1525 dəfə oxunub

Arzular şəhəri - Barselona - Səyahət əhvalatları

Salam əziz gəzəyən dostlarım.

Həmişə həyatımda qonşu ölkələrdən savayı ilk gəzməyə getmək istədiyim ölkə İspaniya, Barcelona olmuşdur. Lakin tələbə vaxtı elə şansım olmamış, ancaq İran, Gürcüstan, daha sonra Türkiyəyə gedib gəzmişdim. 2018-ci ildə oteldə resepşn işlədiyim vaxtlar qəşəng dvijeniyalar edib qonaqlara hər cür info dəstək göstərib , “Lazım gələndə” pulsuz gəzdirirdim. Bu qonaqlardan da biri İspan vətəndaşı idi, özü də Barcada yaşayırdı.

Gəzdirdim onu Bakıda, şəhərimizin füsunkar mənzərələri ilə tanış elədim. Mənə çox minnətdar olduğunu və nə vaxt istəsəm Barcelonaya gedə biləcəyimi söyləmişdi. Katalanların krisa olduğunu eşitmişdim amma dostum çox ürəyi açıq və panyatkalı biri idi. Mənlə tez-tez əlaqə saxlayıb, Bakı üçün çox darıxdığını bildirir və qonaq dəvət edirdi.


Daha sonra otel işi bitdi və dövlət işinə qəbul olundum və bu mənim üçün rahat visa imkanı demək idi. İlk iş İspaniya, daha sonra da getmişkən Portugaliyaya dəymək olmuşdu. Ən maraqlısı isə Formula-1 vaxtı cəmi 2-3 saatlıq tanış olduğum “Tanışımın-tanışı”-nın Lissabonda yaşaması idi. Bu da Lissabonda pulsuz ev demək idi haha. Qaqama yazdım ki nə var, nə yox dedi hər şey bomba kimi dedim bəs gəlirəm Portuqaliya tərəfə, dedi qonağım olassan gəlməsən inciyərəm zad. Plan hazırdı Yerlər tapılıb. 3 iş günü ərzində viza alındı. 2 ay öncə bilet alınmışdı. Çox xoşbəxt idim “Barselonaya gedirəm”

Gedəcəyim gün 17 oktyabr xəbərlərdə baxdım ki nəəəəəəəəə Şəhər dağılır. Mitinqlər başlayıb, aeroport işləmir. Bəxtimə bax. Kefim lap pozulmuşdu. Axşam Barselonaya çatdım küçədə müharibə idi elə bil. Rəsmən baqajı yerə qoymamış dərhal Bakıya qayıtmaq istəyirdim. Dostum məni qarşıladı dedi ki, fikir eləmə səhər oyananda hər şey fərqli olacaq. “Enjoy the view, bro You will never see it in Azerbaijan”. Ya Allah deyib yerləşdim.


Həqiqətən də səhər oyananda sanki gecə zibillərin göydə uçduğu şəhərin o olduğuna inana bilmirdim. Kefim düzədi başladım gəzməyə. Günə 25-30 km gəzmək olar?((( Lap haldan düşür adam . Gəzdim çoxlu, yedim polnu, Barselona, Porto, Lisbon hamsını gəzdim. Çox xoşuma gəlmişdi. Bircə bir parkın işləmədiyi üçün getməməyimə heyfisləndim. İnşallah növbəti səfərim Mart ayında Pribaltika ölkələrinə olacaq. İnşallah gedib qayıdıb post paylaşacam. Düzü orda da host edəcək dostum var. Oxuduğunuz üçün və qrupda paylaşdığımız suallara cavab verdiyiniz üçün hamınıza təşkkür edirəm əziz gəzəyən dostlarım.

Ümumiyyətlə yeni bir ölkəyə gedib oranı gəzməyin yerini nə verə bilər ki?)) Yeni atmosfer , mədəniyyət, yemək, macəra və s. Hamısı həyatın insanı cavan saxlayacaq hisslərindəndir məncə. 


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Qurban Karimli


DİGƏR BLOQLAR

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

1657 dəfə oxunub

Plansız Türkiyə səfəri

Gəzəyənlər, tələbə dostumla birgə Türk cəmiyyətini yaxından tanımaq üçün 10 günlük motosikla səfərə çıxdıq. Bir şərtlə yola çıxmışdıq ,nə pansiyon,nə hostel, nədə ki oteldə qalacık, restoranlarda yemək yemiyəcəkdik nə tapqıdsa onunla kifayətlənəcik, harda yer tapdıq orda qalacaqdıq, dağ, dərə, daş, kəsə, təpə, təhlükəli zənn etdiyimiz hər yer.Plansız çıxmışdıq, yolumuzun üstündə maraqlı bir kənd, yada ki qəsəbə görsək yolumuzu o tərəfə çevirirdik, yaxşıki də yolumuz uzadırdıq, çünki ən maraqlı hekayələr və hadisələr məhz siz planlamadığınız zamanda, ən gözəl hekayələr isə sizin itmə riskini gözə adlğınız yerlərdə yazılır. Sahili gözünüzdən itirməyə cəsarət etmədiyiniz müddətcə, yeni okeanlar kəşf edə bilməzsiniz. Fərqlidir gəzəyən olmaq, xarakterinə, arzularına və həyat tərzinə görə fərqlənir. Sanki yeni dil danışmaq yeni bir dünya mədəniyyətin qəlbini açmaq kimi bir şeydir. Əgər öyrənmək istəyirsinizsə gəzəyən olmaq şərtdir.Qadağa olduğu halda bir parka girib çadırımızı qurmağa hazırlaşırdıq ki birdən güvənlik bizi oğru zənn edib, havaya atəş açdı, daha sonra otağına çağırdı, gözəl söhbətdən sonra bizə "burda uyumak yasak amma gezginlere yasak değil" deyərək bizə otağını verdi . Səhər yeməyinə isə evinə apardı. Təsadüfən bir toya rast gəldik özümüzü bəy tərəfdən təqdim etdik. Türkiyədəki kənd toyları sadədir, hamı bir qabdan yeyərək, paylaşma mədəniyyətinə üstünlük verirlər. Bizi motosikla görənlər gah çaya dəvət edirdi, gah yeməyə, soyuqda üşüməyək deyə məsciddə qalmaya dəvət edən imamdan, təndirdə isti çörək pişirən nənəyə kimi.Yüzlərcə insan tanıdıq ,onlarla insan evlərini süfrələrini açdı, çoxlu hekayələr dinlədik, gəzəyən olmaq istəyən çox idi, ancaq o gədər bəhanələri varıydı ki onları unudub yola çıxmaya cəsarət edən az idi. Kiminin vaxtı, kiminin işini, kiminin ailəsi bəhanə idi. Harda qalmadıq ki, mecid, park, dağın təpəsi, meşə, benzin stansiyasi, plyaj.Polis və jandarma tərəfindən dəfələrlə qovalandıq . Təhlükəli deyilmi deyəcəksiniz bu növ səyahətlər? Təhlükəlidir, amma inanın evdə oturub heçnə etməmək, düşüncələrinizi dəyişməmək, risk almamaq, səyahətə maddiyat dincəlmək, fəlsəfəsi ilə baxıb " imkanım yaxşı olsun səyahətə çıxacam" düşüncəsi ilə yaşamaq və heçnə etməmək Pablo Nerudanın dediyi kimi " yavaş-yavaş ölmək" daha da təhlükəlidir. 10 gündə 5 şəhərini 22 kənd 5 qədim kəndini 6 milli muzeyini ziyarət etdik. İki elmi kənd olan Riyaziyat və Fəlsəfə kəndlərinə getdik. Bütün bunlara isə bir gün bahalı restorana gedib ödədyiniz xərcdən daha az xərclə edə bildik.Hər ölkə, hər mədəniyyət özü ilə fərqli şeylər öyrədir insana. fransızlardan, romantikanı və sevməni öyrənirsən, italyanlardan rahat geyimi, İspanyalılardan əyləncəni,ərəblərdən istiqanlılığı, almanlardan distiplinanı, koreyalılardan duygusallığı,yaponlardan möcüzələr etməyi, yahudilərdən icmalaşmanı, amerikalıdan özünün rahat hiss etməni, türklərdən isə qonaqpərvərliyi və şəfqatli olmağı öyrənirsən. Dünya və dünyanımızı gözəl bir yerə çevirmək və qəlbinizi hamı üçün, hər cür fərqliliklərə açmaq və o fərqliliqləri qəlbinizin içinə almaq üçün, yoldan, sevgidən, sülhdən uzaqlaşmayın.Gəzməklə qalın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Yadigarov

589 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

601 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən.. Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Orxan Hüseynov 

937 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!