1115 dəfə oxunub

Səyahətlə bağlı maraqlı fakt - Stendal sindromu

Səyahət etmək hər bir kəsin arzusudur. "Gəzəyənlər" bir çoxumuza bu səyahətlərdə dəyərli məsləhətləri ilə kömək edir.

Səyahətlərlə bağlı bir sıra maraqlı sindromlar da var ki, bəlkə də hər birimiz onları yaşayırıq, amma məlumatımız olmadığından nəyə uğradığımızı anlaya bilmirik. Mən də bu barədə yazmaq qərarına gəldim.

Dahi yazıçı Stendalın adını yəqin eşitməyən yoxdur. Amma bu dahi təkcə yazdığı əsrələri ilə yox, həm də “Stendal sindromu” ilə şöhrət qazanıb. Stendal sindromu sənət əsərlərini gördükdə cuşə gələn insanların yaşadığı psixosomatik vəziyyətdir.

Bu sindroma məruz qalanlar gördükləri dəyərli sənət əsərlərindən, memarlıq abidələrindən vəcdə gələrək baş hərlənməsi, təşviş, həyəcan, ürək döyünməsi, hətta qalyusunasiyalar görmək kimi xüsusiyyətlərə məruz qalırlar. Adətən bu kimi hallar məşhur muzeylərdə, rəsm qalereyalarında, tarixi yerlərdə yaşanır.

Fransız ədəbiyyatının klassiki Stendal Florensiyada səyahətdə olarkən bu şəhərin qeyri adi mədəni-tarixi irsinə heyran qalır. O, İntibah dövrünün Mikelancelo, Qaliley və s. kimi dahilərinin dəfn olunduğu, hətta Dantenin boş kenotafının (qəbrinin) olduğu Sante-Kroce bazilikasını (Müqəddəs Xaç kilsəsini) ziyarət edir. Sonradan öz hisslərini “Neapol və Florensiya: Milandan Redjioya səyahət” kitabında belə ifadə edir: “Mən kilsədən çıxdıqda ürəyim şiddətlə döyünür, addımlarımı atmağa belə qorxurdum, mənə elə gəlirdi ki, bu dəqiqə yerə yıxılacam...”

Keçən əsrin ortalarında Florensiya xəstəxanalarının birinin həkimi müşahidə edir ki, bura gələn turistlərin əksəriyyəti bir neçə gün özlərinə gələ bilmir və qəribə bir həyacan içərisində olurlar. Həkim Stendalın yazdıqlarını xatırlayır və bu vəziyyəti “Stendal sindromu" adlandırır.

İtalyanlarda bu sindrom hiss olunmur, çünki onlar bu tarixi əsərləri tez-tez gördükləri üçün adiləşib.

Sindroma daha çox hissiyyatlı, sənət əsərlərinə qiymət verən şəxslər məruz qalır.

Hətta sindromun təsirindən bəzi insanlarda bir sıra sənət əsərlərini məhv etmək kimi bir istək də yarana bilər (“pişik balasını istədiyindən yeyər” məsəlinə uyğun). Buna görə də muzeylərdə sənət əsərləri ya qalın şüşə arxasında nümayiş etdirilir, ya da onlara yaxınlaşmaq qadağan edilir.

Florensiyada olarkən hər yerə sözün əsl mənasında böyük heyranlıqla baxırdım. Uffutci qalereyasının möhtəşəmliyi məni sözün əsl mənasında valeh etmisdi. Rafaelin, Rembrandtın və s. rəssamların əsərlərini canlı-canlı seyr etmək qeyri-adi hiss idi. Amma sindromun təsirinə Florensiyada yox, Venesiyada məruz qaldım.

Veronadan elektrik qatari ilə Venesiyaya çatdığımız anda və ilk dəfə Venesiya öz möhtəşəmliyi ilə gözümün qarşısında canlandığında gözlərimdən qeyri-ixtiyari sel-su kimi yaş axmağa başladı. Özümü saxlaya bilmirdim və nə baş verdiyini də anlaya bilmirdim. Elə Stendalın dediyi kimi, addımı atmağa, tərpənməyə qorxurdum ki, bu dəqiqə həyəcandan yerə yixilacam. Bu hal təxminən bir saata yaxın davam etdi və yavaş-yavaş sakitləşdim.

Bəs sizdə harada səyahətdə olarkən belə sindrom baş qaldırıb?

69171680_2439859122717885_2496911273690660864_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Севиндж Гаракишиева

DİGƏR BLOQLAR

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

604 dəfə oxunub

Macəra dolu Amerika

Hamı səyahət hekayəsini yazır, mən dəhəyatımın dönüş nöqtəsi olan Miami səfərimdən danışım... Əsas da çoxlarının xəyalı olan Amerika vizasını 3 günə almağımdan ..Dəməli il 2015 universiteti yeni bitirmiş saf uşağam o zamanlar , işsiz idim və öz işimi (Romantic Decoration) qurub 3 ayda cəmi 10 manat xeyir qazanmağı baxmayaraq hələ də inad edib iş axtarmırdım .Günümün çox hissəsini kompyuter qarşısında keçirirdim və o vaxtlar , Facebookda yarışlar keçirilirdi mən də birinə qatılmışdım .Yarışın qalibini 2 həftəlik Amerikaya göndərirdilər Və o yarışda qalib mən olmuşdum ????Olanlar da bundan sonra oldu ????Bu arada EF komandasından kimsə varsa təşəkkür edirəm çox kömək etdiler o vaxt mənə əsas da Könül xanım ????Oktyabrda mail gəldi ki qalib olmuşam evdə dedim Amerikaya gedəcəm əlbəttə ki inanmadılar , o vaxt maddi durumumuz yaxşı deyildi.. Nə yalan deyim mən də inanmırdım heç Noyabrda Miami plajında zaqar edərəm ????.. . Nəisə zəng etdilər getdim ofisə təbrik etdilər və hər şeyi şirkət qarşılıyacağını dedilər (təkcə viza rüsümümu mən ödəyəcəkdim)1 həftə sonra zəng edib mənim viza müraciəti üçün ofisə yaxınlaşmağımı istədilər və 200 $ gətirməyimi dedilər.. Bir təhər pulu düzəldib kart hesabına qoyub getdim.DC 160 doldurduq (çox sıxıcı suallar var bu arada) və viza görüşüm noyabrn 5-nə təyin edildi.. Amma bir problem var idi ki, yarış qaydalarına görə mən noyabrn 1-i gedib 15-i qayıtmalı idim.. Ona görə də viza görüşüm əvvələ alınmalı idi bu isə bilən bilir çox çətin işdi ????Vaxtı çox saylı xahişlərdən sonra bir təhər dəyişə bildik və Viza görüşünə getdim. lnterview növbəsi gəldi yaxınlaşdım ordakı xanıma 20 ildi bildiyim "salam necəsən" sözünü Amerikan aksenti ilə Azərbaycan dilində elə dedi ki beynim hərəkətə keçib "I m fine and you" cavabını verdi ???? Xanım gülərək rahat ol Azərbaycanca danışa bilərsən mən anlayıram dedi, 3-4 sualdan sonra mənə yaxın günlərdə xəbər olunacağını dedi və sağollaşdı 3 gün sonra 30 okyabrda xəbər gəldi və çox insanın xəyalı olan 1 illik Amerika vizasını 3 günə aldım ..Amma o zamanlar mənim üçün problem Amerika vizası yox pul idi cəmi 285 dollar pulum var idi ???? evdə də vəziyyət yaxşı olmadığı üçün evdən də pul ala bilmirdim , kimdənsə borc almağa utanırdım o vaxt Ismayil Gulubayli Zəng etdim və görüşdüm ondan 50 manat pul istədim ki bəs sabah Amerikaya gedirəm milli pulum yoxdu ???? Baxdı mene dedi ki səndən biraz əvvəl tanışım məndən 55 manat pul istədi ki Sumqayıtda toya gedəcək , sən isə 50 manat istəyirsən və deyirsən ki sabah Amerikaya gedəcəksən ???????????? o gün nə vaxt yadıma düşsə gülürəm )Nəisə vaxt gəldi çatdı arzuların Ölkəsi Amerikaya getməyə Bakıdan İstanbula orda da Miamiye uçacaqdım..Səhər evdən çıxdım getdim Koroğlu metrosuna uçuşa 1 saat qalıb mən isə manatlıq taxiyə oturub adamların dolmağını gözləyirəm..Adama deyərlər bu nə rahatlıqdı)) və Taxi doldu getdik havalimanına .. Ora çatdım Məlumat mərkəzindəki qız dedi ki bəs gecikmisiz qapılar bağlanıb ???? Təsəvvür edin min bir əziyyətlə ora kimi gəlmişəm hər şey bir yana rəsmi iş yeri olmadan bank hesabı olmadan Amerika vizası almışam və 4000 dollar dəyərində olan hədiyyədən sırf manatlıq taxidə vaxt itirdiyimə görə məhrum oluram .(Kahr olası fakirlik). O an beynimdə hər şey slow motion kimi gedirdi ???? .. Və başladım xahiş etməyə ki (yalvarmağın biraz mədəni forması) buraxsın məni bəlkə hələ təyyarə qalxmayıb falan qız birinə zəng etdi və sonra "bəxtiniz gətirib biznes klassdan kimsə gecikib deyə hələ təyyarə qapıları bağlanmayıb tez getsəniz çata bilərsiz bəlkə" O vaxt hava limanında 3-cü mərtəbəyə qalxmağım bəlkə də ən sürətli qaçış vaxtım idi))Bir əlimdə sumka bir əlimdə şalvarın kəməri necə qaçıram elə bil Amerika görməmişəm heç ???? qaçıb çatdım bir təhər təyyarəyə və uçdum İstanbula.. Ordan da 12 saatlıq uçuş ilə Miamiyə.. Bunula da macera dolu Amerika günləri başladı.. Filmlərdə gördüyüm küçələrdə gəzirdim , Atlantik okeanında zaqar edirdim həyatımın ən unudulmaz günlərini yaşayırdım özü de ki adi çörəyin 5 dollar suyun minimum 3 dollar olan şəhərində mənim isə 285 dollar bir də 40 manat cibimdə pul var idi..Ardı var....Bəlkə də bu yarışda da bəxtimi sınamalıyam yeni macəra üçün #gezeyenler #aviasalesaz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aki

959 dəfə oxunub

Bilet 9 eur, cərimə 35 eur

Deməli keçən ilin dekabrında Sədaqətlə avropa turumuzun başlanğıc şəhəri olan Sofiyaya getmişik. Ancaq bundan qabaq Səyahəti planlayanda o qədər econom econom dedik ki, cəmi 18 manata wizzair-dən təyyarə bileti aldıq, qalmaq məsələsinidəki couchsurfinglə həll elədik. Cəmi bir gecə qalacağımız sofiyada o qədər yer görmək istiyirik ki, heç bolqar bolqarlığıyla bir həftəyə onu çətin çatdırardı.Bəlkədə həmin vaxt üçün google statistikasını araşdırsanız bizim ip sofiyada best places axtaranlar siyahısında öndə çıxardı. Adam nə qədər eyni şeyi axtarar?Xülasə bir neçə yerin siyahısını çıxarıb telefonda screenshot edib düşdük küçələrə. Məqsədimizdə təcili vitoşa dağına getməkdi.Qabaqcadanda youtubeda videolara baxıb təxmini bilirdik ki necə gedəcəyik amma həmin variant alınmadı. Nəsə elə alındıki bütün planımız alt-üst oldu, axırda çarəsiz qalıb couchsurfingdə bizi qonaq edəcək minkaya yazdıq ki, ay minka gəl bizi soyuq sofiya küçələrindən yığışdır.Oda sağolsun çox çəkmədiki başında beretka papaq gəldi. Təcili üzdə avropa suni gülüşünü bol edib bir birimizə xoş sözlər falan getdik şəhəri gəzməyə.Sağolsun şəhəri o ki var gəzdirdi. Day sofiyanın mərkəzində o məşhur yer qalmadıki bizi aparmasın.Şəhəri bezənəcən gəzdikdən sonra yollandıq evə. Həmin vaxtlarda milad ərəfəsi olduğundan bunun aşpaz həyat yoldaşı, uzaq qafqaz ölkəsinin iki növcavanıçün bütün bayrama xas naz nemətləri düzüb stolun üstünə. Amma hamısı yağsız ????Bir azda acdığımızdan elə tez tələsik yeməyi yeyib hərə öz yerinə keçib yatdıq.Ancaq qabaqcadan wizzair ticketləri çıxarmaq üçün girdim internetə özümkini check in elədim. Qaldı Sədaqətinki. Onuda dedim özü eləsin. Düzü məndə həmin vaxtlar ingilis diliylə əməlli problem yaşadığımdan demək olar çətinliklə check in etdim. Fikirləşdim Sədaqət daha tez edər. Çünki dili normal bilir.Nəsə mən yatdım.Səhər açıldı görürəm hələdə check in etmiyib sədaqət. Tez sayta girdim gördüm qeydiyyat bitib. Bir azda gecikdiyimizdən tələm-tələsik taksi çağırıb yarım saatlıq yolu 17 dəqiqəyə çatdıq aeroporta. Tez içəri girib qabaqcadan növbə mədəniyyətinə əməl edəcəyimizlə bağlı verdiyimiz sözü müvəqqəti ixtisara salıb sıranı o ki var yarıb keçdik qabağa. Camaat görürük əməlli qışqır bağır salıb. Baxdıq narazılıq var, bir tərəfdəndə biletin biri yoxdu. Vaxtada 10 dəqiqə qalıb. Sırada ki, ucsuz bucaqsız. Cəld yaxınlaşdıq nəzarətçiyə ki, bəs deməssən başımıza iş gəlib sən allah bunu düz qoş elə gedək italiyaya. Əhd etmişik, söz vermişik falan. Buda olub bir nemes elə hey deyirki cərimə. Biz dil-boğaza qoymuyub elə hey nəyəsə cəhd edirik bu iki ayağını bir başmağa diriyibki yox e 35 avro verib biletin cəriməsini ödəməlisiniz. Bir tərəfdəndə vaxt daralır. Elə təyyarə 3-4 dəqiqəyə havaya qalxacaq.Biletin qiyməti 9 avro amma cəriməsi 35 avro.Xülasə cəld o 35 avronu verib qara naməni aldıq. Sürətlə camaatı yarıb bütün dillərdə heçdə xoş olmayan sözləri yaddaşa yazıb keçdik ön sıralara. İndi yoxlamaya çathaçatdı amma görürük bir azda geciksək vəssalam day qaldıq burda. Bütün hər şey gələcək burnumuzdan. Elə bu vaxt Sədaqət tez bir qadından qabağa keç sumkaları at yoxlama stoluna. Arvadda başlıyıb deyinməyə. Nəsə buna məhəl qoymadan, arada şampunuda zibil qabına atılan yerdə qəmli-qəmli izləyib birtəhər keçdik yoxlamanı. Hesablamalara görə təyyarə artıq 15 dəqiqədir ki göydə olmalıydı. İnandırım sizi ordan necə qaçdıqsa özümüzü zorla çatdırdıq təyyarəyə. Elə biz çatan kimidə həmişə gülərüz olan stüardessalar zəhrimar sifətlə qaçhaqovla yerimizi göstərdiki birdə gördük üje tərpənirik.İndi bizi bir gülmək tutub ki day heç görülməmiş kimi.A kişi 9 avroya bilet alasan 35 avro cərimə ödəyəsən.Paylaşdı: Tural Semedov

903 dəfə oxunub

Hindistan - Səyahət əhvalatı

Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun. Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydularhttps://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQVƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Firuza Harunova

1818 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!