1911 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.

Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.


Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?


Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq.


Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Murad Akifsoy

DİGƏR BLOQLAR

Səyahət əhvalatları - İrana aparan yollar

Uşaq vaxtı səyahət arzumun ünvanı Qərb, Avropa və s. idisə, illər keçdikcə bu, özünü cana yaxın Şərqə dəyişir. Isti yerləri sevirəm. Yayda, iyulun cırhacırında, bir səyahətdən qayıtdıqdan 3 gün sonra, qaşınmağa başladım. Təbrizi, Ərdəbili görmək çoxdankı arzum idi. Qismət olmamışdı.Yazını oxuyan və 'Təbrizin nəyini tərifləyir', '50 il geridə qalıb', 'orda hər yer moşşennikdir' kimi düşüncələrə elə indidən qapılanlar, oxumasalar yaxşıdır.Jurnalistikada müəllimim Vəli Əkbərə zəng etdim. Dedim, bəlkə Təbrizə gedək? Təklifdən bu qədər sevinəcəyini düşünmürdüm düzü. Adamın ürəyi açıldı. Beləliklə, 1 gün sonraya səyahəti planlaşdırdıq.Soruşduq dost-tanışdan, dedilər Biləsuvardan keçin. Astarada çox adam olur və s.. Həm uzaqdır.. Amma Azərbaycanda ayaq basmadığım 2 rayon var idi. Sədərək və Astara. Dedim, yox ey, yolüstü keçməliyəm Astaradan. Maşını xodlayıb, düşdük yola. Yeni çəkilən adı pullu, özü isə hələlik pulsuz olan yol çox əladır. Səni düüüz Astaranın mərkəzinə aparır. Elə mərkəzdə yol soruşurduq ki, dedilər qardaş bu deyy, sərhəddəsiniz. Şəhərdə bir məhəllədir sanki. Maşını günü 2 manata sərhəddə bir dayanacağa qoyub, piyada xəttinə yaxınlaşdıq. Indi gözləyirik ki, basabas olacaq, qırğın qiyamət.. Gördük adam nəəzir)) Bizim sərhəd-keçid məntəqəsi çox baxımlı və səliqəlidir. Rahat keçdik. Bizimlə bərabər 'Iranda qadın' deyiləndə sonuncu dəfə 60-cı illərdə olan biləcək geyimlərdə 4-5 xanım da keçirdi. Sərhəddin bu tərəfində əyinlərində, azərbaycanlı turistlər Qırmızı Körpünü keçib, Batuma gedəndəki kimi əyinlərinə geyindikləri paltarlardan olsa da, neytralda altdan- üstdən qıfıllanmağa başladılar. Bəli.. körpünün yarısını keçərkən gözümüzə Iran bayraqları dəyməyə başlayırdı..Qarşı tərəfə doğru getdikcə baxırıq ki, a kişi burda da adam nəəəzir.. Səbəbini bilməsək də, çox çox rahat formada Iran sərhəddini də keçdik. Pasportlarımıza peçat zad vurmadılar, deyim ki.Hələ Bakıda olanda Irana gedəcəyimizi bilən hər kəs, sərhəddən ehtiyatlı olun, aldadırlar demişdi. Biz də onun təsiri ilə qorxa-qorxa bir taksiyə yaxınlaşdıq. Daha doğrusu, özü bizə yaxınlaşdı. 20 yanvar metrosunun çıxışındakı Sumqayıt taksiləri kimi) 20 qəp.. yo, istəmədilər)) Qardaş dedi ki, baba, hara gedirsiniz? Dedik, Ərdəbilə. İlk ünvan Ərdəbili seçmişdik. Dedi, sizin pulla 5 manata apararam. Dedik, nə ucuz)) Nəsə, mindik maşına.. 90-cı illərin nostaljisinə qapılaraq yola düzəldik.Talış dağlarının davamı, sərhəddin o üzündə də uzanır. Əla mənzərələr var. Bir 20 dəqiqə bu həzzi yaşadır insana. Sonrasa tuneli keçərək dağlıq ərazini tərk edirsən. Sarı tonlu Selcan xatun.. Sorry, sarı tonlu qayalıqlar, səhra başlayır. Bu şofer qardaş dedi ki, acmamısınız? Baay, ölürük acından.. Saxladı bir 'Bığ' restoranı fason yerdə. Yeməyə nə var? Aşla kabab)) Ver gəlsin.. Buarada hər kəs Azərbaycan türkcəsində danışır. Nə fars, nə bir şey.. Fars o torpaqları ilhaq etdiyini düşünə bilər.. Yəni, yalnız düşünə bilər. Beyin və dil azərbaycanca işləyir insanlarda.Yedik, hesabı soruşanda qardaş dedi nə bilim neçəsə min tümən. İrana gedəcəklərçün deyim: Ölkənin rəsmi pulu rial olsa da, hamı bir sıfırı nominaldan silərək, tümən deyir. Məsələn, 100 000 lik rial, gündəlik həyatda 10 min tüməndir. Kursu indi unutmuşam, haradasa 20 manat elədi hesab. Məsələ aydın idi.. Şofer qardaş, daimi işlədiyi restorana aparmışdı. Sonradan faizini alacaqdı.. Nuşi can!Hesabı manatla(!) ödəyib, yollandıq. Ətraf çox köhnədir. Yollar, avtomobillər, evlər.. Amma biz torpağın adına vurğunuq. Azərbaycana gəlmişik. Cənubi və daha böyük Azərbaycana..Heyranlıqla ətrafa baxa-baxa, ənənəvi xam adam sualları verə-verə, Ərdəbilə çatdıq.Bizim tərəflərdə bir yer uzaq olanda 'elə bil Ərdəbilə gedir' deyib, uzaq olduğunu düşünsək də.. Ərdəbil çox yaxındır. Dilimiz qədər.Ərdəbil, Şah Ismayılın və Şeyx Səfinin məzarının olduğu şəhərdir. Yolboyu da həsrətlə onların qəbrini görmək istəyirdik. Damardakı qanımız bizi o məkana doğru aparırdı.. kimi ədəbi-fəlsəfi cümlələr qura bilərdim....amma taksi sürücüsü ənənəni pozaraq, fikirləri alt-üst etməyə imkan vermədi. Bizdən daha bir 20 manat alaraq, Ərdəbilin tam mərkəzində düşürdü. Sən demə adama 5 manata gətirirmiş.. Və bizi 4 nəfər kimi görüb.. Mürtəd oğlu mürtəd.. Halal eləmirəm..))Posta bir neçə foto əlavə edərək, sizi bezdirməmək niyyətilə hekayənin davamını 1 həftə sonraya saxlayıram. (Əslindəsə, yazmaqdan yoruldum))))

1331 dəfə oxunub

Arzular şəhəri - Barselona - Səyahət əhvalatları

Salam əziz gəzəyən dostlarım. Həmişə həyatımda qonşu ölkələrdən savayı ilk gəzməyə getmək istədiyim ölkə İspaniya, Barcelona olmuşdur. Lakin tələbə vaxtı elə şansım olmamış, ancaq İran, Gürcüstan, daha sonra Türkiyəyə gedib gəzmişdim. 2018-ci ildə oteldə resepşn işlədiyim vaxtlar qəşəng dvijeniyalar edib qonaqlara hər cür info dəstək göstərib , “Lazım gələndə” pulsuz gəzdirirdim. Bu qonaqlardan da biri İspan vətəndaşı idi, özü də Barcada yaşayırdı. Gəzdirdim onu Bakıda, şəhərimizin füsunkar mənzərələri ilə tanış elədim. Mənə çox minnətdar olduğunu və nə vaxt istəsəm Barcelonaya gedə biləcəyimi söyləmişdi. Katalanların krisa olduğunu eşitmişdim amma dostum çox ürəyi açıq və panyatkalı biri idi. Mənlə tez-tez əlaqə saxlayıb, Bakı üçün çox darıxdığını bildirir və qonaq dəvət edirdi. Daha sonra otel işi bitdi və dövlət işinə qəbul olundum və bu mənim üçün rahat visa imkanı demək idi. İlk iş İspaniya, daha sonra da getmişkən Portugaliyaya dəymək olmuşdu. Ən maraqlısı isə Formula-1 vaxtı cəmi 2-3 saatlıq tanış olduğum “Tanışımın-tanışı”-nın Lissabonda yaşaması idi. Bu da Lissabonda pulsuz ev demək idi haha. Qaqama yazdım ki nə var, nə yox dedi hər şey bomba kimi dedim bəs gəlirəm Portuqaliya tərəfə, dedi qonağım olassan gəlməsən inciyərəm zad. Plan hazırdı Yerlər tapılıb. 3 iş günü ərzində viza alındı. 2 ay öncə bilet alınmışdı. Çox xoşbəxt idim “Barselonaya gedirəm” Gedəcəyim gün 17 oktyabr xəbərlərdə baxdım ki nəəəəəəəəə Şəhər dağılır. Mitinqlər başlayıb, aeroport işləmir. Bəxtimə bax. Kefim lap pozulmuşdu. Axşam Barselonaya çatdım küçədə müharibə idi elə bil. Rəsmən baqajı yerə qoymamış dərhal Bakıya qayıtmaq istəyirdim. Dostum məni qarşıladı dedi ki, fikir eləmə səhər oyananda hər şey fərqli olacaq. “Enjoy the view, bro You will never see it in Azerbaijan”. Ya Allah deyib yerləşdim. Həqiqətən də səhər oyananda sanki gecə zibillərin göydə uçduğu şəhərin o olduğuna inana bilmirdim. Kefim düzədi başladım gəzməyə. Günə 25-30 km gəzmək olar?((( Lap haldan düşür adam . Gəzdim çoxlu, yedim polnu, Barselona, Porto, Lisbon hamsını gəzdim. Çox xoşuma gəlmişdi. Bircə bir parkın işləmədiyi üçün getməməyimə heyfisləndim. İnşallah növbəti səfərim Mart ayında Pribaltika ölkələrinə olacaq. İnşallah gedib qayıdıb post paylaşacam. Düzü orda da host edəcək dostum var. Oxuduğunuz üçün və qrupda paylaşdığımız suallara cavab verdiyiniz üçün hamınıza təşkkür edirəm əziz gəzəyən dostlarım. Ümumiyyətlə yeni bir ölkəyə gedib oranı gəzməyin yerini nə verə bilər ki?)) Yeni atmosfer , mədəniyyət, yemək, macəra və s. Hamısı həyatın insanı cavan saxlayacaq hisslərindəndir məncə. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Qurban Karimli

1552 dəfə oxunub

Kabusların, ruhların at oynatdığı otel - Fairmont Banff Springs

Əslən Albertadan olan iş yoldaşım mənə çox maraqlı bir hadisə danışdı, sizlərlə də, bölüşmək istədim. Əvvəlcə onu deyim ki, özüm belə hadisələrə inanan biri deyiləm, sadəcə adam çox inandırıcı danışdı və hadisənin Albertada məhşur olduğunu dedi.Deməli, Albertanın Banff adında kiçik və gözəl bir şəhəri var. Şəhərdə 1888-ci ildə inşa olunmuş Fairmont Banff Springs adındakı otel eyni adlı təbii qoruq ərazisinə yaxın yerləşir. Otelin lənətli olduğu deyilir.. 1920-ci ildə oteldə toy keçirilib. Toy günü, gəlin pilləkənlərdən qaçaraq düşən zaman ayağı gəlinlik paltarına ilişir və bərk yıxılır. Hadisə nəticəsində qız ölür və daha sonra qızın kabusu otelin müxtəlif yerlərində görünməyə başlayır. 1950-ci illərdə, 2 nəfər oteldə tək otaq götürür və bir müddət qaldıqdan sonra özünü asır. 692 və 873 nömrəli otaqların lənətli olduğu düşünülür. Həmin otaqlarda intihar hadisəsi baş verib.Bannfda normal, kabuslardan, ruhlardan azad otellərə baxmaq üçün bu linkə keçin :D692-ci otaqda qalmış bəzi müştərilər, axşamlar otaqda işıqların yandığını, yastıqların başlarının altından qəfildən sürüşdüyünü və bir qüvvə tərəfindən yataqdan itələndiklərini bildirblər.873 nömrəli otağın hekayəsi isə lap qəribədir. 50-ci illərdə burada müştəri olan bir ailə ölü aşkarlanıb. Hadisədən bir müddət sonra otaqdan istifadə edən müştərilər, hamam otağında kranların öz-özünə açıldığından şikayət ediblər. Bəziləri səhərlər, qışqırıq və help us (bizə kömək edin) səsinə oyanınıblar. Bu səbəbdən, otağın yerləşdiyi 8-ci mərtəbənin koridoru qismən qapalıdır və otaq müştərilərə təklif olunmur.Bir faktın isə real şahidləri var. 1975-ci ildə oteldə qalmış iki yaşlı qadın, otaqlarında yaranmış problemlə görə özünü otel işçisi kimi təqdim etmiş Sam McCAuley adlı birinə müraciət edirlər. Qadınlardan biri otağın qapısını açmaqda çətinlik çəkir və Sam, açarı qadından alaraq qapını açır və ona nəzakət göstərir. Qadın, adamın adını öyrənir və söhbətləşirlər. Qadın sonra həmin adamı axtaranda məlum olur ki, Sam McCAuley adlı şəxs oteldə çalışıb, sadəcə 1972-ci ildə vəfat edib.. Qadınlar onun fotosu əsasında onlara köməklik edən şəxsin Sam McCAuley olduğunu iddia edirlər..Axşam vaxtı bəzi otel qapıları döyülür, qapını açanda isə heç kim yoxdu. Pəncərələr özlüyündən açılır, içəri yarpaq zad girir. Liftdə, məsələn 5-ci mərtəbədən, 2-ci mərtbəyə getmək istəyirsən və 2-ni basırsan. Birdə gördün ki, 3 rəqəmidə basılıdı. Bütün bu söz-söhbətlərə görə bir necə işçi oteldən çıxıb.Söhbətin ən maraqlı yeri isə don't look back söhbəti oldu. Otelin səkkizinci mərtəbəsində, axşam vaxtı gedərkən arxa tərəfdən don't look back (arxaya baxma) sözləri gəlirmiş.. Bununda həmin gəlinin ruhu olduğu deyilir.İnternetdən bir az araşdırdım və həqiqətəndə belə hadisələrin olduğunu gördüm.. Siz bu oteldə qalardınızmı ? Məsələn, 692-ci otaqda qalırsız və gecə 01:20 də qapı döyülür :))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nihat Valizada

1184 dəfə oxunub

'Business Classla' uçuş

Qərara aldım mən də bu yaxınlarda yaşadığım bir səyahət təcrübəsini bölüşüm :) 20-ci uçuşum Emirates -in B-claassı ilə keçdi. İstiqamət Seul to Dubai idi. Çoxdandır bunu test eləmək arzusunda idim. Adətən mən də işdən əlavə səyahətlərim zamanı Low-costlarda uçuram amma bu dəfə Emirates business classda səfər edəcəkdim. İlk olaraq səfəri reallaşdıran təyyarə airbus a380 idi. Bu nəhəng gəmi, 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsi First və Biznes klasslar üçün ayrılıb. Açığı bu böyüklükdə bir təyyarənin havaya necə qalxacağının həyacanı məni az da olsa narahat edirdi.Lakin hələ Biznes gözləmə zalında təklif olunan wiskey stressi atmaq üçün əla seçim oldu. Bu gözləmə zalında hər şey var. Komputerlər, printer, yemək, içmək, xidmət və s. Uçuş gecə idi və təyyarədə bizi çox xoş qarşıladılar. Oturan kimi rahatlığın üçün hər şey təmin edilirdi və B.classların əvəz olunmaz içkisi meyvə suyu da var idi və çox təbii idi. Ərəb səhralarını gözünün önündə canlandıran həzin musiqi isə bütün stressi aradan qaldırırdı. Oturduğun yerin tam yanında mini bar var və ən əsası hər şey pulsuzdur. Barda çərəzlər və soyuq içkilər yer alır, işıqlandırma isə göz oxşayır. Qarşında olan monitorda isə vizyonda olan ən son filmlərə baxa bilərsən. Daha bir idarəetmə monitoru isə sağ tərəfdə yerləşdirilib. Ən önəmlisi isə içəridə pulsuz wi-fi var. Təyyarə çox rahatlıqla havaya qalxdı və heç nə hiss etmədik. Havada duş qəbul eləmək kimi bir imkan isə əvəzedilməz bir hissdir. Menyuda şefdən çox əla bir giriş mesajı olur. Çox ləzzətli yeməklərdən dadmaq imkanın var.Şərab menyusu isə ayrıdır. Çox qədim fransız şərabını belə burdan tapmaq olur. Gecə uçuşu zamanı səhər yeməyini də əvvəlcədən qeyd edirsən. Yatmaq zamanı gələndə isə sənin üçün döşək, çox yumşaq yastıq və üstünə sərmək üçün hər şey verilir. Yataq isə 180 dərəcə tam açılır və asan idarə olunur. Cəmi 6 saat rahatlıqla yatdım. Təqdim olunan balaca çantada isə Bvlgari, Versace-dan olan parfumeriya və digər lazımı avadanlıqlar var idi. (Ətir, duş geli, təraş üçün avadanlıq, antiperspirant, şampun və s. və s.). Arxa hissədə ayrıca bar yer alır. Bu barda çox ləzzətli koktel içdim və elə onda təyyarə turbulence-a düşdü. Məni yerimə belə keçməyə qoymadılar və elə bardaca bağlayıb otuzdurdular. 15 dəqiqə bütün barda olan şüşələrin silkələnməsini izləmək biraz qorxuducu və biraz da həzz verici bir hiss yaşadırdı. Ölürüksə belə ölək kimi bir hiss keçirdi adamın içindən :DSəhər məni Seuldan olan və ərəb geyimində çox gözəl bir xanım toxunub oyandırdı. İçmək üçün ilkin təkliflərdən sonra səhər yeməyi gəlir. Səyahət əla idi amma bu qədər təcrübənin içindən o qızın toxunuşu daha çox yadımda qaldı :D Bəzi şəkilləri əlavəyə yükləyirəm :) Seul səfəri isə Korean Air -in b.classı ilə getmişdim. O da əla idi amma bir Emirates ola bilməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Pardashunas

690 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!