abu-havası çooox qəşəngdir, içəri doludu "qan iyinə gələn" turistlərnən Pizzamızı, kolamızı, pivəmizi zakaz elədik, yedik, içdik, yeriniz məlum, əlimi yuxarı qaldırıb bizə qulluq edən gözlərindən od yağan italyan ofisiant qızı çağırdım ki, bəs, ağalar yeyib doyub, rəqqasələr.... yox ee, çaşdım, şot gəlsin Şot gəlib, yediklərimiz də, içdiklərimiz də hər şey menyuda olduğu kimi yazılıb, ni tuda ni syuda, nikakoqo artığa əskiya, no 6 euro okupate yazıblar ki, ay tövbə biz onnan nəinki yeməmişik, heç üzünü də görməmişik  Qızı çağırdım, istədim deyim ki, "sən bilirsən kimə atış gəlirsən?", gördüm yox, bu nəinki Azərbaycan dilini, heç ingilis dilini də düz əməlli bilmir.. İndi mən deyirəm, o deyir, dostum da ki, ümumiyyətlə mənimlə "na urra" gəlib Avropaya, dil-fil qanıb qandırmır, prosto vizası var, vəssalam :)))) Qız deyir gözlə bizim bir administrator var, gəlsin sənə günüvü göstərəcək, dedim çağır gəlsin mən də ona kimi qollarımı çirmələyim  Qara-qura, saçlı-saqqallı, bığıburma bir qaqaş gəldi ki, abi naber?? Dedim ala bragəl  Yekə kişisən, abi biz Azeriyiz, sen Türk, bəs rəvadırmı ki bizə burda "atış geliyorlar" sen de gelmisen ki "okkupate yemisiz, men de gormuşem" :)))) Qardaş qayıdasan ki, abi, ruçnoyu ya da ki xudoy konec tormozu basarmısın lütfen?  Abi bak, millet ayaq üstə yemək yeyir ki, adambaşı 3 avro oturmaq pulu verməsin, amma oturanlar 3 avro verir, buna da italyan eli arasında okkupate deyirlər, tak çto, əlin cibində olsun :))))))Əziz Gəzəyənlər, Avropada xod getməyin, onsuz da pulunuzu alacaqlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Mammadov

956 dəfə oxunub

Səyahət əhvalatları - Nikaraqua

Sürprizlərlə dolu Nikaraqua səfəri...Bu qrupdan Nikaraqua vizası haqqında olan sualıma səs çıxmadığına görə İnternet üzərindən aldığım məlumatlara güvənərək vizasız yollandım Manaqua şəhərinə. Washington-dan Miami, ordan da birbaşa getdim Manaqua-ya. Miami hava alanından Manaqua təyyarəsinə minəndə baxdım ki, məndən başqa hamı İspanca danışır. Ümidim vardı ki, Nikaraqua-da dil problemi yaşamaram. Lakin, 4 gün müddətində iş yerində olan kolleqalar da daxil olmaqla İngilis dilində danışmağa cəhd edən cəmi 3-4 nəfər yerli adama rast gəldim.Manaqua airportunda ölkəmizi tanımadıqları və viza barədə nə tələb olunduğunu bilmədikləri üçün məni təxminən 30 dəqiqə qədər saxladılar. Sonunda bir böyük məmur gəlib, İspanca 4 dəqiqə çıxış etdi (anlamadığımı bilə-bilə) sonunda bir dənə Sorrrri deyib getdi və pasportu möhürləyib mənə qaytardılar. Hələ də bilmirəm ki, Azərbaycan vətəndaşlarına tətbiq olunan vizasız rejimə görə məni ölkəyə buraxdılar yoxsa aktiv US vizasına görə...Paytaxt Manaqua kiçik şəhərdir, tək-tük 1+ mərtəbə tikiliyə rast gəlmək olur. Şəhərin 90%-i tək mərtəbəli evlərdən ibarətdir. Küçələrdə koloşnikov-lu əsgər/polis/uniformalı şəxs sayının çox olması, hər tin başında barrikadalar qurulması heç də hər şeyin yaxşı olmadığı anlamına gəlirdi.. Əlbəttə ki, hava qaralandan sonra şəhərə tək çıxmaq fikri dərhal yox oldu (bunu orda olan digər kolleqalarım da məsləhət görmədi). Tərslikdən saat 6 olan kimi hava qaralırdı. Gün ərzində hava çox isti olur, hər 2-3 saatdan bir yağış yağır, sonra günəş çıxır və yaxşı bürkü olurdu..Şənbə günü boş olduğum üçün yaxınlıqda olan vulkan və digər görüləsi yerlərə getmək fikrinə düşdüm. Taxı sürücüsü Lucio dayı ilə bütün günü Manaqua və ətrafını gəzdik. Birbirimizlə dayının outsourse etdiyi tərcüməçilər vasitəsi ilə danışırdıq. Dara düşən kimi zəng edirdi və mən onlarla danışırdım və mesaji ötürürdülər Lusio dayıya. Oteldə qalan bir kolleqamız və otel meneceri demişdi ki, dayı yaxşı adamdır, etibarlıdır. Özü də ara sıra “no dangerisio” filan deyirdi ki, narahat olmayım. Mən də arxayın oldum və inandım ki, bu tərəflərlə bağli deyilənlər yalan söhbətdir, təhlükəli yer deyil, filan.. Ta ki, Lucio dayı patronla dolu və hazır vəziyyətdə saxladığı Makarov-u göstərənə qədər. Sən demə arxayınlığın kökü bu imiş, dayı maşında tətikdə saxladığı silahla gəzirmiş.Şəhərdə ən yadda qalan xatirə həmin Makarov, Masaya vulkanı, Zoopark və zəlzələdən bərbad hala düşən Katedral oldu..İnanmıram kim isə ora gedər, lakin istəyən olsa Lusio dayının nömrəsini verərəm.WhatsApp-ı da var ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zaur Nurmammadov  

956 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2389 dəfə oxunub

Kabusların, ruhların at oynatdığı otel - Fairmont Banff Springs

Əslən Albertadan olan iş yoldaşım mənə çox maraqlı bir hadisə danışdı, sizlərlə də, bölüşmək istədim. Əvvəlcə onu deyim ki, özüm belə hadisələrə inanan biri deyiləm, sadəcə adam çox inandırıcı danışdı və hadisənin Albertada məhşur olduğunu dedi.Deməli, Albertanın Banff adında kiçik və gözəl bir şəhəri var. Şəhərdə 1888-ci ildə inşa olunmuş Fairmont Banff Springs adındakı otel eyni adlı təbii qoruq ərazisinə yaxın yerləşir. Otelin lənətli olduğu deyilir.. 1920-ci ildə oteldə toy keçirilib. Toy günü, gəlin pilləkənlərdən qaçaraq düşən zaman ayağı gəlinlik paltarına ilişir və bərk yıxılır. Hadisə nəticəsində qız ölür və daha sonra qızın kabusu otelin müxtəlif yerlərində görünməyə başlayır. 1950-ci illərdə, 2 nəfər oteldə tək otaq götürür və bir müddət qaldıqdan sonra özünü asır. 692 və 873 nömrəli otaqların lənətli olduğu düşünülür. Həmin otaqlarda intihar hadisəsi baş verib.Bannfda normal, kabuslardan, ruhlardan azad otellərə baxmaq üçün bu linkə keçin :D692-ci otaqda qalmış bəzi müştərilər, axşamlar otaqda işıqların yandığını, yastıqların başlarının altından qəfildən sürüşdüyünü və bir qüvvə tərəfindən yataqdan itələndiklərini bildirblər.873 nömrəli otağın hekayəsi isə lap qəribədir. 50-ci illərdə burada müştəri olan bir ailə ölü aşkarlanıb. Hadisədən bir müddət sonra otaqdan istifadə edən müştərilər, hamam otağında kranların öz-özünə açıldığından şikayət ediblər. Bəziləri səhərlər, qışqırıq və help us (bizə kömək edin) səsinə oyanınıblar. Bu səbəbdən, otağın yerləşdiyi 8-ci mərtəbənin koridoru qismən qapalıdır və otaq müştərilərə təklif olunmur.Bir faktın isə real şahidləri var. 1975-ci ildə oteldə qalmış iki yaşlı qadın, otaqlarında yaranmış problemlə görə özünü otel işçisi kimi təqdim etmiş Sam McCAuley adlı birinə müraciət edirlər. Qadınlardan biri otağın qapısını açmaqda çətinlik çəkir və Sam, açarı qadından alaraq qapını açır və ona nəzakət göstərir. Qadın, adamın adını öyrənir və söhbətləşirlər. Qadın sonra həmin adamı axtaranda məlum olur ki, Sam McCAuley adlı şəxs oteldə çalışıb, sadəcə 1972-ci ildə vəfat edib.. Qadınlar onun fotosu əsasında onlara köməklik edən şəxsin Sam McCAuley olduğunu iddia edirlər..Axşam vaxtı bəzi otel qapıları döyülür, qapını açanda isə heç kim yoxdu. Pəncərələr özlüyündən açılır, içəri yarpaq zad girir. Liftdə, məsələn 5-ci mərtəbədən, 2-ci mərtbəyə getmək istəyirsən və 2-ni basırsan. Birdə gördün ki, 3 rəqəmidə basılıdı. Bütün bu söz-söhbətlərə görə bir necə işçi oteldən çıxıb.Söhbətin ən maraqlı yeri isə don't look back söhbəti oldu. Otelin səkkizinci mərtəbəsində, axşam vaxtı gedərkən arxa tərəfdən don't look back (arxaya baxma) sözləri gəlirmiş.. Bununda həmin gəlinin ruhu olduğu deyilir.İnternetdən bir az araşdırdım və həqiqətəndə belə hadisələrin olduğunu gördüm.. Siz bu oteldə qalardınızmı ? Məsələn, 692-ci otaqda qalırsız və gecə 01:20 də qapı döyülür :))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nihat Valizada

1544 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!